Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-164/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1990-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, bərbər, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ,Qarabağ döyüşlərində şəhid olmuş dayısı X2 qalmış, qanunsuz olaraq döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal edilmiş 03 ədəd qəlpəli “F-1” markalı əl qumbaralarının gövdə hissələri və 03 ədəd əl qumbarasının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş “UZRQM” tipli qumbara partladıcılarını əldə edib daşıyaraq idarə etdiyi “Tofaş” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilində və yaşadığı ünvanda saxlamış, xx.xx.2020-ci il tarixdə saat 18:05 radələrində o, Binəqədi rayonu, Bakı X3rşısında Binəqədi RPİ-nin PPXB-nın və 40-cı PB-nın əməkdaşları tərəfindən saxlanılaraq idarə etdiyi avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin sürücü oturacağın qapı ilə arasındakı rezinin altında 01 ədəd qəlpəli “F-1” markalı əl qumbarasının gövdə hissəsi, arxa oturacağının sağ tərəfinin altında 01 ədəd “UZRQM” tipli qumbara partladıcısı və xx.xx.2020-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 2 ünvanında keçirilmiş axtarış zamanı tikinti əşyaların saxlanıldığı otaqda yerləşən rəflərin arasında üzərində “tintini kids türk uşaq geyimləri” yazısı olan ağ rəngli sellofanda 02 ədəd partlayıcı qurğu hesab edilən zavod üsulu ilə istehsal edilmiş qəlpəli “F -1” markalı əl qumbaralarının gövdə hissələri və 02 ədəd əl qumbarasının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş “UZRQM” tipli qumbara partladıcıları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, evlidir və birgə nigahdan 3 azyaşlı övladı var, böyük övladının 9, ortancıl övladının 8, balaca uşağının 5 yaşı vardır. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında idarə etdiyi Tofaş markalı, dövlət qeydiyyat nişanı **-LT-*** olan avtomaşınla hərəkətdə olan zaman YPX əməkdaşları yol hərəkəti qaydasını pozduğu üçün onu saxlamışlar. O, avtomaşını yolun kənarına çəkərək saxlamış, YPX əməkdaşları ona yaxınlaşmışlar. Əməkdaşlar ona sənədlərini vermələrini bildirdikdə o, avtomaşına aid sənədləri onlara təhvil vermişdir. Bu zaman YPX əməkdaşları avtomaşında hər hansı qurğunun olubolmamasını soruşmuş və avtomaşınının içərisinə baxmışlar. Bu zaman onlardan biri avtomaşınında qumbara olduğunu görmüş və yaxınlığda olan PPX əməkdaşlarını çağırmışlar. PPX əməkdaşları ona yaxınlaşmış və avtomaşına baxarkən onlarda avtomaşında qumbara olduğunu görmüşlər. Onlar avtomaşının sürücü oturan oturacaq ilə qapı arasıdakı rezin altında olan bir ədəd əl qumbarasının korpusunu aşkar etmişlər. Bundan sonra həmin polis əməkdaşları digər polislərinı həmin yerə çağırmışlar. Bundan sonra digər polis əməkdaşlarıda həmin yerə gəlmiş və o özü avtomaşının arxa otiracağının sağ tərəf altında həmin əl qumbarasının alışqanını götürüb polis əməkdaşlarına tədqim etmişdir. Orada olan təhqiqatçı olanları protokollaşdırmış və qumbaraları götürmüşlər. Daha sonra polis əməkdaşları onu, əl qumbarasını və əl qumbarasının alışqanını avtomaşınınla birlikdə 40-cı PB-nə gətirmişlər. xx.xx.2020-ci il tarixdə onun yaşadığı evində qumbara olduğunu bildirmiş və ərizə verərək evində axtarış aparılmasına heç bir etirazı olmadığı yazmışdır. xx.xx.2020-ci il tarixdə hal şahidlərinin, müdafiəçinin və müstəntiqin iştirakı ilə evində axtarış aparılmış və evində otaqların birində rəflərin arasında selofana büküb saxladığı 02 ədəd əl qumbarasının gövdəsi, 02 ədəd alışdırıcı və gilizlər aşkar edilərək götürülmüşdür. Bununla əlaqədar fotoşəkillər çəkilmiş və protokol tərtib edilərkən tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq onda aşkara olunaraq götürülmüş əl qumbaralarını xx.xx.2020ci il tarixdə evin həyətində basdırılmış vəziyyətdə aşkar etmiş, həmin əl qumbaraları Qarabağ döyüşlərində şəhid olmuş dayısı X6 aid olduğunu, evi satdığından evdə söküntü işləri aparan zaman aşkar etdiyini, həmin əl qumbaralarını polisə təhvil vermək istəsə də, qorxduğu üçün təhvil vermədiyini, əl qumbaralarının evdə olması barədə heç kimin məlumatı olmadığını, əl qumbarasını maşında saxlamaqda məqsədinin onun heç kim olmayan yerdə atmaq istədiyini bildirmişdir. O, etdiyi əməldən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, ilk dəfə cinayət törətməsini və himayəsində üç azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Binəqədi RPİ-nin PPXB-nın 13-cü avtopatrul marşurutunda xidmət edir, polis serjantı rütbəsini daşıyır. O və digər iş yoldaşları, Şahid2 və Şahid3 Binəqədi rayonuda yerləşən Beynəlxalq Avtovağzal ərazisində xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində xidmətdə olan zaman Ekologiya postunun YPX-nın 684 nömrəli çağrış avtopatrulunun əməkdaşları “Tofaş” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün tabesizlik göstərməsi barədə məlumat verdikdə onlar dərhal həmin deyilən yerə getmiş və avtomobilin sürücüsünə yaxınlaşmışlar. Avtomobilin sürücüsünə özlərini təqdim edib vətəndaşı nizam-intizama dəvət etmişlər. Həmin sürücü özünü çox həyəcanlı və şübhəli aparırmışdır. Bu zaman onlar həmin avtomaşının oturacaq hissəsinə baxmış və orada partlayıcı (əl-qumbarası) alışdırıcısının olduğunu görmüşlər. Onlar dərhal bu barədə efir vasitəsi ilə ərazi üzrə Binəqədi RPi-nin 40-cı PB-na məlumat vermişdir. Bir müddət sonra bölmənin əməliyyat qrupu hadisə yerinə gəlmişlər. Əməliyyat qrupunun təhqiqatçısı onun, digər əməkdaşın və hal şahidlərini iştirakı ilə avtomaşına baxış keçirilmişdir. Baxış zamanı avtomaşının sürücü əyləşdiyi oturacaqda qapının aralığında rezin döşəmənin altında bir ədəd əl qumbarasının gövdəsi və arxa oturacağın alt hissəsində yun örtüyünün altında əl qumbarasının alışqanı aşkar edilərək götürülmüşdür. Həmin qumbara qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiqləmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, o, Binəqədi RPİ-nin 40-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə əməliyyat qrupunda olmuş, həmin gün saat təxminən 18 radələrində efir vasitəsi ilə Binəqədi rayonu Beynəlxalq avtovağzal ərazisində xidmət aparan PPX əməkdaşları şübhəli hal aşkar etdiklərini, Tofaş markalı **-LT-*** d.q.n.-lı avtomaşında partlayıcı maddəyə, yəni qumbaraya bənzər əşya gördüklərini bildirərək onları dərhal hadisə yerinə çağırdılar. Əməliyyat qrupunda olan əməkdaşlar o, və təhqiqaçi dərhal hadisə yerinə getmiş, hadisə yerinə çatan zaman post patrul xidmətinin əməkdaşlarının və qeyd olunan avtomaşının sürücüsü ilə birlikdə dayandıqlarını görmüşlər. Bölmənin baş təhqiqaçısı əməkdaşarın və hal şahidlərin iştirakı ilə avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşının sürücü əyləşdiyi oturacaqda qapının aralığında rezin döşəmənin altında bir ədəd əl qumbarasının gövdəsi və arxa oturacağın alt hissəsində yun örtüyünün altında əl qumbarasının alışqanı aşkar edilərək götürülmüşdür. Həmin qumbara qablaşdırılmış və onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 1990-cı il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə könüllü olaraq hərbi hissələrin birində xidmətdə olmuşdur. O, 1993-cü ilə kimi könüllü olaraq Qarabağ döyüşlərində fəal iştirak etmişdir. Bundan sonra onun qardaşı X1 döyüşlərində şəhid olduğundan onu Bakı şəhərinə döyüş zonasından qırağa çağırmışlar. X12 40 mərasimini yola verib yenidən Qarabağa yollanmışdır. O, 1996-cı ilə kimi xidmətdə olmuş, o, xidmətdə olan zaman oğlu Təqsirləndirilən şəxs da onunla birlikdə olmuş, o, çox çətin anlar yaşamağına baxmayaraq öz xidmətini yerinə yetirmişdir. Oğlu Təqsirləndirilən şəxs yaşadığı ünvanın bir qədər aralıda tikinti işləri aparırdı. Oğlu Təqsirləndirilən şəxs tutulması barədə xx.xx.2020-ci il tarixdə məlumatı olmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixdə səhər saatlarında oğlu və bir neçə polis əməkdaşları yaşadığı ünvana gəlmişlər. Həmin ünvanda onlar axtarış aparmış və tikinti əşyaları saxladığı otaqda olan rəflərin arasında selofana bükülmüş əşya tapmışlar. O, həmin əşyanın qumbara olduğunu görmüşdür. Həmin qumbaraların orada olması və oğlu Təqsirləndirilən şəxs tərəfindən tapılması barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, mərhum X11 onun oğludur. O, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı idi, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdu. Rəhmətə gedənə qədər Abşeron rayonunda yaşayırdı. X4 1993-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Onun oğlu könüllü olaraq Qarabağ döyüşünə getmişdi. Oğlu Elşən döyüşdə olsada arada bir evə gəlib gedirmiş. Təqsirləndirilən şəxs onun nəvəsidir. Təqsirləndirilən şəxs qanunsuz döyüş sursatı saxladığına görə tutulmuşdur. O, sonradan bilmişdir ki, onda aşkar edilmiş döyüş sursatı onun X27dən qalmışdır. Oğlu Elşənin döyüş sursatını evə gətirməsi barədə onun heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixində axşam saatlarında evinə gedərkən bir-neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək, avtomaşında partlayıcı maddə olduğunu və avtomaşına baxış keçirilən zamanı hal şahidi qismində iştirak etməyini təklif etmişlər. Baş vermiş hadisə ona maraqlı olduğu üçün hal şahidi qismində iştirak etməyə etiraz etməmişdir. Beləliklə, o, orada olan başqa bir hal şahidi və polis əməkdaşları ilə birlikdə deyilən avtomaşının yanına getmişdir. Həmin avtomaşına polis əməkdaşları baxış keçirilən zaman sürücü tərəfində yerləşən rezin altından 01 ədəd əl qumbarasının gövdəsi arxa oturacağda isə 01 ədəd alışdırıcı aşkar edilmişdir. Həmin aşkar edilmiş qumbara qablaşdırılmış və iştirakmılar tərəfindən protokola qol çəkilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid6 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. X28 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X28 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid7, X13, Şahid6 və Şahid5 ifadələrini ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında nümayiş etdirilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01(bir) qəlpəli “F-1” markalı əl qumbarasının gövdə hissəsi və 01 (bir) ədəd qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, “UZRQM” markalı qumbara partladıcısının aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3/1099 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd qumbara gövdəsi zavod üsulu ilə istehsal edilmiş, qəlpəli “F-1” markalı əl qumbarasının gövdə hissəsidir, təqdim edilmiş 1 (bir) ədəd partladıcı isə zavod üsulu ilə istehsal edilmiş, “F-1”, “RQD-5”, “RQ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, “UZRQM” markalı qumbara partladıcısıdır. Həmin qumbara gövdəsinə, komplekt hissəsini təşkil edən “UZRQM” partladıcısını bağladıqda, döyüş sursatı hesab olunan “F-1” markalı müdafiə təyinatlı qəlpəli əl qumbarasını təşkil edirlər, istifadəyə (partlayışa) yararlıdırlar. -Tədqiqata təqdim edilmiş “F-1” markalı əl qumbarasının partlayışı zamanı çəkisi 0,1-1 qram olan müxtəlif formatlı 1000-ə yaxın qəlpələr əmələ gəlir, qəlpələrin uçma sürəti saniyədə 700-800 metr, yayılma radiusu 200 metr, təsir dairəsi 50-60 metrdir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş” markalı **-LT- *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01(bir) qəlpəli “F-1” markalı əl qumbarasının gövdə hissəsi və 01 (bir) ədəd qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, “UZRQM” markalı qumbara partladıcısı Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3/1099 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, -Tədqiqata təqdim edilmiş predmetlər 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS” avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən birdəfəlik patronlarının 02 ədədi gilizləridir, 02 ədəd güllələridir, təqdim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilmir, istifadəyə (atəşə) yararsızdır. Gilizlər-güllələrindən mexaniki üsulla ayrılmışdır. -Tədqiqata təqdim edilmiş predmetlər 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD” konstruksiyalı tüfəngdə, “PK”, “PKM” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş birdəfəlik patronlarının 09 ədəd gilizidir, 01 ədədi isə güllədir, təqdim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilmir, istifadəyə (atəşə) yararsızdır. Gilizlər-güllələrindən mexaniki üsulla ayrılmışdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd predmet 14,5 mm kalibrli olmaqla, həmin kalibrə malik “İstiqlal” markalı snayper tüfənglərində və s. uyğun kalibrli silahlarda istfadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş birdəfəlik patronun hissəsidir, təqdim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilmir, istifadəyə (atəşə) yararsızdır. Giliz-gülləsindən mexaniki üsulla ayrılmışdır. -Yuxarıda göstərilən gilzilər və güllələr üzərində silahın vurucusunun izi, həmçinin patronluğa, sandıqçaya yerləşdirilmə izləri yoxdur, onlar atəşdə istifadə edilməmişdir. -Tədqiqata təqdim edilmiş 02 ədəd qumbara gövdəsi zavod üsulu ilə istehsal edilmiş, qəlpəli “F-1” markalı əl qumbarasının gövdə hissələridir, təqdim edilmiş 02 ədəd partladıcı isə zavod üsulu ilə istehsal edilmiş, “F-1”, “RQD-5”, “RQ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, “UZRQM” markalı qumbara partladıcılarıdır. Həmin qumbara gövdələrinə, komplekt hissəsini təşkil edən “UZRQM” partladıcısını bağladıqda, döyüş sursatı hesab olunan “F-1” markalı müdafiə təyinatlı qəlpəli əl qumbarlarını təşkil edirlər, istifadəyə (partlayışa) yararlıdırlar. -Tədqiqata təqdim edilmiş “F-1” markalı əl qumbaralarının partlayışı zamanı çəkisi 0,1-1 qram olan müxtəlif formalı 1000-ə yaxın qəlpələr əmələ gəlir, qəlpələrin uçma sürəti saniyədə 700-800 metr, yayılma radiusu 200 metr, təsir dairəsi 50-60 metrdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cüiltarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X5 xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X20 rayonu, Mehdiabad qəsəbəsi, ev 37 ünvanında – qızı-2012-ci il təvəllüdlü X18, qızı- 2014-cü il təvəllüdlü X23, oğlu- 2016-cı il təvəllüdlü X24 ilə birlikdə qeydiyyatda olmaqla yaşayır, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ölüm haqqında olan şəhadətnamədən görünür ki, mərhum X10 1993-cü ildə düşmən gülləsindən vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DSMF-nin 017039 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs anası X7 İ Qarabağ müharibəsi iştirakçısıdır və 2-ci qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını, anasının 2-ci qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmamış və məhkəmədə barəsində seçilmiş “həbs” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilənşəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəza müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ciil tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında Təqsirləndirilən şəxs avtomaşınından və yaşayış evindən aşar olunaraq götürülmüş 03 ədəd “F-1” qəlbəli əl qumabarsının gövdə hissəsi, 03 ədəd “UZRQM” tipli əl qumabarsının partladılmasında istifadə edilən alışqan və 12 ədəd güllə-giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan əlavə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş” markalı **-LT- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş“həbs”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında Təqsirləndirilən şəxs avtomaşınından və yaşayış evindən aşar olunaraq götürülmüş 03 ədəd “F-1” qəlbəli əl qumabarsının gövdə hissəsi, 03 ədəd “UZRQM” tipli əl qumabarsının partladılmasında istifadə edilən alışqan və 12 ədəd güllə-giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İşüzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-164/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-164/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver