Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-156/2020 15.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçiiştirakları ilə xx.xx.1985-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında yerləşən kirayə yaşadığı mənzilin qonaq otağında arvadı Zərərçəkmiş şəxs onu xəyanət etməkdə günahlandırması səbəbindən aralarında ailə-məişət münasibətləri zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə ardıcıl bir neçə yumruq zərbələri vuraraq sonuncuya qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi, ənsə nahiyəsinin dərialtı hematoması, sağ çiyin qurşağının, sağ said nahiyəsinin, bel nahiyəsinin sağ yan səthinin, sol diz oynağı nahiyəsinin qançırları, sağ diz oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun rəsmi həyat yoldaşıdır. O, sonuncu ilə 2014-cü ilin iyun ayında ailə həyatı qurmuşdur. Həmin evlilikdən iki azyaşlı övladıları vardır. 2018-ci ilin avqust ayından o, Zərərçəkmiş şəxs və azyaşlı uşaqları ilə birlikdə ünvan 3 ünvanında kirayə yaşamağa başlamışlar. Həmin vaxt maddi cəhətdən ailəsinin ehtiyaclarını təmin etmək üçün “Norm” sement zavodunda yük avtomobilinin sürücüsü işləmişdir. Zərərçəkmiş şəxs qısqanc xasiyyətli olduğu üçün aralarında müxtəlif vaxtlarda mübahisələr baş vermişdir. O, hər dəfə işdən evə gec gələndə Zərərçəkmiş şəxs onun xəyanət etdiyini düşünmüşdür. Sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə saat 01 radələrində o, öz evinə gəlib yataq otağına keçib yatmış, həmin gün saat 13 radələrində yuxudan oyanarkən evdə Zərərçəkmiş şəxs və azyaşlı uşaqları olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs ona nə səbəbdən evə gec gəldiyini və onlara laqeyd münasibət göstərdiyini soruşmuş, o, isə Zərərçəkmiş şəxs heç bir laqeyd münasibət göstərmədiyini, sadəcə olaraq işdə yorulduğu üçün biraz yeyib-içdiyinə görə evə gec gəldiyini deyərkən Zərərçəkmiş şəxs onun yalan danışdığını və ona xəyanət etdiyini bildirmiş, o, bundan əsəbiləşib kirayə yaşadığı mənzilin qonaq otağında yumruq və şillə ilə Zərərçəkmiş şəxs baş və sifət nahiyəsindən vurmuş, Zərərçəkmiş şəxs onun zərbələrindən sonra mətbəxə keçmiş və o, sonuncunun arxasınca mətbəxə gedib saçlarından tutub yataq otağına gətirmiş, yataq otağında da bir dəfə Zərərçəkmiş şəxs başından yumruqla vurub sonradan evi tərk etmişdir. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətlərdən peşman olduğu üçün bazarlıq edib evinə gəlmiş, səhəri gün isə işə getmiş və axşam evə gələrkən Zeynəblə uşaqlarının evdə olmadığını görmüşdür. O, Zərərçəkmiş şəxs zəng edərək harada olduğunu soruşduqda sonuncu ona Tərtər rayonuna, yəni atası evinə getdiyini və döyülməsi barədə DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müraciət etdiyini bildirmişdir. Onun Zərərçəkmiş şəxs ilə arasında olan mübahisəyə səbəb sonuncunun onu xəyanət etməkdə günahlandırması olmuşdur.Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, hadisədən sonra zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət işi üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, sonuncu ilə 2014-cü ilin iyun ayının 21-də rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin evlilikdən iki azyaşlı övladları vardır. Onlar birlikdə ünvan 4 ünvanında kirayə yaşamışlar. Əri Təqsirləndirilən şəxs Kürdəmir rayonu ərazisində yol kənarında restoranı olduğu üçün həmin restoranı icarəyə verib ordan gələn gəlirlə ailəsinin maddi cəhətdən ehtiyacını təmin etmiş, lakin, son zamanlar Təqsirləndirilən şəxs onun və uşaqlarının maddi cəhətdən tələbatını ödəməmiş, evə gecə saatlarında gəlmiş, ailəsinə laqeyd münasibət göstərmişdir. xx xxxx 2019-cu il tarixdə saat 13 radələrində o, ailə üzvləri ilə evdə olarkən əri Təqsirləndirilən şəxs bu barədə öz iradını bildirən zaman aralarında mübahisə baş vermişdir. Mübahisə vaxtı kirayə yaşadıqları evin qonaq otağında Təqsirləndirilən şəxs yumruq və sillə ilə onun baş və bədən nahiyəsindən vurmağa başlamış, həmin vaxt otaqda uşaqlar olduğu üçün sonuncular görməsin deyə mətbəxə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun ardınca mətbəxə keçib saçlarından tutaraq onu sürüyüb yataq otağına aparmış, yataq otağında onun baş nahiyəsindən bir neçə dəfə yumruqla vurub çıxıb getmişdir. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs əlində çörək evə gəlmişdir. Səhəri gün, yəni xx xxxx 2019-cu il tarixdə o, qardaşı Elnura zəng edərək Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi barədə məlumat vermiş, qardaşı Elnur isə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra o, Abşeron RPİ-nə gəlib əri Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmişMTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 1468 nömrəli rəyindən görünür ki, 1994cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin tarvması, baş beyin silkələnməsi, ənsə nahiyəsinin dərialtı hematoması, sağ çiyin qurşağının, sağ said nahiyəsinin bel nahiyəsinin sağ yan səthinin, sol diz oynağı nahiyəsinin qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirili bilinərək ona aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, daha sonra Yevlax PŞ tərəfindən xx.xx.2012-ci il tarixində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə cinayət məsluiyyətinə cəlb olunmuş və xx.xx.2012-ci il tarixdə işə Azərbaycan Respublikası CPMin 40.2.2-ci maddəsinə əsasən xitam olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. İş materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin 39, 43, 344-347, 356, 383-385-cimaddələrinirəhbərtutaraq, məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-156/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-156/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver