Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-164/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortaixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, o, 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin may ayının sonlarınadək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 300 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa X6 təkrarən 2022-ci ilin yanvar ayının əvvəllərindən 2022-ci ilin mart ayının sonlarınadək olan müddət ərzində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 300 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, təxminən 2020-ci ilin əvvəllərindən maddi ehtiyaclarını ödəmək üçün qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olur. Belə ki, onun ətrafında olan kişi müştərilər cinsi əlaqədə olmaq üçün qadın istədikdə tanıdığı və fahişəliklə məşğul olan qadınlarla həmin müştəriləri əlaqələndirib qazanc əldə etmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəlcədən tanımış və həmin qadınları müxtəlif vaxtlarda gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 2021-ci ilin dekabr ayının əvvəllərində tanışı Naibənin pul müqabilində kişi müştərilərlə cinsi əlaqədə olmasını bilmiş və hətta Naibənin özü də ona əgər kişi müştəri olsa onunla əlaqələndirməyi bildirmiş, onlar müştərinin Naibə ilə cinsi əlaqədə olması qarşılığında 300 manat pul alacağı, həmin pulun 200 manatının Naibənin, 100 manatının isə müştəri tapdığı üçün onun olacağı barədə razılığa gəlmişlər. Bundan sonra o da 2021-ci ilin dekabr ayının əvvəllərindən etibarən təxminən 2022-ci ilin may ayının sonlarınadək kişi müştəri olduqda Naibənin fotoşəkillərini Whatsapp vasitəsilə müştəriyə göndərmiş, müştəri Naibəni bəyəndikdə Naibə ilə cinsi əlaqədə olması üçün 300 manat ödəyəcəyini bildirmiş, daha sonra Naibə ilə əlaqə saxlayaraq müştərinin dediyi yerə getməsini və cinsi əlaqədə olduqdan sonra 300 manat almasını söyləmiş, Naibə onun dediyi yerə gedib müştəri ilə cinsi əlaqədə olduqdan sonra müştəridən özü 300 manat pul alaraq 200 manatını özünə götürmüş, müştəri tapdığı üçün ona çatası 100 manat pulu isə onun bank hesabına göndərmiş, Zərərçəkmiş şəxs2 isə o 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərində olan restoranların birində tanımış, o, Arzunun da pul müqabilində kişi müştərilərlə cinsi əlaqədə olmasından məlumatlı olmuş, aralarında olan söhbət zamanı Arzu ona əgər kişi müştəri olsa onunla əlaqələndirməyi bildirmiş, Arzu ilə arasında olan razılıq eynilə Naibədəki kimi olmuşdur. O, 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən təxminən 2022-ci ilin may ayının ortalarına kimi kişi müştəri olduqda Arzunun ona göndərdiyi fotoşəkilləri Whatsapp vasitəsilə müştəriyə göndərmiş, müştəri Arzunu bəyəndikdə Arzu ilə cinsi əlaqədə olması üçün 300 manat ödəməli olacağını, daha sonra isə Arzu ilə əlaqə saxlayaraq müştəri olduğunu, cinsi əlaqədə olacağı halda müştərinin 300 manat pul verəcəyini bildirmiş, Arzu onunla razılaşdıqdan sonra müştərinin harada olmasını Arzuya bildirib həmin yerə getməli olduğunu qeyd etmiş, Arzu onun dediyi yerə gedib müştəri ilə cinsi əlaqədə olduqdan sonra müştəridən 300 manat pul alaraq həmin pulun 200 manatını özünə, qalan 100 manat pulu isə müştəri tapdığı üçün bank vasitəsilə onun kartına göndərmiş, fahişəliyə cəlb etdiyi qadınları pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürdüyü müştərilərin şəxsiyyətləri barədə dəqiq məlumatı olmamış, o, həmin şəxslərlə telefon vasitəsilə əlaqə saxlamış və hazırda onların mobil nömrələrini də dəqiq xatırlamamışdır. Hazırda əməlindən peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olmasını əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Lalə Əkbərovanı təxminən 2022-ci ilin yanvar ayının əvvəllərindən Bakı şəhərində olan restoranların birində tanımış, Lalə ilə normal münasibətləri olduğu üçün istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Lalənin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp vasitəsilə əlaqə saxlayıb danışmış, Lalənin ətrafında olan qadınları fahişəliyə cəlb etməsi barədə o məlumatlı olmuş, təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində hazırda yaşadığı ünvanda olduğu zaman onun istifadəsində olan mobil telefona Lalənin istifadəsində olan nömrədən Whatsapp vasitəsilə zəng gəlmiş, Lalə ilə arasında olan danışıq zamanı Lalə onun maddi vəziyyətilə maraqlanmış, o işləmədiyini və maddi sıxıntıları olduğunu bildirmiş, bundan sonra Lalə ona ətrafında çoxlu kişi tanışlarının olduğunu, əgər həmin kişilərlə görüşüb cinsi əlaqədə olsa yaxşı pul qazana biləcəyini demiş, o da Lalənin bu təklifi ilə razılaşdıqdan sonra Lalə ona yenidən kişi müştərilərlə 300 manat pul müqabilində görüşüb cinsi əlaqədə olacağını, həmin pulun 200 manatının müştəri ilə cinsi əlaqədə olduğu üçün ona çatacağını, qalan 100 manat pulu isə müştəri tapdığı üçün özünə götürəcəyini bildirmiş, o da Lalənin bu təklifi ilə razılaşmış, bundan sonra Lalə ondan müştəriyə göstərməsi üçün öz fotoşəkillərini göndərməyini bildirdikdə o öz fotoşəkillərindən bir neçəsini seçib Whatsapp vasitəsilə Laləyə göndərmiş, bundan sonra 2021-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq hazırda yaşadığı ünvanda olan zaman Lalə Whatsapp vasitəsilə onunla əlaqə saxlayıb müştəri olduğunu və müştəri ilə 300 manat pul müqabilində görüşə biləcəyini bildirmiş, o, Lalənin bu təklifi ilə razılaşdıqdan sonra Lalə ona müştərinin hansı hoteldə yaxud evdə olmasını bildirmiş və o Lalənin dediyi yerə gedib müştəri ilə cinsi əlaqədə olmuş, həmin müştəri ona 300 manat pul verdikdə pulun 200 manatını cinsi əlaqədə olduğu üçün özünə götürmüş, qalan 100 manatını isə tanımadığı taksi vasitəsilə Laləyə göndərmiş, o, Lalənin kart hesablarını hazırda xatırlamamış, Lalə demək olar ki, həftədə bir dəfə onu cinsi əlaqədə olmaq üçün müştəri yanına göndərmiş, bu qaydada 2022-ci ilin mart ayının sonlarınadək Lalə onu fahişəliyə cəlb etmiş, həmin müddətdən sonra Lalə ilə əlaqəsi olmamışdır. Sonda o, ərizə verərək təqsirləndirilən şəxs X6 ilə barışdığını, ona qarşı şikayətinin olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Lalə Əkbərovanı təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhərində olan məclislərin birində “Neftçilər Lalə” kimi tanımış, Lalə ilə normal münasibəti olduğu üçün arada “Whatsapp” vasitəsilə əlaqə saxlayıb danışmış, hazırda istifadə etdiyi mobil nömrə vasitəsilə Lalənin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrəyə zəng edərək əlaqə saxlamış, Lalənin ətrafında olan qadınları fahişəliyə cəlb etməsi barədə o məlumatlı olmuş, təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində hazırda yaşadığı ünvanda olan zaman Lalə onun istifadəsində olan 050 *** ** ** rəqəmli mobil telefona öz istifadəsində olan 055 *** ** ** mobil nömrədən Whatsapp vasitəsilə zəng vuraraq hal əhval soruşmuş, Lalə aralarında olan danışıq zamanı onun maddi vəziyyəti ilə maraqlandıqda o işləmədiyini və maddi sıxıntıları olduğunu bildirmiş, bundan sonra Lalə ona ətrafında çoxlu kişi tanışlarının olduğunu, əgər həmin kişilərlə görüşüb cinsi əlaqədə olsa yaxşı pul qazana biləcəyini demiş, o da Lalənin bu təklifi ilə razılaşdıqda Lalə ona ona yenidən kişi müştərilərlə 300 manat pul müqabilində görüşüb cinsi əlaqədə olacağını, həmin pulun 200 manatının müştəri ilə cinsi əlaqədə olduğu üçün ona çatacağını, qalan 100 manat pulu isə müştəri tapdığı üçün özünə götürəcəyini bildirmiş,o da Lalənin bu təklifi ilə razılaşdıqdan sonra müştəriyə göstərməsi üçün Lalə ondan öz fotoşəkillərini istəmiş, o da öz fotoşəkillərindən bir neçəsini Laləyə göndərmiş, bundan sonra 2021-ci ilin dekabr ayının əvvəllərindən başlayaraq hazırda yaşadığı ünvanda olan zaman Whatsapp vasitəsilə Lalə onunla əlaqə saxlayıb müştəri olduğunu və müştəri ilə 300 manat pul müqabilində görüşə biləcəyini bildirmiş, o da Lalənin bu təklifi ilə razılaşdıqdan sonra Lalə ona müştərinin hansı hoteldə yaxud evdə olmasını bildirmiş, bundan sonra o da Lalənin dediyi yerə gedib müştəri ilə cinsi əlaqədə olmuş, həmin müştəri ona 300 manat pul verdikdə pulun 200 manatını cinsi əlaqədə olduğu üçün özünə götürmüş, qalan 100 manatını isə Lalənin kart hesabına, yaxud taksi vasitəsilə Laləyə göndərmiş, Lalənini kart hesablarından 4127 2081 2859 9379 rəqəmli kartı xatırlamış, digər kart hesabını isə bilməmişdir. Lalə demək olar ki, həftədə bir dəfə onu müştəri yanına göndərmiş, bu qayda 2022-ci ilin may ayının sonlarınadək davam etmiş və həmin müddətdən sonra Lalə ilə əlaqəsi kəsilmişdir. Sonda o, ərizə verərək təqsirləndirilən şəxs X6 ilə barışdığını, ona qarşı şikayətinin olmadığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Lalə adlı qadını təxminən 2011-ci ildən etibarən tanımış, Lalə adlı qadınla yolda tanış olmuş, sonradan Lalə qadınları fahişəliyə cəlb edir və onun vasitəsilə müxtəlif qızlarla pul müqabilində cinsi əlaqədə ola biləcəyini bilmiş, o, Lalə ilə əlaqə saxladıqda ona cinsi əlaqədə olmaq üçün qız təşkil etməsini bildirdiyi zaman Lalə ona bir neçə qızın şəkillərini göndərərək həmin qızların qiymətinin 320 manatdan 520 manatadək olmasını bildirmiş, o, Lalə ilə istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrədən Lalənin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp və ya zəng vasitəsilə əlaqə saxlamış, o, Lalə ilə mütəmadi olaraq əlaqə saxlamasa da, təxminən Lalə vasitəsilə 20 nəfər qızla cinsi əlaqədə olmuşdur. Hər dəfə qızlara 320 və ya 520 manat pul vermiş, o, Laləyə həmin qızları hazırda adını xatırlamadığı hotelə göndərməsini bildirmiş, o, Lalə ilə sonuncu dəfə təxminən 6 ay bundan əvvəl əlaqə saxlayaraq Lalədən qız təşkil etməsini istədikdə Lalə ona həmişəki kimi fotoşəkillər göndərərək qızların qiymətlərini bildirmiş, o da xoşuna gələn qızı seçib həmin qızın hotelə gəlməsini bildirmiş, qızla cinsi əlaqədə olduqdan sonra həmin qıza 320 manat pul vermiş, Lalənin fahişəliyə cəlb etdiyi qızların sayı çox olsa da o konkret olaraq həmin qızları xatırlamamışdır. Lalə cinsi əlaqədə olmaq üçün ona təxminən 20 dəfə qız göndərmiş, o da qızlarla cinsi əlaqədə olduqdan sonra qızlara 320 və ya 520 manat pul vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Lalə adlı qadını təxminən 2019-ci ildən tanışının vastəsilə tanımış, tanışı ona Lalənin qadınları fahişəliyə cəlb etdiyini, Lalənin vasitəsilə müxtəlif qızlarla pul müqabilində cinsi əlaqədə ola biləcəyini bildirmiş, o da Lalə ilə əlaqə saxladıqda cinsi əlaqədə olmaq üçün qız təşkil etməsini bildirmiş, bu zaman Lalə ona bir neçə qızın şəkillərini göndərərək həmin qızların qiymətinin 320 manat olmasını qeyd etmiş, o, Lalə ilə istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrədən Lalənin istifadəsində olan 055 293 1 1 03 rəqəmli mobil nömrə ilə Whatsapp və ya zəng vasitəsilə əlaqə saxlamış, o, Lalə ilə mütəmadi olaraq əlaqə saxlamasa da, təxminən Lalə vasitəsilə 20 nəfər qızla cinsi əlaqədə olmuş və hər dəfə qızlara 320 pul vermiş, Laləyə həmin qızları hazırda adını xatırlamadığı hotelə göndərməyini bildirmiş, o Lalə ilə sonuncu dəfə təxminən 1 il bundan əvvəl əlaqə saxlayaraq qız təşkil etməyini istədikdə Lalə ona həmişəki kimi fotoşəkillər göndərərək qızların qiymətlərini bildirmiş, o da xoşuna gələn qızı seçib həmin qızın hotelə gəlməsini bildirərək qızla cinsi əlaqədə olduqdan sonra həmin qıza 320 manat pul vermiş, Lalənin fahişəliyə cəlb etdiyi qızların sayı çox olsa da konkret olaraq həmin qızları xatırlamamış, Lalə cinsi əlaqədə olmaq üçün ona təxminən 20 dəfə qız göndərmiş, o da qızlarla cinsi əlaqədə olduqdan sonra həmin qızlara 320 manat pul vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Lalə adlı qadını təxminən 2020-ci ildən etibarən tanımış, o, Lalə ilə Bakıxanov qəsəbəsində yerləşən Çinarlı restoranında tanış olmuş, Lalə ona istəsə onun vasitəsilə müxtəlif qızlarla pul müqabilində cinsi əlaqədə ola biləcəyini bildirmiş, o Lalə ilə əlaqə saxladıqda cinsi əlaqədə olmaq üçün qız təşkil etməsini bildirdikdə Lalə ona bir neçə qızın şəkillərini göndərərək həmin qızların qiymətinin 220 manat olmasını bildirmiş, o, Lalə ilə istifadəsində olan 070 *** ** ** rəqəmli mobil nömrədən Lalənin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp və ya zəng vasitəsilə əlaqə saxlamış, o Lalə ilə mütəmadi olaraq əlaqə saxlasa da, təxminən Lalə vasitəsilə 1 nəfər qızla cinsi əlaqədə olmuş və həmin vaxt qıza 220 pul vermiş, həmin qızla hazırda adını xatırlamadığı hoteldə görüşüb cinsi əlaqədə olmuş, o, Lalə ilə sonuncu dəfə təxminən 4 ay bundan əvvəl əlaqə saxlayaraq qız təşkil etməsini istədikdə Lalə ona fotoşəkillər göndərərək qızların qiymətlərini ona bildirmiş, o da xoşuna gələn qızı seçib həmin qızın hotelə gəlməsini qeyd etmiş, qızla cinsi əlaqədə olduqdan sonra həmin qıza 220 manat pul vermiş, Lalənin fahişəliyə cəlb etdiyi qızların sayı çox olsa da, konkret olaraq həmin qızları xatırlamamış, Lalə cinsi əlaqədə olmaq üçün ona təxminən 1 dəfə qız göndərmiş, o da qızla cinsi əlaqədə olduqdan sonra qıza 220 manat pul vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Lalə adlı qadını təxminən 2019-ci ildən tanışı vasitəsilə tanımış, tanışı ona Lalənin qadınları fahişəliyə cəlb etdiyini, Lalənin vasitəsilə müxtəlif qızlarla pul müqabilində cinsi əlaqədə ola biləcəyini bildirmiş, o, Lalə ilə əlaqə saxladıqda Laləyə cinsi əlaqədə olmaq üçün qız təşkil etməsini bildirdiyi zaman Lalə ona bir neçə qızın şəkillərini göndərərək həmin qızların qiymətinin 320 və ya 520 manat olmasını bildirmiş, o, Lalə ilə istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrədən Lalənin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp və ya zəng vasitəsilə əlaqə saxlamış, o, Lalə ilə mütəmadi olaraq əlaqə saxlamasa da, təxminən Lalə vasitəsilə 4 nəfər qızla cinsi əlaqədə olmuş, hər dəfəsində də qızlara 320 və ya 520 manat pul vermiş, Laləyə həmin qızları hazırda adını xatırlamadığı hotelə göndərməsini bildirmiş, o, Lalə ilə sonuncu dəfə təxminən 5 ay bundan əvvəl əlaqə saxlayaraq qız təşkil etməsini istəmiş və Lalə ona həmişəki kimi fotoşəkillər göndərərək qızların qiymətlərini bildirmiş, o da xoşuna gələn qızı seçib həmin qızın hotelə gəlməsini bildirmiş, qızla cinsi əlaqədə olduqdan sonra həmin qıza 320 və ya 520 manat pul vermiş, Lalənin fahişəliyə cəlb etdiyi qızların sayı çox olsa da, konkret olaraq həmin qızları xatırlamamış, Lalə cinsi əlaqədə olmaq üçün ona təxminən 4 dəfə qız göndərmiş, o da qızlarla cinsi əlaqədə olduqdan sonra qızlara 320 və ya 520 manat pul vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Lalə adlı qadını təxminən 2019-ci ildən xatırlamadığı tanışı vasitəsilə tanımış, tanışı ona Lalənin qadınları fahişəliyə cəlb etdiyini, Lalənin vasitəsilə müxtəlif qızlarla pul müqabilində cinsi əlaqədə ola biləcəyini bildirmiş, o, Lalə ilə əlaqə saxladıqda cinsi əlaqədə olmaq üçün qız təşkil etməsini bildirdikdə Lalə ona bir neçə qızın şəkillərini göndərərək həmin qızların qiymətinin 170 və ya 220 manat olmasını bildirmiş, o Lalə ilə istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrədən Lalənin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp və ya zəng vasitəsilə əlaqə saxlamış, o Lalə ilə mütəmadi olaraq əlaqə saxlamasa da təxminən Lalə vasitəsilə 4 nəfər qızla cinsi əlaqədə olmuş, hər dəfəsində də qızlara 170 və ya 220 manat pul vermiş, Laləyə həmin qızları hazırda adını xatırlamadığı hotelə göndərməsini bildirmiş, o Lalə ilə sonuncu dəfə təxminən 4 ay bundan əvvəl əlaqə saxlayaraq qız təşkil etməsini istədikdə Lalə ona həmişəki kimi fotoşəkillər göndərərək qızların qiymətlərini ona bildirmiş, o da xoşuna gələn qızı seçib həmin qızın hotelə gəlməsini bildirmiş və qızla cinsi əlaqədə olduqdan sonra həmin qızlara 170 və ya 220 manat pul vermişdir. Lalənin fahişəliyə cəlb etdiyi qızların sayı çox olsa da o hazırda konkret olaraq həmin qızları xatırlamamışdır. Lalə cinsi əlaqədə olmaq üçün ona təxminən 4 dəfə qız göndərmiş, o da qızlarla cinsi əlaqədə olduqdan sonra qızlara 170 və ya 220 manat pul vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Lalə adlı qadını təxminən 2022-ci ilin aprel ayında tanışı vasitəsilə tanımış, tanışı ona ona Lalənin qadınları fahişəliyə cəlb etdiyini, Lalənin vasitəsilə müxtəlif qızlarla pul müqabilində cinsi əlaqədə ola biləcəyini bildirmiş, O, Lalə ilə əlaqə saxladıqda Laləyə cinsi əlaqədə olmaq üçün qız təşkil etməsini bildirdiyi zaman Lalə ona bir neçə qızın şəkillərini göndərərək həmin qızların qiymətinin 220 manat olmasını bildirmiş, o Lalə ilə istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrədən Lalənin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp və ya zəng vasitəsilə əlaqə saxlamış, sonradan o Lalə adlı qadına zəng etdikdə telefonunu açmadığı üçün qızları göndərməmiş və həmin vaxtdan sonra Lalə ilə əlaqə saxlamamışdır. Lalənin fahişəliyə cəlb etdiyi qızların sayı çox olsa da o həmin qızları tanımamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, X6 təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, o, 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin may ayının sonlarınadək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 300 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa X6 təkrarən 2022-ci ilin yanvar ayının əvvəllərindən 2022-ci ilin mart ayının sonlarınadək olan müddət ərzində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 300 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs X2 həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilir. X2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş portaldan çıxarışdan görünür ki, təqsirləndirilən şəxs X6 Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və onun məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, təqsirləndiirlən şəxs X2 himayəsində bir azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşağı var Məhkəmə, təqsirləndiirlən şəxs X2 himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X2 cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X2 şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunmalı, bu növ cəza təyin olunması qanuni əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X6 barəsində xx.xx.2022-ci il tarixində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilənlən şəxs X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. X4 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-164/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-164/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver