Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-164/2024 13.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi Novruz oğlunun iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qəribova Günel Mövsüm qızını Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birinə müəllim kimi işlə təmin etdirəcəyinə dair sonuncunun əri Zərərçəkmiş şəxs yalan vəd verib inandırmış, bu məqsədlə 2022-ci ilin iyul ayının ortalarında yaşadığı ünvan 3 ünvanında Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küç ev 9 mən 57-də qeydiyyatda olsa da, ünvan 4 ünvanında tək yaşayır. Onun rəsmi adı Sücayət olsa da, hamı onu “Sevda” kimi tanıyır. 1997-ci ilə qədər müxtəlif dövlət qurumlarında o cümlədən, 16 saylı Bakı şəhər Poliklinikasında həkim, Yasamal rayonu hərbi komissarlığında həkim işləmişdir. Səhhəti ilə bağlı yaranmış problemlərə görə öz ərizəsi ilə işdən xaric olunmuşdur. Bir müddət işsiz qaldıqdan sonra Dövlət Vergi Xidmətindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) alaraq fərdi sahibkar kimi fəaliyyətə başlamışdır. Əsas fəaliyyəti müxtəlif çeşidli geyimlərin satışından ibarət olmuşdur. Eyni zamanda Yasamal rayonu ərazisində gözəllik salonu işlətmişdir. 2022-ci ilin sentyabr ayında səhhətində yenidən problemlər yarandığından sahibkar kimi fəaliyyətini dayandırmışdır. Zərərçəkmiş şəxs təxminən 2022ci ilin iyul ayında onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək arvadı Qəribova Günel Mövsüm qızını Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birinə müəllimə kimi işlə təmin etdirmək üçün onunla görüşmək istədiyini bildirmişdir. Oda Turalı yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kristal Abşeron 1 ünvanındakı evinə dəvət etmişdir. Tural və arvadı Günel onun mənzilinə gəlmiş və Tural ondan Güneli Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birinə müəllimə kimi işlə təmin edə bilibbilməyəcəyini soruşmuşdur. O da Turala yalandan Elm və Təhsil Nazirliyində həmin işi görə biləcək tanışının olduğunu və bu işi həll edə biləcəyini demişdir. Tural ondan bunun üçün nə qədər pul lazım olduğunu soruşmuş, oda özündən sonuncuya həmin işi görən adama 8000 manat pul verməli olduğunu demişdir. Tural da onunla razılaşıb çıxıb getmişdir. Təxminən 1 həftə sonra yəni 2022-ci ilin iyul ayının ortalarında saat 18 radələrində Tural atası Eyvaz Eyvazlı ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Mənzilinin qonaq otağında o Turala arvadı Güneli Bakı şəhərində məktəblərin birində müəllimə kimi işlə təmin etdirəcəyinə dair vəd verib Turaldan Günelin diplomunun və şəxsiyyət vəsiqəsinin surətini, həmçinin 8000 manat pulu sayıb götürmüşdür. Həmin vaxt orada Turalın atası Eyvazdan başqa heç kim olmamışdır. Daha sonra Tural və atası çıxıb getmişlər. O da həmin 8000 manat pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Hər dəfə Tural ondan arvadı Günelin işinin nə yerdə olduğunu soruşmuş o isə sonuncuya narahat olmamasını və qısa vaxtda həll olunacağını deyib aldatmışdır. Lakin, o maddi imkanı pis olduğu üçün həmin pulu düzəldib qaytara bilməmişdir. O həmin 8000 manat pulu Turala yalandan vəd verib aldadaraq ələ keçirib yalnız özü xərcləmişdir. Bu işdə ona heç kim köməklik etməmişdir. Nə də ki, o həmin puldan heç kimə heç nə verməmişdir. Lakin o Turaldan aldığı 8000 manat pulun 1900 manatını sonuncuya qaytarmışdır. O Zərərçəkmiş şəxs 8000 manat pulu yaşadığı ünvan 6 ünvanında almışdır. Həmin vaxt yanlarında Turalın atası Eyvaz orada olmuşdur. O, yalandan Zərərçəkmiş şəxs Elm və Təhsil Nazirliyində işləyən tanışının olduğunu və Günel Qəribovanı Bakı şəhərində məktəblərin birinə müəllimə kimi işə düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayıram. Qəribova Günel Mövsüm qızı onun arvadıdır. Günel Qəribova Sumqayıt Dövlət Universitetinin filalogiya fakültəsini bitirsə də hazırda heç bir yerdə işləmir. 2022-ci il tarixdə Günel Qəribovanı Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində işlə təmin etdirmək istəmişdir. Bu barədə ətrafında olan tanışlarına müraciət etmiş və bir neçə nəfərlə əlaqə saxladıqdan sonra ona Sevda adlı şəxsin nömrəsini vermişlər. Lakin hazırda Sevda adlı şəxsi kimin vasitəsilə tanıdığını xatırlamır. Həmin ilin iyul ayında Sevda kimi tanıdığı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Sevda adlı şəxs onu yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksinə dəvət etmişdir. Oda arvadı Günel Qəribova ilə birlikdə Sevda adlı şəxsin yaşadığı ünvana getmişdir. Aralarında olan söhbət zamanı ona məlum olmuşdur ki, həmin şəxsə Sevda deyə müraciət etsələr də, əsl ad və soyadı Təqsirləndirilən şəxsdır. O sonuncuya arvadı Güneli Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində işlə təmin etdirmək istədiyini bildirmiş və bu işdə ona köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona Elm və Təhsil Nazirliyində tanışının olduğunu və həmin şəxsin vasitəsilə bu işi həll edə biləcəyini bildirmişdir. Lakin Sücayət ona həmin şəxsin kim olması barədə məlumat verməmişdir. O Sücayətdən Günel Qəribovanı işlə təmin etdirmək üçün nə qədər pul verməli olduğunu soruşmuş, Sücayət ona Günelin məktəbdə müəllimə kimi fəaliyyətə başlaması üçün 8000 manat pul verməli olduğunu demişdir. Oda sonuncu ilə razılaşmış və təxminən 1 həftə sonra yəni 2022-ci ilin iyul ayının ortalarında saat 18 radələrində atas Eyvaz Eyvazlı ilə birlikdə Sücayətin yaşadığı ünvana getmişlər. Sücayət ilə evində görüşüb 8000 manat pulu atası Eyvaz Eyvazlının iştirakı ilə Sücayətə təqdim etmişdir. O Təqsirləndirilən şəxs pulu təqdim edərkən yanlarında digər şəxslər olmamışdır. Sücayət ondan pulu götürüb saydıqdan sonra, arvadı Günel Qəribovanın diplomunun və şəxsiyyət vəsiqəsinin surətini də Sücayətə təqdim etmişdir. Sücayət isə ona qısa zamanda məsələnin müsbət həll olunacağını bildirmişdir. Bir müddət keçdikdən sonra o məsələnin gedişatında müsbətə doğru heç bir hal olmadığını görmüş və yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb, yaşadığı ünvana getmişdir. Həmin vaxt Sücayətin evində əvvəllər tanımadığı bir şəxsdə olmuş və sonuncu həmin şəxsin rəfiqəsi Xatirə Dadaşova olduğunu bildirmişdir. O Sücayətdən iş barədə maraqlanmış, sonuncu isə ona aldığı pulun 1500 manatını özünə götürdüyünü 6500 manatını isə Elm və Təhsil Nazirliyində işləyən tanışı olan vəzifəli şəxsə işi həll etməsi üçün təqdim etdiyini bildirmişdir. Hər dəfə o Sücayətə zəng edərək işinin nə yerdə olduğunu maraqlanmış, sonuncu isə ona narahat olmamasını həll olacağını deyib aldatmışdır. Xeyli müddət keçməsinə baxmayaraq Sücayətin verdiyi vədə əməl etmədiyini görmüş və onu aldatdığını başa düşmüşdür. Buna görə də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161- Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək bu barədə şikayət etmişdir. O Təqsirləndirilən şəxs 8000 manat pulu Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birinə müəllimə kimi işlə təmin etməsi üçün sonuncunun yaşadığı ünvan 8 ünvanında atası Eyvaz Eyvazlının iştirakı ilə vermişdir. Hazırda isə ona dəymiş ziyanın yalnız 3000 manatı ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun oğludur və oğlu ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Akim Abbasov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayır. Qəribova Günel Mövsüm qızı isə onun oğlu Zərərçəkmiş şəxs arvadıdır. Günel Qəribova 2019-cu ildə Sumqayıt Dövlət Universitetinin filalogiya fakültəsini bitirmişdir. Günel Bakı şəhərində yerləşən məktəblərin birində müəllimə kimi işləmək istədiyindən Tural tanışları vasitəsilə tapdığı Sevda adlı şəxsin onu müəllimə kimi işlə təmin etdirəcəyini bildirmişdir. 2022-ci ilin iyul ayında Tural Sevda adlı şəxsin istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş və Sevda Turalı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksinə dəvət etmişdir. Tural arvadı Günel ilə birlikdə Sevda adlı şəxsin ünvanında görüşmüş və orada olduqları zaman məlum olmuşdur ki, hamı ona Sevda adı ilə müraciət etsə də, onun əsl ad və soyadı Təqsirləndirilən şəxsdır. Tural Təqsirləndirilən şəxs Güneli Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birinə müəllimə kimi işlə təmin etdirmək istədiyini bildirmiş və bu işdə köməklik edə bilib-bilməyəcəyini Sücayətdən soruşmuşdur. Təqsirləndirilən şəxs isə Turala Elm və Təhsil Nazirliyində tanışının olduğunu və həmin şəxsin vasitəsilə bu işi həll edə biləcəyini bildirmişdir. Tural Sücayətdən bu işi görmək üçün nə qədər pul lazım olduğunu soruşduqda Sücayət ona 8000 manat pul verməli olacağını demiş və aralarında razılaşmışlar. Təxminən 1 həftə sonra yəni 2022-ci ilin iyul ayının ortalarında saat 18 radələrində oğlu Zərərçəkmiş şəxs ilə birlikdə Sücayətin yaşadığı ünvana getmişlər. Sücayət ilə evində görüşüb 8000 manat pulu Tural Sücayətə təqdim etmişdir. Tural Təqsirləndirilən şəxs pulu təqdim edərkən yanlarında digər şəxslər olmamışdır. Sücayət pulu götürüb saydıqdan sonra, Tural arvadı Günel Qəribovanın diplomunun və şəxsiyyət vəsiqəsinin surətini də Sücayətə təqdim etmişdir. Sücayət isə onlara qısa zamanda məsələnin müsbət həll olunacağını bildirmişdir. Lakin Sücayət verdiyi vədə əməl etmədiyi üçün oğlu Zərərçəkmiş şəxs bu barədə 17 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək şikayət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın qismən ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qərəzli xuliqanlıq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı qismən ödəməsini, yaşını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut yoxdur, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPMnin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-164/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-164/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver