Məhkəmə qərarları › İş №1(012)-162/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-162/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-162/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, məhkəmə istintaqında barəsində “həbs ” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, 13 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 20 manat pul müqabilində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 1,302 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 14 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, "xxxx" yaşayış kompleksi, A bloku, 12-ci mərtəbənin dəhlizində olan zaman Abşeron RPİ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılıb, Abşeron RPİ-nin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 1,302 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmir. Fiziki və psixi cəhətdən sağlamdır. Şübhəli şəxs qismində saxlanıldığı anda ona hüquq və vəzifələri izah edilmişdir. O, təxminən 2017-ci ildən psixotrop maddə olan metamfetamin istifadəçisidir və metamfetamini çəkmək yolu ilə istifadə edir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, “Mono” marketin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb üzərində psixotrop maddə olan metamfetamin olmağında şübhəli olduğunu bildirərək Abşeron RPİ-nə dəvət etmiş və Abşeron RPİ-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən R.Məmmədovdan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o da əynindəki göy rəngli, cins şalvarın sol qabaq yan cibindən çıxardığı bir ədəd şəffaf rəngli sellofona bükülmüş, bir bükümdən ibarət olan psixotrop maddə metamfetamini təqdim etmişdir. 01 ədəd şəffaf rəngli sellofona bükülmüş, 01 bükümdən ibarət olan, ağ-şəffaf rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütləni özü könüllü surətdə təqdim etmiş, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni xx.xx.2022-ci il tarixdə.Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 1 ildir narkotik vasitə heroin istifadəçisidir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, "xxxx" MTK yaşayış kompleksinin dəhlizində olan zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibində xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində əldə etdiyi narkotik vasitə heroin olmuşdur. Həmin vaxt mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Ona üzərində narkotik vasitə heroin olmağında şübhəli olduğunu bildirərək Abşeron RPİ-nə dəvət etmişlər. Orada müdafiəçi dəvət olunduqdan sonra Abşeron RPİ-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs də əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən çıxardığı bir ədəd şəffaf rəngli sellofona bükülmüş, bir bükümdən ibarət olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sellofona bükülmüş, bir bükümdən ibarət olan narkotik vasitə heroinə bənzər kütləni özü könüllü surətdə təqdim etmiş, həmin kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütləni xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində narkotik vasitə heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə 14 sentyabr 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə 16 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, "xxxx" MTK yaşayış kompleksi, A bloku, 12-ci mərtəbənin dəhlizində olan zaman xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim etmiş və onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli, idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, bir bükümdən ibarət olan narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş, bir bükümdən ibarət olan narkotik vasitə heroinə bənzər kütlə içi boş kağız zərfə qoyularaq müvafiq qaydada qablaşdırılış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli, idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, bir bükümdən ibarət maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Nicat bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş, bir bükümdən ibarət narkotik vasitə heroindir və həmin narkotik vasitə heroini 20 manat müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Polis əməkdaşlarına onun narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuş, həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslər də təsdiq edə bilərlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində narkotik vasitə heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Şahid1 iştirakı ilə sonuncu tərəfindən 14 sentyabr 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində mən və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, "xxxx" MTK yaşayış kompleksi, A bloku, 12-ci mərtəbənin dəhlizində olan zaman xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim etmiş və onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli, idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, bir bükümdən ibarət olan narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş, bir bükümdən ibarət olan narkotik vasitə heroinə bənzər kütlə içi boş kağız zərfə qoyularaq müvafiq qaydada qablaşdırılış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli, idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, bir bükümdən ibarət maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Nicat bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş, bir bükümdən ibarət narkotik vasitə heroindir və həmin narkotik vasitə heroini 20 manat müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Polis əməkdaşlarına onun narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuş, həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslər də təsdiq edə bilərlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli, idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, bir bükümdən ibarət olan, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. İş üzrə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 6/5206 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqat obyekti üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərində götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə...” sözləri, imzalar “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan, bir ədəd ağ rəngli kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,302 (qalıq 1,252) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 23 noyabr 2022-ci il tarixli, 7074 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Hacıyev X2 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü madddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəriməni tam ödəmişdir. Hal-hazırda məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Maarif Abbasov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 16 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Abşeron RPl-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs istintaqa gəlməkdən qəsdən yayınaraq çağırışlara gəlməmiş, istintaqdan qaçıb gizlənmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğundan 26 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulmasına dair qərar qəbul edilərək, həmin tarixdə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və 26 oktyabr 2022-ci il tarixdə qəbul edilmiş qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılımışdır. 21 noyabr 2022-ci il tarixdə Hacıyev X4 RPİ-nin əməkdaşları tərəfindən tutularaq Abşeron RPİ-nin X5 təhvil verildiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaq davam etdirilmişdir. 23 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri qüvvəsində saxlanılmış və o, Abşeron RPİ-nin X3 dərhal azad olunmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-162/2023 nömrəli qərar ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğundan axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixdən tutularaq Abşeron RPİ –nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, residiv və məhkumluğu olmasa da əvvəllər məhkum olunmasını onun şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlamılmalı, cəzaçəkməsinin əvvəli həbs olunduğu vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq 1.252 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 04 (dörd) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 01(bir) il 05(beş) ay 26(iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 1.252 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar