Məhkəmə qərarları › İş №1(012)-163/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-163/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-163/2023 10.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1975-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 dekabr 2021-ci il tarixdə saat 01:00 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə, sonra isə həyətdə yerləşən, saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 360 manat olan 4 (dörd) baş quzu və dəyəri 230 manat olan 1 baş qoyunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 590 (beş yüz doxsan) manat maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İİ siyahısına daxil edilmiş 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,350 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edib əynində olan mavi rəngli cins şalvarın sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu Qobu qəsəbəsi ərazisinə daşımaqla saxlamış, 03 sentyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən həmin 1,350 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsi Ə.Bayramov küçəsi ev 23 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi şəkildə qaynaqçı kimi fəaliyyət göstərməklə ailəsini dolandırır. Uzun müddətdir narkotik vasitə aludəçisidir. Zərərçəkmiş şəxs yaşadığı qəsəbə sakini kimi tanımış, ancaq Rövşənlə heç bir münasibəti olmamışdır. Rövşənin evi ilə onun evi arasında təxminən 100-150 metr məsafəsi vardır. Rövşən evinin həyətyanı sahəsində yerləşən tövlədə xırdabuynuzlu heyvanlar saxlamaqla məşğul olur. Bundan məlumatı olduğu üçün 31 dekabr 2021-ci il tarixdə saat 01:00 radələrində evdən çıxaraq Rövşənin evi istiqamətində getmişdir. Evin həyətyanı sahəsi daş hasarla əhatə olunduğundan hasardan aşmaqla həyətə daxil olmuşdur. Daha sonra heyvanların saxlanıldığı tövlənin qapısına yaxınlaşmışdır. Qapını açıb içəri daxil olduqdan sonra oradakı heyvanlardan 4 baş quzu və 1 baş qoyunu oğurlayıb tövlədən çıxarmışdır. Ardınca heyvanları hasarın açıq yerindən çıxarmaqla öz evinin həyətinə gətirib orada saxlamışdır. Heyvanları bir müddət həyətdə saxladıqdan sonra qəssablara satmaq qərarına gəlsə də, ertəsi gün kənd sakinlərindən Rövşənin oğurluqla bağlı Qobu polis bölməsinə şikayət etdiyini eşitmişdir. Polislərin onu tapacaqlarından qorxduğu üçün heyvanları aparıb Rövşənə qaytarmışdır. 2022-ci ilin sentyabr ayında polis əməkdaşları oğurluğu onun törətdiyini müəyyən edərək onu polis idarəsinə aparmışlar. Bundan başqa 03 sentyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Abşeron rayon İcra Hakimiyyəti başçısının Qobu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığında piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və özlərini təqdim etmişlər. Daha sonra həmin şəxslər ondan özünü təqdim etməsini xahiş etmişlər. Polis əməkdaşlarına ad-soyadını dedikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma əməlini törətməkdə şübhəli olduğu üçün saxlanıldığı bildirilmiş, saxlanıldığı yerdə müvafiq sənədləşmə aparılması mümkün olmadığından Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə dəvət edilmişdir. Buna etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə polis bölməsinə aparılmışdır. Polis bölməsindəki otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və Abşeron rayon Vəkil Bürosunun vəkillərinin adlı siyahısı təqdim edilmişdir. Hüquqlarının vəkil Gülnar Mirzəməmmədova tərəfindən müdafiə edilməsini istəmiş, həmin vəkil polis bölməsinə gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkili ilə arasında konfidensial görüşə şərait yaradılmışdır. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakları ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. O, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü könüllü olaraq çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitəni nə vaxt, harada, kimdən, necə əldə etməsi və hansı məqsədlə üzərində daşıması barədə sual verildikdə, heroini 03 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını və daşıdığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində aparılan şəxsi axtarış davam etdirilmiş, ancaq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş sellofan bükümdə olan narkotik vasitə heroin elektron tərəzi vasitəsilə çəkilmiş, həqiqətən narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə ekspertizaya təqdim olunması üçün təhqiqatçı tərəfindən zərfdə qablaşdırılıb götürülmüş və zərfin üzərini imzalamışdır. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birgə protokolu imzalayaraq doğruluğunu təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərişıq” ASC-də böyük dispetçer işləyir. 31 dekbar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə və Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə edilmiş müraciətlər ona məxsusdur. Yaşadığı evin həyətində yerləşən tövlədə xırdabuynuzlu heyvanlar və toyuq-cücə saxlamaqla məşğul olur. Tövlənin qarşısı isə dəmir tor ilə əhatə olunmuşdur. 30 dekabr 2021-ci il tarixdə heyvanları tövlədə yerləşdirib dəmir toru bağladıqdan sonra yatmış, tövlənin dəmir qapısını örtsə də, kilid vurmamışdır. 31 dekabr 2021-ci il tarixdə yuxudan oyanıb tövləyə baxan zaman 4 baş quzunun, 1 baş qoyunun oğurlandığını aşkar etmişdir. Tövlədə ümumilikdə 4 baş quzu və 3 baş qoyun olsa da, 2 baş qoyun yerində olmuşdur. Evin hasarının yanına baxanda oradakı balaca yerin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Buna görə düşünmüşdür ki, oğurlanmış heyvanları həmin balaca sahədən çıxarmaqla oğurlamışlar. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları yaşadığı ünvana gəlib onun ərizəsini və izahatını aldıqdan sonra hadisə yerinə baxış keçirmişlər. Həmin gün axşam saatlarında Qobu qəsəbəsində yaşayan Qılman adlı şəxs polisə şikayət etdiyini bilib qorxduğu üçün oğurladığı heyvanları gətirib qaytarmış və ondan şikayətini geri götürməsini xahiş etmişdir. O, heyvanları təhvil alıb şikayətini geri götürəcəyini bildirmişdir. Hazırda oğurlanmış heyvanlar özündədir. Oğurlanmış 4 baş quzunun hər birinin diri halda çəkisinin 10 kiloqram, 1 baş qoyunun diri halda çəkisinin isə 25 kiloqram olmuş, quzuların 3 başı erkək, 1 baş quzu və 1 baş qoyunun dişi cinsli olmuş, quzuların hər birinin 3 aylıq, qoyunun isə 3 illik olmuş, quzuların hər birinin qiymətinin 100 manat, qoyunun qiymətinin isə 250 manat təşkil edir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2021-ci ildən Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin rəis müavini işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 03 sentyabr 2022-ci il tarixdə polis bölməsinə Abşeron rayonu Qobu qəsəbəsi Ə.Bayramov küçəsində yaşayan 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroindən istifadə etməsi, üzərində gəzdirməsi, satışı və yaşadığı evin həyətyanı sahəsində gizlətməsi, həmçinin oğurluq cinayəti törətməsi barədə məlumat daxil olmuşdur. Ona görə də həmin tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis bölməsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra onun və Abşeron rayon Polis İdarəsinin Post-patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saat 11:00 radələrində yaşadığı küçədə saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsində müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin Şahid2 və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan büküm açılmış və oradan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, bükümü 03 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 10 manat pul verməklə aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisi dəqiqləşdirildikdən sonra təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar həmin protokolu düzgün hesab etməklə imzalamışlar. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manat pul qarşılığında aldığını dediyini, şübhəli şəxsin söylədiyinə görə əvvəllər heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2022-ci il tarixli 6/4754 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №245” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,350 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 1,300 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 17 noyabr 2022-ci il tarixli 6885 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “X2” MMC-nin 19 sentyabr 2022-ci il tarixli 104 nömrəli rəyindən görünür ki, tədqim olunan 4 baş quzunun və 1 baş qoyunun 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi təqribi dəyəri 590 manat məbləğində müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 31 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvanları oğurladığı hadisə yeri ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsidir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 iyul 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seşilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 1,300 qram narkotik vasitə olan heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində narkotik vasitə heroini polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs oğurladığı heyvanları ona geri qaytardığına görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsələ barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,300 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri ləğv edilsin, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,300 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar