Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-162/2021 01.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbduova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1986-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonunda qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi, Ə. Qayıbov 2095-ci məhəllədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “ Gənclər şəhərciyində “ bina 8, mənzil 28-də yerləşən fərdi evdə arvadı Zərərçəkmiş şəxs ilə sonuncunun istifadəsində olan mobil telefona naməlum şəxs tərəfindən daxil olmuş zənglə bağlı aralarında ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyyələrinə qəsdən bir neçə dəfə vurub əli ilə saçını yolduqdan sonra bıçaqla sol qoluna, sağ ayağının diz nahiyyəsinə və baş nahiyyəsinə vuraraq sonuncuya sağ gicgah-təpə nahiyyəsinin sol saidin ön səthinin orta 3\1-nin, sol əlin arxa səthinin və sol dizin bayır səthinin kəsikləri, boyunun yan səthlərinin cızıqları, sol göz orbitinin, sol qulaq seyvanının və çənəaltı nahiyyənin hemotomaları, sol dirsəyin ön səthinin, sol saidin ön orta 1/3-nin, sol biləyin ön bayır səthinin, hər iki kürək nahiyyəsinin qançırları və üst dodağın içəri səthinin şişkinlik fonunda yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onunla birikdə Abşeron rayonu Mehdiabad qəsəbəsində Gənclər şəhərciyində yaşayır. Zərərçəkmiş şəxsyla birgə nigahahlarından 1 az yaşlı oğlan övladlarə vardır. İndiyə qədər onların aralarında hər hansı bir mübahisə olmamışdır. Zərərçəkmiş şəxs Mudafiə Nazirliyində hərbiçi işləyir və o mütəmadi olaraq uşaqlarını anasının yanına qoyub işə gedir. Zərərçəkmiş şəxs telefonu xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu üçün, həmin günü nömrəyə tanımadığı nömrədən zəng gəlmiş və cavab verərərk maşın farasına görə zəng vurub “səhv düşmüşdür” demişdir. Bundan sonra telefona baxıb görmüşdür ki, ayrı ayrı vaxtlarda həmin nömrədən Zərərçəkmiş şəxs telefonuna zəng olunmuşdur. Yenidən Təqsirləndirilən şəxs həmin nömrəyə zəng vurub demişdir ki, sən necə səhv düşmüsən ki, bu nömrəyə sənin nömrəndən 6-7 dəfə zəng gəlib. Həmin şəxs isə zəng etdiyin boynuna almamışdır. Bundan sonra evə gəlib Zərərçəkmiş şəxs görüb onu otağa çəkib ondan həmin nömrənin sahibinin kimliyini soruşmuş və o isə tanımadığını demişdir. Mübahisə zamanı səsə anası gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb gedərək anasına demişdir ki, sən gəlnindən soruş gör o nömrə kimindir. Həmin günü evə gəlməmiş, səhəri günü yəni xx.xx.2020-ci il tarixdə axşam saat 22:30 radələrində anasıgilə gəlib Zərərçəkmiş şəxs və oğlunu götürüb öz evinə getmişdir. Mehdiabad qəsəbəsində yerləşən evlərinə gəldikdən sonra evdə yenə uşağı yatızdırıb və Zərərçəkmiş şəxs soruşmuşdur ki, “həmin nömrə kimə məxsusdur, və onunla sənin nə əlaqən vardır”. Zərərçəkmiş şəxs isə tanımadığını deyib boynuna almadığı üçün aralarında mübahisə olmuş və ona həmin vaxtı sifət nahiyyəsindən 2 dəfə əli ilə şillə vurmuşdur. Söhbət edən zaman Təqsirləndirilən şəxs hər şeyi düz demədiyi üçün mətbəxdən bıçaq götürüb qorxutmaq məqsədi ilə divanın üstünə qoyub demişdir ki, düz deməsən səni və həmin şəxsi müəyyən edib bıçaqla vurub sizə xəsarət yetirəcəm, lakin Zərərçəkmiş şəxs yenə etiraf etməmiş və bu səbəbdən həmin vaxtı 2 dəfə şillə ilə onun sifət nahiyyəsinə vurmuşdur. Ancaq, onu təpik yumruqla döyməmiş, dəsmalla boğmamış, bıçaqla da başına və bədəninə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs onun barəsində dediklərinin hamısı şər böhtandır. Aralarındakı mübahisə təxminən 20-25 dəqiqə davam etmişdir. Bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs uşağı götürüb qapını da açıb çölə çıxmışdır. Bir neçə saniyyə sonra səs küy olmadığı üçün, qonşular çölə çıxmasın deyə sevincin ardınca çölə çıxmış və Zərərçəkmiş şəxs 3-cü mərtəbədə yaşayan qonşularının mənzilinə daxil olduğunu görmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs çağırsada, qonşu ona demişdir ki, biraz sakitləşsin narahat olma sonra qalxar evinizə. Bundan sonra evinə qayıtmışdır. Bir neçə dəqiqə sonra isə anası gəlib və nə baş verdiyini soruşmuş Təqsirləndirilən şəxs isə olanları ona danışıb demişdir ki, Zərərçəkmiş şəxs uşağı götürüb çölə çıxmışdır. Bundan sonra anasıda çölə çıxmışdır. Sonradan nə baş verdiyini bilmir və heç nə görməmişdir. Özünü təqsirli bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Vüqarla 2018-ci ilin dekabr ayında ailə həyatı qurmuş birgə nigahlarından 1 oğlan övladları vardır. Vüqarla ailə həyatı qurduqdan sonra Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyində“ Vüqarın xalası qızı Adiləyə məxsus evdə yaşamağa başlamışlar. Vüqarla əvvəllər münasibətlari normal olsada son vaxtlar münasibətləri korlanmışdır. Yaşadıqları evdə tez-tez onunla mübahisə edir. Vüqar onunla mübahisə edən zaman bir neçə dəfə onu döymüşdür. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng gəlmişdir. Həmin vaxtı telefonu həyat yoldaşı Vüqarda olduğu üçün, özü həmin zəngə cavab vermişdir. Həmin nömrə sahibi isə yoldaşı ilə danışıb telefonda mübahisə etmiş, Vüqar isə ona demişdir ki, sən niyə mənim yoldaşımın telefonuna zəng edirsən. Zərərçəkmiş şəxs isə axşam işdən çıxıb qaynanası gilə yəni Bakı şəhəri Nərimanov rayonu Dərnəgül şosesinə getmişdir. Vüqar həmin vaxtı anası gildə ona demişdir ki, sən kiminlə telefonla danışmışsan və o isə demişdir ki, heç kimlə danışmamışam. Bundan sonra Vüqar ona telefonu göstərib demişdir ki, ***-***-**-** saylı nömrədən sənin nömrənə telefon onda olan vaxtı zəng gəlib, bax gör bu nömrə kimdir. O isə yenə ona demişdir ki, tanımır. Həmin vaxtı Vüqar onun sifətinə 3 dəfə əli ilə şillə vurub çıxıb getmişdir. Həmin günü evə gəlməmişdir. Sevinc isə qaynanası gildə qalmışdır. Mübahisə zamanı yanlarında qaynanası Laləzar Sadıqovadan başqa heç kim olmamışdır. Həmin hadisədə onun gözü qarşısında olmuşdur. Qaynanası isə Vüqarın onu döyməyinə imkan verməmiş və ona demişdir ki, get sübut gətir ondan sonra danışarıq. Bundan sonra Vüqar çıxıb getmiş evə gəlməmişdir. Səhəri günü Vüqar yenidən anasıgilə gəlib ona heç nə olmamış kimi özünü göstərib demişdir ki, yığış gedək evimizə bundan sonra oda oğlunu götürüb Vüqarla birlikdə Mehdiabad qəsəbəsində yaşadıqları evə getmişlər. Onlar evə gəldikdən sonra Vüqar ona demişdir ki, sən uşağı yatırt gəl söhbət edək. Sevinc isə uşağı yatızdırıb Vüqarla söhbət etmək üçün qonaq otağına keçmişdir. Həmin vaxtı Vüqar onun yanına gəlib divanda oturmuş divanın üstünə isə bıçaq və telefon zənglərinin siyahısı olan kağızı qoyub demişdir ki, sənə sual verəcəm düz cavab ver sənə də həmin şəxsə də heç nə etməyəcəm. O isə Vüqardan nə baş verdiyini soruşmuşdür. Vüqar təkrarən gələn zəngin kim tərəfindən edildiyin soruşmuşdur. O isə and içib həmin şəxsi tanımadığını desədə, Vüqar ona inanmamışdır. Bundan sonra Vüqar onu döyməyə başlamışdır. Təpik-yumruqla bədəninin müxtəlif nahiyyələrinə vurub saçını yolub sonra isə bıçaqla onun saçlarını kəsmək istəsədə qoymamışdır. Saçından yolub divana çırpmışdır. Sonra isə əlinə dəsmal götürüb onu boğaraq boyununa almağını demişdir. Lakin o heç nə etmədiyi üçün heç nə boynuna almamışdır. Zorla Vüqar olmayan şeyi onun boynuna qoymaq istəmişdir. Həmin vaxt Vüqar onu yerə yıxıb ayağını başının üstünə qoyub ona demişdir ki, sənin qulağını kəsib atanın evinə aparıb qoyacam və onlara sübut edəcəm ki, sən namussuzsan. O təkrarən Vüqara qışqırıb demişdir ki, uşaq oyanıb qorxacaq əl çək lakin, Vüqar onun sözlərinə məhəl qoymayıb təpik yumruqla onu döymüşdür. O həmin şəxslə telefonla danışmamış və həyat yoldaşına, xəyanət etməmişdir. Vüqar həmin vaxt divanın üstünə qoyduğu özünə məxsus açılıb bağlanan olan bıçaqla onun sol qolunun bilək nahiyyəsinə, sol ayağının diz nahiyyəsinə baş nahiyyəsinə bıçaqla bir dəfə batırmışdır. Həmin vaxtı uşaq ağladığı üçün o uşağı yatızdırmağa keçmişdir. Vüqar isə qonaq otağına keçmişdir. Vüqar onu döyən zaman demişdir ki, guya həmin oğlanı gətirəcək evə onunla üzləşdirib videoya çəkib onu atasına göstərəcək. Vüqarın qonaq otağına keçdiyini və yuxuladığını görüb uşağını yatızıdırıb, qucağına alıb qapını açıb çölə sıxmış və orada 3-cü mərtəbədə qapısı açıq olan qonşunu görüb onlardan xahiş etmişdir ki, ona kömək etsinlər. O qonşuya keçib anasına və qaynanasına zəng etmişdir. Bir qədər sonra isə anası, qaynanası, qaynı Vüsal və qardaşı Hüseyn gəlib onu evlərinə aparmışlar. Səhəri günü yəni, xx.xx.2020-ci il tarixdə işə getmiş orada onun xəsarət aldığını rəhbərlik görmüş ondan nə baş verdiyini soruşmuşlar. Sonra isə onun xəsarət almağı ilə əlaqədar araşdırma aparılmışdır. O, tibbi ekspertizaya gedib müayinədən keçmiş və sonra isə toplanmış ilkin araşdırma materialı araşdırmanın davam etdirilməsi üçün Mehdiabad PB-nə göndərilmişdir. Mübahisə yaşadıqıları evdə, təxminən 2-3 saat davam etmiş, həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Vüqar bıçaqla onun bədəninə ciddi xəsarət yetirməsədə ancaq, bıçağı onun dizinə, qoluna, başına batırıb qan çıxartmışdır. Həmin vaxtıda onun bədəninin müxtəlif nahiyyələrinə təpik yumruqla vuraraq onu döymüşdür. hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Sevinc 2018-ci ilin dekabr ayında onlarla qonşu yaşayan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nigahlarından 1 oğlan övladları vardır. Sevinc ailəsi ilə birikdə Abşeron rayonu Mehdiabad qəsəbəsində Gənclər şəhərciyində yaşayır. Mütəmadi olaraq kürəkəni Vüqar onun qızı Sevinc ilə səbəbsiz yerə mübahisə edirmiş ancaq, onun bunlardan xəbəri olmamışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə axşam saat təxminən 23:30 radələrində qızı Sevinc onun istifadəsində olan mobil nömrəyə zəng edib bildirmişdir ki, Vüqar onu döymüş o da qaçıb qonşuya getmişdir. Xahiş etmişdir ki, tez gəlib onu aparsın. Bundan sonra onunla qonşu yaşayan qudası yəni Sevincin qaynanası Laləzar gilə gedib ona baş verənlər barədə danışmış və bildirmişdir ki, yoldaşında götürübonlara gedsinlər. Qızı Sevincin qonşusu onları 3-cü mərtəbədə qarşılamış və öz evinə aparmışdır. Həmin vaxtı Sevinci öz az yaşlı oğlu qucağında görmüşdür. Ona yaxınlaşanda Sevincin halı özündə olmamışdır. Onunla bərabər qonşunun evinə qudası Laləzar da daxil olmuşdur. Kürəkəni Vüqarın qardaşı Vüsal isə qardaşı Vüqarın evinə qalxmışdır. Oğlu Hüseyn isə onları binanın qarşısında çöldə gözləmişdir. Yəni, o mənzilə daxil olmamışdır. Onları həmin ünvana oğlu Hüseyn öz avtomobili ilə aparmışdır. Qızı Sevinc ilə Vüqarın arasında baş vermiş dava dalaşı görməmiş ancaq, Sevincin öz deməsinə görə Vüqar onu təpik-yumruqla döyüb və əlindəki özünə məxsus bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə xəsarət yetirmişdir. Sevinci görən zaman Sevincin boğazında, sinəsində, budlarında, belində, qulağında, sifət nahiyyəsində və baş nahiyyəsində bir neçə xəsarətlər aşkar etmişdir. Sevincdən həmin xəsarətləri nə vaxt harda hansı şəraitdə almasını soruşanda Sevinc demişdir ki, həmin xəsarətləri ona Vüqar təpik yumruq və əlindəki bıçaqla yetirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu Vüqarın həyat yoldaşıdır. Onlar birikdə Abşeron rayonu Mehdiabad qəsəbəsində Gənclər şəhərciyində yaşayırlar. Gəlni Sevincin anası, atası onların Bakı şəhəri Nərimanov rayonu Dərnəgül şosessində yaşadıqları məhlədə onlarla qonşu yaşayırlar. Onlarla aralarında hər hansı bir ədavət və düşmənçilikləri yoxdur. Vüqarın Sevinclə birgə nigahlarından 1 az yaşlı oğlan övladları vardır. İndiyə qədər Vüqar və Sevincin aralarında hər hansı bir söz söhbətin olmasını eşitməmişdir. Sevincin oğlunu yəni nəvəsini özü saxlayır anası Sevinc işə gedir. Sevinc Mudafiə Nazirliyində hərbiçi kimi xidmət edir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə axşam saat təxminən 19 radələrində gəlni Sevinc onlara işdən gəlmişdir. Həmin vaxtı axşam yeməyini yeyib qurtardıqdan sonra oğlu Vüqar işdən evə gəlmişdir. Sevincin telefonu oğlu Vüqarda olduğu üçün onun telefonuna başqa bir nömrədən zəng gəlmiş Vüqarda həmin telefona cavab verib səhv düşdüyünü demişdir. Vüqar evə gəldikdən sonra həmin nömrənin kimə məxsus olduğunu müəyyən etmək üçün gəlni Sevincdən soruşmuşdur. Sevinc isə həmin nömrəni tanımadığını bildirmişdir. Bundan sonra Vüqar çıxıb getmiş ona da demişdir ki, sən gəlnindən soruş bəlkə sənə düzünü deyər. Laləzar isə gəlnindən bu barədə soruşsada Sevinc tanımadığını demişdir. Həmin günü oğlu evə gəlməmiş gəlni Sevinc də nəvəsi ilə birlikdə onlarda qalmışlar. Səhəri günü yəni xx.xx.2020-ci il tarixdə axşam saatlarında oğlu Vüqar onlara gəlib ailəsinidə götürüb özü ilə öz yaşadıqları evə aparmışdır. xx.xx.2020-ci il tarixdə axşam saat təxminən 23:30 radələrində qudası Tamara onun yaşadığı ev telefonuna zəng vurub demişdir ki, sən hazırlaş gedək Vüqar gilə Vüqar Sevinclə mübahisə edib. Bundan sonra Tamara öz oğlu ilə evlərinə gəlib onuda götürüb oğlu Vüqarın yaşadığı Mehdiabad qəsəbəsindəki evə getmişlər. Onların yaşadığı binanın qarşısına çatdıqda Laləzar yuxarı çıxmış onlarda onun ardınca getmişlər. Həmin vaxtı görmüşdür ki, Vüqar evdə təkdir nə baş verdiyini Vüqardan soruşduqda Vüqar demişdir ki, Sevincdən onun telefonuna zəng edən şəxsin kimliyini soruşmuş Sevinc isə bundan sonra uşağıda götürüb çıxıb getmişdir. Hara getdiyini isə ona deməmişdir. Sonra aşağı düşmək istəyərkən görmüşdür ki, aşağıdakı qonşunun evindən qudası Tamara öz qızı ilə birlikdə çıxırlar onlara yaxınlaşıb gəlni Sevincdən nə baş verdiyini soruşmuş Sevinc isə demişdir ki, nömrənin üstündə Vüqarla aralarında mübahisə olmuş və Vüqar onun saçını yolmuşdur. Bundan sonra gəlini Sevincə demişdir ki, çıxıb gedək öz evimizə ancaq, Tamara qızını öz evinə aparmışdır. Gəlni Sevincin yalan danışdığını Vüqarın onun yanında Sevinci döymədiyini onun isə onları aralaşdırmadığını qeyd etmişdir. Eyni zamanda Vüqarın Sevinci öz evlərində döyməsini görməmişdir. Laləzar gəlni Sevinci görən zaman onun bədənində heç bir xəsarət olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xocavənd rayonu Əmirallar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Gənclər Şəhərciyində bina 8, 1-ci blokun, 3-cü mərtəbəsində yerləşən 20 nömrəli mənzildə ailəi ilə birlikdə yaşayır. Onunla eyni binada 4-cü mərtəbədə yaşayan Zərərçəkmiş şəxs və onun həyat yoldaşı Təqsirləndirilən şəxs tanımır onlarla aralarında heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2020-ci il tarixdə axşam saat 23:40 radələrində evinin qapısının çöl tərəfində binanın giriş blokunda olan zaman pilləkənlə yuxarıdan 1 nəfər qadının qucağında uşaq onunla qonşu yaşayan X2 evinə girdiyini görmüşdür. Xanım Cahangirin evinə daxil olmaq istəyərkən onun həyat yoldaşı onun ardınca gələn zaman xanım yoldaşını görüb ona kömək edin qoymayın dediyini eşitmişdir. Həmin vaxtı heç bir dava dalaş görməmişdir. hadisədən təxminən 1 saat sonra həmin xanımın valdeyinlərinin gəlib onu Cahangirin evindən apardıqlarını görmüşdür. Məhkəmə iclasnda tədqiq edilmiş iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 1150 saylı rəyi ilə müəyyən edilir ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ gicgah-təpə nahiyyəsinin, sol saidin ön səthinin orta 3\1-nin, sol əlin arxa səthinin və sol dizin bayır səthinin kəsikləri- batıcı-kəsici alətin, o cümlədin bıçağın təsirindən törənmişdir, sol göz orbitinin, sol qulaq seyvanının və çənəaltı nahiyyənin hematomaları, sol dirsəyin ön səthinin, sol saidin ön orta 3\1-nin, sol biləyin ön bayır səthinin, hər iki kürək nahiyyəsinin qançırları və üst dodağın içəri səthinin şişkinlik fonunda yarası bərk küt əşyanın təsirindən törənmişdirlər. Qərarda qeyd olunan müddətdə və şəraitdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işində olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-nin İŞ-də xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülməlidir. Hökmün icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Nərimanov rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayonu vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 240 (iki yüz qırx) manat Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, və məhkəmə istintaqı zamanı Müdafiəçi2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-162/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-162/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver