Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-158/2023 01.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1994-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Təzəkənd ərazi dairəsi Təzəkənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, başqa cinayət törətməsi ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə 12 radələrində Zərərçəkmiş şəxs məxsus 1 ədəd 700 manat dəyərində dəmir su çənini sonuncuya məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yarımtikili vəziyyətdə olan fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarından kənarda yəni küçədə, gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs 700 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman, dəmir məmulatından hazırlanmış çəni görüb, onu oğurlamaq qərarına gəlmiş, həmin çən mişar daşları ilə hörülmüş daş hasarın çölündə olmuş, həmin daş hasarın içərisində torpaq sahəsi yerləşir. Lakin həmin çən çox böyük olduğu üçün onu aparmaq da çətin olmuş, bu səbəbdən yoldan keçən evakuatora müraciət etmiş, həmin çənin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, o da etiraz etməmiş və onunla birlikdə həmin yerə gəlib, kran vasitəsilə çəni evakuatorun üzərinə qoymuş, həmin çəni Qobu qəsəbəsinin girişində metal qəbulu sexində işləyən Qurban adlı şəxsin yanına aparmış, ona həmin çənin özünə məxsus olduğunu bildirmiş, Qurban ona çənin müqabilində 390 manat pul vermiş, həmin pulun 150 manatını zəhmət haqqı olaraq hadisə günü yolun kənarından tapdığı, özünə məxsus çəni satmaq üçün köməklik etməsini xahiş etdiyi evakuator sürücüsünə vermişdir. Sonda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində 5 sot ərazidə yarım tikili fərdi yaşayış evi var. Evin tikitintisində istifadə etmək üçün təxminən 10 il əvvəl 1200 manata aldığı 10 tonluq su çənini həyətinə qoymuşdur. 29 yanvar 2022-ci il tarixdə yarımtikili vəziyyətdə evə baş çəkmək üçün gəldikdə su çəninin oğurlandığını görmüşdür. Hadisə barədə maraqlanmış və ona su çəninin Qobu yolunda olan Qurban adlı şəxsin metal qəbulu məntəqəsinə satıldığı məlum olmuşdur. Daha sonra o, Qurban adlı şəxsin metal qəbulu sexinə getmiş və həqiqətən ona məxsus olan su çəninin orada olduğunu aşkar etmişdir. Ondan çəni haradan aldığını soruşduqda o, həmin çəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs pula ehtiyacı olduğu üçün satdığını qeyd etmişdir. Həmin çənin ona məxsus olduğunu Qurbana bildirməyinə baxmayaraq, Qurban həmin çəni almaq üçün Təqsirləndirilən şəxs 300 manat pul verdiyini və geri qaytarmayacağını bildirmişdir. Əlavə olaraq o, ona məxsus su çəninin yarımtikili vəziyyətdə olan hasarın çölündə olduğunu, ona məxsus su çəninin hal-hazırki dəyərinin 700 manat təşkil etdiyini, təhqiqat zamanı çənin dəyərini dəqiqləşdirilmədiyi üçün 800-900 manatı yuvarlaq rəqəm kimi bildirsə də, sonradan həmin çənin dəyərininin 700 manat olduğunu dəqiqləşdirmişdir. O, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış çəni götürüb avtokran vasitəsilə evinə gətirmişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və çənin həyətinə aparılması üçün çəkdiyi 100 manat dəymiş ziyanın ödənilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə baxışında elan edilmiş ifadəsindən görünür ki, o, 2019-cu il tarixdən Abşeron rayonu, Qobu qəsəbəsində metal qəbulu sexi işlədir. Müxtəlif şəxslərdən aldığı dəmir məlumatlarını zavodlara sataraq, qazanc əldə edir. Həmin dəmir məmulatları aldığı şəxslərin anket məlumatlarını və mobil telefonunu qeydiyyat dəftərinə yazır. Bundan başqa metal qəbulu sexində müşahidə kameraları var və 24 saat giriş çıxışı qeydə alınır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının sonunda özünə məxsus metal qəbulu sexinə dəmir məmulatından hazırlanmış çəni gətirmiş, Təqsirləndirilən şəxs həmin çənin özünə məxsus olduğunu bildirmiş və pula ehtiyacı olduğu üçün satdığını demiş, o da həmin çəni ondan 300 manata almış, Təqsirləndirilən şəxs mobil telefonu olmasa da, onun anket məlumatlarını dəftərə qeyd edib, şəxsiyyət vəsiqəsinin surətini özünə götürmüşdür. Həmin çənin oğurluq olması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin çənin onun özünə məxsus olduğunu deyib, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Təqsirləndirilən şəxs çəni evakuator vasitəsilə gətirmiş və həmin çənin çəkisi 500 kiloqram olmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3977 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş: 1 ədəd 10 tonluq su çəninin 2022-ci ilin yanvar ayına orta bazar qiyməti 700 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək, o, 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsinə əsasən 300 manat cərimə cəzasına məhkum olunmuş və o, xx.xx.2020-ci il tarixdə cəriməni tam şəkildə ödəmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-niin MSY-nə təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Binəqədi rayon məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Masallı rayonu ərazisinin hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Masallı rayon Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Masallı rayon Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada müracət etmək hüququ izah edilməlidir. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətiimkan tədbiri nəzərə alınsın Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Masallı rayonu hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Masallı rayon Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada müracət etmək hüququ izah edilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:ŞövkətNəcəfova
Məhkəmə qərarları › İş №1(012)-158/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-158/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver