Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-159/2021 25.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X1 iştirakı ilə xx.xx.1993-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsi 44 saylı evdə bacısı Zərərçəkmiş şəxs tək yaşamasına narazı olması səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək, ona baş beyin silkələnməsi, qapalı kəllə-beyin travması, burunun hər iki bazunun, sol saidin və budun qançırları ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Zərərçəkmiş şəxs 5 ildir ki, Masazır qəsəbəsi, F.Kərimzadə küçəsi 44 saylı evdə tək yaşayır. Onun tək yaşamasına narazıdır. Bununla bağlı ona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, Zərərçəkmiş şəxs ona qulaq asmamışdır. Bu səbəbdən aralarında narazılıqlar olmuşdur. Zərərçəkmiş şəxs 2019-cu ilin payız aylarında iki ay müdətində evli olmuş sonra isə boşanmışdır. Zərərçəkmiş şəxs boşandığına baxmayaraq, tək yaşadığına görə aralarında narazılıqlar davam etmişdir. Lakin Zərərçəkmiş şəxs onunla danışmaqdan boyun qaçırmışdır. Buna baxmayaraq Zərərçəkmiş şəxsynan danışmağa cəhd etmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə saat 20:30 da Zərərçəkmiş şəxs yaşadığı evinə getmişdir. Onu gözləyərək, saat 21 radələrində hərbi vəziyyət rejim tələblərini pozmamaq məqsədilə, bacısı Aynura Məmmədovaya məxsus fərdi yaşayış evinin həyətinə darvazadan daxil olmuş, evin qapısı bağlı olduğu üçün zirzəmidə gözləmişdir. Təxminən 1 saat sonra Zərərçəkmiş şəxs gəlib işığı yandıran kimi onu zirzəmidə görmüşdür. Ondan evdə danışmağı xahiş etsə də, lakin Zərərçəkmiş şəxs ucadan qışqırmağa başlamışdır. Həmin vaxt onun ağzından tutaraq, əlindən açarı alıb qapını açmış və birlikdə evə daxil olmuşdur. Evə daxil olandan sonra Zərərçəkmiş şəxs yataq otağına qaçmış və qapını arxadan bağlamışdır. Danışmaq üçün otağın qapısını sındırmışdır. Həmin vaxt Aynur telefonla zəng vurmaq istəyərkən, onun əlindən mobil telefonu almışdır. Əvvəlcə qolundan sıxmış, daha sonra üz nahiyyəsindən sillə ilə iki dəfə vurmuşdur. Daha sonra çıxıb getmişdir. Mübahisə Zərərçəkmiş şəxs məxsus Masazır qəsəbəsi, F.Kərimzadə küçəsi 44 saylı evdə yerləşən fərdi yaşayış evində baş vermiş, təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin vaxt evdə heç kəs olmamışdır. Aynur Əmrah qızının qol nahiyyəsindən sıxıb, üz nahiyyəsinə əlləri ilə vurmuşur. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı deyildir. Təxminən 5 il olar ki, Masazır qəsəbəsi, F.Kərimzadə küçəsi 44 saylı evdə tək yaşayır. Asif isə onun tək yaşamasına razı olmadığına görə aralarında narazılıqlar vardır. Belə ki, 2019-cu ilin payız aylarında iki ay müddətində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb sonra ayrılmışdır. Təqsirləndirilən şəxs ayrılmağına da tez-tez müdaxilələr etmiş və onu yaşadığı evdə həmçinin işdə narahat etmişdir. Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən saç salonunda saç ustası işləyir. Asifin əvvəllər işə gəlib, onu narahat etmə halları da olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində işdən evə gəlmişdir. Yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olmuş, zirzəminin işığını yandıran zaman Asifin gizləndiyini görmüşdür. Asif anidən üzərinə sıçrayaraq ağız nahiyyəsindən sıxmış, saçından tutub başını bir dəfə divara çırpmışdır. Bundan sonra əlindən fərdi yaşayış evinin giriş qapısının açarını alıb, qapını açmış və onu zorla evə salmışdır. Evə daxil olan zaman hər iki qolundan sıxaraq fiziki ağrı yetirmişdir. Onun əlindən çıxıb qaçaraq yataq otağına daxil olmuş, qapını arxadan bağlamışdır. DİN-in 102 xidmətinə zəng vurmaq istəyərkən, Asif qapını sındırmış və mobil telefonunu əlindən alaraq zəng etməyinə mane olmuşdur. Bundan sonra Asif sillə ilə üzünün sağ nahiyyəsindən iki dəfə vurmuşdur. Onun səs-küy saldığını görən Asif çıxıb getmişdir. Təqsirləndirilən şəxs sındırdığı qapını 400 manata almışdır. Təqsirləndirilən şəxs qapını sındırması nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxs qapını sındırması nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 2418 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, burunun, hər iki bazunun, sol saidin və budun qançırlaı, sol əlin 3-cü barmağının sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarıüzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əəsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB**********0420151123, VÖEN ********** hesabına və məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-159/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-159/2021
25.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver