Məhkəmə qərarları › İş №1(012)-165/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-165/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-165/2025 13.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kamranlı Günel Ramiz qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Mehdiyeva (Əliyeva) Aynurə İsa qızının, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə xx xxxx 1989-cu ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 2-də qeydiyyatda olan, Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Şəfiqə Əfəndizadə küçəsi, ev 27-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 21 noyabr 2019-cu il tarixdən başlayaraq 31 iyul 2013-cü il tarixdə anadan olmuş X2 və 08 oktyabr 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 160,00 manat, ümumilikdə cəmi 320,00 manat məbləğində alimentin tutularaq Mehdiyeva (Əliyeva) Aynurə İsa qızına ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2 (012)- 484/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 3(012)-2000/ 2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 13 yanvar 2023-cü və 07 aprel 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 04 noyabr 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Mehdiyeva (Əliyeva) Aynurə İsa qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 6460,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qeyrirəsmi olaraq 166 yükdaşıma xidmətində sürücü kimi işləyərək aylıq əmək haqqı 620,00 manat müqabilində təşkil edir. 2012-ci ilin may ayının 15-də Əliyeva (İsayeva) Aynurə İsa qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdiril- mişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 31 iyul 2013-cü il tarixdə Cəlal adlı və 08 oktyabr 2015-ci il tarixdə Əli adlı iki oğlan övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq araların- da ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Aynurə Əliyeva ona heç bir söz demədən 2020-ci ilin əvvəllərində iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan az müddət keçməsinə baxmayaraq keçmiş həyat yoldaşı Aynurə Əliyeva ondan boşanmağa görə və azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün 2020-ci ilin yay aylarında aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 21 noyabr 2019-cu il tarixdən başlaya- raq 31 iyul 2013-cü il təvəllüdlü Cəlal Əliyevin və 08 oktyabr 2015-ci il təvəllüdlü Əli Əlizadənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 160,00 manat, ümumilikdə cəmi 320,00 manat məbləğində pulun on- dan alınaraq keçmiş həyat yoldaşı X6 ödənilməsinə dair 08 iyun 2020-ci il tarixli, 2(012)-484/2020 saylı qətnamə çıxarılmışdır. Hə- min qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Aynurə Əliyevaya məhkəmə qətnaməsi üzrə alimentə görə borclu ol- duğu məbləği ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsi tərəfindən ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsindən sonra icra dövründə keçmiş həyat yoldaşı Aynurə Əliyevaya alimentə görə borclu olduğu məbləğ- dən 8900,00 manat məbləğində ödəniş etmiş və 04 noyabr 2023-cü il tarixə- dək 6460,00 manat məbləğində qalıq borcu qalmışdır. Məhkəməyə dəvət olunduqdan sonra qətnamə üzrə tələbkara olan borcunu tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Mehdiyeva (Əliyeva) Aynurə İsa qızı ifadəsində göstərmişdir ki, 2012-ci ilin may ayının 15-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikah- ları Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 31 iyul 2013-cü il tarixdə Cəlal adlı və 08 oktyabr 2015-ci il tarixdə Əli adlı iki oğlan övladları dünyaya gəlmiş- dir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasi- bətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs az yaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün məcburiyyət qarşısında qalaraq 2020-ci ilin əvvəllərində iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşama- ğa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra iki azyaşlı uşaqla- rının böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə və Təqsirləndirilən şəxs bir ata kimi azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığına görə məcburiyyət qarşısında qalaraq ondan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanıl- masından ötrü aliment pulunun alınması üçün 2020-ci ilin yay aylarında aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 21 noyabr 2019-cu il tarixdən başlayaraq 31 iyul 2013-cü il tarixdə anadan ol- muş X2 və 08 oktyabr 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanıl- maları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən oluna- raq hər bir uşağa görə hər ay 160,00 manat, ümumilikdə cəmi 320,00 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 08 iyun 2020-ci il tarixli, 2(012)-484/2020 saylı qətnamə çı- xarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Abşeron Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövrün- də keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəmə- yə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Abşeron Rayon Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs icra dövründə alimentə görə ona 8900,00 manat məbləğində ödəniş etmiş və 04 noyabr 2023-cü il tarixədək 6460,00 manat məbləğində qalıq borcu qaldığını bildirərək qeyd edilən məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Cinayət işi məhkəməyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəmişdir. Hazırda Əliyev X7 qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2 (012)-484/2022 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs oğ- lundan 21 noyabr 2019-cu il tarixindən başlayaraq X8- lunun və X3 yetkinlik yaşlarına çatana qədər saxla- nılması üçün hər bir uşağa görə hər ay 160,00 manat olmaqla, cəmi 320,00 manat məbləğində alimentin tutularaq X5 xeyrinə ödə- nilməlidir. İcra sənədi 08 iyul 2020-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə borclu Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, lakin həmin tələbin könüllü icrası təmin edilməmişdir. Görülmüş tədbirlər nəticəsində banklarda borcluya məxsus pul vəsaitinin olması, tələbin yönəldilə biləcəyi hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. “Elektron icra” sistemindən əldə olunmuş məlumata əsasən borclunun əmək müqaviləsi üzrə işlədiyi mü- əyyənləşdirilmiş və onun əmək haqqından tutulma aparılması üçün 12 oktyabr 2020-ci il tarixdə müvafiq məktubla borclunun iş yerinə müraciət olunmuşdur. İşlədiyi müddətdə borclunun əmək haqqından tutulmalar aparılmış, lakin 25 yanvar 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verildikdən sonra alimenti ödəməkdən yayınmağa başlamışdır. Bununla bağlı ona dəfələrlə icra məmuru tərəfindən xəbərdarlıqlar edilmiş, lakin borclu Təqsirləndirilən şəxs alimenti müəy- yən edilmiş qaydada ödəməmiş, nəticədə borcu artmaqda davam etmişdir. Borclu Təqsirləndirilən şəxs alimenti ödəməməklə icra məmurunun qanuni tələblə- rinə əməl etmədiyinə görə 21 dekabr 2022ci il tarixdə Azərbaycan Respubli- kası İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə verilmiş və həmin rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 3(075)-2000/2022 nömrəli qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həbs müddəti bitdikdən sonra borcluya bir neçə dəfə icra sənədini qərəzli olaraq ic- ra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar- lıqlar edilmişdir. Lakin, borclu həmin xəbərdarlıqlara məhəl qoymamış, aliment borcu və aylıq alimenti ödəmədiyinə gərə borcu artmaqda davam etmişdir. İş üzrə tələbkar X9 borclu Təqsirləndirilən şəxs alimenti ödəməkdən boyun qaçırdığına görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə 22 fevral 2023-cü il tarixli ərizə ilə şöbəmizə müraciət etmişdir. Eyni zamanda təqdimat əsasında Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 8 (075)-266/2023 nömrəli qərardadı ilə borclunun ölkədən getmək hüququ mü- vəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs 8900,00 manat məbləğində aliment görə ödəniş etmiş, 04 noyabr 2023-cü il taixədək ümu- milikdə 6460,00 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunun ödənilməsi dəfələrlə borclu Təqsirləndirilən şəxs tələb edilmiş, lakin o, borc öhdəliklərini yerinə yetirməmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinə mü- nasibətdə onun davam edən hərəkətsizliyi, barəsində edilən inzibati tədbirdən heç bir nəticə çıxarmaması, məhkəmə qərarının icrasına düzgün münasibət göstərməməsi, onun qərəzli olmasına dəlalət edən haldır. Borclu məsuliyyəti elan olunmaqla rəsmi xəbərdar edilməsinə baxmayaraq icra sənədini icra etməməkdə davam edərək faktiki imkanlarından istifadə etməmişdir. Borclu icra işinin icrası zamanı qərəzli mövqeyini nümayiş etdirmiş, hətta bunları öz yazdığı izahatlarında da qeyd etmişdir. Bu səbəbdən də, borclu Əliyev Elməd- din Əzim oğlu xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyə- tinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 Sabir oğlu Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(012)-484/2020 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2019-cu il tarixdən başlayaraq 31 iyul 2013-cü il tarixdə anadan olmuş X13- məddin oğlunun və 08 oktyabr 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 160,00 manat, ümumilikdə cəmi 320,00 manat məbləğində alimentin tutularaq Mehdiyeva (Əliyeva) Aynurə İsa qızına verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 3(012)-2000/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 3-13-12/2-17253/24 saylı tələbnamədən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin 06 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs (həbs nəzərdə tutulmadan) barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPi-in xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Zərərçəkmiş şəxs Mehdiyeva (Əliyeva) Aynurə İsa qızı tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsi üzrə olan aliment borcunu tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışaraq ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, məhkəmə qətnaməsi üzrə olan aliment borcunu zərərçəkmiş şəxs Mehdiyeva (Əliyeva) Aynurə İsa qızına tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin Qeyd hissəsində qeyd olunan tələblərə əsasən təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini onun barəsində çıxarılmış hökm qanuni qüvvəyə minənədək tam icra etdiyinə görə o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə barəsində olan cinayəti işi üzrə zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmiş şəxsə ödənilməli olan aliment məbləğin tam ödənilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 306-cı, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar