Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-167/2021 21.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 oğlunun və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1968-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi ev 96A, mənzil 46 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən fərdi yaşayış evində kirayə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1964-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən istintaqa məlum olmayan şəxsə məxsus 0,03 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirərək, satmaq hüququ olmadan 4000 manata satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, 2019-cu ilin iyun ayının əvvəlində Şahid4 vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, «Nərimanov parkı» adlanan yerdə 500 manat məbləğində, 04.06.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı notariat kontorunun inzibati binasında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2la ******* nömrəli çıxarışa əsasən X1 əvəzində sonuncuya məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən digər 0,03 ha torpaq sahəsinə dair AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlayaraq 2500 manat məbləğində və 16.06.2019-cu il tarixdə Şahid4 vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında 1000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, 28.08.2012-ci il tarixli, **********02 reyestr nömrəli X8 icarəsinə verilmiş Abşeron rayonu, X12nun ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək satmaq hüququ olmadan 9000 manata satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, 19.10.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat kontorunun inzibati binasında 3000 manat məbəlğində, 13.11.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanacağı adı ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş «Seriya MH - № 0029240» çıxarışın surətini göstərib həmin 0,04 ha torpaq sahəsinə dair tanışı Şahid2 adından etibarnamə verərək Bakı şəhəri, Əhmədli metrostansiyasının yaxınlığında 2400 manat məbləğində və 15.11.2019-cu il tarixdə Abşeron rayonu, Masazır dairəsi adlanan yerdə 3600 manat məbləğində, ümumilikdə 9000 (doqquz min) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən istintaqa məlum olmayan şəxsə məxsus 0,03 ha torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək, satmaq hüququ olmadan 4000 manata satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, 2019-cu ilin iyun ayının əvvəlində Şahid4 vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, «Nərimanov parkı» adlanan yerdə 500 manat məbləğində, 04.06.2019-cu il tarixdə Abşeron rayonu. Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı notariat kontorunun inzibati binasında Zərərçəkmiş şəxs2la ******* nömrəli çıxarışa əsasən X1 əvəzəində sonuncuya məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən digər 0,03 ha torpaq sahəsinə dair AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlayaraq 2500 manat məbləğində və 16.06.2019-cu il tarixdə Şahid4 vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında 1000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, o, ürək xəstəsidir, 2019-cu ilin oktyabr ayında ürəyindən əməliyyat olunmalı idi, lakin həmin vaxt pulu olmadığı üçün Abşeron rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin yaxınlığında yerləşən özünə məxsus, lakin tanışı Şahid2 oğunun adına rəsmiləşdirilmiş 0,06 ha torpaq sahəsini satmaq qərarına gəlmiş, həmin torpaq sahəsi iki hissədən biri 0,04 ha, digəri isə 0,02 ha hissədən ibarət olan torpaq sahələri bir-birinə yaxın ərazidə yerləşmişdir. Həmin torpaq sahələrinin satılmasında tanışı Emin adlı şəxsdən ona köməklik etməsini xahiş etmiş, təxminən 14.10.2019-cu il tarixdə tanışı Emin adlı şəxs ona məxsus torpaq sahəsinə görə müştəri tapdığını dedikdə, o, Eminə həmin torpaq sahəsinin 0,01 hektarını 1500 manata satdığını bildirmişdir. O, Eminlə, torpaq sahəsini alan Mərhəmət və Tükazban adlı şəxslərlə 19.10.2019- cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 9 saylı notariat kontorunda görüşmüş, həmin vaxt Mərhəmət ona 2500 manat nəğd şəkildə pul vermiş, bununla bağlı onlar öz aralarında 3000 manat məbləğində pula dair borc müqaviləsi bağlamışlar. Həmin vaxt o, ürəyindən əməliyyat olunmuş, bundan təxminən bir ay sonra Mərhəmət ona aldığı torpaq sahəsinə gedən yol xoşuna gəlmədiyi üçün, başqa torpaq sahəsi almaq istədiyini bildirmiş, o, tanışı Şahid2 adına sənədləşmiş və özünə məxsus olan Abşeron rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən digər 0,04 ha torpaq sahəsini ona təklif etmiş, Zərərçəkmiş şəxs1 0,04 ha torpaq sahəsinə baxdıqdan sonra, həmin torpaq sahəsini almağa razılaşmış, bundan sonra onlar 13.11.2019-cu il tarixində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda Mərhəmətə Rəşid adlı şəxsin adından torpağa dair etibarnamə verilmiş və həmin vaxt Mərhəmət ona 1000 manat məbləğində pul vermiş, təxminən iki ay keçdikdən sonra Mərhəmət ona zəng vuraraq aldığı torpaq sahəsini GPS vasitəsilə yoxlatdırdığını, həmin torpaq sahəsinin başqa adamın adına olduğunu bildirib pulunu geri istəmişdir. Bundan başqa tanışı Əliyev X6 rayonu, Məmmədli kəndində X2 məxsus torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini satmaq lazım olduğunu bildirmiş, onlar həmin torpaq sahəsini satıb pul qazanmaq qərarına gəlib onlar həmin torpaq sahəsini Zərərçəkmiş şəxs2 göstərmiş və Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsini bəyənib almaq fikrinə gəlmiş, bu səbəbdən də Rəhimlə həmin torpaq sahəsinə Samiq Carullayevdən etibarnamə alıb alqısatqı etmək üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən notariusa Zərərçəkmiş şəxs2la birlikdə getmiş, orada o, Rəhimlə birlikdə Fuaddan 2500 manat pul almış və həmin puldan o, Rəhimə 700 manat pul vermiş, daha sonra Fuad Vüsal adlı qohumuna zəng vuraraq, qalan 1500 manat pulu da Fuaddan almaq lazım olduğunu bildirmiş, lakin Vüsalın Fuaddan həmin pulu alıb-almadığından onun xəbəri olmamış, sonradan satılan torpaq sahəsinin GPS-lə göstərilən yerdən 7 kilometr kənarda yerləşməsi onlara məlum olmuş, həmin çıxarışda göstərilən torpaq sahəsinin başqa yerdə yerləşməsi barədə onun xəbəri olmamışdır. Sonda o, qismən təqsirinin olmasını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən dörd ay əvvəl ona bacısı oğlu Vüsal Əliyev tanışı Fuada, Nurəddin və İsmayıl adlı şəxslərin Abşeron rayonu, Məmmədli kəndində torpaq sahəsi satmaq istədiklərini bildirmiş, bu səbəbdən o, Fuad və Vüsal ilə birlikdə Nurəddin və İsmayılın satmaq istədikləri torpaq sahəsinə baxmış və Fuad torpaq sahəsini bəyəndiyi üçün onlar alqı-satqı etmək üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən notariusa getmişlər. Orada Fuad hansısa sənədə imza etdikdən sonra Nurəddin və İsmayıl Fuaddan 3300 manat pul almışlar. Daha sonra o, torpağın sahibinin yaşadığı İsmayıllı rayonuna getmiş və orada X4 ona torpaqa dair etibarnamə vermiş, bundan sonra o, notariusa gedərək həmin torpaq sahəsini Fuadın adına rəsmiləşdirmiş, daha sonra Fuad Nurəddin və İsmayıla olan borcunu tam ödəmək üçün 1000 manat pulu ona vermiş, həmin puldan o, 150 manat hissəsini notariusa xidmət haqqı kimi ödəmiş, əlavə olaraq 150 manat pul da digər sənədlərin təsdiq edilməsi üçün istifadə edilmiş, beləliklə yekunda ona 700 manat pul qalmış, sonradan onlara satılan torpaq sahəsinin göstərilən yerdən 7 kilometr kənarda yerləşdiyi məlum olmuşdur. Sonda o, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2019-cu ilin oktyabr ayında torpaq sahəsi almaq qərarına gəlmiş, bunun üçün müxtəlif internet saytlarında elanlara baxmış, elanların birində Abşeron rayonu, Ramana qəsəbəsində 8 sot torpaq sahəsinin satılması barədə elan gördükdə, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Emin adlı şəxsə zəng vurub torpaq sahəsini almaq istədiyini və sonuncunun makler olub- olmadığını soruşmuş, sonuncu ona həmin torpaq sahəsinin tanışına məxsus olduğunu bildirmiş, o, anası Tükazbanla birlikdə həmin şəxslə 14.10.2019-cu il tarixdə Koroğlu metrostansiyasının çıxışında görüşərək Emin İntiqam adlı dostunun «KİA» markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onları torpağın olduğu yerə, yəni Abşeron rayonu, Ramana qəsəbəsi Sovxoz adlanan əraziyə aparmış, Emin onlara torpaq sahəsini göstərmiş, torpaq sahəsi onun və anasının xoşuna gəldiyi üçün Eminə 0,05 ha torpaq sahəsini almaq istədiklərini bildirmişlər, Emin ona torpaq sahəsinin hər bir sotunu 1500 manata satıldığını bildirdikdə, o, Eminə nə səbəbə görə belə ucuz qiymətə torpaq sahəsini satdıqlarını soruşmuş, Emin də ona torpaq sahəsinin İsmayıl adlı şəxsə məxsus olduğunu, həmin şəxsin yoldaşı xərçəng xəstəsi olduğunu, təcili pul lazım olduğu üçün torpağı ucuz qiymətə satdığını bildirmiş, bundan sonra o, Eminə 290 manat məbləğində beh vermiş, təxminən 2 gün sonra Emin istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq İsmayıla təcili 2000 manat pul lazım olduğunu və həmin pulu notariusda borc müqaviləsi ilə götürmək istədiyni bildirmiş, o, İsmayıla həmin formada pul verməyə razı olmadığını bildirmiş, həmin söhbətdən bir neçə gün sonra 18.10.2019-cu il tarixdə Emin ona zəng vuraraq, torpaq sahibi İsmayıl adlı şəxsin onunla danışmaq istədiyini bildirmiş, o, İsmayılla danışan zaman sonuncu ona təcili pul lazım olduğunu bildirdikdə o, İsmayıla borc pul verə bilməyəcəyini, əgər torpağa dair alqı-satqı müqaviləsi olarsa, pul verə biləcəyini bildirmiş, İsmayılda ona torpaq sahəsini alqı-satqı etmək üçün əmlak komitəsindən forma 1 nömrəli sənədi almaq lazım olduğunu, həmin sənədi almaq üçün müraciət etdiyini və həmin sənədlərin düzəlməsi üçün 21 gün vaxt tələb olunduğunu bildirmiş, bundan sonra 19.10.2019-cu il tarixdə anası Tükazban Bayramova ilə birlikdə o, Nərimanov rayonu ərazisində yerləşən 9 saylı notariat kontorunda Emin, İsmayıl və İntiqam adlı şəxslərlə görüşərək, İsmayılla onun arasında 3000 manata dair borc müqaviləsi bağlanılmış və 3000 manat İsmayıla pul vermiş, İsmayılda ona verdiyi 290 manat behi geri qaytarmış, borc müqaviləsini 21 gün sonra İsmayıl sənədləri aldıqdan sonra torpaq sahəsini onun adıma sənədləşdirəcəyi üçün bağlamış, həmin vaxt Emin ondan vasitəçilik etdiyi üçün 200 manat pul tələb etmiş, o, həmin məbləğdə pulu Eminə vermiş, bir müddət keçdikdən sonra o, İsmayıla zəng vuraraq, nə vaxt alqı-satqı müqaviləsi bağlayacaqlarını soruşduqda, İsmayıla ona 4 saylı əmlak komitəsindən torpağa dair forma 1 arayışını aldıqdan sonra onunla torpağa dair alqı-satqı müqaviləsi bağlaması və adına rəsmiləşdirilməsi üçün torpaq sahəsi tam satılıb qurtaracağını bildirmişdir. O, həmin torpaq sahəsinə bir neçə dəfə gedibgəlmiş, yolu yaxşı olmadığı üçün İsmayıl ilətelefon əlaqəsi yaradıb başqa yerdə torpaq sahəsi istədiyini bildirmiş, İsmayıl Ramana qəsəbəsində digər torpaq sahəsinin olduğunu bildirmiş, bundan sonra 13.11.2019-cu il tarixdə o, anası Tükazbanla birlikdə İsmayıl və Emin adlı şəxslərlə Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyinin yaxınlığında torpaq sahəsində görüşmüş, İsmayıl ona həmin torpaq sahəsinin 0,045 ha olduğunu, hər bir sotunun 2000 manata satıldığını bildirmiş, torpaq sahəsi onların xoşuna gəlmiş və İsmayıl həmin torpaq sahəsinə görə əlavə olaraq 5000 manat pul tələb etmiş, o, İsmayıla hazırda həmin məbləğdə pulunun olmadığını, 2400 manat məbləğində pulunun olduğunu bildirmiş, İsmayılın onun adına torpağa dair etibarnamə o, isə İsmayıla üzərində olan 2400 manat məbləğində pul verilməsinə, qalan 3600 manat məbləğində pulu isə 15.11.2019-cu il tarixdə İsmayıla verəcəyinə razılaşarkən İsmayıl ona 3600 manat pulu aldıqdan bir neçə gün sonra torpağa dair çıxarışı onun adına keçirəcəyinə dair söz vermiş, İsmayıl ona torpaq sahəsinin yaxın dostunun adına olduğunu, Əhmədli metrosunun yaxınlığında yerləşən Notariat kontoruna getməsini xahiş etmiş, özü isə dostu ilə birlikdə oraya gələcəyini bildirmiş, o, anası ilə birlikdə İsmayılın dediyi yerə getmiş, bir neçə dəqiqə orada dayandıqdan sonra İsmayıl etibarnamə və torpağa dair çıxarışın surətini ona gətirib verdikdən sonra o, 2400 manat pulu İsmayıla vermiş, 15.11.2019-cu il tarixdə günorta saatlarında İsmayıl ona zəng vuraraq Abşeron rayonu, Masazır dairəsində onu gözlədiyini və qalan 3600 manat məbləğində pulu gətirməsini xahiş etmiş, bundan sonra o, anası Tükazbanla birlikdə Abşeron rayonu, Masazır dairəsi adlanan yerə getmiş, orada İsmayıla 3600 manat pul verdikdə İsmayıldan torpağı nə vaxt adına sənədləşdirəcəyini soruşmuş, İsmayıl da ona uzağı 3-4 günə torpağı adına sənədləşdirəcəyini bildirmiş, o, İsmayıla sonuncu dəfə pul verdikdən sonra İsmayılla telefon əlaqəsi yaradıb görüşmək istəmiş, lakin İsmayıl müxtəlif bəhanələr gətirərək görüşməkdən boyun qaçırmış, pulunu da qaytarmamış, o, torpağın sənədlərini dəqiqləşdirmək üçün həmin əraziyə getmiş, koordinatları vurduqda həmin torpaq sahəsinin başqa bir şəxsə məxsus olduğu ortaya çıxmış və o, İsmayılın onu aldadaraq, pulunu dələduzluq yolu ələ keçirdiyini başa düşmüş və bu barədə şikayət etmişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs2 bacısı oğlu Şahid4 vasitəsi ilə tanıyır. O, 2019-cu ilin iyun ayında torpaq almaq üçün Vüsalın dayısı Təqsirləndirilən şəxs2 ilə görüşmüş, söhbət əsnasında Rəhim ona Abşeron rayonu, Məmmədli kəndində 0,03 ha torpaq sahəsinin olduğunu bildirmiş, həmin torpaq sahəsinə baxdıqdan sonra, Rəhimlə 0,03 ha torpaq sahəsini 4000 manata almağa razılaşmış, o, torpaq sahəsinə baxan zaman orada, İsmayıl, Nurəddin adlı şəxslər, Təqsirləndirilən şəxs2 və Vüsal da olmuş, həmin torpağa baxıb bəyəndikdən sonra 2019-cu ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonunda, “Nərimanov parkında” Vüsala dayısı Rəhimə vermək üçün 500 manat pulu beh vermiş, daha sonra isə “xxxx" ASC-dən 1800 manat, “xxxx” ASC-dən isə 700 manat kredit götürmüş və bir nəfər tanıdığı şəxsdən 1000 manat borc pul alaraq, 04.06.2019-cu il tarixdə Abşeron rayonu. Xırdalan şəhərində yerləşən 2 saylı notariusda Təqsirləndirilən şəxs2 ilə alqı-satqı etmiş və buna görə də 2500 manat pulu İsmayıl adlı şəxsə vermiş və notariusda olan dövlət xərcləri üçün isə 300 manat pul ödəmiş, təxminən 10 gün sonra isə Vüsal ona zəng edərək dayısının 1000 manat pulu verməyi, qalan 500 manatı ona bağışladığını demiş, təxminən 2- 3 gün sonra o, Vüsalla Bakı şəhəri, Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yanında görüşmüş və 1000 manat pulu Rəhimə verməsi üçün Vüsala təqdim etmiş, təxminən 10-15 gün sonra onun telefonuna DƏDRX-nin Abşeron rayon şöbəsindən mesaj gəlmiş və ona çıxarışın hazır olduğunu bildirilmiş, onunla əlaqə saxlanılaraq, birlikdə torpaq sahəsinə baxış keçirmək üçün getmişlər. Torpaq sahəsinə baxış keçirilərkən onunla Təqsirləndirilən şəxs2 arasında alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinin, ona göstərilən torpaq sahəsinin olmadığı məlum olmuş, belə ki, ona göstərilən yer Abşeron rayonu, Məmmədli kəndində, Məmmədli dairəsindən Kürdəxanı istiqamətinə gedərkən yolun solunda yerləşən torpaq sahəsi olduğu halda, onunla alqı-satqı olunan torpaq sahəsinin Yanardağın yanında yerləşdiyi müəyyən olunmuş, bundan sonra o, Təqsirləndirilən şəxs2, İsmayıl, Nürəddin adlı şəxslər tərəfindən aldadıldığını bilmiş və həmin şəxslərdən pulunu tələb etməyə başlamış, lakin həmin şəxslər onu hər dəfə bir bəhanə ilə aldadaraq, pulunu verməmişlər. Sonda o, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hamı onu İntiqam kimi tanısa da, əsl adı İlhamdır. Təqsirləndirilən şəxs1 onun qohumudur. Təqsirləndirilən şəxs1 vasitəsilə o, makler işləyən və adının «Emil» kimi bildiyi şəxslə də tanış olmuş, təxminən 2019-cu ilin oktyabr ayında Emil ona İsmayıla məxsus Ramana qəsəbəsində yerləşən torpağına müştəri tapdığını və onu Koroğlu metrostansiyasının qarşısına aparmasını xahiş etmiş, o, Emili idarə etdiyi «Kia-Clarus» markalı avtomobillə oraya aparmış və Emil həmin vaxt sonradan tanıdığı Mərhəmət və Tükazban adlı şəxslərlə görüşüb avtomobilə əyləşmişlər. Emil ona avtomobili Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyinin yaxınlığındakı torpaq sahəsinə sürməyini xahiş etmiş, o, Emilin Mərhəmətə 4 ya 5 sot torpaq sahəsini 1100-1200 manat arası qiymətə təklif etdiyini eşitmiş, o, avtomobili Emilin dediyi yerə sürmüş, Emil Mərhəmət və Tükazban avtomobildən düşüb torpaq sahəsinə baxıb söhbət etmişlər. Həmin şəxslər avtomobilə əyləşəndən sonra Mərhəmət, torpağın onun xoşuna gəldiyini və həmin torpağı almaq istədiyini bildirmiş, o, Mərhəməti və Tükazbanı Qara-Qarayev metrostansiyasınm yaxınlığında düşürtmüş, həmin söhbətdən bir neçə gün keçdikdən sonra o, Emil və İsmayılla birlikdə Qara-Qarayev metrostansiyasının yaxınlığında çayxanada olan zaman, oraya Mərhəmətlə Tükazban gəlmiş, həmin vaxt Emil, İsmayıl, Mərhəmət və Tükazbanı kənara çəkilib söhbət etmişlər, Mərhəmət İsmayıldan torpaq sahəsini 5500 manata almağa razılaşmış, həmin vaxt Mərhəmət üzərində 2500 manat pul olduğunu bildirdikdən sonra İsmayıl ondan onları Bakı şəhəri, Nəriman Nərimanov rayonunda yerləşən 9 saylı notariat kontoruna aparmasını xahiş etmiş, o, Emili, İsmayılı, Mərhəməti və Tükazbanı idarə etdiyi avtomobillə həmin yerə aparmış, notariat kontorunda İsmayılla Mərhəmətin arasında 3000 manata dair kredit müqaviləsi bağlanılmış və o, İsmayılla Emili idarə etdiyi avtomobillə Qara-Qarayev metrostansiyasının qarşısına aparıb düşürtmüş, təxminən 3-4 ay keçdikdən sonra Mərhəmət onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq, İsmayılın onun başına oyun açdığını, başqa torpaq sahəsini istədiyini demiş, ya da pulunun geri qaytarılmasında ona köməklik etməsini xahiş etmiş, bundan sonra o, İsmayıla Mərhəmətin ondan narazılıq etdiyini, Mərhəmətə başqa yerdən torpaq sahəsi verməyini ya da pulunu geri qaytarmağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun dayısıdır, sonuncu ilə münasibəti həmişə yaxşı olmuş, Zərərçəkmiş şəxs2 isə təxminən 20 ildir tanıyır, sonuncu ilə münasibəti həmişə yaxşı olmuşdur. 2019-cu ilin iyun ayında Fuad torpaq almaq istədiyini demiş və o, Fuadı dayısı Təqsirləndirilən şəxs2 ilə görüşdürmüş, söhbət əsnasında dayısı ona Abşeron rayonu, Məmmədli kəndində 0,03 ha torpaq sahəsi olduğunu bildirmiş, həmin torpaq sahəsinə baxdıqdan sonra, dayısı ilə Fuad 0,03 ha torpaq sahəsini 4000 manata razılaşmışlar, onlar torpaq sahəsinə baxan zaman, orada İsmayıl, Nurəddin adlı şəxslər və dayısı Təqsirləndirilən şəxs2 olmuş, Fuad torpaq sahəsinə baxıb bəyəndikdən sonra 2019-cu ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonunda, “Nərimanov parkında” Fuad İsmayıla vermək üçün 500 manat pulu beh kimi ona vermiş, Fuad daha sonra “xxxx” ASC-dən 1800 manat, “xxxx” ASC-dən isə 700 manat kredit götürmüş, 04.06.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariusda dayısı Təqsirləndirilən şəxs2 ilə alqı-satqı etmiş və buna görə də 2500 manat pulu İsmayıl adlı şəxsə vermiş, notariusda olan dövlət xərcləri üçün isə 300 manat pul ödəmiş, təxminən 10 gün sonra isə o. Fuada zəng edərək dayısının 1000 manat pulu verməsi müqabilində qalan 500 manatı ona bağışlayacağını dediyini bildirmiş, təxminən 2-3 gün sonra o, Fuad ilə Bakı şəhəri, Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yanında görüşmüş və 1000 manat pulu dayısı Rəhimə vermək üçün Fuaddan almış, sonradan Fuad ona torpaq sahəsinin ona göstərilən yerdə yerləşmədiyni bildirmiş, belə ki, Fuada satılması üçün göstərilən yer Abşeron rayonu, Məmmədli kəndində, Məmmədli dairəsindən Kürdəxanı istiqamətinə gedərkən yolun solunda yerləşən torpaq sahəsi olduğu halda, Fuadla alqı-satqı olunan torpaq sahəsinin isə Yanardağın yanında yerləşdiyi məlum olmuşdur. Bundan sonra Fuad dayısı Təqsirləndirilən şəxs2 və İsmayıl, Nurəddin adlı şəxslər tərəfindən aldadıldığıNı bilmiş və həmin şəxslərdən pulunu tələb etməyə başlamışdır. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində Zərərçəkmiş şəxs1 qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, fərdi usta fəaliyyəti ilə yanaşı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahələrinin alqı-satqısı ilə məşğul olur. Torpaq alqısatqılarının elanlarını internet sosial şəbəkələri vasitəsilə yerləşdirərək, elanların altında özünə məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrini qeyd edir. Təqsirləndirilən şəxs1 təxminən 20 ilə yaxındır tanıyır, sonuncu ilə yaxşı münasibətdə olmuş, əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 özünə məxsus Abşeron rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən topraq sahələrini satmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 məxsus Sovxoz Ramana adlanan ərazidə yerləşən 0,10 ha torpaq sahəsini hər bir sotunu 1500 manata satışa qoymuş, elanda həmçinin torpaq sahələrinin ayrı-ayrılıqda da satıldığını göstərmiş, elanı yerləşdirdikdən sonra istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı oğlan zəng vuraraq torpaq sahəsinə baxmaq istədiyini bildirmiş, o, tanışı İntiqam adlı şəxsdən onu Bakı şəhəri, Koroğlu metrostansiyasının qarşısına müştəri ilə görüşməyə aparmasını xahiş etmiş, bundan sonra o, İntiqamla həmin yerə getmiş, həmin vaxt əvvəllər tanımadığı sonradan tanıdığı Mərhəmət və anası Tükazban adlı şəxslərlə görüşərək, birlikdə torpaq sahəsinə baxmışlar. Mərhəmətgil torpaq sahəsinə baxanda torpaq onların xoşuna gəlmiş və sonuncular endirim etməsini ondan xahiş etmiş, o. istifadəsində olan mobil telefondan İsmayıla zəng vuraraq müştərilərin torpaq sahəsini endirimlə almaq istədiklərini bildirdikdə, İsmayıl da torpaq sahəsinin hər bir sotunu 1250 manata sata biləcəyini demişdir. Mərhəmət torpaq sahəsini almağa razılaşmış və torpağın hər bir sotuna görə ona 50 manat pul verəcəyini demişdir. O, X15 metrosunun qarşısında düşürdəndə sonuncu ona 290 manat məbləğində beh vermiş, O, həmin pulu aparıb İsmayıla vermiş, İsmayılda vasitəçilik etdiyinə görə ona 50 manat pul vermiş, Mərhəmət ona beh verəndə təxminən 10 günə torpağın pulunu düzəldəcəyini bildirmiş, bu işdən təxminən 10 gün keçdikdən sonra Mərhəmət onunla əlaqə saxlamadığı üçün sonuncuya zəng vuraraq, işin nə yerdə olduğunu soruşmuş, Mərhəmət də ona hazırda əlində 2500 manat pul olduğunu bildirmiş, o, İsmayılla telefon əlaqəsi yaradıb Mərhəmətin ona verəcəyi pulun tam hazır olmadığını, əlində 2500 manat pul olduğunu bildirmiş, bundan sonra o, İsmayılla telefon əlaqəsi yaradıb razılığa gəlmək üçün İsmayılın telefon nömrəsini Mərhəmətə vermişdir. Daha sonra Mərhəmət ona zəng vuraraq İsmayıla çatası pulu notariat kontoru vasitəsilə verəcəyini bildirmiş, İsmayılla Mərhəmət öz aralarında gün təyin edib təxminən 2019-cu ilin okytabr ayında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən notariat kontorunun qarşısında görüşmüş, həmin vaxt özü də orada olmuş, Notariat kontorunda Mərhəmətlə İsmayıl arasında 3000 manata dair borc müqaviləsi bağlanılmış, bundan sonra İsmayıl aldığı 290 manat pulu Mərhəmətə qaytarmış, Notariat kontorunun qarşısında Mərhəmət ona bir neçə gün sonra vasitəçilik etdiyi üçün ona 200 manat pul verəcəyini demiş, təxminən bir həftə sonra o, Mərhəmətlə Bakı şəhəri, Nərimanov metrosunun qarşısında görüşərkən Mərhəmət ona 200 manat pul vermiş, bundan sonra qalan pulu, yəni 2000 manatı Mərhəmət bir aydan sonra İsmayıla verəcəyinə dair İsmayılla Mərhəmət öz aralarında razılaşmışlar. Bir müddət keçdikdən sonra Mərhəmət ona zəng vuraraq aldığı torpaq sahəsinə gedən yol narahat olduğundan, o, İsmayıldan başqa torpaq sahəsi istəmiş, İsmayılda ona Şuşa şəhərciynin yaxınlığında yerləşən özünə məxsus torpaq sahəsini göstərmiş və Mərhəmət həmin torpaq sahəsini 5000 manata almağa razılaşmışdır. Bir müddət keçdikdən sonra Mərhəmət ona yenidən zəng vuraraq İsmayıla ümumilikdə 3000 manat pul verdityni, hazırda əlində 1600 manat pul olduğunu, həmin pulu vermək üçün İsmayıla zəng vurmasını ondan xahiş etmişdir. O, İsmayıla zəng vuraraq Mərhəmətin 400 manat pulu çatmadığını dedikdə İsmayıl razılaşaraq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən notariat kontorunun qarşısında görüşəcəyini bildirmiş, həmin vaxt o, İsmayıldan vasitəçilik pulunu almadığı üçün oraya getmişdir. 13.11.2019-cu il tarixdə o, notariat kontorunda Mərhəmət, Tükazban və İsmayılı görmüş, İsmayılın Mərhəmətə satacağı torpaq sahəsi Şahid2 adına olduğundan Rəşid Mərhəmətin adına torpağa dair etibarnamə vermişdir. Mərhəmət notariat kontorun qarşısında İsmayıla 1400 manat pul vermiş, qalan 600 manat pulu bir ay ərzində verəcəyinə razılaşmışlar. Bir neçə gün sonra İsmayıl vasitəçilik etdiyi üçün ona 150 manat pul vermiş, həmin söhbətdən bir müddət keçdikdən sonra Mərhəmət ona zəng vuraraq aldığı torpaq sahəsinin sputniklə yerin quruluşunun çəkilişi lazım olduğunu bildirmiş, o, həmin çəkilişin 140 manat xərci olduğunu, Mərhəmət də ona 2019-cu ilin noyabr ayında 20 Yanvar metrosunun yaxınlığında 140 manat pul vermiş, o, pulu alandan 3-4 gün sonra Mərhəmətə zəng vuraraq torpağın çəkilişinin hazır olduğunu bildirmiş, Mərhəmət də ona torpaq sahəsində tikinti inşa etdirmək üçün 2500 manat pul tələb olunduğuna görə, hazırda həmin məbləğdə pulu olmadığı üçün, torpağı geri qaytarmaq istədiyini bildirmişdir. O, Mərhəmətə bu işdə vasitəçi olduğunu, bu işlə bağlı İsmayıla müraciət etməyini bildirmişdir. Mərhəmətin İsmayıla ümumilikdə 9000 manat məbləğində pul verməyindən onun xəbəri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 təxminən 15 ilə yaxındır tanıyır, sonuncu onun dostu olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 2008ci ildə Təqsirləndirilən şəxs1 onun adına Abşeron rayonu, X12 ərazisində 99 il müddətinə 1 ha torpaq sahəsi almış və həmin torpaq sahəsini alan vaxt şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün onun adına rəsmiləşdirilməsini xahiş etmiş, o, İsmayılla dost olduğu üçün bu işə razılıq vermiş və həmin torpaq sahəsi onun adına rəsmiləşmiş, qeyd olunan torpaq sahəsinə görə bir neçə dəfə müxtəlif şəxslərin adına etibarnamə vermiş, həmin şəxlər də heç vaxt ondan və ya İsmayıldan şikayət etməmişlər, hazırda həmin torpaq sahəsində ev tikib yaşayırlar. 13.11.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng vuraraq özünə məxsus torpaq sahəsinin 0,04 ha torpaq sahəsini satdığı üçün həmin torpaq sahəsinə görə etibarnamə vermək lazım olduğunu bildirmiş, o, İsmayılla razılaşaraq, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontoruna getmiş və orada Emin adlı şəxs Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsini vermiş, o, həmin şəxsi görmədən torpağa dair adına etibarnamə vermiş, Zərərçəkmiş şəxs1 o, tanımır, sonuncu ilə əvvəllər heç bir münasibəti olmamış və Zərərçəkmiş şəxs1 verdiyi etibarnaməyə görə heç kim ona pul verməmişdir. İş materiallarında olan 19.10.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında 3000 manat borc pul verilməsinə dair Bakı şəhəri 9 saylı notariat kontorunda kredit müqaviləsi bağlanılmışdır. İş materiallarında 13.11.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən ünvan 5 ünvanında qeydiyyatda olan Həsənov X9 rayonu, X12 ərazisində yerələşən 1.0 ha torpaq sahəsinin 400 kv/m-nin sahəsinə dair səlahiyyətləri X3 vermişdir. İş materiallarında olan 04.06.2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 arasında Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsinə dair Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlanılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, istintaq dövründə təqsirləndirilən şəxs tərəfdən Zərərçəkmiş şəxs1 1500 məbləğində pul qaytarılmışdır. Qeyd olunan xüsusat bir daha Təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirdiyini təsdiq edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş 30.07.2020-ci il tarixli, **********73 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 adma Abşeron rayonu X12 ərazisində torpaq sahəsinə dair 4 saylı Abşeron Ərazi İdarəsində məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş 24.10.2020-ci il tarixli, **********80 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, X12 ərazisində yerləşən 0,02 ha torpaq sahəsi 17.05.2016-cı il tarixli, **********02 reyestr nömrəsi ilə Mirzəyev Səbuhi qaryağdı oğlunun adına qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilmişdir. Koordintalar təqdim edilmiş torpaq sahəsinin 0,04 ha hissəsi 28.08.2012-ci il tarixli, **********29 reyestr nömrəli X8 icarəsinə verilmiş 1,1210 ha torpaq sahəsinin yerdə qalan hissəsidir. Sözügedən torpaq sahəsinin notarial qaydada təsdiqlənmiş icarə hüququnun alqı-satqı müqaviləsi əsasında icarəyə verilib verilməmsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat daxil olmamışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli olması onların məhkəmə baxışında verdikləri etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sənədlərlə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 22.09.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 oğlu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş, o, 27.05.2020-ci il tarixdə tutulmuş və 29.05.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2,və 178.2.4-cü maddələri ilə təqsirləndirildiyi üçün barəsində həbs etmənin əvvəli 15.04.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona hazırki cinayət üzrə təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkməsinin əvvəli 21.05.2021-ci il tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş 02.11.2019-cu il tarixli məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri. Xətai rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, 12.04.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri. Xətai rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli hökmü üzrə məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməllərinin törədilməsi hallarını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın onun islah olunmasına təsirini, habelə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, yalnız bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərini təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş, o, 17.01.2020-ci il tarixdə tutulmuş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə zalında həbsə alınmalı və cəzaçəkmə müddətinin başlanğıcı 21.05.2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki,Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 02 (iki) gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli 21.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli 21.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-167/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-167/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver