Məhkəmə qərarları › İş №1(012)-153/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-153/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-153/2024 18.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-cı ildə Abşeron rayonu Məmmədli kəndində anadan olmuş, Azerbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs Abşeron rayonun Məmmədli kəndində torpaq sahəsi alacağına yalandan vəd verib, aldadaraq xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Məmmədli kəndində yaşadığı mənzildə sonuncunun 10000 (on min) manat pulunu alıb ələ keçirtməklə xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvələr Məmmədli kəndində Bələdiyyədə işləmişidir və torpaqla əlaqdar müəyyən işlərdən anlayışı vardır. Zərərçəkmiş şəxs doğma bibisi qızıdır. Onunla hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə onunla telefonda söhbət edərkən, ev tikmək üçün torpaq lazım olduğunu dediyindən, ona Yanardağ adlanan yerdə 4,5 ha ata yurdu və orada əlavədə 1,7 ha torpaq sahəsidə olduğunu həmin torpaqları birləşdirib ona verə biləcəyini demişdir. Bu təkliflə Validə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Validə Agakərim adlı tanışı ilə birlikdə yaşadığı evə gəlmişdir. Onunla birlikdə Yanardağ adlanan əraziyə gedərək ona torpaq sahəsini göstərmişdir. Validə həmin torpaq sahəsini bəyənmiş və onunla razılaşmişdır.onlar birlikdə evə qayıtmışlar. Evdə Validəyə həmin yerin sənədləşdirilməısi ilə birlikdə 10 min manat pul alacagını demişdir. Validə 10 min manat pul verdiyini və pulu aldığını göstərmişdir. Lakin yeri sənədləşdirə bilmədiyini və pullarıda xərclədiyini bildirmişdir. Sonradan həmin torpaq sahəsini sənədləşdirə bilmədiyini Məmmədli kəndində qəbirastanlığın yaxınlığında torpaq satılldığını Validəyə bildirmişdir. Validə Məmmədli kəndinə hüzr mərasiminə gəlmiş və onunla birlikdə hüzrdən cıxaraq Məmmədli kəndində qəbirastanlığın yaxınlığında 0,04 ha torpaq sahəsini ona göstərmişdir. O, torpaga baxdıqdan sonra torpagı bəyəndiyini və almaq isdədiyini bildirdiyindən ona torpaq sahibi ilə danışacagını bildirmişdir. Ona narahat olma torpagın sahibi ilə danışıb sənə xəbər edərəm demiş və ondan sağolaşıb ayrıldıqlarını göstərmişdir. Faktiki isə həmin torpagın sahibi ilə danışmadığını bildirmişdir. Sonradan Validə zəng edib torpaq məsələsinin nə yerdə qaldığını soruşduqda ona bu baxdığın yer düzəlmədiyi üçün mən sənə başqa yerdən torpaq sahəsi tapacagam dediyini və o, etraz etmədiyini və torpaga aid tapdığı sənəd surəti ilə Bakı şəhəri, Sabuncu rayonu, Maştaga qəsəbəsi Savalan deyilən ərazisində satdıq torpaq sahəsi barədə Validəyə bildirdiyini və Validə etraz etmədiyini bildirmişdir. Faktiki isə qeyd edilən yerdə hec bir torpaq sahəsi barədə kiminləsə razılaşmadığını, torpaq sahəsinə aid sənəd sürətlərini xx.xx.2022-ci il tarixdə gətirib Validənin yaşadığı evdə ona verdiyini və ona bu torpag sahəsidir sənin üçün alacam dediyini göstərmişdir.Validə etraz etmədiyini onunla birlikdə Maştaga qəsəbəsi, Savalan deyilən boş əraziyə gəldiklərini və orada torpaq sahəsinin kimə məxsus olduğunu bilmədiyi ərazidə torpaq sahəsini Validəyə göstərib bir neçə günə torpaq sahibi ilə sizin aranızda alqı satqı olacaqdır dediyini bildirmişdir. Faktiki kimdənsə torpaq sahəsi almamışdır, sadəcə Validəni inandırmaq üçün elə dediyini göstərmidşir.Validəyə verdiyi torpağa aid sənədləri geri aldığını bildirmişdir. Validədən aldığı pullarıda öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğludur. Onunla münasibətləri qohum kimi həmişə yaxşı olmuşdur. Həyat yoldaşı 2017-ci ildə rəhmətə getmiş, özünə torpaq sahəsi almaq isdədiyini, xx.xx.2021-ci il tarixdə Ələkbər ilə telefonda danışan zaman onun əvvəllər Məmmədli kənd bələdiyyəsində işlədiyi üçün ondan torpaq almaga köməklik etməsini xahiş etmişdir. O, da Yanardağ adlanan ərazidə 4,5 ha ata torpaq sahəsi və orada əlavədə 1, 7 ha torpaq sahəsində sənədləşdirib həmin torpaq sahəinə birləşdirib sənə verəcəyəm dediyindən onunla razılaşdıgını göstərmişdir.Ona görədə Agakərim adlı tanışı ilə birlikdə xx.xx.2021-ci il tarixdə Ələkbərin Məmmədli kəndində yerləşən mənzilə gəldiyini göstərmişdir. Agakərim və Ələkbərlə birlikdə Yanardağ adlanan əraziyə gəldiklərini və orada Ələkbər torpaq sahəsi göstərərək həmin torpaq sahəsini sənə verəcəyəm dediyindən onunla raılaşaraq birlikdə, yenə Məmmədli kəndinə Ələkbərin evinə gəldiklərini və orada, Ələkbər həmin yerin sənədləşdiriulməsi ilə birlikdə 10 min manat pul alacagını dediyindən 10 min manat pulu Ələkbərə verdiyini və ələkbərdə pulu götürdüyünü bildirmişdir. Ələkbərlə sagollaşıb getdiklərini və aradan bir müddət keçsədə ondan yerin sənədlərini soruşduqda o, həmin yeri sənədləşdirə bilmədiyini və başqa yerdə torpaq sahəsi ala biləcəyini dediyinindən etraz etməmişdir. Sonradan Məmmədli kəndinə hüzr mərasiminə gəldiyini və Ələkbər torpaq sahəsi var gedək baxaq dediyindən onunla birlikdə yas mərasimdən cıxaraq sonra Ələkbərlə birlikdə Məmmədli kəndində Qəbirastanlığın yaxınlığında Ələkbər 0,04 ha torpaq sahəsini göstərib, “həmin yer satılır isdəsən sənin üçün alaram” dediyindən etraz etmədiyini və həmin torpagı almaga razılaşdıgını göstərmişdir. Həmin vaxt Ələkbər “ torpaq sahibi ilə danışaraq sənə deyərəm” dedikdə etraz etməyərək sagollaşıb ayrılmışlar. Həmin gün axşam satlarında Ələkbər zəng edib “həmin şəxslə danışdım və torpagı 10 min manata satır” dedikdə ona alaq deyə cavab vermişdir. Bir müddətdən sonra Ələkbər zəng edib “həmin torpaq sahəsini almaq alınmadı mən sənə başqa yerdə Bakı şəhəri, Sabuncu rayonu, Maştaga kəndi yaxınlıgında Savalan adlanan yerdən həmin pulla torpaq sahəsi alacagam” dediyindən onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı mənzilə Ələkbər gələrək Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsi Savalan adlanan ərazidə torpaq sahəsinə aid sənədin surətini verərək “bax bu torpaq sahəsini sənin üçün alacagam və yaxın günlərdə sənin adına keçirəcəyəm” dedikdə ona inaraq razılıgın bildirdiyini göstərmişdir. Sonradan həmin sənədi o, geri isdəyərək, “alqı-satqı üçün bu sənəd lazım olacaq” dediyindən sənədləri ona verdiyini bildirmişdir.Aralarında olan söhbətdən 3-4 gün keçəndən sonra Ələkbərə zəng edərək torpaq sahəsi ilə maraqlananda o “ yaxın günlərdə həll edəcəyəm” dediyinə, sonrakı günlərdədə müxtəlif bəhanələr gətirməyə başladığını, bir müddət telefonuna cavab vermədiyini, sonradan o, bəhanə gətirərək pulu Arif adlı şəxsə verdiyini və onun tərəfindən aldadıldığını deməsini göstrərmişdir. Onun yalan danışdığını bilib pulunu ondan geri istədikdə, o, pulu vermədiyi üçün polisə ərizə ilə müraciyyət etdiyini bildirmişdir. Hazır ki, vaxta kimi Ələkbərə torpaq sahəsi almaq üçün verdiyi 10 min manat pulu geri ala bilmir. Ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Validə adlı qadını uzun müddətdir tanıyır, onun məhrum həyat yoldaşı ilə dostluq münasibətlərim olmuş, lakin Ələkbər adlı şəxi isə əvvəllər tanımamışdır. Validənin həyat yoldaşı öləndən sonra bəzi əşyalarını satdığından yer almaq isdədiyini bildirdiyini göstərmişdir. Validə “Ələkbər adlı qohumu olduğunu və o, əvvəllər bələdiyədə işlədiyini və torpaq almasına ona köməklik göstərəcəyinə söz verdiyini, lakin onun biraz frıldaqçı olduğu üçün, ona inanmadığını və mənlə birlikdə Ələkbərin yanına gedək” dediyindn etraz etməyərərək Validə ilə birlikdə xx.xx.2021-ci il tarixdə Validəylə birlikdə Məmmədli kəndinə gəldiklərini göstərmişdir. Ələkbərlə görüşdüklərini, söhbət zamanı o, “Yanar dag adlanan yerdə ata torpağım var 4,5 ha və orada əlavədə 1, 7 ha torpaq sahəsidə var həmin sahənidə ona birləşdirib sizə verəcəyəm” dediyindən Validə razılaşmış və birlikdə Yanardag adlanan əraziyə getdiklərini və orada Ələkbər torpaq sahəsi göstərərək, “bu yerdi” deyə müəyyən bir ərazini göstərdiyini bildirmişdir. Validə etraz etməyərək torpaq sahəsini bəyəndiyini və həmin sahədən Ələkbərin yaşadığı evə gəldiklərini göstərmişdir. Ələkbərin evində həmin yerin sənəıdləşməsi ilə birlikdə 10 min manat pul alacagını dediyindən Validə razılaşaraq ona 10 min manat pul verdiyini, o “narahat olma 3 ay müddətinə sənədləşmə məsələsini həll edəcəyəm” deməklə söz verdiyindən onunla sağollaşıb ayrıldıqlarını bildirmişdir. Lakin aradan 3 ay müddət keçsədə məsələ həllini tapmadıgını göstərmişdir. Validə pulunu geri isdədikdə o, “ Bələdiyəni işdən cıxarıblar onu işə bərpa edəcəklər mən sənin işini həll edəcəyəm” deyə söz verdiyini lakin o dediyi sözə əməl etmədiyini bildirmişdir. Sonradan Validəyə kənd qəbirastanlığının yaxınlığında 0,04 ha torpaq sahəsi göstərərək, həmin yeri ona verəcəyini bildirsə də sonradan Validəyə “sənədləşmə alınmadı sənə Savalan adlan ərazidə torpaq sahəsi var gedək orda sənə yer verəcəyəm” dediyindən Validə gedib həmin yerə baxmış, o Validəyə torpaq sənəd aparıb vermiş sonrada torpaq sənədini geri alaraq Validəni aldatdığını və onun 10 min manat pulunu mənimsədiyini göstərmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSYnə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, mütəxəssis rəyinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, oun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməli, maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar