Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-158/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1982-ci ildə Şamaxı rayonu Qonaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şamaxı rayonu Qonaqkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi yeni məhəllə, nömrəsiz fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətmkan tədbiri seçilmiş,hazırda Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs evinə baxış keçirilməzdən təxminən 2-3 gün əvvəl Bakı şəhəri Binəqədi rayonunda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış bir ədəd bükümdə təmiz çəkisi 0,850 qram narkotik vasitə tiryək, kustar üsulla hazırlanmış bir ədəd bükümdə təmiz çəkisi 0,108 qram narkotik vasitə heroin, təmiz çəkisi 4,737 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə təmiz çəkisi 0,082 qram olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq, yaşadığı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi yeni məhəllə, nömrəsiz fərdi evdə saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:30 dəqiqədə Abşeron RPİ X6 əməkdaşları tərəfindən onun yaşadığı həmin ünvana keçirilən baxış zamanı evin mətbəəx otağındakı masanın üstündən həmin xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış bir ədəd bükümdə təmiz çəkisi 0,850 qram narkotik vasitə tiryək, kustar üsulla hazırlanmış bir ədəd bükümdə təmiz çəkisi 0,108 qram narkotik vasitə heroin, təmiz çəkisi 4,737 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə təmiz çəkisi 0,082 qram olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı evin qarşısında olduğu vaxt, mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, evində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və buna görə yaşadığı ünvana baxış keçiriləcəyi deyildikdə, buna etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən onun hüquq və vəzifələri izah edilmişdir. Onun razılığı ilə polis əməkdaşları tərəfindən yaşadığı evinə baxış keçirilməzdən əvvəl, polis əməkdaşları yaşadığı ünvanda qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulduqda, evin mətbəəxində masanın üzərində saxladığı siqaretin gümüşü kağazına bükülmüş bükümün içərisindəki heroini, plastik qabın içərisindəki marixuananı, siqaretin gümüşü kağızına bükülmüş içərisində olan tiryəki və siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində “şüşə” adlanan metamfetamini polis əməkdaşlarına təqdim etmiş və onları 2-3 gün əvvəl Bakı şəhəri Binəqədi rayonunda tanımadığı şəxsdən özünə qəbul etmək üçün 30 manata aldığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitələri və psixotrop maddəni polis əməkdaşları götürüb, qablaşdırmışlar. Sonra polis əməkdaşları tərəfindən dgər otaqlara və üstünə baxış keçirilmiş, lakin cinayət xarakterli heç bir əşya aşkar edilməmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin X6 CA üzrə əməliyyat müvəkkili işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik maddələr saxlaması və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Məlumatın yoxlanılması üçün verdiyi raportuna əsasən Abşeron rayon Polis İdarəsinin X6 rəisinin xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmış və ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupunda iştirak etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi yeni məhəllədəki evinin qaşısında olduğunu aşkar edib, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələr və psixotrop maddə metamfetamin əldə edib, yaşadığı ünvanda saxlamaqda şübhəli olduğu elan olunduqdan sonra, Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki, yeni məhəllədə olan nömrəsiz evinə xx xxxxxxxx 2020-ci il tarixdə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona yaşadığı ünvanda cinayət xarakterli hər hansı əşya saxlayırsa onları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində narkotik vasitə saxladığını deyərək, masanın üzərindən götürüb təqdim etdiyi siqaretin gümüşü rəngli kağız bükümündə narkotik vasitə heroin, plastik qabın içərisində narkotik vasitə marixuana, siqaretin gümüşü rəngli kağız bükümündə narkotik vasitə tiryək, siqaretin qızılı rəngli kağız bükümündə psixotrop maddə metamfetamin olduğunu deyərək, onları 2-3 gün əvvəl Binəqədi rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Aşkar etdikləri narkotik vasitələr və psixotrop maddə qablaşdırılaraq götürülmüş, bu barədə təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin X6 sahə rəisi Şahid2 şahid Abşeron RPİ-nin X6 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1967 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “ Təqsirləndirilən şəxs oğlunun yaşadığı evin mətbəxindən aşkar edilmiş..” və s. qeydlər olan 3 ədəd zərfdəki maddələrdən, -Bir ədəd bükümdə təmiz çəkisi 0,850 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir(qalıq 0,750 qram - 0,1 qram tiryək tədqiqata sərf edilmişdir); - bir ədəd bükümdə təmiz çəkisi 0,108 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir(qalıq 0,058 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir). Tiryək və heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına aiddir. -bir ədəd bükümdə təmiz çəkisi 0,082 qram olan ağ rəngli kristal hissəsciklərdən ibarət maddə, psixotrop maddə-metamfetamindir(qalıq 0,042 qram - 0,050 qram metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”–in siyahısına daxildir. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1967 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Şeydayev Rəşaiq İkram oğlunun yaşadığı evin mətbəxindən aşkar edilmiş...” sözləri yazılmış zərfdə təmiz çəkisi 4,737qram bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan qurudulmuş marixuanadır(qalıq 4,717 qram - 0,02 qram qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3079 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 2809 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 12 gününü çəkmiş, 02 il 03 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətmkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilən baxış zamanı evin mətbəx otağındakı masanın üstündən həmin xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış bir ədəd bükümdə narkotik vasitə tiryək, kustar üsulla hazırlanmış bir ədəd bükümdə təmiz çəkisi narkotik vasitə heroin, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə təmiz çəkisi 0,082 qram olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 02 il 03 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 06 ay 23 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edildiyinə görə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,058 qram heroin, 0,750 qram tiryək, 4,717 qram maqixuana və 0,042 qram metamfetamin məhv edilməlidir. İş üzrə 180 manat 46 qəpik məhkəmə-fiziki-kimyəvi ekspertiza və 89 manat məhkəmə bioloji ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 25 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğdə pul köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 02 il 03 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və qəti olaraq üzərində 04 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 06 ay 23 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 04 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,058 qram heroin, 0,750 qram tiryək, 4,717 qram maqixuana və 0,042 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 180 manat 46 qəpik məhkəmə-fiziki-kimyəvi ekspertiza və 89 manat məhkəmə bioloji ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 25 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 150 (yüz əlli) manat Xırdalan vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(012)-158/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-158/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver