Məhkəmə qərarları › İş №1(012)-156/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-156/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-156/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1963-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə salmama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin təyinatını qeyri-yaşayış sahəsi təyinatına dəyişdirəcəyi barədə köməklik göstərməsi məqsədi ilə ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq bu niyyətlə xx.xx.2021-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Lökbatan” adlanan Bazarın qarşısında görüşüb 10000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, sonuncunun tanışı X4 məxsus Quba rayonu, Əski İqrik kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 80 sot torpaq sahəsinin təyinatını dəyişdirəcəyi barədə köməklik göstərməsi məqsədi ilə ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Yəhya Mənsurzadəyə məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq bu niyyətlə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış komplesinin qarşısında görüşərək 15000 manat alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan onun vasitəçiliyi ilə Milli Məclisin deputatı Fəzail Ağamalı tərəfindən vurulsa da istintaq orqanı onu ittiham etmişdir. Qeyd olunan cinayət işi üzrə onun günahı yoxdur, o yalnız vasitəçi olmuşdur. Ona görə də özünü ona qarşı elan edilmiş ittiham üzrə təqsirli bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi ev 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşamışdır. 1-ci və 2-ci Qarabağ müharibəsi veteranıdır. Əvvəllər “Qarabağ Qaziləri və Şəhid ailələrinə Dəstək” ictimai birliyinin sədri olmuşdur. Həbs olunan günədək Azərbaycan Respublikası X7 kömək ictimai Birliyin Bakı şəhər üzrə şöbəsinin sədri vəzifəsində işləmişdir. Şahid Sultan oğlu da həmin ictimai birliyin üzvü olmuş, bu vasitə ilə onunla tanış olmuşlar, xeyli vaxtdır ki, Əhilmanla yaxın münasibətləri vardır. 2021-ci ilin əvvəllərində Şahid ona telefonla zəng edərək bildirmişdir ki, “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan bir nəfər tanışı var, tanışı, həyətində obyekt tikdirib, obyekti işlədə bilməsi üçün həyətyanı torpaq səhəsinin təyinatını dəyişdirib qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirmək istəyir, həmin şəxsə kömək edə bilərsənmi?”. O da Əhlimana demişdir ki, “Milli Məclisdə deputat Fəzail Ağamalı ilə tanışdır, Fəzail müəllimlə məsləhətləşim, əgər razılıq versə bu işi həll edərəm”. Bir neçə gündən sonra o, Fəzail müəllimlə görüşmüş, ona Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki hətəyanı torpaq sahəsinin təyinatının dəyişdirilməsi məsələsi barədə məlumat vermişdir, Fəzail də “həll edə biləcəyini” bildirmişdir. Sonra o, Əhlimana demişdir ki, “razılıq məsələni həll edə bilərəm”. xx.xx.2021ci il tarixdə Əhliman ona telefonla zəng edərək bildirmişdir ki, “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan tanışı, torpaq sahəsinin sənədlərinin təyinatını dəyişdirmək üçün hazırdır, ancaq mən Quba rayonundayam, onun mobil telefon nömrəsini sənə verirərəm, özün zəng et, görüşün, onun məsələsini həll et”. Bundan sonra o, Əhlimandan sonradan adını bildiyi Əmiraslan adlı şəxsin mobil telefon nömrəsini almış, lakin hadisədən xeyli vaxt keçdiyi üçün Əmiraslanın mobil telefon nörəsini xatırılamır. Mobil telefon nömrəsini götürdükdən sonra Əmiraslana zəng edərək bildirmişdir ki, “tezliklə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gələcəm səninlə görüşəcəm”. Əmiraslan da onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə səhər saatlarında şəxsi avtomaşını ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən bazarın qarşısına gəlmiş, orada avtomaşınını saxlayıb Əmiraslana zəng edərək onu bazarın qarşısında gözlədiyini bildirmişdir. Az sonra Əmiraslan bazarın qarşısına gəlmiş, onun avtomaşınına əyləşmiş və 10.000 manat pulu sayıb ona vermişdir. O da pulu və anket məlumatlarını ondan almış, Əmiraslana tezliklə məsələsini həll edəcəyini bildirərək evinə qayıtmışdır. O, Əmiraslanın torpağının təyinatını dəyişməklə bağlı bir neçə tanışına müraciət etsə də lakin həmin torpağın təyinatını dəyişə bilmədiyi üçün o, cümlədən qeyd olunan 10000 manat pulu öz şəxsi ehtiyaclarına xərclədiyindən Əmiraslanın pulunu qaytara bilməmişdir. Lakin sonradan polis əməkdaşlarının onu axtarmasını bilib gizlənməyə qərar vermişdir. Bir müddət sonra isə Əhliman onun yanına gəlmiş və ona bildirmişdir ki, “Əmiraslan ondan pulu tələb edir, pulları qaytar yada ki, gedək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə özün Əmiraslanla söhbə et, məsələni yoluna qoy”. O, Əhlimanla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gəlmiş, Əmiraslanla görüşmüş, Əmiraslana yalandan bildirmişdir ki, “sizin məsələnin düzəlməsi ilə məşqulam bir nəfər Əmlak Komitəsində tanışımın vasitəsi ilə həll edəcəm, lakin həmin şəxsi həbs ediblər, 15 gündan sonra həbsdən çıxacaq bundan sonra məsələ öz həllini tapacaq”. Zərərçəkmiş şəxs2 təxminən 2 il olarki, tanıyır. Zərərçəkmiş şəxs2 2022-ci ilin yanvar ayında onunla görüşərkən demişdir ki, “onun tanışı var Quba şəhərində 80 sot torpaq sahəsi var həmin torpaq sahəsini sənədləşdirmək lazımdı”. O da Yəhyaya bu məsələ ilə əlaqədar maqalanacağını demişdir. Bundan sonra o, tanışı əvəllər Bakı Torpaq Lahiyənin sədri olmuş X2 müraciət etmişdir. Qurban da ona “bu məsələni 11000 manata həll edə biləcəyini” demişdir. Bundan sonra o da Yəhyaya gəlib 15000 manat pul demişdir. Yəhya da ona 2022-ci ilin fevral ayının axırlarında 15000 manat pulu və torpaqla bağlı sənədlərin kserosurətlərini Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksində vermişdir. O, pulu və sənədləri götürüb həmin torpağın təyinatını dəyişmək ilə bağlı bir neçə tanışına müraciət etsə də lakin həmin torpağın təyinatını dəyişə bilmədiyi üçün o, cümlədən qeyd olunan 15000 manat pulu öz şəxsi ehtiyaclarına xərclədiyi üçün Yəhyanın pulunu qaytara bilməmişdir. Lakin sonradan polis əməkdaşlarının onu axtarmasını bilib gizlənməyə qərar vermişdir. Şoradan, o, Yəhyanın pulundan ona 2500 manat pul qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Bildirmişdir ki, Şahid Sultan oğlunu xeyli müddətdir ki, tanıyır, Əhlimanla yaxın münasibətləri olmuşdur. Əhlman Qurbanovun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ofisi var və lahiyə çəkmək işiylə məşquldur. onun evinin lahiyyəsini və həyətindəki tikdiriyi tikililərin lahiyyəsini Əhliman vermişdir. Həyət yanı sahəsindəki torpaq sahəsi yanlız ev tikdirmək üçün nəzərə tutulmuş və sənədləşmədə buna aid olmuşdur. O da istəmişdir ki, həmin torpaq sahənin təyinatını dəyişdirib, həyətindəki obyekdə ticarətlə məşqul olsun. Torpaq sahəsinin təyinatını dəyişdirmək istəyi barədə tanışı Əhlimana bildirmişdir. Əhliman isə ona demişdir ki, “tanışları onlarla danışıb həll edə bilər”. Sonradan Əhliman ona demişdir ki, “bu işi həll etmək üçün 20.000 manat pul istəyirlər”. o, isə Əhlimana imkanının çatmadığını bildirdkdə Əhliman əvvəlləcə 15.000, manat istəmişdir. O, isə Əhlimana demişdir ki, onun 8000 manat pula gücü çatır. Əhliman isə ona demişdir ki, “10.000 manat həll edə bilər, ancaq onun şirinliyini ayrı verməlidir”. O, belə razılaşmışdır ki, “işi düzəlsin, obyekt fəaliyyətə başlasın sonra ona hörmət edəcək”. Onlar razılaşmışlar. Bu məsələ 2021-ci ilin fevral ayında baş vermişdir. Həmin ərəfədə Əhliman ona demişdir ki, “torpağa dair təyinatın dəyişdirilməsi məsələsini “Qarabağ Əlillər” cəmiyyətində işləyən Təqsirləndirilən şəxs həll edəcək. Məhərrəmin yüksək vəzifədə işləyən qohumları var, onların kömkliyi ilə iş düzələcəkdir”. O da inanmışdır. xx.xx.2021-ci il tarixdə “Bank of Baku” bankından kredit yolu ilə pul götrürmüşdür. Pulu götürdükdən sonra Əhlimanla telefon əlaqəsi saxlamış, pulun hazır olduğunu bildirmişdir. Əhliman isə ona bildirmişdir ki, “Təqsirləndirilən şəxs ona özü zəng edib görüşəcək”. xx.xx.2021-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Lökbatan” adlı bazarda işdə olduğu zaman Təqsirləndirilən şəxs ona telefonla zəng edərək Əhlimanın dediyi adamın olduğunu, bazarın yanındakı aptekin qarşısında dayanıb onu gözlədiyini bildrmişdir. O, dərhal Əhlimana telefonla zəng edib bildirmişdir ki, “Məhərrəm onunla görüşmək istəyir. Mən sənində iştirak etməyini istəyirəm, xahiş edirəm bizim yanımıza gələsən”. Əhliman isə ona bildirmişdir ki, “hal-hazırda Quba rayonuna gedir, ona görə də bizim yanımız gələ bilməyəcək”. O, Əhlimana demişdir ki, “bu şəxsi tanımır, tanımadığı adama necə pul versin”. Əhliman isə tam əminliklə bildirmişdir ki, “Məhərrəm onun dostudur, Məhərrəmi tanıyır, heç bir problem ola bilməz”. Əhliman onun tərəddüt etdiyini hiss etdiyi üçün ona bildirmişdir ki, “mən sənə deyirəm, narahat olma pulu ver Məhərrəmə”. O, Əhlimana inandığı üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Lökbatan” adlı bazarının qarşısındakı “Bizim Aptek’in qarşısında dayanmış markasını və dövlət nömrə nişanının xatırlamadığı avtomaşına yaxınlaşmış, həmin vaxt Məhərrəm qabaq sağ qapını açmış, maşından yerə düşmədən onunla görüşdükdən sonra bildirmişdir ki, “Əhlimanını dediyi şəxs odur”. O da 10000 manat pulu sayıb Məhərrəmə vermişdir. Məhərrəm 10.000 manat pulu sayıb ondan aldıqdan sonra demişdir ki, “narahat olma bir həftə ərzində iş həll olunacaq rahat şəkildə obyektini açıb işlədə biləcək”. Bundan sonra Məhərrəm ona demişdir ki, “bu puldan Əhlimana heç nə çatmır, Əhlimana özün hörmət edərsən”. O da Məhərrəmə demişdir ki, “işi həll olunduqdan sonra Əhlimana şirinlik verəcək”. Pul verdikdən bir hətfə sonra Əhlimana telefonla zəng edərək işin nə yerdə olduğunu soruşmuş, Əhliman isə ona demişdir ki, “narahat olma işin düzələcək”. Lakin 2022-ci ilin mart ayına qədər sənədləşmə işi düzəlməmişdir. O, Əhlimanla görüşüb Əhlimana bildirmişdir ki, o, sənədləşmə işinin istəmir, onun pulunu geri qaytarsın. Əhliman onun yanında Təqsirləndirilən şəxs telefonla zəng edərək pulun qaytarılmasını istədiyini bildirəndə Məhərrəm işin düzələcəyini bildirmişdir. Ancaq o, tələb etmişdir ki, Məhərrəmlə onu görüşdürsün. xx.xx.2022-ci il tarixdə onun tələbindən sonra Əhlimanla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Lökbatan” adlı bazarın qarşısında avtomaşın dayanacağında Məhərrəmlə görüşmüşlər. Söhbət zamanı o, Məhərrəmdən pulunu tələb edərkən ona bildirmişdir ki, “işin düzəlməsi üçün pulu verdiyi adam həbs olunub adama 15 gündən sonra həbsdən çıxacaq, adam həbsdən çıxdıqdan sonra pulu alıb qaytaracaq”. Lakin buna baxmayaraq Məhərrəm yenidən onları aldatmış, Məhərrəmlə əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra Əhlimala görüşmüş və Əhlimana bildirmişdir ki, bankın kretditini ödəyə bilmir. Kredit cədvəlini Əhlimana vermiş və krediti ödəməsini tələb etmişdir. Əhliman isə maddi imkanı ilə bağlı olaraq ayda 800 manat kredit ödəyə bilməyəcəyini bildirmişdir. Əhliman onunla razılaşmışdır ki, ayda 400 manat olmaqla kretditin ödənilməsinə köməkilik edəcəkdir. Ancaq Əhliman üç ay cəmi 1200 manat puluda ona köməklik etsədə sonradan ona kömklik etməmişdir. Hal-hazırda kretditi ödəyirəm. Kretditin ödənilməində çətinlik çəkir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Xanagah kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 12 B, mənil 27 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. X5 tanıyır, onun yaxın dostudur, Qorxmazla aralarında olan münasibətləri hər zaman yaxşı olmuş, bu günə kimi aralarında düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs da təxminən 2 il olarki, tanıyır. Onun dostu X3 adına Quba rayonu, Əski İqrik kəndində 80 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan Qorxmaz həmin torpaq sahəsinin təyinatını dəyişdirmək istəmişdir. Ancaq bu işi görmək üçün pulu olmamışdır. O da bununla əlaqədar Məhərrəmə demişdir. Məhərrəm demişdir ki, “onun tanışları var və işi həllə edə bilər”. O, dostu X4 demişdir ki, “adam var istəyirsən sənin Quba rayonu, Əski İqrik kəndində 80 sot torpaq sahənin təyinat məsələsini düzəltsin ancaq bunun müqabilində səndən 15000 manat pul alacaqdır”. Qorxmaz Əliyev işinin alına biləcəyinə şad olmuş, lakin hazırda o qədər pulunun olmadığını bildirmişdir. Düşünmüşdür ki, “uzun müddətdir dostuq, yaxın ünsiyyətimiz var, kömək edim onun işi düzəlsin” Qərara gəlmişdir ki, dostu Qorxmaz Əliyevə yaxşılıq etsin. Bundan sonra o, Qorxamaza demiş, Qorxmaz da sənədləri ona vermiş, o da sənədləri Məhərrəmə göstərmişdir. Məhərrəm də demişdir ki, “məsələni həll edə bilər sadəcə olaraq 15000 manat pul lazımdır”. O da bununla əlaqədar Qorxmaza demiş və bildirmişdir ki, “sən narahat olma mən 15000 manatı Məhərrəmə verəcəm, Məhərrəm sənin işini görüb qurtardıqdan sonra sən mənim pulumu yavaş-yavaş verərsən”. Qorxmaz da onunla razılaşmışdır. O, 27 fevral 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksində Məhərrəmlə görüşüb Məhərrəmə 15000 manat pulu vermişdir. Məhərrəm pullu götürdükdən sonra 02 mart 2022-ci il tarixdə həmin torpağın təyinatını dəyişib sənədlərini verəcəyini demişdir. O da bundan sonra Məhərrəmi gözləmişdir. Lakin buna baxmayaraq Məhərrəm onu aldadaraq sənədləri düzəltməmişdir. Məhərrəm sonradan isə həmin puldan 2500 manat pulu qaytarmış lakin 12500 manat pulu qaytarmamışdır. O da bundan sonra hadisə barədə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda fərdi əməklə məşqul olur, 1-ci Qarabağ müharibəsi qazisidir. Zərərçəkmiş şəxs1 tanıyır, Əmiraslanla yaxın münasibətləri olmuşdur. O, Əmiraslan evinin sənədlərinin düzəlməsinə kömək etmiş, həmdəki, lahiyyəsini vermişdir. Ona görə də yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs da uzun illərdir ki, tanıyır, Məhərəm İsmayılov “Qarabağ Qazilər və Şəhid ailələrinə Dəstək” ictimai birliyini sədri işləmişdir. Məhərrəmlə yaxın münasibətləri olmuşdur. Əvvəllər Məhərrəmin dələduzluqla məşqul olmasını bilməmişdir. 2021-ci il tarixdə Əmiraslan ona bildirmişdir ki, “həyətində obyekt tikdirib, həmin torpaq sahəsinin təyinatını dəyişdirmək torpaq sahəsini qeyri-yaşayış təyinatlı etdirmək istəyirdi”. Əmiraslan ondan xahiş etmişdir ki, “bu işdə ona kömək edim”. Həmin ərəfələrdə Məhərrəm ona bildirmişdir ki, “onun yüksək vəzifələrdə və eləcə də Milli Məclisin deputatlarından tanışları var, istənilən şəxsi işə düzəltmək və ya digər işləri görmək iqtidarındadır. Əgər hər hansı bir şəxs işlə bağlı müraciəti olsa ona məlumat verim”. O da Məhərrəmə inandığı üçün onun telefon nömrəsinə zəng etmiş və Məhərrəmə demişdir ki, “bir nəfər dostu var, həyətyanı torpaq sahəsinin təyinatını dəyişdirib, qeyri-yaşayış təyinatlı etdirmək istəyir, ona kömək edə bilərsənmi”. Məhərrəm ona bildirmişdir ki, “bu məsələni həll edə bilər, bunun üçün isə 10.000 manat pul lazımdır”. O, Əmiraslana bu barədə məlumat vermişdir. Əmiraslan razılaşmış və ona demişdir ki, “10.000 manatı" verəcək”. Dəqiq ay və günün xatrılamadığı 2021-ci il tarixdə Əmiraslan ona telefonla zəng edərək pulun hazır olduğunun bildirmişdir. Əmiraslan demişdir ki, “Quba rayonundadır ona görə də sənin mobil telefon nömrəni Məhərrəmə verəcək ki, sənə zəng etsin, özünüz görüşüb danışarsınız”. Dəqiq xatırlamadığı tarixdə səhər saatlarında Əmiraslan ona telefonla zəng edərək bildirmişdir ki, “Məhərrəm Lökbatan qəsəbəsinə gəlib, onunla görüşmək istəyir, gəl birlikdə görüşək”. O da Əmiraslana demişdir ki, “mən Quba rayonundayam özünüz görüşün”. Həmin gün X6 qəsəbəsində görüşümüş, Əmiraslan 10.000 manat pulu sənədləri düzəltmək üçün Məhərrəmə vermişdir. Bir neçə vaxtdan sonra o, Bakı şəhərinə qayıtmışdır. Bundan sonra ona məlum olmuşdur ki, “Məhərrəm Əmiraslanın torpaq sənədləri məsələsini həll etməyibdir”. Əmiraslan onu günahlandırmışdır ki, “pulu sənə görə Məhərrəmə vermişəm, mənim pullarımı qaytarın”. Əmiraslan pullarını ondan tələb etdiyində fikirləşmişdir ki, Əmiraslana kömək etsin. Ona görə də Məhərrəmi axtarıb tapmış, 2022-ci ilin mart ayında Məhərrəmi Lökbatan qəsəbəsinə gətirmiş, Əmiraslanla görüşdürmüşdür. Söhbət zamanı Məhərrəm pulu qaytaracağını bildirsə də pulu qaytarmamışdır. Əmiraslan ona telefonla zəng edərək bildirmişdir ki, “maddi vəziyyəti pisdir, bankın kreditini ödəyə bilmir, ona kömklik edim, o da Məhərrəmdən pulu aldıqdan sonra mənə olan borcunu qaytaracaqdır”. O da Əmiraslana kömək etmək məqsədi ilə üç dəfə 400 manat olmaqla ümumilikdə 1200 manat Əmiraslana pul vermişdir. Lakin Əmiraslan onu səhv başa düşmüş, elə fikirləşmişdir ki, guya o, Məhərəmlə əlbir olmuş, pulları ikisi arasında bölüşdürmüşlər. Ona görə də pulları onun ödməsini tələb etmişdir. Lakin buna baxamayaraq o, Əmiraslana dəfələrlə bildirmişdir ki, onun Məhərrəmlə heç bir əlaqəsi olmamış, Məhərrəmin pulları alaraq kimə veməsi, hara xərcləməsini bilməmişdir. Məhərrəm pullardan ona heçnə verməmiş, əvvəlcədən pulları bölüşdürmək barədə razılaşmaları olmamışdır. Sonradan eşitmişdir ki, Məhərrəm Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Yahya adlı şəxsə qarşı dələduzluq etmiş, Yahya Abşeron RPİ-nə müraciət etmiş, bu barədə Abşeron RPİ-ndə araşdırma aparılmış, Təqsirləndirilən şəxs həbs edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq, Abşeron RPİ-in MSY-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxs xidməti vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası “X7 Kömək” İctimai Birliyinin Bakı şəhər şöbəsinin sədri vəzifəsindədir. Vəsiqənin verirlmə tarixi xx.xx.2017-ci il olmaqla etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.1, 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinərək, CM-in 66.3 və 69.3-cü maddəsinə əsasən 05 il 06 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə şərti olaraq cəza təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü dəyişdirilmiş, CM-in 70-ci maddəsi ilə şərti məhkum etmənin tətbiq olunması və bununla bağlı göstəriş hökmdən xaric edilmiş, həbsdə saxlama müddəti çıxılmaqla üzərində 05 il 06 ay 19 gün müddət azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2012-ci il tarixdən hesablanmış və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 70-ci maddəsi ilə tətbiq edilməklə, 01 il 06 ay müddətinə şərti olaraq cəza təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi onunun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus özgə əmlakını, müvafiq məbləğlərdə pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq etməsini təsdiq və sübut edən kifayət qədər məlumatlar qeydə alınmış, sübutlar toplanmışdır, həmin sübutların mötəbərliyi isə şübhə doğurmur. Təqsirləndirilən şəxs sadəcə olaraq özünü müdafiə etmək məqsədilə, sözdə, ittihamı qəbul etmir, hansı ki, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş təkzibolunmaz sübutlarla təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam olaraq öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onların təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz təqsirləndirilən şəxsə aidiyyəti olmuşdur və onunun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, mübahisənin mülki xarakterli olması ilə bağlı qənaətə gəlinməsi üçün hüquqi əsaslar yoxdur, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxslər niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə onlar, hər bir zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut yoxdur, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar