Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-161/2022 18.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1961-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1, 313cü maddələri ilə, xx.xx.1967-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.4,309.1, 32.4,313 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 30.01.2010-cu il tarixdən 23.12.2019-cu il tarixədək Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 15 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş “Abşeron rayonu Xırdalan bələdiyyəsinin Nizamnaməsi”nin 2-ci bəndinə əsasən, təsdiq edilmək, baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik inzibati-təsərrüfat və təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimiöz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına əməl etməli, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunu, digər qanunvericilik aktları və bələdiyyə nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərar və sərəncamları yerinə yetirməli, yerli icra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirməli və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərməli olduğu halda, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni qüvvədə olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədrinin “Daşınmaz əmlakın dövlət reyestrinin və daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, torpaq bazarının təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət sahələrində işin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 05.06.2015ci il tarixli 85 nömrəli əmrinin 2-ci bəndinə əsasən, yerquruluşu planından çıxarışın verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin aidiyyəti ərazi qurumlarının səlahiyyətlərinə aid olduğu halda 2019-cu ilin oktyabr ayında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında qeydiyyatda olan və müvafiq ünvanda heç bir rəsmiləşdirmə olmadan tikintisi həyata keçirilmiş fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs1 həmin ünvanda 480 m2 torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsindən qanunsuz əsaslarla çıxarış almaq üçün həmin torpaq sahəsinə dair saxta rəsmi sənədin əldə edilməsi məqsədilə Abşeron rayonu Xırdalan Südçülük sovxozunun ərazisindən heç bir koordinat göstərilməmiş və plan-sxemi olmayan 0,10 ha torpaq sahəsinin sonuncunun qayınatası - Sumqayıt şəhər sakini Şahid2 ayrılması haqqında müvafiq Südçülük sovxozunun 31.07.1992-ci il tarixli 45 nömrəli əmrindən istifadə etməklə sonuncunun adınaSüdçülük sovxozunun ərazisində yerləşməyən, faktiki olaraq həmin torpaq sahəsinə aidiyyatı olmayan - Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında 480 m2 torpaq sahəsinin koordinatlarının göstərildiyi təsdiqedici sənədin verilməsi üçün özünə müraciəti ilə əlaqədar Təqsirləndirilən şəxs1lə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Abşeron rayonu Xırdalan bələdiyyəsinin inzibati binasında görüşləri zamanı sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki əsasında Şahid2, habelə Təqsirləndirilən şəxs1 qeyd edilən torpaq sahəsinə dair qanuni əsaslarla heç bir mülkiyyət və istifadə hüquqlarının olmamasına, habelə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001-ci il tarixli Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə həmin Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət, yəni fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxsin həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməməsi halı nəzərə alınmaqla, fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinin müəyyən edilməsi ilə əlaqədar qeyd edilən torpaq sahəsinə Şahid2 və Təqsirləndirilən şəxs1 keçirilmiş açıq torpaq hərracı və ya müsabiqəsi üzrə mülkiyyət və icarə hüquqlarına dair həmin bələdiyyənin Ümumi yığıncağının qərarının olmamasına və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanındakı müvafiq 480 m2torpaq sahəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Südçülük sovxozunun ərazisinə aid olmadığını tam əminliklə bilməsinə baxmayaraq, 2019-cu ilin noyabr ayında şəhər sakini kimi Təqsirləndirilən şəxs1lə sövdələşməsinə əsasən sonuncu qarşısında saxta nüfuz qazanmaq məqsədilə onun təhriki əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Abşeron rayonu Xırdalan bələdiyyəsinin inzibati binasında kompüterdə xüsusi proqram təminatı vasitəsilə şəxsi niyyətlə bilə-bilə yalan, yəni Abşeron rayonu Xırdalan Südçülük sovxozunun 31.07.1992-ci il tarixli 45 nömrəli əmri əsasında həmin Südçülük sovxozunun ərazisinə aidiyyəti olmayan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən Şahid2 məxsus 0,480 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına dair məlumatları daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan və “Xırdalan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2” qrafasında imzalayıb, xidməti istifadəsində olmaqla üzərində “Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan bələdiyyəsi” yazıları, “XB” loqosu olan dairəvi möhürlə təsdiq edib “Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış” rəsmi sənədini hazırladıqdan sonra həmin saxta çıxarışın Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Şahid7 tərəfindən qanuni əsas olmadan imzalanıb möhürlənməsinə və müvafiq çıxarışın Təqsirləndirilən şəxs1 təqdim edilməsinə nail olub, bundan sonra, Təqsirləndirilən şəxs1 cinayətkar niyyətinə uyğun olaraq, bilə-bilə saxta rəsmi sənəd olan “Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış”ını Xırdalan südçülük (tərəvəzçilik) sovxozu üzrə 31.07.1992-ci il tarixli 45 nömrəli əmri, Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin 04.11.2019-cu il tarixli F-1328 nömrəli arxiv çıxarışı və 05.11.2019-cu il tarixli 8İ-12635 nömrəli ərizəsi ilə birgə, sonuncunun xahişi əsasında Şahid2 cinayətdən xəbərsiz olan Şahid4 verdiyi 05.11.2019-cu il tarixli reyestrdə 46710 nömrəsi ilə qeydiyyata alınan etibarnaməyə əsasən, həmin torpaq sahəsi üzərində Şahid2 xüsusi mülkiyyət hüququna dair çıxarış alınmasından ötrü Şahid4 vasitəsilə istifadə edərək həmin saxta rəsmi sənədi5 noyabr 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 255 ünvanında yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə təqdim edərək həmin Ərazi idarəsinin vəzifəli şəxsləri tərəfindən qanuni əsaslar olmadan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən 480 m2torpaq sahəsinin Şahid2 məxsus olması ilə bağlı 12.12.2019-cu il tarixli 451175 nömrəli torpaq sahəsinin planı və ölçüsü imzalanıb təsdiq edilməklə müvafiq torpaq sahəsinin Şahid2 xüsusi mülkiyyətində olması ilə bağlı 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın tərtib olunaraq Təqsirləndirilən şəxs1 təqdim edilməsinə, yəni Abşeron rayonu Xırdalan bələdiyyəsinin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən 480 m2torpaq sahəsinin qanuna zidd şəkildə Şahid2 adına rəsmiləşdirilməsinə nail olmaqla Abşeron rayonu Xırdalan bələdiyyəsinin bələdiyyə mülkiyyətinin toxunulmazlığının qorunması və xidməti fəaliyyət zamanı normativ və yerli hüquqi aktların tələblərinin gözlənilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq Təqsirləndirilən şəxs1 təhriki ilə vəzifə səlahiyyətlərini aşmış, sonuncunun təhriki ilə vəzifəli şəxs kimi şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs1 2019-cu ilin oktyabr ayında qeydiyyat əsasında yaşadığı, lakin heç bir rəsmiləşdirmə olmadan tikintisi həyata keçirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə 480 m2 torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsindən qanunsuz əsaslarla çıxarış almaq üçün həmin torpaq sahəsinə dair saxta rəsmi sənədin əldə edilməsi məqsədilə Abşeron rayonu Xırdalan Südçülük sovxozunun ərazisindən heç bir koordinat göstərilməmiş və plan-sxemi olmayan 0,10 ha torpaq sahəsinin öz qayınatası - Sumqayıt şəhər sakini Şahid2 ayrılması haqqında müvafiq Südçülük sovxozunun 31.07.1992-ci il tarixli 45 nömrəli əmrindən istifadə etməklə sonuncunun adına Südçülük sovxozunun ərazisində yerləşməyən, faktiki olaraq həmin torpaq sahəsinə aidiyyatı olmayan, özünün yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında 480 m2 torpaq sahəsinin koordinatlarının göstərildiyi təsdiqedici sənədin verilməsi məqsədilə 30.01.2010-cu il tarixdən 23.12.2019-cu il tarixədək Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işləyən vəAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 15 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş “Abşeron rayonu Xırdalan bələdiyyəsinin Nizamnaməsi”nin 2-ci bəndinə əsasən, inzibatitəsərrüfat və təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Abşeron rayonu Xırdalan bələdiyyəsinin inzibati binasında görüşləri zamanı müraciəti ilə əlaqədar, qüvvədə olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədrinin “Daşınmaz əmlakın dövlət reyestrinin və daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, torpaq bazarının təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət sahələrində işin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 05.06.2015ci il tarixli 85 nömrəli əmrinin 2-ci bəndinə əsasən, yerquruluşu planından çıxarışın verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin aidiyyəti ərazi qurumlarının səlahiyyətlərinə aid olmasına baxmayaraq, Təqsirləndirilən şəxs2la razılaşmaqla sövdələşib, təhriki əsasında sonuncu xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni Şahid2, habelə özünün qeyd edilən torpaq sahəsinə dair qanuni əsaslarla heç bir mülkiyyət və istifadə hüquqlarının olmamasına, habelə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001-ci il tarixli Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə həmin Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət, yəni fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxsin həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməməsi halı nəzərə alınmaqla, fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinin müəyyən edilməsi ilə əlaqədar qeyd edilən torpaq sahəsinə Şahid2 və özünün keçirilmiş açıq torpaq hərracı və ya müsabiqəsi üzrə mülkiyyət və icarə hüquqlarına dair həmin bələdiyyənin Ümumi yığıncağının qərarının olmamasına və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanındakı müvafiq 480 m2torpaq sahəsinin Abşeron rayonu Xırdalan Südçülük sovxozunun ərazisinə aid olmadığını tam əminliklə bilməsinə baxmayaraq, 2019-cu ilin noyabr ayında sövdələşmələrinə əsasən təhriki əsasında Təqsirləndirilən şəxs2, özü qarşısında saxta nüfuz qazanmaq məqsədilə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Abşeron rayonu Xırdalan bələdiyyəsinin inzibati binasında kompüterdə xüsusi proqram təminatı vasitəsilə şəxsi niyyətlə bilə-bilə yalan, yəni Abşeron rayonu Xırdalan Südçülük sovxozunun 31.07.1992-ci il tarixli 45 nömrəli əmri əsasında həmin Südçülük sovxozunun ərazisinə aidiyyəti olmayan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən Şahid2 məxsus 0,480 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına dair məlumatları daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan və “Xırdalan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2” qrafasında imzalayıb, xidməti istifadəsində olmaqla üzərində “Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan bələdiyyəsi” yazıları, “XB” loqosu olan dairəvi möhürlə təsdiq edib “Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış” rəsmi sənədini hazırladıqdan sonra həmin saxta çıxarışın Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Şahid7 tərəfindən qanuni əsas olmadan imzalanıb möhürlənməsinə və müvafiq çıxarışın özünə təqdim edilməsinə nail olub, bundan sonra, öz cinayətkar niyyətinə uyğun olaraq, bilə-bilə saxta rəsmi sənəd olan “Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış”ını Xırdalan südçülük (tərəvəzçilik) sovxozu üzrə 31.07.1992-ci il tarixli 45 nömrəli əmri, Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin 04.11.2019-cu il tarixli F-1328 nömrəli arxiv çıxarışı və 05.11.2019-cu il tarixli 8İ-12635 nömrəli ərizə ilə birgə, xahişi əsasında cinayətdən xəbərsiz Şahid2 cinayətdən xəbərsiz olan Şahid4 verdiyi 05.11.2019-cu il tarixli reyestrdə 46710 nömrəsi ilə qeydiyyata alınan etibarnaməyə əsasən, həmin torpaq sahəsi üzərində Şahid2 xüsusi mülkiyyət hüququna dair çıxarış alınmasından ötrühəmin saxta rəsmi sənəddən şəxsən istifadə edərək Şahid4 vasitəsilə 5 noyabr 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 255 ünvanında yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə təqdim edib həmin Ərazi idarəsinin vəzifəli şəxsləri tərəfindən qanuni əsaslar olmadan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən 480 m2torpaq sahəsinin Şahid2 məxsus olması ilə bağlı 12.12.2019-cu il tarixli 451175 nömrəli torpaq sahəsinin planı və ölçüsü imzalanıb təsdiq edilməklə müvafiq torpaq sahəsinin Şahid2 xüsusi mülkiyyətində olması ilə bağlı 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın tərtib olunaraq ona təqdim edilməsinə, yəni Abşeron rayonu Xırdalan bələdiyyəsinin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən 480 m2torpaq sahəsinin qanuna zidd şəkildə Şahid2 adına rəsmiləşdirilməsinə nail olmaqla, Təqsirləndirilən şəxs2 Abşeron rayonu Xırdalan bələdiyyəsinin bələdiyyə mülkiyyətinin toxunulmazlığının qorunması və xidməti fəaliyyət zamanı normativ və yerli hüquqi aktların tələblərinin gözlənilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmağa və vəzifəli şəxs kimi şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2001-ci ildən 2020-ci ilin yanvar ayınadək Abşeron rayonu, Xırdalan şəhər bələdiyyəsinin sədri vəzifəsində, 2020-ci ilin fevral ayından 2020-ci ilin sentyabr ayınadək Abşeron rayon İcra Hakimiyyəti başçısının Qobu inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. X11 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda adının qarşısında olan imza onun olmuş, o cümlədən Xırdalan bələdiyyəsinin sədri qrafasındakı möhür əksi əvvəllər işlədiyi Xırdalan bələdiyyəsinin möhür əksi olmuşdur. Göstərilən çıxarış DƏDRX-nin Abşeron rayon ərazi idarəsində bilmədiyi şəxs tərəfindən tərtib edilmiş, daha sonra Abşeron rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən imzalanaraq möhürlənmiş, daha sonra da vətəndaş tərəfindən imzalanması və möhürlənməsi üçün ona təqdim edilmişdir. O da müvafiq çıxarışdakı məlumatların doğruluğunun yoxlanılmasını həmin zaman bələdiyyə müavini vəzifəsində işləmiş Şahid6 tapşırmış, sonuncu da müvafiq məlumatları yoxladıqdan və məlumatların düzgün olduğunu ona dedikdən sonra o, çıxarışı imzalayıb möhürləmişdir. Çıxarışın üzərində həmin sənədin bələdiyyənin sənədi olduğu yazılsa da həmin sənəd faktiki olaraq DƏDRX-nin Abşeron rayon ərazi idarəsində tərtib edilmişdir. Çıxarışa torpaq sahəsinin koordinantlarını qeyd etməmiş, həmin sənəd ona hazır vəziyyətdə təqdim edilmiş, o da həmin sənədi imzalamış və möhürləmişdir. X11 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 m2 torpaq sahəsinin ayrılmasına dair ilkin sənəd olan Xırdalan südçülük sovxozu üzrə əmrdə və əlavə edilmiş sənədlərdə torpaq sahəsinin koordinantlarının göstərilməməsi, belə olan halda Xırdalan südçülük sovxozunun heç bir koordinant qeyd edilməmiş əmri əsasında X11 torpaq sahəsinin koordinantlarını necə müəyyən etməsi barədə o, bildirmişdir ki, koordinantları müəyyən etməmiş, ona sənəd hazır vəziyyətdə vətəndaş tərəfindən təqdim edilmiş, o da həmin sənədi imzalayıb, möhürləmişdir. X11 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilmiş koordinantların aid olduğu torpaq sahəsi ilə həmin şəxsə torpaq sahəsinin ayrılması barədə sovxoz üzrə tərtib edilmiş əmrdəki torpaq sahəsinin eyni torpaq olmaması barədə o, heç nə deyə bilməmişdir. Hazırda əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 50 il olar ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanda yaşamış, həmin ünvanda torpaq sahəsinin ölçüsü təxminən 4 sot olmuş, göstərilən torpaq sahəsində 4 həyət evi olmuş, həmin həyət evlərindən birində qardaşı Rza, digərində atası X35, digər həyət evlərində isə öz ailəsi ilə birlikdə yaşamışdır. Uşaqlıq vaxtlarından o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanda qeydiyyatda olmuş, təxminən 3-4 il bundan əvvəl, təxminən 2017-2018-ci illərdə dəqiq xatırlamadığı tarixlərdə Abşeron rayon İcra Hakimiyyətinin xatırlamadığı əməkdaşları onun yaşadığı ünvana, o cümlədən yaşadığı evin qonşuluğundakı 7 əlavə həyət evinin olduğu əraziyə gəlmiş, qeyd edilmiş ərazinin plana düşdüyünü, müvafiq evlərin sökülməli oluğunu, müvafiq ərazidə hündürmərtəbəli yaşayış binasının tikiləcəyini və tikinti başa çatdıqdan sonra həmin binadan göstərilən ərazidə evləri sökülmüş şəxslərə mənzillər veriləcəyini bildirmişlər. Göstərilən vaxt İcra Hakimiyyətinin əməkdaşları onun yaşadığı 189 m2 ərazinin bir m2-ni 800 manat müqabilində dəyərləndirmişdilər. Qonşuluqdakı şəxslərin Abşeron rayon İcra Hakimiyyətinin xatırlamadığı əməkdaşları ilə həmin zaman qiymət məsələsində fikir ayrılıqları səbəbindən müvafiq razılaşma baş tutmamışdır. Sonra o, yaşadığı ərazinin, yəni 4 sot torpaq sahəsinin özəlləşdirilməsini qərarlaşdırmış, bunun üçün müxtəlif şəxslərə məsləhət üçün müraciət etsə də özələşdirmənin çətin olduğunu öyrənmişdir. Təxminən 2019-cu ilin oktyabr-noyabr aylarında Anar adlı tanışına müraciət edərək yaşadığı 4 sot torpaq sahəsinin özəlləşdirilməsində ona köməklik etməsini xahiş etmişdir. Anar adlı şəxsi o, müxtəlif daşınmaz əmlaklarla bağlı sənədləşdirmə işlərini həyata keçirən şəxs kimi tanımış və Xırdalan şəhərində ona məxsus bir neçə evdə təmir işləri aparmışdır. Anar həmin zaman özəlləşdirmənin çətin olduğunu, ancaq müvafiq ərazinin sovxoz ərazisi kimi həmin sovxozda işləmiş şəxsin adına rəsmiləşdirilməsinin mümkün olduğunu bildirmişdir. Həmin zaman qayınatası Şahid2 vaxtı ilə sovxozda işlədiyi yadına düşmüş, bu barədə Anara məlumat verəndə sonuncu yaşadığı torpağın sovxoz ərazisi kimi Şahid2 adına rəsmiləşdirilməsi yolu ilə 4 sot torpaq sahəsinə çıxarış almağın mümkün olduğunu bildirmişdir. O da bu barədə Şahid2 razılığını aldıqdan sonra sonuncunun şəxsiyyət vəsiqəsinin surətini Anara vermiş, həmin ərəfədə Anar xatırladığı qədər Kadastr şöbəsinin xatırlamadığı əməkdaşı ilə birlikdə yaşadığı əraziyə gəlmiş və zəruri ölçü işləri aparmışdır. Anar qısa müddət sonra sənədləri hazır etdiyini və müvafiq sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etməyin lazım olduğunu ona demiş, bundan sonra həmin sənədləri qeyd etdiyi Xidmətə təqdim etmək üçün Şahid2 onun xahişi əsasında qohumu Şahid3 etibarnamə vermiş, etibarnamə əsasında sonuncu zəruri sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etmişdir. Müəyyən müddətdən də sonra həmin çıxarış tərəfindən götürülmüşdür. Bundan sonra X20 ilə Şahid3 arasında razılaşma bağlanmış, razılaşma əsasında 480 m2 ərazinin Taleh Niftəliyevə satılması rəsmiləşdirilmişdir. Daha sonra da X23 adına rəsmiləşdirilmiş və onun yaşadığı ərazinin sökülməsi, yerində hündürmərtəbəli binanın tikilməsini və oradan ona iki ədəd 3 otaqlı 189 m2 mənzil verməyi vəd etmiş və bununla bağlı olaraq da ona mənzillər ayrılması ilə bağlı müqavilələr tərtib edib ona təqdim etmişdir. Göstərilən razılaşma zamanı 1 m2 üçün 1000 manat qiyməti aralarında razılaşdırılmışdır. Anar ona bir tanış kimi çıxarış alınmasında iştirak etmiş, sonuncu ondan qeyd edilmiş rəsmiləşdirmə üçün hansısa məbləğdə pul istəməmiş, onun tərəfindən də hansısa məbləğdə pul verilməmişdir. Şahid2 adına rəsmiləşdirilmiş 480 m2 torpaq sahəsinin X28 sovxozunun ərazisinə heç bir aidiyyəti olmaması barədə o bildirmişdir ki, göstərilən hal barədə məlumatsız olmuşdur. Şahid2 adına X28 sovxozundan torpaq sahəsi ayrılmış, ancaq sonuncunun bundan məlumatı olmamışdır. Şahid2 1000 m2 torpaq sahəsinin ayrıldığı halda həmin torpaq sahəsindən ancaq 480 m2-ə çıxarış alınması barədə o göstərmişdir ki, onun və qohumlarının əvvəldən yaşadığı ərazinin ölçüsü 480 m2 olduğu, qalan 520 m2 ərazidə qonşular yaşadığı üçün o, 480 m2 ərazi ilə kifayətlənmiş, qalan 520 m2 ərazidən də imtina etmişdir. Müvafiq ərazinin "xxxx" MMC-nin balansında olduğunu bilməmiş, həmin ərazidə hansısa daşınmaz əmlak müşahidə etdiyini xatırlamamışdır. Hazırda əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində Nümayəndə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, 3-4 il olar ki, təqaüdə çıxmış, sonuncu rəsmi iş yeri Sumqayıt Mənzil Kommunal İstismar Sahəsində elektrik olmuşdur. Qeydiyatda olduğu ünvan 8 ünvanda təxminən 1980-ci illərdən yaşamış və həmin mənzil onun xüsusi mülkiyyətində olmuşdur. O, 1965-1968-ci illərdə Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsində usta işləmiş, daha sonra müxtəlif idarələrdə fəhləlik etmiş, Xırdalan Südçülük sovxozunda təxminən 1990-cı ilin əvvəllərinə qədər işləmiş, həmin savxozda təxminən bir il işlədiyini xatırlamışdır. Savxozun müdirinin kim olduğunu xatırlamamış, həmin savxozda işlədiyini təsdiq edən əmək kitabçası mövcud olmamışdır. Ümumiyyətlə əmək kitabçasının harada olduğunu bilməmişdir. Xırdalan Südçülük sovxozunun Abşeron rayonunda Masazır qəsəbəsində idarəsi və Xırdalan qəsəbəsində hazırda Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi yerin yaxınlığında mərkəzi idarəsi mövcud olmuşdur. Qeyd etdiyi mərkəzi idarədə fəhlə işləmiş, 2019-cu ilin təxminən noyabr ayında qızı Rəfiqənin həyat yoldaşı Təqsirləndirilən şəxs1 onun Xırdalan Südçülük sovxozunda işlədiyinə görə adına torpaq sahəsi rəsmiləşdirə biləcəyini ona demiş, o isə işlədiyi dövrdə savxoz tərəfindən işçilərə müvafiq savxoz ərazisindən torpaq sahələrinin paylanıldığını, ancaq onun həmin torpaq sahələrini götürməkdən imtina etdiyini, habelə ona torpaq sahəsi lazım olmadığını, istəyirsə torpaq sahəsini özünün götürə biləcəyini demişdir. Rauf qısa müddət sonra həmin savxoz ərazisindən, özünün də qeydiyyatda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvandan onun adına torpaq sahəsi rəsmiləşdirdiyini bildirmiş, ancaq bunu kimin vasitəsilə və hansı qaydada etdiyini bildirməmişdir. O isə göstərilən hallar barədə Raufdan soruşmamış, çünki bu onun üçün maraqlı olmamışdır. Qısa müddət sonra xatırlamadığı tarixdə Rauf ona demişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanda hansısa şirkət hündürmərtəbəli yaşayış binası tikmək istəyir, bunun üçün onun adına rəsmiləşdirilmiş və Raufun faktiki yaşadığı evin ərazisinin müvafiq şirkətə satılması müqabilində Raufun adına həmin binadan mənzil rəsmiləşdiriləcəyini, bu barədə müvafiq şirkət rəhbəri ilə razılaşdığını bildirmişdir. Qeyd edilmiş şirkətin müvafiq ərazidəki evləri alıb, onları söküb, yerində bina tikməyi, həmin ərazi sakinlərinə də kompensasiya qismində pul əvəzinə mənzil verməyi razılaşdırdığını Raufdan öyrənmişdir. Sonra Raufun xahişi əsasında o, Abşeron rayonu ərazisində xatırlamadığı notariat ofisinə gedərək sonuncunun qohumu Şahid3 adına rəsmiləşdirilmiş torpaq sahəsi ilə bağlı notarial hərəkətlər aparılması üçün etibarnamə vermişdir. Etibarnamə əsasında da Şahid3 şirkət müdirinə müvafiq torpaq sahəsinin satılması haqqında müqaviləni imzaladığını sonradan Raufdan öyrənmişdir. Raufun hansı şirkət müdiri ilə, konkret olaraq hansı dəyərdə və ölçüdə mənzil müqabilində razılaşdığını bilməmiş, bu barədə Rauf daha məlumatlı olmuşdur. Raufun hansısa qanunsuz əməl törədəcəyini bilməmiş, torpaq sahəsindən vaxtilə imtina etdiyini bildirmiş, Rauf isə özünün qeydiyyatda olduğu ərazinin savxoz ərazisi kimi onun adına rəsmiləşdirəcəyini bildirmiş, o da kürəkəni olduğu üçün bu hala mane olmamışdır. Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanın savxoz ərazisi olub-olmadığını bilməmiş, Rauf təxminən 30 ildir ki, həmin ərazidə yaşamışdır. Qeyd edilmiş ərazinin "xxxx" MMC-nin balansında olduğunu bilməmiş, həmin ərazidə hansısa daşınmaz əmlak müşahidə etdiyini xatırlamamışdır. 1992-ci ildə və ondan sonralar qeyd edilmiş əmrin mövcudluğundan məlumatsız olmuş, adına torpaq rəsmiləşdirilməsi, sonradan həmin torpaq sahəsinin şirkətə verilməsi müqabilində ona hansısa pul yaxud əmlak verilməmişdir. Adına torpaq rəsmiləşdirilməsi, sonradan həmin torpaq sahəsinin şirkətə verilməsi müqabilində şirkət tərəfindən Raufa mənzil verilməsini sonuncu razılaşdırmış, o da bu barədə Raufdan məlumat almışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsindən görünür ki, sovet hakimiyyəti dövründə Abşeron rayon üzrə icra orqanında sürücü işləmiş, sonradan isə müxtəlif ərzaq məhsullarının alqı-satqısı ilə məşğul olmuş, sonuncu iş yeri təxminən 2016-cı ildə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xatırlamadığı özəl şirkətdə mühafizəçi olmuş, ancaq həmin işdə cəmi 3 ay işlədikdən sonra iş yükünün ağır olması səbəbindən işdən öz istəyim əsasında azad olunmuşdur. Göstərilən tarixdən işsiz olmuşdur. Şahid2 tanımamış, Təqsirləndirilən şəxs1 tanımış, Raufu qonşu olduğuna görə tanımış, sonuncu müxtəlif mənzil və evlərin təmir-tikintisi işlərini görmüşdür. Ona təqdim edilmiş 05.11.2019-cu il tarixli notarial ərizə ilə tanış olmuş, həmin ərizəni o vermiş, belə ki, göstərilən tarixdə Rauf ona xatırlamadığı telefon nömrəsi ilə zəng edərək hansısa rayonda olduğunu, iş gördüyünü bildirmiş, onun adına verilmiş etibarnamə əsasında kiminsə adından notarial ərizə verməyin lazım olduğunu demişdir. Rauf həmin zaman göstərilən notarial hərəkətin mahiyyəti, kimin adından və nə üçün ona etibarnamə verildiyi, həmin etibarnamə əsasında onun nə məzmunda ərizə verməli olduğunu deməmişdi, o da Raufdan bu barədə heçnə soruşmamışdır. Sonra Rauf xatırlamadığı şəxs vasitəsilə ona etibarnamə göndərmiş, o həmin etibarnamə əsasında Abşeron rayon 1 saylı notariat ofisinə getmiş, göstərilən yerdə Raufa zəng etmiş və sonuncunun ona telefon zəngi zamanı dediyi məzmunda ərizə yazmış və imzalamışdır. Həmin ərizəni sonradan Raufa verdiyini xatırlamışdır. Göstərilən hərəkətləri qonşu kimi Raufa kömək olsun deyə etmiş, müvafiq hərəkətlərin mahiyyətini bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayından hazırkı tarixədək Bakı şəhəri, Biləcəri qəsəbəsində icarayə götürdüyü qeyri-yaşayış sahəsində minik avtomobillərinin alqı-satqısı ilə məşğul olmuş, həmin fəaliyyəti həyata keçirmək üçün vergi orqanlarında qeydiyyatdan keçmiş və VÖEN almışdır. X15 ilə Şahid1 arasında 480 m2 torpaq sahəsi ilə bağlı bağlanmış 20.04.2020-ci il tarixli tarixli alqı-satqı müqaviləsini əmisi Raufun qayınatası Şahid2 ona verdiyi etibarnamə əsasında imzalamışdır. Ailə üzvləri ilə birlikdə, yəni əmisi Təqsirləndirilən şəxs1, atası Rza Rzayev və babası Fərhad Rzayevlə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanda uzun müddətdir ki, yaşamış, sonradan həmin həyətdəki evlər əmisi Raufun qayınatası Şahid2 adına rəsmiləşdirilmişdir. Sonra da Taleh Niftəliyev adlı şəxs yaşadıqları evin, o cümlədən qonşuluqdakı şəxslərin evlərinin yerində hündürmərtəbəli yaşayış binası tikməyi nəzərdə tutduğundan, həmin yerdəki evlərin onun adına rəsmiləşdirilməsi, bunun müqabilində isə tikəcəyi yaşayış binasından onlara mənzillər verməyi əmisi Təqsirləndirilən şəxs1lə razılaşdırmışdır. Bu səbəbdən Şahid2 adına olan müvafiq evin Taleh Niftəliyevə müvafiq tarixdə satılması alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin zaman da Şahid2 ona verdiyi etibarnamə əsasında o evin Taleh Niftəliyevə satılmasına dair alqı-satqı müqaviləsini Abşeron rayon 1 saylı notariat ofisində imzalamışdır. Hansı səbəbdən müvafiq müqavilənin imzalanması üçün Şahid2 adından məhz ona etibarnamə verildiyini xatırlamamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yaşadığı evin Şahid2 adına hansı qaydada rəsmiləşdirilməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X13 2021-ci ilin yanvar ayında kəskin beyin çatışmazlığı xəstəliyindən vəfat etmişdir. X8 evdar qadın olmuş, qardaşı X33 orta təhsil almışdır. X7 rəsmi heç zaman iş yeri olmamış, sonuncu həmişə daşınmaz əmlakın alqı-satqısında vasitəçilik etməklə məşğul olmuş, göstərilən fəaliyyəti həyata keçirmək üçün atasının hər hansı obyekti olmamışdır. Atası Şahid5 göstərilən fəaliyyəti Abşeron rayonu üzrə həyata keçirmiş, yəni məhz Abşeron rayonu ərazisində olan daşınmaz əmlakların alqı-satqısında vasitəçiliklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımamışdır. Atası Şahid5 işindən heç vaxt məlumatlı olmamışdır, ümumi olaraq bilmişdir ki, sonuncu Abşeron rayonu ərazisində olan daşınmaz əmlakların alqı-satqısında vasitəçiliklə məşğul olmuş, ancaq konkret kimlərə münasibətdə həmin işi həyata keçirdiyini, kimlərlə ünsiyyətdə olub iş gördüyünü bilməmişdir. Atası gördüyü konkret işlər barədə nə ona, nə anasına, nə də ki, başqa qohumlarına məlumat verməmişdir. X13 ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefon nömrələrini istifadə etmiş, həmin nömrələrdən ***-***-**-** nömrəli mobil telefon nömrəsini atası vəfat etdikdən sonra o istifadə etmişdir. ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefon nömrələri isə atası Şahid5 vəfat etdikdən sonra istifadə edilməmişdir. Həmçinin o, xatırlamışdır ki, atası Şahid5 vəfat etdikdən sonra sonuncunun istifadəsindəki ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefon nömrələri əmisi X14 olmuş, sonra o, ***-***- **-** nömrəli mobil telefon nömrəsini götürüb istifadə etmək istədiyini əmisi Seymur Qəniyevə demiş, sonuncu da həmin nömrəni ona vermişdir. Sonradan əmisi Seymur Qəniyevdən öyrənmişdir ki, sonuncu ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefon nömrələrini bəzi hallarda istifadə etmişdir. Seymur Qəniyev “Gilan Holding”-də mühafizəçi vəzifəsində işləmişdir. Şahid1 və X16 adlı şəxsləri tanımamışdır. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, 2009-cu ildə Qafqaz Universitetini Pedaqogika ixtisası üzrə bitirmiş, daha sonra əmək fəaliyyəti ilə məşğul olmaq üçün 2010-cu ildə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, həmin şəhərdə o, müxtəlif bazarlarda geyim vasitələrinin alqı-satqısı ilə məşğul olmuş, 2018-ci ildə o, Bakı şəhərinə qayıtmış və Abşeron rayonunda, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində çörək sexi açmış və həmin tarixdən göstərilən fəaliyyəti həyata keçirməyi davam etdirmişdir. Təxminən 2020-ci ilin yanvar ayında o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində hündürmərtəbəli yaşayış binasını tikmək və binadakı mənzillərin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 adlı Abşeron rayonu, Xırdalan şəhəri sakini ona xatırlamadığı şəxs vasitəsilə öz evinin və ətrafındakı şəxslərin evlərinin yerində binanı tikməyi, onlara isə bunun müqabilində mənzillərin verilməsi təklifini irəli sürmüşdür. Göstərilən yer Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK-nın təxminən 10 ədəd binasının yerləşdiyi əraziyə paralel hissədə olan torpaq sahəsi olmuşdur. Həmin ərazidə 7-8 ədəd həyət evi olmuş və həmin evlərin sahəsi ümumilikdə təxminən 0.14 ha olmuşdur. Göstərilən ərazidə satışın daha yaxşı ola biləcəyini yəqin edib həmin ərazidəki torpaq sahəsini bina tikintisi üçün seçmişdir. Sonra həmin ərazidəki sakinlərlə şəxsən görüşmüş və onlara malik olduqları evlərin onun adına rəsmiləşdirilməsi, həmin evlərin sonra müvafiq sakinlər tərəfindən sökülməsi, daha sonra isə yerində tərəfindən yeni binanın tikilməsi, onun adına rəsmiləşdirilmiş həyət evlərinin sahəsinə uyğun onların tikəcəyi yeni binadan mənzillə təmin edilməsi təklifini irəli sürmüş, həmin sakinlərdə onun təklifi ilə razılaşmışlar. Göstərilən zaman sakinlərdən ancaq Gülnaz İmanova və Təqsirləndirilən şəxs1 çıxarışları olmuş, Gülnaz İmanovanın çıxarışı mərhum atasının adına olmuş və həmin çıxarışın vərəsəlik qaydasında Gülnazın adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin toplanmasında o, sonuncuya köməklik etmişdir. Raufla bağlı isə o, heç bir köməklik etməmiş, sonuncu ilə arasında sadəcə notarial alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında o, göstərilən 480 m2 sahəli yerə çıxarış almışdır. O cümlədən Gülnazla da onun arasında notarial alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında o, göstərilən 126 m2 sahəli yerə çıxarış almışdır. Müvafiq 2 torpaq sahəsi qonşuluqda olduğu üçün o, Daşınmaz Əmlakın Reyestr Xidmətinin Abşeron ərazi idarəsinə müraciət edərək 606 m2sahəli yerə vahid çıxarış almışdır. Göstərdiyi yerdə qalan təxminən 5-6 ədəd torpaq sahəsinin çıxarışı olmamış və onların sahəsi təxminən 5 sot təşkil etmişdir. Qeyd edilmiş ərazidə "xxxx" MMC-nin balansında hansısa daşınmaz əmlak müşahidə etməmişdir. Həmin ərazinin sakinləri ilə razılaşmış, tikinti işlərindən qazma işlərini də sakinlərlə razılaşma əldə etdikdən sonra görmüş, qazma işləri apardığı ərəfədə "xxxx" MMC-nin nümayəndələri göstərilən əraziyə gələrək müvafiq torpaq sahəsinin işlədikləri cəmiyyətə məxsus olduğunu bildirmiş, ancaq o, torpaq sahəsi ilə bağlı çıxarış aldığı üçün qazma işləyini davam etdirmiş, həmin cəmiyyət ilə arasında göstərilən torpaq sahəsilə bağlı Abşeron rayon məhkəməsində məhkəmə prosesi davam etmişdir. Şahid2 kürəkəni Raufla sonuncunun yaşadığı torpaq sahəsi ilə bağlı sövdələşmə aparan zaman Raufun torpaq sahəsi ilə bağlı artıq çıxarışı olmuşdur. Həmin ərazinin Xırdalan Südçülük sovxozunun ərazisi olmadığı halda qeyd edilmiş ərazinin savxoz ərazisi kimi ilkin sənədlər əsasında Şahid2 adına rəsmiləşdirilməsindən məlumatlı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2015-ci ilin təxminən aprel ayından 2020-ci ilin yanvar ayınadək Abşeron rayonu Xırdalan şəhər bələdiyyəsinin sədr müavini vəzifəsində, 2020-ci ilin avqust ayından hazırki dövrə qədər "xxxx" MMC-də işləyir. İlk öncə 2020-ci ilin avqust ayından 2021-ci ilin iyun ayının əvvəllərinə qədər "xxxx" MMC-nin Neftçala filialının bölgələrdə nəqliyyat və aqrotexnika üzrə mütəxəssisi vəzifəsində işləmiş, 2021-ci ilin iyun ayının əvvəllərindən hazırki dövrə qədər isə həmin cəmiyyətin Ağcabədi filialının bölgələrdə nəqliyyat və aqrotexnika üzrə mütəxəssisi vəzifəsində işləmişdir. Abşeron rayonu Xırdalan şəhər bələdiyyəsinin sədr müavini vəzifəsində gündəlik işi daxil olmuş vətəndaşların qəbulundan və onların müraciətlərinin araşdırılmasından ibarət olmuşdur. Həmin müraciətlər qonşuluqdakı şəxslərin torpaq sahələri ilə narazılıqlardan, torpaq sahələrinin rəsmiləşdirilməsi ilə bağlı məsələlərdən və digər bu kimi müraciətlərdən ibarət olmuşdur. X11 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış Abşeron rayon Xırdalan bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış və möhürlənmişdir. X12 ad olaraq tanımamış, göstərilən çıxarışı vətəndaş özü bələdiyyəyə gətirmiş, həmin zaman Təqsirləndirilən şəxs2 ondan müvafiq yerə baxmağı və çıxarışdakı məlumatları yoxlamağı tapşırmış, o da göstərilən zaman Təqsirləndirilən şəxs2 yanında olan xatırlamadığı 2 nəfərlə müvafiq əraziyə getmiş, həmin ərazidə göstərilən şəxslər ona yaşadığı evləri göstərərək sənədin həmin evə aid olduğunu demiş, o da evə baxaraq baxışı tamamlamış və Təqsirləndirilən şəxs2 də şəxslərin həmin evdə yaşadıqlarını bildirmişdir. Müvafiq şəxsləri ad olaraq tanımasa da, ona evi göstərmiş şəxslərin həmin ünvanda yaşadıqlarını bilmişdir. Bu səbəbdən də şəxslərin ona göstərdikləri evdə həqiqətən də yaşadıqlarını Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Çıxarış da sonra Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış və möhürlənmişdir. Müvafiq çıxarışın üzərində Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış yazıldığı təqdirdə onun vətəndaş tərəfindən təqdim edilməsi halı barədə o bildirmişdir ki, qeyd edilmiş halın səbəbini bilməmişdir. X11 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 kv.m torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda müvafiq şəxsə ayrılmış torpaq sahəsinin dəqiq koordinantlarının göstərilməsi barədə o, bildirmişdir ki, çıxarışa torpaq sahəsinin koordinantlarının qeyd olunmasının səbəbini bilməmiş, həmin koordinatları çıxarışa kimin yazdığını bilməmişdir. Həmin çıxarış hazır vəziyyətdə bələdiyyəyə təqdim edilmiş, sonra da onun tərəfindən əraziyə baxış keçirilmiş, daha sonra isə çıxarış bələdiyyə sədri Təqsirləndirilən şəxs2 tərəfindən imzalanıb möhürlənərək müraciət etmiş şəxsə verilmişdir. Bələdiyyə olaraq koordinantları müəyyən etməmiş, bələdiyyəyə sənəd hazır vəziyyətdə vətəndaş tərəfindən təqdim edilmiş, onun tərəfindən əraziyə baxış keçirilmiş, sonra da Təqsirləndirilən şəxs2 tərəfindən həmin sənəd imzalanıb, möhürlənmişdir. X11 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilmiş koordinantların aid olduğu torpaq sahəsi ilə həmin şəxsə torpaq sahəsinin ayrılması barədə sovxoz üzrə tərtib edilmiş əmrdəki torpaq sahəsinin eyni torpaq olmaması barədə o, bildirmişdir ki, sualda qeyd edilmiş hal barədə onun məlumatı olmamış, həmin halın səbəbini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2005-ci ilin sentyabr ayından 2020-ci ilin iyun ayına qədər Abşeron rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləmişdir. X15 adlı şəxsi tanımamışdır. X11 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda adının qarşısında olan imza onun imzası olmuş, o cümlədən Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin möhür əksi də onun tərəfindən müvafiq sənədə vurulmuşdur. Müvafiq sənəddəki şəxsə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün tərəfindən rəy verilməsi üçün müvafiq çıxarış Xırdalan bələdiyyəsi tərəfindən imzalanmış və möhürlənmiş şəkildə göstərilən vaxt işlədiyi Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə göndərilmiş, həmin zaman tərəfindən “Google Earth” proqramı vasitəsilə müvafiq çıxarışdakı koordinantların dövlət mülkiyyəti olub-olmadığı yoxlanılmış, daha sonra da tərəfindən çıxarışda imza və möhür əksi icra edilmişdir. X11 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda müvafiq şəxsə ayrılmış torpaq sahəsinin dəqiq koordinantlarının qeyd edilməsinin əsasının nə olması barədə o, göstərmişdir ki, çıxarışdakı koordinantlar Kadastr və Yerquruluşu Layihə Tədqiqat İnstitutunun Abşeron şöbəsi tərəfindən yəqin ki, hazırlanmışdır. Çünki həmin koordinantı Abşeron rayonu üzrə işləyəcək başqa dövlət orqanı olmamış, bələdiyyədə isə həmin koordinantların işlənməsi üçün avadanlıq və səlahiyyət olmamışdır. Çıxarışdakı koordinantları o müəyyən etməmiş, həmin koordinantlar yəqin ki, bələdiyyənin sifarişi əsasında Kadastr və Yerquruluşu Layihə Tədqiqat İnstitutunun Abşeron şöbəsi tərəfindən hazırlanmış, bələdiyyə tərəfindən çıxarışa əlavə edilmiş, təsdiq edilməsi üçün ona göndərilmiş, həmin torpaq sahəsinin dövlət mülkiyyəti olmadığı onun tərəfimdən müəyyən edildikdən sonra çıxarışı imzası və möhür əksi ilə təsdiqləmişdir. Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən X11 məxsus torpaq sahəsinin koordinantlarının müəyyən edilməsi üçün hər hansı sifariş verilməməsi barədə o, ifadəsində göstərmişdir ki, ola bilsin ki, bələdiyyənin şifahi sifarişi əsasında həmin koordinantlar işlənmişdir. Çıxarışdakı torpaq sahəsinin sovxoz ərazisi olub-olmadığını bilməmiş, çıxarış ona daxil olduğu zaman sadəcə onun dövlət mülkiyyəti olub-olmadığını yoxlamış, dövlət torpaq olmadığını müəyyən etdiyi üçün də çıxarışı imzalayıb möhürləmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində Şahid8 ifadəsində göstərmişdir ki, 1998-ci ildən "xxxx" MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin (keçmiş X10 Qovşağı) müdiri vəzifəsində işləmiş, Mərkəzin müdiri kimi vəzifəsi magistral (şəhərlərarası, beynəlxalq və s.) kabellərin texniki istismarına nəzarət etməkdən ibarət olmuşdur. Kabel Təsərrüfatına Xidmət Mərkəzi "xxxx" MMC-nin tabeliyində olan bir qurumdur. Həmin mərkəzin əvvəlki adı X1muşdur. İdarənin adı 2020-ci ildə dəyişdirilmişdir. Mərkəz özü respublika ərazisində cəmi 18 xətt və 1 regional qrupdan ibarət olmuşdur. Bakı səhərində 1 xətt qrupu olmuşdur ki, o da Mərkəzin rəhbərliyinin yerləşdivi ərazidədir. Mərkəzin rəhbərliyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5027 ünvanında fəaliyyət göstərmişdir. Baş Prokurorluğa ünvanlanan məktubda qeyd edilmiş tikililərin sökülərək qanunsuz tikinti aparılan ərazi, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında əvvəllər X10 Qovşağının balansında olan gücləndirici məntəqə olmuşdur. Təxminən 30 il əvvəl həmin yerdə olan texniki avadanlıqlar indiki X2 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binasına köçürülmüşdür. Texnologiyanın inkişafı ilə əlaqədar yeni sistemə keçirildiyindən gücləndirici məntəqə avadanlıqlarına artıq zərurət olmadığından təxminən 2005-ci ildə həmin avadanlıqlar texniki istismardan çıxarılmışdır. Bununla belə, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında əvvəllər avadanlıqların yerləşdiyi tikililər "xxxx" MMC-nin balansında olmuşdur. Belə ki, həmin yerdə montyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağı olmuşdur. 30 il əvvəl avadanlıqlar başqa yerə köçürüldükdən sonra qeyd olunan ünvanda evi olmayan, rabitəçi vəzifəsində işləyən əməkdaşlar üçün yaşamağa verilmişdir. O, müvafiq ünvana gələndə də rabitəçilər ailələri ilə birlikdə həmin ünvanda yaşamışlar. Belə ki, Fərhad Rzayev və sonuncunun iki oğlu, Adil, Vaqif, Aslan, Artur adlı şəxslər orada yaşamışlar. Lakin adları çəkilən şəxslərə həmin yerdə yaşamaq üçün tikililərin verilməsi barədə hər hansı sənəd olmamışdır. Sadəcə maddi imkanları zəif olduğundan və həmin tikililər boş olduğundan adları çəkilən şəxslərin orada yaşamalarına imkan verilmişdir. SSRİ vaxtında 1978-ci ildə həmin şəxslərin adına qeyd edilən ünvanda qeydiyyata alınmaları barədə Forma A qeydiyyat kartoçkası tərtib edilmişdir. Bundan başqa, orada yaşayan ailələr mövcud olmuş tikililərin yanında da özlərinin yaşamaları üçün əlavə tikili artırmışlar. Təxminən 2020-ci ilin may ayının əvvəlində Xətt qrupunun rəhbəri Cavanşir Məmmədov ona məlumat vermişdir ki, qeyd olunan ünvanda yerləşən tikililərin başqa şəxslər tərəfindən sökülməsi işləri aparılır. Bundan sonra o, "xxxx" MMC-nin rəhbərliyinə bu barədə məlumat vermiş və müvafiq əməkdaşların iştirakı ilə ərazidə olub monitorinq keçirdərək akt tərtib etmişdir. Monitorinq zamanı tikililərin bəzilərinin naməlum şirkət tərəfindən sökülməsi müəyyən edilmişdir. Belə ki, ərazidə olan şəxslər bildirmişlər ki, tikililər sökülməklə yerində hündürmərtəbəli bina tikiləcəkdir. Həmin ərazidə yaşayan şəxslərdən yalnız Adil Quliyev ailəsi ilə birlikdə yaşamış, qalan ailələr olmamışdır. Ancaq tikililər tam sökülməmişdir. Bundan sonra "xxxx" MMC-nin rəhbərliyinə məlumat verilmiş, eyni zamanda Abşeron rayon icra hakimiyyətinə və rayon polis şöbəsinə müraciət edilmişdir. X3 tərəfindən müvafiq ərazidə tikinti işlərinin həyata keçirildiyi müəyyən edilmişdie. Eyni zamanda Əmlak məsələləri dövlət xidmətinə də müraciət olunmuşdur ki, həmin Xidmətin Abşeron rayon ərazi şöbəsinin məsləhətçi müfəttişinin iştirakı ilə 17.12.2020-ci il tarixdə yenidən əraziyə baxış keçirdərək akt tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, söküntü işləri yekunlaşıb, artıq qazıntı işləri aparılmışdır. Həmin vaxt Taleh Niftalıyev də həmin yerdə olmuş, onlarla birlikdə iştirak etmişdir. Lakin aktı imza etməmiş və bildirmişdir ki, həmin yeri almışdır, ancaq heç bir sənəd təqdim etməmişdir. Daha sonra rəhbərlik tərəfindən məhkəməyə və Baş Prokurorluğa müraciət edilmişdir. 1972-ci ilə aid inventar kartoçkalarına əsasən, həmin tikililər "xxxx" MMC-nin balansına aid olmuşdur. Həmin tikililər Aztelekom MMC-nin balansında olduğundan tikililərin yerləşdiyi torpaq sahəsi də işlədiyi cəmiyyətin əmlakı hesabı edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında yerləşən və "xxxx" MMC-yə məxsus tikililər, yəni montyor evi, dizel otağı, gücləndirici məntəqə və sanuzel təxminən 10 sot torpaq sahəsində yerləşmiş, həmin 10 sot torpaq sahəsi əvvəldən "xxxx" MMC tərəfindən hasarlanmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında yerləşən torpaq sahəsinə dair "xxxx" MMC-nin hansısa sənədi mövcud olmamışdır. Fərhad Rzayev və ailəsi, Vaqif, Aslan, Artur adlı şəxslər müvafiq ünvanda təxminən 30 ildən artıq müddətdir ki, yaşamış, qeyd edilmiş şəxslərdən heç biri bina tikintisi ilə bağlı, o cümlədən qazıntı işləri aparılması ilə bağlı işlədiyi cəmiyyətdən heç kimi məlumatlandırmamış, işlədiyi cəmiyyətin əməkdaşları müvafiq tikinti və qazıntı işləri aparılması barədə ona məlumat vermişlər. Ailələr orada yaşadığından müvafiq ərazidə nəzarət xidmətinin təşkil edilməsinə zərurət olmamışdır. Çünki qeyd etdiyi kimi həmin ərazi ən əsası hasarlanmışdır. Buna baxmayaraq xətt qrupunun işçisi Əbil Zərbalıyevin xidmət göstərdiyi əraziyə qeyd olunan tikililərin yerləşdiyi ərazi də daxil olduğundan vaxtaşırı o, əraziyə baxmışdır. Söküntü barədə məlumatı da Əbil bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2015-ci ildən "xxxx" MMC-nin Hüquq şöbəsinin hüquqşünası vəzifəsində işləmiş, "xxxx" MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzi üzrə hüquqi işlərlə, dəymiş maddi ziyan və pozulmuş hüquqların bərpası ilə bağlı məhkəmələrə iddia ərizələri ilə müraciət olunması, cəmiyyətin müxtəlif dövlət orqanlarında təmsil olunması, o cümlədən digər hüquqi işləri görmüşdür. Mərkəz "xxxx" MMC-nin tabeliyində olan bir qurumdur. Həmin mərkəzin əvvəlki adı X1muşdur. İdarənin adı 2020-ci ildə dəyişdirilmişdir. Mərkəz özü respublika ərazisində cəmi 18 xətt və 1 regional qrupdan ibarət olmuş, Bakı səhərində 1 xətt qrupu olmuşdur ki, o da Mərkəzin rəhbərlivinin verləsdivi ərazidədir. Mərkəzin rəhbərliyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5027 ünvanında fəaliyyət göstərmişdir. Baş Prokurorluğa ünvanlanan məktubda qeyd edilmiş tikililərin sökülərək qanunsuz tikinti aparılan ərazi, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında əvvəllər X10 Qovşağının balansında olan gücləndirici məntəqə olmuşdur. Təxminən 30 il əvvəl həmin yerdə olan texniki avadanlıqlar indiki X2 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binasına köşürülmüşdür. Texnologiyanın inkişafı ilə əlaqədar yeni sistemə keçirildiyindən gücləndirici məntəqə avadanlıqlarına artıq zərurət olmadığından təxminən 2005-ci ildə həmin avadanlıqlar texniki istismardan çıxarılmışdır. Bununla belə, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında əvvəllər avadanlıqların yerləşdiyi tikililər "xxxx" MMC-nin balansındadır. Belə ki, həmin yerdə montyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağı olmuşdur. Bildirirəm ki, 30 il əvvəl avadanlıqlar başqa yerə köçürüldükdən sonra qeyd olunan ünvanda evi olmayan, rabitəçi vəzifəsində işləyən əməkdaşlar üçün yaşamağa verilmişdir. Belə ki, onda olan məlumata görə Fərhad Rzayev və sonuncunun iki oğlu, Adil, Vaqif, Aslan, Artur adlı şəxslər orada yaşamışlar. Lakin adları çəkilən şəxslərə həmin yerdə yaşamaq üçün tikililərin verilməsi barədə hər hansı sənəd olmamışdır. Sadəcə maddi imkanları zəif olduğundan və həmin tikililər boş olduğundan adları çəkilən şəxslərin orada yaşamalarına imkan verilmişdir. SSRİ vaxtında 1978-ci ildə həmin şəxslərin adına qeyd edilən ünvanda qeydiyyata alınmaları barədə Forma A qeydiyyat kartoçkası tərtib edilmişdir. Bundan başqa, orada yaşayan ailələr mövcud olmuş tikililərin yanında da özlərinin yaşamaları üçün əlavə tikili artırmışlar. Təxminən 2020-ci ilin may ayının əvvəlində Xətt qrupunun rəhbəri Cavanşir Məmmədovdan öyrənmişdir ki, qeyd olunan ünvanda yerləşən tikililərin başqa şəxslər tərəfindən sökülməsi işləri aparılmış, bundan sonra Şahid8 tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə bu barədə məlumat verilmiş və müvafiq əməkdaşların iştirakı ilə ərazidə olub monitorinq keçirdərək akt tərtib etmişdir. Monitorinq zamanı tikililərin bəzilərinin naməlum şirkət tərəfindən sökülməsi müəyyən edilmişdir. Belə ki, ərazidə olan şəxslər bildirmişdir ki, tikililər sökülməklə yerində hündürmərtəbəli bina tikiləcəkdir. Həmin ərazidə yaşayan şəxslərdən yalnız Adil Quliyev ailəsi ilə birlikdə yaşamışdır. Qalan ailələr olmamış, ancaq tikililər tam sökülməmişdir. Bundan sonra "xxxx" MMC-nin rəhbərliyinə məlumat verilmiş, eyni zamanda Abşeron rayon icra hakimiyyətinə və rayon polis şöbəsinə müraciət edilmişdir. X3 tərəfindən müvafiq ərazidə tikinti işlərinin həyata keçirildiyi müəyyən edilmişldir. Eyni zamanda Əmlak məsələləri dövlət xidmətinə də müraciət olunmuşdur ki, həmin Xidmətin Abşeron rayon ərazi şöbəsinin məsləhətçi müfəttişinin iştirakı ilə 17.12.2020-ci il tarixdə yenidən əraziyə baxış keçirdərək akt tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, söküntü işləri yekunlaşıb, artıq qazıntı işləri aparılmışdır. Həmin vaxt Taleh Niftalıyev də həmin yerdə olmuş, onlarla birlikdə iştirak etmişdir. Lakin aktı imza etməmiş və bildirmişdir ki, həmin yeri almışdır, ancaq heç bir sənəd təqdim etməmişdir. Daha sonra rəhbərlik tərəfindən məhkəməyə və Baş Prokurorluğa müraciət edilmişdir. 1972-ci ilə aid inventar kartoçkalarına əsasən, həmin tikililər Aztelekom MMC-nin balansına aid olmuşdur. Həmin tikililər "xxxx" MMC-nin balansında olduğundan tikililərin yerləşdiyi torpaq sahəsi də işlədiyi cəmiyyətin əmlakı hesabı edilmişdir.Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında yerləşən və "xxxx" MMC-yə məxsus tikililər, yəni montyor evi, dizel otağı, gücləndirici məntəqə və sanuzel təxminən 10 sot torpaq sahəsində yerləşmiş, həmin 10 sot torpaq sahəsi əvvəldən "xxxx" MMC tərəfindən hasarlanmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında yerləşən torpaq sahəsinə dair "xxxx" MMC-nin hansısa sənədinin mövcud olub-olmaması barədə onda məlumat olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən daxil olmuş 01.02.2021-ci il tarixli İN-X/O-896/2021 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 16.10.2020-ci il tarixli 1-2-15/6392-20 nömrəli məktubla İqtisadiyyat Nazirliyinə müraciət edərək nazirliyin tabeli qurumu olan "xxxx" MMC-nin (X18 Qovşağının) balansında olan Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti, 9 ünvanında yerləşən daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsinin fiziki şəxs X9 adına sənədləşdirilməsinin əsasları barədə məlumat verilməsini xahiş etmiş, bunun nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 18.12.2019-cu il tarixdə vətəndaş X9 adına 480 m2 torpaq sahəsinin ilkin qeydiyyatı aparılarkən Abşeron südçülük sovxozu tərəfindən verilmiş 1000 m2 torpaq sahəsinin qeydiyyat aparılan torpaq sahəsi ilə eynilik təşkil edib-etmədiyi və həmin sahənin ümumiyyətlə sovxoz ərazisinə aid olubolmadığı araşdırılmamış, Abşeron südçülük sovxozunun ərazilərinin kadastr məlumat bazasında araşdırılması zamanı həmin sahənin sovxoz ərazisindən kənarda yerləşdiyi məlum olmuşdur. Abşeron rayon, Xırdalan Südçülük sovxozunun 31.07.1992-ci il tarixli 45 nömrəli əmrinin surətindən görünür ki, Şahid2 adına müvafiq sovxoz ərazisindən 10 sot torpaq sahəsi ayrılmış, ancaq həmin torpaq sahəsinin hüdudları göstərilməmişdir. Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin 04.11.2019-cu il tarixli F-1328 nömrəli arxiv çıxarışından görünür ki, Xırdalan Südçülük sovxozunun 31.07.1992-ci il tarixli 45 nömrəli əmri əsasında Şahid2 adına müvafiq sovxoz ərazisindən 10 sot torpaq sahəsinin ayrıldığı görünür. Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışından görünür ki, həmin çıxarış əsasında Şahid2 adına 0.480 ha torpaq sahəsinin olduğu müəyyən edilmiş və həmin torpaq sahəsinin dəqiq koordinatları göstərilmiş, müvafiq çıxarış Abşeron rayonu Xırdalan bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs2 və Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin sabiq müdiri Şahid7 tərəfindən imzalanaraq möhürlənmişdir. 05.11.2019-cu il tarixli 8İ-12635 nömrəli ərizədən görünür ki, Şahid2 Şahid4 verdiyi 05.11.2019-cu il tarixli reyestrdə 46710 nömrəsi ilə qeydiyyata alınan etibarnaməyə əsasən sonuncu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək Şahid2 adına ayrılmış 0.10 ha torpaq sahəsindən 0.048 ha torpaq sahəsinə çıxarış verilməsinə etiraz etmədiyi ilə bağlı müraciət etmişdir. Şahid2 adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə ünvanlanmış 06.12.2019-cu il tarixli ərizədən görünür ki, sonuncu daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı müvafiq idarəyə müraciət edilmişdir. 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində 0.048 ha torpaq sahəsi Şahid2 adına rəsmiləşdirilmiş, ancaq həmin çıxarışda müvafiq torpaq sahəsinin dəqiq ünvanı və koordinatları göstərilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28.04.2021-ci il tarixli **********58 nömrəli məktubuna əlavə edilmiş xəritədən görünür ki, X9 adına rəsmiləşdirilmiş 480 m2 torpaq sahəsi Xırdalan südçülük sovxozundan aralıda yerləşir. Azərbaycan Respublikasının Bələdiyyələrlə İş Mərkəzinin 30.04.2021-ci il tarixli 09/3- 65 nömrəli məktubundan görünür ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunu bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını tənzimləyir. Belə ki, həmin qanunun 9.1 maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə həmin Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət, yəni fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxsin həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməməsi halı nəzərə alınmaqla, fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Abşeron rayon Xırdalan bələdiyyəsinin yeni seçilmiş heyətinin 30.01.2010-cu il tarixli 1 nömrəli, 30.01.2015-ci il tarixli 4 nömrəli protokolunun surətindən görünür ki, Əhmədov X27 rayonu Xırdalan bələdiyyəsinin sədri seçilmiş və müvafiq sədr səlahiyyətlərini 23.12.2019-cu il tarixədək icra etmişdir. "xxxx" MMC-nin Kabel Təsərrüfatına xidmət mərkəzinin müdiri Şahid8, "xxxx" MMCnin Hüquq şöbəsinin hüquqşünası Şahid9, Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi X26 və Şahid1 iştirakı ilə tərtib edilmiş 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Abşeron rayon Xırdalan Südçülük savxozunun ərazisi olub-olmadığın və iş üzrə digər zəruri xüsusatların müəyyən edilməsi məqsədilə keçirilən baxış zamanı Şahid8 və Şahid1 tərəfindən göstərilmiş torpaq sahəsinin və onun hüdudlarının eyni olduğu müəyyən edilmiş, həmçinin zəruri xüsusatların müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi X26 tərəfindən zəruri koordinantlar götürülmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18.06.2021-ci il tarixli **********47 nömrəli məktubu ilə daxil olmuş rəydən görünür ki, "xxxx" MMC-nin Kabel Təsərrüfatına xidmət mərkəzinin müdiri Şahid8, "xxxx" MMC-nin Hüquq şöbəsinin hüquqşünası Şahid9, Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi X26 və Şahid1 iştirakı ilə baxış keçirilmiş Şahid8 və Şahid1 tərəfindən göstərilmiş torpaq sahələri, o cümlədən ilkin olaraq Şahid2 adına rəsmiləşdirilmiş, daha sonradan isə Şahid1 satılmış torpaq sahəsi Xırdalan Südçülük sovxozunun ərazisinə aid deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02.07.2021-ci il tarixli **********24 nömrəli məktubundan görünür ki, Abşeron rayon Xırdalan şəhəri ərazisində, 18.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Şahid2 adına rəsmiləşdirilmiş 0.0480 ha torpaq sahəsi, 12.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında X17 adına rəsmiləşdirilmiş 0.0126 ha torpaq sahəsi, o cümlədən Şahid1 adına 23.04.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında rəsmiləşdirilmiş 0.0480 ha, 22.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında rəsmiləşdirilmiş 0.0606 ha və 09.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında rəsmiləşdirilmiş 0.1126 ha torpaq sahəsi çıxarış verilənədək bələdiyyə mülkiyyətinə aid olmuş, həmin torpaq sahələri “Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 02.10.2006-cı il tarixli Azərbaycan Respublikasının qanununa əsasən Bakı şəhəri Binədəqi rayonunun ərazisindən Xırdalan şəhərinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02.07.2021-ci il tarixli **********25 nömrəli məktubundan görünür ki, Xırdalan Südçülük sovxozunun torpaq sahələrinə dair Dövlət Aktı barədə ilkin torpaqayırma sənədləri Xidmətin tabeliyində "xxxx" MMC-nin arxivində mövcud olmuşdur. Abşeron rayon Xırdalan bələdiyyəsinin 09.07.2021-ci il tarixli 631 nömrəli məktubundan görünür ki, 2019-cu ildə Şahid2 məxsus torpaq sahəsi ilə bağlı Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışının tərtib edilməsi ilə əlaqədar bələdiyyəyə edilmiş müraciət, müvafiq müraciət üzrə tərtib olunmuş sənədlər müvafiq bələdiyyənin arxiv sənədlərində aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03.08.2021-ci il tarixli **********93 nömrəli məktubundan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində Şahid2 və Şahid1 məxsus torpaq sahələrinin koordinatlarının müəyyən olunması ilə bağlı 2019-2020-ci illərdə Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət daxil olmamışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi X6 31.08.2021-ci il tarixli rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 9 ünvanda yerləşən torpaq sahəsinin 0.01 ha üzrə orta bazar dəyəri 28.958 manat olmuş, bununla bağlı olaraq Şahid2 adına rəsmiləşdirilmiş 0.048 ha torpaq sahəsinin orta bazar qiyməti 138.998 manat təşkil etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 19.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 19.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, tarixsiz və nömrəsiz Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışın və 05.11.2019-cu il tarixli 8İ- 12635 nömrəli ərizənin əsilləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Şahid3, Şahid8 və Şahid2 poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər. Təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verənhəm onların, həm də zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş səndələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinin, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 313, 309.1-ci, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 32.4,309.1, 32.4,313 və 320.2-cimaddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Lakin məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxslərə Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 313-cü maddəsi, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 32.4, 309.1, 32.4, 313 və 320.2-ci maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 32.4, 313 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham çıxarılmalı, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 313-cü maddəsi, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.4,313 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildiyinə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 309.1,313-cü maddələri və Təqsirləndirilən şəxs1 CM-nin 32.4,309.1, 32.4,313 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilsə də, cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir, yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2və Təqsirləndirilən şəxs1 həmin cinayəti 30.01.2010-cu il tarixdən 23.12.2019-cu il tarixədək törətmişlər. Buna görə də şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi, Təqsirləndirilən şəxs1 32.4,313 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi, Təqsirləndirilən şəxs1 32.4,313 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməli, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X19 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmələrini, onların cinayət törədildikdən sonrakı davranışını, onların cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş cərimə cəzası Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış tarixsiz və nömrəsiz Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışın və 05.11.2019-cu il tarixli 8İ-12635 nömrəli ərizənin əslləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 qarşı elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin epizod üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.4,309.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 qarşı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 32.4,313, 320.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və həmin epizod üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış tarixsiz və nömrəsiz Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışın və 05.11.2019-cu il tarixli 8İ-12635 nömrəli ərizənin əsilləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-161/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-161/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver