Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-165/2021 01.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Xudafərin stansiyası ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saat 19:57-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Dacia Logan” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili 80 km/saat sürətlə idarə edib Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16,5-ci kilometrliyində Şamaxı istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməyib qarşıda sağ zolaqda dayanmış nəqliyyat vasitəsinin sola istiqamətləndiyini görüb soldan ötüb keçmək istərkən idarəetməni itirdiyindən yolayırıcı beton zolağa dəymiş, nəticədə ehtiyatsızlıqdan “Dacia Logan” markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs1 sağ daban sümüyünün qapalı yerdəyişmiş sınığı, sağ axil vətərinin vətərinin və ayağın qısa əzələlərinin gərilməsi, sağ qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 sağ baldır nahiyəsinin yuxarı 1/3-nin əzilmiş-cırılmış yarası, sol gözaltı və sağ baldır nahiyəsinin aşağı 1/3-nin qançırları, sol diz oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül, Zərərçəkmiş şəxs3 sağ diz oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan geniş ölçülü qançır-şişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, habelə “Dacia Logan” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs4 9095 (doqquz min doxsan beş) manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 19:57-də etibarnamə əsasında idarə etdiyi “Dacia Logan” markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Şamaxı istiqamətində orta zolaqla 80 km/saat sürətlə hərəkətdə olarkən Bakı-Şamaxı yolunun 16,5-ci km-nə çatdıqda qarşısında sağ zolaqdan təxminən 10 metr məsafədən metal rəngli “Chevrolet” markalı avtomobil sola onun yoluna istiqamətlənmişdir. O, həmin avtomobili vurmamaq üçün sükanı sola almış, tormoz vermədən hərəkətini davam etdirmişdir. Lakin idarə etdiyi avtomobil qabağa gedərək Bakı və Şamaxı istiqamətlərini ortadan ayıran orta otluq yaşıllıq torpaq hissəyə çıxmış, orta zolağın kənarındakı beton zolağa əsasən sağ tərəfilə dəyərək bir neçə metr irəliyə gedib dayanmışdır. Hadisə zamanı o, bədən xəsarəti almasa da avtomobilində sərnişin qismində olan bir nəfər kişi, arxada oturan bir qadın qızı xəsarət almışlar. Qeyd etmişdir ki, həmin Chevrolet markalı avtomobil sürətlə sola çəpəki formada təxminən 20 km/saat sürətlə hərəkət etmişdir. Onun idarə etdiyi avtomobil isə nə Chevrolet markalı avtomobilə, nə də ki, başqa avtomobilə toxunmamışdır. O, həmin avtomobilin sürücüsü ilə söhbət etmiş, sürücü çıxıb getmişdir. Həmin sürücünü tanımır. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisədən əvvəl avtomobili texniki cəhətdən saz vəziyyətdə idi. Hadisə zamanı avtomobilində cəmi 6 nəfər sərnişin var idi, onları tanımamış, digər üç sərnişin heç bir xəsarət almamışdır. Sonda o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını əsas gətirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, “Dacia Logan” markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili idarə etmək üçün xx.xx.2020-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs etibarnamə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə Bakı- Şamaxı yolunda Abşeron rayonu ərazisində qardaşı Elnurun etibarnamə ilə idarə etdiyi “Dacia Logan” markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobil yol qəzasına düşmüş, nəticədə avtomobilinə ziyan dəymişdir. Sonda o, təqsirləndiirlən şəxsdən şikayətçi olmadığını bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri 20 yanvar metrosu yaxınlığında tanışı Elnurun idarə etdiyi “Dacia Logan” markalı avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində oturub yaşadığı Müşfiqabad qəsəbəsinə gedərkən Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisində Elnur avtomobili orta zolaqla sürətlə hərəkət etdirmiş, qarşıda yolun sağında ağ rəngli minik avtomobili azca sola istiqamətlənmiş, Elnur sükanı sola almış, qabağa gedərək orta torpaqlıq ağaclıq zolağa çıxmış, bu zaman o və avtomobildə arxada oturan iki qadın xəsarət almışlar. Qeyd etmişdir ki, əyləşdiyi avtomobil başqa bir avtomobilə dəyməmiş və toxunmamışdır. Hadisədən sonra sürücü Elnur tərəfindən ona heç bir maddi yardım göstərilməmiş, ondan şikayəti var. Hadisədən dərhal sonra Elnur və qohumları ona xəsarət almağı ilə bağlı maddi yardım göstərəcəklərinə söz versələr də, buna əməl etməmişlər. Bütün xəstəxana xərclərini özü ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 19:50 radələrində anası ilə birgə evinə gedərkən Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində sürücü taksi nişanlı avtomobili sürətlə idarə etdiyi üçün və avtomobili nizama sala bilmədiyindən yol qəzasına düşmüşlər. Belə ki, qarşıda təxminən 100-150 metr qarşıda bir avtomobil sola istiqamətlənmiş, əyləşdiyi avtomobilin sürücüsü avtomobili sola yığışdıra bilməmiş, torpaqlığa çıxmış və həmin qəzada onlar xəsarət almışlar. Hadisə zamanı əyləşdiyi avtomobilin sürücüsü avtomobili sürətlə idarə etmiş, lakin sürətdən anlayışı olmadığı üçün sürücü avtomobili hansı sürətlə idarə etdiyini bilmir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19.50 radələrində qızı və bir neçə nəfər tanımadığı şəxslə taksi ilə Bakı-Şamaxı yolu ilə üzü Şamaxı istiqamətində evinə Müşviqabad qəsəbəsinə gedərkən Abşeron rayonu ərazisində yol qəzasına düşmüşlər. Belə ki, həmin yolda əyləşdiyi avtomobildən təxminən 100-150 metr aralıda qarşıda sağda bir avtomobil azca sola istiqamətlənmişdir. Elə həmin anda əyləşdiyi avtomobil həmin avtomobili vurmamaq üçün sola çəkmiş, lakin əyləşdiyi avtomobil həddindən artıq sürətli olduğundan sürücü yığışdıra bilməyib gedib bardürə dəymiş və torpaqlığa çıxmışdır. Hadisə zamanı qabaq sağ oturacaqda əyləşən yaşlı kişi, o və qızı xəsarət almışlar. Bildirmişdir ki, əyləşdiyi avtomobil başqa bir avtomobilə dəyməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19:55 radələrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus olan “Chevrolet Cruze” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16,5-ci km-də avtomobili şamaxı istiqamətinə yolun sağ kənarına verib saxlamışdır. Tək sərnişin iş yoldaşı Qurban avtomobildən düşmüşdür. O, avtomobilin qəza işıqlarını yanıdrımşdır. Dayandığı yerdə sol yan güzgüdə avtomobillərin gəlibgəlmədiyinə baxmışdır. Avtomobil yox idi. O, asta sürətlə hərəkətə başlayıb sol zolağa çıxmaq məqsədilə düzünə hərəkət edərkən arxadan eyni istiqamətdə soldan çox yüksək sürətlə qara rəngli avtomobil sol yanından ötüb keçərək Bakı və şamaxı istiqamətlərini ayıran orta torpaq ağaclıq zolağın üstünə çıxdığını görüb sola avtomobil sürərək orta zolağın kənarında avtomobili saxlamışdır. Kömək etmək məqsədilə avtomobildən düşüb həmin avtomobilə yaxınlaşmış, həmin avtomobildə sürücüdən başqa bir nəfər kişi, arxada iki nəfər qadın sərnişin görmüşdür. Sərnişinlər xəsarət almışdır. O, həmin sərnişinlərə avtomobilindən su gətirib vermişdir. Hadisə yerində həmin iki sərnişin qadını taski nişanlı avtomobillə xəstəxanaya yola salmışdır. Orada hadisə barədə polisə məlumat verilmişdir. Qeyd etmişdir ki, hadisədən əvvəl o, idrə etdiyi avtomobillə Dacia markalı avtomobilin hərəkət yoluna çıxmamış, sola dönmək istəməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19:55 radələrində iş yoldaşı Şahid1 məxsus Chevrolet Cruze markalı avtomobillə Xırdalan şəhərindən Bakı- Şamaxı yolu ilə evinə qayıdarkən Bakı-Şamaxı yolunun 16,5-ci km-də yaşadığı evə yaxın Nurlan avtomobilin qəza işıqlarını yandırıb avtomobili yolun sağ kənarına verərək saxlamışdır. O, tək olmuşdur. O, avtomobildən düşüb Nurlanla sağollaşmış, Nurlan idarə etdiyi avtomobili sürüb getmişdir. O, evinə tərəf 10-15 addım getmişdir ki, yoldan maşın təkəri səsi eşidib geri dönmüş, qara rəngli avtomobilin irəlidə Bakı və Şamaxı yolunu ayıran orta torpaq sahəyə sürətlə çıxıb əks istiqamətə çıxaraq dayandığını görmüşdür. Nurlan idarə etdiyi avtomobili sola verib həmin dayanmış avtomobilə tərəf getmişdir. O, da həmin avtomobilə tərəf qaçmışdır. Köməklik etmək məqsədilə həmin avtomobilə yaxınlaşmış, avtomobildə sürücü cavan oğlan, yanında bir nəfər kişi, arxada iki xanım var idi. Həmin xanımlar həyəcanlı halda arxadan qapını açıb düşürdülər. Nurlan avtomobildən çıxıb su gətirərək onlara vermişdir. Xanımlar narahat olduqları üçün həkimə yola sılınmışdır. Qeyd etmişdir ki, qara rəngli avtomobilin çox sürətlə gəldiyini təkərindən çıxan səsdən hiss etmiş, həmin qara rəngli avtomobil heç bir avtomobillə toqquşmamış, eləcə də Nurlanın avtomobili heç bir avtomobilə dəyməmiş və ya toxunmamışdır, Nurlan idarə etdiyi avtomobillə onu yaşadığı evin yaxınlığında düşürəndən sonra irəli Şamaxı istiqamətində təxminən 1 km getdikdən sonra sola dönmək üçün qoyulan yerdən dönüb öz yaşadığı evinə getməli idi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1701 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ baldır nahiyəsinin yuxarı 1/3-nin cızılmış-cırılmış yarası, sol gözaltı və sağ baldır nahiyəsinin aşağı 1/3-nin qançırları, sol diz oynağı nahiyəsinin sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir. xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin maneəyə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1702 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ diz oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan geniş ölçülü qançır-şişkinliyi bərkküt əşya (əşyalar) təsirindən törənmişdir. xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin maneəyə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1704 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ daban sümüyünün qapalı yerdəyişmiş sınığı, sağ axil vətərinin və ayağın qısa əzələlərinin gərilməsi, sağ qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir. xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin maneəyə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə trasoloji-kimyəvi-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1628 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “Dacia Logan” markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Chevrolet Cruze markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə aid lak-boya izlər yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə trasoloji-kimyəvi-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1331 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş “Dacia Logan” markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperində, qabaq sağ qanadda, qabaq sağ qapıda, qabaq sağ dirəkdə, qabaq sağ təkərdə, qabaq sağ farada) olan zədələr, izlər öz formasına, marfoloci quruluşna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk predmetlə kontaktda olması, o cümlədən yol kənarında maneəyə, səkiyə dəyməsi nəticəsində yaranması mümkündür. Təqdim edilmiş “Dacia Logan” markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində digər nəqliyyat vasitəsi ilə kontaktda olması, toqquşma nəticəsində yaranmağa xarakterik hər hansı bir zədə aşkar edilmədi. “Dacia Logan” markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin («Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan maddi sübut kimi tanınmış “Dacia Logan” markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması və bir ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır.. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2/12842 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan ziyan aktından görünür ki, “Dacia Logan” markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilə 9095 (doqquz min doxsan beş) manat ziyan dəymişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə verilmiş AC 554068 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixə kimi etibarlıdır. Onun sürücülük hüququ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X2 məhdudlaşdırılmamış və onlar sürücülük hüququndan məhrum edilməmişlər. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Dacia Logan markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 630565 №-li qeydiyyat şəhadətnaməsinə əsasən Zərərçəkmiş şəxs4 məxsus olmaqla xx.xx.2020-ci il tarixdə verilmiş ƏN-İV-177149 №-li etibarnamə əsasında idarə edilməsi xx.xx.2028-ci il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli olmaları tam sübuta yetirmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, həmçinin onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə hazırki cinayət işi üzrə ittiham hökmü çıxarılmaqla hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. X9 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. X9 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx.xx.2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Qaradağ rayon 2 saylı Lökbatan MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Orucov X7 rayonundan məcburi köçkündür və ailə üzvləri, yəni arvadı Ülviyyə Orucova, uşaqları xx.xx.2011-ci il təvəllüdlü Şahzadə Orucova, xx.xx.2009-cü il təvəllüdlü Nazim Orucov ilə birgə ünvan 3 ünvanında yaşayır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməklə əməlindən səmimi peşman olmasını və məcburi köçkün olmaqla himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yəni bu cinayətin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydarı əleyhinə olan ehtiyatsızlıqdan törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət olmasını, onun şəxsiyyətini, yəni törədilmiş cinayəti etiraf edərək səmimi peşman olmasını, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, hadisə nəticəsində özünün də xəsarət almasını, zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi ziyanın əksər hissəsinin ödənilməsini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətli olmaqla cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və xx.xx.2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 308,46 (üç yüz səkkiz manat qırx altı qəpik) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 308,46 (üç yüz səkkiz manat qırx altı qəpik) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Probasiya İdarəsinə, Azərbaycan Respublikası Baş X11 İdarəsinə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 05 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın. İş üzrə 308,46 (üç yüz səkkiz manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Probasiya İdarəsinə, Azərbaycan Respublikası Baş X11 İdarəsinə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 05 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-165/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-165/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver