Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-156/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs həyat yoldaşı X4 xəstəliyi ilə əlaqədar olaraq İİ qrup əlillik dərəcəsindən İ qrup əlillik dərəcəsinə keçirəcəyinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 25 iyun 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, 12 saylı evdə 7000 (yeddi min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2022-ci ildə Yasəmənin vasitəsi ilə tanış olmuşdur. Belə ki, onlar Kəmalənin Abşeron rayonu, Masazı qəsəbəsində yerləşən mənzilində görüşmüş və söhbət əsnaasında sonuncu ərinin səhhətindəki xəstəliyi ilə əlaqədar ikinci qrup əlil olmasını, lakin birinci qrup əlillik dərəcəsi almaq istədiyini dedikdə o, sonunciya vəd verərəl, həmin məsələnin alınması üçün 7000 manat pul lazım olmasını bildirmişdir. Kəmalə onun təklifi ilə razılaşaraq, həmin pulu düzəldib verəcəyini bildirmiş və həmin gündən bir neçə gün sonra yəni 25 iyun 2023-cü il tarixdə sonuncu ona zəng edərək, hazır etdiyi 7000 manat məbləğində pulu verməsi üçün onun yaşadığı evə getməyini demişdir. O, Kəmalənin dediyi ilə razılşaraq, yaşadığı Abşeron rayonunda olan mənzilə gəlmiş və orada sonuncu həyat yoldaşı Esak Cabbarovun xəstəliyi ilə əlaqədar olaraq ikinci qrup əlillik dərəcəsindən birinci qrup əlillik dərəcəsinə keçirmək üçün 7000 manat pul və həyat yoldaşına məxsus xəstəxana sənədlərini və şəxsiyyət vəsiqəsini ona vermişdir. O, pulu sayaraq, əmin olduqdan sonra sənədləridə götürərək, narahat olmamasını, işini tezliklə həll edəcəyinə dair vəd verərək, oradan uzaqlaşmışdır. Bu hadəsidən sonra onun şəxsi həyatında problemləri yarandığından Kəmalənin həyat yoldaşının əlillik dərəcəsi məsələsini həll edə bilməmiş, sonuncudan aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, səmimi etiraf etmişdir ki, Kəmalədən onun həyat yoldaşı X4 əlillik dərəcəsi düzəltmək üçün sonuncudan 7000 manat pul almış, ona həmin işdə heç kim kömək etməmiş, həmin puldan heç kimə verməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs dəymiş ziyan tam şəkildə ödənilməklə barışıq əldə edilmiş, hazırda sonuncunun ona qarşı şikayət və tələbii yoxdur. Nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncu ilə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 11 saylı Əliağa Vahid adına tam orta məktəbdə müəllimə işləmişdir. O, 2022-ci ilin iyun ayında həyat yoldaşı X3 xəstəliyi ilə əlaqədar olaraq ikinci qrup əlillik dərəcəsindən birinci qrup əlillik dərəcəsinə keçirmək üçün tanışı Şahid vasitəsi ilə bu işi görə bilən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 3 ünvanına gəlmiş və onlar əlilliklə bağlı söhbət edən zaman Təqsirləndirilən şəxs həyat yoldaşı X3 xəstəliyi ilə əlaqədar olaraq ikinci qrup əlillik dərəcəsindən birinci qrup əlillik dərəcəsinə keçirmək üçün ümumilikdə 7000 manat pul lazım olduğunu bildirmişdir. O, da Yeganəyə inanaraq həmin pulu düzəldib verəcəyini bildirmişdir. Bundan sonra Yeganə çıxıb getmişdir. 25 iyun 2023-cü il tarixdə o, 7000 manat pul düzəldərək həyat yoldaşı Esak Cabbarovun xəstəliyi ilə əlaqədar olaraq ikinci qrup əlillik dərəcəsindən birinci qrup əlillik dərəcəsinə keçirmək üçün həmin pulu yaşadığı ünvan 3 ünvanında Təqsirləndirilən şəxs vermişdir. Yeganədə ona tezliklə işi düzəldəcəyinə vəd vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək vaxtı uzatmış və ondan aldığı pulu qaytarmamışdır. O, dəfələrlə Yeganənin istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlasada, Yeganə telefonu söndürmüş və onun zənglərinə cavab verməmişdir. O, Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını başa düşdüyü üçün xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra onu Abşeron RPİnə dəvət etmişlər və o, Pİ-nə gələrək ərizə və izahat yazmışdır Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 20 il olar ki, tanımış, onunla aralarında münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Kəmalə xanım 1 saylı Əliağa Vahid adına tam orta məktəbdə dil-ədəbiyyat müəlliməsi işləmişdir. Zərərçəkmiş şəxs həyat yoldaşı X5 insult xəstəsi olduğu üçün, bədəninin bir tərəfi işləməmiş və Kəmalə xanım həyat yoldaşına baxmışdır. Günlərin birində Kəmalə xanım ilə söhbət əsnasında Kəmalə ona bildirmişdir ki, həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq ikinci qrup əlillik dərəcəsindən birinci qrup əlillik dərəcəsinə keçirmək üçün adam axtarır. O, bu barədə bilmişdir. Bundan sonra 2022-ci ilin iyun ayında O, tanışı Könül adlı xanımdan Yeganə adlı qadının sənəd işləri ilə məşqul olduğunu və əlillik dərəcəsini düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt onun yadına rəfiqəsi Kəmalə xanım düşmüş və o, Könüldən Yeganə adlı qadının telefon nömrəsini almışdır. O, həmin nömrəni Kəmalə xanıma vermiş və o, Yeganə adlı qadınla zəngləşib danışmışdır. Yeganədə 7000 manat pula Kəmalənin həyat yoldaşının həyat yoldaşı X3 xəstəliyi ilə əlaqədar olaraq ikinci qrup əlillik dərəcəsindən birinci qrup əlillik dərəcəsinə keçirmək üçün lazım olduğunu bildirmişdir. Kəmalə də həmin pulu düzəldib Yeganə adlı qadına vermişdir. Bunu o, Kəmalə xanımla danışanda bilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Yeganə adlı qadın verdiyi vədə əməl etməyərək Kəmalə xanımı aldatmış, nə əlilliklə bağlı sənədləri düzəltməmiş, nədə ona verdiyi 7000 manat pulunu qaytarmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Yeganənin onu aldatması və pulunun mənimsəməsi barədə Abşeron RPİ-nə şikayət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:55 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 13 oktyabr 2023-cü il tarixdən, saat 19:45-dən hesablanmışdır;
2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi ********* nömrəli cinayət işi başlanmaqla, icraata qəbul edilmişdir;
3. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi” barədə 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir;
6. “Şübhəli şəxsin barəsində axtarış elan olunması” haqqında 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir;
7. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;
8. Abşeron rayon Polis İdarəsinin 30 mart 2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saxlanılaraq, Abşeron RPİ-yə gətirilmiş və istintaq şöbəsinə təhvil verilmişdir;
9. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması” barədə 30 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır;
10. “Sübutların qiymətləndirilməsi haqqında” 30 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri iş üzrə nəzərə alınmalı, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Şahid əməlində cinayət tərkibi olmadığından onun barəsində olan cinayət işinin başlanılması rədd edilmişdir;
11. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 10 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən aldığı 7000 manat məbləğində pul geri qaytarıdlığından sonuncuya qarşı şikayəti və tələbi yoxdur;
12. İmişli rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2024-cü il tarixli, 1(036)-35/2024 saylı hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 29 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 09 iyun 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək saxlanılması, Təqsirləndirilən şəxs maddi ziyana görə 8500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 manat, ümumilikdə 8605 manat məbləğində pul vəsaitinin tutularaq, X2 xeyrinə ödənilməsi qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfləri həll edilmişdir;
13. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-80/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, İmişli rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 1(036)-35/2024 saylı hökmü cəza hissəsində dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il həddində müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəllənin 69.3-cü maddəsinə əsasən 29 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək tutulduğu 02 gün müddət ona təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və barışığın əldə edilməsini onun cəzasını yüngülləşdirən halı kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməli barəsində çıxarılmış Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-80/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərarı ilə məhkum olunmamışdan əvvəl, yəni 25 iyun 2023-cü il tarixdə törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu bu cinayət əməli residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-80/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməli, cəza çəkmə müddətinin əvvəli isə İmişli rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2024-cü il tarixli, 1(036)-35/2024 saylı hökmü ilə müəyyən edilmiş 09 iyun 2024-cü il tarixdən hesablanmalı, həmçinin sonuncunun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur.
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-80/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli İmişli rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2024-cü il tarixli, 1(036)-35/2024 saylı hökmü ilə müəyyən edilmiş 09 iyun 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov