Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-160/2024 07.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına verə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Şahid vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs sosial ev almaqda köməklik edəcəyinə dair yalan vəd verərək aldadıb bu məqsədlə sonuncudan 2021-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni massiv, 54 nömrəli evdə 650 manat, bundan iki həftə sonra həmin ünvanda 200 manat, xx.xx.2021-ci il tarixdə istifadəsində olan, "xxxx" ASC-dən verilmiş, bacısı X4 aid plastik bank kartına köçürülmüş 118 manat, xx.xx.2021-ci il tarixdə həmin plastik bank kartına köçürülmüş 40 manat, xx.xx.2021-ci il tarixdə yenə həmin plastik bank kartına köçürülmüş 234 manat, bundan bir neçə gün sonra isə yenə Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni massiv, ev-54 ünvanında yerləşən və kirayədə yaşadığı həmin evdə 230 manat, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən verilmiş, bacısı X5 aid olan plastik bank kartına köçürülmüş 100 manat pulu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1572 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, subaydır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qaynı Şahid vasitəsi ilə tanımışdır. Şahid isə onun uzaq qohumudur. Özünü Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Əslində özü həmin idarənin əməkdaşı olmamış, sadəcə, özünü belə təqdim etməklə qohumları arasında özünə müsbət imic qazanc istəmişdir. 2021-ci ilin avqust ayında qohumu Şahid ona zəng edərək kürəkəni Zərərçəkmiş şəxs ev problemi olduğunu və həmin məsələdə ona köməklik edilməsindən ötrü görüşməyini xahiş etmişdir. O da etiraz etməmiş, Ramili və sonuncunun qohumu Əzizi Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Qəbələ kafesi”adlı ictimai iaşə obyektinə dəvət etmişdir. Orada qohumu Şahid onu Zərərçəkmiş şəxs ilə tanış etmişdir. Zərərçəkmiş şəxs söhbət zamanı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxozda kirayədə yaşadığını, mənzil şəraitini yaxşılaşdırmaq üçün sosial evlərdən özünə mənzil almaq istədiyini bildirmiş, o da həmin vaxt bir neçə nəfərin sosial evlərdən mənzil aldığını, bunun üçün internet texnologiyaları mütəxəssislərinin köməkliyindən istifadə etdiklərini bildiyi üçün həmin məsələdə Zərərçəkmiş şəxs köməklik edə biləcəyini düşünmüş, bunun üçün isə Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində inşa edilmiş sosial evlərdən mənzil ala bilməsi üçün 2000 manat pul lazım olduğunu, həmin evin alınması üçün siyahıya düşdükdən sonra isə evin aylıq kreditinin ödənişinin Əzizin özü tərəfindən ödəniləcəyini də izah etmişdir. Zərərçəkmiş şəxs isə həmin vaxt kirayədə yaşadığı evdə 650 manat pulunun olduğunu, qalan 1350 manat pulu da hissə-hissə ödəyəcəyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxsla razılaşmış və birlikdə Əzizin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxozda kirayədə yaşadığı evə getmişlər. Orada Zərərçəkmiş şəxs ortaq qohumları Şahid yanında ona 650 manat pul vermişdir. O, bir neçə nəfərlə sosial evlərdən mənzil almaq üçün lazım olan sənədləşmələr barədə maraqlanmış, bu işin sənədləşməsinin asan olmadığını, ev sahibi olmaq istəyən şəxsin özünün birbaşa iştirakının vacib olduğunu, həmin layihədə ev almaq istəyənlərin sayının çox, mənzillərin isə sayının məhdud olduğunu öyrənmişdir. Həmin ərəfələrdə maddi ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs aldığı 650 manat pulu xərcləmişdir. Bundan təxminən 1-2 həftə sonra isə Zərərçəkmiş şəxs sosial evlərdən mənzil almaqda kömək etmək, evin sənədlərini düzəltmək və.s kimi bəhanələrlə 200 manat almışdır. Daha sonra isə Zərərçəkmiş şəxs ilk dəfə görüşdükləri zamanı ondan istədiyi 2000 manat pulun qalan hissəsini, yəni 1150 manat pulu da ödəməsini istəmişdir. Zərərçəkmiş şəxs da onun istəyi ilə X1 adına olan və onun istifadəsində olan KapitalBank ASC-dən verilmiş bank kartına 2021-ci ilin sentyabr sentyabr ayında 118 manat, 40 manat və 234 manat olmaqla 392 manat pul göndərmişdir. Bundan sonra o, evin çıxarışını düzəltmək üçün əlavə də ondan həmin vaxt kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxozda yerləşən evinin yaxınlığında 230 manat pul almışdır. Sonuncu dəfə isə həmin gün Zərərçəkmiş şəxs yenə onun istəyi ilə X1 adına olan və onun istifadəsində olan KapitalBank ASC-dən verilmiş bank kartına 100 manat pul göndərmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs ona 1572 (min beş yüz yetmiş iki) manat pul versə də o, Zərərçəkmiş şəxs söz verdiyi işi görə bilməmiş, yəni sosial evlərdən mənzil alması üçün faktiki heç bir iş görməmiş, aldığı 1572 (min beş yüz yetmiş iki) manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra da həmin pulu ödəmək imkanı olmadığı üçün qaytara da bilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində inşa edilmiş sosial evlərdən mənzil ala bilmək üçün real imkanları olmadığını, internet texnologiyaları mütəxəssislərinin köməkliyindən istifadə etdiklərini bildiyi üçün həmin məsələdə Zərərçəkmiş şəxs köməklik edə biləcəyini düşünərək Zərərçəkmiş şəxs 2000 manat pul istədiyini, sonradan isə bir neçə nəfərlə sosial evlərdən mənzil almaq üçün lazım olan sənədləşmələr barədə maraqlandığını, bu işin sənədləşməsinin asan olmadığını, ev sahibi olmaq istəyən şəxsin özünün birbaşa iştirakının vacib olduğunu, həmin layihədə ev almaq istəyənlərin sayının çox, mənzillərin isə sayının məhdud olduğunu öyrəndiyini, həmin ərəfələrdə maddi ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs aldğı 1572 (min beş yüz yetmiş iki) manat məbləğində pulları xərclədiyini, Şahid onu Zərərçəkmiş şəxs ilə tanış edərkən onun niyyətininin Zərərçəkmiş şəxs aldatmaq olmasını bilmədiyini, bu barədə Şahid heç bir söz demədiyini, Şahid, nə də başqa bir şəxsə pul vermədiyini, qeyd olunan dələduzluq cinayətini tək halda etdiyini, Zərərçəkmiş şəxs sonuncu dəfə 2021 -ci ilin sentyabr ayında onun istəyi ilə X1 adına qeydiyyatda olan, lakin onun istifadəsində KapitalBank ASC-dən verilmiş bank kartına göndərdiyi 100 manat pulu Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən bankomatlardan birindən çıxardığını bildirmişdir. Zərərçəkmiş şəxs və qohumu Şahid ilə 2021-ci ilin avqust ayında Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Qəbələ kafesi”adlı ictimai iaşə obyektində görüşərkən və Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxozda kirayədə yaşadığı evdə 650 manat pul alarkən yanında olan şəxs onu həmin yerə gətirən taksi sürücüsü olmuşdur. Həmin şəxsi tanımır, ilk dəfə həmin gün onunla birlikdə olmuş, onu idarə etdiyi və dövlət qeydiyyat nişanını, həmçinin markasını xatrılamadığı avtomobil ilə yaşadığı əraziyə apardıqdan sonra həmin şəxsi görməmiş, anket məlumatları, əlaqə vasitələri barədə heç bir məlumatı yoxdur. X1 adına olan və KapitalBank ASC-dən verilmiş 16 rəqəmli şifrəsini xatırlamadığı, kart şifrəsi “4****1234” və hesab nömrəsi “********************5” olan bank kartı həmin vaxtlar onun istifadəsində olub. X1 Zərərçəkmiş şəxs ona sosial evlərdən mənzil almaqda köməklik edəcəyi adı ilə pul almağından məlumatı olmayıb. Bu barədə bacısına heç bir məlumat verməmişdir. bacısı bacısı Pərvanə Misginovanın evli olmasını, həyat yoldaşının soyadını, yəni “Qurbanova” soyadını daşıdığını və 2023-cü ilin may ayından ailəsi ilə birlikdə Fransa Respublikasına getdiyini, hal-hazırda ailəsi ilə birlikdə orada yaşadıqlarını bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Salyan rayonu Qarabağlı kəndində yaşayır. Bakı şəhərində müvəqqəti iş tapdığı üçün 2021-ci ilin ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxozda kirayəyə ev götürmüş və ailəsi birlikdə orada yaşamışdır. Bakı şəhərində ev alıb mənzil şəraitini yaxşılaşdırmaq istəmiş, bunun üçün də qohumlarına üçün sosial evlərdən özünə mənzil almaq ialmaq üçün köməklik etmələrini istəmişdir. 2021-ci ilin avqust ayının əvvəllərində qaynı Şahid ona Pərvin adlı qohumunun köməklik edə biləcəyini deyərək həmin şəxslə görüşməyi təklif etmişdir. 2021-ci ilin avqust ayının əvvəlində qaynı Şahidla birlikdə Bakı şəhər Xəzər rayonu ərazisində yerləşən “Qəbələ” kafesinə Pərvin ilə görüşməyə getmişlər. Yolda Şahid ona Pərvin ilə Siyəzən rayonunda toyda görüşdüklərini, bu işdə Pərvinin ona köməklik edə biləcəyini demişdir. Onlar həmin kafeyə gəldikdən sonra Pərvin də ora gəlmiş, həmin vaxt onun yanında bir nəfər kişi cinsli tanımadığı şəxs olmuş, Təqsirləndirilən şəxs özünü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmiş, müvafiq şəxslərlə əlaqəli olduğunu, ASAN xidmətdə növbəyə düşəcəyini, növbənin birincilərindən olacağını və yaxın günlərdə Hövsan qəsəbəsində tikilmiş evlərdə ev alacağını deyərək bunun müqabilində ondan görəcəyi işə görə müəyyən adamlara verməkdən ötrü 2000 manat pul istəmiş, işin tezliklə həllini tapacağını, bundan sonra isə evin kreditinin ödənilməli olduğunu bildirdirmişdir. O da evdə həmin məbləğdə pulunun olmadığını, cəmi 650 manat pulunun olduğunu, həmin pulu verə biləcəyini, qalan pulu isə hissə-hissə ödəyə biləcəyini demişdir. Pərvin razılaşmış, qaynı Şahid, Təqsirləndirilən şəxs və yanında olan tanımadığı şəxs onunla birlikdə kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2ci Sovxozda yerləşən evə getmişlər. Pərvin onun kirayədə yaşadığı evdə ondan 650 manat pulu və şəxsiyyət vəsiqəsini götürüb getmiş, bundan bir neçə gün sonra isə isə Təqsirləndirilən şəxs ona ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək qalan pulu isətmiş, o da cəmi 200 manat verə biləcəyini demiş, Pərvin özü tək onun kiraəyə yaşadığı evə gələrək ondan 200 manat pulu götürərək getmişdir. Təxminən, 2 gün sonra Pərvin ona yenə zəng edərək evi danışdığını, növbəti həftənin 2-ci günü evinə köçə biləcəyini, bunun üçün isə qalan pulu ödəmək lazım olduğunu demişdir. O da tanışlarından borc edib Pərvinin dediyi kart nömrəsinə 2021-ci ilin sentyabr ayında 118 manat, bir dəfə 40 manat və bir dəfə 234 manat pul göndərmişdir. Artıq 2021-ciilin sentyabr ayının ortalarında ona evlə bağlı heç kimin zəng etmədiyinə görə Pərvinə narazılığını ifadə etdikdə Pərvin yaxın günlərdə məsələnin həllini tapacağına onu əmin etmişdir. Bundan biriki gün sonra isə Pərvin ona zəng edərək alacağı evin çıxarışını düzəltmək üçün 250 manat pul lazım olduğunu demiş, pulu almaq üçün onun kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxozda yerləşən evinə tək gəlmiş və həmin evdə ondan 230 manat pul almışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 18 radələrində ona zəng edərək evin sənədləşməsi üçün təcili 100 manat pul lazım olduğunu demiş, o, həmin vaxt Abşeron rayonu Mehdiabad qəsəbəsində olduğundan həmin ərazidə yerləşən mareketlərdən birinin qarşısındakı “MilliÜn” ödəmə terminalından Pərvinin ona göndərdiyi, bacısının adına olan bank kart hesabına 100 nmanat pul göndərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaxın günlərdə məsələnin həllini tapacağını desə də bundan sonra müxtəlif bəhanələr gətirərək onu aldatmış, sonradan isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsmişdir. Onunla görüşən zaman Təqsirləndirilən şəxs yanında olan şəxsi tanımır, həmin şəxsin söhbətə daxil olmamış, onunla aralarında heç bir dialoq olmamış, Təqsirləndirilən şəxs onu aldatmasında heç bir rolu olmamış, həmin şəxsi tanımamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Təqsirləndirilən şəxs dayısı, onun baldızının əridir. Zərərçəkmiş şəxs isə onun bacısnın əridir. Təqsirləndirilən şəxs birgə iştirak etdikləri yas mərasimlərindən birində ona özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmiş, o da Pərvini polis əməkdaşı kimi tanımışdır. 2021-ci ilin iyul-avqust aylarında Pərvin ona zəng edib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi dövlət proqramı vasitəsi ilə sosial evlərin satışa çıxarıldığını, həmin yerdən ev almaqda kömək etmək imkanının olduğunu, istəyən olsa onunla əlaqə saxlaya biləcini demişdir. Həmin vaxtlar bacısnın əri Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ərazisində onun yaşadığı küçəyə paralel məhəllədə kirayədə yaşamış, Zərərçəkmiş şəxs da özünə münasib qiymətə ev almaq istədiyini bildiyi üçün bu barədə Əzizə demişdir. Əziz də ondan Pərvinlə əlaqə saxlamağını xahiş emişdir. O, Əzizin yanında Pərvinə zəng edib bu barədə bildirdikdə Pərvin onları Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Qəbələ kafesi”adlı ictimai iaşə obyektinə dəvət etmişdir. Orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə tanış etmiş, Zərərçəkmiş şəxs söhbət zamanı Pərvinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxozda kirayədə yaşadığını, mənzil şəraitini yaxşılaşdırmaq üçün sosial evlərdən özünə mənzil almaq istədiyini bildirmişdir. Pərvin də həmin məsələdə Zərərçəkmiş şəxs köməklik edə biləcəyini, bunun üçün isə Zərərçəkmiş şəxs ona Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində inşa edilmiş sosial evlərdən mənzil ala bilməsi üçün 2000 manat pul lazım olduğunu, həmin evin alınması üçün siyahıya düşdükdən sonra isə evin aylıq kredit ödənişinin Əzizin özü tərəfindən ödəniləcəyini də bildirmişdir. Zərərçəkmiş şəxs isə həmin vaxt kirayədə yaşadığı evdə 650 manat pulunun olduğunu, qalan 1350 manat pulu da hissə-hissə ödəyəcəyini demişdir. Pərvin onunla razılaşmış birlikdə Əzizin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxozda kirayədə yaşadığı evə getmişlər. Orada Zərərçəkmiş şəxs onun yanında Pərvin Misginova 650 manat pul vermişdir. Bundan bir neçə ay sonra isə, Təqsirləndirilən şəxs onun bacısının əri Zərərçəkmiş şəxs aldadaraq ondan ümumilikdə 1572 (min beş yüz yetmiş iki) manat pul aldığınmı bilmişdir. Təqsirləndirilən şəxs birgə iştirak etdikləri yas mərasimlərindən birində ona özünü polis əməkdaşı kimi təqdim etməsinə görə inandığını, 2021-ci ilin iyul-avqust aylarında Pərvinin ona zəng edib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi dövlət proqramı vasitəsi ilə sosial evlərin satışa çıxarıldığını, həmin yerdən ev almaqda kömək etmək imkanının olduğunu, istəyən olsa onunla əlaqə saxlaya biləcəyini deməsinə və həmin vaxtlar bacısının əri Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ərazisində kirayədə yaşadığını və özünə münasib qiymətə ev almaq istədiyini bildiyi üçün, köməklik etmək məqsədi ilə onları tanış etdiyini, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs tanış edəndə sonuncunun niyyətinizin Zərərçəkmiş şəxs aldatmaq olmasını bilmədiyini, Təqsirləndirilən şəxs bu barədə ona heç bir söz demədiyini, nə də ona pul vermədiyini, o cümlədən Təqsirləndirilən şəxs başqa bir şəxsə pul verib-verməməsi barədə məlumatsız olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “X7” sistemindən daxil olmuş son sərhədkeçməyə dair 3-13-20/2-10298/2023 nömrəli qeydiyyat məlumatından görünür ki, Qurbanova (Misginova) Pərvin Əkbər qızı xx.xx.2023-cü il tarixdə saat 11:06-dan etibarən Heydər Əliyev adına Beynəlxalq aeroportundan Macarısatn Respublikası, Budapeşt şəhərinə getmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələbləri qaydasında dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələbləri qaydasında dayandırılmışdır. Axtarışda olan şəxsin saxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələbləri qaydasında dayandırılmışdır. Axtarışda olan şəxsin saxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verə qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-160/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-160/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver