Məhkəmə qərarları › İş №1(012)-155/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-155/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-155/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilməmiş, Abşeron rayonu Saray qəsəbəsi, L.Sadiq küçəsi, ev 11-də qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi, “Abşeron City” yaşayış kompleksi, ev 25, mənzil 1-də kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onu Bakı şəhərində yerləşən H.Əliyev adına hava limanında sürücü kimi işə düzəlməsinə köməlik göstərəcəyinə vəd verərək aldadıb bu məqsədlə Zərərçəkmiş şəxs1 adına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Poçt Filialı vasitəsi ilə 27.12.2019-cu il tarixdə göndərdiyi 440 manat pulu həmin tarixdə, və 28.12.2019-cu il tarixdə göndərdiyi 250 manat pulu həmin tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən Abşeron Poçt Müştəri Xidmətləri Şöbəsindən çıxarıb vahid niyyətlə ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 690 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 onu Bakı şəhərində yerləşən H.Əliyev adına hava limanında sürücü kimi işə düzəlməsinə köməlik göstərəcəyinə vəd verərək aldadıb bu məqsədlə tanışı X2 adından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Poçt Filialı vasitəsi ilə 29.12.2019-cu il tarixdə göndərdiyi 690 manat pulu həmin tarixdə və 30.12.2019-cu il tarixdə göndərdiyi 250 manat pulu həmin tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən Abşeron Poçt Müştəri Xidmətləri Şöbəsindən çıxarıb vahid niyyətlə ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 940 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsi, “Abşeron City” yaşayış kompleksi, ev 25, mənzil 1-də ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunmuşdur. 2019-cu ilin dekabr ayında tanışı Asif vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Belə ki, o, Asifə Bakı şəhərində yerləşən H.Əliyev adına hava limanında sürücülük işi olduğunu və lazım olan şəxsi həmin işə düzəldə biləcəyini demişdir. Asifdə bu barədə tanışı Nəsirə bildirmiş və Nəsir 2019-cu ilin dekabr ayının sonlarında ona zəng edib sürücü işinə düzəlmək istədiyini bildirmişdir. O, Nəsirə işə düzəlmək üçün həkim komisiyası və rəhbərliyə vermək üçün 690 manat pul verməsini bildirmişdir. Nəsirə 690 manat pulu poçt vasitəsilə Abşeron rayon poçt şöbəsinə onun adına göndərməsini bildirmişdir. Nəsir onunla razılaşmış və 27 dekabr 2019-cu il tarixdə Abşeron poçt şöbəsinə onun adına 440 manat pul göndərmişdir. 28.12.2019-cu il tarixdə isə Nəsir Abşeron poçt şöbəsinə 250 manat göndərmiş və o, həmin pulları Abşeron poçt şöbəsindən götürmüşdür. 29.12.2019-cu il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində Nəsirlə görüşmüş və həmin vaxtı Nəsirin yanında dostu Əmrah adlı şəxsdə olmuşdur. Nəsir dostu Əmrahıda Bakı şəhərində yerləşən H.Əliyev adına hava limanında sürücü işinə düzəltməyini bildirmiş və o, Əmrahında iş üçün 690 manat verməyini bildirmişdir. Əmrah onunla razılaşmış və həmin gün Nəsir öz adından onun adına Abşeron poçt şöbəsinə 690 manat pul göndərmişdir. O, həmin pulu poçt şöbəsindən götürmüşdür. 30.12.2019-cu il tarixdə Nəsirə zəng edib Əmrahın işi üçün əlavə 250 manat pul verdiyini və həmin pulu ona göndərmələrini bildirmişdir. Həmin gün Nəsir öz adından onun adına 250 manat pulu Abşeron poçt şöbəsinə göndərmiş və o, 250 manat pulu poçt şöbəsindən almışdır. O, Nəsir və Əmrahdan ümumilikdə aldığı 1630 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, Nəsir və Əmrahı işə düzəltməmişdir. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Fiurdin oğlunu 2019-cu il tarixdə Sumqayıt şəhərində yerləşən «Baxça şəhər» yaşayış kompleksində fəhlə işləyən zaman tanımışdır. Təqsirləndirilən şəxs onunla yaşayış kompleksində usta işləyən Asif adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs Asifə zəng vurub hava limanına sürücü axtardığını bildirmiş, Asif də öz sürücülük vəsiqəsinin olmadığını, lakin onun sürücülük vəsiqəsi olduğunu Elvinə demişdir. O, həmin vaxt Elvinlə danışıb, Elvinin istifadə etdiyi 070 317 17 51 saylı mobil telefon nömrəsini almışdır. O, istifadəsinsə olan 055 559 59 51 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 070 317 17 51 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Abşeron rayonu Xırdalan şəhərində, tikintisi aparılan hündürmərtəbəli binaların yanında Elvinlə görüşmüşdür. Həmin vaxt tanışı X4 da onunla birlikdə getmişdir. Elvin həmin vaxt həmin hündürmərtəbəli binalarda elektrik kimi işləmişdir. Elvin ona Bakı şəhərində yerləşən H.Əliyev adına hava limanında sürücü düzəldəcəyini, aylıq 950 manat məvacib alacağını bildirmişdir. Elvin iş yerinin təcili dolacağını buna görə də həkim komisiyasından keçmək üçün 440 manat və hava limanında işləyən sahə rəisinə 250 manat şirinlik verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs ümumilikdə ondan 690 manat pul istəmişdir. O, razılaşmışdır. 27 dekabr 2019-cu il tarixdə Sumqayıt şəhər mərkəzi poçtunun vasitəsi ilə Təqsirləndirilən şəxs adına 440 manat, 28 dekabr 2019-cu il tarixdə isə 250 manat pulu göndərmişdir. Elvin onun göndərdiyi 690 manat pulu götürüb, 03.01.2020-ci il tarixə qədər onun işə çıxacağını demiş və əlavə 2 yer olduğunu da demişdir. Buna görə də o, tanışı Zərərçəkmiş şəxs2 bu barədə demiş və Əmrahda razılaşmışdır. Elvin Əmrahı işə düzəltməyə görə 940 manat istədiyini bildirmişdir. Əmrah da razılaşmışdır. 29.12.2019-cu il tarixdə Sumqayıt şəhər mərkəzi poçtun vasitəsi ilə Təqsirləndirilən şəxs adına Abşeron rayon mərkəzi poçtuna 690 manat, 30.12.2019-cu il tarixdə isə 250 manat göndərmişdir. Elvin onun göndərdiyi pulları Abşeron rayon mərkəzi poçtundan götürmüşdür. Elvin pulu götürdükdən sonra Əmrahın da 03.01.2020-ci il tarixədək işə çıxacağını demişdir. Elvinin dediyi tarix tamam olan zaman Elvin iş günün başlamadığını və 07.01.2020-ci il tarixdək işə çıxacaqlarını demişdir. 07.01.2020-ci il tarixdə işə çıxmadıqlarına görə Elvinlə əlaqə saxlayıb pulu qaytarmasını demişdir. Elvin də pulu qaytaracağını deyib ona SMS-lə kod göndərmiş və 1630 manat pulu «Ekspress» banka onun adıma göndərmişdir. O, da Sumqayıt şəhərində yerləşən «Ekspress» banka getmiş, orada ona Elvinin onun adına pul köçürülmədiyini demişlər. Elvinlə əlaqə saxlamış, Elvin ona müxtəlif bəhanələr danışmağa başlamışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostudur. Təqsirləndirilən şəxs 2019cu il tarixdə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Bakı şəhərində yerləşən H.Əliyev adına hava limanında sürücü kimi işə düzəltməyi bildirdiyindən o, Nəsirlə birlikdə Abşeron rayonu Xırdalan şəhərində tikintisi aparılan hündürmərtəbəli binaların yanında Elvinlə görüşməyə getmişdir. Elvin həmin vaxt hündürmərtəbəli binalarda elektrik kimi işləmişdir. Elvin Nəsirə Bakı şəhərində yerləşən H.Əliyev adına hava limanında sürücü düzəldəcəyini, aylıq 950 manat məvacib alacağını bildirmişdir. Elvin iş yerinin təcili olacağını buna görə də həkim komisiyasından keçmək üçün 440 manat və hava limanında işləyən sahə rəisinə 250 manat şirinlik verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs ümumilikdə Nəsirdən 690 manat pul istəmişdir. Nəsir də razılaşmışdır.Nəsir 27 dekabr 2019-cu il tarixdə Sumqayıt şəhər mərkəzi poçtunun vasitəsi ilə Təqsirləndirilən şəxs adına 440 manat, 28 dekabr 2019-cu il tarixdə isə 250 manat pul göndərmişdir. Elvin Nəsirin ona göndərdiyi 690 manat pulu götürmüş və 03.01.2020-ci il tarixə qədər işə çıxacağını deərək və əlavə 2 iş yeri olduğunuda demişdir. Buna görə də Nəsir ona bu barədə demiş və o, da razılaşmış və Elvin onu işə düzəltməyə görə 940 manat istəmişdir. Elvin Nəsiri qohumu kimi təqdim etdiyinə görə onu ucuz işə düzəltdiyini demişdir. Buna görə də o, Elvinin təklifi ilə razılaşmışdır. 29.12.2019-cu il tarixdə Sumqayıt şəhər mərkəzi poçtun vasitəsi ilə Təqsirləndirilən şəxs adına Abşeron rayon mərkəzi poçtuna 690 manat, 30.12.2019-cu il tarixdə isə 250 manat göndərmişlər. O, qəbzlərin bir şəxsin adından getməsini fikirləşib pulu Nəsirə vermiş və Nəsir pulu Elvinə öz adından göndərmişdir. Elvin onların göndərdikləri pulları Abşeron rayon mərkəzi poçtundan götürmüşdür. Elvin pulu götürdükdən sonra Nəsir və onun 03.01.2020-ci il tarixədək işə çıxacaqlarını demişdir. Elvinin dediyi tarix tamam olan zaman Elvin iş günün başlamadığını və 07.01.2020-ci il tarixdək işə çıxacaqlarını demişdir. 07.01.2020-ci il tarixdə onlar işə çıxmadıqlartına görə Elvinlə əlaqə saxlayıb pulu qaytarmasını demişlər. Elvin də pulu qaytaracağını deyib Nəsirə SMS-lə kod göndərmiş və bildirmişdir ki, 1630 manat pulu «Ekspress» banka Nəsirin adıma göndərmişdir. Nəisr də Sumqayıt şəhərində yerləşən «Ekspress» banka getmiş, orada Nəsirə ki, Elvinin adına pul köçürülmədiyi demişlər. Nəsir Elvinlə əlaqə saxlamış, Elvin müxtəlif bəhanələr danışmağa başlamışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ev təmiri ustasıdır və 2019-cu ilin dekabr ayında Abşeron rayonu Xırdalan şəhərində, yeni tiklilmiş binada divar kağızı işi görmüşdür. Həmin vaxtı binada Təqsirləndirilən şəxs adlı şəxs elektrik işi görmüş və Elvinlə tanışlıqları oradan yaranmışdır. Bundan bir neçə gün sonra o, Sumqayıt şəhərində dostu X3 ilə birlikdə ev təmir etməyə başlamışdır. Həmin vaxtı Elvin ona zəng etmiş və sürücülük vəsiqəsi olan tanışının olub-olmamasını soruşmuşdur. Elvin hava limanında sürücü işi olduğunu və istəyən şəxsi oraya düzəldə biləcəyini bildirmişdir. O, yanında bir nəfər tanışı Nəsirin olduğunu və Nəsirlə danışmasını bildirmişdir. O, telefonu Nəsirə vermiş və Elvin telefonda Nəsirlə danışmışdır. Bundan sonra Nəsir tikintidən çıxıb getmişdir. Sonradan bilmişdir ki, Nəsir Elvinə onu hava limanında işə düzəltməsi üçün 690 manat pul vermiş, lakin Elvin onu aldadaraq pulunu ələ keçirmişdir. Həmçinin Nəsirin dostu Əmrahda Elvinə sürücü işinə düzəltməsi üçün 940 manat vermiş, lakin Elvin Əmrahıda aldatmışdır. Elvinlə dəfələrlə əlaqə saxlayıb pulu qaytarmasını bildirsələrtdə Elvin hər dəfə müxtəlif bəhnalərlə Nəsir və Əmrahı aldadaraq pullarını qaytarmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.05.2020-ci il tarixli 14/189 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1n Təqsirləndirilən şəxs 27.12.2019-cu il tarixdə 440 ( dörd yüz qırx) manat, 28.12.2019-cu il tarixdə 25 (iki yüz əlli) manat, 29.12.2109-cu il tarixbə 690 (alıt yüz doxsan) manat, 20.12.2019-cu il tarixdə 250 (iki yüz əlli) manat pul göndərmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs poçt vasitəsi ilə pul göndərdiyi qəbzlər maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.06.2020-ci -ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 25.10.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq gəlirinin 15 faizini dövlət nəfinə keçirməklə 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Sumqayıt şəhər İcra və Probasiya şöbəsinin 20 noyabr 2020-ci il tarixli 81/19 saylı məktubundan görünür ki, Abşeon Rayon Məhkəməsinin 25.10.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzası çəkilməmiş olaraq qalır. 28.09.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 30.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30.09.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri yoxdur. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsəin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdikləri əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 25.10-2019-cu il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon məhkəməsinin 25.10.2019-cu il tarixli hökmü ilə təyin edilmiş qazancından 15% məbləğində pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzası ilə qismən birləşdirilməli, Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs poçt vasitəsi ilə pul göndərdiyi qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Abbas-zadə Rəhim İsaq oğlunun 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasınaməhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Rayon məhkəməsinin 05.10.2019-cu il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qazancından 15% dövlət nəfinə pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzası ilə qismən birləşdirilsin, Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs poçt vasitəsi ilə pul göndərdiyi qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Abbas-zadə Rəhim İsaq oğlunun 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar