Məhkəmə qərarları › İş №1(012)-159/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-159/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-159/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə saat 12:00 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə "xxxx" MTK ilə "xxxx" QSC arasında bağlanmış podrat müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən qazilər və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün tikilmiş “Sumqayıt Qaçqınlar-1” layihəsinə daxil olan 70 nömrəli binanın səkkizinci mərtəbəsindəki 13 nömrəli mənzilin qapısını vintaçanla sıxıb açma yolu ilə mənzilə qanunsuz daxil olaraq oradan 850 manat dəyərində 1 ədəd “E.C.A.” markalı kombi istilik sistemini oğurlayıb yaşadığı evə apardıqdan sonra öz cinayət əməlini davam etdirib həmin binanın doqquzuncu mərtəbəsindəki daha 37 və 42 nömrəli mənzillərin qapısını vintaçanla sıxıb açma yolu ilə qanunsuz daxil olaraq hər mənzildən 1 ədəd olmaqla 850 manat dəyərində 2 ədəd kombi istilik sistemini oğurlayıb yaşadığı evə apararaq "xxxx" QSC-yə ümumilikdə 2550 (iki min beş yüz əlli) manat maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, аnаdаn оlаndаn Bаkı şəhəri Хəzər rаyоnu, Mərdəkаn qəsəbəsində yеrləşən vаlidеyn himаyəsindən məhrum оlmuş uşaqlar üçün nəzərdə tutulan ümumi tаm оrtа intеrnаt məktəbində yаşamış və doqquzuncu sinfədək həmin məktəbdə təhsil almış, yeddinci sinifdə oxuyarkən Cəfərоvа Ərkinаz Pаşa qızı ona himаyədаrlıq еtmiş və o, tətillərdə, milli bаyrаmlаrdа müvəqqəti оlаrаq оnlаrın evində qаlmış, həmin ailə öz sоyаdını ona vеrmiş, bu səbəbdən soyadı, adı və atasının adı Cəfərоv Əli Оruc оğlu kimi rəsmiləşdirilməklə şəxsiyyət vəsiqəsi аlmışdır. 2019-cu ildən Türkiyə Rеspublikаsındа yаşamış, 2021-ci ildə Bаkı şəhərinə qаyıdaraq Ərkinаz Cəfərоvаnın mənzilində yаşamağa başlamış, intеrnаt məktəbində охuduğu üçün Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sоsiаl Müdаfiəsi Nаzirliyində növbəyə dayanmış və 2022-ci ilin mаrt аyındа ona yaşaması üçün Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən 70 nömrəli binadan birоtаqlı mənzil verilmiş, müəyyən müddət iş fəаliyyəti оlmаdığı üçün əziyyətlə dоlаnmış, 01 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində yaşadığı binаdakı mənzillərdən оğurluq еtmək qərаrına gəlmiş, daha sonra binаnın səkkizinci mərtəbəsində yеrləşən mənzillərdən birinin qаpısını vintаçаnlа аçıb içəri dахil оlmaqla оrаdаkı bir ədəd istilik sistеmini su bоrusundаn аyıraraq öz mənzilinə аpаrmış, daha sоnrа doqquzuncu mərtəbəyə qаlхaraq оrаdаkı 2 mənzilin giriş qаpılаrını vintаçаnlа аçıb içəri daxil olmaqla daha 2 ədəd istilik sistеmini eyni qaydada su bоrulаrındаn аyıraraq еvinə аpаrmış, beləliklə, binаdаn 3 ədəd kombi istilik sistеmini оğurlаmış və həmin gün “lalafo.az” və “tap.az” internet saytlarında kombi satışı ilə bağlı elanlar yerləşdirmiş, qiyməti orta bazar qiymətindən aşağı qoyduğu üçün təxminən 1 saat sonra alıcı tapmış və tаksi sifаriş vеrərək оğurlаdığı istilik sistеmlərinin ikisini аvtоmоbilə yükləyib “20 Yаnvаr” metrostаnsiyаsının yахınlığına getmiş, həmin yerdə 2 ədəd kombini 440 mаnаt pul qarşılığında tanımadığı şəxsə sаtmış, oğurlаdığı 1 ədəd kombi isə yaşadığı ünvаndа qаlmış, nə vахtsа həmin kombini də sаtacağı qərаrınа gəlmişdir. 06 оktyаbr 2022-ci il tаriхdə еvdə оlаrkən pоlis əməkdаşlаrı gələrək onu oğurluqla bağlı sorğu-sual etmiş, o da oğurluq etdiyini səmimi şəkildə etiraf edərək saxladığı 1 ədəd kombini polis əməkdaşlarına təhvil vermiş, bundan sonra pоlis əməkdaşları tərəfindən Qobu polis bölməsinə аpаrılmışdır. Əlavə olaraq o, oğurluq etdiyi "xxxx" MTK-ya məxsus 70 nömrəli binada yaşayış olmadığı üçün kombi oğurladığı mənzillərin kimlərə aid olması barədə heç bir məlumatı olmadığını, ilk dəfə oğurluq etdiyini, başqa cinayət törətmədiyini, hadisəni təkbaşına törətdiyini, kombiləri 01 sentyabr 2022-ci il tarixdə satdığı üçün elə həmin gün saytlarda yerləşdirdiyi elanları sildiyini, sifariş verdiyi taksi avtomobilinin “Toyota Prius” markalı olduğunu, rəngini xatırlamadığını, dövlət qeydiyyat nişanına fikir vermədiyini, sürücünün mobil telefon nömrəsini bilmədiyini, kombiləri satdığı şəxsin orta boylu, seyrək saçlı, qaraşın, orta bədən quruluşlu kişi olduğunu, kombiləri satan kimi oradan uzaqlaşdığından onları alan şəxsin oradan nə ilə getdiyini bilmədiyini və kombiləri sataraq əldə etdiyi 440 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirdi. Sonda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında zərər çəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, 2021-ci ilin fevral ayından "xxxx" QSC-də Nəzarət xidməti üzrə ərazi xidmət rəisi vəzifəsində işləyir. Onun vəzifəsi şirkət tərəfindən tikilmiş binalarda mühafizənin və texniki təhlükəsizliyin təmin olunmasına rəhbərliyi həyata keçirməkdən ibarətdir. 04 oktyabr 2022-ci il tarixdə saat 11:30 radələrində Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzinə edilmiş müraciət, həmçinin həmin tarixdə Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə ünvanlanmış ərizə ona məxsusdur. "xxxx" MTK tərəfindən "xxxx" QSC ilə bağlanmış podrat müqaviləsi əsasında 2020-ci ildə “Stansiya Sumqayıt qəsəbəsi” adlandırılan ünvan 3 ünvanında “Sumqayıt Qaçqınlar-1” layihəsi inşa olunmuş, həmin layihə üzrə tikintisi başa çatdırılmış binaların sayı 29-dur. Həmin kompleksə daxil olan binalarda əvvəllər qaçqın və məcburi köçkünlərin yaşaması nəzərdə tutulsa da, sonradan qazilər, şəhid ailələri və valideyn himayəsindən məhrum olmuş şəxslərin yaşaması qərara alınmışdır. 28 sentyabr 2022-ci il tarixdə saat 12:00 radələrində binaların tikintisində fəhlə kimi çalışan, eyni zamanda yaşayış olmayan mənzillərə nəzarət edən Murad adlı şəxs mobil telefon vasitəsilə zəng edərək 70 nömrəli binanın səkkizinci və doqquzuncu mərtəbələrində yerləşən mənzillərdə kombi istilik sistemlərinin yerində olmaması barədə məlumat vermiş, o, təxminən 1 saat sonra 70 nömrəli binaya yollanmış və həqiqətən də qapılarda zədə izlərinin olduğunu, “E.C.A.” markalı kombi istilik sistemlərinin su borularından ayrıldığını görmüş, bundan sonrakı 5-6 gün ərzində binanın giriş hissəsinə quraşdırılmış təhlükəsizlik kameralarının 27 avqust 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək qeydə aldığı videogörüntüləri izləmiş, bu zaman binanın səkkizinci mərtəbəsində yerləşən 38-ci mənzildə yaşayan Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində 2 ədəd kombi istilik sistemini binanın həyətinə düşürdükdən sonra boz rəngli “Toyota Prius” markalı taksi avtomobilinə yükləyib avtomobilə əyləşməklə naməlum ünvana hərəkət etdiyini müşahidə etmiş, buna görə də 04 oktyabr 2022-ci il tarixdə yuxarıda qeyd olunan müraciətlər etmiş, bundan sonra Qobu polis bölməsinin əməkdaşları gəlib onun iştirakı ilə istilik sistemlərinin oğurlandığı binaya baxış keçirmişlər. Dəymiş ziyanın hesablanması üçün şirkətin rəhbər mühasiblərinə məlumat verilmiş, hesablama zamanı istilik sistemlərinin 1 ədədinin dəyərinin 850 manat olduğu və şirkətə ümumilikdə 2550 manat dəyərində maddi ziyan dəydiyi məlum olmuşdur. O, bu barədə tərəfindən tərtib edilmiş 16 noyabr 2022-ci il tarixli ziyan aktını ifadəsinə əlavə etmiş, bundan başqa Nümayəndə ifadəsində oğurlanmış istilik sistemlərinin dəqiq qiymətini bilmədiyi üçün müraciətlərində təxmini qiymət kimi istilik sistemlərinin 1 ədədinin dəyərinin 800 və 880 manat olmasını göstərdiyini, dəymiş ziyanın hesablanması üçün şirkətin rəhbər mühasiblərinə məlumat verildikdən sonra hesablama zamanı istilik sistemlərinin 1 ədədinin dəyərinin 850 manat olmasını bildiyini, Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzinə müraciətində yanlış anlaması ilə bağlı binadan hamam aksesuarlarının oğurlandığını da bildirdiyini, binanın giriş hissəsinə quraşdırılmış təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntülər yaddaşdan silindiyindən onları təqdim edə bilmədiyini bildirmişdir. Sonda o, "xxxx" QSC ilə Təqsirləndirilən şəxs ilə şirkətə dəymiş ziyanın hissə-hissə ödənilməsi barədə razılığa gəlindiyini və buna görə də ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təxminən iki ildir "xxxx" QSC-də işləyir, hazırda həmin şirkətin nümayəndəsidir. Şirkətin ərazi xidmət rəisi Nümayəndə 04 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİNin “102” zəng mərkəzinə və həmin tarixdə Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə ünvanlanmış müraciətləri ilə tanış olmuşdur. Müraciətlərdə göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, "xxxx" MTK tərəfindən "xxxx" QSC ilə bağlanmış podrat müqaviləsi əsasında 2020-ci ildə “Stansiya Sumqayıt qəsəbəsi” adlandırılan ünvan 3 ünvanında “Sumqayıt Qaçqınlar-1” layihəsi inşa olunmuşdur. Həmin layihə üzrə tikintisi başa çatdırılmış binaların sayı 29-dur və yaşayış olmayan mənzillərin açarları nəzarət etməsi üçün ona etibar edilmişdir. Binalarda qazilər, şəhid ailələri və valideyn himayəsindən məhrum olmuş şəxslər yaşayır. Təqsirləndirilən şəxs kompleksdəki 70 nömrəli binanın sakini kimi tanıyır. Əvvəllər Əli ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. 28 sentyabr 2022-ci il tarixdə saat 12:00 radələrində sözügedən binanın yaşayış olmayan səkkizinci və doqquzuncu mərtəbələrindəki mənzilləri yoxlayan zaman 3 mənzildə quraşdırılmış kombi istilik sistemlərinin yerində olmadığını aşkarlamışdır. Buna görə də dərhal mobil telefon vasitəsilə Təbrizə zəng edib bu barədə məlumat vermişdir. Təxminən 1 saat sonra Təbriz yaşayış kompleksinə gəlmiş və həqiqətən də qapılarda zədə izlərinin olduğunu, “E.C.A.” markalı kombi istilik sistemlərinin su borularından ayrıldığını görmüşdür. Bundan sonrakı 5-6 gün ərzində Təbrizlə birlikdə binanın giriş hissəsinə quraşdırılmış təhlükəsizlik kameralarının 27 avqust 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək qeydə aldığı videogörüntüləri izləmişlər. Bu zaman Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində 2 ədəd kombi istilik sistemini binanın həyətinə düşürdükdən sonra “Toyota Prius” markalı taksi avtomobilinə yükləyib naməlum ünvana hərəkət etdiyini müşahidə etmişdir. Bu səbəbdən Təbriz 04 oktyabr 2022-ci il tarixdə oğurluq edilməsi ilə bağlı polisə müraciətlər ünvanlamışdır. İbtidadi istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsində əməliyyat müvəkkili Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. 04 oktyabr 2022-ci il tarixdə Qobu polis bölməsinə Abşeron rayonu Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən "xxxx" MTK-ya məxsus qazilər və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün nəzərdə tutulmuş, eyni zamanda qaçqınlar və məcburi köçkünlərin yaşadığı 70 nömrəli binadan kombi istilik sistemlərinin oğurlanması barədə müraciət daxil olmuşdur. Həmin müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 oktyabr 2022-ci il tarixdə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Həmin şəxs saxlanılarkən oğurladığı kombilərdən ikisini satdığını, birini isə mənzilində saxladığını qeyd etdiyindən həmin istilik sistemini təhvil alıb istintaq orqanına təqdim etmək üçün götürüb xidməti otağında saxlamışdır. Bundan başqa o, sözügedən 1 ədəd “E.C.A.” markalı kombini könüllü şəkildə istintaqa təqdim etmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 128 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “E.C.A.” markalı kombi aparatının 2022-ci ilin sentyabr ayına hər birinin ayrı-ayrılıqda orta bazar qiyməti 850 manat, ümumilikdə orta bazar qiyməti isə 2550 (850 x 3 ədəd) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" QSC-dən daxil olmuş 16 noyabr 2022-ci il tarixli ziyan aktından görünür ki, Cəmiyyətin “Sumqayıt Qaçqınlar-1” layihəsinin kompleksində yerləşən, qazilər, şəhid ailələri və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün nəzərdə tutulmuş 70 nömrəli binanın səkkizinci və doqquzuncu mərtəbələrindən 3 ədəd kombinin oğlurlanmasından sonra dəymiş ziyanın hesablanması üzrə mühasiblərə tərəfindən aparılmış hesablama zamanı cəmiyyətə 2550 manat (3x850 manat) maddi ziyan dəydiyi məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə şirkətə dəymiş ziyanın hissə-hissə ödənilməsi barədə razılığa gəlindiyini və buna görə də ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və vаlidеyn himаyəsindən məhrum olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarilə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri ərazisinin hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarına verilmiş 01 ədəd “E.C.A.” markalı kombi istilik sistemi sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarına verilmiş 01 ədəd “E.C.A.” markalı kombi istilik sistemi "xxxx" QSC-yə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar