Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-166/2020 23.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12 , Zərərçəkmiş şəxs15 oğlunun və Zərərçəkmiş şəxs17 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayaış massivində Zərərçəkmiş şəxs5 yaşadığı evin qarşısında park edilmiş sonuncuya məxsus Mercedes E-220 markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısının şüşəsini sındıraraq avtomobilin salonundan sandıqçadan 2750 (ikimin yeddi yüz əlli) manat nəğd pulu gizli olaraq oğurlayaraq maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən X8 məxsus fərdi yaşayış evinin qapısını özü ilə götürdüyü mismar çıxardan alət vasitəsi ilə sındırmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evdən 7 (yeddi) top hər biri 100 (yüz) manat olmaqla ümumilikdə 700 (yeddi yüz) manat dəyərində 4 (dörd) mm-lik elektrik naqillərini, 1 (bir) ədəd 200 (iki yüz) manat dəyərində elektrik açarını, 1 (bir) ədəd 200 (iki yüz) manat dəyərində elektrik şitini, 600 (altı yüz) manat dəyərində elektrik lampalarını, 1 (bir) ədəd 400 manat dəyərində perferatoru, 1 (bir) ədəd 300 (üç yüz) manat dəyərində dreli və 1 (bir) ədəd 300 (üç yüz) dəyərində laqondanı gizli yolla talayaraq zərərçəkmiş şəxsə Tural Əsgərova ümumilikdə 2700 (iki min yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 01:30 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsi Beton zavod ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evə hasardan aşmaq yolu ilə daxil olub evin pəncərəni əli ilə sıxıb açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq evin divarlarına çəkilmiş 100 (yüz) metri 71 (yetmiş bir) manat olan 24 (iyirmi dörd) top ümumi dəyəri 1704 (bir min yeddi yüz dörd) manat təşkil edən elektrik naqillərini gizli olaraq talayaraq zərərçəkmiş Əıi Paşayevə ümumilikdə 1704 (bir min yeddi yüz dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli yolla talama məqsədi ilə Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan saxlanc yerinin pəncərəsi üzərində olan dəmirbarmaqlıqları sındırmaqla qanunsuz daxil olub, oradan 1 (bir) ədəd 220 (iki yüz iyirmi) manat dəyərində qaynaq aparatı, 1 (bir) ədəd 190 ((yüz doğsan) manat dəyərində kompressor aparatı, 1 (bir) ədəd 190 (yüz doğsan) manat dəyərində dülgər dəzgahı, 1 (bir) ədəd 60 (altmış) manat dəyərində plastik boru ütüsü, 1 (bir) ədəd 40 (qırx) manat dəyərində drel, 1 (bir) ədəd 280 (iki yüz səksən) manat dəyərində preforator, 1 (bir) ədəd 30 (otuz) manat dəyərində balaca drel, 1 (bir) ədəd 140 (yüz qırx) manat dəyərində laqonda, 2 (iki) ədəd hər biri 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində balaca laqonda, 1 (bir) ədəd 50 (əlli) manat dəyərində primus, 1 (bir) ədəd 50 (əlli) manat dəyərində cərəyan ölçən, 2 (iki) ədəd hər biri 23 (iyirmi üç) manat olmaqla 46 (qırx altı) manat dəyərində preforator başlığı, 1 (bir) ədəd 35 (otuz beş) manat dəyərində böyük «sverlo», 1 (bir) dəst 45 (qırx beş) manat dəyərində rezba açan, 1 (bir) ədəd 160 (yüz altmış) manat dəyərində su nasosu, 1 (bir) top 55 (əlli beş) manat dəyəri su şlanqı və 4 (dörd) ədəd hər biri 20 (iyirmi) manat olmaqla ümumilikdə 80 (səksən) manat dəyərində 15 (on beş) radiuslu avtomobil təkərlərini gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1911 (bir min doqquz yüz on bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evininin pəncərəsini açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evdən 3 (üç) ədəd 270 (iki yüz yetmiş) manat dəyərində velosipedi, 1 (bir) ədəd 50 (əlli) manat dəyərində laqondanı, 250 (iki yüz əlli) manat dəyərində taxtalari, 150 (yüz əlli) manat dəyərində məftilləri, 30 (otuz) manat dəyərində armatur dəmirlərini, 150 (yüz əlli) manat dəyərində inşaat materiallarını, 30 (otuz) manat dəyərində elektri naqillərini, 50 (əlli) manat dəyərində dəmir borunu və 80 (səksən) manat dəyərində şteyleri gizli yolla talayaraq Zərərçəkmiş şəxs17 ümumilikdə 1060 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyi blok 5, m. 17 ünvanının qarşısında saxladığı qara rəngli **-PC-*** dövlət qeydiyyat nişanlı “Daewoo” gentra markalı avtomobil qapısını açılması yolu ilə 70 (yetmiş) manat dəyərində “Kgtel” telefon, 735 manat pul və 30 manat dəyərində telefon qulaqcığının oğurlanmış və oğurluq nəticəsində Zərərçəkmiş şəxs7 ümumi dəyəri 835 manat ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X9 Abşeron rayonu Nübar yaşayış massivində yaşadığı evin qarşısında küçədə saxladığı “Rexston” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qabaq şüşəsini əlindəki dəmir parçası ilə vurub sındırmaqla, avtomobilin qabaq oturacaqları arasında olan yerdən 750 (yeddi yüz əlli) manat pulu gizli yolla talayaraq zərərçəkmiş Vüqar Qasımova ümumilikdə 750 (yeddi yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 03 radələrində Zərərçəkmiş şəxs15 oğlunun Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşadığı evin qarşısındakı küçədə saxladığı Mersedes markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qabaq şüşəsini əlindəki dəmir parçası ilə vurub sındırmaqla, avtomobildən 8000 (səkkiz min) manat pulu və 700 (yeddi yüz) ABŞ dollar pulu, Zərərçəkmiş şəxs15 adına rəsmi sənədlər olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsini, etibarnaməni, müharibə veteranı vəsiqəsini və pensiya kartını ələ keçirib gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs15 xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Süleyman Rəhimov küçəsində yerləşən Zərərçəkmiş şəxs16 məxsus fərdi yaşayış evinin plastik pəncərəsini açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evin dəhlizində yerləşən dolabın üzərindən 2000 (iki min) manat nağd pulu və 2 (iki) ədəd hər biri 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat dəyərində kişi ayaqqabısını gizli yolla talayaraq zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs16 ümumilikdə 2100 (iki min yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 18:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa vahid küçəsində yerləşən Zərərçəkmiş şəxs11 məxsus evin plastik pəncərəsini açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evin yataq otağında olan şkafı açaraq oradan 350 (üç yüz əlli) manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs11 ümumilikdə 350 (üç yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən həyətyani sahəsindən 01 (bir) ədəd 1,5 tonluq 250 (iki yüz əlli) manat dəyərində kopron materiallı su çəni, 03 (üç) ədəd biri 200 (iki yüz) litrlik olan hər birinin qiyməti 11 (on bir) manat olmaqla ümumilikdə 33 (otuz üç) manat dəyərində dəmir boçkalar, 01 (bir) ədəd 10 (on) manat dəyərində daş baltası, 01 (bir) ədəd 1 (bir) manat dəyərində ATL yazısı olan divar (tərəzi) ölçən, 01 (bir) ədəd 9 (doqquz) manat dəyərində hörgü üçün (ip) şuğur, 04 (dörd) ədəd hər biri 2 (iki) manat olmaqla ümumilikdə 8 (səkkiz) manat dəyərində plasmas vedrələr, 02 (iki) ədəd hər biri 3 (üç) manat olmaqla ümumilikdə 6 (altı) manat dəyərində plasmas su vannaları, 04 (dörd) ədəd hər biri 8 (səkkiz) manat olmaqla ümumilikdə 32 (otuz iki) manat dəyərində lapatqalar, 25 (iyirmi beş) metr hər metrəsi 1 (bir) manat olmaqla ümumilikdə 25 (iyirmi beş) manat dəyərində rezin şlanq, 09 (doqquz) ədəd 1,52x1,52 ölçüdə olan hər biri 15 (on beş) manat olmaqla ümumilikdə 135 (yüz otuz beş) manat dəyərində taxta materialından diktlər, 17 (on yeddi) ədəd 5x10 sm, uzunluğu 4 (dörd) metr ölçülü hər biri 5 (beş) manat olmaqla ümumilikdə 85 (səksən beş) manat dəyərində atma taxtaları gizli talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 594 (beş yüz doğsan dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Masazır qəsəbəsi yeni məhəllədə yaşadığı nömrəsiz evin qarşısına qoyduğu 1500 (bir min beş yüz) manat dəyərində betonhamarlayan aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (bir min beş yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs12 məxsus evin həyətyanı sahəsində hasardan aşaraq həyətdə olan dəmir setkadan hasara alınmış hinin qapısını açmaqla saxıanc yerinə, yəni evin həyətyani sahəsində olan quş hininə qanunsuz daxil olaraq oradan 17 (on yeddi) ədəd hər biri 11 (on bir) manat olmaqla ümumilikdə 187 (yüz səksən yeddi) manat dəyərində toyuqları və 1 (bir) ədəd 23 (iyirmi üç) manat olan hind quşunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 210 (iki yüz on) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə, gecə saat 03 radələrində Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yeni inşa etdiyi ünvanda yerləşən evin həyətindəki hasardan aşaraq həyətə girmiş, nərdivanla evin ikinci mərtəbəsinə qalxaraq, evin plastik pəncərəsini sıxaraq açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evin divarlarına çəkilmiş elektrik naqillərini sökmüş və evin zirzəmisində olan istifadə olunmamış 01 (bir) ədəd içində 100 metr olan rulonda 30 manat dəyərində 2,5 mm-lik elektrik naqilini və 17 (on yedddi) rulon ümimilikdə 5000 (beş min) manat dəyərində 6250 metr uzunluqda 6 mm-lik olan elektrik naqillərini gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 5030 (beş min otuz) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxx 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır kəndində, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evin pəncərəsini açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evdən 500 (beş yüz) metr 4x3 markalı hər metrəsi 50 (əlli) qəpik olmaqla 250 (iki yüz əlli) manat dəyərində elektrik naqillərini və 500 (beş yüz) metr 4x4 markalı hər metrəsi 62 (altmış iki) qəpik olmaqla 310 (üç yüz on) manat dəyərində elektrik naqillərini gizli yolla talayaraq zərərçəkmiş şəxs Elnur Cəfərova ümumilikdə 560 (beş yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində ünvan 5 A ünvanında yerləşən Zərərçəkmiş şəxs14 Bəhman oğluna məxsus evə hasardan aşmaq yolu ilə daxil olub evin pəncərəni əli ilə sıxıb açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evin divarlarına çəkilmiş 240 (iki yüz qırx) metr uzunluqda hər metrəsi 2 (iki) manat 50 (əlli) qəpik ümumilikdə 600 (altı yüz) manat dəyərində elektrik naqillərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs14 ümumilikdə 600 (altı yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Fikrət Əmirov küçəsində yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində olan pəncərənin dəmir barmaqlığını üzərində gəzdirdiyi dəmir parçası ilə sındırdıqdan sonra əli ilə pəncərəyə güc verib açmaqla yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evdən 01 ədəd 120 (yüz iyirmi) manat dəyərində Türkiyyə Cümhuriyyətində istehsal edilmiş yataq dəsti, 5 (beş) ədəd hər biri 20 (iyirmi) manat olmaqla can ümumilikdə 100 (yüz) manat dəyərində dəsmalları, 8 (səkkiz) ədəd hər biri 10 (on) manat olmaqla ümumilikdə 80 (səksən) manat dəyərində əlüz dəsmalllarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 03 radələrində Bakı-Şamaxı yolunun kənarında “Elsu” şirkətin qarşısında saxlanmış Zərərçəkmiş şəxs8 məxsus “MAN” markalı yük avtomoblindən 02 (iki) ədəd hər biri 480 (dörd yüz səksən) manat olmaq1a ümumilikdə 960 (doqquz yüz altmış) manat dəyərində akkumlyatorları gizlin yolla talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 960 (doqquz yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2019-cu il tarixdə axşam saat 18 radələrində X6 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində olan eyvanının qapısının açıq olmasından istifadə edərək həmin yerdən yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsinin pilləkanın altında olan 01 (bir) ədəd 40 (qırx) manat dəyərində “HİPROTERM” 350 w, 55 mm markalı elektrik mişarı 01 (bir) ədəd 40 (qırx) manat dəyərində laqonda, 01(bir) ədəd 20 (iyirmi) manat dəyərində direl, 16 (on altı) ədəd hər biri 3 (üç) manat 25 (iyirmi beş) qəpik olmaqla ümumilikdə 52 (əlli iki) manat dəyərində elektrik açarları, 20 (iyirmi) ədəd hər biri 01 (bir) manat 50 (əlli) qəpik olmaqla ümumilikdə 30 (otuz) manat dəyərində yivli plastik dirsək, 10 (on) ədəd hər biri 50 (əlli) qəpik olmaqla ümumilikdə 5 (beş) manat dəyərində plastik körpu və 50 (əlli) metr metrəsi 1 (bir) manat 60 (altmış) qəpik olmaqla ümumilikdə 80 (səksən) manat dəyərində 4 (dörd) mm-lik misdən olan elektrik naqillərini gizli talama yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs Ramil Vəliyevə ümumilikdə 267 (iki yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə axşam saat 21 radələrində Masazır qəsəbəsində yeni məhlələrdə yerləşən evlərdən birinin işığının yanmadığını görmüş, həmin evin hasarı olmadığı üçün evə yaxınlaşmış və evin qapısının qıfılını özü ilə götürdüyü montirovka açarı ilə açmış, evə daxil olarkən evin natamam təmir olduğunu görmüş, evin dəhlizində yerdə müxtəlif tikinti materialları görmüş, orada coxlu sayda elektrik avadanlığı, yerdə elektrik kabeli və təmir alətləri olmuş, əli ilə nə keçdisə hamısını klyoka və torbaya yığmış, sonra taksiyə əyləşərək həmin əşyaları yaşadığı evə aparmış, sabahısı günü Sabunçu bazarına getmiş və həmin elektrik açarını elektrik kabellərini gizli işıqları, spotları, tikinti alətlərini-dreli, laqondanı, perfaratoru tanımadığı şəxsə 320 manata satmış, əldə etdiyi pulu narkotik vasitəyə və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə oğurluq etmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək üçün Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivinə getmiş, yaşayış evlərin qarşısında park edilmiş qara rəngli Mercedes markalı avtomobilə baxmış, həmin avtomobilin sağ yan şüşəsini qırıb içərisindən oğurluq etməyi qərara almış, bunun üçün yerdə olan daş parçasını götürüb şüşəni qırmış, avtomobilin salonundan saxlanc yerindən pulu götürüb getmiş, bir az uzaqlaşandan sonra pulu saymış və məbləğ 2750 manat olmuşdur. Oğurladığı pulları şəxsi ehtiyyacı üçün xərcləmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 01:30 radələrində yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evindən çıxaraq Abşeron rayonu Ceyranbatan qəsəbəsinə getmiş orada Beton zavod ərazisində 2 mərtəbəli ev görüb bundan sonra həmin evin qapısını bir neçə dəfə döymüş, heç kimin gəlmədiyini görüb evə hasardan aşma yolu ilə daxil olmuş, həyətdən evin pəncərəsini sıxıb açmaqla evə daxil olaraq evin divarlarına çəkilmiş 10-luk elektrik naqillərini sökərək özü ilə gətirdiyi zənbillərə yığaraq bayıra çıxarmışdır. Bundan sonra həmin günün səhəri yəni xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində həmin elektrik naqillərini Bakı şəhəri Şamaxinka deyilən yerdə 400 manata sataraq həmin pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Atyalı qəsəbəsinə gəlmiş, oğurluq etmək üçün ətrafda yaşayış olmayan ev axtamış, evlərin arası ilə gəzən zaman yolun sol tərəfində bir evə yaxınlaşmış, həmin evdə yaşayış olmadığına əmin olduqdan sonra qanunsuz evin həyətinə daxil olmuş, evin sol tərəfində yerləşən saxlanc yerinin dəmir barmaqlığını həyətdən tapdığı dəmir parça ilə sındırmışdır. Bundan sonra həmin saxlanc yerinə daxil olmuş və oradan müxtəlif tikinti alətləri olduğunu görmüş, oradan 2 ədəd drel, 2 ədəd laqonda, pereparator başlığı, rezva açan alət, 4 ədəd təkər, plastik boru ütüsü və sair əşyaları gizli şəkildə oğurlamışdır. Oğurladığı əşyaları kisələrə yığmış və evdən çıxıb yola tərəf irəliləmişdir. Yolun kənarında dayanıb həmin əşyaları Sabunçu rayonunda yerləşən əşya bazarına aparmağı və orada satışını təşkil etmək üçün yol maşını gözləmiş, təxminən saat 07 radələrində hecbek tipli taksi avtomaşın saxlamış və sürücüyə Sabunçu rayonunda yerləşən əşya bazarına getdiyini bildirmiş,12 manat pul müqabilində Sabunçu rayonunda yerləşən əşya bazarına gəlmiş, orada oğurladığı əşyaları 320 manat pul müqabilində tanımadığı şəxslərə satmış, oğurluq yolu ilə əldə olunmuş əmlakın satışından əldə etdiyi pulu şəxsi tələbatlarını ödəmək üçün xərcləmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olan zaman evlərdən birində heç kimin olmadığını görmüş və həmin evə daxil olaraq oğurluq etmək qərarına gəlmiş, həmin evə pəncərəni açıb daxil olmuş və evdən elektrik naqili, velosiped, taxtalar, arçatur, drel götürüb getmişdir. Oğurladığı əşyaların hamısını Sabunçu rayonunda yerləşən rus bazarında tanımadığı şəxsə 250 manata satmış və əldə etdiyi pulu maddi ehtiyacına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu Xırdalan Gənclər şəhərciyində oğurluq məqsədi ilə gəzən zaman qara rəngli “Daevo Gentra” markalı **-PC-*** d.q.n-lı avtomobili görmüşdür. Bu zaman həmin avtomobildən oğurluq etmək fikrinə gəlmiş, avtomobilin sürücü qapısı olan tərəfə yaxınlaşmış və cibindən vintaçanı çıxardıb avtomobilin sürücü qapısının açar keçən hissəsinin üst tərəfinə salaraq qapını açmış, daha sonra avtomobilin içinə daxil olmuş və avtomobildən Katel markalı telefon, 735 manat pul və telefon qulaqcığını götürmüş, oradan uzaqlaşaraq getmiş, daha sonra həmin avtomobildən oğurladığı pulları şəxsi ehtiyacları üçün xərcləmiş, telefon və qulaqcığı isə atmışdır. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 02 radələrində evlərdən, yaxud da küçədə saxlanılan avtomobillərdən oğurluq etmək üçün Abşeron rayonun Nübar yaşayış massivində küçələri gəzdiyi vaxt, yaşayış evin dəmir darvazası qarşısında, küçədə saxlanmış “Rexiston” markalı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobilin saxlandığını görmüş və avtomobilə yaxınlaşmış, avtomobillərin qapıları bağlı olduğundan üstündə olan dəmir parçası ilə avtomobilin qabaq sağ yan şüşəsini vurub sındırmaqla qapını açıb avtomobilin salonun pul və qiymətli əşya üçün axtarmağa başlamış, avtomobilin qabaq oturacaqları arasında olan saxlanc yerində gördüyü pulları götürmüş, tez qaçaraq oradan uzaqlaşmış, yolda pulları saymış cəmi 750 manat olmuşdur. Bundan sonra oradan yaxınlıqdakı Atyalı yaşayış massivinə gəlmiş və yaşayış evlərdən birinin dəmir darvazası qarşısında, küçədə saxlanmış aliminum rəngli Mercedes markalı, dövlət nişan nömrəsini xatırlamadığı avtomobilin saxlandığını saat 03 radələrində görmüş, həmin Mercedes markalı avtomobilə yaxınlaşmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra üstündəki dəmir parcası ilə Mercedes markalı avtomobilin qabaq sağ yan şüşəsini vurub sındırmış, avtomobilin qapısını açıb avtomobilin salonun pul və qiymətli əşya üçün axtarmağa başlamışdır. Avtomobilin saxlanc yerinin bağlı olduğunu gördükdə, orada pul olmasından şübhələnmiş və tez oranı üstündəki dəmir parçası ilə sındırıb açmış, orada gördüyü pul bağlamasını və gördüyü müxtəlif sənədləri, sürücülük vəsiqəsini və yadında qalmayan digər sənədləri götürüb cibinə qoymuş, həmin pul bağlamasının altında dollar da olmuş, pullar çox olduğundan sayını bilməmiş və ev sahibinin gəlməsindən ehtiyat edib qaçaraq oradan uzaqlaşmış, Mersedes markalı avtomobildən oğurladığı pulları saymış, 8000 (səkkiz min) manat və 700 ABŞ dollardan ibarət olmuşdur. Oğurladığı sənədlər isə həmin gün cibindən düşdüyünə görə, itirmiş, harada itirdiyi yadında qalmamış, oğurladığı həmin pulları şəxsi ehtiyaclarına və istirahətinə hamısını xərcləmiş, 700 ABŞ dolları isə xatırlamadığı bankda milli manata dəyişmiş, özünə xərcləmiş, həmin oğurluqları tək etmiş, oğurluq etdiyi avtomobillərin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa xx xxxx 2019-cu il tarixdə axşam saat 01 radələrində Masazır qəsəbəsində yeni məhəllədə yerləşən evlərdən birinin işığının yanmadığını görmüş, həmin evin həyətinin hasarından həyətə tullanaraq evin plastik pəncərəsini özü ilə götürdüyü vint açarı ilə açmış və evə daxil olmuş, evdə olan otaqları axtarmağa başlamış, əsas qızıl və pul axtarırmış, evdə dəhlizində şkaf olmuş, həmin şkafın üzərində ağ konvert olmuş, həmin konvertin içərisində isə 500 manat pul olmuşdur. Bundan başqa evdə iki ədəd ayaqqabı görmüş, ayaqqabıları da öz istifadəsi üçün oğurlamış, bundan sonra həmin daxil olduğu pəncərədən çıxaraq getmiş, pulu narkotik vasitəyə və şəxsi ehtiyaclarına xərcləmiş, ayaqqabıları isə özü istifadə etmişdir. Bundan başqa xx xxxx 2019-cu il tarixdə axşam saat 18:20 radələrində Masazır qəsəbəsində yeni məhlələrdə yerləşən evlərdən birinin işığının yanmadığını görmüş, həmin evin həyətinin hasarından həyətə tullanaraq evin plastik pəncərəsini özü ilə götürdüyü vint açarı ilə açmış və evə daxil olmuş, evdə olan otaqlarda əsas qızıl və pul axtarmağa başlamış, evdə qonaq otağında olan şkafın rəflərin axtararkən rəflərdən birində 350 manata yaxın pul görmüş və həmin pulu götürərək otaqdan çıxmış, pulu şəxsi ehtiyaclarına və narkotik vasitəyə xərcləmişdir. Bundan başqa xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrində Qobu qəsəbəsində yaşayış evlərinin qarşısı ilə piyada gəzərək oğurluq edəcəyi evin müəyyən etməyə çalışırmış. Xeyli getdikdən sonra yaşayış olmayan yerə gəlmiş, orda yarımçıq inşa edilmiş yerlər olmuş, orada yarımçıq inşa edilmiş hasarlı həyətə gəlmiş, həyətin bir tərəfində bünövrənin yeri qazılsa da, hasar inşa edilməmişdir. Həyətdə su çəni, 01 ədəd 1,5 tonluq kopron materiallı su çəni, 03 ədəd biri dəmir boçkalar, 01 ədəd daş baltası, 01 ədəd düzlüyü ölçən tərəzi, 01 ədəd hörgü üçün ip, 04 ədəd plasmas vedrələr, 02 ədəd plasmas su vannaları, 04 ədəd lapatqalar, təxminən 20-25 metrdə rezin şlanq, 09 ədəd taxta materialından diktlər, 17 ədəd təxminən 4 metr uzunluqda atma taxtalar olmuşdur. Həmin əşyaları bir yerə cəmləyib yığmış, hava qaranlıq olduqdan sonra yola çıxıb taksi saxlatmış və həmin taksi ilə əşyaları yıxdığı yerə gəlmiş, topladığı əşyaları taksiyə yığıb getmiş, yolda taksidə sıxlıq olduğuna görə çəlləyin birini xatırlamadığı yerə atmış, qalanını Masazır kəndinə oğurladığı əşyaları yığdığı yerə gəlmiş, sonra Masazır kəndində oğurladığı əşyaları tanımadığı şəxsə ümumilikdə 60 manata satmış, əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa xx xxxxx 2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu Masazır qəsəbəsi yeni məhəllədə oğurluq məqsədi ilə gəzən zaman yolun kənarinda kubik daşlarının üzərinə qoyulmuş dəmir yer hamarlayan aparat görmüş, ətrafa baxaraq heç kimin olmadığından əmin olduqdan sonra sakitcə həmin aparatı qucağına almış və oradan uzaqlaşmış, yola çıxdıqdan sonra avtomobil yolu ilə hərəkət edən QAZ 24 markalı nömrəsini xatırlamadığı avtomobil görmüş və onu saxladaraq oğurladığı beton hamarlayan aparatı avtomobilə yerləşdirmiş və sürücüyə Sabunçu rayonunda yerləşən “Rus bazarı”deyilən yerə getməsini istəmiş, sürücü onu həmin dediyi ünvana aparmış və bazarda beton hamarlayan aparatı avtomobildən yerə endirmiş və sürücüyə 10 manat vermiş, orada səhərin açılmağını gözləmiş, səhər açıldıqdan sonra bazarda tanımadığı şəxsə 80 manat müqabilində həmin beton hamarlayan aparatı satmış və həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx xxxxx 2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, Saray qəsəbəsində olarkən bir mərtəbəli yeni tikilmiş, həyəti daş hasarla əhatə olunan, fərdi evə rast gəlmiş, həmin vaxt qeyd olunan fərdi evdən oğurluq etmək qərara gəlmiş, bir qədər ətrafa göz gəzdirmiş, ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra hasardan aşaraq evin həyətində hini görüb ora yaxınlaşmış, hini açıb orada olan 17 ədəd toyuğu əvvəlcədən özü ilə gətirdiyi kisəyə qoyub kisənin ağzını bağlamış, hind quşunu isə qucağına götürdükdən sonra ətrafa göz gəzdirərək onu görən olmadığına əmin olmuş, bundan sonra həmin evdən uzaqlaşmış, oğurladığı toyuqları və hind quşunu Abşeron rayonu, Atyalı yaşayış massivində tanımadığı şəxsin birinə 100 manat satmış və oğurluq nəticəsində əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxx 2019-cu il tarixdə, gecə saat 03 radələrində Abşeron rayonun Atyalı yaşayış massivində oğurluq etmək üçün münasib ev axtardığı vaxt gördüyü 3 mərtəbəli ev diqqətini cəlb etmiş, orada yaşayış olmadığına əmin olduqdan sonra evin darvazasına yaxınlaşmış və darvazanın bağlı olduğunu görmüş, buna görə hasarın üstündən aşaraq həyətə daxil olmuş, pəncərələr üzərində dəmir barmaqlıq olmadığından, pəncərədən evə daxil olmaq üçün həyətdə gördüyü taxta nərdivanı evin ikinci mərtəbəsinin pəncərəsinə qoymuş və nərdivanla pəncərəyə çıxmış, plastikdən olan pəncərəni sıxmaqla açıb evə daxil olmüş, qaranlıq olduğundan üstündəki alışqanın işığını yandırmış, evdə təmir işlərin aparıldığını görmüş, evdə qiymətli əşya olmadığından, evdə otaqlara, hamam və tualetə çəkilmiş divardakı elektrik naqillərini dartıb bağlandığı yerdən çıxartmış və onları oradan götürdüyü kisəyə yığmış, bundan sonra evin zirzəmisinə baxdıqda orada gördüyü 17 rulon elektrik naqillərini də kisəyə yığmış, oğurladığı elektrik naqilləri 6 mm-lik olmuş, ancaq uzunluğunun nə qədər olduğunu bilməmiş, sonra evə daxil olduğu yerdən küçəyə çıxmış və oradan bir qədər piyada getdikdən sonra, yolda rast gəldiyi tanımadığı, markasını və dövlət qeydiyyat nömrə nişanın xatırlamadığı taksi ilə Bakı şəhəri 3-cü mikrorayondakı köhnə əşyaların satıldığı bazarın yaxınlığına aparmış, orada qalıb səhərin açılmasını gözləmiş, səhər açıldıqdan sonra həmin elektrik naqilləri bazara aparmış və bazarda onları tanımadığı bir kişiyə hammısını 1000 manata satmış, satdığı həmin elektrik naqillərinin özünə məxsus olduğunu demiş, həmin oğurluğu tək etmiş, oğurluq etdiyi evin kimə məxsus olduğunu bilməmiş. Bundan başqa xx xxx 2019-cu il tarixdə saat təxminən 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olan zaman evlərdən birində heç kimin olmadığını görmüş və həmin evə daxil olaraq oğurluq etmək qərarına gəlmiş, həmin evə pəncərəni açıb daxil olmuş və evdən 1000 metr uzunluqda elektrik naqilini götürüb getmiş, həmin naqili yandıraraq əritmiş və Bakı şəhəri ərazisində qarşına çıxan, dəqiq yerini xatırlamadığı metal qəbulu məntəqəsinə ümumilikdə 65 manata satmış və əldə etdiyi pulu maddi ehtiyacına xərcləmişdir. Bundan başqa xx xxxx 2019-cu il tarixdə saat təxminən 23:30 radələrində yaşadığı ünvan 5 A ünvanında yerləşən evin qarşısından keçəndə həmin evdə işıqların yanmadığını və evdə heç kimin olmadığını görmüş,bundan sonra həmin evin qapısını bir neçə dəfə döymüş, heç kimin gəlmədiyini görüb evə hasardan aşma yolu ilə daxil olmuş, həyətdən evin pəncərəsini sıxıb açmaqla evə daxil olaraq evin divarlarına çəkilmiş 4-lük elektrik naqillərini sökərək özü ilə gətirdiyi zənbillərə yığaraq bayıra çıxartmış, bundan sonra həmin günün səhəri yəni xx xxxx 2019-cu il tarixdə saat 10 radələrində həmin elektrik naqillərini Bakı şəhəri Şamaxinka deyilən yerdə 200 manata sataraq həmin pulları isə şəxsi ehtiyaclarına ödəmişdir. Bundan başqa xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində Masazır qəsəbəsində yaşayış evlərinin qarşısı ilə piyada gəzərək oğurluq edəcəyi evin müəyyən etməyə çalışmış, bir qədər getdikdən sonra iki mərtəbəli evin qarşısına gəlmiş, həmin evdə heç kimin olmamağı onun diqqətini çəkmiş, heç kimin olmadığına əmin olduqdan sonra saat təxminən 01 radələrində evin hasarına qalxıb həyətə düşmüş, birinci mərtəbəyə baxmış, ordan evə daxil olmaq üçün münasib yer tapmamış, ikinci mərtəbənin eyvanına qalxmış, orda pəncərədən evə rahat daxil olmağı planlaşdırmış, üzərində gətirdiyi dəmir parçası ilə pəncərənin dəmir barmaqlığını dartıb yarıya qədər sındırmış, pəncərə plastik pəncərə olmuş, əli ilə güc verib pəncərəni açmış və ordan evə daxil olmuş, evin hər tərəfinə baxmış, qiymətli əşya tapa bilməmiş, sonra ikinci mərtəbədə olan yataq otağının içində olan kiçik otaqdan yataq dəstlərini görmüş, həmin yataq dəstini götürüb evi daxil olduğu yerdən tərk etmiş, oğurladığı əşyaları gizlin yerlərdə yataq dəstinin içində dəsmallarda saxlamış, səhəri günün oğurladığı yataq dəstini Masazır qəsəbəsində tanımadığı şəxsə 20 manata satmış, əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa xx xxxx 2019-cu il tarixdə axşam radələrində piyada Abşeron rayonu, Masazır kəndində məhlələrin arasında gəzirmiş, olduğu küçədə yeni tikilmiş evlər olmuş, həmin evlərdən birinin hasarı olsa da, darvazası olmamış, qeyd etdiyi həyətə daxil olmuş, həyətdə sol tərəfdə kürsülü bir mərtəbəli ev olmuş, evin giriş qapısı dəmirdən olmuş, evin pəncərələri plastikdən olmaqla, pəncərənin üzərində dəmir barmaqlıq olmamış, evin zirzəmisinin qapısı plastikdən olmuş, evin zirzəmisinin plastik qapısını açmağı və ora daxil olmağı fikirləşmiş, əli ilə dartaraq açmış, zirzəməyə daxil olmuşdur. Orada usta alətləri olmuş, ilkin olaraq orada olan perefaratoru, laqondanı, uqarezi, lobziki, pistaleti, frez aparatını, müxtəlif ölçülü açarları özü ilə götürdüyü torbaya yığmış və oradan uzaqlaşmış, yol kənarına çıxmış, taksiyə əl edib saxlatmış, tanımadığı taksi ilə Sabunçu rayonunda olan əşya bazarına aparmış və oğurladığı əşyaları ümumilikdə tanımadığı şəxsə 280 manata satmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə axşam saat 23 radələrində marşrutla gedərkən yolun kənarında «MAN» markalı yük avtomobilinin dayandığını görmüş, avtomobilin sürücüsündən marşrutu saxlamağı xahiş etmiş, marşrutdan düşdükdən sonra yolun kənarında park edilmiş «MAN» yük maşınlarının birinə yəni göy rəngdə olanına yaxınlaşmış, «MAN» avtomobilin sağ yan tərəfindən yerləşən akkumlyator olan yerin qapağını açmış və orada olan iki ədəd «MAN» yazılmış akumlyatorları çıxardıb yolun kənarına qoymuş, həmin vaxt yoldan keçən tanımadığı taksi avtomoblinə əl edib saxlatmış, sürücüdən akkumlyatorları Xırdalan dairəsinə aparmış, orada akkumlyatorları tanımadığı şəxsə 200 manata satmışdır. Bundan başqa Bundan başqa xx xxxx 2019-cu il tarixdə axşam saat 18 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gəlmiş, Ceyranbatan qəsəbəsində yerləşən yaşayış məhlələrini gəzərək oğurluq edəcəyi evləri axtarmış. yaşayış məhəlləsində ancaq həyət evləri olmuş, bir qədər gəzdikdən sonra iki mərtəbəli inşa edilmiş evin qarşısına gəlmiş, həmin evə diqqətlə baxmış, evdə yaşayış olmamış, ev inşa edilsə də, evin içində təmir işləri aparılmış, evə kənardan diqqətlə baxmış və evə ikinci mərtəbənin eyvanının qapısının plastik qapı olduğunu görmüş, evə ordan daxil ola biləcəyini düşünmüş, həmin günü vaxt öldürmək üçün ətrafda gəzib-dolaşmış, qeyd etdiyi evdə təmir işləri aparıldığına görə evdə ustaların inşaat alətlərinin olacağını güman etmiş. Gecə saat 02 radələrində evin hasarından tullanıb həyətə daxil olmuş, evin alışqanın kiçik işığı ilə həyəti axtarmış və hasarın dibində taxta nərdivan tapmış, həmin pilləkəni eyvanın qarşısına qoymuş və ikinci mərtəbənin eyvanına çıxmış, nərdivanı çıxdıqca ətrafa nəzər yetirirmişdir. Həmin vaxt heç kim olmamış, eyvanın plastik pəncərəsinin tutacağına toxunanda qapının açıq olduğunu görmüş, qapını açıb evə daxil olmuş, ikinci mərtəbədə, hər hansı qiymətli əşya görməmiş, birinci mərtəbəyə düşmüş və evi axtarmış, pilləkənin altında nələrinsə yığıldığını görmüş, ora yaxınlaşmış əşyalara baxmış, orda inşaat alətləri olmuş, oradan 01 ədəd lobziq, 01 ədəd laqonda, 01ədəd direl, bir neçə elektrik açarları, xeyli sayda plastik alətlər və təxminən 50 metrlik 4 mm-lik misdən olan elektrik naqillərini götürüb çıxmış, evin birinci mərtəbəsində olan qarajın qapısını açıb qaraja girmiş, qarajın çöl qapısı olmadığına görə ordan rahat çıxıb getmiş, səhəri günün Bakı şəhərində yerləşən Sabunçu bazarında tanımadığı şəxsə oğurladığı əşyaları ümumilikdə 120 manata satmış və əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Sonda o, törətdiyi əməldən peşman olduğunu, lakin vurulmuş ziyanı ödəməyə imkanı olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, o, 2018-ci ildən Abşeron rayonu, Hökməli qəsəbəsi, “Atyalı” yaşayış massivində özünə yaşayış evi inşa etdirməyə başlamış, həmin evin torpaq sahəsi mişar daşı ilə hasarlanmış, yaşayış evi üç mərtəbəlidir, hal-hazırda evdə elektrik işləri aparılır. Evin pəncərələri plastik materialdan hazırlanmış, lakin pəncərələrin dəmir barmaqlığı yoxdur. Evə tez-tez baş çəkir. xx xxxxx 2019-cu il tarixdə saat 14 radələrində evinə gəlib baxmış və həmin vaxt hər şey qaydasından olmuş, xx xxxxx 2019-cu il tarixdə saat 10 radələrində evinə gəlib baxanda görmüşdür ki, naməlum şəxs (şəxslər) tərəfindən nərdivanın söykəyib evin ikinci mərtəbəsinin pəncərəsindən evə daxil olmuş və divarlara çəkilmiş elektrik naqillərinin yerindən qoparıldığını, həmçinin evin zirzəmisində olan 17 rulon hərəsində 100 metr olmaqla 6-mm-lik elektrik naqilləri oğurlanmışdır. Konkret olaraq evindən ümumilikdə 6250 metr uzunluqda olmaqla 5000 manat dəyərində elektrik naqilləri oğurlanmışdır. Sonda o, Təqsirləndirilən şəxs oğlundan şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Zəngilan rayonu Şəfibəyli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən Beton zavodun həyətində yerləşən tikilidə ailə üzvüləri ilə birlikdə yaşayır, həmin evin yaxınlığında özünə fərdi yaşayış evi inşa edir, mütəmadi olaraq həmin yeni inşa etdiyi evə gedib baş çəkirmiş. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə həmin evə baş çəkmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində həmin evə gedərkən naməlum şəxs və ya şəxlər ona məxsus olan yeni inşa etdiyi evə daxil olaraq evdən 100 metri 71 manat olan 24 ədəd 1704 manat dəyərində 10-luq elektirik naqillərini divardan sökərək oğurladığını görmüş, bundan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermiş və ümumilikdə ona 1704 manat maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs oğlundan şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində özünə fərdi yaşayış evi inşa etdirmiş, həmin evdə yaşayış olmasa da, arada bir evə gedib baş çəkirmiş. 2018-ci ilin sentyabr ayında gedib öz evinə baş çəkmiş, həmin vaxtı hər şey öz yerində və qaydasında olmuşdur. xx.xx.2019cu il tarixdə günorta vaxtlarında evinə gəldikdə evin yataq otağının plastik pəncərəsini açıq vəziyyətdə görmüş, daha sonra açarı ilə evin giriş qapısını açaraq evə daxil olanda, evdə ümumi dəyəri 270 manat olan 03 ədəd velosipedlərin, 50 manat dəyərində 01 ədəd laqondanın, ümumi dəyəri 250 manat olan taxtaların, 150 manat dəyərində olan məftillərin, 30 manat dəyərində olan armaturun, 150 manat dəyərində olan müxtəlif tikinti materialların, 30 manat dəyərində olan elektrik naqillərin, 50 manat dəyərində olan dəmir boruların və 80 manat dəyərində olan olan şvelerin yerində olmadığını aşkar etmişdir. Evdən 2018-ci ilin sentyabr ayından xx.xx.2019-cu il tarixədək olmayan müddət ərzində kənar şəxs və ya şəxslərin oğurluq etdiyini başa düşmüş, bundan sonra dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq oğurluq barəsində məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1060 manat məbləğində maddi ziyan dəymişdir Sonda o, Təqsirləndirilən şəxs oğlundan şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 oğlu ifadəsində göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində özünə məxsus “Mercedes-Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin qarşısında saxlamış, səhər saatlarında Səməd adlı qonşusu onu çağıraraq gecə vaxtı avtomobilinin şüşəsinin sındırıldığını bildirmiş, dərhal DİN-in 102 xidmətinə zəng vurub məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlmiş və avtomobilə baxış zamanı o, avtomobilin sonunda saxlanc yerinin sındırıldığını görmüş, həmin yerə baxarkən oradan 8000 manat və 700 ABŞ dollar pulun oğurlandığını müəyyən etmişdir. Sonda o, Təqsirləndirilən şəxs oğlundan şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən torpaq sahəsində divar daşlarından bir mərtəbəli fərdi yaşayış evi tikdirmiş,həmin evdə yaşayış yoxdur, arada bir demək olar ki, həftədə bir dəfə evinə baş çəkir, axırıncı dəfə təxminən xx.xx.2019-cu il tarixdə gedib evinə baş çəkmiş, həmin vaxtı evdə hər şey öz qaydasında olmuş, bundan sonra xx.xx.2019-cu il tarixdə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən evinə gəldikdə evin sol tərəfində yerləşən pəncərənin üzərində olan dəmir barmaqlığın yerdə olduğunu görmüş, həmçinin evin giriş qapısına kənardan müdaxilə olduğunu göör\ndə dərhal evinə kənar şəxslərin qanunsuz daxil olduğunu aşa düşmüş, bundan sonra evin giriş qapısını öz açarı ilə açıb evə daxil olduqdan sonra, evin ambar otağına yığdığı tikinti alətlərin olduğu yerə baxanda dəyəri 220 manat olan bir ədəd qaynaq apparatı, dəyəri 190 manat olan bir ədəd kompressor aparatı, dəyəri 190 manat olan bir ədəd dülgər dəzgahı, dəyəri 60 manat olan bir ədəd plastik boru ütüsü, dəyəri 40 manat olan bir ədəd drel, dəyəri 280 manat olan bir ədəd preforator, dəyəri 30 manat olan bir ədəd balaca drel, dəyəri 140 manat olan bir ədəd laqonda, hər birinin dəyəri 120 manat olan iki ədəd balaca laqonda, dəyəri 50 manat olan bir ədəd primus, dəyəri 50 manat olan bir ədəd cərəyan ölçən, hər birinin dəyəri 23 manat olan iki ədəd preforator başlığı, dəyəri 35 manat olan bir ədəd böyük «sverlo», dəyəri 45 manat olan bir dəst rezba açan, dəyəri 160 manat olan birə ədəd su nasosu, dəyəri 55 manat olan bir top su şlanqı və hər birinin dəyəri 20 manat olan dörd ədəd 15 radiuslu avtomobil təkərlərin yerində olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1911 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs oğlundan şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonunda ailəsi ilə birlikdə yaşamağına baxmayaraq Abşeron rayonu, Saray qəsəbəsində 10 sot torpaq sahəsində bağ evi vardır. 10 sot torpaq sahəsində 2 mərtəbəli ev tikdirmiş, torpaq sahəsində evdən 40 metr uzaqlıqda kubikdən hazırlanmış hini var, həmin hində 17 ədəd toyuq və 1 ədəd hind toyuqlarını saxlayırmış. 17 ədəd toyuqların hər birini 11 manatdan 1 ədəd hind quşunu isə 23 manat pul verərək ümumilikdə 210 manata bazardan almışdır. xx xxxxx 2019-cu il tarixdə səhər həyətdə olan toyuqları həyətə buraxmaq üçün evdən çıxdığında hində olan 17 ədəd toyuğu və 1 ədəd hind quşun hində olmadığını aşkar etmiş, evin həyətinə diqqətlə baxış keçirəndə setkadan hazırlanmış divarın əzilmiş vəziyyətdə olduğunu görmüş, onda həyətə kiminsə daxil olaraq onun 17 ədəd toyuğunun, 1 ədəd 1 hind quşunu oğurladığını başa düşmüş və bundan sonra Abşeron RPİ-nə toyuqlarının oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Sonda o, Təqsirləndirilən şəxs oğlundan şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, xx.xx.2019-cu il tarixdə ona məxsus beton hamarlayan aparatı işlədikdən sonra gətirərək yaşadığı evin qarşısına küçəyə kubik daşlarının üzərinə yerləşdirmiş və evə daxil olmuşdur. xx xxxxx 2019-cu il tarixdə saat 17 radələrində evdən çıxaraq həmin aparatı götürərək işə getmək istəmiş, lakin, küçəyə çıxan zaman həmin beton hamarlayan aparatın yerində olmadığını müəyyən etmişdir. Oğurlanmış beton hamarlayan aparatın dəyəri 1500 manat olmuşdur. Bir müddət axtarmağa başlamış və tapa bilmədikdə xx xxx 2019-cu il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Sonda o, Təqsirləndirilən şəxs oğlundan şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx xxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək olan müddət ərzində naməlum şəxs (şəxslər) tərəfindən ona məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən həyətyanı sahədən özünə məxsus olan əşyaları oğurlanmışdır. Belə ki, xx xxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək olan müddət ərzində naməlum şəxs (şəxslər) tərəfindən özünə məxsus olan həyətyanı sahəsindən özünə məxsus 01 ədəd 1,5 tonluq 250 manat dəyərində kopron materiallı su çəni, 03 ədəd biri 200 litrlik olan hər birinin qiyməti 11 manat olmaqla ümumilikdə 33 manat dəyərində dəmir boçkalar, 01 ədəd 10 manat dəyərində daş baltası, 01 ədəd 12 manat dəyərində düzlüyü ölçən tərəzi, 01 ədəd 9 manat dəyərində hörgü üçün (ip) şuğur, 04 ədəd hər biri 2 manat olmaqla ümumilikdə 8 manat dəyərində plasmas vedrələr, 02 ədəd hər biri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində plasmas su vannaları, 04 ədəd hər biri 8 manat olmaqla ümumilikdə 32 manat dəyərində lapatqalar, 25 metr hər metrəsi 1 manat olmaqla ümumilikdə 25 manat dəyərində rezin şlanq, 09 ədəd 1,52x1,52 ölçüdə olan hər biri 15 manat olmaqla ümumilikdə 135 manat dəyərində taxta materialından diktlər, 17 ədəd 5x10 sm, uzunluğu 4 metr ölçülü hər biri 5 manat olmaqla ümumilikdə 85 manat dəyərində atma taxtalar oğurlanmışdır. Oğurluqla bağlı ona ümumilikdə 605 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onun Abşeron rayonu Masazır kəndində özünə məxsus yaşayış evi var. Həmin evdə yaşayış olmasa da, demək olar ki, hər həftə gedib baş çəkir. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində gedib öz evinə baş çəkmiş, həmin vaxtı hər şey öz yerində və qaydasında olmuşdur. xx.xx.2019-cu il tarixdə günorta vaxtlarında evinə gəldikdə evin yataq otağının plastik pəncərəsini açıq vəziyyətdə görmüş, daha sonra açarı ilə evin giriş qapısını açaraq evə daxil olanda, evin içərisində divarlara 4x3 mm 500 metr uzunluğunda və 4x4 500 metr uzunluğda elektrik naqillərin divarlarda olmadığını aşkar etmişdir. evində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olmayan müddət ərzində kənar şəxs və ya şəxslərin evdən oğurluq etdiyini başa düşmüş, bundan sonra dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq oğurluq barəsində məlumat vermiş, 4x3 elektrik naqilin hər 1 metrini 0,50 manata, 4x4 eletrik naqilin hər 1 metrini isə 0,62 manata almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 560 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə axşam saat 21 radələrində işdən gəldikdən sonra özünə məxsus Mercedes markalı E-220 modelli **-KJ- *** dövlət qeydiyyat nişnalı avtomobili yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən evinin qarşısında saxlamışdır. xx.xx.2019-cu il tarixdə səhər saat 09 radələrində avtomobilinə əyləşib öz işlərinin dalınca getmək istəyərkən avtomobilinin sağ ön qapısının şüşəsinin sındırıldığını görmüş, polis əməkdaşlarının gəlib avtomobili müayinə etməsi üçün avtomobilin salonuna əlini vurmamış, bundan sonra özünə məxsus mobil telefon vasitəsilə Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə avtomobilinin şüşəsinin naməlum şəxslər tərəfindən sındırıldığını bildirmiş, bir az vaxt keçdikdən sonra avtomobilinin olduğu yerə polis əməkdaşları gəlib avtomobilinə baxış keçirmişlər. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə avtomobilinə baxmış və avtomobilinin salonunda orta hissəsində yerləşən sandıqçada saxladığı 2750 manat pulunun yerində olmadığını görmüşdür. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir və Təqsirləndirilən şəxs şikayətçidir və ona vurulmuş ziyanı tələb edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, həmişəki kimi xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində özünə məxsus “Rexston” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin qarşısında saxlamış, səhər saatlarında, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində qonşusu Xalisin avtomobilinin şüşəsinin sındırıldığını eşidib küçəyə çıxmış və özünə məxsus avtomobilinin qabaq sağ yan şüşəsi sındırılmışdır. Avtomobilimin qabaq oturacaqlarının arasında olan saxlanc yerindən 750 manat pulunun oğurlandığını müəyyən etmiş və avtomobilimin şüşəsinin sındırılması nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir və Təqsirləndirilən şəxs şikayətçidir və ona vurulmuş ziyanı tələb edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Fikrət Əmirov küçəsində yerləşən ona məxsus iki mərtəbəli fərdi yaşayış evi var. Həmin evi bağ evi kimi istifadə edir. Həmin evdə olmadığı müddətdə naməlum şəxs (şəxslər) tərəfindən oğurluq hadisəsi törədilmişdir. Belə ki, 2019-cu ilin iyun ayının 8-dən 11-dək olan müddət ərzində naməlum şəxs (şəxslər) tərəfindən özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Fikrət Əmirov küçəsində yerləşən fərdi yaşayış evinin ikinci mərtəbədə evanda olan pəncərənin dəmir barmaqlığını sındırıb həmin pəncərəni açaraq evə daxil olub evdən 300 manat dəyərində dəsmal və yataq dəsti oğurlanmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 06 fevral 2019-cu il tarixdə saat 07 radələrində yuxudan oyanmış və 08 radələrində evdən küçəyə enmiş, küçəyə enən zaman blokun qarşısında saxladığı qara rəngli **-PC-*** d.q.n-lı Daevvo Gentra markalı avtomobilinə yaxınlaşan zaman avtomobilin avtomobilin sol qapısının açılması yolu ilə içinin dağınıq vəziyyətdə olduğunu görmüş, həmin an DİN-nin 102 xidmətinə zəng vuraraq avtomobilində olan 350 manat pulun oğurlandığını bildirmiş, hadisə yerinə polis əmkdaşları gəlmiş və avtomobilinə baxış keçirdikdən sonra ona ərizə ilə Abşeron RPİ-nə müraciət etmiş və həmin an avtomobilində 400 manat pul və 70 manat dəyərində Kgtel telefonunun oğurlanmasını qeyd etmiş, daha sonra avtomobilinə baxdıqdan orada avtomobilin barında olan 360 manat pulun, 5000 rubl yəni 135 manat pulun və avtomobilin günlüyündə olan 240 manat pulun, avtomobildə olan 30 manat dəyərində telefon qulaqcığının oğurlanmasını müəyyən etmiş və təkrar ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2019-cu ilin iyul ayının 15-dən 16-na keçən gecə naməlum şəxs (şəxslər) tərəfindən ona məxsus inşası tam başa çatmayan evindən oğurluq olmuşdur. Belə ki, 2019-cu ilin iyul ayının 15-dən 16-na keçən gecə naməlum şəxs (şəxslər) tərəfindən evin ikinci mərtəbəsinin eyvanın qapısını açıb evə daxil olaraq evin birinci mərtəbəsinin piləkənin altına yığdığı 01 ədəd lobziq, 01 ədəd laqonda, 01 ədəd direl, 16 ədəd elektrik açarları, 20 ədəd ədəd yivli plastik dirsək, 10 ədəd plastik körpu və 50 metr 4 mm-lik misdən olan elektrik naqili oğurlanmışdır. Oğurluqla bağlı ona ümumilikdə 297 manat maddi ziyan dəymişdir. İki gün özü oğurluq edəni axtarmış, lakin tapa bilməmiş və bundan sonra oğurluqla bağlı polisə müraciət etməyi qərara almışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2018-ci ildə 65000 manata “MAN 18.360 TGA YÜK” maşını almış, həmin yük maşınını xx.xx.2018-ci il tarixdə idarə etmə hüququ ilə etibarnamə əsasında X11 vermiş, həmin gündən həmin avtomobili Asəf Yusubov idarə edirmiş. O, yük maşını evinin yaxınlığında yəni Abşeron rayonu ərazisində “Elsu” şirkətinin qarşısında boş avtomobil meydançasında saxlayırmış, təxminən 2 aya yaxındır özünə məxsus yük maşını satmaq qərarına gəlmiş, bunun üçün “Turbo-Az” saytında elan yerləşdirmiş, həmin elanı yerləşdirdikdən sonra ona və Asəf Yusubova təxminən 4-5 dəfə müxtəlif telefon nömrələrindən yük maşınına baxmaları üçün zənglər gəlmiş və həmin şəxslər gəlib maşına baxıb getmişlər. Sayıtda elan yerləşdirdiyi üçün yük maşınını yerindən çəkmirmiş, demək olar ki, maşından istifadə etmirmişlər. Təxminən 5-10 gün bundan əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ehtiyat hissələri mağazasından “Man” markalı yük maşını üçün 02 ədəd “Man” markalı hər birinin dəyəri 480 manat olan akumlyatoru alıb avtomaşınının üzərinə qoymuşdur.xx.xx.2019-cu il tarixdə səhər saat 11 radələrində Asəf Yusubov ona zəng vuraraq ona məxsus “Man” markalı yük maşının üzərindən 02 ədəd yeni aldığı akumlyatorları oğurlandığını bildirmiş və o, Azərbaycan Respublikası DİN-nin 102-yə zəng məlumat xidmətinə oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə səhər saatlarında ona məxsus yük maşının olduğu yerə getmiş və akumlyatorun oğurlandığı yerə baxmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 960 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, daimi olaraq Qaradağ rayonunda yaşayır. Abşeron rayonu, Masazır qəsəbəsində yeni məhəllədə ev tikdirir. Ev demək olar ki, tam olaraq tikilmiş, evin içərisində təmir işləri gedir. xx.xx.2019-cu il tarixdə evə baş çəkmək üçün gəldikdə evin çöl qapısının sındırıldığını görmüşdür. Evə daxil olub əşyalara baxarkən 700 manat dəyərində 7 top 4 mm-lik elektrik naqilinin, 400 manat dəyərində elektrik açarı və şitin, 600 manat dəyərində elekktrik lampalarının, hamam işıqlarının, 1000 manat dəyərində drel, laqunda və digər təmir alətlərinin oğurlandığını aşkar etmiş və oğurluq nəticəsində ona 2700 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 18:10 radələrində qızı ilə birlikdə marketə getmiş, təxminən 1 saat sonra evə qayıtmış, evə daxil olarkən mətbəxin pəncərəsinin açıq olduğunu görmüş, sonra yataq otağına baxarkən paltar şkafının içərisində çolan paltarların dağınıq vəziyyətdə olmasını görmüşdür. Sonra şkafın yanında olan kamota baxarkən kamotun ikinci rəfində olan 350 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra poisə məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zəngilan rayonu, Mincivan qəsəbəsi Nəsimi küçəsində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Xətai rayonu İ. Zülfiqarov küçəsi ev 29 bina 42 A ünvanında ailə üzvüləri ilə birlikdə yaşayıram. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 7 il olarki, ünvan 5 A ünvanında özünə 10 sot torpaq sahəsi alaraq fərdi yaşayış evi inşa etməyə başlamışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək həmin evi hissə-hissə təmir etməyə başlamışdır. Hal-Hazırda həmin evdə təmir işləri davam etdirilir. xx xxxx 2019-cu il tarixə keçən gecə naməlum şəxs və ya şəxlər həmin evə daxil olaraq evdən 600 manat dəyərində elektrik naqillərini divardan sökərək çıxarıb aparmışlar. Bundan sonra hadisə barədə Abşeron rayon polis idarəsinə gələrək ərizə ilə mürcaiət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində daimi yaşasa da, Abşeron rayonu, Masazır qəsəbəsi, Süleyman Rəhimov küçəsində yerləşən fərdi yaşayış evi var. Sonuncu dəfə həmin evdə xx xxxx 2019-cu il tarixdə olmuş. xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində evə gələrək evin qonaq otağının pəncərəsinin açıq olduğunu görmüş, evdəki əşyalara diqqət yetirərkən evin dəhlizində olan şkafın üzərindəki övladının təhsil üçün yığdığı 2000 manat pulun oğurlandığını aşkar etmiş, bundan başqa ayaqqabıları olan şkafa baxarkən orada hər birinin dəyəri 50 manat olan iki ədəd kişi ayaqqabısının oğurlandığını aşkar etmiş və oğurluqla bağlı ona ümumilikdə 2100 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs8 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. X12 Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin «Saidinin-Fransaya qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X12 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş X10 verdiyi ifadəsi də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarındaolan müvafiq istintaq hərəkətləri protokollarından və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı zərərçəkmiş şəxslərə məxsus əmlakları gizli olaraq taladıqları yerləri əyani olaraq göstərmiş və istintaqa verdiyi ifadələrini hadisə yerində təsdiq edib analoji ifadələr vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.09.201-cu il tarixli, 22936 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd (Bosch) fimasına məxsus GBH 2-26 DRE markalı, “HAMMERDR1LL” pereferator 50 manat, 01ədəd “HİPROTERM” 350 w? 55 mm markalı elektrik mişarı 40 manat, 01 paçqa 100 metrlik 2,5 mm elektrik naqilinin hər metrəsi 30 qəpik olmaqla 30 manat, 01 ədəd üzərində ATL yazısı olan divar (tərəzi) ölçən 1 manat, 01 ədəd üzərində “ANTECH” yazısı olan CLS-A 20L/5B model təziqartıran nasos 40 manat, 01 ədəd üzərində “baytas” sözü olan laqonda 25 manat, 01 ədəd üzərində “HOT AİR GUN” yazısı olan isti külək verən laqonda 25 manat, 01 ədəd yazısı olmayan yaşıl rəngli laqonda 25 manat və 40 metr uzunluqda içində 4x4 mm-lik elektrik naqili hər metrəsi 2 manat olmaqla 80 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, elektrik açarı 1 (bir) ədəd 200 (iki yüz) , elektrik şiti 1 (bir) ədəd 200 (iki yüz) manat , pereferator (bir) ədəd 400 manat , direl 1 ədəd 300 manat, elektrik laqondası 1 ədəd 300 manat, qaynaq aparatı 1 ədəd ədəd 220 (iki yüz iyirmi) manat, 1 (bir) ədəd 190 ((yüz doğsan) manat dəyərində kompressor aparatı, 1 (bir) ədəd 190 (yüz doğsan) manat dəyərində dülgər dəzgahı, 1 (bir) ədəd 60 (altmış) manat dəyərində plastik boru ütüsü, 1 (bir) ədəd 40 (qırx) manat dəyərində drel, 1 (bir) ədəd 280 (iki yüz səksən) manat dəyərində preforator, 1 (bir) ədəd 30 (otuz) manat dəyərində balaca drel, 1 (bir) ədəd 140 (yüz qırx) manat dəyərində laqonda, kiçik ölçülü laqonda 1 ədədi 120 manat, 1 (bir) ədəd 50 (əlli) manat dəyərində primus, 1 (bir) ədəd 50 (əlli) manat dəyərində cərəyan ölçən, 1 ədəd prefarator başlığı 23 manat, 1 (bir) ədəd 35 (otuz beş) manat dəyərində böyük «sverlon», 1 (bir) dəst 45 (qırx beş) manat dəyərində rezba açan, 1 (bir) ədəd 160 (yüz altmış) manat dəyərində su nasosu, 1 (bir) top 55 (əlli beş) manat dəyəri su şlanqı, 15 radiuslu avtomobil təkəri 1 ədədi 20 manat(işlənmiş), 1 ədəd velosiped(işlənmiş) 90 manat, (bir) ədəd 50 (əlli) manat dəyərində laqonda, 50 (əlli) manat dəyərində dəmir boru,80 (səksən) manat dəyərində şveyler, açıb bağlanan 1 ədəd 70 (yetmiş) manat dəyərində “Kotel” telefon, 30 manat dəyərində telefon qulaqcıq, 01 (bir) ədəd 1,5 tonluq 250 (iki yüz əlli) manat kopron materiallı su çəni, 200 (iki yüz) litrlik dəmir boçkalar-11 manat, 01 (bir) ədəd 10 (on) manat dəyərində daş baltası, 01 (bir) ədəd 9 (doqquz) manat dəyərində hörgü üçün (ip) şuğuru, plasmas vedrələr 2 manat, plasmas su vannaları- 3 manat, lapatka-8 manat, 25 metrə rezin şlanqların hər metrəsi 1 manat, 1,52x1,52 ölçüdə olan taxta diklərin qiyməsi 15 manat, 5x10 sm, uzunluğu 4 (dörd) metr ölçülü atma taxtaların 1 ədədi 5 manat, betonhamarlayan aparat 1500 (bir min beş yüz) manat, 01 ədəd 120 (yüz iyirmi) manat dəyərində Türkiyyə Cümhuriyyətində istehsal edilmiş yataq dəsti-120 manat, 1 ədəd can dəsmalı 20 (iyirmi) manat, əl üz dəsmalı 10 manat, “MAN” markalı yük avtomobilinin akkumlyatoru 480 (dörd yüz səksən) manat, 01 (bir) ədəd 40 (qırx) manat dəyərində laqonda, 01 (bir) ədəd 20 (iyirmi) manat dəyərində direl, 1 elektrik açarı 1 ədədi3 (üç) manat 25 (iyirmi beş) qəpik, yivli plastik dirsəklər biri 01 (bir) manat 50 (əlli) qəpik, plastik körpu bir ədədi 50 (əlli) qəpikdir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd (Bosch) fimasına məxsus GBH 2-26 DRE markalı, “HAMMERDR1LL” pereferator, 01ədəd “HİPROTERM” 350 w? 55 mm markalı elektrik mişarı, 01 paçqa 100 metrlik 2,5 mm elektrik naqili, 01 ədəd üzərində ATL yazısı olan divar (tərəzi) ölçən, 01 ədəd üzərində “ANTECH” yazısı olan CLS-A 20L/5B model təziqartıran nasosu, 01 ədəd üzərində “baytas” sözü olan laqonda, 01 ədəd üzərində “HOT AİR GUN” yazısı olan isti külək verən laqonda, 01 ədəd yazısı olmayan yaşıl rəngli laqonda və 40 metr uzunluqda içində 4x4 mm-lik elektrik naqil saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Buna görə də o həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, onun məhkəmə zamanı özünü qismən təqsirli bilməsinə dair ifadəsi qeyri-səmimidir və özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanıyüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİNnin Baş X1 məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2009-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra o, xx.xx.2011-ci tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Qaradağ RM-nin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən xx.xx.2013-cü il tarixə çəkilməmiş 01 il 06 ay 08 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, daha sonra xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasənqəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan Abşeron rayonu Xırdalan şəhəri 5 saylı MTİİTS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf etməsini, və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatıüzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindənzərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmişşəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllüödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Lakin məhkəmə zamanı müəyyən edildi ki, İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ümumi maddi ziyan Təqsirləndirilən şəxs oğlu tərəfindən ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmənövündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növüüçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən barəsində xx.xx.2019-cu il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra istintaqın çağırışlarına vaxtında gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, daha sonra o, xx.xx.2019-cu il tarixdə tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 162 (yüz altmış iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundanNağıyev İlkin Səməd oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininhesabına (VÖEN **********, hesab AZ34CTRE000 000 000 000 020 88501) köçürülməlidir. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 105 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 630 (altı yüz otuz) manat məbləğində, məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət-ProsessualMəcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd il) müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkməsinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 162 (yüz altmış iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslərə törədilmiş cinayət nəticəsində onlara dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 105 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 630 (altı yüz otuz) manat məbləğində, məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğuğu vaxtdan (həbsdə olan şəxsə isə təqdim olunduğu vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-166/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-166/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver