Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-157/2020 07.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi iştirakı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X3 Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı X10 şikayətində göstərmişdir ki,X12 xx.xx.2019-cu il tarixdə təhsisçi və baş redaktoru olduğu www.apaxeber .az internet saytında “APA GRUP” şirkətin rəhbəri Vüsalə Mahirqızı subay və cavan Vüqardan istəyi nədir? başlıqlı məqalədə “Əziz oxuyucularımız, son vaxtlar müxtəlif özünə münasib (KİV-də)saytlarda, rəhbərlik etdiyimiz "Apaxeber.az" saytı barədə həqiqəti əks etdirməyən, bizə qərəzli münasibət bəsləyən və (mətbuat azadlığmda)fəaliyyətimizə şəxsi maraqlardan maneə olmağa çalışan "APA Grup" şirkətlə rastlaşdığını, "APA Grup" şirkətin məsul şəxsi Vüsalə Mahirqızı öz rəhbərlik etdiyi və eləcə də özünə yaxın, tanış saytlarda, yeni fəaliyyətə başlayan "Apaxeber.az" saytına qarşı qərəzli və hüquqi əsası olmayan qarayaxma kampaniyasına başladığını, düzü desəm heç təsəvvürdü edə bilməzdimki, belə bir böyük nüfuzlu şirkətin Vüsalə Mahirqızı kimi çox əqidəli, saf və çox dərin düşüncəli bir işçisi olduğunu, bu gün ki, mövzumuzun "Qəlıramanı" Vüsalə Mahirqızı, bizim rəhbərlik etdiyimiz "Apaxeber.az" saytımıza nədənsə son vaxtlarda maraqlarını artırsada, bununla kifayətlənməyərək daha da cəsarətlənərək bizim barəmizdə hüquq-mühafizə orqanlarına müraciət etdiyini və eyni zamanda gələcəkdə məhkəməyə müraciət etmək istəyini KİV-də bəyan etdiyini, maraqlısı odur ki, Vüsalə Mahirqızı özüdə, bizə qarşı olan bu maraqlarının məhz nədən ibarət olmasını aydın şəkildə hüquqi əsaslarla izah edə bilmədiyini, məhz bu səbəbdən də Vüsalə Mahirqızı bu böyük şirkətin rəhbəri olmağına baxmayaraq, hansı hallarda və konkret nə vaxt onlara məxsus şirkətin adından istifadə etməyimizi sübut edən hər hansı bir dəlil və fakt təqdim edə bilmədiyini, onun bizə qarşı bu hüquqi əsası olmayan iddiaları dərc edən saytlardan birisi ilə əlaqə saxlamağa çalısaqda, həmin saytın əlaqə nömrəsinə zəng etdikdə, zəngimizə cavab verən şəxs bildirmişdir ki, belə bir sayt tanımır və istifadə etdiyi həmin nömrənin bu sayta heç bir aidiyyatı olmadığını, bir sözlə Vüsalə Mahirqızı bizim barəmizdə bəzi xoşagəlməz, fakta söykənməyən iddialar qeyd etsə də, biz bu qadına yenədə hörmətimizlə və səbrimizlə qarşıladığını, izləyicilərin və bütün media və eləcə də dövlət qurumların diqqətinizə çatdırırıq ki, Vüsalə Mahirqızınm "Apaxeber.az" saytı və bu saytın fəaliyyəti barədə dərc etdiyi iddialar tam əsassızdır, həqiqəti əks etdirməyən məlumat olduğunu, bizim rəhbərlik etdiyimiz "Apaxeber.az" satı, yani domeni qanuni, alqısatqı yolu ilə "Online.az"dan haqqını ödəmək şərti ilə əldə edib sahib olmuşuq və bu saytın əldə edilməsində heç bir hüquq pozuntusuna və ya digər hər hansı sui-istifadələrə yol verilmədiyini yaymaqla onun şərəf və ləyaqətini alçatmış, işgüzar nüfuzunu ləkələmiş və onu təhqir edərək ona böhtan atmışdır. "Apaxeber.az" saytın təsisçisi və baş redaktoru Vüqar Qasımov bütün bu yazı və başlıqla onun ictimai imicinə və işgüzar nüfuzuna ləkə yaxmaqla yanaşı, ailəli və bir uşaq anasına qarşı bir qafqaz qadınına təhqirdən ötə hərəkətləri ifadə etmişdir. Bu yazının başlığı məhz onu alçatlmaq və onun üçün hər şeydən uca olan namusuna və ləyaqətinə toxunacaq xüsusi sözlərdən seçilmişdir. V.Qasımov əslində cəmiyyətə çox çirkin və böhtan dolu mesaj verməyə çalışmışdır. Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi şikayəti müdafiə edərək icraata qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.1- ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, X2 xx xxxxxx 1948ci il tarixli X9 Bəyannaməsində və xx xxxxxx 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda. "İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüquqi ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Hüquq ədəbiyyatına və məhkəmə təcrübəsinə əsasən, yayılan məlumatlar (yayılmış olsada belə) yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətvermiş X3 barəsində “APA GRUP” şirkətin rəhbəri Vüsalə Mahirqızı subay və cavan Vüqardan istəyi nədir? başlıqlı məqalədə göstərilənlər ümumi xarakterli ifadə olduğundan böhtan və təhqir kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, təhqir və böhtan cinayətləri üç üsulla törədilə bilər: məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymaqla. Bu o deməkdir ki, başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi əsərdə təsvir edilməklə, qəzetlərdə, jurnallarda, radioda, televiziyada, internetdə, mitinqlərdə, piketlərdə, yürüşlərdə və ya küçəyə çıxıb qışqırmaqla və s. yayıla bilər. Xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Vüsalə Mahir qızına böhtan atmamış, yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymamış, həmçinin X7 təhqir etməmiş, yəni, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Plenum Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il. yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı. atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il. ay və gün), şikayəti vermiş şəxsin imzası məhkəmədə yoxlanılmalı, habelə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302,1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məhkəmənin hazırlıq iclasında baxılır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda—məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxşının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, verilmiş xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.3, 293.3.4-cü maddəsinin, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1, 302.1.3, 302.1.7-ci maddəsinin tələbləri pozulması ilə verildiyindən xüsusi ittiham qaydasında şikayət məhkəmə hazırlıq iclası nəticələri əsasında məhkəmə baxışının təyin edilməsindən və məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-in 302.2, 302.2.3-cü maddələrinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.6-302.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1, 300.1.3, 302.1, 302.1.6, 302.1.7, 383-384-cü maddələrinə rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinin məhkəmə baxışının təyin edilməsindən və öz icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-157/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-157/2020
07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver