Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-159/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1994-cü ildə Şamaxı rayonu Həmyəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunan və məhkumluğu ödənilməyən, işləməyən, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan,Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz evdə yaşayan, barəsində digər cinayət işi üzrə barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ciil tarixli 4(012)-130/2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1996-cı ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 177.2.1, 177.2.2 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 may 2023-cü il tarixdə saat 15 radələrində Şamaxı rayonu Göylər kəndi ərazisində yol kənarında dağlıq ərazidə Zərərçəkmiş şəxs2 məxsus dəyəri 1500 (min beş yüz) manat olan bir baş iri buynuzlu mal-qaranı istifadəsində olan “KHAZAR LX” markalı **-PV-*** qeydiyyat nişanlı avtomobilə yükləyib apararaq gizli yolla talayıb zərərçəkmiş şəxsə 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 iyun 2023-cü il tarixdə saat 15 radələrində Şamaxı rayonu, Birinci Çaylı kəndi ərazisində yol kənarında dağlıq ərazidə Zərərçəkmiş şəxs3 məxsus dəyəri 1300 manat olan bir baş iri buynuzlu mal-qaranı istifadəsində olan “KHAZAR LX” markalı **-PV-*** qeydiyyat nişanlı avtomobilə yükləyib apararaq gizli yolla talayıb zərərçəkmiş şəxsə 1300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları X12 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 13 iyun 2023-cü il tarixdə saat 14 radələrində Qobustan rayonu, Cəngi kəndində yerləşən örüş sahəsindən Zərərçəkmiş şəxs4 məxsus dəyəri 2000 manat olan bir baş iri buynuzlu mal-qaranı gizli yolla talayaraq zərərçəkmiş şəxsə 2000 manat məbləğində maddi maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1, X8, X14 və şəxsiyyəti istintaqa məlum olmayan “Malış” ləqəbli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 31 avqust 2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK 4 ünvanında yerləşən “X26” avtodayanacağında və 31 avqust 2023cü il tarixdə saat 04 radələrində ictimai yer hesab edilən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs1 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması ehtimalını bəhanə gətirərək xuliqanlıq niyyəti ilə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edərək sonuncunu yumruq və təpik zərbələri ilə vuraraq ona başın tüklü hissəsində sağ məməvari çıxıntı nahiyəsinin, alın nahiyəsinin sağ yarısının qançırı, sağ gözətrafı yumşaq toxumaların hematoması və bu fonda sıyrığı, sağ gözün ağlı qişasına total qansızma, sağ göz yuvasının alt divarının çökmüş sınığı, sol gözaltı nahiyənin qançırı, burunun sol yan çəpərinin sıyrığı, və Haymor boşluğunun ön divarının sınığı kimi həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın sağlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya, üst dodağın şişkinliyi fonunda selikli qişasının ətrafı qansızma ilə əhatə olunmuş əzilmiş yarası, selikli qişasının dodaq nahiyəsi ilə sərhəddi proyeksiyasının sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid və boyunun sol yan səthinin orta-aşağı 1/3-nin, döş qəfəsinin ön səthinin sol yuxarı yarısının, arxa səthində İ-İİ döş fəqərələri proyeksiyası qançırları, sağ kürəküstü naiyənin sıyrığı, sol bazu oynağının ön, sağ bazunun yuxarı yuxarı 1/3-nin bayır, sağ dirsək oynağının arxa səthlərinin qançırları kimi həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və X12 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 28 may 2023-cü il tarixdə saat 15 radələrində Şamaxı rayonu Göylər kəndi ərazisində yol kənarında dağlıq ərazidə Zərərçəkmiş şəxs2 məxsus dəyəri 1500 (min beş yüz) manat olan bir baş iri buynuzlu heyvanı istifadəsində olan “KHAZAR LX” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə vahid qəsdlə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları X20, X16 və X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında vahid niyyətlə 05 iyun 2023-cü il tarixdə saat 11 radələrində və 05 iyun 2023-cü il tarixdə saat 13 radələrində Şamaxı rayonu, Həmyə kəndi ərazisində yol kənarında otluq sahədə Zərərçəkmiş şəxs5 məxsus hər birinin dəyəri 700 manat olan ümumilikdə 1400 manat dəyərində iki baş iribuynuzlu heyvanı istifadəsində olan “KHAZAR LX” markalı **-PV-*** qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X12 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 07 iyun 2023-cü il tarixdə saat 15 radələrində Şamaxı rayonu, Birinci Çaylı kəndi ərazisində yol kənarında dağlıq ərazidə Zərərçəkmiş şəxs3 məxsus dəyəri 1300 manat olan bir baş iri buynuzlu heyvanı istifadəsində olan “KHAZAR LX” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları X12 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 iyun 2023-cü il tarixdə saat 14 radələrində Qobustan rayonu, Cəngi kəndində yerləşən örüş sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs4 məxsus dəyəri 2000 manat olan bir baş iri buynuzlu heyvanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Malış” ləqəbli şəxslə 31 avqust 2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK 4 ünvanında yerləşən “X26” avtodayanacağında Zərərçəkmiş şəxs1 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması ehtimalını bəhanə gətirərək xuliqanlıq niyyəti ilə əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 onun narkotik vasitələrin satışı ilə məşğul olmasını sübut edəcəyini bildirib Təqsirləndirilən şəxs2 istifadəsində olan “Hyundai Elantra” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəvət edib eyləşdirərək avtomobildə Zərərçəkmiş şəxs1 bədəninin sağ göz və baş nahiyələrinə yumruq zərbələri vurmuş və xuliqanlıq hərəkətlərinin davamı olaraq Abşeron rayonu, Güzdək qəsəbəsinə gedib Zərərçəkmiş şəxs1 avtomobilə əyləşdirərək Abşeron rayonu, Güzdək qəsəbəsinə gətirən X8 və X14, onunla birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsinə gedən istintaqa məlum olmayan “Malış” ləqəbli şəxs və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 31 avqust 2023cü il tarixdə saat 04 radələrində ictimai yer hesab edilən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakıların fövqündə qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq ona başın tüklü hissəsində sağ məməvari çıxıntı nahiyəsinin, alın nahiyəsinin sağ yarısının qançırı, sağ gözətrafı yumşaq toxumaların hematoması və bu fonda sıyrığı, sağ gözün ağlı qişasına total qansızma, sağ göz yuvasının alt divarının çökmüş sınığı, sol gözaltı nahiyənin qançırı, burunun sol yan çəpərinin sıyrığı, və Haymor boşluğunun ön divarının sınığı kimi həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın sağlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, üst dodağın şişkinliyi fonunda selikli qişasının ətrafı qansızma ilə əhatə olunmuş əzilmiş yarası, selikli qişasının dodaq nahiyəsi ilə sərhəddi proyeksiyasının sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və boyunun sol yan səthinin orta-aşağı 1/3-nin, döş qəfəsinin ön səthinin sol yuxarı yarısının, arxa səthində İ-İİ döş fəqərələri proyeksiyası qançırları, sağ kürəküstü naiyənin sıyrığı, sol bazu oynağının ön, sağ bazunun yuxarı yuxarı 1/3-nin bayır, sağ dirsək oynağının arxa səthlərinin qançırları kimi həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri üzrə elan olunmuş ittiahamda özünü təqsirli bilmiş, CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, maddi ehtiyacdan oğurluq etmişdir, ziyanı ödəmişlər, əməlindən peşimandır, məhkəmədən bunun nəzərə alınması və ona yüngül cəza verilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Rahim və Sərxan adlı tanışları ilə birlikdə Rahimin idarə etdiyi ağ rəngli “Xəzər LX” markalı **-PV-*** qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayonu Göylər kəndindən Padarçöl kəndi ərazisinə gedən zaman yol kənarında heyvan sürüsü görmüş və Rahim avtomobili saxlamış, bundan sonra o və Sərxan avtomobildən düşərək heyvan sürüsü olan yerə yaxınlaşmış və bir az müddət keçdikdən sonra Rahimə zəng edərək heyvanların yanında çoban olmasını deyərək avtomobili bir az aşağı hissədə saxlamağı bildirmiş və Rahim avtomobili qarşı istiqamətdə sürərək yolun kənarında saxlamış və bir az müddət keçdikdən sonra Rahim və Sərxan dağlıq ərazidən bir baş inək heyvanı qovaraq tutduqdan sonra heyvanı avtomobilin arxa oturacağına əyləşdirmiş, daha sonra Rahim avtomobili idarə etmiş, tanışı Sərxan arxada inək heyvanının yanında əyləşmiş, özü isə ön oturacaqda əyləşmiş və Rahim avtomobili yolun içərisində döndərərək Şamaxı rayon istiqamətinə gəlib oradan da Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində Sərxan adlı şəxsə satmış və əldə olunan qazancı üçü arasında bölmüşdür. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə Rahim və Sərxan adlı tanışları ilə birlikdə Şamaxı rayonu , 1-ci Çaylı kəndi ərazisində yolun sağ kənarında boğazında ip olan bir baş inək heyvanı görmüş və Rahim avtomobili yolun sağ hissəsində olan boş sahəyə sürərək saxlamış və tanışları ilə birlikdə həmin heyvanı avtomobilin arxa oturacağına yerləşdirib Padarçöl istiqamətində aparmış və yolda avtomobil nasaz olduğu üçün evakuator çağıraraq avtomobili evakuatra mindirmiş və Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində Sərxan adlı şəxsə satmış və əldə olunan qazancı üçü arasında bölmüşdür. Bundan sonra yəni xx.xx.2023-cü il tarixdə yenidən oğurluq etmək üçün Şamaxı rayon istiqamətində yola çıxmış, həmin vaxt tanışları Rahim və Sərxana Bakı- Şamaxı yolunda Qobustan rayonuna aid “Cəngi” deyilən yerdən bir baş inək heyvanı götürərək avtomobilin arxa oturacağına yerləşdirib Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində Sərxan adlı şəxsə satmış və əldə olunan qazancı üçü arasında bölmüşdür. Bundan başqa X4 və Təqsirləndirilən şəxs1 kiçik yaşlarımdan tanıyır. Sərxanla və Rahimlə Sulutəpə qəsəbəsində eyni məhəllədə yaşamış, Sərxanla və Rahimlə münasibətləri hər zaman yaxşı olmuş, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Özünün, Sərxanın və Rahimin maddi imkanları yaxşı olmadığı üçün üçü oğurluq etmiş, oğurladıqları malları sataraq əldə etdiklərio pulları öz aralarında bölmək qərarına gəlmiş, bu məqsədlə də üçü 13 iyun 2023-cü il tarixdə saat 11 radələrində Sulutəpə qəsəbəsində yaşadıqları məhəllədə görüşərək onun idarə etdiyi özünə məxsus, lakin sürücülük vəsiqəsi olmadığı üçün etibarnaməsi Rahimin adına olan ağ rəngli, Khazar markalı, Az **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində bir qədər gəzmiş, daha sonra Şamaxı rayonu istiqamətində hərəkət edib yolun kənarında otlayan iri buynuzlu heyvanlardan birini oğurlayıb aparıb satmaq qərarına gəlmiş, Qobustan rayonu istiqamətində hərəkət etməyə başlamış və Cəngi kəndinə çatan zaman “Azpetrol” yanacaqdoldurma məntəqəsinə daxil olub avtomobilə benzin tökmüş, oradan çıxan zaman Rahim burada yolun sağ tərəfində boşluq sahə olduğunu, orada hər zaman sahibsiz heyvanların otladığını və onlardan birini oğurlaya biləcəklərini demiş, bu səbəbdən də idarə etdiyi avtomobili yolun sağ tərəfində olan kəndlər istiqamətində sürməyə başlamış, 2-3 kilometr yol getdikdən sonra yolun kənarında boş və sahibsiz fermanın olmasını görmüş, həmin fermanın yaxınlığında göl olmuş və həmin gölün yanında 7-8 iri buynuzlu inəyin otlamasını görmüş, Rahim həmin heyvanların sahibsiz olduğunu və bunlardan birini oğurlaya biləcəklərini demiş, həmin heyvanlara yaxınlaşmış və üçü içərisində ən cavan və ən balaca olanını onun avtomobilinə sığdığı üçün seçərək həmin inəyi avtomobilin salonuna mindirmiş, sürücülük vəsiqəsi və etibarnaməsi olmadığı üçün mən Rahimə avtomobili idarə etməsini bildirmiş, Rahim avtomobilin sükünı arxasına, özü isə qabaq sağ oturacağa, Sərxan isə arxada inəyin yanına oturaraq Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, Bakı şəhərinə çatdıqdan sonra Rahim tanışı Saleh adlı şəxsə zəng edərək bir baş iri buynuzlu inək gətirdiyini və ona satmaq istədiyini bildirmiş, Saleh də Rahimə Binəqədi rayonu Xocasən qəsəbəsində yaşadığı evində olduğunu və gözlədiyini bildirmiş, Salehin evinə getmiş və Salehlə görüşərək həmin bir baş iri buynuzlu inəyi Salehə sataraq 600 (altı yüz) manat pul almış, həmin 600 (altı yüz) manat pulu üçü arasında 200 (iki yüz) manat olmaqla bölmüş, daha sonra yaşadıqları evə gəlmiş və həmin pulu öz məsrəflərinə xərcləmişdir. 30 avqust 2023-cü il tarixdə axşam satlarında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Kral Rent a car” şirkətindən 150 manat depozit haqqı ödəməklə tanımadığı Orxan adlı şəxsin adına sənədləşdirilərək iki günlük 130 manat olmaqla ümumilikdə 280 manata “Hyundai Elantra” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı tünd göy rəngli avtomobili icarəyə götürmüş, bundan sonra axşam saat təxminən 22 radələrində Könül adlı bir tanış qızın övladının ad günündə iştirak etmək üçün Novxanı qəsəbəsində yerləşən “Santa Mare” restoranına getmiş, orada bir qədər oturduqdan sonra saat təxminən 23 radələrində dostu Təqsirləndirilən şəxs1 zəng edib olduğu restorana dəvət edərək onunla birlikdə spirtli içki qəbul etməyi təklif etmiş, Rahim yanında əvəllər tanımadığı, təxmini 17-18 yaşlı “Malış” ləqəbli adını bilmədiyi şəxslə birgə restorana gəlmiş, birlikdə oturub bir qədər spirtli içki qəbul etdikdən sonra 31 avqust 2023-cü il tarixdə təxminən saat gecə 01 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Sulutəpə qəsəbəsi istiqamətində DSK yolu adlanan yolla hərəkət edərkən tələbatlarını ödəmək üçün DSK 4 ünvanında yerləşən “X31” adlananan duracaqda TİR avtomobillərinin arasında avtomobili saxlamış, bu zaman TİR-ların arası ilə üç nəfər şəxsi görmüş, onlardan ikisi qaçmış, biri isə yerində durmuşdur. Bu zaman ona “Burada nə edirsən, mal satırsan?” deyə sual vermiş, sonradan adını bildiyi Rəşad adlı şəxs isə qohumunu gözlədiyini bildirmişdir. Ağır dərəcədə sərxoş olduğuna görə onu narkotik satmaqda ittiham etmiş, bu zaman Zərərçəkmiş şəxs1la aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs1 onu narkotik satmaqda ittiham etdiyinə görə bərk əsəbiləşmiş, ünvanlarına söyüş söymüş, ona “sözün varsa, gəl gedək, maşınla oturub danışaq, sənin “barıqalıq”la məşğul olduğunu sənə sübut edərik” demiş, Zərərçəkmiş şəxs1 da sübut etməyənə var-yox söyüşü söymüşdür. Bundan sonra o, onlarla avtomobilə əyləşmiş, avtomobildə Rahim arxa oturacaqda oturmuş, avtomobili idarə etmiş, Malış isə Rəşadın digər tərəfindən oturmaqla, yəni Rahim, Rəşad və Malış arxa oturacaqda oturmuş, Rəşadı ikisinin arasına oturmuş, yolla gedən zaman Rahim və “Malış” onu bir neçə dəfə üz nahiyəsinə sillə zərbələri vurub narkotik satışı ilə məşğul olduğuna görə tənbeh etmiş, bir dəfə arxaya çönüb onun üz nahiyəsindən sillə vurmuş, bundan sonra Binəqədi rayonu Sulutəpə dördyolundan “Marojna”ya düşən yol adlanan yerdə avtomobili saxlayıb Rəşadı avtomobildən endirmiş, həmin zaman orada tanışı Elşən və bir neçə tanımadığı şəxs olmuşdur. Elşən ondan nə baş verdiyini soruşduqda Rəşadın mal satdığını, camaatı zəhərlədiyini, ona görə də onunla belə rəftar etdiyini demiş, bundan sonra Sulutəpə qəsəbəsində olan “Solo Baku” kişi geyimləri mağazasının yanına getmiş, orada Rüstəmin tanışı Nüsrəti görmüş, həmin Nüsrət Rüstəmdən 5 manat pul müqabilində onu Güzdək qəsəbəsinə düşürməyi xahiş etmiş, onunla razılaşmış, saat artıq 03-04 arası özü, Rahim, “Malış” və Nüsrət Güzdək qəsəbəsinə getmiş, Güzdək qəsəbəsinə çatdıqda Nüsrətin tanımadıqları bir dostunu görmüş, o Nüsrətə dostlarının Güzdək qəsəbəsində “Nərgiz” restoranına çatmamış yerləşən Sabun sexinin arxasında bir nəfər “barıqa”-nı tutub döydüklərini, bundan sonra həmin yerə yaxınlaşıb təxminən 10 nəfər şəxsin yığışdığını və orada iki nəfər şəxsin Rəşadı döydüyünü görmüş, onlardan biri bayaq gördükləri Elşən olmuş, avtomobildən enib onlara yaxınlaşmış, bu zaman əsəbləşib yenidən Rahimlə Rəşadı döyməyə başlamış, Rahim Rəşadın üz nahiyəsindən yumruqla bir neçə dəfə güclü zərbə endirmiş, yaxınlaşıb onu üz nahiyəsindən bir neçə dəfə yumruqla vurmuş, bundan sonra Rəşad yerə yıxılmış və bu an Nüsrət yaxınlaşıb onu onlardan ayırmışdır. Daha sonra özü, Rahim və “Malış” Rəşadı avtomobilə mindirib Sulutəpə qəsəbəsində yerləşən “Tosoil” YDM-lə üzbəüz yerləşən daş bazarının qarşısında onu avtomobildən düşürüb 1 manat da yol pulu verib yola salmış, bundan sonra üçü Sulutəpə qəsəbəsində hər biri öz evinə getmişdir. Zərərçəkmiş şəxs1 pul tələb etməmiş, həmçinin ona məxsus kartdan pul çıxarmamışdır. Rahim və “Malış” ləqəbli şəxslərin də Zərərçəkmiş şəxs1 pul tələb etməklərinin və ondan pul almaqlarının şahidi olmamışdır. İçkili olduqlarına görə Zərərçəkmiş şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib onu avtomobilə çağırmış, avtomobilə Zərərçəkmiş şəxs1 özü əyləşmiş, Binəqədi rayon Polis İdarəsinin adlarını bilmədiyi mülki geyimdə olan əməkdaşları ona və Rahimə “istintaqda dediyimiz kimi ifadə versəniz, sizin işiniz yüngül olacaq, müstəntiqdən xahiş edərik sizi çöldə saxlayar, 1300 manatı da sizə keçirik, istəyirsiniz heç 1300 manatı da boynunuza almayın, amma 9 manatı bankomatdan çıxardığınızı deyərsiniz, elə edin ki, axıra kimi dostluq edək” dedikdən sonra dedikləri kimi ifadə vermiş, ifadəsinin doğruluğunu “Malış” və Rahim də tam təsdiq edə bilər. Hadisə bildirdiyi kimi olmuş, hazırki ifadəsini qəbul etməyi xahiş etmiş, əvvəllər məhkum olunmuş, səmimi peşman olduğunu və əməli tam etiraf etdiyini deyəcəyi təqdirdə istintaq vaxtı çöldə qalmaq ehtimalının çox olacağını fikirləşmişdir. Həmin gecə çox içkili olmuş, bu səbəbdən də onun narkotik vasitələrin alqısatqısı ilə məşğul olduğunu zənn edib cəzalandırmaq üçün döymüş, başqa bir niyyətləri olmamışdır. Həmin “Malış” ləqəbli şəxsi mən birinci dəfə idi ki görmüş, onun təxminən 17- 18 yaşı olmuş, onunla Sulutəpə qəsəbəsində olan kafedə tanış olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri üzrə təqsirli bilmiş, CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, dəyən ziyanı ödəməsini, zərərçəkənlərlə barışıq əldə etməsini,2-ci qrup əlil olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Rüstəm və Sərxan adlı tanışları ilə birlikdə idarə etdiyi ağ rəngli “Xəzər LX” markalı **-PV-*** qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu Göylər kəndindən Padarçöl kəndi ərazisinə gedən zaman yol kənarında heyvan sürüsü görmüş və avtomobili saxlamış, bundan sonra avtomobildə əyləşən tanışları Rüstəm və Sərxan avtomobildən düşərək heyvan sürüsü olan yerə yaxınlaşmış və bir az müddət keçdikdən sonra Rüstəm ona zəng edərək heyvanların yanında çoban olmasını deyərək avtomobili bir az aşağı hissədə saxlamağı bildirmiş və avtomobili qarşı istiqamətdə sürərək yolun kənarında saxlamış və bir az müddət keçdikdən sonra tanışları Rüstəm və Sərxan dağlıq ərazidən bir baş inək heyvanı qovaraq tutduqdan sonra heyvanı avtomobilin arxa oturacağına əyləşdirmiş, daha sonra avtomobili idarə etmiş, tanışı Sərxan arxada inək heyvanının yanında əyləşmiş, Rüstəm isə ön oturacaqda əyləşmiş və avtomobili yolun içərisində döndərərək Şamaxı rayon istiqamətinə gəlib, oradan da Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində Sərxan adlı şəxsə satmış və əldə olunan qazancı üçü aralarında bölmüşdür. Bundan bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə tanışları Əziz və Elxanla birlikdə Şamaxı rayonu, Həmyəli kənd ərazisindən ilk öncə bir baş inək heyvanı oğurlayaraq Ağsu rayonu ərazisində tanımadığı şəxsə satmış və əldə olunan qazancı aralarında böldükdən sonra yenidən həmin kəndə gələrək oradan bir baş inək heyvanı oğurlayaraq avtomobilin arxa oturacağına yerləşdirib Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində Sərxan adlı şəxsə satmış və əldə olunan qazancı üçü aralarında bölmüşdür. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə Rüstəm və Sərxan adlı tanışları ilə birlikdə Şamaxı rayonu Göylər kəndindən Padarçöl kəndi ərazisinə gedən yolun sağ kənarında boğazında ip olan bir baş inək heyvanı görmüş və avtomobili yolun sağ hissəsində olan boş sahəyə sürərək saxlamış və tanışları ilə birlikdə həmin heyvanı avtomobilin arxa oturacağına yerləşdirib Padarçöl istiqamətində aparmış və yolda avtomobil nasaz olduğu üçün evakuator çağıraraq avtomobili evakuatra mindirmiş və Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində Sərxan adlı şəxsə satmış və əldə olunan qazancı üçü aralarında bölmüşdür. Bundan sonra yəni xx.xx.2023-cü il tarixdə yenidən oğurluq etmək üçün Şamaxı rayon istiqamətində yola çıxmış, həmin vaxt tanışları Sərxan və Rüstəmə Bakı-Şamaxı yolunda Qobustan rayonuna aid “Cəngi” deyilən yerdən bir baş inək heyvanı götürərək avtomobilin arxa oturacağına yerləşdirib Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində Saleh adlı şəxsə satmış və əldə olunan qazancı üçü aralarında bölmüşdür. Bundan başqa o, Sərxan və Rüstəmlə birlikdə 13 iyun 2023-cü il tarixdə saat təxminən 11 radələrində Sulutəpə qəsəbəsində yaşadıqları məhəllədə görüşərək onun idarə etdiyi özümə məxsus, lakin sürücülük vəsiqəsi olmadığı üçün etibarnamə əsasında ona verilmiş ağ rəngli, Khazar markalı, Az **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində bir qədər gəzmiş, daha sonra Şamaxı rayonu istiqamətində hərəkət edib yolun kənarında otlayan iri buynuzlu heyvanlardan birini oğurlayıb aparıb satmaq qərarına gəlmişdir. Qobustan rayonu istiqamətində hərəkət etməyə başlamış və Cəngi kəndinə çatan zaman “Azpetrol” yanacaqdoldurma məntəqəsinə daxil olub avtomobilə benzin tökmüş, oradan çıxan zaman burada yolun sağ tərəfində boşluq sahə olduğunu və orada hər zaman sahibsiz heyvanların otladığını və onlardan birini oğurlaya biləcəklərini bildirmiş, bu səbəbdən də Rüstəm idarə etdiyi avtomobili yolun sağ tərəfində olan kəndlər istiqamətində sürməyə başlamış, 2-3 kilometr yol getdikdən sonra yolun kənarında boş və sahibsiz fermanın olmasını görmüş, həmin fermanın yaxınlığında göl olmuş və həmin gölün yanında təxminən 7-8 iri buynuzlu inəyin otlamasını görmüş, həmin heyvanlar sahibsiz olmuş və həmin heyvanlara yaxınlaşmış və üçü içərisində ən cavan və ən balaca olanını avtomobilə sığdığı üçün seçərək həmin inəyi avtomobilin salonuna mindirmiş, avtomobilin sükünı arxasına, Rüstəm qabaq sağ oturacağa, Sərxan isə arxada inəyin yanına oturaraq Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, Bakı şəhərinə çatdıqdan sonra tanışı Saleh adlı şəxsə zəng edib bir baş iri buynuzlu inək gətirdiklərini və ona satmaq istədiyini bildirmiş, Saleh də ona Binəqədi rayonu Xocasən qəsəbəsində yaşadığı evində olduğunu və gözlədiyini bildirmiş, Salehin evinə getmiş və Salehlə görüşərək həmin bir baş iri buynuzlu inəyi Salehə sataraq 600 (altı yüz) manat pul almış, həmin 600 (altı yüz) manat pulu üçü aralarında 200 (iki yüz) manat olmaqla bölmüş, daha sonra yaşadıqları evə gəlmiş və həmin pulu öz məsrəflərinə xərcləmişdir. 30 avqust 2023-cü il tarixdə saat 21 radələrində Sulutəpə qəsəbəsində yaşadığı məhəllədə kafedə oturub yemək yeyib spirtli içki qəbul etmiş, bu zaman masaya “Malış” ləqəbi ilə tanınan, adını bilmədiyi şəxs yaxınlaşıb ondan siqaret istəmiş, ona siqaret verdikdən sonra onunla birlikdə oturub yemək yeyib spirtli içki araq içməyi təklif etmiş, bundan sonra saat 23 radələrində dostu Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək görüşməkləri barədə razılaşmış, Rüstəm həmin zaman Novxanı qəsəbəsində yerləşən “Santa Mare” adlı restoranda ad günü məclisində olmuş, “Malış”a onunla birlikdə Rüstəmin olduğu “Santa Mare” restoranına getməyi təklif etmiş, o da onunla razılaşmışdır. Bundan sonra mobil telefon vasitəsi ilə “Uber” tətbiqi üzərindən taksi sifariş vermiş, taksi gəlib onları Novxanı qəsəbəsinə aparmışdır. Novxanıda qeyd etdiyi restorana çatıb Rüstəmlə də birlikdə ad günü məclisində bir az spirtli içki qəbul edib yemək yedikdən sonra, 31 avqust 2023-cü il tarixdə təqribən saat 01 radələrində üçü Rüstəmin idarə etdiyi tünd göy rəngli “Hyundai Elantra” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu DSK yolu ilə üzü Sulutəpə qəsəbəsi istiqamətində hərəkət etmiş, bu zaman tələbatlarını ödəmək üçün DSK 4 ünvanında yerləşən “X31” adlananan duracaqda TİR avtomobillərinin arasında avtomobili saxlamış, bu zaman TİR-ların arasında bir nəfər durmuş, bu zaman Rüstəm ona “Burada nə edirsən, mal satırsan?” deyə sual vermiş, sonradan adını bildiyi Rəşad adlı şəxs isə qohumunu gözlədiyini bildirmişdir. Ağır dərəcədə sərxoş olduqlarına görə onu narkotik satmaqda ittiham etmiş, bu zaman Zərərçəkmiş şəxs1la aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs1 onu narkotik satmaqda ittiham etdiyinə görə bərk əsəbiləşmiş, ünvanlarına söyüş söymüşdür. Ona “sözün varsa, gəl gedək, maşınla oturub danışaq, sənin “barıqalıq”la məşğul olduğunu sənə sübut edərik” demiş, Zərərçəkmiş şəxs1 da sübut etməyənə var-yox söyüşü söymüşdür. Bundan sonra o, Rəşad avtomobilə əyləşmiş, avtomobildə arxa oturacaqda oturmuş, Rüstəm avtomobili idarə etmiş, Malış isə Rəşadın digər tərəfindən oturmaqla, üçü, yəni özü, Rəşad və Malış arxa oturacaqda oturmuş, Rəşadı ikilərinin arasına oturtmuşdur. Yolla gedən zaman özü və “Malış” onu bir neçə dəfə üz nahiyəsinə sillə zərbələri vurub narkotik satışı ilə məşğul olduğuna görə tənbeh etmiş, Rüstəm də bir dəfə arxaya çönüb onun üz nahiyəsindən sillə vurmuşdur. Bundan sonra Binəqədi rayonu Sulutəpə dördyolundan “Marojna”ya düşən yol adlanan yerdə avtomobili saxlayıb Rəşadı avtomobildən endirmiş, həmin zaman orada Rüstəmin tanışı Elşən və bir neçə tanımadığı şəxs olmuşdur. Elşən ondan nə baş verdiyini soruşduqda Rəşadın mal satdığını, camaatı zəhərlədiyini, ona görə də onunla belə rəftar etdiyini demiş, bundan sonra Sulutəpə qəsəbəsində olan “Solo Baku” kişi geyimləri mağazasının yanına getmiş, orada Rüstəmin tanışı Nüsrəti görmüş, həmin Nüsrət Rüstəmdən 5 manat pul müqabilində onu Güzdək qəsəbəsinə düşürməyi xahiş etmiş, onunla razılaşmış və saat artıq 03-04 arası, özü, Rüstəm, “Malış” və Nüsrət Güzdək qəsəbəsinə getmiş, Güzdək qəsəbəsinə çatdıqda Nüsrətin tanımadıqları bir dostunu görmüş, o Nüsrətə dostları Güzdək qəsəbəsində “Nərgiz” restoranına çatmamış yerləşən Sabun sexinin arxasında bir nəfər “barıqa” tutub döydüyünü bildirmiş, bundan sonra həmin yerə yaxınlaşıb təxminən 10 nəfər şəxs yığışıb və orada iki nəfər şəxsin Rəşadı döydüyünü görmüş, onlardan biri bayaq gördükləri Elşən olmuş, avtomobildən enib onlara yaxınlaşmış, bu zaman əsəbləşib yenidən Rüstəmlə Rəşadı döyməyə başlamış, Rəşadın üz nahiyəsindən yumruqla bir neçə dəfə güclü zərbə endirmiş, Rüstəm də yaxınlaşıb onu üz nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Bundan sonra Rəşad yerə yıxılmış və bu an Nüsrət yaxınlaşıb onu onlardan ayırmışdır. Daha sonra özü, Rüstəm və “Malış” Rəşadı avtomobilə mindirib Sulutəpə qəsəbəsində yerləşən “Tosoil” YDM-lə üzbə-üz yerləşən daş bazarının qarşısında onu avtomobildən düşürüb 1 manat da yol pulu verib yola salmışdır. Bundan sonra üçü Sulutəpə qəsəbəsində hər biri öz evinə getmişdir. Zərərçəkmiş şəxs1 pul tələb etməmiş, həmçinin ona məxsus kartdan pul çıxarmamışdır. Rüstəm və “Malış” ləqəbli şəxslərin də Zərərçəkmiş şəxs1 pul tələb etməklərinin və ondan pul almaqlarının şahidi olmamışdır. İçkili olduqlarına görə Zərərçəkmiş şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib onu avtomobilə çağırmış, avtomobilə Zərərçəkmiş şəxs1 özü əyləşmiş, Binəqədi rayon Polis İdarəsinin adlarını bilmədiyi mülki geyimdə olan əməkdaşları ona və Rüstəmə istintaqda dedikləri kimi ifadə verəcəkləri halda onların işinin yüngül olacağını, müstəntiqdən onları çöldə saxlamaq üçün xahiş edəcəkləri barədə vəd vermiş, 1300 manatı da onlara keçidiyini, “istəyirsiniz heç 1300 manatı da boynunuza almayın, amma 9 manatı bankomatdan çıxardığınızı deyərsiniz, elə edin ki, axıra kimi dostluq edək” demişdir. Onlara inanaraq dedikləri kimi ifadə vermişdir. Həmin gecə çox içkili olmuş, bu səbəbdən də onun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu zənn edib cəzalandırmaq üçün döymüş, başqa bir niyyətləri olmamışdır. Həmin “Malış” ləqəbli şəxsi birinci dəfə idi ki görmüş, onun təxminən 17-18 yaşı olmuş, onunla Sulutəpə qəsəbəsində olan kafedə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 taxta parçası ilə xəsarət yetirməmiş, o cümlədən Zərərçəkmiş şəxs1 kiminsə taxta parçası ilə xəsarət yetirməsinin şahidi olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatında 6 baş iribuynuzlu mal-qara olmuş, həmin mal-qaranı otlaq sahəsində otlatmış, daha sonra yaşadığı Şamaxı rayonu, Həmyəli kəndinin tərkibində olan “Nəsimi” kəndi ərazisində həmin heyvanları taxıllıq olan ərazidə yerə dəmir keçirdib həmin dəmirlərə bağlamış, lakin xx.xx.2023-cü il tarixdə saat 09 radələrində həmin heyvanlardan 3 baş iribuynuzlu buzovun 2 başını orada yerə dəmir keçirdib bağlamış, bir ədəd buzovu isə bağlamamış, Səhər saat 11-dək həmin heyvanlar orada olmuş, xx.xx.2023-cü il tarixdə saat 02:40 radələrində oğlu Elşad həmin heyvanları yoxlayan zaman həmin heyvanlardan ikisinin ipinin açılaraq oğurlandığını aşkar etmiş, bundan sonra kənddə həmin heyvanları axtarsa da, tapa bilməmiş, bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Heyvanları iki ədəd çox böyük olmayan dana olmuş, hər birinin çəkisi 50-60 kiloqram olmuş, hər birinin dəyəri 700 manat olmaqla ona ümumilikdə 1400 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəyən ziyan ödənilmişdir,ona qarşı şıkayəti tələbi olmadığını bildirdi. Zərərçəkmiş şəxs5 ərizə təqdim edərək, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq olunmuş ərizəsində ona dəymiş zərər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilmişdir. Onlarla barışmışdır, heç bir şikayəti, tələbi yoxdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, şəxsi təsərrüfatında 4 baş iribuynuzlu mal-qarası olmuş, həmin heyvanları hər gün Şamaxı rayonu, Çöl Göylər istiqamətinə otlaq sahəsinə buraxmış, həmin heyvanlar, otlaq sahəsində otladıqdan sonra yol kənarı ilə kəndə gəlmiş, xx.xx.2023-cü il tarixdə heyvanları gözləyən zaman heyvanlardan 3 başının qaçaraq kənd istiqamətinə gəldiyini, həmin heyvanlardan 1 başının olmadığını görmüş, həmin heyvanın oğurlandığını aşkar etmişdir. Oğurlanmış heyvanın çəkisi 90 kiloqram olmuş, orta bazar qiyməti 1300 manat olmuşdur. Həmin heyvan Şamaxı rayonu, Çaylı kəndi ərazisində yol kənrarından oğurlanmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da, lakin hazırda Qobustan rayonu Cəngi kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X7 İdarəsində 2-ci dərəcəli fəhlə işləyir. Qobustan rayon Cəngi kəndi ərazisində özünə məxsus şəxsi təsərrüfatı var və həmin təsərrüfatda iri buynuzlu heyvanların, yəni inəklərin və danaların saxlanılması ilə məşğul olur. Hər gün kənd camaatı ilə birlikdə iri buynuzlu heyvanlarıNı Cəngi kəndi ərazisində örüş sahəsinə özbaşına otlaması üçün buraxır. 13 iyun 2023-cü il tarixdə təxminən səhər saat 08 radələrində özünə məxsus dörd baş iribuynuzlu heyvanlarını, hər gün olduğu, kimi örüş sahəsinə müxtəlif həmkəndlilərinə məxsus digər iribuynuzlu heyvanlarla birlikdə otlamağa buraxmış, həmin heyvanları otaran və ya onlara mütəmadi nəzarət edən olmamışdır. Heyvanlara gün ərzində nəzarəti özü və digər heyvanların sahibləri vaxtaşırı etmiş, həmin gün təxminən saat 17 radələrində heyvanlarını yoxlamağa gedən zaman digər kəndlilərinin iri buynuzlu heyvanları və ona məxsus olan digər üç baş iri buynuzlu heyvanlar orada olsa da, lakin bir baş inəyi otlayan heyvanların arasında olmamış, bir gün ərzində həmin inəyi bütün kənd ərazisində axtarmış, lakin tapa bilməmişdir. Səhərisi gün, yəni 14 iyun 2023-cü il tarixdə yenə də inəyini axtarmağa davam etmiş, lakin yenə də inəyini tapa bilməmişdir. Bundan sonra inəyinin naməlum şəxslər tərəfindən oğurlanmasını başa düşdüyü üçün DİN-in 102 Zəng Xidmətinə zəng edərək bir baş inəyinin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. Daha sonra oraya polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmiş və həmin baxışda iştirak etmişdir. Bundan bir gün sonra isə yenidən Qobustan rayon Polis Şöbəsinə dəvət edilmiş və həmin vaxt bir baş inəyini oğurlayan şəxslərin polis əməkdaşları tərəfindən müəyyən olunmasını bilmişdir. Bir baş iri buynuzlu inəyi 3 yaşlı, süd rəngli, alnında kiçik qaşqası olan, ümumi çəkisi təxminən 140-150 kq ağırlığında inək olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı heç bir iddia, şikayət və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ilkin ifadəni qismən təsdiq etmiş, belə ki, 30 avqust 2023-cü il tarixdə axşam saatlarında Bərdə rayonundan Bakı şəhərinə, əmim X9 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, DSK 4 ünvanına gəlmək üçün yola düşmüş, 31 avqust 2023-cü il tarixdə saat təxminən gecə saat 02 radələrində qeyd edilən ünvana çatmış, çatanda əmisi Xanad İmanova DSK 4 ünvanında yerləşən “X26”nın duracağında durduğunu zəng edərək demiş, bu zaman qabaqcadan tanımadığı üç nəfər şəxs, sonradan adlarını bildiyi Rahim, Rüstəm və “Malış” kimi çağırdıqları şəxs tünd göy rəngli “Hyundai Elantra” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayandığı yerdə avtomobili saxlatmış, bundan sonra həmin üç nəfər şəxs ona yaxınlaşıb onun narkotik satdığını bildirmiş, bu sözdən əsəbləşərək onlara etirazımı bildirmiş, həmin şəxslər maşına əyləşməyi və onlarla birlikdə getməyi təklif etmiş, ona narkotik satdığını sübut edəcəklərini bildirmiş, həmin şəxslərin sözündən daha da qəzəblənmiş, həmin şəxslərə onun narkotik vasitə satdığını sübut etməyənə söyüş söymüş, bundan sonra özü avtomobilə əyləşmiş, avtomobildə Rahim adlı şəxs arxa oturacaqda oturmuş, Rüstəm adlı şəxs avtomobili idarə etmiş, Malış isə onun digər tərəfində oturmaqla, yəni Rahim, özü və Malış arxa oturacaqda oturmuş, yolla gedən zaman Rahim və “Malış” ona bir neçə dəfə üz nahiyəsinə sillə zərbələri vurub narkotik satışı ilə məşğul olduğunu demiş, avtomobili idarə edən şəxs isə bir dəfə arxaya çönüb üzünə sillə zərbəsi vurmuşdur. Bundan sonra onu tanımadığı bir yerə gətirmiş, orada onlardan başqa Rahim və Rüstəmin tanışları olmuş, orada onun “patı” satdığını bildirib tutduqlarını demiş, bundan sonra Rahimgilin tanışları, tanımadığı şəxslər onu vurub təhqir etmiş, Bundan sonra Rüstəmgil onu idarə etdiyi avtomobillə aparıb yolun kənarına düşürmüş, harada düşürməklərini xatırlamamış, Bakı şəhərini tanımadığına görə tanımadığı yerdə onu düşürüb getmiş, bundan sonra yolun kənarı ilə piyada getdiyi zaman, həmin Rüstəmgilin tanışları olan tanımadığı üç nəfər şəxs ağ rəngli, dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobillə onu yolun kənarından götürüb zorla avtomobilə mindirib tanımadığı boşluq bir əraziyə gətirmiş, sonra ora başqa bir avtomobil də gəlmiş və ümumilikdə 7-8 nəfər şəxs onu döyməyə başlamışdır. Onlardan biri onu taxta parçası ilə döyməyə başlamış, bundan sonra həmin yerə Rüstəmgil də yaxınlaşmış və onun kifayət qədər döyüldüyünü bildirib onların içində tanımadığı bir nəfər şəxs onu onların əlindən alıb idarə etdiyi həmin o ağ rəngli avtomobillə götürüb tanımadığı digər şəxslərlə birlikdə tanımadığı bir körpünün yanında düşürmüş, bundan sonra orada yolla gedən bir tanımadığı taksiyə minib “20 yanvar” dairəsinə çatdırmışdır. Orada taksi sürücüsü ona bir qədər su vermiş və özünə gəlmişdir. Təqsirləndirilən şəxs1, o cümlədən Rüstəm və Malış adlı şəxslər ondan pul tələb etməmiş, ona məxsus 1300 manat pulun Təqsirləndirilən şəxs1 və ya Rüstəm və Malış tərəfindən ələ keçirildiyini dəqiq bilməmiş, həmin 1300 manat pul çox güman hadisədən əvvəl və ya sonra cibindən düşmüş, çünki qeyd edilən şəxslər onun cibindən pul çıxardıb götürməmiş, nə də onlara həmin pulu verməmişdir. Əgər belə bir şey olsaydı, onlar onun cibindən pulu çıxardanda hiss edəcəkmiş, kart hesabından pulun çıxarılması ilə bağlı Binəqədi rayon Polis İdarəsinin adlarını bilmədiyi mülki geyimdə olan polis əməkdaşları ona əgər üzərindən pul götürüldüyünü bildirməsə yalan məlumat verməyə görə özününü məsuliyyət daşıyacağını, onları buraxacaqlarını, özünün isə tutulacağını bildirmişdir. Qorxduğuna görə məcbur olub bu cür ifadə vermişdir. Təqsirləndirilən şəxs2 onun üstünə bıçaq çıxartdığını və onu ölümlə hədələdiyini bildirməmiş, çox güman fikrimi düzgün çatdıra bilməmişdir. Binəqədi rayon Polis İdarəsində kompüter vasitəsilə yazılmış ərizəyə imza etmiş, ona 1309 manat maddi ziyan dəymədiyini bildirmiş, ona 1309 manat maddi ziyanın kiminsə tərəfindən ödənildiyini bildirməmişdir. Dedikləri düzgün anlaşılmamış, anlaşılmazlıq olmuş, vaxtı az olduğuna görə onun adından yazılan ərizəni diqqətlə oxumamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizəsində ona dəymiş ziyanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyini, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, heyvandarlıqla məşğul olur, şəxsi təsərrüfatına aid iki baş inək və bir baş dana olmuşdur. Bir baş dananı həyətinə buraxaraq gün ərzində mütəmadi olaraq nəzarət etmiş, xx.xx.2023-cü il tarixdə sözügedən iri buynuzlu heyvanı saat 08 radələrində həyətinə buraxmış, həmin tarixdə saat 16:30 radələrində həyətinə baxdığı zaman bir baş dananın otlamasını, yerində olmamasını görmüşdür. Lakin saat 16:51 radələrində yenidən heyvana baxdığı zaman ona məxsus bir baş dananın yerində olmadığını görmüş, dərhal yaxınlıqda olan kənd adamlarından, qonşulardan dananı görmələrini soruşmuş, bütün günü axtarmağına baxmayaraq tapa bilməyərək xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumaty vermiş, xx.xx.2023-cü il tarixdə satmaq istəsə də, ailə problemləri ilə əlaqədar olaraq heyvan bazarına çıxarıb sata bilməmişdir. Şəxsi təsərrüfatına məxsus bir baş dana boz ala rəngli, erkək cinsli, bir yaşlı, balaca buynuzlu, süni mayalanmış, yerli sort, təmiz çəkisi 100-110 kiloqram olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Ağdam rayonu Şirvanlı kəndində qeydiyyatda olsa da, lakin hazırda Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi Bərəkət 98 Daş Karxanası ünvanında nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2, X4 və Təqsirləndirilən şəxs1 bir qədər müddətdir ki, tanıyır. Belə ki, bir qədər müddət bundan əvvəl Xocasən qəsəbəsində tanışı Hafiz adlı şəxsin qəssabxanasında heyvan kəsmiş, bu zaman oraya Rüstəm, Sərxan və Rahim gəlmiş, onlar da olan dananı satmaq istədiklərini bildirmiş, onlara danaya baxandan sonra alacağını, lakin hazırda işi olduğunu və bir qədər sonra onlarla görüşüb danaya baxa biləcəyini bildirmişdir. Onlar onun mobil telefon nömrəsini götürmüş və bir qədər sonra ona onlardan dəqiq yadında qalmayan biri zəng etmiş, onlarla telefonda danışan zaman onlara işini bitirdiyini bildirərək harada görüşə biləcəklərini soruşmuş, onlar da ona yaşadıqları Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 4-cü Mədən ərazisində yaşayan Sərxanın evinin yanında olduqlarını və bir qədər sonra gəlib özlərinə məxsus avtomobillə onu götürəcəklərini bildirmiş, bir qədər sonra onlar onun yaşadığı evin yanına gəlmiş və onların avtomobilinə əyləşərək Sərxanın evinin yanına getmiş, orada onlarda olan danaya baxmış və neçəyə satdıqlarını soruşmuş, onlarla bir qədər söhbət etdikdən sonra dananı 400 (dörd yüz) manata almağa razılaşmış və dananın pulunu verdikdən sonra onlar öz ağ rəngli avtomobilləri ilə həmin dananı və onu yaşadığı evə gətirmiş, bundan bir həftə sonra yenidən ona Rüstəm, Sərxan və Rahim zəng edərək onlarda yenə də dana olduğunu və satmaq istədiyini bildirmiş, danaya baxandan sonra alıb-almayacağını bildirmiş və onlar ondan harada olduğunu soruşmuş, onlara yaşadığı evdə olduğunu bildirmiş və onlar da bir qədər sonra onun yaşadığı evin yanına gəlmiş, onların ağ rəngli avtomobillərində gətirdikləri danaya baxandan sonra onlardan həmin dananı 400 (dörd yüz) manata almağa razılaşmış, onlara pulu verdikdən sonra onlar oradan getmiş, bundan təxminən bir həftə sonra Rahim ona zəng edərək onda yenə də bir baş dana olduğunu və satmaq istədiyini bildirmiş, Rahimə yenə danaya baxandan sonra alıb-almayacağını bildirmiş və Rahim ondan harada olduğunu soruşmuşdur. Rahimə yaşadığı evdə olduğunu bildirmiş və bir qədər sonra Rahim onun yaşadığı evin yanına iki nəfər tanımadığı şəxslə birlikdə gəlmiş, Rahimin ağ rəngli avtomobilində gətirdiyi bir baş danaya baxandan sonra ondan həmin dananı 300 (üç yüz) manata almağa razılaşmış, Rahimə pulu verdikdən sonra Rahim yanında olan iki nəfər tanımadığı şəxslə birlikdə oradan getmiş, bundan təxminən yenə də bir həftə sonra Rüstəm, Sərxan və Rahim ona zəng edərək onlarda yenə də bir baş dana olduğunu və satmaq istədiyini bildirmiş, yenə danaya baxandan sonra alıb-almayacağını bildirmiş və onlar ondan harada olduğunu soruşmuş, yenə onlara yaşadığı evdə olduğunu bildirmiş və onlar da bir qədər sonra onun yaşadığı evin yanına gəlmiş, onların ağ rəngli avtomobillərində gətirdikləri bir baş danaya baxandan sonra onlardan həmin dananı 650 (altı yüz əlli) manata almağa razılaşmış, onlara pulu verdikdən sonra onlar oradan getmiş, daha sonra mən onlarla görüşməmiş və bundan bir müddət sonra onların həmin satdıqları heyvanları oğurladıqları üçün polis tərəfindən saxlanılması məlum olmuşdur. Təqsirləndirilən şəxs2, X12 və Təqsirləndirilən şəxs1 ona həmin heyvanları satan zaman həmin heyvanların oğurluq olmalarını bildirməmiş və onlardan bu barədə soruşan zaman onlar ona həmin heyvanların özlərinə məxsus olmalarını bildirmişdir. Həmin heyvanların oğurluq olmalarını yalnız onlar polis tərəfindən saxlanıldıqdan sonra bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 30 avqust 2023-cü il tarixdə axşam saatlarında pivə içib musiqi dinləmək üçün Sulutəpə qəsəbəsində yerləşən “Solo Baku” kişi geyimləri dükanının yan hissəsində yerləşən kafeyə getmiş, orada tanış uşaqlarla oturub bir qədər spirtli içki olan pivə qəbul etmiş, 31 avqust 2023-cü il tarixdə təxminən gecə saat 03 radələrində kafedən çıxıb evə getmək istəyərkən bu zaman kafenin qarşısında əvvəllər Güzdəkdə yaşamış Rüstəm adlı tanışını görmüş, onun yanında sonradan adını bildiyi Rahim və “Malış” ləqəbi ilə çağırdıqları şəxs də olmuş, Rüstəmə yaxınlaşıb ondan onu 5 manat müqabilində Güzdək qəsəbəsinə düşürməsini xahiş etmiş, bundan sonra Rüstəm onu da götürüb, dörd nəfər olmaqla Güzdək qəsəbəsinə getmiş, Güzdək qəsəbəsinə gəldikdən sonra yolla hərəkətdə olan zaman səs-küy eşitmiş və çoxlu adamların yığışdığını görmüş, Rüstəm avtomobili saxlatmış, həmin səs-küy olan yerə yaxınlaşmış, ora yaxınlaşanda yığışanlardan sonradan adını bildiyi Rəşadı niyə döymələrini, bu zaman onlardan biri həmin Rəşad adlı şəxsin markotik vasitə satan olduğunu, azyaşli uşağa narkotik verdiyinə görə onu döydüklərini demişdir. Bundan sonra orada Rəşadı döyən Elşən və Talehə yaxınlaşıb oradan uzaqlaşdırmağa çalışmış, əksinə onu döyməsinlər deyə qarşılarını kəsmişdir. Bu zaman X22 yaxınlaşıb əsəbləşib onu yenidən döyməyə başlamış, X23 üz nahiyəsindən yumruqla vurmağa başlamış, bundan sonra Rəşad yerə yıxılmış və burnundan güclü qan gəlməyə başlamış, Rəşadı onlardan ayırmış, ora toplaşmış digər şəxslər də Rüstəmlə Rahimi sakitləşdirmişdir. Ara sakitləşəndən sonra Rüstəm, Rahim və “Malış” gəldikləri avtomobillə Rəşadı evə yola salmaq üçün oradan uzaqlaşıb aparmışdır. Sonra isə yaşadığı evə getmişdir. Orada heç kimə heç bir xəsarət yetirməmiş, heç kimi döyməmişdir. Zərərçəkmiş şəxs1 vurmamış, heç bir xəsarət yetirməmiş, ümumiyyətlə mübahisənin sonunda çatmış, X15 kənara çəkmişdir ki, onu artıq döyməsinlər. Həmin şəxlsərdən Rüstəmi tanımış, əvvəllər özü də Güzdək qəsəbəsində yaşamış, digər şəxsləri mən tanımamışdır. X10 döyməsini görmüş, ora yaxınlaşdıqdan sonra orada Rüstəm və Rahim onu bir neçə dəfə yumruqla vurmuşdur. Başqa şəxslərin onu döyməsini görməmişdir. Elşən Səfərov və X29 İmanovu döyərkən həmin şəxslərin hər hansı bıçaq, taxta parçası və ya hər hansı digər alətdən istifadə etməsinin şahidi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. X16 və X20 onun əmisi oğlanlarıdır, onların hər biri ilə münasibəti yaxşı olmuşdur, aralarında hər hansı ədavət və qərəzli münasibət olmamışdır. 05 iyun 2023-cü il tarixdə yaşadığı evdə olarkən əmisi oğlu Elxan ona zəng edərək dana satmaq istədiyini bildirmiş, dananı alıb baha qiymətə sata biləcəyini fikirləşərək həmin gün saa11-12 radələrində Elxan qardaşı Əziz, taksi sürücüsü Rahim və Eldəniz adlı şəxslərlə birlikdə evə gəlib orada Rahimlə danışaraq dananı almağa razılaşmış və Rahimə danaya görə 175 manat pul vermiş, həmin dananı həyətində saxlamış, 11 iyun 2023-cü il tarixdə həmkəndlisi Təbiətə dananı satdığını bildirib 300 manata satacağını demiş, Təbiət həmin qiymətə dananı almağa razılaşmamış, sonda dananı 250 manata satmağa razılaşmış, Təbiət 250 manat pul verib dananı aparmışdır. Həmin dananın oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1690 nömrəli rəyindən görünür ki :
1. Vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsində sağ məməvari çıxıntı nahiyəsinin, alın nahiyəsinin, sağ yarısının qançırı, sağ gözətrafı yumşaq toxumaların hematoması və bu fonda sıyrığı, sağ gözün ağlı qişasına total qansızma, sağ göz yuvasının alt divarının çökmüş sınığı, sol gözaltı nahiyənin qançırı, burunun sol yan çəpərinin sıyrığı, Haymor boşluğunun ön divarının sınığı, üst dodağın şişkinliyi fonunda selikli qişasının ətrafı qansızma ilə əhatə olunmuş əzilmiş yarası, selikli qişasının dodaq haşiyəsi ilə sərhəddi proyeksiyasının sıyrığı, boyunun sol yan səthinin orta-aşağı 1/3-nin, döş qəfəsinin ön səthinin sol yuxarı yarısının, arxa səthində İ-İİ döş fəqərələri proyeksiyasının qançırları, sağ kürəküstü nahiyənin sıyrığı, sol bazu oynağının ön, sağ bazunun yuxarı 1/3-nin bayır, sağ dirsək oynağının arxa səthlərinin qançırlarıbərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 31 avqust 2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə əl, yumruq, təpik və taxta parçaları ilə vurma nəticəsində əmələ gələ bilərdilər.
2. Dərəcəsinə görə sağ gözətrafı yumşaq toxumaların hematoması və bu fonda sıyrığı, sağ gözünağlı qişasına total qansızma, sağ göz yuvasının alt divarının çökmüş sınığı və Haymor boşluğunun ön divarının sınığı həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın uzun müddətə pouzlmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya, üst dodağın şişkinliyi fonunda selikli qişasının ətrafı qansızma ilə əhatə olunmuş əzilmiş yarası, selikli dodaq haşiyəsi ilə sərhəddi proyeksiyasının sıyrığı ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tyarixli X3 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 27 gün müddətindən şərti olaraq vaxından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir və Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən əməlində cinayətin residivi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talamaları tam sübutdur. Onların özünü qismən təqsirli bilməsi işin məhkəmə baxışında sübut olunmadı. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətmələri özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin elan olunmuş ifadələri, şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur.Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların hər ikisinin əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 177.2.1, 177.2.2 və 221.2.1-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, onların hər ikisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 177.2.1, 177.2.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökm çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 177.2.1, 177.2.2 və 221.2.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən iş üzrə vurulmuş ziyanın ödənilməsi, zərərçəkənlərlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması cəzasını ağırlaşdıran hal kimi müəyyən edildi. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun şəxsiyyətini, iş üzrə dəyən ziyanın ödənilməsi zərərçəkənlərlə barışıq əldə etməsi ilə bağlı cəzasını yüngülləşdirən halı, əməlində cinayətin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi, törədilmiş cinayətin ictimai təhlükəlilk dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,həmçinin CM-nin 65.2 maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 177.2.1, 177.2.2 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur.Onun özünü qismən təqsirli bilməsi özünü müdafiə kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 177.2.1, 177.2.2 və 221.2.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı iki azyaşlı övladı vardır. AR ƏƏSMN tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 hərbi xidmət dövri ilə əlaqədar ikici dərəcəli əlildir.Deməsinə görə “aprel” döyüşləri zamanı hərbi xidmətdə olarkən xəsarət alması ilə əlillik verilmişdir. Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, tərəfindən iş üzrə vurulmuş ziyanın ödənilməsi, zərərçəkənlərə barışıq əldə etməsi, himayəsində iki azyaşlı uşaqlarının olması, 2-ci qrup əlil olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, iş üzrə dəyən ziyanın ödənilməsi zərərçəkənlərlə barışıq əldə etməsi, himayəsində iki azyaşlı uşaqlarının olması, 2-ci qrup əlil olması ilə bağlı cəzasını yüngülləşdirən halı,cəzanı ağırlaşdıran halın olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilk dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 177.2.1, 177.2.2 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək,cəmi 02 gün tutulmuş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmışdır. Sonradan həbs qətimkan tədbirinin müddəti uzadılmış, Abşeron rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan “həbs” qətimkan tədbirinin müddəti 21 aprel 2024-cü il tarxədək uzadılmış və həmin müddət “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunub, məhkəmənin hazırlıq iclasının qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri qüvvədə saxlanılıb. Abşeron rayon Məhkəməsinin 4(012)-130/2025 saylı, 14 mart 2025-ci il tarixli Qərarına əsasən başqa bir cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 12 mart 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs2 barəsində 02 gün tutuma, həbsdə və ev dustaqlığında olduğu müddət isə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətlə birlikdə, cəmisi 01 il 06 ay 3 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının əvvəli hökmün qəbul edildiyi 16 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində başqa cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Abşeron rayon Polis İdarəsinə, Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il və xx.xx.2023-dən xx.xx.2023-cü il tarixədək, cəmi 04 gün müddət tutulmuş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmışdır. Sonradan həbs qətimkan tədbirinin müddəti uzadılmış, Abşeron rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş olan “həbs” qətimkan tədbirinin müddəti 21 aprel 2024-cü il tarxədək uzadılmış və həmin müddət “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunub, məhkəmənin hazırlıq iclasının qərarı ilə “ev” dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılıb. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs1 barəsində istintaq müddətində 04 gün tutma, xx.xx.2023-cü il tarixdən hal-hazıradək həbsdə və ev dustaqlığında olmaqla cəmisi 01 il 07 ay 20 gün müddət CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, ona qəti təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 01 il 07 ay 20 gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən bir günə iki gün hesabı ilə 03 il 03 ay 10 gün gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzasının əvvəli probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cəzanı Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə, yəni Bakı şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda, yəni Bakı şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində və Təqsirləndirilən şəxs1 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu 02 gün, həbsdə və ev dustaqlığında olduğu cəmi 01 il 06 ay 13 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli hökm çıxarıldığı 16 aprel 2025-ci il tarixdən hesablansın. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ciil tarixli 4(012)-130/2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 01 il 07 ay 20 gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən bir günə iki gün hesabı ilə 03 il 03 ay 10 gün gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində və Təqsirləndirilən şəxs1 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Cəmilə Səfiyeva