Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-156/2022 05.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsi, ev 58-də qeydiyyatda olan və yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il ildə saat 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan şəxsdən 20 manat pul müqabilində bir ədəd bükümdə cəmi 0,345 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində daşıyaraq saxlamış, 28 sentyabr 2021-cu ildə saat 22 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları Abşeron rayonu, Novxanı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsində saxlayaraq, Abşeron rayon Pİ-nin Saray polis bölməsinin inzibati binasına aparıb, xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə, qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində daşıyaraq saxladığı, ağ rəngli kristalşəkilli hissəciklərdən kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,345 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda, psixotrop maddə metamfetamin aşkar edib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən üç ay əvvəldən narkotik maddə qəbul edir. 28.09.2021-ci il tarixdə saat təxminən 11 radələrində özünə pal-paltar almaq üçün Sumqayıt şəhərinə gedərkən avtobusda təsadüfən yol yoldaşı olduğu şəxsə narkotik istifadəçisi olduğunu bildirmiş, avtobusdan düşdükdən sonra həmin adam ona 20 manata bir büküm “patı”, yəni psixotrop maddə olan metamfetamin sata biləcəyini söyləmiş, o da razılaşıb, həmin məbləğdə pul verib, bir büküm metamfetamin alıb cibinə qoymuş və tez oradan uzaqlaşdır. Bundan sonra Sumqayıtda şəxsi işlərini başa çatdlrıb, axşamüstü avtobusla yaşadığı Abşeron rayonu Novxanı kəndinə qayıtmış, saat təxminən 21 radələrində kənd İcra Nümayəndəliyinin inzibati binasının yanında piyada gedərkən mülki geyimdə olan bir nəfər ona yaxınlaşıb, özünü təqdim edərək, Abşeron RPİ-nin Saray Polis bölməsinin əməkdaşı olduğunu bildirmiş və ondan anket məlumatlarını öyrəndikdən sonra üzərində narkotik maddə gəzdirməkdə və istifadə etməkdə şübhəli olmağı barədə məlumatı olduğunu söyləyib, üzərində şəxsi axtarış aparılması üçün Abşeron RPİ-nin Saray PB-nə dəvət etmiş, o da heç bir müqavimət göstərmədən polis əməkdaşı ilə birlikdə polis bölməsinə getmişdir. Bundan sonra polislər xidməti otaqlardan birində videoçəkilişlə onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat verib, ona hüquq və vəzifələrini izah edib, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını soruşub, əgər varsa könüllü təqdim etməsini təklif etmişlər. O da əynindəki şalvarının cibində 1 büküm metamfetamin olduğunu söyləmiş, bundan sonra polislər videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparmışlar. Həmin vaxtı o, əynindəki qara rəngli şalvarının sağ yan cibindəki içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd bükümü çıxarıb oradakı masanın üzərinə qoymuşdur. Polislər ondan həmin kütləni haradan və nə vaxt aldığını soruşmuşlar. O da həmin metamfetamini elə həmin günü saat təxminən 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsinə gedərkən avtobusda təsadüfən tanış olduğu şəxsdən 20 manata öz istifadəsi üçün alıb cibinə qoyduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onun üzərində yenə axtarış aparsalar da heç nə tapmayıb üzərindən aşkar edilmiş 1 büküm metamfetaminə baxış keçirib, sonra həmin bir büküm metamfetamini zərfə qoyularaq qablaşdırmışlar. Polis əməkdaşları və dövlət hesabına ona ayrılmış müdafiəçisi həmin zərfi imzaladıqdan sonra bu barədə protokol tərtib olunmuş, o da protokolun doğruluğunu öz imzası ilə təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Saray Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəsifəsində işləyir. 28 sentyabr 2021-ci il tаriхdə saat təxminən 21 radələrində Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsi ev 58-də yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə qəbulu ilə məşğul оlmаsı, bir qədər sоnrа Abşeron rayonu, Novxanı kənd İcra Nümayəndəliyinin inzibati binasının yaxınlığında olacağı və üstündə psixotrop maddə olması bаrədə məlumаt alıb, dərhаl həmin məlumаtı Saray Polis bölməsinin rəhbərliйinə məruzə edib, müvаfiq sənədləşmə апаrıldıqdаn sonra Abşeron rayonu, Novxanı kənd İcra Nümayəndəliyinin yaxınlığına gedib gözləməyə başlamış, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs piyada gəldiyini görüb ona yaxınlaşıb özünü təqdim etmiş və psixotrop maddə qəbul etməsi barədə məlumatı olduğunu bildirib, polis bölməsinə dəvət etmişdir. Heç bir müqavimət göstərmədən onunla Saray polis bölməsinə getmiş, bundan sonra polis bölməsində хidməti оtаqlаrındаn birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış кеçirləcəyini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqаtçı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izаh еdilmiş və ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir büküm metamfetamin olduğunu bildirmiş və əlini əynindəki qara rəngli şalvarının sağ yan cibinə salıb oradan siqaretin gümüşü rəngli kağızında bir büküm çıxarıb könüllü olaraq təqdim etmişdir. Bunun ardınca onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar da sonuncunun üzərindən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra onlar Vüar Soltanovun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə ağ rəngli kristallardan ibarət maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin metamfetamin olduğunu və qeyd olunan bir büküm metamfetamini həmin günü saat təxminən 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsinə gedərkən avtobusda təsadüfən tanış olduğu şəxsdən 20 manata öz istifadəsi üçün alıb cibinə qoyduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm maddə kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, digər iştirakçılar kimi o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunun həmin psixotrop maddəni haradan əldə etdiyini dəqiq bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: məhkəmə-kimyəvi ekspertizasının 29.09.2019-cu il tarixli 6/4296 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,345 qram olan ağ rəngli kristallşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (qalıq 0,295 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madələr”in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 10.12.2021-ci il tarixli, 5008 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,295 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin 28.09.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 30.09.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə içərisində psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətlədirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu, az ciddi cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.09.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05.05.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,295 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.09.2021-ci tarixdən 30.09.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05.05.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,295 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-156/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-156/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver