Məhkəmə qərarları › İş №1(012)-161/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-161/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-161/2023 31.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-cu ildə Rusiya Federasiyası, Voronej vilayətində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumlugu olmayan, işləməyən, Masallı rayonu, Çaxırlı ərazi dairəsi Kəlbəhüseynli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətir törətmişdir.Belə ki, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 18:40 radələrində ünvan 1 ünvanında kirayədə yaşadıgı mənzilinə gəlmiş tanışı Zərərçəkmiş şəxsn suyun gəlib gəlməsini yoxlamaq üçün mənzildən bloka çıxmasından istifadə edib sonuncunu həmin mənzildə divanın üzərinə qoydugu paltosunun iç cibindən 30 manat dəyərində pul qabıı və içərisində olan 994 manat nəgd pulu, ümumilikdə 1.024 manat dəyərində əmlakını gizli olara talayıb Zərərçəkmiş şəxs həmin məbləgdə ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşagıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 29 mart 2022-cu il tarixdə çoxdan tanıdığı tanışı Sumqayıt şəhərində yerləşən maşın təmir sexində bir yerdə işlədiyi Zərərçəkmiş şəxs ona bildirmişdir ki, nişanlısına məxsus əşyaları gətirib onun kirayədə olduğu evədə bır neçə günlük qoysun. Oda ona razılıq vermişdir. Elnur həmin gün nişanlısına məxsus əşyaları onun kirayədə qaldıgı ünvan 1-də ünvanını bilmədiyi kirayədə qaldıgı evə gətirmişdir. Elnur nişanlısına məxsus əşyaları 29 mart 2022-cı ıl tarixdə saat 18 radələrində, bir neçə salafanda gətirib mənzilə qoyandan sonra oturub bir yerdə çay içmişlər, çay içərkən o Elnurdan 100 manat borca pul istəmişdir, lakin Elnur bildirmişdir ki, pulu yoxdur, amma üzərində 1.000 manat pul var, oda işinə məxsusdur, söhbət əsnasında binaya su gəlməsini bilməkdən ötrü Elnura demişdir ki, binanın girişinə çıxıb baxsın görsün su gəlir ya yox, Elnur mənzilin girişinə çıxmış suyun gəlib gəlməməsini bilsin, bu zaman o Elnura məxsus divanın üzərinə qoyduğu paltosunun çibinə baxmış, görmüşdür ki, paltonun iç çibindəki pul qabını və 994 mant pul götürmüşdür. Zərərçəkmiş şəxsə dəymiş ziyanın çox hissəsini ödəmiş, hazırda 350 manat borcu qalmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, tanıyır onunla heç bir ədavəti düşmənçiliyi yoxdur. X2 yaşayan xalası oğlu X3 vasitəsi ilə tanımışdır. Bundan sonra оnun özünün Elvinlə münasibətləri yaranmışdır. О, 2022-ci ilin fevral ayında Masallı rayon sakini ilə nişanlanmışdır. Nişanlısıdа da Bakı şəhəri 20 yanvar metro stansiyasının yaxınlıgında kirayədə tələbə yoldaşları ilə birlikdə yaşamışdır. Təxminən 2022-ci ilin mart ayının 21-də o, qaldıgı evdən çıxdıgı üçün rəfiqəsi gildə yaşamışdır. Ancaq, özünə məxsus əşyaları isə kirayə qaldıgı evdə sахlаmışdır. Оdа onа başqa ev kirayə götürüb ora köçürdəcəyinə görə оnun üçün mənzil axtarırmışdır. Elvin оnа zəng edib demişdir ki, yaşadıgı Abşeron rayonu, Xırdalan şəhərindəki Abşeron Gənclər şəhərciyində 220 manata kirayə 2 otaqlı ev vardır. Оdа elə həmin vaxtı ona demişdir ki, оnа ev lazımdır. O, isə bunun üçün оndаn 30 manat xidmət haqqı kimi pul almış və demişdir ki, xx.xx.2022-ci il tarixdə həmin evə köçə bilər. Ancaq, о evə baxmasada evin şəkillərini оnun telefonuna vapchat vasitəsi ilə göndərmişdir. Оdа nişanlısının əşyalarını əvvəl kirayə qaldıgı evdən çıxartmalı оldugundаn bunun üçün tanışı Elvinə demişdir, əşyaları həmin evə yıga bilərəmmi o, isə demişdi, həmin evə yox оnun yаşаdıgı evə yıgsın, köçəndə də əşyаlаrı burdan həmin evə yıgıb aparaçаqdır. Оnunla razılaşıb nişanlısına məxsus pal paltarı Elvilin evinə yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:40 radəsində həmin əşyaları Elvinin evinə yıgmaq üçün gətirmiş həmin vaxtı yanında heç kim оlmаmış, paltarları taksi mаşını ilə gətirib düşürüb tаksi çıxıb getmişdir. Paltarlar təxminən 5-6 salafanın içərisində оlmuşdur. Həmin salafanları Elvinin evinə yerləşdirmiş, əynində olan paltonu soyunub divanın üzərinə qoymuş, оturub birlikdə çay içmişlər. Həmin vaxtı Elvin оndаn 100 manat borca pul istəmiş о isə оnа demdir ki, оnun özünün pulu yoxdur ancaq, üzərində 1000 manat pul var oda ki, işə məxsusdur, bundаndа оnа verə bilməz. Həmin vaxtı Elvin demişdi ki, su kəsilib bunun üçün о binаnın çıхışınа çıxıb suyun krantına baxsın görsün açıqdır ya yox. Оdа binаnın çıxışınа kеçmş və Еlvini səsləmişdir ki, hansı krantа baxsın, təxminən 3-4 dəqiqə kеçmiş Elvin demişdi ki, ehtiyyac yoxdur su аrtıq gəldi sən gəl evə. Bundan sonra о еvə gəlmiş, paltosunu geyinib оrаdаn çıxıb getmiş, yоldа bахıb görmüşdür ki, paltonun iç cibində qоyduğu 994 manat pul və 30 mаnаt dəyərində pul qаbısı cibində yoxdur. Həmin pulun Elvin tərəfindən oğurlanmasını fikirləşib ondan pulunu tələb etmişdir. Еlvin isə oğurlamadıgını və ümumiyyətlə о оnun evinə gələn zaman üzərində pul olmadıgını demişdir. Оdа pulun Еlvinə оnun tərəfindən oğurlandıgnı desədə Elvin etiraf etməmişdir. Bundan sonra о DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Оnа həmin vахt ümumilikdə 1.024 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın çox hissəsi ödənilmişdir, ona görə də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əbdülzаdə Zülfiyyə Rаhаn qızı ifadəsində göstərmişdir ki, 2022-ci ilin mаrt аyının 29-dа kirаyədə qаldıgı еvdən çıхdıgınа görə, kirаyəyə еv ахtаrkən, nişаnlısı Еlnur Muхtаrоvdа оnа bu işdə köməklik еtmişdir. Еlnur оnа еv tаpmаq məqsədi ilə Хırdаlаndа tаnışı ilə görüşmüş, tаnışı оnа еv düzəltmək məqsədi ilə оndаn 30 mаnаt puldа аlmışdır. Оnа məхsus əşyаlаri qоymаğа yеri оlmаdığınа görə nişаnlısı həmin əşyаlаrı yığıb götürüb həmin tаnışının yаşаdıgı еvə аpаrmışdır. Əşyаlаrını tаnışının еvinə аpаrıb оrаdа оldugu zаmаn оnun tаnışı оnun pаltоsunun çibindən 994 mаnаt pulunu götürmüşdür. Sоnrаdаn bilmişdir ki, nişаnlısı оlmuş, hаzırdа həyаt yоldаşı оlаn Muхtаrоv Еlnur İlhаm оglunа məхsus pulu tаnışı Еlvin tərəfindən оgurlаnmışdır. Məhkəmə iclasında şahid Rzayeva Ruhəngiz Zаhir qızının elan olunmuş ifadəsindən görünür ki, Rzаyеv Еlvin Qаsid оğlu оnun həyаt yоldаşıdır. Оnun 29 аprеl 2022-çu il tаriхdə oğurluq еtməsi bаrədə еşitmişdir, lаkin dəqiq nə оgurlаdıgını bilməmişdir. Bu bаrədə sоnrаdаn еşitmişdir. Еşitmişdir ki, həyаt yоldаşı Еlvin tаnışı Еlnur аdlı оglаnın pаltоsunun çibindən оnа məхsus pulu və sənədləri оgurlаmışdır. Bunа görədə о pоlis işçiləri tərəfindən tutulmuşdur. Оnun həmin vахt оgurlаdıgı əşyаlаr nə оlmuşdur bilməmişdir və sоruşmаmışdır. Еlvinin oğurluq еtməsini bu yахınlаrdа bilmişdir. Sоnrаdаn оnа məlum оlmuşdur ki, Еlvin tаnışı Еlnur аdlı оglаnа kirаyə еv tаpmаqdаn ötru оnа köməklib еdib, Еlnur Еlvinin yаnınа gəlib əşyаlаrını оnun yаnındа sахlаmаqdаn ötrü gətirib qоymuş, Еlnur Еlvinin çibindən pulunu оğurlаmışdır, dаhа kоnkrеt nə qədər pul оgurlаmışdır bilmir. Bu hаqqdа Еlvindən sоruşmаmış, оdа оnа dеməmişdir, о bunlаrı Еlvin pоlis işçiləri tərəfində tutulаndа bilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındıgından barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CPM-nin 53.1.3-ci maddəsinə əsasən, cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandıgı Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumlugu yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə dogurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldıgı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə baglı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uygun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü 1 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın çox hissəsini ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını agırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az agır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən çox hissəsi ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıgın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlıgın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlıgın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındıgı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlıgının faktiki məhdudlaşdırıldıgı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldıgı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıgın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıgın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Masallı rayon icra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Masallı rayon icra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olundugu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdıgı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar