Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-163/2025 10.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Qax rayonu, Ləkit kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Zaqatala rayonu, Mücəkbinə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi nömrəsiz fərdi yaşayış evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən icarəyə verilən tikinti materiallarının anbarının müdiri Zərərçəkmiş şəxs tikintidə istifadə edilən qurğuları (materialları) icarəyə götürüb işlətdikdən sonra geri qaytaracağına dair yalandan vəd verib əvvəlcə 2 ay müddətində götürdüyü materialların icarə haqqını ödəməklə etibarını qazanaraq Bakı şəhərində və Qax rayonunda tikinti işləri gördüyünü yalandan bildirib 18 aprel 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək olan müddət ərzində həmin anbardan 6980 manat dəyərində 349 ədəd təzə dikt, 4110 manat dəyərində 13,74 kub 5X10 ölçülü taxda, 6800 manat dəyərində 680 kv metr lesa, 14730 manat dəyərində 491 ədəd dəmir dirək, 4347 manat dəyərində 1890 ədəd ciloz, ümumilikdə vahid niyyətlə 36967 (otuz altı min doqquz yüz altmış yeddi) manat məbləğində materialları icarəyə götürmək adı ilə alıb dəyərindən aşağı qiymətə müxtəlif şəxslərə sataraq Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirib 36967 (otuz altı min doqquz yüz altmış yeddi) manat məbləğində, xeyli miqdarda maddi zərər vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, fərdi qaydada tikintilərdə işləməyinə baxmayaraq borcları yaranmış və həmin borcları ödəyə bilməmişdir. Uzun illərdir ki, o,ayrı-ayrı rayonlardan qara metal toplayaraq gətirib metal qəbulu məntəqələrinə təhvil verməklə dolanışığını təmin etmişdir. Sonradan qərara gəlmişdir ki, borclarını qaytarmaq üçün tikinti materialları icarəyə verən məntəqələrdən tikinti materialları götürüb sataraq borclarını versin. Bu səbəbdən 18 aprel 2023-cü il tarixdə o,Abşeron rayonu,Məmmədli kəndində yerləşən, sonradan tanıdığı Nəriman adlı şəxsin icarəyə tikinti materialları verdiyi məntəqəyə gedərək ondan ilkin olaraq iki aylıq icarə şərti ilə 444 manat dəyərində, 890 ədəd qəlib sıxıcı ciloz və iki aylıq icarəyə, 200 manat dəyərində 100 ədəd dirək götürmüş,həmin materialların icarə pullarını nağd şəkildə ödəmişdir.Həmin materialları o, ora getdiyi Dədəş adlı şəxsə məxsus «Qazel» markalı avtomobilə yükləmiş və onun pula ehtiyacı olduğu üçün həmin materialları Quba şəhərində yerləşən, tikinti materiallarının icarəyə verildiyi, Azad adlı şəxsə məxsus məntəqəyə aparmışdır. Orada Azadla bir qədər söhbət etmiş və 890 ədəd cilozu 534 manata, 100 ədəd dirəyi isə 1700 manata satmışdır. Daha sonra Dədəşlə Bakı şəhərinə qayıtmış və Dədəşə 250 manat yol pulu vermiş, qalan pulu isə borclarına vermişdir. Daha sonra 20 aprel 2023-cii il tarixdə o, əmisi oğlu Arifə məxsus «Qazel» markalı avtomobillə Nərimana məxsus məntəqəyə getmiş və yenidən oradan iki aylıq icarəyə 125 ədəd dirək götürmüş və 250 manat icarə pulunu vermişdir. Həmin dirəkləri o, əmisi oğlu Ariflə birlikdə avtomobilə yükləmiş və yenədə Quba şəhərinə yola düşmüşlər. Orada o, 125 ədəd dirəkləri 2125 manata Azada satmış və Bakı şəhərinə geri qayıtmışlar.O, 250 manat Arifə avtomobil pulu vermiş, qalan pulu isə borclarına vermiş, bir hissəsini isə şəxsi ehtiyacına xərcləmişdir. 18 may 2023-cü il tarixdə o, təkrarən əmisi oğlu Ariflə birlikdə Nərimana məxsus məntəqəyə getmiş və 41 ədəd, iki aylıq icarəyə dikt götürmüş və bunun qarşılığında 176 manat icarə pulu ödəmişdir. Eyni qaydada yenədə Quba şəhərinə gedərək həmin diktləri 410 manata Azada satmış və geri qayıtmşlar. O. Arifə avtomobil pulu kimi 250 manat pul vermişdir. 23 may 2023-cü il tarixdə o,təkrarən əmisi oğlu Ariflə birlikdə Nərimana məxsus məntəqəyə getmiş və 65 ədəd, iki aylıq icarəyə dikt götürmüş və bunun qarşılığında 292 manat 50 qəpik icarə pulu ödəmişdir. Eyni qaydada yenədə Quba şəhərinə gedərək həmin diktləri 650 manata Azada satıb geri qayıtmışlar. O, Arifə yol pulu kimi 250 manat pul vermişdir.Bundan sonra 25 may 2023- cü il tarixdə o,yenədə əmisi oğlu Ariflə birlikdə Nərimana məxsus məntəqəyə getmiş və 400 ədəd, iki aylıq icarəyə dəmir cilozlaı* götürərək 100 manat icarə haqqı ödəmiş və Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özünün işlədiyi sexə aparıb qoymuşdur. Bundan sonra 27 may 2023-cü il tarixdə əmisi oğlu Arifin idarə etdiyi avtomobillə yenədə Nərimanın qeyd etdiyi məntəqəsinə gedərək 87 ədəd, iki aylıq icarəyə dikt götürərək 391 manat 50 qəpik icarə haqqı ödəyib onlarıda aparıb özünün sexinə yığmışdır. Bundan sonra 03 iyun 2023-cü il tarixdə o, yenədə əmisi oğlu Ariflə birlikdə Nərimana məxsus məntəqəyə gedərək 15 ədəd iki aylıq icarə şərti ilə dik, 1000 ədəd, 5x10 ölçüdə, 90 santimetirlik 4,5 kub taxda götürmüş və iki aylıq 508 manat 50 qəpik icarə pulunu verib aparıb həmin materiallarıda öz sexinə yığmışdır ki, bir qədər orada yük yığıldıqdan sonra aparıb Azada satsın.Eyni ilə 11 iyun 2023-cü il tarixdə o, yenədə əmisi oğlu Ariflə birlikdə Nərimanın qeyd etdiyi məntəqəsinə getmiş, o, yenədə oradan iki aylıq icarəyə 120 ədəd ayaq altı lesa, 13 ədəd uzun qol, 10 ədəd qısa qol, 5x10 ölçüdə, 90 santimetirlik, 2.5 kub taxda, 5x10 ölçüdə, 2 metirlik, 3 kub taxda, 5x10 ölçüdə, 4 metirlik,3 kub taxda götürərək iki aylıq icarə haqqı üçün 1020 manat 70 qəpik ödəyərək götürmüş və öz seximə gedərək əvəlcədən götürüb ora yığdığı, yuxarıda qeyd etdiyi materiallarıda götürüb yenədə Quba şəhərinə Azadın yanma aparmış və ümumilikdə 3000 manata satmış və yenədə Arifə 250 manat yol pulu vermiş, digər pulları isə həm borclarına və şəxsi istifadəsi üçün xərcləmişdir. O, 18 iyun 2023-cü il tarixdədə Arfilə birlikdə Nərimanın məntəqəsinə gedərək iki aylıq icarə şərti ilə 148 manat 50 qəpik ödəməklə 33 ədəd dikt götürmüş və həmin materiallar az olduğu üçün aparıb öz sexinə yığmışdır. Bundan sonra yenədə əmisi oğlu Ariflə birlikdə 16 iyun 2023-cü il tarixdə Nərimana məxsus məntəqəyə gedərək iki aylıq icarə şərti ilə 200 ədəd dəmir dirək və 600 ədəd ciloz götürərək iki aylıq 350 manat icarə haqqı ödəmiş və öz sexinə aparıb boşaltmışdır. Bundan sonra yenədə əmisi oğlu Ariflə birlikdə 20 iyun 2023-cü il tarixdə Nərimana məxsus məntəqəyə gedərək iki aylıq icarə şərti ilə 120 ədəd Bakı lesası, 160 ədəd Türkiyə lesası, 124 ədəd uzun qol, 62 ədəd qısa qol götürərək iki aylıq 250 manat icarə haqqı ödəmiş və öz sexinə gedərək ora əvvəlcədən yığdığı digər materiallarıda avtomobilə yükləyib Quba şəhərinə aparıb təxminən 4000 manata Azada satmışdır. Sonradan yenədə Bakı şəhərinə qayıtmış və Arifə 250 manat yol pulu vermişdir. Əmisi oğlu Arif onun Nərimanı aldatmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəllərindən tanıyır düşmənçilik və ədavəti yoxdur. O,bir neçə müddətdir ki, tikinti işləri ilə məşğul olmuş və sonradan Abşeron rayonu, Məmmədli kəndi ərazisində icarəyə ambar götürərək orada «Tikinti İşlərində istifadə edilən qurğuların» icarəyə verilməsi obyektini açmış və müxtəlif qurğuları icarəyə verməyə başlamışdır.Satıcı və nəzarətçi kimi yanma Şahid1 götürmüdır.O, gündəlik olaraq özü də həmin ambarda olub işlərə nəzarət etmiş, lakin o, olmadığı müddət ərzində işləri Şahid1 aparmışdır. Belə ki, 18 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ambara gələrək Qax rayonunda və Bakı şəhərinin Biləcəri qəsəbəsində tikinti işləri gördüyünü və ona icarəyə materiallar verməyini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədə baxış keçirmiş və ona iki aylıq icarəyə tikintidə istifadə edilən qurğuların (materialların) verilməsi qərarına gəlmişlər.Həmin vaxt Təqsirləndirilən şəxs yanlarına Dədəş kimi özünü bizə təqdim edən şəxsin «Qazel» markalı, 10- SM-508 dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişlər. Tehran ondan 890 ədəd qəlib sıxıcı ciloz və 100 ədəd dəmir dirək götürüb həmin materialların iki aylıq istifadəsi üçün 644 manat, yəni 444 manat ciloz üçün, 200 manat isə dəmir dirəklər üçün pul ödəyərək aparıb getmişdir. Bundan iki gün sonra, yəni 20 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əmisi oğlu Arif adlı şəxsin idarə etdiyi, dövlət qeydiyyat nişanların xatırlamadığı «Qazel» markalı avtomobillə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlardan 125 ədəd dəmir dirək götürmüş və iki aylıq icarə haqqı üçün 250 manat pul ödəyib getmişdir. Bundan sonra 18 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenədə əmisi oğlu Ariflə birlikdə obyektə gələrək 41 ədəd istifadə edilməmiş, təzə dikt götürmüş və iki aylıq icarə haqqı üçün 352 manat pul ödəyərək aparıb getmişlər. Bundan sonra 23 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenədə əmisi oğlu Ariflə birlikdə gələrək 65 ədəd dikt götürərək bir aylıq icarə üçün 292 manat 50 qəpik ödəmiş və həmin diktləri avtomobilə yükləyib getmişlər. Bundan sonra 25 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenədə əmisi oğlu Arfılə birlikdə gələrək 400 ədəd qəlib sıxıcı ciloz götürüb bir aylıq icarə üçün 100 manat pul ödəyərək avtomobilə yükləyib getmişlər.27 may 2023- cü il tarixdə Təqsirləndirilən şəxs yenədə əmisi oğlu Ariflə birlikdə gələrək 87 ədəd dik götürərək bir aylıq icarə üçün 391 manat 50 qəpik ödəyərək götürüb aparmışlar. 03 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenədə əmisi oğlu Ariflə birlikdə gələrək 13 ədəd dikt və 4,5 kub 5X120 ölçüdə,90 santimetirlik taxda götürərək bir aylıq icarəyə götürmüş, lakin ödənişlərini sonra edəcəyini demişdir. Bundan başqa 11 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenədə əmisi oğlu Ariflə birlikdə gələrək 120 kv metr ayaq altı lesa, 2,5 kub, 5x10 ölçüdə, 90 santimetirlik taxda, 3 kub, 5x10 ölçüdə, 2 metirlik taxda, 3,7 kub, 5x10 ölçüdə, 4 metirlik taxda bir aylıq icarəyə götürmüş, lakin bunlarında icarə pulunu sonra ödəyəcəyini deyərək götürüb aparmışdır. Bundan başqa 16 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun işçisi Şahid1 votsap proqramı vasitəsi ilə sms yazaraq özünün gələ bilmədiyini deyib xahiş etmişdir ki, ona yenədə icarəyə materiallar versinlər.Razılıq verdikdən sonra Təqsirləndirilən şəxs əmisi oğlu Arif gələrək 200 ədəd dəmir dirəklər və 600 ədəd ciloz götürərək avtomobilə yükləyib aylıq icarə pulunu sonra ödəyəcəklərini deyərək götürüb aparmışlar.Bundan başqa 18 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenədə əmisi oğlu Ariflə birlikdə gələrək 33 ədəd dikt götürərək aylıq icarə pulunu materialları qaytardığı zaman ödəyəcəyini deyərək götürüb aparmışlar.Bundan başqa 20 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenədə əmisi oğlu Ariflə birlikdə gələrək 310 kv metr ayaq altı lesa götürərək aylıq icarə pulunu materialları qaytardığı zaman ödəyəcəyini deyərək götürüb aparmışlar. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs yenədə əmisi oğlu Ariflə birlikdə yanma qayıdaraq 250 kv metr lesa götürüb pulunu sonra ödəyəcəyini deyərək getmişlər. Sonuncu dəfə 20 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenədə əmisi oğlu Ariflə birlikdə gələrək 66 ədəd dəmir dirək və 110 ədəd dikt götürüb icarə pulunu sonra ödəyəcəyini deyərək götürüb aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs yeııədən ondan materiallar istədikdə Tehrandan şübhələnməyə başladığı üçün materiallar verməmiş və tələb etmişdir ki, bir neçə ay öncə götürdüyü materialları qaytarsın və aylıq icarə pullarını ödəsin. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmiş, dəfələrlə zənglər edərək materialları gətirib qaytarmasını tələb etsə də Teharn Bəhərçiyev müxtəlif bəhanələrlə aldatmağa başlamış və bu səbəbdən Şahid1 Abşeron RPl-nin Mehdiabad PB-nə göndərmiş və Cəmil ərizə ilə müraciət etmişdir. Həmin obyekti təzə açdığı üçün tikintidə istifadə ediləcək bütün materialları təzə almış, Təqsirləndirilən şəxs verdiyi bütün materiallar təzə olımışdur. Belə ki, Təqsirləndirilən şəxs onlardan ümumilikdə 349 dəd təzə dikt götürmüş və onun maya dəyəri 6980 manat, 13.74 kub 5X10 ölçülü taxda götürmüş, həmin taxdaların ümumi dəyəri 4110 manat, 680 kv metr lesa götürmüş, ümumilikdə maya dəyəri 6800 manat, 491 ədəd dəmir dirək, ümumilikdə maya dəyəri 14730 manat, 1890 ədəd ciloz götürmüş, ümumilikdə maya dəyəri 4347 manat, qeyd etdiyi materialların ümumilikdə dəyəri 36967 (otuz altı min doqquz yüz altmış yeddi) manat məbləğində tikintidə istifadə edilən materiallarımızı götürüb qaytarmamış, bunlardan başqa isə həmin materialları bu günədək özündə saxlayaraq bir neçə ay ərzində aylıq bizə 5100 manat ziyan vurmuş, belə ki, icarə puluna görə Təqsirləndirilən şəxs 30600 (otuz min altı yüz) manat icarə pulu ödəməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, X2 Gənclər İdman Məktəbidə Takevando üzrə baş məşqçi işləməyinə baxmayaraq boş vaxtlarında yaşadığı evin qarşısında tikinti avadanlıqlarının satışı və icarəsi ilə məşğul olur, rəsmi olaraq vergi ödəyicisidir. Təxminən 2017-ci ildə bu işlə məşğul olmuş,Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin yay aylarından tanımış, belə ki həmin ərəfədə Tehran işlədiyi obyektə xamıtları gətirib satdığını bildirmişdir. Təxminən 300-400 ədəd o, Tehrandan nağd pula xamıt almışdır. Bundan sonra onların münasibəti yaranmış, Tehran ondan başqa şəxslərdə Quba və Xaçmaz rayonlarına xamıt satışı ilə məşğul olmuşdur. Tehran ilk dəfə Qazel markalı yük avtomobili ilə işlədiyi obyektə gəlmiş, ona xamıt satan zaman onlarbir-birininə telefon vermiş, həmin vaxt Tehran bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən X3 İdarəsinin yaxınlığındakı obyektdə xamıt düzəltməklə məşğul olur. Həmin obyektin sahibində işlənmiş armatur və digər tikinti materiallarının olduğunu bildirmiş, ona nəsə lazım olduğu təqdirdə müraciət edə biləcəyini demişdir.Təxminən 5-6 ay sonra o,işləri ilə əlaqədar Bakı şəhərinə gəlmiş və Tehranla telefon əlaqəsi saxlayıb onun işlədiyi obyektə getmişdir.Həmin vaxt o, həmin obyektdə tikinti materiallarının çoxlu sayda olduğunu görmüşdür.Tehran onu öz müdiri ilə tanış etmiş, adını xatırlamadığı şəxs özünü obyekt sahibi kimi təqdim etmişdir.O, həmin şəxsə demişdir ki, ona dəmir dirəklər, armatur, xaıııut və taxtalar lazımdır. Həmin vaxt o, təxminən 1000 manatlıq malın pulunu obyekt sahibinə Tehranın iştirakı ilə vermiş, aldığım materialları da Qazel markalı yük avtomobilinə yığaraq Quba rayonu Zərdabi qəsəbəsinə aparmışdır. Bundan sonra o, mütamadi olaraq əlaqə saxlamış və Tehrana mal olanda onunla telefon əlaqəsi saxlamasını xahiş etmişdir.Son zamanlar Tehran işlədiyi obyektə Arif adlı şəxslə birlikdə bir neçə dəfə gəlib Quba rayonundan müxtəlif yerlərdən metal yığıb aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur, aralarında yaxşı münasibətlər vardır. Təxminən 20 aprel 2023-cü il tarixdə əmisi oğlu Tehran ona demişdir ki, o, tikintidə istinfadə edən materialların icarəsi ilə məşqul olur, ona bu işdə kömək etsin, yəni idarə etdiyi «Qazel» markalı yük avtomobilə yükləyib onun deydiyi yerə aparıb boşaltsın. O, da razılaşdından sonra əmisi oğlu Tehranla birlikdə dediyi yerə, yəni sonradan adının Nəriman Mehdizadə bildiyi şəxsin tikintidə istifadə olunan materialların icarə verdiyi obyektə gedib bir neçə dəfə oradan müxtəlif tkinti materialları yükləyib Quba rayonuna aparmışdır.Orda əmisi oğlu Azad adlı şəxsə materialları təşvil verib müxtəlif məbəlqəd pul almış, bunun müqabilində əmisi oğlu Tehran ona hər dəfə yol haqqı olaraq 250 manat pul vermişdir. O, sonradan bilmişdir ki, əmisi oğlu Tehran Nəriman adlı şəxsdən icarə adı ilə götürdyüyü tikintidə istifadə olunan materialları Azad adlı şəxsə ucuz qiymətə satıb materialları geri qaytarmayıb aldatmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər, Nərimanov Rayon Məkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Zaqatala Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-in xx.xx.2021-ci il tarixli aminstiya qərarının 2.5-ci bəndinə əsasən Bakı şəhər, Nərimanov Rayon Məkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilərək üzərindən məhkumluğu götürülmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə prosesində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, oun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməli, maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-163/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-163/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver