Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-159/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 1962-ci il tarixdə Xaçmaz rayonunun Qıraqlı kəndində doğulmuş, Sumqayıt şəhəri, X2 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18, mənzil 54 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı Hərbi Məhkəməsinin 23 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Gözətçi mühafizəsi bölməsinin 7-ci dərəcəli növbə rəisi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci maddələri ilə, xx xxxxxxxx 1955-ci il tarixdə ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 3 ünvanında daimi yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 21 yanvar 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.2.1 və 53-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması və Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 fevral 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3, 28, 66.3 və 66.5-ci maddələri ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni satış məqsədi ilə qanunsuz əldə etmiş, saxlamış, daşımış və qanunsuz satmışdır. Belə ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Sumqayıt şəhərinin X3 qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin Gözətçi mühafizəsi bölməsinin 7-ci dərəcəli növbə rəisi vəzifəsində işləyərkən, istintaqa məlum olmayan vaxtdan və mənbədən zəhərli maddə hesab edilən 91.335 qram miqdarda olan metalik civəni qanunsuz əldə edərək Sumqayıt şəhəri, X3 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18, mənzil 54 ünvanında yerləşən yaşadığı mənzildə saxlamışdır. Bundan sonra, onunla tanışlıq münasibətləri olan Abşeron rayonu, Saray qəsəbə sakini, əvvəllər civə satışına görə məhkum olunmuş Təqsirləndirilən şəxs2 2021-ci ilin iyul ayında maddi vəziyyətinin pis olması səbəbindən yenidən civə əldə edib sataraq qazanc əldə etmək qərarına gəlmişdir. Bu niyyətlə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 hərbi hissədə işlədiyinə görə onda zəhərli maddə hesab edilən civənin ola biləcəyini güman edərək Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, X3 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18, mənzil 54 ünvanında yerləşən yaşadığı mənzilə gedib sonuncu ilə görüşmüşdür. Aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 həmin maddəni satış üçün tapmasına razı salmaq məqsədilə sonuncuya yalandan bir nəfər alıcının olduğunu bildirmiş və onu, həmin şəxsin 100 qramı 10.000 (on min) ABŞ dollarına olmaqla civə almaq istədiyinə inandırmışdır. Təqsirləndirilən şəxs1 özündə civə olduğu halda, Təqsirləndirilən şəxs2 guya həmin maddəni tapacağına dair razılığını bildirdikdən sonra sonuncu ona bunun müqabilində civəni satdıqdan sonra pul verəcəyinə dair vəd vermiş və onlar bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə zəhərli maddə hesab edilən civəni əldə edib satmaq barədə razılaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 onda civə olması barədə heç nə deməsə də, bir müddət sonra, 2021-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonla A.Z.Axundovun istifadəsində olan mobil telefona zəng vuraraq istədiyi metalik civəni tapdığını bildirmiş və onu yaşadığı evdən gəlib götürə biləcəyini deyib Təqsirləndirilən şəxs2 özü ilə civənin miqdarını ölçmək üçün elektron tərəzi və nümunə götürmək üçün iki qramlıq iynə (şpris) götürməsini tapşırmışdır. Bundan sonra, A.Z.Axundov elə həmin gün özü ilə elektron tərəzi və bir ədəd iki qramlıq iynə (şpris) götürüb Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getmişdir. Orada Təqsirləndirilən şəxs2 özü ilə gətirdiyi iynə (şpris) vasitəsi ilə Təqsirləndirilən şəxs1 dərman saxlanılması üçün nəzərdə tutulmuş şüşə qabın içərisində təqdim etdiyi civədən adını demədiyi guya alıcı olan şəxsə nümunə göstərmək üçün 15.7 qram miqdarda götürərək qanunsuz əldə etdiyi zəhərli maddəni ünvan 3 ünvanında yerləşən yaşadığı evə daşıyıb orada saxlamış, lakin həmin zəhərli maddəni satmaq üçün alıcı tapa bilmədiyindən elə həmin gün civəni Təqsirləndirilən şəxs1 qaytarmışdır. Bundan başqa, o, həmin hərbi hissədə qeyd edilən vəzifədə işləyərkən əvvəldən aralarında tanışlıq münasibətləri olan şərti alıcı (27 avqust 1966-cı ildə Tovuz rayonunda anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsi, ev 39, mənzil 410-da qeydiyyatda olmaqla yaşayan) Şahid1 ilə 2021-ci ilin oktyabr ayının əvvəllərində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən parkda görüşmüş və görüş zamanı sonuncunun qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildiyindən özündə olan metalik civəni satmaqda həmin şəxsin ona köməklik göstərə biləcəyini güman edərək istintaqa məlum olmayan mənbədən əldə edib Sumqayıt şəhəri, X3 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18, mənzil 54 ünvanında yerləşən yaşadığı mənzildə saxladığı ümumi çəkisi 91.335 qram miqdarında olan zəhərli maddə hesab edilən metalik civəni onun vasitəsilə satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, şərti alıcıya özündə zəhərli maddə hesab edilən metalik civə olması barədə məlumat verərək həmin civəni satmaqda ona köməklik göstərməsini xahiş etmişdir. Həmin söhbət zamanı şərti alıcı qeyd edilən zəhərli maddəni adını və kimliyini demədiyi bir nəfər tanışının ala biləcəyini deyib guya alıcı şəxsə nümunə göstərmək məqsədi ilə həmin civədən bir qədər ona verməsini təklif etmiş və sonuncu onunla razılaşmışdır. Həmin vaxtdan bir neçə gün sonra aralarında əldə edilmiş razılığa əsasən, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə qanunsuz olaraq saxladığı metalik civədən keyfiyyətinin yoxlanılması məqsədi ilə nümunə göstərmək üçün 2.335 qramını kiçik ölçülü şüşə qabda götürərək özü ilə birlikdə yaşadığı mənzildən Sumqayt şəhəri X3 qəsəbəsində yerləşən istirahət parkındakı çayxanaya təkrarən daşımışdır. Həmin parkda Təqsirləndirilən şəxs1la şərti alıcı arasında olan söhbət zamanı sonuncu civəni alacaq olan şəxsin keyfiyyətindən razı qalacağı təqdirdə 100 qramını 15000 (on beş min) ABŞ dollarına alacağına dair Təqsirləndirilən şəxs1 vəd vemiş və Təqsirləndirilən şəxs1 şərti alıcının təklif etdiyi qiymətlə razılaşaraq özü ilə gətirdiyi 2.335 qram miqdarında olan metalik civəni keyfiyyətinin yoxlanılması məqsədi ilə bəxşiş vermə üsulu ilə yaymaqla şərti alıcıya təkrarən satmışdır. Bundan bir neçə gün sonra şərti alıcı istifadəsində olan mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona zəng vuraraq nümunə üçün verdiyi metalik civənin keyfiyyətindən həmin maddəni alacaq şəxsin razı qaldığını və metalik civənin 100 qramını 15000 (on beş min) ABŞ dollarına alacağını bildirmiş və Təqsirləndirilən şəxs1 şərti alıcı tərəfindən təklif edilən qiymətlə razılaşaraq həmin zəhərli maddəni qeyd edilən qiymətə satmaq qərarına gəlmişdir. Aralarında yaranmış razılığa əsasən 22 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən əldə edərək yaşadığı mənzildə saxladığı ümumi çəkisi 89 qram miqdarında olan zəhərli maddə hesab edilən metalik civədən 100 qram olmasını ehtimal edərək faktiki olaraq 83 qram olan miqdarını şərti alıcıya 15000 (on beş min) ABŞ dolları məbləğində pula satmaq məqsədi ilə özü ilə birlikdə yaşadığı mənzildən Sumqayt şəhəri X3 qəsəbəsində yerləşən istirahət parkında yerləşən çayxanaya təkrarən daşıyaraq orada həmin maddəni şərti alıcıya 15000 (on beş min) ABŞ dolları məbləğində pula təkrarən satmışdır. 22 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə keçirilmiş axtarış zamanı həmin mənzilin eyvanında manometrin metal borusunun içərisində saxladığı ümumi çəkisi 6 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən metalik civə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni qanunsuz satmış, habelə təkrarən həmin maddələri qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2021-ci ilin iyul ayında maddi vəziyyətinin pis olması səbəbindən civə əldə edib sataraq qazanc əldə etmək qərarına gəlmişdir. Bu niyyətlə o, əvvəldən aralarında tanışlıq münasibətləri olan Sumqayıt şəhər sakini, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Sumqayıt şəhərinin X3 qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin Gözətçi mühafizəsi bölməsinin 7-ci dərəcəli növbə rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 hərbi hissədə işlədiyindən sonuncuda zəhərli maddə hesab edilən civənin ola biləcəyini güman edərək Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, X3 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18, mənzil 54 ünvanında yerləşən yaşadığı mənzilə gedib sonuncu ilə görüşmüşdür. Aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 həmin maddəni satış üçün tapmasına razı salmaq məqsədilə sonuncuya yalandan bir nəfər alıcının olduğunu bildirmiş və Təqsirləndirilən şəxs1, həmin şəxsin 100 qramı 10.000 (on min) ABŞ dollarına olmaqla civə almaq istədiyinə inandırmışdır. Təqsirləndirilən şəxs1 özündə civə olduğu halda, Təqsirləndirilən şəxs2 guya həmin maddəni tapacağına dair razılığını bildirdikdən sonra sonuncu ona bunun müqabilində civəni satdıqdan sonra pul verəcəyinə dair vəd vermiş və onlar bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə zəhərli maddə hesab edilən civəni əldə edib satmaq barədə razılaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 onda civə olması barədə heç nə deməsə də, bir müddət sonra, 2021-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonla A.Z.Axundovun istifadəsində olan mobil telefona zəng vuraraq istədiyi metalik civəni tapdığını bildirmiş və onu yaşadığı evdən gəlib götürə biləcəyini deyib Təqsirləndirilən şəxs2 özü ilə civənin miqdarını ölçmək üçün elektron tərəzi və nümunə götürmək üçün iki qramlıq iynə (şpris) götürməsini tapşırmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 elə həmin gün özü ilə elektron tərəzi və bir ədəd iki qramlıq iynə (şpris) götürüb Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getmişdir. Orada Təqsirləndirilən şəxs2 özü ilə gətirdiyi iynə (şpris) vasitəsi ilə Təqsirləndirilən şəxs1 dərman saxlanılması üçün nəzərdə tutulmuş şüşə qabın içərisində təqdim etdiyi civədən adını demədiyi guya alıcı olan şəxslərə nümunə göstərmək üçün 15.7 qram miqdarda götürərək qanunsuz əldə etdiyi zəhərli maddəni ünvan 3 ünvanında yerləşən yaşadığı evə daşıyıb orada saxlamış, lakin həmin zəhərli maddəni satmaq üçün alıcı tapa bilmədiyindən elə həmin gün civəni Təqsirləndirilən şəxs1 qaytarmışdır. Bundan başqa, o, 2021-ci ilin sentyabr ayının əvvəllərində təkrarən istintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi dərman saxlanılması üçün nəzərdə tutulmuş 03 ədəd şüşə qabın içərisində olan 30 qram miqdarında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən metalik civənin duzunu satmaq niyyəti ilə ünvan 3 ünvanında yerləşən yaşadığı evə daşıyıb həmin evin həyətində yerləşən şkafda gizlədərək saxlamışdır. 25 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən civənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlaması və daşıması cinayətlərinə görə həbs edildiyini öyrənmiş, bundan sonra onun həmin əməllərinə görə özünün də tutulacağını güman edərək arvadı, Şahid3 yaşadığı evdə saxladığı içərisində qeyd edilən metalik civənin duzu olan 03 ədəd şüşə qabı həmin evdən çıxarıb yaşadıqları evin kənarında yerləşən qamışlıq əraziyə atmasını bildirmiş, Şahid3 dərhal həmin şüşə qabları saxlanıldığı yerdən götürüb evdən çıxararaq evdən kənarda yerləşən yaşayış olmayan qamışlıq əraziyə atmışdır. 27 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı evdən kənarda yerləşən yaşayış olmayan həmin qamışlıq ərazidə keçirilmiş axtarış zamanı ərazidən dərman saxlanılması üçün nəzərdə tutulmuş 03 ədəd şüşə qabın içərisində ümumi çəkisi 30 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən metalik civənin duzu aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yerləşən mənzildə 1988-ci il tarixdən yaşamış, həmin mənzili rus milliyətindən olan, adını və soyadını xatırlamadığı şəxsdən almışdır. Həmin mənzildə yaşamağa başladığı vaxt mənzilin təmiri yaşayış üçün normal olduğundan heç bir təmir işləri aparmadan yaşamağa başlamış, ancaq 2020-ci ilin yay aylarında artıq mənzilin təmiri köhnəldiyindən təmir etmək qərarına gəlmiş və həmin vaxtdan başlayaraq az-az təmir etməyə başlamışdır. Təmir zamanı mənzilin qonaq otağının qarşısında yerləşən eyvana açılan pəncərənin çərçivəsini sökdüyü vaxt eyvanın divarı ilə otağın bayır divarının kəsişdiyi yerdən, yəni pəncərə çərçivəsinin bitişik olduğu divarın içərisində, yarı hissəsi divarın içərisində, yarı hissəsi isə bayırda olan bir ədəd iki metr uzunluğundakı termometri (havanın temperaturunu ölçmək üçün istifadə edilən cihaz) təmirə maneə olduğu üçün məcbur söküb çıxartmış, həmin termometri sökdükdən sonra onu mənzilin eyvanında saxlamış, ilk olaraq onu təmirdən sonra yenidən quraşdırmağı planlaşdırsa da sonra onun içərisindəki civəni satıb pul əldə etmək qərarına gəlmiş, həmin pula isə oğlanlarına yaşamaları üçün ev almaq istəmişdir. Mətbuatda, eləcə də camaat arasında gedən söhbətlərdən civəni satan şəxslərin tutulduğunu, ancaq yaxşı pula satıldığını eşitmiş, buna görə də kimsə istəsə ona sata biləcəyini planlaşdırmışdır. 2021-ci ilin iyul ayında, lakin dəqiq xatırlamadığı tarixdə uzun müddət tanıdığı və aralarında normal tanışlıq münasibətləri olan Təqsirləndirilən şəxs2 istifadəsində olan xatırlamadığı mobil telefon nömrəsi ilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq onunla görüşmək və görüş zamanı onunla ətraflı danışmaq istədiyini bildirmiş, o, isə Təqsirləndirilən şəxs2 yaşadığı evə gəlməsini, evdə görüşmələrini demişdir. Həmin danışıq günü Təqsirləndirilən şəxs2 yuxarıda qeyd etdiyi ünvanda yerləşən yaşadığı mənzilə gəlmiş, həmin vaxt mənzildə heç kim olmamış, o, tək olmuşdur. Təqsirləndirilən şəxs2la arasında ikilikdə olan söhbət zamanı Təqsirləndirilən şəxs2 adını, soyadını və kimliyini demədiyi bir nəfər şəxsin civə almaq üçün ona müraciət etdiyini, həmin civəyə görə “yaxşı pul” verəcəyini təklif etdiyini deyib ondan istənilən civəni tapmasını və dediyi adama satmalarını, nəticədə isə hər ikisinin pul qazanmalarını təklif etmişdir. O, həmin vaxt özündə civə olmasına baxmayaraq, kimdəsə civə olduğunu bilmədiyini, bu barədə maraqlanmaq lazım olduğunu demiş, bundan sonra, Təqsirləndirilən şəxs2 ona civəni alacaq şəxsin 100 qramına 10000 (on min) ABŞ dolları verəcəyini deyərək həmin pulu da aralarında tam böləcəyini demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmış, çünki özü də maddi vəziyyəti aşağı olduğu üçün pul qazanmaq və bir neçə şəxsi ehtiyacını qarşılamaq istəmiş, buna görə Təqsirləndirilən şəxs2 istədiyi civəni tapacağını deyib sonuncunun etdiyi təkliflə razılaşmış və bu barədə maraqlanacağını demiş, çünki özündə olan civəni dediyi adama satmağı planlaşdırmış, ancaq civənin özündə olması barədə məlumat verməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 yaşadıqları mənzildən getmiş və həmin vaxtdan bir neçə gün sonra, lakin dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 zəng vuraraq istədiyi civəni tapdığını, civənin çəkisini ölçmək məqsədilə özü ilə birlikdə qızıl-zinət əşyalarının miqdarının çəkilməsi üçün istifadə edilən bir ədəd elektron tərəzi və nümunə götürmək üçün iynə vurulması zamanı istifadə edilən spiriş götürüb yaşadığı mənzilə gəlməsini demiş və Təqsirləndirilən şəxs2 elə həmin gün, onunla danışdıqdan bir neçə saat sonra yaşadığı evə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 özü ilə birlikdə bir ədəd qeyd etdiyi elektron tərəzi və bir ədəd də iki qramlıq spiriş gətirmişdir. Həmin mənzildə o, yenə də ikilikdə Təqsirləndirilən şəxs2la görüşüb bir ədəd maye dərman saxlanılması üçün istifadə edilən şüşə qabda (ampulada) saxladığı metalik civəni ona təqdim edərək “bunun içərisində 100 qram olar?” deyə sual vermiş, Təqsirləndirilən şəxs2 isə “bilmirəm” demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərində olan spiriş vasitəsi ilə qabdakı civədən çəkmiş, həmin çəkdiyi civəni gətirdiyi elektron tərəziyə qoyduqda çəkisi 15.7 qram olmuş və Təqsirləndirilən şəxs2 həmin civəni götürüb prob üçün istəyən adama göstərəcəyini, adamın bəyənəcəyi təqdirdə satacaqlarını, əgər bəyənərlərsə bir daha 100 qramına 10.000 (on min) ABŞ dolları verəcəklərini demiş, o da razılaşmış və Təqsirləndirilən şəxs2 spirişdə olan civəni götürüb yaşadıqları mənzildən çıxıb getmişdir. Elə həmin gün Təqsirləndirilən şəxs2 ondan spirişdə götürdüyü civəni yaşadıqları mənzilə gətirərək ikilikdə ona verib alacaq olan şəxsin bəyənmədiyini demiş, o da həmin civəni Təqsirləndirilən şəxs2 alıb yenidən şüşə qabda saxladığı civənin üzərinə əlavə etmişdir. Həmin vaxtdan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs2 ona zəng vuraraq həmin civəni yenidən satmaq üçün bir nəfərin olduğunu və civəni qeyd olunan şəxsə satmalarını təklif edib yenidən ondan istəmiş, lakin o, Təqsirləndirilən şəxs2 civəni satacağı adamın onlara problem yaradacağını güman edərək yalandan guya civəni başqa şəxsdən götürdüyünü və həmin şəxsə də qaytardığını, həmin şəxsin isə daha vermədiyini demiş, bundan sonra onunla Təqsirləndirilən şəxs2 arasında civə barəsində daha heç bir söhbət olmamışdır. Daha sonra o, maddi vəziyyəti aşağı olduğu üçün bir qədər pul qazanmaq məqsədi ilə özündə olan civəni başqa bir şəxsə satıb qazanc əldə etmək istəmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində N nömrəli hərbi hissədə tabeliyində mülki işçi kimi işləyən Şahid2 səhər saatlarında növbə vaxtının bitməsinə 30 dəqiqə qalmış ona yaxınlaşaraq növbədən bir qədər tez çıxması üçün icazə istəmiş, o, Şahid2 nəyə görə tez çıxmalı olduğunu soruşduqda, sonuncu ona qohumlarından birinin övladlarının yaxın vaxtlarda toyunun olacağını, buna görə də həmin qohumları ilə birlikdə qızıl-zinət əşyaları almaq üçün Sumqayıt şəhərində yerləşən qızıl-zinət və digər əşyaların satışı mağazalarının yerləşdiyi “Ünivermağa” gedəcəyini bildirmiş, o, da icazə vermiş və Şahid2 növbədən vaxtından əvvəl çıxaraq getmişdir. Həmin günün səhəri Şahid2 qızıl aldığı şəxsin başqa nə kimi işlərlə məşğul olub-olmamasını soruşmuş, çünki özündə olan civəni satmaq istəmiş, Şahid2 isə həmin şəxsin adının Vidadi olduğunu, Vidadinin ancaq qızıl-zinət əşyaları alıb-satdığını bildirmiş, o, Şahid2 Vidadinin civə alıb-almamasını soruşaraq özündə civə olduğunu, əgər almaq istəsə həmin şəxsə sata biləcəyini demiş, Şahid2 isə onu həmin şəxslə görüşdürə biləcəyini, bununla bağlı özünün söhbət etməli olduğunu demiş, o, da Şahid2la razılaşaraq tezliklə onu Vidadi ilə görüşdürməsini xahiş etmişdir. Həmin vaxtdan bir neçə gün sonra Şahid2 ona telefonla zəng vuraraq Vidadinin H.Z.Tağıyev qəsəbəsinə gələcəyini və onunla görüşmək istədiyini bildirmiş, o, da istirahət vaxtı olduğu üçün evdən çıxıb H.Z.Tağıyev qəsəbəsində yerləşən parka gedib həmin parkda Şahid2 və sonuncunun Vidadi kimi təqdim etdiyi şəxslə görüşmüşdür. Vidadi ilə tanış olduqdan sonra ilk olaraq gəlini Fatma Abbasovanın qızıldan olan boyunbağısının qırıldığını, onu başqası ilə dəyişməyin mümkün olub-olmadığını soruşmuş, Vidadi isə “baxaram, adam var deyərəm, istəsə ona verərəm” demişdir. Bundan sonra, o, Vidadiyə özündə civə olduğunu və həmin civəni satmaq istədiyini demiş, Vidadi isə özünün yox, adını demədiyi bir nəfər tanışının ala biləcəyini deyib civədən biraz gətirməsini, aparıb həmin şəxsə göstərəcəyini, əgər alsa həmin şəxsə deyib ona məlumat verəcəyini demiş və aralarında olan danışıq bitmiş, həmçinin qeyd etdiyi görüş zamanı Vidadi ondan həmin vaxt istifadə etdiyi ***-***-**-** mobil nömrəsini öyrənmişdir. Eyni zamanda qeyd edilən vaxt Vidadi ilə aralarında olan civə söhbətini Şahid2 bir qədər aralıda dayanıb etmiş, sonradan isə bu barədə Şahid2 heç nə deməmişdir. Həmin görüşdən 3-4 gün sonra, oktyabr ayının əvvəllərində evdə olan yuxarıda qeyd etdiyi termometrdən çıxartdığı və kiçik ölçülü şüşədən olan dərman qabında saxladığı civədən bir neçə damcı nisbətən kiçik ölçülü digər şüşə qaba tökdükdən sonra Vidadi ilə zəngləşərək yaşadığı X3 qəsəbəsindəki istirahət parkında yerləşən çayxanada ikilikdə görüşüb içərisində civə olan həmin şüşə qabı Vidadiyə vermiş, Vidadi isə həmin civəni prob üçün dediyi adama göstərəcəyini, əgər almaq istəsə həmin şəxsə sata biləcəyini demiş, o, civəni neçəyə alacağını soruşduqda Vidadi 100 (yüz) qramının 15000 (on beş min) ABŞ dolları olduğunu demiş və nümunə üçün verdiyi civəni aparıb getmişdir. Qeyd etdiyi sonuncu görüşdən bir neçə gün sonra Vidadi ona zəng vuraraq dediyi şəxsin civəni almaq istədiyini, 100 (yüz) qramını 15000 (on beş min) ABŞ dollarına almağı təklif etdiyini demiş, o da, həmin məbləğin yaxşı məbləğ olduğunu düşünüb evdə olan termometrin içərisindən çıxardaraq şüşə qabda saxladığı civənin hamısının 100 qram olduğunu gözəyarı müəyyən etmiş və onu razılaşdıqları qaydada Vidadi adlı şəxsə satmaq üçün sonuncu ilə 22 oktyabr 2021-ci il tarixdə, günorta saatlarında H.Z.Tağıyev qəsəbəsində yerləşən parkda görüşmələri barədə razılaşmışlar. 22 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində qeyd edilən parkda Vidadi ilə görüşüb içərəsində civə olan bir ədəd şüşə materiallı dərman qabını sellofan bağlamada sonuncuya təqdim edərək satmış, Vidadi isə üzərində gətirdiyi 15000 (on beş min) ABŞ dollarını razılaşdıqları qaydada həmin civənin qiyməti kimi ona vermiş, Vidadi həmin pulları sayıb ona vermiş, o da pulları Vidadidən aldıqdan sonra yenə də özü saymış, o, verdiyi qaba baxıb içərisindəkinin civə olduğuna əmin olduqdan sonra onunla sağollaşıb getmişdir. O, Vidadidən 100-200 metr aralandıqdan sonra ona üç-dörd nəfər yaxınlaşaraq özlərini Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri kimi təqdim edib onu saxlamışlar. Sonda o, əməlindən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.2.1 və 240.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, o, Sumqayıt şəhəri, X3 qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 2001-ci il tarixdən tanımışdır. Onunla birlikdə Quba, Qusar, Xaçmaz rayonlarından meyvə alıb satmış, pul qazanmışlar.Özünün peşəsi isə geoloq olmaqla Azərbaycan Neft Şirkətinin Geologiya fakültəsini bitirmişdir. O, civə almamışdır, qabda olan isə yağ və Naxçıvan duzu olmuş, ekspert qabda olan mayenin civə olmasına dair səhv rəy vermişdir. O, özünü təqsirli bilmir, ona bəraət verilməsini xahiş edir. İbtidai istintaqda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ifadəsindən görünür ki, o, Sumqayıt şəhəri, X3 qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 2001-ci il tarixdən tanımışdır. 2001-ci ildən 2016-cı ilədək civə və narkotik satışı ilə əlaqədar azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, buna görə də həmin müddətdə Təqsirləndirilən şəxs1la əlaqəsi olmamışdır. 2016-cı ildə isə Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən nömrəsini bilmədiyi hərbi hissələrin birində mühafizəçi işləməsini sonuncunun deməsindən eşidib bilmişdir. 2021-ci ilin iyun-iyul aylarında şəxsi ehtiyacları, yəni şəxsi gündəlik xərclərini qarşılamaq üçün civə əldə edib satmaq və bununla da bir qədər pul qazanmaq qərarına gəlmiş, konkret kimsə ondan satın almaq üçün civə istəməmiş, ancaq o, əvvəllər civəyə görə tutulduğuna görə həmin maddəni almaq istəyən kiminsə bundan xəbər tutub ona müraciət edə biləcəyini güman etmişdir. Buna görə də civəni tapmaq üçün Təqsirləndirilən şəxs1 müraciət etmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs1 əvvəllər bu işlə məşğul olmasını bilməsə də, hərbi zavodda işlədiyinə görə orada tərkibində civə olan hər hansı bir avadanlıqdan, eləcə də kimdənsə civə əldə edib ona verə biləcəyini güman etmişdir. Buna görə də bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında yerləşən yaşadığı mənzilə getmiş, əvvəllər qonaq kimi bir neçə dəfə həmin mənzilə getdiyindən tanımış, həmin mənzildə Təqsirləndirilən şəxs1la ikilikdə söhbət etdiyi vaxt bir nəfərin ondan civə istədiyini, tapa biləcəyi təqdirdə “yaxşı pul” verəcəyini, buna görə də satmaları üçün civə tapmasını istəmiş, Təqsirləndirilən şəxs1 isə “bilmirəm kimdə var, maraqlanmaq lazımdı” demişdir. O, yalandan guya alıcı olan şəxsin 100 qram civəyə görə 10.000 (on min) ABŞ dolları verəcəyini, həmin pulun ikisinin arasında bölünəcəyini və hər ikisinin pul qazanacaqlarını demişdir. Əsl həqiqətdə belə bir alıcı olmasa da o, Təqsirləndirilən şəxs1 inandırmaq və istədikləri civəni ona tapmağa razı salmaq niyyəti ilə belə demiş, Təqsirləndirilən şəxs1 isə təklifi ilə razılaşaraq bu barədə maraqlanıb ona deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1la qeyd etdiyi sonuncu görüşdən bir neçə gün sonra, lakin dəqiq xatırlamadığı tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefondan onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq “gəl, civə tapmışam, elektron tərəzi də götür evimizə gəl” demiş, o da, Sumqayıt şəhərinə gedərək orada qızıl-zinət əşyaları satan xatırlamadığı mağazaların birinə daxil olub orada tanımadığı bir nəfərdən müvəqqəti istifadə etməsi üçün elektron tərəzi, həmçinin apteklərin birindən iki ədəd iki qramlıq spiriş alıb Təqsirləndirilən şəxs1 yuxarıda qeyd etdiyi ünvanda yerləşən yaşadığı mənzilə getmişdir. Həmin mənzildə Təqsirləndirilən şəxs1 yenə də ikilikdə onunla görüşüb bir ədəd maye dərman saxlanılması üçün istifadə edilən şüşə qabdakı (ampulada) metalik civəni ona təqdim edərək “bunun içərisində 100 qram olar?” deyə sual vermiş, o, isə “bilmirəm” demişdir. Həmin vaxt o, üzərində olan spiriş vasitəsi ilə qabdakı civədən bir qramlıq civə çəkmiş, həmin civəni gətirdiyi elektron tərəziyə qoyduqda 15.7 qram olmuş, o, həmin civəni götürüb prob üçün istəyən adama göstərəcəyini, bəyənəcəyi təqdirdə satacaqlarını, 100 qramına 10.000 (on min) ABŞ dolları verəcəklərini demiş, Təqsirləndirilən şəxs1 da onunla razılaşmış və o, spirişdə olan civəni götürüb oradan çıxıb yaşadığı evə getmişdir. Evə gəldikdən sonra civəni satmaq üçün konkret adam olmadığından, eləcə də onu özündə saxlamağa ehtiyat etdiyindən konkret alıcı çıxacağı təqdirdə yenidən götürmək üçün Təqsirləndirilən şəxs1 özünə geri qaytarmaq qərarına gəlmiş və elə həmin gün spirişdə olan civəni Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə sonuncunun özünə qaytararaq guya alacaq olan şəxsin bəyənmədiyini demişdir. Həmin vaxtdan bir neçə gün sonra isə civəni yenidən Təqsirləndirilən şəxs1 götürüb özündə saxlamaq, kimsə almaq istəsə dərhal satmaq niyyəti ilə Təqsirləndirilən şəxs1 zəng edib istədikdə Təqsirləndirilən şəxs1 artıq onda civə olmadığını, həmin civəni kim olduğunu demədiyi şəxsə qaytardığını deyərək qeyd edilən şəxsin də daha vermədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs1 birtəhər almasını istəsə də sonuncu təkidlə həmin şəxsin vermədiyini bildirmişdir. Bundan başqa, 2021-ci ilin sentyabr ayının əvvəllərində Saray qəsəbəsində, tam olaraq xatırlamadığı ərazidə yerləşən məişət tullantıları toplanan yerdən piyada keçərkən həmin yerin ətrafında içərisində qırmızımtıl rəngli maye olan 3-4 ədəd ampula tapmış, həmin ampulalara baxdıqda hər birinin üzərində “Medisinskaya” sözləri yazılmış, onun rəngindən qırmızı tibbi civə olacağını zənn edib həmin mayeni də gələcəkdə qırmızı civə kimi kiməsə daha baha qiymətə satmaq niyyəti ilə götürüb geyim paltarının cibinə qoyaraq piyada yaşadığı evə aparmış və evin girişindəki dəhlizdə yerləşən şkafın içərisində gizlətmişdir. 25 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 civəyə görə tutulduğunu və özünün də axtarıldığını, hətta yaşadığı evin küçəsində polis işçilərinin olduğunu eşitdiyi üçün yuxarıda qeyd etdiyi vaxtda Təqsirləndirilən şəxs1 civə aldığına görə onun da tutulacağını ehtimal edib, evdə saxladığı həmin ampulaların civə olacağını və buna görə ona problem yaranacağı ehtimalını nəzərə alıb tutulmazdan öncə arvadı Şahid3 zəng edərək onları gizlətdiyi şkafdan götürüb həyətlərinin kənarında olan yaşayış olmayan qamışlıq əraziyə atmasını demiş, istintaq vaxtı ekspertiza zamanı qeyd edilən qırmızı rəngli məhlulun metalik civənin duzu olaraq civə kimi zəhərli maddə olmasının müəyyən edildiyini bilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 ilə 1976-cı ildə ailə həyatı qurmuş, həmin evlilikdən üç övladları olmuşdur. Təqsirləndirilən şəxs2 əvvəllər civə və narkotik vasitələr satmağa görə tutulmuş və uzun müddət azadlıqdan məhrum edilmişdir. 25 oktyabr 2021-ci il tarixdə, saat 13:42-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinə zəng vuraraq “dalımca gəlmişdilər, qaçıb gəlmişəm Müseyibgilə, sən işdən nə vaxt çıxsan gəl bura, bir iki şey var, deyəcəm onları atarsan, telefonda deyiləsi deyil” demiş, o, Təqsirləndirilən şəxs2 arxasınca polis əməkdaşlarının gəldiyini və onu tutmaq istədiklərini anlamış və həmin gün saat 15:30-da işlədiyi idarədən çıxıb Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Təqsirləndirilən şəxs2 qardaşı Müseyib Axundovun yaşadığı evə getmiş, orada Təqsirləndirilən şəxs2 ona polislər tərəfindən axtarıldığını deyib yaşadıqları evin giriş qapısı ilə üzbə-üz olan taxta şkafda taxta materiallı qutunun içərisində flakonlarda bir şey olduğunu və həmin flakonları oradan götürüb atmasını demişdir. O, qeyd edilən flakonlarda civə olacağını güman etmiş, çünki bir neçə ay öncə Təqsirləndirilən şəxs2 tanışı Rəcəb adlı şəxslə mobil telefonla danışaraq kiminsə ondan civə almaq istədiyini və ona civə tapmasını istəmişdir. Həmin gün o, yaşadığı evə gedib Təqsirləndirilən şəxs2 dediyi yerə baxdıqda orada yapışqan kağızla bağlanmış içərisində maye olan 3 (üç) ədəd flakon (ampula) görmüş, həmin bağlamanı götürüb cibinə qoymuş və yaşadığı evdən bayıra çıxararaq həyətdan kənarda yerləşən yaşayış olmayan qamışlıq əraziyə atmışdır. Məhkəmə baxışında şahid qismində dindiriən Abşeron rayonu, Saray qəsəbə sakini Şahid4 ifadələrində bildirdi ki, atası Təqsirləndirilən şəxs2 25 oktyabr 2021-ci il tarixdə, günorta saatarında ona Rəcəb adlı tanışının tutulduğunu, onun da polislər tərəfindən axtarıldığını və tutulacağını bildirmiş, o, da atasının 2021-ci ilin iyul ayında civə əldə edib satmaq barədə Rəcəb adlı tanışı ilə dəfələrlə telefonla danışmasının şahidi olduğundan buna görə axtarıldığını güman etmiş, ancaq Rəcəbdən civə alıb-almadığını bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 2021-ci ilin yay aylarında yaşadıqları evə kağız bağlamada içərisində maye olan bir neçə ədəd flakon (ampula) gətirmiş, Təqsirləndirilən şəxs2 həmin mayenin civə olduğunu və ərəb ölkələrində “yaxşı pula” satıldığını demiş və onları evin həyətinin giriş qapısı ilə üzbə-üz yerləşən taxta materiallı şkafın içərisində saxlamışdır. O, həmin flakonların üzərinə baxdıqda tibbi civə yazılmasını görmüş, təhlükəsizlik baxımından atasından həmin flakonları evdən uzaqlaşdırmasını tələb etmiş, ancaq atası onları qeyd edilən yerdə saxlamağa davam etmişdir. 25 oktyabr 2021-ci il tarixdə atası tutulduğu gün anasının həmin flakonları atasının istəyi ilə sonuncunun saxladığı yerdən götürüb həyətdən kənarda yerləşən yaşayış olmayan qamışlıq əraziyə atmasını bilmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Bakı şəhər sakini Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində mühafizədə işləyən tanışı Şahid2 eyni yerdə işlədiyi Təqsirləndirilən şəxs1 qızıl almaq, həmçinin özündə olan civəni satmaq istəməsi barədə ona məlumat vermiş, o da Şahid2 onunla Təqsirləndirilən şəxs1 görüşdürməsini demişdir. Bir neçə gün sonra o, Şahid2 və Təqsirləndirilən şəxs1la birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən parkda görüşmüş, görüş vaxtı Təqsirləndirilən şəxs1 Şahid2 aralıda onunla ikilikdə söhbət edərək ilk olaraq gəlininə məxsus boyunbağısının xarab olduğunu deyib düzəltməyin mümkin olub-olmamasını soruşmuş, o, isə bu barədə qızıl düzəldən tanışlarından soruşub ona məlumat verəcəyini demişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs1 özündə civə olduğunu və həmin civəni satmaq istədiyini demiş, o, isə özünün yox, bir nəfər tanıdığı adamın ala biləcəyini deyib civədən biraz gətirməsini, aparıb həmin şəxsə göstərəcəyini, əgər alsa ona məlumat verəcəyini demiş və aralarında olan danışıq bitmişdir. Həmin görüşdən 3-4 gün sonra, o, Təqsirləndirilən şəxs1la ilə yenidən X3 qəsəbəsindəki istirahət parkında yerləşən çayxanada ikilikdə görüşmüş və Təqsirləndirilən şəxs1 həmin görüş vaxtı özü ilə birlikdə gətirdiyi içərisində civə olan şüşə qabı ona vermiş, o, isə həmin civəni nümunə üçün dediyi adama göstərəcəyini, əgər almaq istəsə həmin şəxsə sata biləcəyini demiş, Təqsirləndirilən şəxs1 civənin ondan neçəyə alınacağını soruşduqda o, 100 (yüz) qramının 15000 (on beş min) ABŞ dolları olduğunu bildirmişdir. Qeyd etdiyi sonuncu görüşdən bir neçə gün sonra o, Təqsirləndirilən şəxs1 zəng vuraraq dediyi şəxsin civəni almaq istədiyini, 100 (yüz) qramını 15000 (on beş min) ABŞ dollarına almağı təklif etdiyini demiş, Təqsirləndirilən şəxs1 etdiyi təkliflə razılaşdıqdan sonra onlar 22 oktyabr 2021-ci il tarixdə yenə də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən parkda görüşmək barədə razılaşmışlar. 22 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində qeyd edilən parkda Təqsirləndirilən şəxs1la görüşdüyü vaxt Təqsirləndirilən şəxs1 içərəsində civə olan bir ədəd şüşə materiallı dərman qabını sellofan bağlamada ona təqdim edərək satmış, o, isə üzərində gətirdiyi 15000 (on beş min) ABŞ dollarını razılaşdıqları qaydada həmin civənin qiyməti kimi Təqsirləndirilən şəxs1 vermiş və Təqsirləndirilən şəxs1 pulları sayıb ondan təhvil aldıqdan sonra onlar sağollaşıb ayrılmışlar. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Gözətçi mühafizəsi bölməsinin mühafizəçisi Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində növbədə olduğu vaxt qohumlarından birinin övladının toy mərasiminə hazırlıqla bağlı qızıl-zinət əşyaları almaq üçün bir qədər növbədən tez çıxmaq qərarına gəlmiş və buna görə növbə rəisi Təqsirləndirilən şəxs1 icazə istəmiş və sonuncu da icazə vermişdir. Həmin günün səhəri işə getdikdə Təqsirləndirilən şəxs1 ondan qızıl alıbalmadığını soruşduqda o, aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 ondan qızıl aldığı şəxsin başqa nə kimi işlərlə məşğul olub-olmamasını soruşmuş, o, isə həmin şəxsin adı Şahid1 olduğu halda, adının Vidadi olduğunu, ancaq qızıl-zinət əşyaları alıb-satdığını bildirmiş, Təqsirləndirilən şəxs1 Vidadinin civə alıb-almamasını soruşaraq özündə civə olduğunu, əgər almaq istəsə həmin şəxsə sata biləcəyini demiş, o, Təqsirləndirilən şəxs1 Vidadini onunla görüşdürə biləcəyini, bununla bağlı özünün söhbət etməli olduğunu demiş, Təqsirləndirilən şəxs1 da onunla razılaşaraq tezliklə Vidadi ilə görüşdürməsini xahiş etmişdir. Həmin vaxtdan bir neçə gün o, Şahid1la danışaraq bir nəfər tanışının qızıl almaq və buna görə onunla görüşmək istədiyini demiş, Şahid1 da görüşməyə razılıq verərək H.Z.Tağıyev qəsəbəsində yerləşən parka gəlib orada görüşə biləcəyini bildirmişdir. Daha sonra, o, Təqsirləndirilən şəxs1 zəng edərək Vidadinin H.Z.Tağıyev qəsəbəsinə gələcəyini və onunla görüşmək istədiyini bildirmiş və razılaşdıqları kimi onlar üçlükdə H.Z.Tağıyev qəsəbəsində yerləşən parkda görüşmüşlər. Görüş vaxtı o, Təqsirləndirilən şəxs1la Şahid1 tanış etmiş, daha sonra isə həmin şəxslər ondan bir qədər kənarlaşıb öz aralarında söhbət etmiş, ancaq o, nə kimi söhbət etmələrini eşitməmişdir. 22 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Şahid1 civə satdığına görə tutulmasını eşitmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni satış məqsədi ilə qanunsuz əldə etməklə, saxlamaqla, daşımaqla və qanunsuz satmaqla və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni qanunsuz satmış, habelə təkrarən həmin maddələri qanunsuz əldə etməklə, saxlamaqla, daşımaqla və qanunsuz satmaqla cinayəti törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1, 240.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsi Təqsirləndirilən şəxs1 etirafı ilə yanaşı, bunu tamamlayan şahidin ifadələri, ekpertiza rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Belə ki, iş materiallarında olan “Azercell Telekom MMC” şirkətinin 29 noyabr 2021-ci il tarixli, 24731 nömrəli müşayiət məktubu ilə göndərilmiş 01 (bir) ədəd CD diskinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş və istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 31 mart 2021-ci il tarixdən başlayaraq 20 oktyabr 2021-ci il tarixədək, o cümlədən 02, 04, 05, 11, 12, 13, 14, 15, 19, 26 , 29 iyun və 04, 05, 06, 07, 11, 17, 20 iyul 2021-ci il tarixlərində müxtəlif anten dairələrinin əhatəsində, müxtəlif müddətli, çoxsaylı danışıqların aparılması müəyyən edilmişdir. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 ilə şərti alıcı Şahid1 arasında civə alqı-satqısı barədə danışıqlardan, habelə alqı-satqı faktının baş verməsindən ibarət videogörüntülərin olması müəyyən edilmişdir. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli 139539 nömrəli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmağa başlanmazdan öncə o, üzərində olan əşya və predmetləri könüllü surətdə verməyə razı olduğunu bildirərək əynində olan şalvarının sol yan cibindən rezin və kağız bağlama ilə bağlanmış ABŞ dollarlarından ibarət pul əskinazlarını çıxardaraq həmin pulun 15000 (on beş min) məbləğində ABŞ dolları olmasını və həmin pulu 22 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində civə satdığı Vidadi adlı şəxsdən civənin satışına görə əldə etdiyini bildirmiş, təqdim edilmiş pulun isə 15.000 (on beş min) ABŞ dolları məbləğində 150 ədəddən ibarət hər biri 100 ABŞ dolları olan pul əskinazlarından ibarət olması müəyyən edilmişdir. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli 139542 nömrəli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında yerləşən yaşadığı mənzildə axtarış aparıldığı vaxt həmin mənzilin yataq otağının qarşısında yerləşən eyvanda bir ədəd monometr aşkar edilmiş, həmin monometrin üzərinə quraşdırılmış metal materiallı boru açılaraq içərisindəki metalik civə olması ehtimal edilən bir neçə damcıdan ibarət maddə şüşə bankanın içərisinə boşaldılaraq monometr və borusu ilə birlikdə götürülmüşdür. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli 139610 nömrəli axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında yerləşən yaşadığı evdən kənarda yerləşən yaşayış olmayan qamışlıq ərazidə keçirilmiş axtarış zamanı həmin ərazidən dərman saxlanılması üçün nəzərdə tutulmuş 03 ədəd şüşə qabın içərisində ümumi çəkisi 30 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən metalik civənin duzu aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsi müdafiə xarakteri daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarında olan N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur, onun dövlət təltifləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, N nömrəli hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə olunmasınıonun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında olduğu müddət təyin edilmiş cəzaya hesablanmaqla, cəzacəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Axundov X4 rayon məhkəməsinin 21 yanvar 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.2.1 və 53-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması və Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 fevral 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.3, 28, 66.3 və 66.5-ci maddələri ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduğu halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, həmin məcəllənin 83.3.5-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi müəyyən olunur. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının X5 rəisinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 “kiçik ölçülü xroniki pararektal fistula” müşahidə edilmişdir. Ona müvafiq tövsiyyələr verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-cü maddələrinin sanksiyası həddində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs2 həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmaqla, cəzacəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 88,70 manat manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖENi **********, hesabı AZ34CTRE********************)keçirilməlidır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər İcra və Probarsiya şöbəsinə, Abşeron rayon İcra və Probarsiya şöbəsinə həvalə edilməlidir. Abşeron rayon məhkəməsində saxlanılan maddi sübut 91, 155 qram metalik civə, 29,910 qram metalik civənin duzu, 01ədəd monometr saxlanması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilməlidir. İş üzrə maddi sübut - 15000 ABŞ dolları pul əskinazları dövlət hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Əlağa oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəmə müəssəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəmə müəssəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 88,70 manat manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖENi **********, hesabı AZ34CTRE********************)keçirilsin. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər İcra və Probarsiya şöbəsinə, Abşeron rayon İcra və Probarsiya şöbəsinə həvalə edilsin. Abşeron rayon məhkəməsində saxlanılan maddi sübut 91, 155 qram metalik civə, 29,910 qram metalik civənin duzu, 01ədəd monometr saxlanması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilsin. İş üzrə maddi sübut - 15000 ABŞ dolları pul əskinazları dövlət hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Əlağa oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-159/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-159/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver