Məhkəmə qərarları › İş №1(012)-166/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-166/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-166/2022 09.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxs AAAF” İnşaat MMCnin nümayəndəsi Nümayəndə Bahaddin oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 167, "xxxx" yaşayış kompleksi küçə 22, bina 7, ev 2 ünvanında faktiki olaraq yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla tanışı X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF park” yaşayış kompleksi, küçə 12, bina 2, mənzil 6 ünvanının qarşısında blokda yerləşən ambar kimi istifadə olunan saxlanc yerinə qapının qıfılını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 1 ədəd 50 manat dəyərində göy rəngli laqondanı, 1 ədəd 30 manat dəyərində dreli, hər bir ədədi 1 manat olan ümumi 20 manat dəyərində 20 ədəd drel başlıqlarını, 1 ədəd 50 manat dəyərində lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd 80 manat dəyərində elektrik gücləndiricini və 80 manat dəyərində bir qutu ələt dəsini (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəstini gilzi olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 310 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 10 aprel 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF park” yaşayış kompleksində 12 və 25 saylı küçələrdə yerləşən çoxmənzilli yaşayış binalarının, lift şaxtalarında olan və 1 saylı küçədə yerləşən su nasosxanasına çəkilmiş hər bir metri 1 manat olan ümumi 1000 manat dəyərində 1000 metr uzunluqda dörd damarlı mis naqilini vahid niyyətlə kəsib sökərək gizli talayıb "xxxx" MMC-yə 1000 manat məbləğində ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF park” yaşayaış kompleksi ev 22 bina 7 ev 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. X4 onun dostudur, hmçinin onunla bir məhlədə yaşayır. Seyranla normal münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Heç bir yerdə işləmədiyi üçün xx.xx.2021-ci il tarixdə səhər saat 11 radələrində X4 ilə görüşmüşdür. Həmin vaxtı Seyran ona demişdir ki, “pulumuz yoxdur gəl oğurluq edək”. O da Seyranla razılaşmışdır. Bundan sonra qonşu binada yəni 2-ci binanın 6 saylı mənzilinin yanında olan saxlanc yerinə girərək oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxtı o, Seyranla birlikdə təxminən saat 16 radələrində həmin binanın qarşısına gəlmişdir. O, binanın qarşısında gözləmiş Seyran isə binaya daxil olaraq orada olan saxlanc yerinin qıfılını açmış və bir yerdə içəri daxil olub oradan 1 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd çörək bişirmək üçün sacı, 1 ədəd işıq ötürücsünü və usta alətlərini oradan götürmüşlər. Sonra həmin günü Seyranla birlikdə həmin əşyaları Abşeron rayonu, Xırdalan şəhərində mağazaya 15 manata satmışdır. Həmin pulları isə öz aralarında bölmüşlər. İbtidai istintaq zamanı verdiyi ifadədə bildirmişdir ki, X4 ilə birlikdə 10 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində AAAF park yaşayış kopmleksində görüşmüşlər. Həmin vaxtı Seyran ona təklif etmişdir ki, “AAAF parka” məxsus 12 və 25 saylı küçələrdə yerləşən binalarda lift yerindən elektrik naqilərini sökmək lazımdır”. O da Seyranla razılaşaraq təxminən saat 22 radələrində 12 və 25 saylı küçərdə olan elektrik naqillərini kəsib özləri ilə gətirdikləri torbalara yığaraq metal qəbulu yerinə aparıb 150 manata satmışdır. Lakin həmin ifadələri müstəntiqin təsiri altında vermişdir. Əslində bu işdən onun xəbəri yoxdur. X4 ilə birlikdə bir oğurluq törətmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Hazırda Zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Ona görədə xahiş edir ki, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF park” yaşayış kompelsi küçə 12,, bina 2, ev 6 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı ev 1-ci mərtəbədə yerləşdiyindən girişdə olan pilləkənin altında özünə saxlanc yeri düzəltmişdir. Həmin yerin qapısıda var və qapını asma qıfıl ilə bağlayır. Həmin yerdə müxtəlif alətlərini saxlayır. xx.xx.2021-ci il tarixdə ora baxanda bütün əşyalarının yerində olduğunu görmüşdür. Lakin xx.xx.2021-ci il tarixdə təxminən saat 19 radələrində evə gələrkən pilləkənin altına baxanda görmüşdür ki, həmin yerin qapısı açıq vəziyyətdədir. Bundan sonra o, saxlanc yerinə baxanda görmüşdür ki, naməlum şəxs və ya şəxlər həmin yerinin asma qıfılını açmaq yolu ilə ora daxil olaraq oradan ona məxsus olan 1 ədəd 50 manat dəyərində laqondanı, 1 ədəd 40 manat dəyərində dreli, 20 ədəd 20 manat dəyərində drel başlıqlarını, 1 ədəd 40 manat dəyərində lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd 120 manat dəyərində elektrik ötürücüsünü və 100 manat dəyərində 50 ədəd elektrik açarlarını oğurlamışalr. Bundan sonra o, oğurluq hadisəsi baş verdiyi üçün bununla əlaqədar Abşeron rayon polis idarəsinə gələrək ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, oğurluq nəticəsində ona ümumlikdə 420 manat maddi ziyan dəymişdir. Oğurluqla bağlı heç kimdən şübhəlnməmiş, o cümlədən heç kimlə düşmənçiliyi və ədavəti olmamaışdır. Zərərçəkmiş şəxs məhkəməyə dəfələrlə teleqram göndərərk səhhəyti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs AAAF” İnşaat MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə Bahaddin oğlu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 34-cü məhəllə ev 9/49, mənzil 29-da yaşayır. xx.xx.2021-ci il tarixdən "xxxx" İnşaat MMC-də Hüquqşünas vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə AAAF” İnşaat MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Zaur Xıdırov ona bildirmişdir ki, “naməlum şəxs və ya şəxslər tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prosp.167, “AAAF Park” yaşayış kompleksinin 12 və 25 saylı küçələrində yerləşən çoxmənzilli yaşayış binalarının və lift şaxtalarında olan elektrik kabelləri, habelə 1 saylı küçədə yerləşən su nasosxanasın elektrik kabelləri oğurlanmış, oğurluq nəticəsində Cəmiyyətə 1000 (bir min) manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı həmin məsələ ilə əlaqədar nümayəndə kimi çıxış etməliyəm”. Bildirmişdir ki, oğurluq nəticəsində "xxxx" İnşaat MMC-yə 1000 manat məbləğində maddi ziyan dəymişdir. O, konkret olaraq oğurlanan kabellərin diametrini göstərə bilməmiş, lakin ona məlumat verəndə bildirmişlər ki, qeyd olunan bloklardan ümumi 1000 manat dəyərində 1000 metr uzunluqda dörd damarlı mis kabellər oğurlanmışdır. Hazırda Təqsirləndirilən şəxs həbs edilməsini istəmir. Ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.2021-ci il tarixdə işdə xidmətdə olduğu zaman Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, "xxxx" yaşayış kompleksi küçə 12, bina 2, mənzil 6-da yaşayan adının Zərərçəkmiş şəxs bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF park” yaşayış kompleksi küçə 12 bina 2 mənzil 6 ünvanının qarşısında yerləşən saxlanc yerindən ümumi 420 manat dəyərində tikinti alətlərinin oğurlanmasını bildirmişdir. Bununla bağlı idarə rəisi onlara göstəriş vermişdir ki, həmin oğurluq cinayətini törədən şəxsin və ya şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyataxtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı ondan və Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçiririlməsinə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF park” yaşayış kompleksi küçə 12 bina 2 mənzil 6 ünvanının qarşısında yerləşən saxlanc yerindən ümumi 420 manat dəyərində tikinti alətlərini oğurlayan şəxslərin xx.xx.1991-ci ildə Rusiya Federasiyasında anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 AAAF park yaşayış kompelksi ev 22 bina 7 ev 2 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1995-ci ildə ünvan 8 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 AAAF park yaşayış kompelksi ev 12 bina 4 mənzil 24 ünvanında faktiki olaraq yaşayan X3 olduğu müəyyən olunmuş və həmin şəxslər xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tərəflərindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs və X4 etiraf edərək bildirmişlər ki, “xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF park” yaşayış kompleksi küçə 12 bina 2 mənzil 6 ünvanının qarşısında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yerinə qapının qıfılını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 1 ədəd laqondanı, 1 ədəd dreli, 20 ədəd drel başlıqlarını, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd elektrik ötürücüsünü və 50 ədəd elektrik açarlarını gizli talayaraq oğurlamışlar”. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında İdarədə Təqsirləndirilən şəxs və X4 dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs və X3 ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı müyyən olunmuşdur ki, onlar 10 aprel 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF park” yaşayış kompleksində yerləşən 12 və 25 saylı küçələrdə olan lift şaxtalarına çəkilmiş 1000 manat dəyərində elektrik naqillərini gizli talayaraq oğurlamışdır.Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin əməkdaşları Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə bir yerdə Abşeron rayonu, Xırdalan şəhəri, B.Sərdarov küçəsi, ev 21A-da yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri, köhnə bazarda yerləşən elektrik avadanlıqlarının təmiri və satışı mağazası vardır. Həmin mağazada işlənmiş drel, laqonda, perefarator və başqa elektrik avadanlıqları alıb satmaqla və təmiri ilə məşğul olur. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə səhər saat 16 radələrində işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, köhnə bazarda yerləşən elektrik avadanlıqlarının təmiri və satışı mağazasında olan zaman sonradan adını Seyran bildiyi şəxs yanında Murad adlı şəxs işlədiyi mağazaya gələrək 1 ədəd laqonda, 1 ədəd dreli, 20 ədəd drel başlıqlar, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd elektrik gücləndiricini, bir qutu (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəstini təqdim edərək bildirmişdir ki, “usta işlədiyi evin sahibi onlara vermiş və pul lazım olduğu üçün ucuz qiymətə satır”. O da həmin əşyalara baxıb ümumilikdə 15 manat pul verəcəyini bildirmişdir. Həmin şəxslər onunla razılaşaraq 15 manat pul alıb həmin alətləri ona sataraq mağazadan çıxıb getmişlər. Polis əməkdaşları tərəfindən Abşeron rayon polis idarəsinə dəvət olunduqda ona məlum olmuşdur ki, Seyranın ona satdığı 1 ədəd laqonda, 1 ədəd dreli, 20 ədəd drel başlıqlar, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd elektrik gücləndirici, bir qutu (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəsti oğurluq əmlak olmuşdur. Onun bundan xəbəri olmamışdır. Sonra o, həmin əşyaları könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 avqust 2021-ci il tarixli 9/4742 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd göy rəngli laqondanın 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 50 manat, bir ədəd drelin 2021-ci ilin martaprel ayına orta bazar qiyməti 30 manat, iyirmi ədəd drel başlıqlarının 2021-ci ilin martaprel ayına orta bazar qiyməti 20 manat, bir ədəd lavaş bişirmək üçün nəzərdə turulmuş sacın 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 50 manat, bir ədəd elektrik gücləndiricinin 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 85 manat, bir qutu alət dəsti (vintaçan, kəlbətin, açar, qayçı, rezak və sair ) 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 80 manat, ağ rəngli izoliyasiyalı, içərisi 4 damarlı izolyasiyalı, mis tərkibli naqilin 1 metri 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 1 manat, 1000 metri 1000 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 1 ədəd laqonda, 1 ədəd dreli, 20 ədəd drel başlıqlar, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd elektrik gücləndirici, bir qutu (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəsti ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə dəfələrlə teleqram göndərərk səhhəyti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti olmadığını bildirmişdir. İstintaq dövründə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X3 yerini müəyyən edib istintaqa cəlb etmək mümkün olmadığından onun barəsində cinayət işindən 21 dekabr 2021-ci il tarixdə ********* nömrəli cinayət işi ayrılaraq, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işinin istintaqı davam etdirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin. istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs X4 ilə birlikdə 10 aprel 2021-ci il tarixdə saat təxminən 22 radələrində 12 və 25 saylı küçərdə olan lift şaxtasında olan elektrik naqillərini kəsib özləri ilə gətirdikləri torbalara yığaraq metal qəbulu yerinə aparıb 150 manata satmasını inkar etməsini məhkəmə özünü müdafiə kimi qiymətləndirir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi nəticəsində bir zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd laqonda, 1 ədəd dreli, 20 ədəd drel başlıqlar, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd elektrik gücləndirici, bir qutu (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəsti hökm qanuni qüvvəyə minənəndən sonra sahibi Zərərçəkmiş şəxs təhvil verilməlidir. Eyni zamanda, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş hüquqi şəxs AAAF” İnşaat MMC-nin nümayəndəsi Nümayəndə Bahaddin oğluna mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilməlidir. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd laqonda, 1 ədəd dreli, 20 ədəd drel başlıqlar, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd elektrik gücləndirici, bir qutu (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəsti hökm qanuni qüvvəyə minənəndən sonra sahibi Zərərçəkmiş şəxs təhvil verilsin. Eyni zamanda, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş hüquqi şəxs AAAF” İnşaat MMC-nin nümayəndəsi Nümayəndə Bahaddin oğluna mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar