Məhkəmə qərarları › İş №1(012)-166/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-166/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-166/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3- cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, həmin evdən 01 ədəd 585 əyyarlı 27 qram ölçüsündə 1890 manat dəyərində qızıl qadın boyunbağını, 01 ədəd 585 əyyarlı 14 qram ölçüdə 980 manat dəyərində qızıl qadın boyunbağını, 01 ədəd 585 əyyarlı 8 qram ölçüdə 580 manat dəyərində qızıl qadın boyunbağını, 01 ədəd 585 əyyarlı 16 qram ölçüdə 450 manat dəyərində qızıl qadın qolbağını, 01 ədəd qızıl sırğa və 01 ədəd qızıl üzükdən ibarət 750 manat dəyərində qızıl komplektini, 01 ədəd 585 əyyarlı 200 manat dəyərində qızıl qadın üzüyünü, 01 ədəd 585 əyyarlı 150 manat dəyərində qızıl qadın üzüyünü, 01 ədəd 585 əyyarlı 230 manat dəyərində qızıl qadın üzüyünü, 01 ədəd 585 əyyarlı 170 manat dəyərində qızıl qadın üzüyünü və 01 ədəd 585 əyyarlı 230 manat dəyərində qızıl qadın üzüyünü, 01 ədəd 340 manat dəyərində klonu və 500 manat nağd pulu, ümumilikdə 6470 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 6470 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, G.Hüseynov küçəsində yerləşən fərdi yaşayış evinin dəmir qapısının kilidini vintburanla açmaqla daxil olaraq evin yataq otağında paltar dolabında olan 1 cüt 5 qramlıq, 450 manat dəyərində sırğanı, 25 qramlıq, 750 problu 2500 manat dəyərində komplekt qızılı, 1 ədəd, 5 qramlıq 400 manat dəyərində qızıl üzüyü, 1 ədəd 6 qramlıq 400 manat dəyərində qızıl üzüyü, 1 ədəd 9 qramlıq 560 manat dəyərində qızıl boyunbağını, 1 cüt 6 qramlıq, 750 problu 600 manat dəyərində qızıl sırğanı 450 manat nağd pulu və qonaq otağında stolun üstündə olan 30 manat nağd pulu gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 5290 ( beş min yüz doxsan) manat məbləğində xeyli miqdarda ziyan vuraraq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq, yataq otağındakı divanın altından 1000 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, sonra isə evin qarşı tərəf pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq evdən 350 manat dəyərində olan 1 cüt şəffaf-yaşıl qaşlı qızıl sırğanı, 300 manat dəyərində olan 1 cüt şəffaf qaşlı qızıl sırğanı, 600 manat dəyərində olan 1 ədəd nişan üzüyünü, 400 manat dəyərində olan 1 ədəd üzərində şəffaf qaşlar olan qızıl üzüyü, 350 manat dəyərində olan 1 ədəd üzərində şəffaf qaşlar olan tək qızıl sırğanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə plastik pəncərəsini sıxıb açmaqla qanunsuz daxil olaraq evdə yataq otağında olan sandıqdan sonuncuya məxsus 01 ədəd 700 manat dəyərində 10 qramlıq qızıl üzüyü və Zərərçəkmiş şəxs5 bacısı Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd 200 manat dəyərində qızıl üzüyü, 01 ədəd 600 manat dəyərində qızıl üzüyü, 01 ədəd 1200 manat dəyərində qızıl boyunbağını və 01 ədəd 1000 manat dəyərində qızı komplekti gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 700 manat, Zərərçəkmiş şəxs6 3000 manat vahid niyyətlə 3700 manat məbləğində ziyan vuraraq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, «Yuxarı Sulutəpə» adlanan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçdikdən sonra, evin birinci mərtəbəsində olan qonaq otağının plastik pəncərəsini zor tətbiq etməklə açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, qonaq otağında masanın üzərindən 450 manat dəyərində «Acer» markalı noutbuku, yataq otağında olan dolabın üzərindən 50 manat dəyərində noutbuk çantasını və qutunun içərisindən 50 qəpiklərlə 4 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 504 (beş yüz dörd) manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsində yerləşən 77/177 saylı evin həyətinə hasardan aşmaq yolu ilə keçdikdən sonra, evin birinci mərtəbəsində olan mətbəx otağının plastik pəncərəsini zor tətbiq etməklə açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, yataq otağında olan trümonun siyirtməsindən 500 manat dəyərində 01 cüt qızıl sırğanı, 500 manat dəyərində 01 ədəd qızıl boyunbağını, 50 manat dəyərində 01 ədəd qadın qol saatını, 100 manat dəyərində 01 ədəd gümüş qolbağı, evin digər yataq otağında olan paltar dolabından 200 manat dəyərində 01 ədəd ağ rəngli «Samsun A20 S» markalı mobil telefonu, hər birinin dəyəri 900 manat olmaqla, 1800 manat dəyərində 02 ədəd qızıl boyunbağıları, hər birinin dəyəri 350 manat olmaqla, 700 manat dəyərində 02 ədəd qızıl qadın üzüklərini, 300 manat dəyərində 01 cüt qızıl sırğanı və üç kiloluq bankanın içərsində 50 qəpiklərlə 800 manat təşkil edən nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 4950 (dörd min doqquz yüz əlli) manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 02 iyul 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, İ.Hüseynov küçəsi 427 saylı evə plastik pəncərəni vintaçanla açma yolu ilə qanunsuz daxil olaraq, oradan içərisində 250 manat olan pul daxılını, 1 ədəd 250 manat dəyərində paxlava formalı qızıl üzüyü, 1 ədəd 400 manat dəyərində ağ qaşlı qızıl üzüyü və 1 ədəd 250 manat dəyərində qızıl boyunbağını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 1150 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs8 Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 93 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, sonra isə evin qarşı tərəf pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağındakı dolabdan 1 ədəd 350 manat dəyərində olan 4 qramlıq “tarakan” adlanan qadın qızıl üzüyünü, 1 ədəd 380 manat dəyərində olan 5 qramlıq yumru formalı gül qaşlı qadın üzüyünü, 1 ədəd 300 manat dəyərində olan 3 qramlıq qaşsız sadə İtaliya istehsalı olan qadın üzüyünü, 1 ədəd 1200 manat dəyərində olan 8 qramlıq tros formalı qızıl boyunbağını və 1 ədəd 750 manat dəyərində olan 6 qramlıq İtaliya istehsalı olan tros formalı qızıl qolbağı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 2980 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, halhazırda Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir və buna görə bir müddət Abşeron rayonu və Bakı şəhərində fərdi yaşayış evlərindən oğurluq etməklə maddi təminatını təmin etmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində gəzən zaman qərara gəlmişdir ki, evlərdən birinə daxil olub dəyərli əşya tapıb sataraq pul əldə etsin. Elə bu məqsədlə evlərə baxa–baxa gəzmiş və nömrəsini bilmədiyi evlərdən birinin işığının sönülü olduğunu görmüşdür. Bundan sonra o, həmin evin hasarına yaxınlaşaraq ətrafda hər hansı bir şəxsin olmadığına tam əmin olduqdan sonra hasarı aşıb həyətə daxil olmuşdur. Daha sonra o, bir neçə dəqiqə evin həyətində qalıb evin içərisini dinləməyə başlamışdır. O, içəridə adam olmadığından əmin olduqdan sonra üzərində olan vintaçanla evin plastik pəncərəsini gərib açaraq içəri daxil olmuşdur. Bundan sonra evin ikinci mərtəbəsinə qalxaraq orada olan yataq otaqlarından birində olan şkafdakı qızıl qabında sayı yadında qalmayan qızıl-zinyət əşyaları olduğunu müəyyən etmişdir. Belə ki, həmin qabda bir neçə boyunbağı, qolbaq, üzük və digər qızıl- zinyət əşyaları olmuşdur. Həmçinin o, şkafa ətraflı baxdıqda orada olan dəsmalların altından 500 manat nağd pul tapmışdır. Daha sonra o, həmin qızılları və 500 manat pulu götürərək tez tələsik daxil olduğu kimi pəncərədən həyətə çıxmış və hasarı aşaraq evdən uzaqlaşmışdır. Həmin vaxt ətrafda adam olmamışdır. Bundan sonra o, Bakı şəhəri, Mərkəzi Univermağın qarşısında gedərək orada mağazanın qarşısında dayanan tanımadığı şəxsə oğurladığı qızılları 1000 manata satmışdır. O, həmin qızılları satarkən oğurlayaraq ələ keçirdiyini həmin şəxsə deməmişdir. Bundan sonra əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Qobu qəsəbəsinə gəlmişdir. Həmin vaxtı bir evdə heç kəsin olmadığını yəqin etdikdən sonra həyətə daxil olmuş və evin dəmir qapısını üstündə olan vintburanla açmış və evə daxil olmuşdur. Evin yataq otağında paltar dolabında olan qızıl-zinyət əşyalarını və 450 manat pulu götürmüşdür. Sonra qonaq otağında stolun üstündə 30 manat pul olduğunu görmüş və həmin pulu da götürüb evdən çıxıb getmişdir. Oğurladığı qızılları 20 Yanvar metrostansiyasının qarşısında tanımadığı şəxsə 800 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində Abşeron rayonu, 28 may adlanan ərazidə piyada gəzib, siqaret çəkmişdir. Bu zaman pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Həmin küçədə gəzərkən gözü ikimərtəbəli daşdan hörülmüş, lakin yaşayış olmayan evə sataşmışdır. O, ətrafa baxıb heç kimsənin olmadığını gördükdən sonra oğurluq etmək qərarına gəlmişdir. Həmin evin işıqlarının yanmadığına baxmış və ətrafda heç kimin olmamasından istifadə edib həmin evin hasarından həyətə keçmişdir. Daha sonra evə keçmək üçün qapıya yaxınlaşmış, lakin qapı bağlı olduğundan içəri keçə bilməmişdir. Daha sonra evin ətrafını gəzməyə başlamışdır. Bu zaman pəncərənin plastik olduğunu və üzərində də dəmir barmaqlıq olmadığını görmüşdür. Üzərində gəzdirdiyi vintaçan vasitəsi ilə pəncərəni açıb içəri daxil olmuşdur. Ətraf qaranlıq olduğundan o, evin işıqlanını yandırmamış və əlində olan alışqanın işığı ilə həmin evin içərisini gəzməyə başlamışdır. Evdə yaşayış olduğunu, lakin heç kimsənin olmadığını görmüşdür. Ona görə də tez-tələsik oğurluq edib çıxmağı qərara almışdır. İlk öncə qonaq otağı gözünə dəymişdir. Otaqda axtarış etdikdən sonra heç bir şey tapmamışdır. Qonaq otağında olan divanın altını qaldırmış və bu zaman divanın altında şəffaf rəngli sellofanda olan pul görmüşdür. Həmin pulu dərhal götürüb əynindəki şalvarın cibinə qoymuşdur. Oğurladığı pulu şalvarının cibinə qoyub dərhal pəncərədən çölə tullanmışdır. Həmin əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə gedərək həmin ərazidə oğurluq etməyi üçün münasib ev axtarmağa başlamışdır. Bu zaman həmin ərazidə yerləşən evlərdən birində heç kimin olmadığını və həmin evdən oğurluq etməyi üçün münasib şəraitin olduğunu görmüşdür. O, əvvəlcə həmin evin həyətinin darvazasını yoxladıqdan sonra evdə heç kimin olmadığına, həmçinin yaxın ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra hasardan həyətə daxil olmuşdur. Bundan sonra da evin qarşı tərəfində yerləşən plastik materialdan olan pəncərəsini sıxıb açaraq içəri daxil olmuşdur. O, evin bütün otaqlarında axtarış apardıqdan sonra yataq otağında qızıl-zinət əşyalarının saxlanıldığını aşkar etmişdir. Bundan sonra o, həmin qızıl-zinət əşylarını, yəni 2 cüt qızıl sırğanı, 2 ədəd qızıl üzüyü, 1 ədəd qızıl sırğanı və qızıl sırğaya məxsus müxtəlif hissələri oğurlayaraq evi tərk etmişdir. Bundan sonra o, həmin gün Bakı şəhərinə gedib “Moskva univermağı” adlanan ticarət mərkəzinin qarşısında oğurladığı həmin qızıl-zinət əşyalarını və hissələrini tanımadığı şəxsə ümumilikdə 300 manata satmışdır. Oğurluq yolla əldə etdiyi həmin pulları da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 29 may 2023-cü il tarixdə günorta saat 12 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yeni salınmış məhəllədə yerləşən bir mərtəbəli yaşayış evinin qarşısından keçərkən həmin evin giriş qapısını yoxlamış və qapının bağlı olduğunu görmüşdür. O, giriş qapısının yan tərəfindən hasardan həyətə daxil olub, evə yaxınlaşmışdır. Evə girmək üçün yer axtararkən evin giriş qapısının yan tərəfində olan plastik pəncərəni üzərində olan vintburanla açıb içəri daxil olmuşdur. O, otaqları axtarıb yataq otağına keçib qızıl, pul axtararkən həmin yataq otağında olan taxta sandığı açıb oradan müxtəlif formalı qızıl-zinyət əşyalarını oğurlayıb evə daxil olduğu pəncərədən həyətə düşüb, hasardan qalxıb küçəyə çıxmışdır. Həmin oğurladığı əşyaları bir gün özündə saxlamış, səhəri gün yəni 30 may 2023-cü il tarixdə Bakı şəhərinə gedib “Moskva” univermağının qarşısında tanımadığı şəxslərə 800 manata satmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, «Yuxarı Sulutəpə» adlanan yaşayış massivində olduğu zaman, orada gəzərək oğurluq etməyə münasib ev axtarmışdır. O, evlərin hasarlarına dırmaşaraq evdə adam olub-olmadığını yoxlamışdır. Daha sonra hasardan aşaraq həyətə keçmiş, evin pəncərələrinin üzərində həmin zaman dəmir barmaqlıqlar olmamışdır. Evin birinci mərtəbəsində yerləşən qonaq otağının plastik pəncərəsini güc tətbiq edərək açıb evə daxil olmuşdur. Həmin otaqda masanın üzərində olan markasını xatırlmadığı noutbukun olduğunu görüb götürmüş, daha sonra oradan yataq otağına keçmiş, həmin otaqda dolabın üzərində qutuda 50 qəpiklərlə təxminən 4 manat məbləğində pulu götürüb cibinə qoymuşdur. Həmin otaqda noutbuk çantasını görüb götürdüyü noutbuku çantanın içrəisinə qoymuşdur. Daha sonra evə baxış keçirmiş, lakin qiymətli bir əşya tapmaçışdır. Evə girdiyi yerdən evi tərk etmişdir. Oğurladığı noutbuku həmin gün aparıb Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən kompüter və mobil telefonların alqı-satıqısı ilə məşğul olan dükanların ətrafında əvvəllər tanımadığı şəxsə 85 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcələmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsində olduğu zaman, həmin küçə ilə gəzərək oğurluq etməyə münasib ev axtarmışdır. Evlərin hasarlarına dırmaşaraq evdə adam olub-olmadığını yoxlamışdır. Daha sonra hasardan aşaraq həyətə keçmiş, evin pəncərələrinin üzərində həmin zaman dəmir barmaqlıqlar olmamışdır. Evin birinci mərtəbəsində yerləşən mətbəx otağının plastik pəncərəsini güc tətbiq edərək açıb evə daxil olmuş, oradan yataq otağına keçmişdir. Həmin otaqda olan termonun siyirtməsini açdıqda, orada 01 cüt qızıl sırğanın, 01 ədəd qızıl boyunbağının, 01 ədəd qadın qol saatının, 01 ədəd gümüş qolbağın olduğunu görüb həmin qızılı-zinət əşyaları oradan götürüb cibinə qoymuşdur. Bundan sonra o, evin digər yataq otağına keçmiş və orada olan paltar dolabından 01 ədəd ağ rəngli «Samsun A20 S» markalı mobil telefonun, 02 ədəd qızıl boyunbağılarının, 02 ədəd qızıl qadın üzüklərinin, 01 cüt qızıl sırğanın və həmin otaqda üç kiloluq bankanın içərsində 50 qəpiklərlə pulun olduğunu görmüş, həmin evdən bir sellofan paket tapıb oğurladığı pulları və əşyaları həmin paketə yığaraq, evi daxil olduğu yerdən tərk etmişdir. Oğurluq etdiyi evdən çıxdıqdan sonra, həmin ünvana yaxın küçədə müşahidə kamerasının olduğunu görüb, başını aşağı salıb, əli ilə sifət nahiyəsini bağlayaraq oradan çıxıb getmişdir. Bankanın içərsində olan 50 qəpiklər təxminən 700-800 manat civarında olmuşdur. Oğurladığı mobil telefon kodda olduğu üçün, xatırlamadığı yerdə tullamışdır. Oğurladığı qızıl-zinət əşyalarını isə həmin gün aparıb Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən qızıl-alqı satıqısı ilə məşğul olan dükanların ətrafında dükanlara qızıl almaq üçün girib-çıxan müştərilərə göstərmişdir. Həmin müştərilərdən biri, əvvəllər tanımadığı şəxs, ondan qızıl-zinət əşyalarını ümumilikdə 1000 manat müqabilində ala biləcəyini bildirmiş və o, da müştəri ilə razılaşıb qızılları həmin şəxsə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcələmişdir. Bundan başqa 02 iyul 2023-cü il tarixdə günorta vaxtı saat təxminən 15 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində piyada hərəkət edərkən 1 mərtəbəli evin həyət qapısının bağlı olduğunu görüb evdə kimsənin olmadığına əmin olduqdan sonra ətrafda kimsə olmadığını dəqiqləşdirib həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə hasardan aşaraq həyətə daxil olmuş və özü ilə gətirdiyi burğac vasitəsi ilə evin ön hissədəki plastik pəncərəsini açıb evə daxil olmuş, qiymətli əşyaları axtarmağa başlamışdır. Şkafda üzərində dollar işarəsi olan pul daxılını və qadın çantasından 2 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağı tapıb götürüb, evə girdiyi pəncərədən də çıxaraq oradan uzaqlaşmışdır. Oğurladığı qızıl əşyalarını təxminən 2-3 gün sonra 20 Yanvar metrostansiyası tərəfdə yoldan keçən tanımadığı şəxsə 400 manata satmışdır. Daxılın içərisindən təxminən 200 manat pul çıxmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisinə gedərək həmin ərazidə oğurluq etməyi üçün münasib ev axtarmağa başlamışdır. Bu zaman həmin ərazidə yerləşən evlərdən birində heç kimin olmadığını və həmin evdən oğurluq etməyi üçün münasib şəraitin olduğunu görmüşdür. O, əvvəlcə həmin evin həyətinin darvazasını yoxladıqdan sonra evdə heç kimin olmadığına, həmçinin yaxın ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra hasardan həyətə daxil olmuşdur. Bundan sonra da evin qarşı tərəfində yerləşən plastik materialdan olan pəncərənin açıq vəziyyətdə olduğunu görüb həmin pəncərədən içəri daxil olmuşdur. O, evin bütün otaqlarında axtarış apardıqdan sonra yataq otağındakı dolabda qızıl-qutusunun içərisində qızıl-zinət əşyalarının saxlanıldığını aşkar etmişdir. Bundan sonra o, həmin qızılzinət əşylarını, yəni 1 ədəd qızıl üzüyü, 1 ədəd gül qaşlı qadın üzüyünü, 1 ədəd qadın üzüyünü, 1 ədəd tros formalı qızıl boyunbağını və 1 ədəd tros formalı qızıl qolbağı oğurlayaraq evi tərk etmişdir. Ertəsi gün Bakı şəhərinə gedib “Moskva univermağı” adlanan ticarət mərkəzinin qarşısında oğurladığı həmin qızıl-zinət əşyalarını tanımadığı şəxsə ümumilikdə 600 manata satmışdır. Oğurluq yolla əldə etdiyi həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 93 nömrəli yaşadığı evdən çıxaraq qapıları kilidləyib yas mərasimi ilə əlaqədar Qaradağ rayonu, Müşviqabad qəsəbəsndə yaşayan qardaşıgilə getmişlər. Həmişə olduğu kimi bu dəfədə evin qapılarını kilidlədikdən sonra açarları küçələrindəki daşın altına qoyaraq getmişlər. Həmin gün saat 20:30 radələrində evə qayıdan zaman evdə hər hansı bir hadisənin baş verdiyini hiss etmişlər. Lakin ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 06 radələrində işə getməyi üçün həyat yoldaşı X7 yataq otağındakı paltar dolabından ona paltar gətirərkən həmin paltar dolabında qızıl-zinət əşyalarıı saxladıqları qutunun dolabda yerdə olduğunu, içərisindəki qızıl-zinət əşyalarının da yerində olmadığını görüb dərhal ona məlumat vermişdir. Bundan sonra o, da həmin dolaba baxarkən içərisində qızıl-zinət əşyalarıı saxladıqları qutunun paltar dolabında yerdə olduğunu, içərisindəki 1 ədəd 350 manat dəyərində olan 4 qramlıq tarakan adlı qadın qızıl üzüyün, 1 ədəd 380 manat dəyərində olan 5 qramlıq yumru formalı gül qaşlı qadın üzüyünün, 1 ədəd 300 manat dəyərində olan 3 qramlıq qaşsız sadə İtaliya istehsalı olan qadın üzüyünün, 1 ədəd 1200 manat dəyərində olan 8 qramlıq tros formalı qızıl boyunbağının və 1 ədəd 750 manat dəyərində olan 6 qramlıq İtaliya istehsalı olan tros formalı qızıl qolbağın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 2980 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə oğlu Akifin hərbi xidmətə getməsi ilə bağlı ailəsi ilə birlikdə Neftçala rayonuna getmişdir. Qoşuluqda yaşayan qayını Məhəmmədə rayondan qayıdana kimi Abşeron rayonu, Qobu qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 427 nömrəli evə nəzarət etməsini tapşırmışdır. 02 iyul 2023-cü il tarixdə saat 19 radələrində qaynı Məhəmməd ona zəng edib evdən oğurluq olduğunu bildirmiş və 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Həyat yoldaşı telefon vasitəsi ilə Məhəmmədə evdə qoyduğu qızıl əşyaların yerini demiş, Məhəmməd evə baxdıqda yataq otağında olan şkafdan 2 ədəd qızıl üzüyün, 1 ədəd boyunbağının və xırda və kağız pulları yığdı pul qutusunun oğurlandığını aşkar etmişdir. Həmin gün evə qayıtmışdır. Evindən oğurlanmış paxlava üzüyün qiyməti 250 manat, qaşlı üzüyün qiyməti 400 manat, boyunbağının qiyməti isə 250 manat olmuşdur. Pul qutusunun içərisində irili-xırdalı təxminən 250 manat pul olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 1150 manat maddi ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, evindən götürülmüş əl-barmaq izlərinin ekspertizası rəyində əl izləri aşkar edilmiş X5 arvadı, Şahid2 isə qaynıdır və Məhəmməd mütamadi onlara gəlibgetmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yerləşən evinin yaxınlığında baş verən yas mərasiminə getmişdir. Həmin vaxt ailəsinin digər üzvləri qohumugilə qonaq getmişlər. Sonuncu dəfə həmin vaxt evdən digər ailə üzvləri çıxmış və çıxan zaman qapını kilidləmişlər. O, həmin gün saat 18 radələrində ailə üzvləri ilə birlikdə evə qayıdan zaman darvaza qapısının içəridən bağlı olduğunu müəyyən etmişdir. Lakin həmin vaxt qapının bərk örtülərək kilid hissənin sürüşüb bir qədər irəli getdiyini düşünmüşdür. Bundan sonra o, aradan həmin kilidi əks tərəfə doğru itəliyərək darvaza qapısını açıb evin həyətinə daxil olmuşdur. O, həyətdə olan zaman evin yataq otağının pəncərəsinin açıq olduğunu görmüşdür. Lakin yenə də ailə üzvlərinin pəncərəni açıq saxladığını düşünüb şübhələnməmişdir. Daha sonra o, açarla evin qapı kilidini açsa da, qapı açılmamış və qapı içəridən bağlı olduğunu görmüşdür. Həmin vaxt o, kimsənin pəncərəni gərib açaraq içəri daxil olduğunu bilmişdir. Bundan sonra o, pəncərədən evə daxil olsa da, evdə heç kimi tapa bilməmiş və evdə oğurluq hadisəsi baş verdiyini müəyyən etmişdir. Daha sonra o, evə ətraflı baxış keçirdikdə evdən 01 ədəd 585 əyyarlı 27 qram ölçüsündə 1890 manat dəyərində qızıl qadın boyunbağının, 01 ədəd 585 əyyarlı 14 qram ölçüdə 980 manat dəyərində qızıl qadın boyunbağının, 01 ədəd 585 əyyarlı 8 qram ölçüdə 580 manat dəyərində qızıl qadın boyunbağının, 01 ədəd 585 əyyarlı 16 qram ölçüdə 450 manat dəyərində qızıl qadın qolbağının, 01 ədəd qızıl sırğa və 01 ədəd qızıl üzükdən ibarət 750 manat dəyərində qızıl komplektin, 01 ədəd 585 əyyarlı 200 manat dəyərində qızıl qadın üzüyünün, 01 ədəd 585 əyyarlı 150 manat dəyərində qızıl qadın üzüyünün, 01 ədəd 585 əyyarlı 230 manat dəyərində qızıl qadın üzüyünün, 01 ədəd 585 əyyarlı 170 manat dəyərində qızıl qadın üzüyünün və 01 ədəd 585 əyyarlı 230 manat dəyərində qızıl qadın üzüyünün və 01 ədəd 340 manat dəyərində klonun evin ikinci mərtəbəsində olan şkafın içərisindəki qızıl qabında olmadığını müəyyən etmişdir. Həmçinin həmin şkafda dəsmalların altında olan 500 manat nağd pulunda yerində olmadığını müəyyən etmişdir. Bundan sonra o, dərhal DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində onun 5970 manat dəyərində qızıl zinyət əşyaları və 500 manat nağd pulu gizli yolla talayaraq ələ keçirilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, G.Hüseynov küçəsində yerləşən yaşadığı evdən çıxıb işə getmişdir. Həmin gün saat 12:00 radələrində oğlu Şahid1 həyat yoldaşı X8 ilə evdən çıxıb həkimə getmişlər. Həmin gün saat 15:20 radələrində yaşadığı evə qayıdarkən evin qapısının kilidinin açıq olmasını görmüşdür. Evə daxil olduqdan bir neçə dəqiqə sonra oğurluq hadisəsi olmasını aşkar etmişdir. Naməlum şəxs və ya şəxslər evin qapısını kilidini açaraq evdə yataq otağında olan 450 manat dəyərində 1 cüt 5 qramlıq sırğanı, 2500 manat dəyərində 25 qramlıq, 750 problu komplekt qızılı, 400 manat dəyərində 1 ədəd 5 qramlıq qızıl üzüyü, 400 manat dəyərində 1 ədəd 6 qramlıq qızıl üzüyü, 560 manat dəyərində 1 ədəd 9 qramlıq qızıl boyunbağını, 600 manat dəyərində 750 problu, 6 qramlıq 1 cüt qızıl sırğanı və yataq otağındakı dolabdan 450 manat nağd pulu, həmçinin zaldakı stolun üstündə olan 30 manat nağd pulu oğurlamışdır. Oğurluq nəticəsində ona 5390 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17-dən saat 23 radələrinə qədər olan müddət ərzində yaşadığı evdə heç kəs olmamışdır. O, saat 23 radələrində evə qayıdandan sonra oğurluq hadisəsinin baş verdiyini aşkar etmişdir. Naməlum şəxs və ya şəxslər ona məxsus Abşeron rayonu, 28 may küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə mətbəxdə olan pəncərədən qanunsuz daxil olaraq yataq otağında olan divanın altındakı pulu oğurlamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində işdən Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən 50 nömrəli evə qayıdıb həyətinə daxil olduqda evinin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Həmçinin o, pəncərədən evin içərisinə baxarkən evin əşyalarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bu zaman o, yaşadığı evdə oğurluq hadisənin baş verdiyini bilib dərhal DİN-nin “102” zəng xidməti mərkəzinə müraciət edib bu barədə məlumat vermişdir. O, evinə daxil olub otaqların hamısına nəzər yetirdikdən sonra çox həyəcanlı olduğuna görə ilkin olaraq evindən ümumi dəyəri təxminən 1500 manat olan qızıl-zinət əşyalarının oğurlandığını müəyyən etdiyi üçün Abşeron RPİ-nin Qobu PB-nə yazdığı ərizə və izahatında oğurlanmış qızıl-zinət əşyalarımın dəyərinin təxminən 1500 manat olduğunu qeyd etmişdir. Lakin sonradan tam aydınlaşdırdıqda evindən 350 manat dəyərində olan 1 cüt şəffaf-yaşıl qaşlı qızıl sırğa, 300 manat dəyərində olan 1 cüt şəffaf qaşlı qızıl sırğa, 600 manat dəyərində olan 1 ədəd nişan üzüyü, 400 manat dəyərində olan 1 ədəd üzərində şəffaf qaşlar olan qızıl üzük, 350 manat dəyərində olan 1 ədəd üzərində şəffaf qaşlar olan tək qızıl sırğanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı ona məlum olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona 2000 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, hər gün saat. 06:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Bül-bül küçəsində olan evindən çıxıb işə getmiş və axşam saat 17 radələrində işdən evə gəlmişdir. Anasə İlhamə isə hər gün təxminən 18 radələrində işdən ev gəmişdir. 29 may 2023-cü il tarixdə saat 07 radələrində həmişə olduğu kimi evdən çıxıb işə getmişdir. O, işə gedərkən adətən evin giriş qapısının açarını həyətyanı sahədə yerləşən hamam otağının pəncərəsinin qarşısına qoymuşdur. Açarı ümumiyyətlə adət etdiyi üçün həmişə eyni yerə qoymuşdur. Həmin günü saat 17 radələrində işdən evə qayıtmış və adəti üzrə anasının da işdən evə qayıtmasını gözləmişdir. Təxminən yarım saat sonra anası İlhamə evə gəlmiş və birlikdə axşam yeməyini yemişlər. O, yataq otağına keçdikdə digər otaqda olan sandığın açıldığını və orada olan əşyaların döşəmənin üzərinə atıldığının şahidi olmuşdur. Belə olduqda o, evlərində oğurluq baş verdiyini başa düşmüşdür. Buna görə də baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Bundan sonra sandığa nəzər yetirdikdə oradan dəyəri 200 manat, 700 manat və 600 manat olan 3 ədəd 583 əyarlı qızıl üzüklərin, 1000 manat dəyərində 583 əyarlı qızıl sırğanın, 1200 manat dəyərində 583 əyarlı qızıl boyunbağının oğurlandığını aşkar etmişdir. Həmin qızıllar bir hissəsi bacısı Səadətə məxsus olsada, Səadət qızılları onlarda saxlamışdır. Oğurlanmış qızıl üzüklərdən biri, yəni 700 manat dəyərində 10 qramlıq 583 əyarlı üzük ona məxsus olmuşdur, baş vermiş oğurluq nəticəsində bacısı Səadətə məxsus 3000 manat dəyərində, ona məxsus isə 700 manat dəyərində qızıl zinət əşyaları oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində qardaşı Zərərçəkmiş şəxs5 ona zəng edib yaşadıqları evdə oğurluq hadisəsnin baş verdiyini və evdən ona məxsus olan qızıl- zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. O, dərhal qardaşının Abşeron rayonu, Qobu qəsəbəsi, Bül-bül küçəsində yaşadığı evə getmişdir. evinə baxış keçirərəkən yataq otağında sandığın içərisində saxladığı ona məxsus olan təxmini dəyəri 200 manat və 600 manat olan 2 ədəd qızıl üzüklərinin, 1000 manat dəyərində olan 1 ədəd qızıl kompektin (1 cüt qızıl sırğa və qızıl üzük), 1200 manat dəyərində olan 1 ədəd üzərində aralığı olan qızıl boyunbağının naməlum şəraitdə oğurlanmasını müəyyən etmişdir. Həmin qızıl zinət əşyalarıona məxsus olmuşdur və rəhmətlik atasının səhhətinin pisləşdiyi üçün həmin evdə müvəqqəti yaşadığından qızıl-zinət əşyalarını da həmin evdə saxlamışdır. Oğurlanmış qızıl-zinət əşyalarından yalnız 10 qramlıq olan tək üzük qardaşı Şərifəligilə məxsus olmuşdur. Ata evində baş vermiş oğurluq hadisəsi nəticəsində ona 3000 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, «Yuxarı Sulutəpə» yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxıb işə getmişlər və evin giriş qapısını, darvazanı açarla bağlamışlar. Həmin gün saat 14 radələrində evə qayıdan zaman, açarla darvazanın qapısını açaraq həyətə daxil olmuş və evin qonaq otağının plastik pəncərəsinin açıq olduğunu görüb təcüblənmişdir. Bundan sonra evin dəmir giriş qapısını açarla açaraq içəri daxil olduqda, evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görüb evə kənar şəxslərin oğurluq məqsədi ilə daxil olduqlarını düşünüb, dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Evin otaqlarına baxış keçirdikdə, qonaq otağında masanın üzərindən 450 manat dəyərində «Acer» markalı noutbukun, yataq otağında olan dolabın üzərindən 50 manat dəyərində noutbuk çantasının və qutunun içərisindən 50 qəpiklərlə dolu 4 manat məbləğində nağd pulun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 504 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:30 radələrində ailəmlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən yaşadığı 77/177 nömrəli evdən çıxıb bazara getmiş və evin giriş qapısını, darvazanı açarla bağlamışdır. Həmin gün saat 16 radələrində evə qayıdan zaman, açarla darvazanın qapısını açaraq həyətə daxil olmuş və evin mətbəx otağının plastik pəncərəsinin açıq olduğunu görüb təcüblənmişdir. Bundan sonra evin dəmir giriş qapısını açarla açaraq, içəri daxil olduqda, evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görüb evə kənar şəxslərin oğurluq məqsədi ilə daxil olduqlarını düşünüb, dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Evin otaqlarına baxış keçirdikdə, birinci yataq otağında olan trümonun siyirtməsindən 500 manat dəyərində 01 cüt qızıl sırğanın, 500 manat dəyərində 01 ədəd qızıl boyunbağının, 50 manat dəyərində 01 ədəd qadın qol saatının, 100 manat dəyərində 01 ədəd gümüş qolbağın, evin digər yataq otağında olan paltar dolabından 200 manat dəyərində 01 ədəd ağ rəngli «Samsun A20 S» markalı mobil telefonun, hər birinin dəyəri 900 manat olmaqla, 1800 manat dəyərində 02 ədəd qızıl boyunbağılarının, hər birinin dəyəri 350 manat olmaqla, 700 manat dəyərində 02 ədəd qızıl qadın üzüklərinin, 300 manat dəyərində 01 cüt qızıl sırğanın və həmin otaqda üç kiloluq bankanın içərsində 50 qəpiklərlə 800 manat təşkil edən nağd pulun oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 4950 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yeznəsi Zərərçəkmiş şəxs7 övladının hərbi xidmətə yola salınması ilə əlaqədar olaraq ailə üzvüləri ilə birlikdə Neftçala rayonuna getmişdir. Mübariz gedərkən ondan evlərinə mütamadi nəzarət etməyi xahiş etmişdir. O da bir neçə dəfə Mübarizin evinə gedib gəlmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mübarizin evinə gedərkən fərdi yaşayış evin plastik pəncərəsinin açıq olduğunu görmüş və evin qapısını açıb içəri daxil olduqda evin əşyalarının dağıdıldığını aşkar etmişdir. O, dərhal bu barədə yeznəsi Mübarizə zəng edib məlumat vermişdir. Mübariz yataq otağında olan içərisində pul saxladığı dəmir qabın və qızıl-zinyət əşyalarının yerində olub-olmadığını yoxlmağını ona bildirmiş və o, pul qabının və qızıl-zinyət əşyalarının yerində olmadığını, oğurlandığı barədə Mübarizə bildirmişdir. Bundan sonra 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, G.Hüseynov küçəsində fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında anası Zərərçəkmiş şəxs2 evdən çıxıb işə getmişdir. Həmin gün saat 12 radələrində o, həyat yoldaşı X10 ilə xəstəxanaya getmək üçün evin qapısını bağlayıb getmişlər. Həmin gün saat 16 radələrində anası Raidə ona zəng edib evlərinə daxil olan naməlum şəxsin pul və qızıl-zinyət əşyalarını oğurladığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 08 fevral 2024-cü il tarixli 24/294 nömrəli rəyindən görünür ki, 02 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd A 4 formatlı vərəqin üzərinə yapışdırılmış 13 ədəd şəffaf yapışqanlı lent üzərində 07 ədəd əl barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl izi xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağı və sol əlinin ovucu ilə, 04 ədəd barmaq izi xx.xx.1990-cı il tarixdə Neftçala rayonunda anadan olmuş Şahid2 sol əlinin böyük, şəhadət, orta və adsız barmaqları ilə, 01 ədəd əl barmaq izi isə xx.xx.1985-ci il tarixdə Neftçala rayonunda anadan olmuş X1 əlinin şəhadət barmağı ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əzizov X4 Şəhər Məhkəməsinin xx.xx.2008-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 180.3.2, 228.4, 66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum edilmişdir. xx.xx.2016-cı il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli qanuna əsasən əməli Azərbaycan Respublikası CM-nin 180.3.2-ci maddəsindən, Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsinə tövsif edilərək hökm qalan hissəsi dəyişdirilmədən saxlanılıb. xx.xx.2016-cı il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilib Azərbaycan Respublikası CM-nin 180.3.2-ci maddəsi, CM-nin 180.2.5 maddəsi ilə yanaşı, CM-nin 180.2.3-cü maddəsi ilə tövsif edilib. xx.xx.2018-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə 177.2.4-cü maddə hökmdən xaric edilib və cəzası 06 ilə endirilib. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilib. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılıb. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunub. xx.xx.2024-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3, maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-9/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə saxlanıldığı 03 ay 01 gün müddət, ümumilikdə 03 ay 03 gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 28 iyul 2023-cü il tarixdən çəkməsi hökm edilmişdır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)- 310/2024 saylı hökmü ilə təyin edilmiş 03(üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə həbsdə saxlanıldığı 03(üç) ay 03(üç) gün, hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək 02(iki) gün müddət, ümumilikdə 03(üç) ay 05(beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03(üç) il 05(beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzasının əvvəli 28 iyul 2023-cü il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış bir ədəd SD disk və Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri köçürülmüş 01 ədəd dakta plyonka cinayət işinə əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsrin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X9 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «…CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ...Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 03 ay 05 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış 01 ədəd SD disk və Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri köçürülmüş 01 ədəd dakta plyonka cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmişdir, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 03 ay 05 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 il 02 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd SD disk və Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri köçürülmüş 01 ədəd dakta plyonka cinayət işinin materiallarında saxlanılsın. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar