Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-154/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi Rüstəmova Gülnarə Əliş qızının,zərərçəkmiş şəxslər Nümayəndə, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbayjan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş lakin məhkumluğu ödənilmiş, Ağdam rayonu, Tofiq İsmayılov küçəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 11.10.2021-ci ildə saat 04 radələrində idarə etdiyi, tanışı hadisə baş verən zaman yanında əyləşən Zərərçəkmiş şəxs məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Cruze” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti ilə saatda 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına ziyan vurmamalı, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolun kənarında olan metaldan zibil qutularına vurmuş, zibil qutuları təkərli olduğundan zərbənin təsirindən hərəkət edərək, zibil qutularının yanında dayanmış piyada 17.06.1973-cü il təvəllüdlü X6 dəymiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X4 travmatik şokla nəticələnmiş kəskin daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin cırılmış yarası, soldan 10-cu sağdan 2-ci qabırğanın, hər iki budun qapalı yerdiyişən sınıqları, sol bazu oynağının çıxığı, sağ diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığına ağır zərər vuran xəsarətlər almaqla ölümünə, Abşeron Rayon İcra Hakimiyyəti “Abadlıq və Komunnal Xidmətləri İdarəsinə” məxsus 3 ədəd zibil qutularının yararsız hala düşərək 1950 manat dəyərində ziyan dəyməsinə və Chevrolet Cruze” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs 1030 manat dəyərində ziyan dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yol nəqliyyat hadisəsi baş verən gün tanışı Zərərçəkmiş şəxs məxsus “Chevrolet Cruze” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, həmin vaxt avtomaşının sahibi Zərərçəkmiş şəxs da yanında olmuşdur. 11.10.2021-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə saatda 60 km/saat sürətlə Xırdalan şəhəri istiqamətinə hərəkətdə olmuşdur. Həmin vaxt hərəkət etdiyi istiqamətdə X2 anidən yola çıxaraq yolu sağ tərəfdən sol tərəfə keçmək istərkən idarə etdiyi maşını görüb geri qayıdarkən o, piyada Asəf Rüstəmovu vurmamaq üçün avtomobili tormozlamağa çalışsada hava çiskinli olduğuna görə avtomobil sürüşmüş və qabaq sağ tərəfi yolun sağ hissəsində olan dəmirdən düzəldilmiş zibil qutularına çırpılmış, zibil qutuları isə təkərli olduğundan zərbənin təsirindən hərəkət edərək X2na dəymişdir. İdarə etdiyi Chevrolet Cruze” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil zibil qutusuna dəyənə qədər X2 ilə zibil qutuları arasında olan məsafə təxminən yarım metr olmuşdur. O, isə piyadanın yolu sağ tərəfdən sol tərəfə keçməyini hadisə baş verməmişdən, yəni təhlükə yaranmamışdan təxminən 7-8 metr qalmış görmüşdür. X2 hadisə baş verəndən sonra yerə yıxılmışdır. Təcili zəng vurub tibbi yardım çağırmış, təcili tibbi yardım avtomobili vasitəsilə Asəf Rüstəmovu Respublika Kliniki xəstəxanasına çatdırmışdır. O, 11.10.2021-ci il tarixdə saat 10 radələrində müalicə aldığı xəstəxanada vəfat etmişdir. Hadisə vaxtı avtomobili təxminən 50-60 km saat sürətlə idarə etmişdir. Hadisə baş verən zaman avtomobildə yük olmamışdır. Yol nəqliyyat hadisəsi baş verən gün yəni 11.10.2021-ci il tarixdə avtomobili idarə etmək hüququ olmuşdur. Yol nəqliyyat hadisəsi baş verən zaman spirtli içki və ya narkotik maddə qəbul etməmişdir. Zərərçəkmiş şəxs təxminən saat 03:15 radələrində özünə məxsus “Chevrolet Cruze” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona vermişdir. Bundan sonra həmin avtomobil ilə hadisə baş verməmişdən qabaq “Şamaxinka” adlanan yerdə, Xırdalan dairəsində avtomobili sürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilən Rüstəmova Gülnarə Əliş qızı ifadəsində göstərdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Xırdalan şəhəri Heydər Əliyev prospektində 11.10.2021-ci il tarixdə saat 04 radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alan X7 onun əri olmuşdur. X7 ilə 1996-cı il tarixdə ailə həyatı qurmuş, iki övladları vardır. X5 14.04.1997-ci il tarixdə, oğlu X9 28.06.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşlar. Hər ikisi ali təhsillidir. X7 ilə münasibətləri yaxşı olmuşdur, aralarında heç bir ədavətləri olmamışdır. X7 müxtəlif mənzilləri təmir etməklə ailəsinə qazanc əldə etməklə məşğul olmuşdur. Hadisə baş verən gün, yəni 11.10.2021-ci il tarixdə saat 04 radələrində işləmək üçün evdən çıxmışdır. Hansı mənzili təmir eləmək üçün evdən çıxdığını bilməsədə, Asəf Rüstəmovun dediyinə görə həmin vaxt işlədiyi mənzili tez yekunlaşdırmaq üçün də gecə vaxtı da işləmişdir. Yol nəqliyyat hadisəsi baş verməsi və hadisə nəticəsində əri X4 ölməsi barədə məlumatı saat 11.10.2021-ci il tarixdə saat 14 radələrində almışdır. X7 evdə və qohumlar içərisində özünü yaxşı aparmışdır, onun narkotik maddədən istifadə etməsi barədə məlumatı olmamışdır. Ola bilsin ki, son zamanlar ayaqlarında kəskin ağrılar olduğu üçün narkotik maddə istifadə etmişdir. O, maddi və mənəvi cəhətdən ailəsinə dəstək olan təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, 2017-ci il tarixdən Abşeron rayonu Abadlıq və Kommunal Xidmətləri İdarəsinin 1 saylı ərazi üzrə sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan dairəsindən, Heydər Əliyev prospekti ilə Xırdalan şəhəri istiqamətində hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində idarə tərəfindən təhkim olunmuş ərazidə olan üç ədəd zibil qutusu yararsız hala düşmüşdür. Baş vermuiş yol nəqliyyat hadisəsi zamanı zibil qutularının əzilməsi nəticəsində Abşeron rayonu Abadlıq və Kommunal Xidmətləri İdarəsinə 1950 manat maddi ziyan dəymişdir. Zibil qutularının əzilməsini 11.10.2021-ci il tarixdə saat 07 radələrində aşkar eləmişdir. Həmin vaxt maraqlanmış və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobillə zibil qutusuna toqquşmuş, zibil qutuları da təkərli olduğu üçün hərəkətə düşərək piyada kimi yolu keçmək istəyən X6 dəymiş, sonuncu xəsarət almışdır. Bir neçə saat sonra isə X4 öldüyünü eşitmişdir. O, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi yerləşən nömrəsiz fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşayır. “Chevrolet Cruze” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmaqla 18.08.2021-ci il tarixdə almış və həmin vaxtdan etibarən idarə etmişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs avtomobili onun öz razılığı ilə idarə etmişdir. Avtomaşında ikisindən əlavə heç kəs olmamış və o, avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Avtomaşın yüksüz, saz və işlək vəziyyətdə olmuşdur. 11.10.2021-ci il tarixdə saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs ona məxsus “Chevrolet Cruze” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman X2 anidən yola çıxaraq yolu sağ tərəfdən sol tərəfə keçmək istəmiş, lakin avtomobili görüb geri qayıtmışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili tormozlamağa çalışsada, hava çiskinli olduğuna görə avtomobil sürüşmüş və qabaq sağ tərəfi yolun sağ hissəsində olan dəmirdən düzəldilmiş zibil qutularına çırpılmış, zibil qutuları isə təkərli olduğundan zərbənin təsirindən hərəkət edərək X2na dəymişdir. X2 hadisə baş verəndən sonra yerə yıxılmışdır. Hadisədən sonra hər ikisi avtomobildən enmiş, X2na yaxınlaşmış, onu oturaq vəziyyətdə əyləşməsinə köməklik etmiş və tanışı Təqsirləndirilən şəxs təcili tibbi yardım avtomaşını çağırmış, onu təcili tibbi yardım avtomobili vasitəsilə Respublika Kliniki xəstəxanasına aparsalarda 11.10.2021-ci il tarixdə saat 10 radələrində müalicə aldığı xəstəxanada vəfat etmişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs spirt qoxusu gəlməmiş, narkotik təsiri altında olması halı ilə rastlaşmamışdır. Göstərmişdir ki, baş vermiş yol nəqliyyat qəzası zamanı ona məxsus “Chevrolet Cruze” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilə 1030 (min otuz) manat məbləğində maddi ziyan dəymiş və ziyanıda ödənilmişdir. O, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş «MTE və PA ETT Birliyi» Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş məhkəmə tibb ekspertizasının 11.11.2021-ji il tarixli 120 nömrəli rəyindən görünür ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər–Travmatik şokla nəticələnmiş kəskin daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin cırılmış yarası, soldan 10-cu sağdan 2-ci qabırğanın, hər iki budun qapalı yerdiyişən sınıqları, sol bazu oynağının çıxığı, sağ diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası, qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk-küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11.10.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində(hərəkətdə olan avtomaşının piyadanı vurması) əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə Ağır zərərvurmanın əlamətlərinə aiddirlər. Almış olduğu xəsarətlər kompleksi nəticəsində baş vermiş travmatik-hemorragik şok olmuşdur. X4 ölümü 11.10.2021-ci il tarixdə saat 09:35 də Respublika Klinik Xəstəxanasında baş vermişdir. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenilkilamin qrupuna aid olan Amfetamin aşkar edilmişdir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzində tərtib edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 dekabr 2021-ci il tarixli 6/4772-8/2718 nömrəli rəyindən görünür ki, Chevrolet Cruze markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqata təqdim edilmiş, X6 məxsus olduğu qeyd edilən əşyalarının səthləri səthi üzərində boya mikrohissəcikləri və həmçinin avtonəqliyyat vasitələrinə məxsus lak-boya örtüyünün sürtünmə izləri və ya mikrohissəcikləri yoxdur. Geyim əşyalarının səthi üzərində hər hansı boya mikrohissəcikləri aşkar edilmədiyindən təqdim olunmuş “Chevrolet Cruze” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak-boya və zibil qutusunun üzərindən götürülmüş boya nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş X4 üzərinə xarici müayinəsi aparılan zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində yerləşən siqaretin gümüşü qutusunda aşkar olunaraq götürülmüş narkotik vasitə olan bir ədəd təmiz çəkisi 0,360 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd təmiz çəkisi 0,055 qram ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamin cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatına sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 0,310 qram heroin, 0,015 qram metamfetamin saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Abşeron RPİ DYPŞ-dən alınmış məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürüjülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 21.01.2014-cü il tarixdən 21.01.2024-cü il tarixədək müddətə etibarlı olan) AE seriyalı 207292 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 11.10.2021-ci il tarixli 2/14351 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. Məhkəmə zamanı müəyyən edildi ki, baş vermiş YNH-si nəticəsində Zərərçəkmiş şəxs məxsus “Chevrolet Cruze” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilə 1030 (min otuz) manat məbləğində, Abşeron RİH-nin MKTİİTB-nin abadlıq və Kommunal xidmətlər idarəsinə məxsus 3 ədəd dəmirdən zibil qutusunun yararsız hala düşməsi nəticəsində 1950 (min doqquz yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə “Chevrolet Cruze” markalı ** UP *** qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilən Rüstəmova Gülnarə Əliş qızının,zərərçəkmiş şəxs Nümayəndə, Zərərçəkmiş şəxs məhkəmə zamanı verdikləri ərizələrindən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdırlar. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 07 oktyabr 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MTK-nın rəhbərinin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Z. Əliyeva küçəsində yerləşən 1 saylı binanın 262 saylı mənzilində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X12 27.01.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 27.03.2013-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, Abşeron rayon məhkəməsinin hökmü ilə 04.06.2013-cü il tarixdə 600 manat cərimə edilmiş, 06.01.2017-ci il tarixdə cəriməsi tam ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti ehtiyatsızlıq nəticəsində törətməsi, hadisədən dərhal sonra zərərçəkmiş şəxsin hüquqi varisinin ailəsinə maddi və mənəvi cəhətdən dəstək göstərməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxslərin onunla barışması, ona qarşı şikayət və tələblərinin olmaması, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və barəsində 15.12.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X22 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, X1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan narkotik vasitə olan 0,310 qram heroin, psixotrop maddə olan 0,015 qram metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X22 İdarəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış “Chevrolet Cruze” markalı ** UP *** qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. X1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan narkotik vasitə olan 0,310 qram heroin, psixotrop maddə olan 0,015 qram metamfetamin məhv edilsin. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-154/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-154/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver