Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-164/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 7 mənzil 30 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını açıq talamaq məqdsədlə 11.10.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi “Şah” adlı restoranın yaxınlığında Zərərçəkmiş şəxs yaxınlaşaraq onunla cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu 100 manat pul müqabilində cinsi əlaqədə olmağa razılaşsa da, pulu alandan sonra şəraitin münasib olmadığını bildirdiyi üçün aralarında şəxsi münasibətlərin pisləşməsi zəmnində mübahisə düşmüş, mübahisə zəmnində Abuzərov X2 Aydan Azər qızının üz və baş nahiyyələrinə qəsdən yumruqla zərbələr endirirək, ona sol gözaltı nahiyənin qançır şişkinliyi, sol üst göz qapağının və alt dodağın selikli qişasının səthi əzilmiş yaraları, sol təpə nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döymüş, bundan sonra verdiyi 100 manat pulu həmin ərazidə axtarsa da tapa bilməyib, bir neçə dəqiqə sonra geri qayıdaraq, Zərərçəkmiş şəxs əl çantasını əlindən alaraq içərisində olan 135 manat pul vəsaitini, 40 manat dəyərində naqilsiz telefon qulaqcıqlarını, boynundakı olan bir ədəd 25,00 manat dəyərində 925 əyarlı ümumi çəkisi 16,74 qram gümüş boyunbağını, bir ədəd 350 manat dəyərində 2 qram çəkidə qızıl boyunbağını, barmağında olan bir ədəd dəyəri 10 manat olan 1,97 qram çəkidə gümüş üzüyü və bir ədəd dəyəri 160 manat olan qızıl üzüyü açıq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 720 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hadisə baş verən gün spirtli içki təsiri altında olmuşdur. 11.10.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində atası Həsənoğlu gilə maddi yardım edib, geri qayıdan zaman yolda gedən bir qadın görmüşdür. Həmin qadından xoşu gəlmişdir. Ona cinsi əlaqədə olmağı təklif eləmişdir. Anket məlumatları sonradan ona məlum olan Zərərçəkmiş şəxs pul müqabilində görüşəcəyini bildirib, o sa bu səbəbdən ona 100 manat pul vermişdir ki, onunla cinsi əlaqədə olsun. Həmin qadın pulu aldıqdan sonra şəraitin uyğun olmadığını deyib, sonra görüşmək istədiyini bildirmişdir. Ona verdiyi 100 manat pulunu geri istəmişdir. Həmin qadın pulunu qaytarmayaraq müxtəlif bəhanələr gətirməyə başlamışdır. Zərərçəkmiş şəxs bu hərəkətlərindən əsəbləşib, onun yaxasından tutaraq Ceyranbatan qəsəbəsində yerləşən “Şah” restoranının yanında olan meşəliyə çəkərək dartmışdır. Həmin vaxtı yenidən ondan verdiyi 100 manat pulu tələb etdikdə Zərərçəkmiş şəxs pulu yerə atdığını bildirmişdir. Zərərçəkmiş şəxs sözlərindən əsəbləşib, onun üz nahiyyəsinə dirsəyi ilə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılaraq halı pisləşmiş və ondan su almağımı xahiş eləmişdir. Zərərçəkmiş şəxs bu istəyindən sonra yaxınlıqda olan köşkdən su alıb, gətirib ona vermişdir. Bundan sonra Aydana məxsus telefonla ilk danışdıqları yerə qayıtmış, işıq salaraq ətrafı axtarmağa başlamışdır. Lakin pulu tapa bilməmişdir. Hava küləkli olduğuna görə eyni zamanda qaranlıq olduğuna görə ətrafa diqqələ baxmaq mümkün olmamışdır. Bir neçə dəqiqə ətrafa baxandan sonra geri Aydan ismayılvovanın yanına qayıtmış, boğazında olan gümüş boyunbağını, barmağında olan gümüş üzüyü, əl çantasında olan 35 manat pul vəsaitini, naqilsiz qulaqcığı götürüb həmin yerdən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs həmin gün tanımış onunla heç bir əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs ona verdiyi 100 manatı geri qaytarmaqdan boyun qaçırdığı üçün onun qolundan sol əli ilə tutub, özü tərəfindən açdığı əl çantasını əlindən zorla alaraq, içərisində olan 35 manat pul vəsiatini, bir ədəd naqilsiz qulaqcığı və bir ədəd gümüş boğazında asılı vəziyyətdə olan boyunbağını və barmağında olan gümüş üzüyü dartıb götürmüşdür. Verdiyi 100 manat pulu qytarmayacağı təqdirdə əşyaları və pul vəsaitini ona qaytarmayacağını demişdir. Lakin Zərərçəkmiş şəxs 100 manat pulu qaytarmaqdan imtina eləmişdir. O, da bu səbəbdən götürdüyüm pul vəsaitini və əşyaları özü ilə aparmışdır. Zərərçəkmiş şəxs onun pulunu qaytarmadığı üçün ona dirsəyi ilə bir dəfə zərbə endirdiyini bildirmişdir. Onun iradəsinə zidd olaraq cinsi əlaqədə olmaq niyyəti olmamışdır. Bədəni üzərində hər hansı xəsarət izi olmamış, bu səbəbdən ekspertizadan keçməkdən imtina etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu “Sovetski” adlanan ərazidə yerləşən fərdi yaşayış evində anası və iki azyaşlı övladı ila birlikdə kirayədə yaşayır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən adı olmayan kafedə 09.10.2021-ci il tarixdən ofisiant işləyir. 11.10.2021-ci il tarixdə işlədiyi kafedə spirtli içki qəbul edib, işdən çıxmışdır. Spirtli içki qəbul etsədə, özünü idarə etmək qabiliyyətində olmuşdur. O, işdən çıxandan sonra Ceyranbatan qəsəbəsində işlədiyi vaxtdan tanıdığı Hüseynə məxsus markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə evə gedir. 11.10.2021-ci il tarixdə saat 00:30 radələrində Hüseynə zəng vurub, evə getmək üçün onu işlədiyim kafenin qarşısına çağırmışdır. Hüseyn telefonda uzaqda olduğunu bildirib, bir neçə dəqiqə sonra yaxınlaşa biləcəyini demişdir. Hüseyn ilə danışandan sonra kafedən çıxdığıma görə küçədə eyni yerdə dayanmamaq üçün piyada Ceyranbatan qəsəbəsində yerləşən “Şah” restoranı istiqamətinə getməyə başlamışdır. Həmin vaxt anket məlumatlarını istintaq müddətində bildiyi Təqsirləndirilən şəxs yaxınlaşıb, tanışlıq yaratmadan, yəni haqqında heç bir məlumatı öyrənmədən cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, da sərxoş vəziyyətdə onunla zarafat etməyə başlamışdır. Belə ki, onun dedikləri ona gülməli və əyləncəli gəldiyinə görə zarafatyana olaraq, 200 manat müqabilində cinsi əlaqədə ola biləcəyini təklif eləmişdir. Təqsirləndirilən şəxs ona 100 manat pul vermişdir. O, da qeyd olunan məbləği zarafatını davam etdirmək üçün götürmüşdür. Təqsirləndirilən şəxs ciddi olduğunu görüb, onunla cinsi əlaqədə olmayacağını deyib, pulu ona geri qaytarmağı təklif eləmişdir. Təqsirləndirilən şəxs pulu qaytarmaq istədiyini eşidib yaxasından tutaraq, onu kənara yarımtikili vəziyyətdə olan qaranlıq bir hasarın küncünə aparmışdır. Həmin vaxt əlində əzdiyi 100 manat pulu yerə atmışdır. Təqsirləndirilən şəxs isə ona verdiyi 100 manat pulu tələb eləməyə başlamışdır. Qolundan tutub zorla onu kənara aparan zaman etdiyi hərəkətlərdən əsəbləşdiyi üçün, pulu yerə atdığını və getmək istədiyini demişdir. Mübahisə edən zaman Hüseyn onlara yaxınlaşıb və mübahisə etdiyini görüb, onu aparmaq istəmişdir. Təqsirləndirilən şəxs isə onunla pul müqabilində görüşəcəyi ilə Hüseyni aladıb, ondan getməsini tələb eləmişdir. Onun qolundan tutduğu üçün qorxusundan Hüseynə qalmasını deyə bilməmişdir. Hüseyn bir neçə dəqiqə vəziyyəti dəqiqləşdirdikdən sonra çıxıb getmişdir. Təqsirləndirilən şəxs ilə ikisi qalanda yenidən ondan pulu tələb eləməyə başlamışdır. Pulu yerə atdığını ona bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu iradəsinə zidd olaraq zorla Ceyranbatan qəsəbəsində yerləşən “Şah” restoranının yaxınlığında olan köşkün arxasında olan meşəliyə aparmışdır. O, yenidən ondan verdiyi 100 manat pulu tələb eləməyə başlamışdır. O, isə pulun onda olmadığını deyib, əzərək atdığını bildirmidir. Həmin vaxt Təqsirləndirilən şəxs yumruqla üz, baş nahiyyələrindən bir neçə dəfə zərbələr endirərərək, onu yerə yıxmış, yerdə olan zaman təpiklə bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Bundan sonra yenidən geri qayıdıb, pulunu axtarmağa davam eləmişdir. Bir neçə dəqiqə sonra geri qayıdıb, sağ çiynindəki əl çantasını zorla dartaraq, içində olan 135 manat pul vəsaitini, telefon qulaqcığını götürmüşdür. Bundan sonra boynunda olan bir ədəd gümüş, bir ədəd qızıl boyunbaqlarını, əlində olan bir ədəd gümüş bir ədəd qızıl üzükləri zorla onun iradəsinə zidd olaraq dartıb çıxartmışdır. Təqsirləndirilən şəxs vəziyyətinin pisləşdiyini görüb, yerdə olan zaman köşkə yaxınlaşaraq, su almış və aldığı suyu üzümə tökmüş, pulu axtaran zaman fanarı ilə axtardığı ona məxsus Sumsung A 52 markalı mobil telefonu üzərimə atıb çıxıb getmişdir. Həmin telefonu ilk mübahisə etdiyi yerdə özü fanarından istifadə etməsi üçün könüllü vermişdir. Təxminən 10-15 dəqiqə sonra özümə gəlib, 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Təqsirləndirilən şəxs 135 manat pul vəsatini, qızıl, gümüş boyunbağını, gümüş, qızıl üzüklərini əlindən alan zaman ona heç bir silah və ya silah qismində əşyadan istifadə etməmiş, bunlardan istifadə edəcəyi ilə də hədələməmişdir. Ona soyğunçuluq nəticəsində ümumilikdə 720 manat maddi ziyan dəymişdir. Ona məxsus əşyaları onu döyəndən təxminən 5-10 dəqiqə sonra almışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid elan olunmuş ifadəsindən görünür ki, icarə əsasında idarə etdiyi “Dacia Logone” markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə edir. Zərərçəkmiş şəxs müştəri kimi 08.10.2021-ci il tarixdən tanıyır, işə gedəndə və işdən çıxanda onu getdiyi ünvana apararır. 11.10.2021-ci il tarixdə saat 00 radələrində Zərərçəkmiş şəxs ona zəng vurub və onu evə aparmağını xahiş eləmişdirr. Həmin vaxt yanımda müştəri olduğu üçün gecikəcəyini bildirmişdir. O, da heç bir narahatçılığının olmadığını deyib, onu gözləyəcəyini bildirmidir. Zərərçəkmiş şəxs ona zəngindən təxminən 15-20 dəqiqə sonra idarə etdiyi “Dacia Logone” markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ceyranbatan qəsəbəsində yerləşən “Şah” restoranının qarşına qarşısına çatmışdır. Ona bir neçə dəfə zəng vursada telefona cavab vermədiyini görüb, maşından düşüb ətrafa baxan zaman, Zərərçəkmiş şəxs Bakı şəhəri istiqamətində olan şossedə daşın üzərində əyləşdiyini yanında bir nəfər tanımığı, anket məlumatlarını istintaq müddətində bildiyi Təqsirləndirilən şəxs olduğunu görüb onlara yaxınlaşmışdır. Zərərçəkmiş şəxs bir neçə dəfə zəng vursada telefonu götürmədiyini bildirmişdir. Gecikdiyini Zərərçəkmiş şəxs yadında salıb, getməli olduqlarını deyəndə, Təqsirləndirilən şəxs onunla kobud şəkildə danışmağa başlamışdır. Təqsirləndirilən şəxs taksi sürücüsü olduğunu, Zərərçəkmiş şəxs müştəri kimi aparmağa gəldiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs öz kobud hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq üçün pul ödədiyini deyib, getməyini tələb eləmişdir. Həmin vaxt Rahibin sərxoş olması hərəkətlərindən və danışığından hiss olunmuşdur. Zərərçəkmiş şəxs ayağa durub onunla getmək istəsədə, Rahib ona icazə verməmişdir. Təqsirləndirilən şəxs ilə aralarında dava-dalaş yaranmaması üçün avtomaşına əyləşib çıxıb getmişdir. Zərərçəkmiş şəxs ilə aralarında heç bir münasibnətləri yoxdur. Ona qarşı soyğunçuluq cinayət əməlinin şahidi olmamış, Zərərçəkmiş şəxs ondan kömək istəməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.10.2021-ci il tarixli 6/4671-9/7568 nömrəli rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş: - 1 ədəd gümüşü rəngli metaldan, üzərində kulonu olan boyunbağı-üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, ümumi çəkisi 16,74 qramdır; - 1 ədəd gümüşü rəngli metaldan üzük-metalı qiymətsiz əlvan metal ərintisindən hazıralnmışdır, çəkisi 1,97 qramdır, bijuteriyadır Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və xüsusiləşmiş zərgərlik məmulatlarının satışıməntəqələrində mövcud olan qiymətlərə əsasən, bir qram “925” əyarlı gümüşü məmulat kimi qiyməti 7,00 manat olması nəzərə alınmaqla, tədqim edilmiş tədqiqat obyektlərinin, 11 oktyabr 2021-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: - Bir ədəd 925 əyarlı, ümumi çəkisi 16,74 qram, üzərində kulonu olan gümüş boyunbağı 118,00(16,74 qr x 7,00 m); - Bir ədəd çəkisi 1,97 qram, gümüşü rəngli metaldan üzük, bijuteriyadır, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır 2,00 manat. - bir ədəd naqilsiz telefon qulaqcıqları 50,00 manat Qərarın təsviri hissəsində göstərilən iki adda zərgərlik məmulatları maddi sübut qismində ekspertiza tədqiqatına təqdim edilmədiyini nəzərə alaraq, ekspert baxışı keçirilmədən faktiki olaraq onların əyarını və hadisə törədilən vaxt baxış keçirilmədən faktiki olaraq onların istismar nəticəsində hansı vəziyyətdə olmasını və digər keyfiyyət göstəricilərini müəyyən etmək mümkün olmadığından tədqiqat və qiymətləndirmə aparılmadı. Məhkəmə-Tibbi Ekspertizasının 11.10.2021-ci il tarixli 2450 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyənin qançır şişkinliyi, sol üst göz qapağının və alt dodağın selikli qişasının səthi əzilmiş yaraları, sol təpə nahiyəsinin qançırıküt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 11.10.2021-ci il tarixdə əmələ gələ bilərdi, həm ümumilikdə həmdə ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə yəni, insan bədəninin hissələrinin (əl, baş və s) təsirindən əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 16.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd 925 əyarlı, ümumi çəkisi 16,74 qram, üzərində kulonu olan gümüş boyunbağı, bir ədəd çəkisi 1,97 qram, gümüşü rəngli metaldan üzük olan bijuteriya və bir ədəd naqilsiz telefon qulaqcıqları maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Abşeron rayon polis idarəsinin 11.10.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13.10.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək barədə iltizam növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 25.11.2021-ci il təvəllüdlü X4 adlı bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdən 13.10.2021-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 925 əyarlı, ümumi çəkisi 16,74 qram, üzərində kulonu olan gümüş boyunbağı, bir ədəd çəkisi 1,97 qram, gümüşü rəngli metaldan üzük olan bijuteriya və bir ədəd naqilsiz telefon qulaqcıqları maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 111 (bir yüz on bir) manat 70 (yetmiş) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 60 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 360 manat məbləğdə pul, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdən 13.10.2021-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 925 əyarlı, ümumi çəkisi 16,74 qram, üzərində kulonu olan gümüş boyunbağı, bir ədəd çəkisi 1,97 qram, gümüşü rəngli metaldan üzük olan bijuteriya və bir ədəd naqilsiz telefon qulaqcıqları maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 111 (bir yüz on bir) manat 70 (yetmiş) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi 65 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 390 manat pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-164/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-164/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver