Məhkəmə qərarları › İş №1(012)-167/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-167/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-167/2022 29.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilənərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını açıq talama cinayətini törətmişdir. Belə ki, o, tamah niyəti ilə özgənin əmlakını açıq olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Zərərçəkmiş şəxs oğlunun taksi kimi idarə etdiyi «Opel » markalı **-FL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə sərnişin qismində əyləşərək Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən məscidin yaxınlığına sürdürərək avtomobili saxlatdırıb avtomobildə 360 manat pulunu əlindən alaraq avtomobildən düşüb oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs 360 manat məbləğində əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ildə Abşeron rayonu Qobu qəsəbəsində oğulruq etdiyinə görə barəsində Abşeron rayon Pİ-nin İŞdə cinayət işi başlanaraq istintaqı aparılmış və Abşeron rayon məhkəməsi tərəfindən 2 il azadlığın məhdudlaşdırılması cəzası il məhkum edilmişdir. 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Biləcəri qəsəbəsində olarkən yaşadığı Qobu qəəbəsinə gəlmək üçün Opel markalı nömrə nişanına diqqət etmədiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş və sürücüdən onu Qobu qəsəbəsinə aparmasını bildirmişdir. Sürücü ilə 8 manata razılaşmışdır. Həmin vaxtı üstündə 20 manat pul var idi. Ehtiyacı olduğu üçün əvvəlcədən fikirləşmişdir ki, hansısa bir yolla sürücünün pullarını əlindən alıb qaçsın. Sürücü onu idarə etdiyi Opel markalı avtomobilə Qobu qəsəbəsinə gətirmişdir. O, cibindən 20 manat pulu çıxarıb sürücüdən soruşmuşdur ki, «sən həmin pulu xırdalaya bilərsənmi?» Sürücü demişdir ki, «bəli 20 manat pulu xırdalaya bilərəm». O, qabaq sağ oturacaqda qapını açıq qoymuşdur. Sürücü cibindən bir topa kağız pul çıxartmışdır. O, gözlənilmədən sürücünün əlindən həmin topa pulu alıb maşından düşərək qaçmış və hadisə yerindən uzaqlaşmışdır. Arxaya baxanda görmüşdür ki, heç kəs gəlmir. Bundan sonra pulları saymış və görmüşdür ki, sürücünün əlindən alıb qaçdığı pul 38 manatdır. Həmin pulu öz ehtiyacları üçün, siqaret və digər ehtiyaclarına xərcləmişdir. 29 noyabr 2021-ci il tarixdə onu yaşadığı evdə olarkən 3 nəfər polis əməkdaşı gələrək yaxalamışlar və Qobu PB-nə aparmışlar. Orada o, hər şeyi etiraf etmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, sürücüyə qarşı heç bir fiziki zor tətbiq etməmiş və ona xəsarət yetirməmiş, gözlənilmədən əlindən pulu götürüb qaçmış, etdiyi cinayət barədə heç kimə bildirməmiş, həmin vaxtı ona qarşı heç bir fiziki zor tətbiq edilməmiş, xəsarəti olmadığı üçün məhkəmə tibbi ekspertiza müayinəsindən keçməkdən imtina edir. O, pullarını əlindən alıb qaçdığı sürücünü əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Sonda o, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, “Bolt” adlı taksi şirkətinə məxsus Opel markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. xx.xx.2021-ci il taixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində olarkən yaxınlıqdakı “Kapital banka” aid bankomatdan 250 manat kartından birkart vasitəsilə pul çıxarıb avtomobilə əyləşmişdir. Həmin vaxt 1 nəfər şəxs yaxınlaşmış və onu Abşeron rayonu, Qobu qəsəbəsinə 8 manata aparmağını xahiş etmişdir. O, razılaşmışdır. Onu Qobu qəsəbəsində yerləşən məscidin yanına gətirmişdir. Həmin şəxs cibindən 20 manat pul çıxararaq xırdalamağını xahiş etmişdir. O, cibindən pul kisəsini çıxarıb içərisində topa pul çıxartmışdır. Həmin vaxt həmin şəxs qəfildən pulu məcburi qaydada onun əlindən almış və avtomobildən düşüb qaçmışdır. O, həmin şəxsin arxasınca qışqırmışdır ki, pulu qaytar. Lakin həmin şəxs ona əhəmiyyət verməyərək qaçıb getmişdir. 29 noyabr 2021-ci il taixdə Qobu rayon PB-nə işimlə bağlı maraqlanmaq üçün getmişdir. Orada olarkən Qobu PB-nin əməkdaşları təırəfindən bir nəfər cavan oğlanı gətirərkən həmin şəxsi görüb tanımışdır. Orada ona məlum olmuşdur ki, həmin şəxs Abşeron rayon sakini Təqsirləndirilən şəxsdur. O, qeyd etmişdir ki, həmin şəxsi əvvəllər tanımamış, həmin şəxs ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Abşeron RPİnin Qobu PB-nin polis sahə rəisi işləyir, polis baş leytenantıdır. xx.xx.2021-ci il tarixdə işdə növbədə olduğu zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs tərəfindən taksi kimi fəaliyyət göstərdiyi Opel markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qobu qəsəbəsində olarkən adını bilmədiyi müştəri tərəfindən 360 manat pulunun əlindən alaraq qaçmasını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı Abşeron rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq tərəfindən cinayət işi başlandı və idarə rəhbərliyi bizə göstəriş vermişdir ki, həmin şəxsin əlindən pulunu alıb qaçan şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirilsin. Bununla bağlı o və Abşeron RPİ-nin Qobu PB-nin əməliyyatçısı polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı soyğunçuluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yaşadığı evində saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Zərərçəkmiş şəxs taksi kimi fəaliyyət göstərdiyi Opel markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək Abşeron rayonu Qobu qəsəbəsinə gəlmiş, orada Zərərçəkmiş şəxs 20 manatı olduğu üçün yol pulu ödəmək məqsədilə həmin pulu xırdalamasını bildirmiş, sonuncu cibindən topa şəklində kağız pul çıxararkən o, sürücü Zərərçəkmiş şəxs əlindən pulu alıb qaçmışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verildi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Abşeron RPİnin Qobu PB-nin əməliyyat müvəkkili işləyir, polis baş leytenantıdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs tərəfindən taksi kimi fəaliyyət göstərdiyi Opel markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qobu qəsəbəsində olarkən adını bilmədiyi müştəri tərəfindən 360 manat pulunun əlindən alaraq qaçmasını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı Abşeron rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq tərəfindən cinayət işi başlandı və idarə rəhbərliyi bizə göstəriş vermişdir ki, həmin şəxsin əlindən pulunu alıb qaçan şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirilsin. Bununla bağlı o və Abşeron RPİ-nin Qobu PB-nin Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı soyğunçuluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yaşadığı evində saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Zərərçəkmiş şəxs taksi kimi fəaliyyət göstərdiyi Opel markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək Abşeron rayonu Qobu qəsəbəsinə gəlmiş, orada Zərərçəkmiş şəxs 20 manatı olduğu üçün yol pulu ödəmək məqsədilə həmin pulu xırdalamasını bildirmiş, sonuncu cibindən topa şəklində kağız pul çıxararkən o, sürücü Zərərçəkmiş şəxs əlindən pulu alıb qaçmışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verildi. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər Probasiya şöbəsindən alınmış xx.xx.2021-ci il tarixli 4582 nömrəli məktubla müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)490/2019 saylı, xx.xx.2019-c il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını tam olaraq çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs imza etdiyi qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs ona dəymiş 360 manat ziyan tam ödənilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 №-li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 №-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü maddəsinin 4-cü abzastına görə məhkəmələr böyük ictimai törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Salahlı X1 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşən halları, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən cəzanın onun islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmış, lakin məhkəmə baxışından yayındığı üçün Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasında yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzasından 02 (iki) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət-ProsessualMəcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğuğu vaxtdan (həbsdə olan şəxsə isə təqdim olunduğu vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar