Məhkəmə qərarları › İş №1(012)-157/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-157/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-157/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs qanuni varisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Xəzinə palace” şadlıq sarayının yaxınlığında fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində, Xırdalan şəhəri, “MD-23” yaşayış massivində Zərərçəkmiş şəxs əvvəllər qeyri rəsmi olaraq birlikdə yaşadığı Şahid1 ilə sevgi münasibəti yaşadığını zənn edib, bunu etməməyi tələb edərək qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxsla dalaşaraq özündə olan bıçaqla qəsdən sonuncunun sağ çiyin nahiyəsinə bir dəfə və sol bel nahiyəsinə bir dəfə vuraraq ona sağ çiyin qurşağı nahiyəsinin və sol belin çapıq toxumalarından ibarət dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. O, birinci həyat yoldaşından ayrıldıqdan bir müddət sonra 2017-ci ilin əvvəllərində Abşeron rayonu, Xırdalan şəhərində “Köhnə bazar” deyilən yerdə yerləşən kafedə işləyən Şahid1 ilə tanış olmuş, bir müddət sonra onlar birlikdə yaşamağa başlamışlar. 2017-ci ildən 2023-cü ilin mart ayına qədər birlikdə yaşamışlar. Sonra Sevgüllə aralarında münasibətlər pisləşməyə başlamış, Sevgüllə mübahisə edib ayrılmışlar. Sevgüldən ayrıldıqdan sonra onunla yenidən barışmaq üçün dəfələrlə onun “MD-23” yaşayış kompleksində yerləşən iş yerinə getmiş, onun iş yerinin qarşısında bir neçə dəfə görüşmüş və barışmağa cəhd göstərsə də Sevgül onunla barışmamışdır. 2023-cü ilin yay vaxtı Sevgülün iş yerinə getdikdə onun iş yerinin qarşısında adının Əmrah olduğunu bildirən təxminən 30 yaşlı oğlan ona bildirmişdir ki, Sevgülün başqa yaşadığı şəxs vardır. O, maraqlanıb öyrənmişdir ki, Sevgül başqa bir oğlanla görüşür. Odur ki, onun iş yerinə getmiş, Sevgüllə görüşmüş və mübahisə etmişlər. Sevgülə başqa şəxslə yaşayıb-yaşamadığını soruşduqda Saevgül etiraf etmişdir ki, başqa oğlanla görüşüb yaşayır. O, Sevgülə irad bildirmiş, onun az yaşlı uşaqlarının ona “ataÜ dediyini söyləmiş, Sevgüldən onun yanına qayıtmasını xahiş etmişdir. Lakin Sevgül onunla yaşamaqdan imtina etmişdir. 2023-cü ilkin yay aylarında Sevgülün iş yerinə səhər vaxtı, saat 10 radələrində getdikdə Sevgülün iş yerinin yaxınlığında sonradan tanıdığı Zərərçəkmiş şəxs onu arxadan fitlə çağırmışdır. O, geri döndükdə onu Şahin adlı tanışına bənzətmiş və ona demişdir ki, “Şahin, sən xeyir olsun buralardasan”? Bu zaman həmin şəxslə birlikdə həmin yerdən uzaqlaşdıqdan sonra adının Eşqin olduğunu bildirmiş və Sevgüllə bir-birlərini sevdiklərini və birlikdə yaşadıqlarını demişdir. Zərərçəkmiş şəxs ona irad tutmuşdur ki, “sən nə üçün Sevgülün iş yerinə gedib onu narahat edirsən?” Bu zaman onlar dalaşmış və Zərərçəkmiş şəxs onun ağzına vurmuşdur. O da Zərərçəkmiş şəxs vurmuşdur. Onları hadisə yerinə gələn bir neçə şəxs aralamışdır. O, Zərərçəkmiş şəxs xahiş etmişdir ki, Sevgülə yaxın getməsin, Sevgülün uşaqları ona ata deyir. Həmin vaxt ağzı qanamış, lakin ciddi xəsarəti olmamış, odur ki, şikayət etməmişdir. Həmin hadisə ilə əlaqədar hazırda da şikayətçi deyildir. Bundan sonra Zərərçəkmiş şəxsla ikinci dəfə 2023cü ilin oktyabr ayının əvvəllərində Sevgülün iş yerinin qarşısında rastlaşmış və dalaşmışlar. Həmin hadisə baş verən gün o, səhər vaxtı Sevgülün iş yerinin yaxınlığına gəlib, orada olan plakatın arxasında dayanıb gözləmişdir ki, Sevgül gələndə onunla görüşüb könlünü alsın və barışsınlar. O, plakatın arxasında gözləyərkən Sevgülün Zərərçəkmiş şəxsla əl-ələ tutub onun iş yerinə tərəf gəldiklərini görmüşdür. Sevgül iş yerinə keçdikdən sonra o, plakatın arxasından çıxıb geri qayıdan Eşqinin arxasınca getmiş və dəmir yol keçidinin yaxınlığında yaşayış massivində, binaların arasında ona çatmış və onu saxlayıb bildirmişdir ki, “axı mən səndən xahiş etmişəm ki, Sevgüldən əl çək”. Bu zaman mübahisə edərək dalaşmışlar. Həmin vaxt onun ağzı və burnu qanamış, Zərərçəkmiş şəxs isə, gözünün altı qaralmışdır. O, həmin vaxt DİN-nin “102 xidmətinə” zəng etmiş və şikayət etmişdir. Hadisə yerinə gələn polis əməkdaşları onları polis idarəsinə aparmışlar. Sonradan təhqiqatşının qərarı əsasında o və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etdilmiş, Abşeron rayon məhkəməsinin qərarı ilə barələrində inzibati cərimə cəzası tətbiq edilmişdir. 2023-cü ilin axırlarında Xırdalan şəhəri, “28 may” qəsəbəsində kirayə evdə yaşamışdır. Binəqədi rayonunun ərazisində yerləşən “Tasoil” yanacaq doldurma məntəqəsində yuyucu işləmişdir. 27 oktyabr 2024-cü il tarixdə səhər vaxtı işə gedərkən Zərərçəkmiş şəxs və Şahid1 onunla üzübəüz gəlmişlər. Onlar əl-ələ tutub Sevgülün işlədiyi anbara tərəf gedərkən onu görüb aralanmışlar. O, demişdir ki, “yaxşı oldu, mən elə bu günü gözləyirdim”. Sevgülə demişdir ki, çıx get. Sonra o, söhbət etmək üçün Zərərçəkmiş şəxs yaxınlaşdıqda Zərərçəkmiş şəxs yumruqla onun ağzına bir dəfə vurmuşdur. O da kəllə ilə onun sifətinə bir kəllə vurmuşdur. O, Zərərçəkmiş şəxs yerə yıxmışdır, lakin yerə yıxılandan sonra onu vurmamışdır. Zərərçəkmiş şəxs demişdir ki, “dəfələrlə sənə demişəm ki, Sevgüldən uzaqlaş”. Zərərçəkmiş şəxs yerdən qalxmış və onlar üzbəüz duraraq söhbət etmişlər. O, Zərərçəkmiş şəxs bir daha demişdir ki, “Eşqin, mən sənə dəfələrlə demişəm ki, Sevgüldən uzaqlaş, adam balasısan, vicdanın olsun. Zərərçəkmiş şəxs “adam balasısan” ifadəsindən xoşu gəlməmiş və onunla təkrar əlbəyaxa olmuş, sonra özləri ayrılmışlar. X13 itələmiş və söyüş söyərək hadisə yerindən gedərkən o, DİN-nin “102 xidmətinə” zəng edib şikayət etmişdir. Hadisə Şahid1 iş yerinin yaxınlığında baş vermiş, Sevgül hadisəyə müdaxilə etməmişdir. Hadisə zamanı onun əlində və üstündə bıçaq oilmamış, o, Zərərçəkmiş şəxs bıçaqla vurmamışdır. Hadisə zamanı Sevgülün yanında da bir nəfər tanımadığı iş yoldaşı və Zərərçəkmiş şəxs olmuşlar. Lakin onun Sevgülü vurmaq niyyəti olmamış və onu vurmağa cəhd göstərməmişdir. Zərərçəkmiş şəxsla dalaşaraq birbirini yumruqla və kəllə ilə vurmuş, hadisə zamanı Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Lakin onu bıçaqla vurmamışdır. Zərərçəkmiş şəxs yerə yıxarkan yerdə dəmir parçası olarsa, dəmir parçasının onun bədəninə batması nəticəsində həmin kəsilmiş-deşilmiş xəsarətlər ala bilər. Hadisə çox qısa müddətdə, təxminən üç dəqiqə müddətində baş vermiş, həmin müddətdə dalaşmış və tez ayrılmışlarş Hadisə yerindən Zərərçəkmiş şəxsla birlikdə aralanıb uzaqlaşmışlar. Hadisəni Sevgül görməmişdir, çünki, o, iş yerinə getdikdən sonra Zərərçəkmiş şəxsla dalaşmışlar. Hadisədən əvvəl Sevgülün yanında olan iş yoldaşı hadisəni görmüşdür, lakin onlara yaxınlaşmamışdır. Hadisə yerinə bir nəfər yoldan keçən tanımadığı şəxs yaxınlaşmış və onlar ayrıldığı üçün o da öz yoluna getmişdir. Hadisədən kənar şəxslərdən heç kim xəbər tutmamışdır, çünki hadisə zamanı nə o, nə də Zərərçəkmiş şəxs ucadan səs-küy salmamışlar. Bir-birlərini vurmuş və dərhal da ayrılmışlar. Onun evdə saxladığı 3000 (üş min) manat pulu Şahid1 ondan ayrəlarkan evindən götürmüşdür. Lakin həmin 3000 manat (üç min) manat pulu götürdüyünə görə Şahid1 şikayətçi deyildir. Çünki Şahid1 ilə bir ailə olaraq yaşadığı zaman əımlakları və pulları birgə mülkiyyətlərində olmuşdur. Zərərçəkmiş şəxs və Şahid1 etdiyi şikayətin araşdırılmasından narazı olaraq sərxoş vəziyyətdə DİN-nin “102 xidmətinə” zəng edib intihar edəcəyini bildirmişdir. Sonda o, əməlindən peşman olduğunu əsas gətirərək ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan elektron portaldan çıxarışdan görünür ki, iş üzrə zərərçəkən Zərərçəkmiş şəxs 11 noyabr 2024-cü il tarixdə ölmüşdür. Onun ailə üzvlərinin qanuni varisi kimi işə cəlb olunması məqsədi ilə məhkəmə tərəfindən onun qeydiyyat ünvaınana məktub göndərilmişdir. Bakı şəhəri Səbail rayonu MKTB-nin 11 mart 2025-ci il tarixli 31 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs ailə üzvləri- anası X2 və qardaşı X1 rayonu Y.Bədəlov küçəsi 25 ünvanında yerləşən yataqxanada qeydiyyatda olmalarına baxmayaraq, göstərilən ünvanda yaşamamışlar. Bu əsasda məhkəmə Zərərçəkmiş şəxs qanuni varisi qismində Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 tanımışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2023-cü ilin iyun ayından 2023-cü ilin noyabr ayınadak Abşeron rayonu, Xırdalan şəhhəri, “MD-23” yaşayış masivində həyət evində kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdən tanıyır. Həmin vaxta qədər onu tanımamış, onunla heç bir münasibəti olmamışdır. Şahid1 əvvəllər tanımamış, lakin hadisədən sonra ona məlum olmuşdur ki, Sevgül onun kirayə qaldığı evlə üzbəüz, yaxınlıqda yerləşən "xxxx" MMC-də xadimə işləmişdir. 25 oktyabr 2023-cü il tarixdə, saat 08.30 radələrində evdən çıxıb işə gedərkən sonradan tanıdığı Təqsirləndirilən şəxs onun qarşısını kəsərək qeyri rəsmi yaşadığı Süvgül adlı qadından uzaq durmağını ondan tələb etmişdir. O da Təqsirləndirilən şəxs demişdir ki, çıx get. O, yoluna davam edərkən, Təqsirləndirilən şəxs yerdən bir daş götürüb üstiünə cummuş və əlindəki daşla onun üzünün sol tərəfindən bir dəfə vurmuşdur.O da Təqsirləndirilən şəxs yumruqla vurmuşdur, orada tanmadığı şəxslər onları ayırmışlar, sonra da o, Azərbaycan Respublikası DİN-nin «102 Zəng Xidməti» mərkəzinə məlumat vermiş, bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Qeyd edilən dalaşma hadisəsinə görə onun barəsində Abşeron rayon məhkəfməsində İnzibati Hüqüqpozma məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməklə 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. 27 oktyabr 2023-cü il tarixdə səhər saat 09 radələrində Xırdalan şəhərində MD 23 yaşayış massivində işə gedərkən Təqsirləndirilən şəxsla təsadüfən rastlaşmış, həmin vaxt Şahid1 başqa tanımadığı iki nəfər şəxslə birlikdə işlədiyi şirkətin qarşısında dayanmış, şirkətin qapısının açılmasını gözləmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs orada dayanmış avtomobillərin arasından çıxıb üstünə gəlmiş və əlində olan mətbəx bıçağı ilə arxadan sağ çiyin nahiyəsindən bir dəfə və belinin sol hissəsindən bir dəfə vurraq onu yerə yıxmışdır. O, bıçağı Təqsirləndirilən şəxs əlindən almağa çalışmış, Eşqin ona müqavimət göstərsə də, o, bıçağı Təqsirləndirilən şəxs əlindən alıb kənara atmışdır. Təqsirləndirilən şəxs onu mətbəx bıçağı ilə Şahid1 iş yerninin qarşısındakı küçədə vurmuşdur. Həmin vaxt Sevgülün yanındakı iki nəfər tanımadığı şəxs Təqsirləndirilən şəxs onu bıçaqla vurmasını görüb, yaxınlaşmış və onları ayırmışllar. Həmin gün Təqsirləndirilən şəxs şikayət etməmiş, qeydiyyatda olduğu poliklinikaya müraciət etmiş, ona ilkin tibbi yardım göstərmişlər. Sonradan Təqsirləndirilən şəxs telefonla ona zəng edib hədələdiyi üçün 01 dekabr 2023-cü il tarixdə məcburiyyət qarşısında qalıb Abşeron rayon polis idarəsinə gəlib Təqsirləndirilən şəxs şikayət etmiş, sonra da polisin göndərişi ilə məhkəmə tibb ekspertinə getmiş və müayinə olunmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs ona iki bıçaq zərbəsi vurmuşdur. O, isə Təqsirləndirilən şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Hadisə yerində Təqsirləndirilən şəxs başqa Şahid1 və başqa tanımadığı iki nəfər şəxs olmuşlar. Hadisə ani olaraq baş vermiş, təxminən 5 dəqiqə müddətində davam etmiş, qeyd olunan şəxslərdən başqa hadisə yerində kənar şəxslər olmamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin fevral ayından 25 noyabr 2022-ci il tarixədək qeyri rəsmi olaraq ər-arvad münasibətində birlikdə yaşamışlar. Lakin Təqsirləndirilən şəxs içki düşkünü olduğu üçün, habelə xasiyyəti ağır olduğuna görə qeyd olunan tarixdə ayrılmışlar. Təqsirləndirilən şəxs ayrıldıqdan sonra Təqsirləndirilən şəxs,ondan ayrılmaq istəmədiyi üçün onu narahat etməyə və təqib etməyə başlamışdır. Təqsirləndirilən şəxs ondan ayrıldıqdan sonra müxtəlif yerlərdə xadimə işləyib özünü dolandırır. 2023-cü ilin oktyabr ayında Abşeron rayonu, Xırdalan şəhəri, “MD 23” yaşayış massivində yerləşən quş yemi tədarük olunan anbarda xadimə işləmişdir. Onun iş yerinin yaxınlığında başqa iş yerində işləyən Zərərçəkmiş şəxs üzdən tanımış, lakin onunla hər hansı yaxın münasibəti olmamışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs onu qısqanaraq guya onunla Zərərçəkmiş şəxs arasında sevgi münasibəti olduğu qənaətinə gəlib onu təqib etməyə başlamışdır. 27 oktyabr 2023-cü il tarixdə, saat 09 radələrində iş yoldaşı Azad adlı şəxslə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “MD 23” yaşayış massivində yerləşən işlədiyi yerə gəlmişdir. Zərərçəkmiş şəxs bir neçə metr aralıda onların arxasınca gəlmişdir. O və iş yoldaşı Azad darvazanın açılmasını gözləyərkən küçənin qurtaracağında olan plakatların arxasından Təqsirləndirilən şəxs çıxmış və əlində bıçaq onun olduğu istiqamətə tərəf sürətlə gəlmişdir. O, elə zənn etmişdir ki, Təqsirləndirilən şəxs onun üzərinə gəlir, odur ki, qaçmış və yıxılmışdır. Ayağa qalqdıqda görmüşdür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla dalaşdıqlarını görmüşdür. Təqsirləndirilən şəxs yıxılan yerdə əlində tutduğu mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək və bel nahiyəsinə vurduğunu görmüşdür. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs yıxılan yerdə vurmuşdur. Zərərçəkmiş şəxs isə, Təqsirləndirilən şəxs əlindən bıçağı almaq istəmişdir. O, qışqırmış və bu zaman onlar ayrılmışlar. Dalaşdıqdan sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər ikisi dəmir yolu istiqamətində ara küçə ilə getmişlər. O, DİN-nin “102 xidmətinə” zəng edərək şikayət etmişdir. Hadisə təxminən beş dəqiqə müddətində baş vermişdir. Hadisə yerində ondan başqa, Azad adlı şəxs, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs başqa yol ilə gedən bir nəfər şəxs olmuşdur. Lakin nə o, nə Azad, nə də tanımadığı şəxs hadisəyə müdaxilə etməmişlər. Hadisə iş yerindən kənarda baş verdiyi üçün, habelə anbarlar hasardan içəridə olmaqla hadisə yerindən kənarda yerləşdiyinə görə, iş yoldaşlarının hadisədən məlumatları olmamışdır. İş yoldaşı Azadın yalnız adını bilir, onun barəsində başqa məlumatı yoxdur. Hadisə baş verən günü o, işlədiyi müəsidən işdən çıxmışdır. Təqsirləndirilən şəxs guya 3000 manat pulunun onun tərəfindən oğurlanması barədə DİN-nin “102 xidmətinə” verdiyi məlumat yalandır. Təqsirləndirilən şəxs DİN-nin “102 xidmətinə” zəng edərkən sərxoş vəziyyətdə olmuşdur. Onun əvəlki həyat yoldaşından iki azyaşlı övladı vardır. Həmin uşaqlar Təqsirləndirilən şəxs uşaqları olmadığından ayrıldıqdan sonra uşaqlarının Təqsirləndirilən şəxsla görüşməsini istəməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, "xxxx" MMC-də ambardar vəzifəsində işləyir. Bazar günündən başqa günlərdə saat 09:00-dan saat 17:00-a kimi işdə olur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onların hər ikisini iş yerinin yaxınlığında görmüşdür, hər ikisindən xahiş etmişdir ki, iş yerinin qarşısına gələrək söz-söhbət yaratmasınlar. 27 oktyabr 2023cü il tarixdə "xxxx" MMC-də işdə olmuşdur. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə işlədiyi AVC AGRO” MMC-nin qarşısında dalaşmalarını görməmişdir. O, Təqsirləndirilən şəxs, Sevgül Əmirxanovnına başqa şəxslə görüşdüyü barədə məlumat verməmişdir. İşlədiyi müəssidə Azad adlı şəxs işləmir və onun haqqında heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən X5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, "xxxx" MMC-də mühafizəçi işləyir, bir gün işdə,bir gün evdə oluram. İş saatı səhər saat 9:00 radələrində başlayır, axşam saat 18 radələrində bitir. İşdə qapı postunda tək olaraq xidmət edir, giriş darvazasından içəridə darvazanın yanında köşkdə oturur. Şahid1 tanıyır. Belə ki, Şahid1 onun işlədiyi "xxxx" MMC-da xadimə işləmişdir. Eyni zamanda şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs Sevgülün keçmiş həyat yoldaşı kimi onun arxasınca "xxxx" MMC-yə gəldiyini bir neçə dəfə görmüşdür. Təqsirləndirilən şəxs Sevgülə vermək üçün hətta əlində gül dəstəsi ilə "xxxx" MMC-yə gəlmişdir. 27 oktyabr 2023-cü il tarixdə o, səhər saat 9:00 radələrindən axşam saat 18 radələrinə kimi işlədiyi "xxxx" MMC-də işdə olmuşdur. İş saatı qurtarandan sonra növbəni təhvil verib çıxıb getmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 27 oktyabr 2023-cü il tarixdə onun işlədiyi "xxxx" MMC-nin qarşısında və ya yaxınlığında dalaşmalarını və ya bir-birilərini vurmalarını görməmişdir, belə bir hadisə barədə hər hansı bir məlumatı yoxdur. Həmçinin işlədiyi müəssisədə Azad adlı şəxs işləmir, əgər Azad adlı şəxs işləsəydi onu tanıyardı. Ola bilsin ki, Sevgül istintaqa yanında olan şəxsin adını düzgün deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA X8 Şəxsinin verdiyi 07 dekabr 2023-cü il tarixli, 2608 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ çiyin qurşağı nahiyəsinin və sol belin çapıq toxumaları, hansı ki, kəsilmiş-deşilmiş yaranın izləri olub,iti kənara malik əşyanın (alətin) təsirindən yarana bilərdilər; qərarda və müayinə olunan şəxsin qeyd olunan müddətdə və şəraitdə, yəni həm 25, həm də 27 oktyabr 2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərfindən bıçaqla vurulma nəticəsində yarana bilərdilər; dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığln qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən görünür ki, o, Gəncə şəhər, Kəpəz rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2002-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Bundan sonra o, Gəncə şəhər, Kəpəz rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf etməsini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına yönəlməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon Xırdalan şəhər ərazisində tutularaq Abşeron RPİ MSY-nə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1(012)-702/2024 saylı qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu ərazisində saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaqda tutulduğu 02 gün və həbsdə saxlanıldığı 02 ay 05 gün, cəmi 02 ay 07 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) ay 14 (on dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, “Xəzinə palace” şadlıq sarayının yaxınlığında fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün və həbsdə saxlanıldığı 02 ay 05 gün, cəmi 02 ay 07 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) ay 14 (on dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, “Xəzinə palace” şadlıq sarayının yaxınlığında fərdi yaşayış evini axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar