Məhkəmə qərarları › İş №1(012)-167/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-167/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-167/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-iddiaçı Zərərçəkmiş şəxs2 Cəmaləddin qızının nümayəndəsi Şahid7 Nazım qızının, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs13,Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1989-cu ildə Laçın rayonu Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ev-alqı satıqısı ilə məşğul olan, Laçın rayonu, Hacılar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 95Q-də yaşamış, barəsində 14 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu məhkəməsi tərəfindən «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs15 Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı adlanan ərazidə ev tikəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin dekabr ayında həmin ərazidə Zərərçəkmiş şəxs15 10.000 manat məbləğində pulunu alıb ələ keçirib vədinə əməl etməyərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs14 Abşeron rayonu, Masazır qəsəbəsi Yoncalıq yaşayış massivində yerləşən fərdi həyət evini 58000 manat dəyərində həmin fərdi evi ilkin ödəniş kimi 20000 manat, qalan pulu hər ay hissə-hissə ödəməklə satacağına dair yalan vəd verib, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən kafedə 12.000 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Papaq kafesində 8500 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumi 20.500 manat pulu alıb vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs8 20000 manat pulun müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq adlanan ərazidə 3 sot torpaq sahəsində yerləşən birmərtəbəli yeni inşa edilmiş fərdi yaşayış evinin özünə məxsus olmasına və həmin evi sonuncuya satacağına dair yalandan vəd verib, xx.xx.2023-cü il tarixdə 10000 manat pulun qarşılığında olan Rəfail Sadıqovun mülkiyyətində olmuş Mercedes markalı avtomobili, Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq adlanan ərazidə 10000 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 20.000 manat pulu alıb, qısa müddət ərzində evin sənədlərini Zərərçəkmiş şəxs8 adına keçirəcəyinə dair yalan vəd verib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs16 pulunu sonra ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayından həmin ilin aprel ayınadək olan müddət ərzində sonuncunun işlədiyi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Mir inşaat” adlı tikinti materialları mağazasından ümumilikdə 39.860 manat dəyərində tikintidə istifadə olunacaq müxtəlif adda və sayda tikinti materiallarını götürərək pulunu ödəyəcəyinə dair yalan vəd vermiş, lakin heç bir ödəniş etməyərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs16 39.860 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, Zərərçəkmiş şəxs12 Mixaylovaya Abşeron rayonu, Masazır qəsəbəsində 1,5 sot torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evinin 40000 manata inşa etdirib təhvil verəcəyinə bildirib, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində podrat müqaviləsi bağlayaraq 24000 manat, həmin ilin aprel ayı ərzində Abşeron rayonu, Masazır qəsəbəsində hissəhissə olmaqla 10400 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumi 34400 manat pulu ələ keçirib qısa müddətdə evi tikib təhvil verəcəyinə dair yalan vəd verib vədinə əməl etməyərək, zərərəkmiş Zərərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs7, ümumilikdə 40.000 manat müqabilində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,03 hektar torpaq sahəsində olan fərdi yaşayış evini təmir etdirməklə, o cümlədən həmin torpaq sahəsinin və evin onun mülkiyyətinə veriləcəyinə dair DƏDRX-dən çıxarış əldə etməklə ona satacağına dair yalan vəd verib aldadaraq ilk dəfə Zərərçəkmiş şəxs7 30 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı notariat ofisində 20.000 manat, 06 aprel 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla 20.300 manat nağd pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş, nəticədə sonuncuya vahid niyyətlə əhatə olunan qəsdlə 40.300 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Abşeron rayonu Masazır qəsəbəsi Həzi Aslanov küçəsində inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin özünə məxsus olmasını və 45000 manat dəyərində həmin fərdi evi ilkin ödəniş kimi 15000 manat, qalan pulu hər ay 500 manat ödəməklə satacağına dair yalan vəd verib, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində podrat müqaviləsi bağlayıb 15000 manat pulu alıb vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 ona məxsus olmayan Abşeron rayonu, Masazır qəsəbəsində 2 sot torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin ona məxsus olmasını yalandan bildirib həmin evi 80000 manata satacağını vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlayaraq Zərərçəkmiş şəxs13 ilkin ödəniş kimi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində podrat müqaviləsi bağlayaraq Zərərçəkmiş şəxs13 ilkin olaraq 20000 manat, həmin ilin may ayının sonunda kart hesabına köçürülmüş 1000 manat, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Araz» marketin qarşısında 200 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 21200 manat pulu alıb, qalıq qalmış pulu ayda 500 manat ödəniləcəyi barədə razılaşmış, vədinə əməl etməyərək sonuncuya ümumilikdə 21200 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Əlxan oğluna Abşeron rayonu Masazır qəsəbəsi ərazisində inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin özünə məxsus olması və 45000 manat dəyərində həmin fərdi evi ilkin ödəniş kimi 10000 manat, qalan pulu hər ay 500 manat ödəməklə satacağına dair yalan vəd verib, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində podrat müqaviləsi bağlayıb 10000 manat pulu alıb vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsində iki mərtəbəli fərdi ev tikərək 80000 manata satacağına dair yalan vəd verib, 2023-cü ilin aprel ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində podrat müqaviləsi bağlayıb 18000, həmin günü eyni ünvanda 2000 manat, həmin ilin may və iyun ayında hər ay 500 manat olmaqla ümumi 1000 manat və əlavə 800 manat makler pulu olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 21800 manat pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X19 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, Zərərçəkmiş şəxs11 Abşeron rayonu, Masazır qəsəbəsində 1,5 sot torpaq sahəsində 1 mərtəbəli iaşə obyektini 25000 manata inşa etdirib təhvil verəcəyini bildirib, bu niyyətlə 2023-cü ilin aprel ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbsində yerləşən «A+» marketin qarşısında idarə etdiyi Mercedes G klass modelli avtomobilin salonunda 3000 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində 9000 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12.000 manat pulu alıb podrat müqaviləsi bağlayaraq evi vaxtında tikib təhvil verəcəyinə dair yalandan vəd verib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs11 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X19 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, Zərərçəkmiş şəxs2 Cəmaləddin qızına Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə ərazisində olan boş torpaq sahəsini göstərib orada fərdi ev inşa edib təhvil verəcəklərinə dair yalan vəd verib inandırmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat ofisində podrat müqaviləsi əsasında 9000 manat, 2023-cü ilin iyun ayının ortalarında Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə ərazisində 800 manat və həmin ilin iyun ayının ortalarında eyni ərazidə 200 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 10.000 manat pulu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 Abşeron rayonu, Masazır qəsəbəsində 90 kv. metr sahədə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin ona məxsus olmasını yalandan bildirib ümumilikdə 15000 manata satacağını vəd edərək xx.xx.2023-cü il tarixdə ilkin ödəniş kimi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində 15000 manat alıb podrat müqaviləsi bağlayaraq evi vaxtında tikib təhvil verəcəyinə dair yalandan vəd verib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs10 ümumilikdə 15000 pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Masazır qəsəbəsində yeni inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evinin ona məxsus olmasını və evi ona 20000 manata satacağını dair yalan vəd verib, 2023-cü ilin iyul ayının ilk günlərində kart hesabına hissə-hissə köçürülmüş 2000 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 43 saylı notariat ofisində podrat müqaviləsi bağlayıb 16800 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumi 18800 manat pulu ələ keçirib vədinə əməl etməyərək, zərərəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Valodiya qızına Abşeron rayonu, Masazır qəsəbəsi, Qənirə Paşayeva küçəsində yerləşən boş torpaq sahəsinin özünə məxsus olduğunu və həmin torpaq sahəsində 53000 manat pul müqabilində 100 kv. metr sahədə bir mərtəbəli fərdi ev tikib təhvil verəcəyinə, ilkin ödəniş kimi 12.000 manat, qalan pulu ayda 500 manat olmaqla ödəniş edilməsi ilə bağlı yalan vəd verib, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 43 saylı notariat ofisində podrat müqaviləsi bağlayıb 12000 manat pulu alıb vədinə əməl etməyərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazidə 2,5 sot torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin ona məxsus olmasını və həmin evi ümumilikdə 85000 manata sonuncuya satacağına dair yalan vəd verib, xx.xx.2023-cü il tarixdə ilkin ödəniş kimi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində 23400 manat alıb podrat müqaviləsi bağlayaraq evi ona satacağına dair yalandan vəd verib, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkənlərə vurulan ziyanı ödəmək imkanı olmadığını,mülki iddianın rədd edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, maklerlik edir, həmçinin fərdi yaşayış evləri tikib satışı ilə məşğul olmuşdur. Təxminən 2 il bundan öncə Rəfail adlı şəxslə tanış olmuş o, ona təklif etmiş ki, şərikinə fərdi yaşayış evləri tikib satsınlar. Rəfaillə 28000 manata Abşeron rayonu 28 May qəsəbəsində 2 sotun içərisində 1 mərtəbəli kürsülü ev almışlar. Ev təmirsiz olmuş, evi almaq üçün 28000 manat pulu o vermiş, onlar razılaşmışlar ki, evin təmir işlərini Rəfail görəcəkdir. Rəfail də razılaşdıqları kimi evi təmir etdirmiş, buna görə 15000 manat xərci çıxmışdır. Həmin evi onlar 59000 manata satmışlar, əldə etdikləri gəliri yarı bölmüşlər. Eyni qayda ilə Rəfaillə təxminən 5-6 fərdi yaşayış evini 28 May qəsəbəsində tikib satmışlar. Təxminən 1 il bundan öncə Rəfaillə o, Abşeron rayonu, Masazır qəsəbəsində Yoncalıq adlanan ərazidə Elçin adlı şəxsdən 3 sotun içərisində təmirsiz yarım tikilini Rəfaillə şərikinə 33000 manata almışlar, həmin torpağın bələdiyyə sənədi olmuş, torpağın pulunu o, özü vermişdir. Elçin təklif etmiş ki, həmin torpaq sahəsinin yanında yerləşən 6 sot torpaq sahəsini alsınlar, Elçin həmin yeri onlara 38000 manata təklif etmişdir. O, da özü Elçinə 38000 manat pul vermiş, Rəfaillə şərikinə torpaq almışlar. Onlar razılaşmışlar ki, torpağın pulunu o, versin, tikinti işlərini isə Rəfail görsün. Elçin onlara torpağı satanda demiş ki, torpağın bələdiyyə sənədi var. Elçinlə onların arasında alqı-satqı olmamış, onlar razılaşmışlar ki, torpağın sənədləri Rəfailin adına olsun. Onlar torpağı alandan sonra Abşeron rayonu İcra Hakimiyyətinin yaxınlığında işləyən Sakit adlı şəxsə müraciət etmişlər ki, o, onlara köməklik etsin ki, onlar torpağa sənəd alsınlar. Sakit onlara söz vermiş ki, 15000 manat müqabilində torpağa sənəd düzəldəcək, onlar qiymətdə bir az endirim etməyini istəmişlər, Sakit də demiş ki, 12000 manat müqabilində torpağa çıxarış düzəldəcəkdir. Rəfail Sakitə görəcəyi işlərə görə Abşeron rayonu Masazır qəsəbəsində onun yanında 2000 manat beh kimi pul vermişdir. Sakit onlara söz vermiş ki, 3 aya sənədlər düzələcəkdir. Əlavə görüləcək işlərə görə də Sakit ondan təxminən 4000 manat pul istəmiş, o, da Sakitin kartına və əlavə əlbə-əl 4000 manat pul vermişdir. Lakin Sakit 6 ay keçməsinə baxmayaraq torpağa sənəd düzəldə bilməmişdir. Rəfaillə şərikinə Elçindən aldığı 3 sotun içərisində aldıqları evi təmir edib qurtardıqdan sonra Birgül adlı qadına 40000 manata satmışlar, onlar razılaşmışlar ki, Birgül ilkin ödəniş kimi 20000 manat pul verəcəkdir. Qalan məbləği də hissə-hissə ödəyəcəkdir. Birgül ümumilikdə ona hissə-hissə 39000 manat pul vermişdir. Birgüllə aralarında podrat müqaviləsi imzalanmışdır. O Elçindən torpağı alandan sonra orada 2 fərdi yaşayış evlərinin bünövrəsini tökmüşdür. Həmin torpaq sahəsinə gələcəkdə ev tikib satacağı barədə ev alqı-satqısı ilə məşğul olan Natiq adlı şəxsə demişdir ki, əgər kreditlə ev almaq istəyən müştəri olsa ona desin. Əvəllər Natiqlə bir neçə dəfə iş görmüş, belə ki, Natiq ona müştəri tapmış, o, da evləri satıb Natiqə xeyir vermişdir. O, Natiqlə şərikinə Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə adlanan ərazidə ofis götürmüşdür. Natiq ona müştəri tapanda ona hər evə görə 1500-1000 manat pul vermişdir. Təxminən 2022-ci ilin yay aylarında Natiq onu ofisə çağırıb bildirmiş ki, ev almaq istəyən müştəri var. Bundan sonra o ofisə getmiş və orada əvəllər tanımadığı sonradan adının Novruz bildiyi şəxslə rastlaşmışdır. Novruzla söhbət etdikdə o, kredit şərtləri ilə bir mərtəbəli fərdi yaşayış evi almaq istədiyini demişdir. O, da Novruza demiş ki, özünə məxsus olan Abşeron rayonu Masazır qəsəbəsində Can Təpə adlanan ərazidə torpağı var orada onun üçün ev tikib sata bilər. O, novruza bu təklifi etməmişdən öncə Natiq torpağı Novruza göstərmişdir. Buna görə Novruz ona demiş ki, torpağa baxıb yeri onun xoşuna gəlir və ev almaq istəyir. O, da Novruza demiş ki, 45000 manat pulun müqabilində 1.5 sotun içərisində 1 mərtəbəli fərdi yaşayış evini kredit şərtləri ilə inşa edib ona təhvil verə bilər. Novruz ilkin ödəniş kimi əlində 22000 manat pulunun olduğunu bildirmiş hər ayda 500 manat kredit ödəyə biləcəyini demiş, həmçinin bildirmiş ki, əgər evi tez təhvil versə evin pulunu tam məbləğdə ona ödəyəcəkdir və onlar razılaşmışlar. Həmin vaxt Novruz beh kimi 1000 manat pulu Natiqə vermiş və onlar razılaşmışlar ki, 3 gün sonra görüşüb notariat kontoruna getsinlər. Razılaşdıqları kimi 3 gün sonra o, Rəfail və X37 rayonu Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontorunda görüşmüşlər, orada onunla Novruz arasında podrat müqaviləsi imzalanmış və Novruz ona 21000 manat pul vermişdir. Bundan sonra o, Natiqdən Novruzun ona verdiyi 1000 manat behi almadan əlavə olaraq 500 manat pul vermişdir. Ortada qalan 20500 manat pulu da Rəfailnən yarı yarıya bölmüşlər. O və Rəfail Elçindən torpaq alanda Rəfailin əli ilə o, 16000 manat pul götürmüşlər. Novruzdan aldığı puldan 12000 manatını Rəfailin tanışı Nazimə vermişdir. Qalan pula da tikinti materialları almışlar və torpaq sahəsində işləyən ustalara vermişlər. O və Rəfail Novruzun sifarişini yerinə yetirmək üçün torpaq sahəsində qazındı işləri aparmışlar, evin təməlini qoyub beton tökmüşlər. Onlar tikinti işlərinə başlayan zaman bir nəfər əvəllər tanımadığı Ziya adlı şəxs oraya gələrək bildirmiş ki, Elçindən aldığı torpaq sahəsi ona məxsusdur. O, da ona demiş ki, torpağı Elçindən almışdır. Bundan sonra o, Elçinə zəng vurub olanları ona demişdir. Elçin də demiş ki, torpaq sahəsi ona məxsusdur. Bundan sonra Rəfail Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə şikayət etmişdir. Abşeron ravon Polis İdarəsində araşdıma aparılmış, o, Ziyadan sənəd tələb etdik də sonuncu heç bir sənəd təqdim edə bilməmiş və Ziya uzaqlaşmışdır. Bir müddət sonra həmin torpaq sahəsinə Tural adlı şəxs gələrək demiş ki, torpaq sahəsi onundur. O, da Elçinə zəng vurub oraya çağırmış, Elçin gələndən sonra Tural oradan uzaqlaşmışdır. Abşeron rayon Polis İdarəsindən onlara demişlər ki, torpağa çıxarış düzəltdikdən sonra öz işlərini görsünlər. Bir müddət sonra torpaq sahəsinə adı yadında qalmayan şəxs gələrək demiş ki, Elçindən aldığı yarım tikilini o tikdirmişdir. Bundan sonra Sakitin köməkliyi ilə onlar müəyyən etmişlər ki, həmin şəxsin 12 kvadrat metrəyə görə bələdiyyə sənədi var. Sakit onlara demiş ki, narahat olmasınlar o, İcra Hakimiyyətindən icazə almışdır. Bir müddət sonra Sakit onlara demiş ki, torpağın sənədini düzəltikdən sonra işə başlasınlar, bundan sonra o, torpağın yerləşdiyi ərazini hasara almış, bir müddət sonra torpaq sahəsinə gəldikdə görmüş ki, hasarı söküblər. Bundan sonra o, qohumu Namiqə demiş ki, o, Elçin adlı şəxsdən torpaq alıb, gündə bir adam gəlir ki, torpaq güya onundur, ona kömək etməsini xahiş etmişdir. Namiq də ona demiş ki, axşam görüşüb söhbət edəcəkdir. Bundan sonra o, işlərini aparan Ceyhunla birlikdə Namiqlə görüşmək üçün Müşviq qəsəbəsində yerləşən Vüsal şadlıq evinə getmiş və orada Namiqlə söhbət edib olanları bir daha ona bildirmişdir. Namiq də demiş ki, onun bir nəfər tanışı var onun əli hər yerə girir ona köməklik edəcəkdir. Onun yanında Namiq Müqabil adlı şəxsə zəng vurub ona dediklərini Müqabilə danışmışdır. Müqabildə Namiqə demiş ki, ona köməklik edə bilər. Bundan 2 gün sonra o, Müqabilə zəng vurub görüşmək istədiyini bildirmişdir. Müqabillə razılaşmış ki, torpaq sahəsinin yerləşdiyi yerdə görüşsünlər. Onlar razılaşdıqları yerdə o, Müqabil, Natiq, Namiq, Rəfail və digər adları yadında qalmayan şəxslərlə görüşmüşdür. Həmin vaxt Müqabil ondan torpağı kimdən və necə aldığını soruşmuş o, də ona olanları danışmışdır. Müqabil onlara demiş ki, onun bütün dövlət qurumlarında adamları vardır. Bundan sonra Müqabil və o, Sakitlə görüşmüş, Müqabil ondan soruşmuş ki, sənəd nə vaxt düzələcəkdir. O, da Müqabilin yanında Sakitə demiş ki, torpağın sənədi düzəlməsə oraya çəkdiyi bütün xərcləri ondan alacaq, Sakit də söz vermiş ki, torpağın sənədini o, düzəldəcəkdir. Hətta təklif etmiş ki, torpağın sənədini Müqabilin adına düzəldəcəkdir. Müqabil Sakitə demiş ki, onlar orada iş görə bilərmi, Sakit də demiş ki, iş görə bilərlər. Səhərisi gün onlar işə başlamışlar, həmin vaxt yenə də Ziya torpağın yerləşdiyi yerə gəlmiş, yenə də mübahisə baş vermiş, Ziya onlardan polisə şikayət etmişdir. Bundan sonra onlar polis idarəsinə getmişlər, orada Ziya uzaqlaşmışdır. Bir müddət sonra Ziya yoxa çıxmışdır. Bundan sonra onlar öz işlərini görməyə başlamışlar, iş gedə-gedə Rəfail demiş ki, torpaq sahəsinə Tahir adlı şəxs gəlib deyib ki, torpaq onundur və ev ona məxsusdur. Bundan sonra o, Müqabilə demiş və onlar bir yerdə torpağın yerləşdiyi yerə getmişlər. Torpaq sahəsində Müqabil Tahirə demiş ki, torpağı o alıb, o, polisə şikayət etmiş, orada araşdırma aparıldıqdan sonra da Tahirgil uzaqlaşmışlar. Bundan sonra yenə də öz işlərini görməyə başlamışlar. Həmin ərəfədə Tahir və İlqar adlı şəxslər torpaq sahəsinin yerləşdiyi yerə gəlib iddia etmişlər ki, güya torpaq onlara məxsusdur. Müqabildə həmin şəxslərə demiş ki, torpaq onundur, bundan sonra onlar Polis idarəsinə gəlmişlər, orada da onlara demişlər ki, gedib işlərini görsünlər. Bundan sonra onlar öz işlənə davam etmişlər. Təxminən bir neçə gün sonra Birgül ona zəng vuraraq demiş ki, Ziya adlı şəxs evə gələrək özünü orada yandırıb, usataların birini də vurmuşdur. Hətta evin polunu yandırmışdır. Bundan sonra o, Müqabillə birlikdə həmin evə getmiş, orada Rəfail, Natiq və Ceyhun olmuşdur. Onlar görmüşlər ki, Ziya özü ilə 3 nəfər əvəllər tanımadığı qadınları gətirib evə və bildirir ki, ev onundur və evdən çıxmaq istəmir. Bundan sonra onun anası da həmin evə gəlib demiş ki, evi o, tikib xərc çəkmişdir. Sonuncular ondan polisə şikayət etmiş, orada araşdırma aparılanda onlara demişlər ki, sənədlərini düzəldib işə başlasınlar. Müqabil onun bütün işlərində köməklik etdiyi üçün o, ona demiş ki, onun yanında olsun, onu bütün dövlət qurumları tanıdığı üçün hamı ona hörmət etmişdir. Rəfail ona demiş ki, o, Müqabildən uzaqlaşsın, o, da ondan səbəbini soruşduqda o, da demiş ki, Müqabil bütün işlərini bilir ona problem olacaqdır. Əgər o, Müqabillə işləyəcəksə Rəfail işdən uzaqlaşcaqdır. O, da Rəfailnən ayrılmış, həmin vaxt Rəfailin onda 48000 manat pulu qalmışdır. Rəfail orta da olan mayadan pul götürüb qızı üçün X55 adlanan ərazidə torpaq alıb ev tikdirmiş, bıından sonra o, Müqabillə işləməyə başlamışdır. Həmin ərəfədə Natiq ona və Müqabilə demiş ki, Aygün adlı qadın 2 otaqlı fərdi yaşayış evi almaq istəyir və müştərini torpağın yerləşdiyi yerə gətirdi. Aygünü mən və Müqabil qarşıladı, sonra isə Rəfail oraya gəldi. Aygün dedi ki, 1 sotun içərisində 2 otaqlı təmirli ev almaq istəyir. O da Aygünə demiş ki, 28000 manatın müqabilində ona ev tikib təhvil verə bilər. Aygün də demiş ki, fikirləşib məlumat verəcəkdir. Təxminən 3 gün sonra Natiq onu çağırmış, oraya Rəfaillə birlikdə getmişdir. Həmin vaxt ofisə Aygün gəlmiş, Natiq ona demişdir ki, Aygünün 12500 manat pulu var, qalan pulunu kreditlə ödəyəcəkdir. O da onunla razılaşmış, bundan 2 gün sonra Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontoruna getmiş, orada Aygünlə aralarında podrat müqaviləsi imzalanmış, sonra həmin puldan 1200 manatını Natiqə vermişdir. Qalan puldan Rəfailə şərikinə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən gölün yaxınlığındaki, 0.77 ha torpaq sahəsinin içərisində yerləşən fərdi yaşayış evinin təmirinə 8000 manat pul qoymuşlar. Həmin evin bələdiyyə sənədi Natiqin adınadır. Bundan sonra Natiq demişdir ki, bir nəfər qadın müştəri var, həmin qadın onun qohumudur. Natiq demişdir ki, onun qohumu Vüsalə 0.5 ha torpaq sahəsinin içərisində salon tikdirmək istəyir. Bundan sonra Natiqin işlədiyi ofisə getmiş, orada Vüsalə adlı qadınla görüşmüş, bir az sonra oraya Müqabil gəlmişdir. Vüsalə demiş ki, onun 9000 manat pulu var, o da ona demiş ki, yerə baxmısınızmı, Vüsalə demişdir ki, Natiq ona yeri göstərib, ora onun xoşuna gəlmişdir. Bundan sonra o, Vüsalə və Natiq torpağın yerləşdiyi yerə getmiş, torpağın yerləşdiyi yerdə Vüsalə obyektin tikiləcəyi yeri göstərmiş və bildirmişdir ki, 4500 manat ilkin ödəniş edə bilər. O Vüsaləyə demiş ki, onun qeyd etdiyi salonu tam təmirli tikib təhvil verməyi üçün 25000 manat pul lazımdır. Vüsalə demiş ki, bankdan pul götürüb ona verəcəkdir. Səhərisi gün Vüsalə ona 4500 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Kapital bank terminalından çıxardıb A+ marketin qarşısında vermişdir. O, pulu alandan sonra Natiq ona demiş ki, Vüsalə onun yaxınlarıdır. Bundan sonra Natiq ona demiş ki, Vüsalədən aldığı puldan ona 1000 manat pul versin. O da qeyd olunan məbləğdə pulu vermişdir. Vüsalədən aldığı puldan 1500 manatını Müqabilə şəriki olduğu üçün vermişdir. Yerdə qalan puldan 500 manatını fəhləyə vermiş ki, tikiləcək obyektin bünövrəsini qazsın, digər işlərə başlamaq üçün Vüsalədən pul istəmiş, sonuncu da hazırda əlində pulunun olmadığını və yaxın günlərdə pulu verəcəyini demişdir. Təxminən 45 gün sonra Natiq ona zəng vuraraq demiş ki, onun işlədiyi ofisə getsin. Oraya getdikdə görmüşdür ki, ofisdə yaşlı qadın və kişi vardır. Natiq onları ona Vüsalənin valideynləri kimi təqdim etmişdir. Vüsalənin atası ona 4500 manat pul vermiş,o da demişdir ki, pul azdır bu pula iş görə bilmər. Vüsalənin anası isə ona demiş ki, təxminən 10-15 günə ona əlavə 15000 manat pul verəcəkdir. O da sonuncularla razılaşdıqdan sonra 4500 manat pulu götürüb Vüsalə, Natiq və o 2 saylı notariat kontoruna getmişlər. Orada onunla Vüsalə arasında podrat müqaviləsi imzalanmışdır. Bundan sonra Müqabillə görüşüb ona demiş ki, Vüsalə ilə müqavilə imzalamışlar. Vüsalənin atasından aldığı puldan 2000 manatını Müqabilə vermişdir. Vüsaləni təxminən 1 aya yaxın gözləmiş, lakin onun pulunu verməmişdir. Vüsalə bildirmişdir ki, onun işləri zəifdir və ona verdikləri pullarını geri istəmişdir. Bundan sonra Müqabil Vüsalənin anası ilə danışıb demiş ki, «biz belə danışmamışıq, vaxt versin ki, torpağı başqa adama sataq», Vüsalənin anası isə Müqabilə demiş ki, ona 13000 manat borcları var. Müqabil demiş ki, Vüsalə onlara 9000 manat pul verib, Vüsalənin anası isə demiş ki, qalan pul faizdir.Bundan sonra Natiq İldırım adlı şəxsi müştəri kimi onunla ofisin yanında yerləşən çayxanada görüşdürmüş, həmin vaxt İldırım yaşlı bir nəfər kişi ilə gəlmişdir. Onun da yanında Müqabil olmuş , çayxanada həmin müştərilər Müqabillə söhbət etmişlər. İldırım 2 mərtəbəli fərdi yaşayış evi almaq istədiyini demişdir. Müqabil onlara demiş ki, heç bir problem yoxdur, istədikləri evi onlara tikib təhvil verəcəkdir. İldırım istədiyi evi hansı məbləğə tikib təhvil verəcəyimini soruşmuş, Natiqlə o İldırıma 95000 manata evi tikəcəklərini bildirmişlər. İldırım həmin qiymətlə razılaşmadığı üçün Müqabil ona endirim edib 85000 manata evi 2,5 sotun içərisində tikəcəklərini bildirmişdir. Təxminən 3 günə yaxın onların söhbətləri davam etmiş, İldırım torpaq sahəsinin onun xoşuna gəlmədiyini bildirmişdir. Həmin ərəfədə Müqabilə bildirmişdir ki, Səyyaf adlı şəxs yaxınlıqda 4 sot torpaq sahəsini 32000 manata satır. O, Müqabil və Natiq İldırımı və onun tanışını həmin torpaq sahəsinə aparmış, həmin torpaq sahəsi İldırımın xoşuna gəlmişdir. Təxminən 4 günə yaxın söhbətlər davam etmiş, İldırımın qaynatası da torpağa gəlib baxmış, onun da torpaq xoşuna gəlmişdir. Müqabil İldırıma söz vermiş ki, torpağın çıxarışı birbaşa İldırımın adına keçəcəkdir. Səhərisi gün onlar 2 saylı notariat kontoruna getmiş, onunla İldırım arasında podrat müqaviləsi imzalanmış, İldırım ona ilkin ödəniş kimi 20000 manat pul vermişdir. Həmin puldan 1200 manatını Natiqə vermiş, 10000 manat pulu da Səyyafa o və Müqabil torpağa görə vermişdir. Ortada qalan 8800 manat pulun yarısını yəni 4400 manatını Müqabilə vermişdir. Özümə qalan puldan 2200 manatına daş almış və hazırda daş həmin torpaq sahəsindədir. Onlar Səyyafla razılaşmış ki, torpağı ona 32000 manata satacaqdır. Onlar Səyyafla razılaşmışmış ki, 21 gün sonra torpağı onun adına keçirəndən sonra ona qalan pulu verəcəkdir. Bir müddət sonra İldırım ona demişdir ki, torpağın çıxarışı onun adına keçməlidir. O da demiş ki, torpağı onun adına tam pul ödədikdən sonra keçirdə bilər. İldırım da demiş ki, Müqabilə kartına sənədə görə 1000 manat pul göndərmişdir. İldırım demişdir ki, ona bu sözü Müqabil vermişdir. Təxminən 1 aya yaxın mübahisələri getmiş, hətta İldırım və onun qardaşı onu hədələmişlər. Bununla bağlı İldırım Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə ondan şikayət etmişdir. Şikayət olunduqdan sonra məni oraya çağırılmış və məlum olmuşdur ki, günah onda deyil. Bundan sonra onlar razılaşmışlar ki, İldırımın pulunu qaytarsınlar, Müqabil və o İldırıma söz vermişlər ki, torpağı başqa şəxsə satdıqdan sonra onun pulunu qaytaracaqlar. İldırımla əsas işləri danışan Müqabil olmuşdur.Bundan başqa Natiq ona demişdir ki, ilkin ödənişlə ev almaq istəyən müştəri var, həmin şəxs Qarabağ qazisidir. Natiq ona demişdir ki, onun tanışları Qaçay adlı şəxs özünə məxsus olan torpaq sahəsində inşa edilmiş yarı tikili evləri satır, ev almaq istəyən müştəriyə həmin evləri göstərmək olar. Natiq ona Qaçaya məxsus evləri göstərmiş və o Qaçayla razılaşmışdır ki, onun evlərini hissə-hissə satdıqdan sonra evlərinin pulunu verəcəkdir. Danışıqda Müqabildə iştirak edib, Qaçay onunla və Müqabillə 8 sotun içərisində inşa edimiş yarı tikili fərdi yaşayış evlərini 165000 manata satacağını bildirmişdir. Söhbət zamanı o 1000 ABŞ dollarını Müqabilə vermiş ki, o, pulu Qaçaya versin. Müqabildə 1000 ABŞ dolarını onun yanında Səyyafın iştirakı ilə Qaçaya vermişdir. Onlar razılaşmışlar ki, evləri təmir edib satdıqca onların pulunu verəcəkdir. Onlar Qaçayla razılaşdıqdan sonra torpaq sahəsinin baş tərəfində yerləşən evi öz puluna təmir etməyə başlamışdır. Evin təmirinə o və Müqabil təxminən 2000 manat xərc çəkmiş, Natiq ona həmin müştərini Samir adlı şəxs kimi təqdim etmiş, bundan sonra o, Samir və Samirin yanında olan tanışı, Natiq və Müqabil Qaçaya məxsus olan torpaq sahəsində yerləşən evlərə baxmağa getmişlər. Samir özünü Qarabağ qazisi kimi təqdim etdiyi üçün Müqabilin ona yazığı gəlmiş və təmir etdikləri evi ona göstərmişdir. O evi 50000 manata satdığını bildirmiş, Müqabil isə Samirə qazi olduğu üçün 5000 manat endirim etmiş və evin qapılarını da özü alacağını bildirmişdir. Ev Samirin xoşuna gəlmiş və ilkin ödəniş kimi 15000 manat pul ödəyə biləcəyini bildirmişdir. Bundan sonra o, Müqabil, Natiq, Samir, Samirin dostu və Samirin arvadı Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontoruna getmişlər. Orada mənimlə Samirin arvadı Samirə arasında podrat müqaviləsi imzalanmış və ona 15000 manat pul vermişlər. Həmin vaxt Samirə və onun arvadına bildirmişdir ki, evi təmir etdirib onlara təhvil verəcək, sonuncular da ona söz vermişlər ki, qalan pulu hissəhissə qısa müddət ərzində ödəyəcəklər. Bundan sonra 15000 manat puldan 1200 manatını Natiqə vermiş, yerdə qalan puldan 6900 manatını Müqabilə şəriki olduğu üçün vermişdir. Onlar razılaşmışlar ki, 3 aya yaxın evdə təmir işləri görüləcək və ev təmir olan zaman Samir onlara pul ödəyəcəkdir. Müqabil və o evin təmirinə ümumilikdə 8800 manat xərc çəkmiş, belə ki, evin polunu, alçipanını, elektrik sistemini, santexnik sistemini çəkdirmişik, pəncərələrə dəmir barmaqlıqlar qoydurmuş, hamama aksesuarlar alıb təmir etdirmişlər. Evin su sayğacına 265 manat, qaz sayğacına 500 manat, elektrik sayğacına isə 1300 manat xərc çəkmiş, o və Müqabil Samirlə razılaşmışmışlar ki, evə girməsin, onlar təmiri edib qurtardıqdan sonra evi ona təhvil verəcəklər. Buna baxmayaraq Samir onlardan xəbərsiz evə daxil olmuşdur. O və Müqabil bunu öyrəndikdən sonra Samirə xəbərdarlıq etmişlər ki, evdən dərhal çıxsın, lakin Samir evdən çıxmamış, əksinə ona hədə qorxu gələrək özünü qazi kimi təqdim etmiş və evdən çıxmayacağını bildirmişdir. Bundan sonra Müqabil və o müvafiq araşdırma aparmış və məlum olmuşdur ki, Samir qazi deyilmiş, onları aldadırmış, sonra həmin evə getmiş və görmüşdür ki, Samirin yanında tanımadığı bir nəfər şəxs də vardır. Həmin vaxt Samir və yanında olan tanımadığı şəxs və arvadı Samirə ona demişlər ki, güya Samirənin qohumu Aydın adlı şəxs Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavinidir və onlarla birlikdə notariat kontoruna gedərək ona 50.000 manat pul vermələri barədə rəsmi iltizam versin. Samir və Smairə onu girov saxlamış, sonar tanışı Sakitə zəng vurmuş və sonuncu gəlib Samirə və Samirəyə 50 manat pul vermiş və sonuncular onu buraxmışlar. O, sonuncuların bu hədə qorxularına əhəmiyyət verməmiş və notariat kontoruna getməkdən imtina etmiş, eləcə də xəbərdarlıq etmiş ki, qısa zaman ərzində evi boşaltsınlar. Bunlara baxmayaraq Samir evdən çıxmamış və sonrakı günlərdə ona vermiş olduğu 15.000 manat pulu qaytarmaq istəmiş ki, evdən çıxsın, lakin Samir pulu götürməkdən imtina etmiş və bir daha evdən çıxmayacaqlarını deyərək yenə də ona sözlə hədə-qorxu gəlmişdir. Bundan sonra Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildiyi üçün Samirlə əlaqə saxlaya bilməmiş və onda olan məlumata görə Samir hələ də evdən çıxmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs9 23400 manat pul alıb. Həmin puldan 2000 manatını ev sahibinə verib, 2000 manatı makler Yusif və Zahidə vemişdir. 4800 manatını Sənan adlı şəxsə çıxarışlı evi banka qoymaq üçün verib, 400 manatını Turala evi təmir etmək üçün aksesuarlara verib, 5800 manat pulu Müqabilə verib, 1000 manatını Fazilə qaytarıb. 5000 manat pulu Can təpə tikdiyə evə görə materiala verib. 800 manat daş almış, 1800 dükana borcu olub onu qaytarmış, 650 manat Qazi Samirin yerinə tikinti materaillarına görə borcunu vermiş, 600 manat da taxta almış, Novruzun evi üçün ona vermişdir. Bundan başqa, Nəzakətdən aldığı 15000 manat puldan 2400 manat pulu Nəzakət üçün tikdiyi evin şiferinə vermiş, 700 manat plastik pəncərələrə vermiş, 1000 manat pulu Elçinin dostu Vaqifə vermiş, 1200 manat qaz xəttinə vermiş, həmin torpaq sahəsi Səyyafın adınadır. Notariat kontoruna sənədləşməyə görə 300 manat pul vermiş, 2400 manata 6 qapı almış, 250 GPS kadstrına vermiş, sonra Müqabillə şərikinə Müşfiqdə qohumu Namiqin adına 2 sot torpaq sahəsi almış, həmin torapağa görə Namiqə 1200 manat beh vermiş, 700 manat daş alıb oraya tökmüş, ortada qalan pulunu da Müqabillə yarıya bölmüşlər.Bundan başqa Şahid1 aldığı 34400 manat puldan 6000 manatını Rəfailə vermiş, həmin vaxt şəriki olduğu üçün, 1200 manat da Ceyhuna usta kimi vermiş, qalan pula Masazır qəsəbəsində 20000 manata Müqabilin qohumu Hatəmdən çıxarışla şərikinə 1,5 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində 02 ədəd fərdi yaşayış evi tikmiş, biri 1 mərtəbəli, digəri 2 mərtəbəlidir. Evlər hazırda yarımçıqdır. Təxminən 5 aya yaxın Novruzun kirayə pulunu hər ay 300 manatdan vermişdir. Bundan başqa Qaçayın evini alanda orada 5-6 ədəd dik olub, 5-10 dəd 5x15 pol taxtaları evin qarşısında olub. Samirə oraya köçəndən həmin materiallar yoxa çıxmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs5 aldığı 21800 manat pulu təsdiq edir, 1500 manatını Natiq müştəri gətirdiyi üçün vermiş, 10000 manat Azər Citinin arxasında bələdiyyə sənədi ilə 2 sot torpaq sahəsini İlham adlı şəxsdən alıb, həmin torpaq sahəsində yarı tikili tikib, yarımçıq qalıb, tikiliyə 16000 manat pul xərcləyib, Rəfailə şərik olduqları üçün 2000 manat pul vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 11000 manat pul almış, həmin puldan Vüsaləyə satdığı yerin yanında yerləşən torpaq sahəsində evin bünövrəsi qazılmış, 2000 manat tikinti materiallarını vermiş, 1000 manat usta pulu vermişdir. 2000 manat Bəhruza İcra Hakimiyyətindən icazə almağa görə vermiş, 600 manat Müqabilə verib icazəyə görə, qalan pulu da Müqabillə şərikinə bölünmüş, torpağın sənədini Sakit düzəltmiş, yerin sənədi deyilən vaxt vermədilər Sakitə torpaqların sənədlərini düzəltməyə görə ümumilikdə 15000 manata yaxın pul vermişdir.Bundan başqa, Zərərçəkmiş şəxs4 16800 notariat kontorunda almış, onun üçün Mətanətin arxasında 1 mərtəbəli tikmək üçün almışdır. Həmin torpaq sahəsini 1,5 Səyyafdn almış, lakin pulunu tikib qurtardıqdan sonra verəcəkdir. Ev hazır olandan sonra razılaşmışlar ki, ev tikilib qurtarandan sonra Nizami pulu tam məbləğdə ödəyəcək, o da Səyyafın pulunu verəndə torpağı Nizaminin adına keçirəcəkdir. Nizami əlavə 2000 manat pulu ona ayrı verib, həmin Səməndarın kartına köçürüb, 1000 manat pulu Səmədara müştəri kimi gətirdiyi üçün vermiş, 900 manat da pulu Vaqifə vermişdir. Bundan başqa, Ofelyadan 9000 manat pul almış, 1000 manatını Natiqə vermişdir. Onlar üçün Cantəpə ev tikmiş, ev sonuncuların xoşuna gəlməmiş, demişlər bu proyekti istəmirlər, evib satıb onların pulunu qaytarsın. Ofelyadan aldığı pulun hamısı tikiliyə vermiş, Ofelyanın 13000 manat borcu qalmışdır.Bundan başqa, Zərərçəkmiş şəxs15 6000 manat pul almış, 1000 manat pulu Nərminə Natiqə vermiş, 1000 manat pulu da Ceyhun ondan xəbərsiz götürmüşdür. Bundan sonra, Fatma Məlikovadan 6000 manat pul almış, həmin puldan 1000 manatı Natiqə vermiş.o, 1000 manatını Müqabilə vermiş, onun üçün Yoncalıqda 1,5 sotun içərisində ev tikməli olmuş, qalan pulu evin bünövrəsinə qoumuşdur.Bundan başqa, X13 aldığı puldan 1500 manatını özünə qaytarmış, 1200 manatını Natiqə vermiş, 5500 manata Tahir adlı şəxsdən Çıraqlı marketin yanında 1,5 yer almış, bələdiyyə sənədi ilə Tahirin adına olmuş, Samir əlavə olaraq 15000 manat pul verməli olmuş, qalan pulu da materiala vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayının ortalarında ev almaq qərarına gəlmiş və bu barədə 10 il əvvəl tanıdığı Şahid5 məsləhət etmişdir. Əvəz ona bir müddət ev tikdirdiyi Natiq adlı tanışının olduğunu və ondan məlumat almağı məsləhət görmüşdür. Onlar Əvəzlə birlikdə Natiqə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ofisə getmiş və orada Natiq onlara hal hazırda əlində bir neçə ev olduğunu və kreditə yararlı olduğunu o, Natiq və Əvəz birlikdə Masazır qəsəbəsində yerləşən evə baxmış və ev nəmişlik yerdə olduğu üçün evi almaq istəməmiş, lakin həmin vaxt Natiq telefonla zəng edərək kimisə çağırmışdır. Maşına əyləşib getmək istəmiş, lakin həmin an sonradan adlarının Təqsirləndirilən şəxs və Müqabil Baxışov olduğunu bildiyi iki şəxs gəlmiş və ona başqa yerdə torpaqlarının olduğunu və orada 2 sotun içərisində 80000 manata ev tikib verə biləcəklərini bildirmiş və onlarla razılaşaraq Masazır qəsəbəsində yerləşən torpaq sahəsinə baxmış və düşündükdən sonra qərar bildirmişdir. O, təxminən bir həftə düşündükdən sonra Əvəzə zəng edərək onlarla danışmasını və əgər torpağı onun adına keçirməkdə razılaşalar ev tikdirməkdə razı olduğunu bildirmişdir. Daha sonra o, Əvəz, Natiq, İlqar və Müqabil birlikdə Natiqin ofisinin yaxınlığında görüşmüş və orada qiymət razılaşaraq ilkin olaraq 20000 manat, daha sonra isə hər ay 500 manat verməkdə razılaşmış və həmin vaxt Müqabil Baxışov “Mən bu işə başımla cavabdehəm” deyə söz vermişdir. Onlar həmin günün sabahısı sənəd işlərindən başları çıxmadığı üçün Əvəzin tanışı Zahir Sadıqovu kömək üçün çağırmış və ona köməklik etməyi üçün 500 manat pul verəcəklərini bildirmişlər. Sonra 2 saylı notariat ofisinə getmiş və orada sənətləri onun adına keçirmək üçün bir neçə sənəd düzəltmiş, lakin ona torpağın çıxarışı əvəzinə onu aldadaraq Podrat müqaviləsi verilmiş və o 20000 manat bank vasitəsi ilə onların hesabına köçürmüşdür. O həmin gün işlər yekunlaşdıqdan sonra Zahir Sadıqova 500 manat vermiş və Zahir sənədlərdə saxtalıq olduğunu bilə-bilə pul almaq üçün onların etdiyi saxtakarlığa yol vermiş və bu ona sonradan məlum olmuşdur. Həmin gündən bir neçə gün sonra İlqar ona zəng edərək tikintiyə əlavə pul lazım olduğunu bildirmiş və ona göndərdiyi kart hesabına 1000 manat köçürməsi xahiş etmişdir. O da sonuncunun göndərdiyi karta pul köçürtmsüşdür. Əlavə olaraq ondan sənəd düzəltiyinə görə 200 manat pul istəmiş, o da pulu Abşeron rayonu Masazır qəsəbəsində verdim Araz marketin yaxınlığında vermişdir. Sonradan müəyyən olunmuşdur ki, İlqarın ona satacağını Abşeron rayonu Masazır qəsəbəsi Araz marketin yaxınlığında yerləşən 3,5 sot torpaq sahəsi başqa şəxsə məxsusdur. Birinci onlar İlqarla danışmış ki, ona 2 sot torpaq sahəsində 80000 manat pulun müqabilində ev tikəcəkdir, sonradan demişdir ki, aldığı torpağın yanında olan 1,5 sot torpağı da almağı təklif etmiş, ümumi hamısı bir yerdə ondan 90000 manat pul istəmiş, o da sonuncu ilə razılaşmışdır. Sonradan İlqar görmüşdür ki, torpaq onun adına deyil və torpağı onun adına keçirtmir və ondan pulunu tələb etməyə başlamış, İlqar da müxtəlif bəhanələr gətirib bugün sabah pulunu qaytaracağında dair söz versə də pulunu qaytarmamışdır.Ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi X25 küçəsi 119 ünvanında 300 manata icarəyə obyek götürüb işlədir, orada parfumeriya mallarının satışı ilə məşğul olur. 2022-ci ilin avqust ayında qərara gəlmişdir ki, özü üçün Abşeron rayonu Masazır qəsəbəsində ev alsın. Bunun üçün sosial şəbəkədə elanlara baxmağa başlamışdır. Elanlardan birini yerləşdirən Natiq adlı maklerin yerləşdiyi evin videogörüntüsünə baxmış, həmin ev xoşuna gəldiyi üçün Natiq adlı şəxslə əlaqə saxlayıb evə baxmış, ev xoşuna gəldiyi üçün evi 39000 manata almışdır. Bundan sonra Natiqlə münasibəti yaranmış, sonuncu özünü ona Naxçıvanlı kimi təqdim etmişdir. 2023-cü ilin aprel ayında qərara gəlmişdir ki, özü üçün Abşeron rayonu Masazır qəsəbəsində torpaq sahəsi alım orada gözəllik salonu tikmək istəmişdir. Bunun üçün Natiqə müraciət etmiş, sonuncu da ona demişdir ki, onun şəriki və xala oğlusunda istədiyi obyekti tikmək üçün torpaq vardır. Onu İlqar adlı şəxslə tanış etmiş və o, İlqar, Natiq torpağın yerləşdiyi yerə getmişlər. Torpaq sahəsi Abşeron rayonu Masazır qəsəbəsində çox əlverişli yerdə yerləşir, torpaq sahəsinin ümumi ölçüsü 10 sota yaxın olmuş, onlar torpaq sahəsinə baxdıqda 1 sotunun içərisində onun üçün İlqar və Natiq 2 mərtəbəli obyekt tikməyə razılaşmışlar, onlara 25000 manat pul verməli olmuş, 3 ay ərzində də obyekt tam tikilərək ona təhvil verilməli olmuşdur. Təxminən 2023-cü ilin aprel ayının əvvələrində o, rəfiqəsi Yaqut, Natiq və İlqarla Masazız qəsəbəsində yerləşən A+ marketin qarşısında görüşmüş, həmin vaxt İlqara 3000 manat pulu İlqarın idarə etdiyi Mercedes G klass modelli avtomobilin salonunda vermiş, hətta həmin vaxt pul qabını İlqarın avtomobildən unutmuş, elə başa düşmüşdür ki, pul qabını itirmiş, bununla bağlı da DİN-nin 102-xidmətinə şikayət etmişdir. Sonradan İlqar özü pul qabını tapıb gətirib vermişdir. Təxminən 1 ay sonra İlqar ona zəng vuraraq demişdir ki, ona verdiyi 3000 manat pul işi başlamaq üçün kifayət etmir və əlavə 10000 manat pul istəmişdir. O da 9000 manat pul düzəldib İlqara 2023-cü ilin iyun ayında Abşeron rayonu Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontorunda podrat müqaviləsi ilə vermişdir. Həmin vaxtda İlqar ona söz vermişdir ki, 1 aya obyekti təhvil verəcəkdir. Həmin vaxt tamam olanda görmüşdür ki, İlqar heç bir iş görməyib, o da sonuncudan pulunu istəmiş, o, isə müxtəlif bəhanələr gətərib pulunu qaytarmaqdan boyun qaçırmağa başlamışdır. Ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, oğlu, gəlini və nəvələri ilə birlikdə kirayədə yaşayır. 2022-ci ilin payızına yaxın ev almaq üçün 6000 manat toplamışlar və Xırdalan yaxud Masazır qəsəbələrində ev alqı-satqısı ilə məşqul olan şəxslərə müraciət etmişlər ki, onlara ucuz ev tapsınlar. Beləliklə 27 oktyabr 2022-ci il tarixdə Masazır qəsəbəsində ev alqı-satqısı ilə məşqul olan Natiq adlı maklerin yanına getmiş və Natiq demiş ki, Təqsirləndirilən şəxs «At Yalı» yaşayış massivində 3 otaqlı fərdi evi vardır onu çağırısın birlikdə danışıb razılaşarsınlar. Az sonra İlqar oraya gəlmjiş onlar ona demişlər ki, ev 3 otaqlıdır, həyət hasarı bir tərəfi tikilib, digər hissələri açıqdır, darvazası yoxdur, evin binası tək daşla tikilib, damı vurulmuşdur, elektrik, su və qaz xətləri yoxdur, əyər əlavə pul versə kommunal xətlərin hamısını çəkib evi hazır vəziyyətdə ona verəcəklər. Əlavə olaraq bilidirmişdir ki, o, əvvəlcədən onlara evi ilkin olaraq 9000 manat ödəyərək, qalan pulu aylıq hissə hissə ödəmək şərti ilə alacağını demiş və onlar buna razı olmuşlar. X35 aparıb evi göstərmişlər və dediklərinin doğru olduğunu görüb inararaq razılıq vermiş və onlardan evə dair sənəd istəmişdir. İlqarla Natiq demişlər ki, evin sənədləri çıxarışı vardır, amma pulu tam ödəməsə evi onun adına sənədləşdirə bilməyəcəklər daha doğrusu buna qanunla icazə verilmir. O, onlara inanmış birlikdə Xırdalan şəhərinə getmiş onun evində ailə üzvülərinin yanında İlqarla Natiqə pul vermiş, pulu İlqar götürmüş sonra 2 saylı noratirat ofsinə gedib, orada İlqarın ona 6000 manat borcu olması və xx.xx.2022-ci il tarixdə borcu geri qaytarması haqqında notarial müqavidə bağlamışdır. Onlar aralarında razılaşmışlar ki, qalan 3000 manatı da tezliklə onlara ödəyəcək, qalan pulu isə ayda 500 manat olmaqla ödəyəcəkdir. Bundan təxminən 1 ay sonra yenə də yaşadığı evdə İlqara 2000 manat vermişdir. Bu barədə bağlanılmış kredit müqaviləsinin arxasına İlqar öz xəti ilə qeyd edib imzalamışdır. Bundan 10-15 gün sonra yenə də İlqar onun evinə gəlib ondan 1000 manat almış, həmin vaxt İlqar ona söz vermiş ki, 10-15 günə kommunal xətləri çəkdirəcək, evi onun adına sənədləşdirib təqdim edəcək və onlar evə köçəcəklər. Lakin bundan təxminən 5-6 ay keçməsinə baxmayaraq İlqar və ya Natiq ona evə dair olan heç bir sənəd verməmişlər, həmçinin evin kommunal xətlərini çəkdirməmişlər. Bu müddət ərzində hər dəfə ondan evin sənədini və evi deyilən vəziyyətdə ona təhvil verməsini istəsə də o müxtəlif bəhanələr gətirib məsələni yubandırmışdır. Sonda o İlqardan pullarını tələb etməyə başlamış, İlqar onun yanına Ceyhun adlı bir şəxslə gəlib demiş ki, ona satdığım evin sponsoru bu adamdır, Ceyhun 10-15 günə onun üçün başqa yerdə ev tikib təhvil verəcəyini demniş, qalan pulu da ona verəcəyini demişdir. Ceyhun da İlqarın sözlərini təsdiq etmiş, onlar onu İlqarın göstərdiyi və pulunun bir hissəsini ödədiyi evin arxasındakı torpaq sahəsinə aparıb oranı göstərərək evi orada tikəcəyini demişdir. O, razılaşmış və bir həftə keçəndən sonra Ceyhun onun telefonuna topaq sahəsində 5 daş hündürlüyündə tikilmiş bünövrənin şəkillərinə göndərib bildirmiş ki, artıq işə başlamışdır. Sonra Ceyhun onun evinə gəlib demiş ki, gördüyü kimi onun evinin inşası ilə məşğuldur, ancaq ona əlavə 1000 manat lazımldır ki, işlər daha da tezləşsin, vəd etdiyi müddətdə evi təhvil versin. O, inararaq ona evində 1000 manat pul vermiş, bu təxminən 2023-cü ilin mart ayının ortaları olmuşdur, Ceyhunun ona verdiyi vədinə görə həmin ayın sonlarında o evə köçəcəkdir. Ancaq aprel ayının ortalırınadək gözləsə də Ceyhundan bir xəbər çıxmamış daha sonra isə Ceyhun ona demiş ki, evi tikdiyi torpaq sahəsi neft kəmərlərinin muhafizəsi zolağına aid olduğundan orada tikintiyə icazə verilməyib, tikdiyi bünövrəni söküblər, bundan sonra onun heç bir işi yoxdur, o öz məsələsini İlqarla həl edəcəkdir. O, yenidən İlqardan pulunu tələb etməyə başlamış, İlqar ona Masazır qəsəbəsində «MətanətA» şirkətinin arxasında yerləşən divarları tiklmiş, üstü açıq olan bir evi göstərib ona verdiyini bildirmişdir. O, ondan torpağın sənədini istəmiş, İlqar sənəd verməkdən imtina edib, pulunu qaytaracağına vəd etmiş, lakin sonradan məlum olmuşdur ki, İlqar başqa adamlara qarşı da dələduzluq etdiyinə görə həbs olunmuşdur. Ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X16 ilə 2018-ci ildə ailə həyatı qurmuş, bir nigahdan bir övladı dünyaya gəlmişdir. O, ailəsi ilə birlikdə Abşeron rayonunda müxtəlif yerlərdə kirayə yaşamışlar. 2023-cü ilin may ayında ev almaq qərarına gəlmiş, bunun üçün xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Canəpə adlanan ərazidə tyerləşən ev-alqı satqı obyektinə ərim Samirlə birlikdə getdik. Biz oraya daxil olanda ofisdə 2 nəfər əvəllər tanımadığı adlarını bilmədiyi şəxslərə demiş ki, onlara kredit şərti ilə ev lazımdır. Adlarını xarırlamadığı maklerlər onları Cantəpə yarıtikili evə aparmış, evin qiymətini soruşmuş və evi özləri düzəldəcəklərini bildirmişlər. Maklerlər demişlər ki, ev sahibi ilə əlaqə saxlayıb onlara axşam məlumat verəcəklər. Geri qayıdanda ofisin arşısında bir nəfər özünü Natiq kimi təqdim edən şəxs nə ilə maraqlandığını soruşmuş, onları aparan maklerlər Natiq adlı şəxsə demişlər ki, onları aparıb adını xatırlamadığı şəxsin evini göstərmişlər. Natiq həmin şəxslərin üstünə qışqıraraq əsəbələşib demişdir ki, «siz dəlisiz həmin ev satılıb, satılmış evi necə adamlara göstərirsiz». Natiq onlara demişdir ki, onda hazır ev var, qapısnı aç yaşa. Bundan sonra həmin evə baxmaq üçün Abşeron rayonu Masazır qəsəbəsi Həzi Aslanov küçəsində yerləşənə evə baxmaq üçün getmişlər. Onlar oraya çatanda hazır evlərdən birini göstərib demişdir ki, evin qapısı bağlıdır, ev yeyəsinə zəng vursun gəlib açsınlar. Natiq onların yanında ev sahibi kimi onlara təqdim edən şəxslərə zəng vurmuş və 20 dəqiqə sonra oraya özünü İqlar və Müqabil kimi təqdim edən şəxslər gəlmişlər. İlqar özünü onlara ev sahibi kimi təqdim etmiş və bildirmişdir ki, ev ona məxsusdur. Müqabildə onlara demişdir ki, İlqar onun qardaşı oğludur, nə problem olsa o, cavabdehdir. İlqarda özündə olan açarla qapını açmış və onlar evə daxil olmuşlar, evin içərisi təmirsiz olmuş, giriş hissəsinə taxta nərdivan olmuş, evin içərisində polu taxta olmuş, tavanı isə alçipan yığılmış, şpaklyovkası vurulmuşdur. İlqar demişdir ki, ev 45000 manata satır, ilkin ödəniş 15000 manat pul istəmiş, qalan pulu isə hər ay 500 manat ödəniş etməklə satdığını bildirmişdir. İlqar demişdir ki, onlara evi tam təmirli edib təhvil verəcəkdir. Bunun üçün 20-30 gün vaxt istəmiş, onlar da razılaşmışlamr. Bundan sonra o, əri Samir, Müqabil və İlqar Abşeron rayonu Xırdalan şəhərində 2 saylı notariat kontoruna getmişlər. Orada İlqar notariat işçiləri ilə görüşüb sanki bir-birilərini tanıyan kimi demişdir ki, evi sənədləşdirmək lazımdır. Notariat kontorunda onlara bankın rekvizitlərini vermişlər, onlar da Xırdalan şəhərində yerləşən Kapital banka getmiş, oraya onlara verilən rekvizitə 15000 manat pul köçürtmüşlər. Onlar ödəniş qəbzini götürdükdən sonra yenidən notarait kontoruna qayıtmışlar. Oraya qəbzi təqdim etdikdən sonra onunla İlqarın arasında podrat müqaviləsi imzalanmış, notariat kontoruna da xidmət haqqı kimi 200 manat pul vermişdir. Bundan sonra İlqar demişdir ki, sabah ustalar evə gələcəklər və onların işlərinin başlanacağını demişdir. Səhərisi gün İlqara bir neçə dəfə zəng vurandan sonra İlqar telefonu götürməmişdir. Evin açarları onlarda olduğu üçün əri ilə birlikdə İlqardan aldığı evə gəlmiş və evdə heç bir işlər görülmədiyini görmüşlər. Həmin gün saat 12 radələrində İlqar telefona cavab vermiş və bildirmişdir ki, telefona cavab verə bilməyib, narahat olmuyaq ustalarla danışıb ərini yığacaqdır. Axşama qədər İlqarı gözləmiş, lakin ondan xəbər çıxmamış və İlqara zəng vurmuş, sonuncu da bildirmişdir ki, ustaların 3 günlük başqa yerdə işləri var, onlar işlərini qurtardıqdan sonra işlərini görəcəkdir. 3 gün keçəndən sonra evə getmiş və yenə də iş görülmədiyini görmüş, bundan sonra Samir İlqara zəng vurmuş, sonuncu da demişdir ki, usta rayondadır, hətta ustanın nömrəsini ərinə vermiş, Samir də ustaya zəng vurmuş, usta da rayonda olduğunu, 2-3 günə Bakıya gələcəyini, gələn kimi işi görəcəyini demişdir. Bu qayda ilə 3 həftə keçmiş, bundan sonra ərinə demişldir ki, «gedək aldığımız evə». Oraya çatdıqda İlqara zəng vurmuş, Samir İlqarı evə çağırmış, İlqarı gözləyəndə Müqabil Samirə zəng vurub həyətə gələ bilmədiklərini qabaqda onlarla görüşə bilərcəyini demişdir. O da telefonda qışqırıb demişdir ki, «biz evi burada almışıq, nəyə görə biz başqa yerə getməliyik». Bundan sonra Müqabil və İlqar evə gəlmiş, onlara demişdir ki, «siz bizim başımıza nə oyun açırsız bizim pulumuz yoxdur». Müqabil demişdir ki, həyətdə tikilən digər evlərlə bələdiyyə ilə problemləri var və onlara bildirmişldir ki, əgər evdə təmir işləri görsələr onların bələdiyyə verdikləri 20000 manat pulları bata bilər. Müqabil demişdir ki, həmin məbləğdə pulları onlar bələdiyyə digər evlərin tikilməsi üçün veriblər. Həftənin 5-ci gününə kimi İlqarla Müqabil vaxt almış, həmin vaxt tamam olanda iş görülməmişdir. Onlar yenə də mübahisə edəndə həftənin 1-ci günü İlqar və Müqabil demişlər ki, «onların hazırda əllərində pulları yoxdur ki, təmir etsinlər, onlar pullarının hamısını bələdiyyə veriblər», əgər onlarda imkan varsa özü evi təmir edək puldan çıxacaqlar, ustanı və inşaat materiallarını özləri alsınlar. Bundan sonra özünə məxsus qızl zinət əşyalarını 7000 manata Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrosunun yaxınlığında qızıl dükanına iki dəfəyə satıb 7000 manat pul əldə etmişdir. Digər məbləğləri qohumlarımdan almışdır. Bundan sonra əri usta dəvət etmiş və evin giriş hissəsində pilləkan hördürmüş, 2 usta evin içərisində işləmiş, iki usta isə evin pilləkanını və hasarını hörmüşdür. Evin təmirini qurtarmamış öz əşyalarını oraya yerləşdirmiş, hamam tualetin yarıya kimi vurulmuş kafeli düzəltmiş, mətbəxədə kafel vurmuş, otaqları emulsiya, lepka, paduqa və karnizini düzəlmiş, elektrik ustası gətirmiş, çöldən evə elektrik xətti çəkilmişdir. Evin bütün santexnik işlərini gördürmüş, ümumulikdə evə 16876 manat xərc çəkmiş, evdə bir ay yarım yaşayandan sonra evin sahibi kimi özünü təqdim edən Qaçay adlı şəxs gəlib evin sahibi olduğunu və evi tərk etməklərini bildirmişdir. Ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ailəyə aid ev olmadığından, daim əri ilə birlikdə ev axtarışında olmuşlar. Cari ilin iyul ayında torpaq sahəsi alıb ev tikmək qərarına gəlmişdir. Bu məqsədlə yaxın tanışlarından ev tikintisi ilə məşğul olan şəxsləri soraqlamışdır. Bundan sonra qonşusu Nicat İsgəndərli ona müştərisi olan İlqar adlı şəxsin ev tikintisi ilə məşğul olduğunu bildirmişdir. Nicatdan İlqarın əlaqə nömrəsini götürüb ona zəng etmişdir. Nicat, o və İlqar xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsənəsi, Qənirə Paşayeva küçəsində görüşmüşlər. İlqar ona həmin ünvanda yerləşən torpaq sahəsini göstərib evin tikilməsi barədə məlumat vermişdir. Şərtlər onu qane etdiyindən xx.xx.2023-cü il tarixdə İlqar onu Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 43 saylı notariat kontoruna gətirmiş və orada Abşeron rayonu, Masazır qəsənəsi, Qənirə Paşayeva küçəsində yerləşən tikinti sahəsi 100 kv.m təşkil edən bir mərtəbəli fərdi yaşayış evi tikməsi üçün onunla podrat müqaviləsi bağlamışdır. Müqavilənin şərtləri uyğun olaraq ona həmin ünvanda 12.000 manat pul vermişdir. İlqar ona pulu aldıqdan 10 gün sonra evin tikintisinə başlayacağını bildirmişdir. Tikinti işləri başlamadığından İlqara dəfələlə o və əri telefon əlaqəsi saxlamış, lakin sonuncu müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra özünü İlqarın əmisi kimi təqdim edən Müqabil Baxışov bu işə qarışmış, sonuncu ona torpağın onun adına olduğunu bildirmiş və narahat olmamasını demişdir. Buna baxmayaraq Müqabildə İlqar kimi müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Müqabilinin deməsinə görə xx.xx.2023-cü il tarixədək torpağı onun adına rəsimləşdirməli olmuş, lakin hal hazırda həm İlqarın, eləcə də Müqabilin mobil nömrələri əhatə dairəsi xaricindədir. Ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, həmin ərəfədə kürəkəni Şahid4 təsadüfən Masazır qəsəbəsində avtoservisdə X20 ilə tanış olmuş və İlqar ona demişdir ki, onun Xırdalan şəhərində içərisində yarımtikili ev olan 1,5 sot sahədə torpaq sahəsini pula ehtiyacı olduğuna görə 1500 manat satır. Bu xəbəri alandan sona Anarla birlikdə Xırdalan şəhərinə gəlmiş və İlqarla görüşmüş, sonuncu onları Xırdalan şəhərində yeni xəstəxananın arxa tərəfindəki təxminən 8 sot ölçüdə boş torpaq sahəsinə gətirib demişdir ki, buradan üzərində yarımtikili olan 1,5 sot torpaq sahəsini onlara verəcəkdir. Onlar İlqardan torpağa dair sənədləri istədikdə onlara üzərində torpaq sahəsinin cizgiləri olan 1 ədəd ağ vərəq göstərib demişdir ki, torpağın sənədi budur, o bu sənədi Abşeron rayon icra hakimiyyətinə aparıb alacaqları yeri buradan ayıracaq və onlar üçün yeni sənəd çıxarıb verəcəkdir. O da razılaşmış, sonra İlqar ona təklif etmişdir ki, onlar guya bu torpaq sahəsində onun üçün 90 m2 ölçüdə ev tikib tam təmirli şəkildə təhvil verməsinə dair podrat müqaviləsi bağlasınlar və pulu ondan bu muqavilə üzrə alsın, həqiqətdə isə yarımtikili evi özü təmir edəcək və o bundan sonra onun üçün heç bir təmir tikinti işləri görməyəcəkdir. O razılaşmış, birlikdə Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisinə getmiş, orada podrat müqaviləsi bağlamış, o 15000 notariusun iştirakı ilə İlqara vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, İlqar onu aldadıb, ona göstərdiyi torpaq sahəsi onun deyil, başqa adamındır və bu torpaq sahəsinin, içindəki yarımtiklinin öz sənədlərini tiknti aparılmasına icazə alınması üçün icra hakimiyyətinə vermişdir. Onlar inanmamış, sonra İlqar onların yanına bir nəfər cavan oğlanı çağırmış, həmin şəxs onlara A4 vərəqi üzərində bir cizgilər göstərib demişdir ki, İlqarın onlara satmaq istədiyi torpağın sənədidir və burada tiknti tikməyə icazə verilir. Həmin gün ayrıdıqdan sonra Anarla həmin yerə yeri ölçən mütəxəssis gətirmiş, mütəxəssis yeri ölçüb, bu torpağın sənədləri 8 sotdur. Onlar notariusa getdikədən sonra o evə gedib sənədlərə baxmış və başa düşmüşdür ki, İlqar onunla podrat müqaviləsi bağlayıb, əslıində isə ona 1,5 sot torpağın içərisində yarımtikili satmalı olmuşdur. Bundan sonra İlqardan pulunu tələb etmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirib pulunu qaytarmaqdan boyun qaçırmışdır. Ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, özünə, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində torpaq sahəsi alıb fərdi ev inşa etmək istəmişdir. Bu səbəbdən bir neçə maklerlərə müraciət etmişdir. 2023-cü ilin may ayının əvvəllərində tanıdığı Natiq adlı makler ona bildirmişdir ki, tanıdığı İlqar Məmmədov fərdi evlər inşa edərək ipoteka yolu ilə satır. Natiqin dediyi məsələ onu qane etdiyi üçün İlqar Məmmədovla tanış etməsini bildirmişdir. Bundan sonra yaşadığı evə qayıtmış və bu barədə qaynatası Şahid9 məlumat vermişdir. Bu təklif qaynatası Şahid9də xoşuna gəlmiş və qaynatası Şahid9 evin alınması üçün hədiyyə olaraq onlara 12500 manat pul vermişdir. Bundan sonra qaynatası Şahid9 özüdə gedib makler Natiqin vasitəsi Təqsirləndirilən şəxsla görüşərək razılığa gəlmişlər. Bundan sonra, yəni 31 may 2023-cü il tarixdə notariat kontoruna getmiş, orada Təqsirləndirilən şəxsla müqavilə bağlamışlar ki, ilkin olaraq ona 10.000 manat pul ödədikdən sonra aylıq 500 manat ödəmək şərti ilə ümumilikdə 45.000 manat pul ödəsinlər. Həmin müqaviləni bağladıqdan sonra pulu notariatın hesabına köçürmüş və 500 manatda makler Natiqə vermiş və saqollaşmışlar. Eyni zamanda müqavilədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tariəxədək evi tam hazır vəziyyətdə onlara təhvil verəcəkdir. Qeyd etdiyi müqavilə bağlandıqdan bir neçə ay sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs eyni üsulla çox sayda insanları aldatmış və vədinə əməl etməmişdir. O, bunu öyrəndikdən dərhal sonra Təqsirləndirilən şəxs onlar üçün inşa etdiyi evi göstərməsini tələb etdikdə Təqsirləndirilən şəxs onu aldatmağa başlamış və başa düşmüşdür ki, Təqsirləndirilən şəxs hər-hansı bir ev inşa etdirmir. Daha sonra Təqsirləndirilən şəxs israrla pulunu tələb etməyə başlamış, lakin Təqsirləndirilən şəxs onu aldadaraq pulunu qaytaracağını desədə qaytarmamışdır. Ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Cəmaləddin qızının nümayəndəsi Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü may ayının sonlarında Natiq və İlqar adlı şəxslər atası Nazim Bağırvova və ona 20000 manat müqabilində Masazr qəsəbəsi Can Təpə adlanan ərazidə torpaq sahəsində fərdi ev tikib verəcəklərini vəd etmişlər. Aralarındakı razılaşmaya əsasən İlqara Natiqə əvvəlcə 10000 manat ödənəcəkdi, 2023-cü ilin sentyabr ayında onlar evi tam hazır vəziyyətdə onlara təhvil verəndən sonra qalan 10000 manat ödəyəcəkdilər. xx.xx.2023-cü il tarixdə İlqar, Natiq, o, oğlu Fərrux, qızı Ramilə və əri Nazim Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontoruna getmişlər. Orada onunla İlqar arasında 10000 manata dair podrat müqaviləsi imzalanmış və İlqara 9000 manat pul vermiş, 120 manat da notariat kontoruna pul ödəmişlər. Orada Natiq və İlqardan torpağın sənədini istəmiş, Natiq də demişdir ki, torpağın sənədini yaxın günlərdə ofisdə göstərəcəklər. Əlavə olaraq soruşmuşlar ki, evin bünövrəsi nə vaxt qoyulacaq, Natiq də demişdir ki, yaxın günlərdə Naxçıvana gedəcək, bir həftəyə qayıdandan sonra işlərə başlayacaqlar. Bir həftə tamam olandan sonra əri Natiqə zəng vurub işin nə yerdə olmasını soruşmuş, sonuncu da demişdir ki, hələ Naxçıvandan gəlməyib, gələn kimi işə başlayacaqdır. Deyilən vaxt keçəndən sonra əri Natiq və İlqarla telefon əlaqəsi saxlamış və işin nə yerdə olmasını soruşmuş, İlqar və Natiq demişlər ki, bünövrə tökülüb, əri torpaq sahəsinə gedib baxmış, görmüşdür ki, evin bünövrəsi qoyulub, bundan sonra İlqar ərindən əlavə olaraq 3000 manat pul istəmiş, əri 800 manat pulu İlqara 2023-cü ilin iyun ayında torpağın yerləşdiyi yerdə vermişdir. Bundan başqa Natiq ərindən makler pulu istəmiş, əri Natiqə həmin ərəfədə ofisində 200 manat pul vermişdir. Bir müddət sonra Nazim həmin yerə gedib baxanda görüb ki, İlqargil tikinti işlərini aparır. Həmin ərəfədə onlara məlum olmuşdur ki, İlqar onlar üçün tikdiyi evi başqa şəxsə satmışdır. Bundan sonra onlar sentyabr ayına kimi gözləmiş, lakin İlqar onlara evi təhvil verməmiş, onlar Natiqlə əlaqə saxlamış, sonuncu da demişdir ki, evi onlar üçün tikir. Lakin bir müddət sonra İlqar onlara demişdir ki, İcra Hakimiyyətindən icazə vermirlər, sənədləri qaydasında deyil, əri də Natiqlə əlaqə saxlamış, sonuncu da demişdir ki, narahat olmasın ev tikilib təhvil veriləcəkdir. Əri İlqardan pulunu tələb etdikdə sonuncu bildirmişdir ki, ona xx.xx.2023-cü il tarixədək vaxt versinlər, onlar da vaxt vermiş, həmin vaxt tamam olanda İlqar onların pulunu verməkdən imtina edib müxtəlif bəhanələr gətirmişlər. Sonradan məlum oldu ki, İlqar və Natiq onların pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. Ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, təxminən iki ay bundan əvvəl özü üçün Abşeron rayonu Masazır qəsəbəsi ərazisində fərdi yaşayış ev almaq qərarına gəlmiş və ev axtarmağa başlamışdır. Bunun üçün müxtəlif maklerlərlə görüşüb evlərə baxmış, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində Cantəpə adlanan əraziyə dostu Elnurla birlikdə getmişlər. Cantəpədə yerləşən adı yadında qalmayan Məhəmməd adlı şəxsin işlətdiyi marketdən alış veriş edərkən, Məhəmməd demişdir ki, «ev tapdız», sonuncu əvvəlcədən bilmişdir ki, o ev axtarır, o isə demişdir ki, hələ axtarır. Məhəmməd ona təklif etmişdir ki, onun işlədiyi marketlə üzbə-üz maklerdən bəlkə soruşsun. Bundan sonra həmin maklerin işlədiyi obyektə Elnurla birlikdə getmiş, onları Təqsirləndirilən şəxs qarşılamış, ən ona bildirmişdir ki, kreditə həyət evi axtarır. İlqarda ona demişdir ki, onda hazır bir ev var, qiyməti bahadı, 85000 manata satır həmin ev ona məxsusdur, evə görə ilkin ödəniş kimi 23500 manat ödəməklə, hər ay hissə-hisə kreditə salmaqla ödəniş etmək olar. Bundan sonra o, Elnur və həyat yoldaşı İlqarın onlara göstərdiyi evə baxmış, ev Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazidə yerləşirdi. Ev 2,5 sot torpaq sahəsində tikilmiş, evin ətrafı mişar daşlarla hörülmüş, giriş hissəsində dəmir darvaza olmuşdur. Ev iki mərtəbəli, birinci mərtəbəsində qaraj, ikinci mərtəbəsində isə 3 otaq, mətbəx və sanuzel var idi. Evin ikinci mərtəbəsi tam təmirli olmuşdu. İlqar ona bildirmişdir ki, evi o, inşa etdirib, ev ona məxsusdur. Əgər ev xoşuna gəlirsə notariusda sabah alqısatqı edə bilər. Ev onun və ailə üzvünün xoşuna gəldiyi üçün İlqardan evi 85000 manata almağa razılaşmış, ilkin ödəniş kimi ona 23400 manat pul verəcəyini, hər ayda 1000 manat ödəməli olduğunu İlqarda ona bildirmişdir. Səhərisi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində İlqarın işlədiyi obyektə gedib onu götürmüş, sonuncu ona demişdir ki, gedək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontoruna. Onlar oraya çatdıqda İlqarla notarius işləyən Günay xanımın yanına girmiş, orada İlqar Günayın yanında işləyən işçiyə telefonda torpağın sənədlərini göstərmişdir. O, notariusdan soruşmuşdur ki, İlqar onun göstərdiyi sənədlərlə ev sata bilərmi, notariusda bildirmişdir ki, həmin sənəd İlqara tam əsas verir ki, evi ona satsın, krediti ödədikdən sonra evi adına keçirə bilər. Bundan sonra notariat kontorunun depozit hesabına 23400 manat pul köçürtmüş, 300 manata yaxın İlqar notariusa faiz ödəmişdir. Bundan sonra onunla İlqar arasında Podrat müqaviləsi imzalanmış, həmin müqavilənin şərtlərinə görə hər ay 500 manat İlqara pul ödəməli olmuşdur. Notariat kontorundan çıxdıqdan sonra İlqardan evin açarlarını istəmiş, sonuncu da demişdir ki, onun işlədiyi ofisə gedib oradan Zahid adlı şəxsə deyəcək ki, ona evin açarlarını versin. İlqar Xırdalan şəhərində işinin olduğunu deyib harasa getmiş, o isə sonuncunun işlədiyi ev alqı satqı obyektinə gedib Zahid adlı şəxsdən evin açarlarını istəmiş, bundan sonra Zahid onunla aldığı evə gedib evin açarları ilə qapını açıb evi ona təhvil vermişdir. Evin hamam aksesuarları tam hazır olmadığı üçün İlqar ona söz vermişdir ki, qısa müddətdə onları hazır edəcəkdir. Lakin görmüşdür ki, sonuncu verdiyi vədini yerinə yetirmir, özü xx.xx.2023-cü il tarixdə evə köçmüş, evin hamam aksesuarlarına 870 manat xərc çəkmişdir. Təxminən bir həftə sonra yaşadığı evə Bakir adlı şəxs gələrək bildirmişdir ki, İlqardan aldığı ev ona məxsusdur və torpağın çıxarışını ona göstərmiş, o görmüşdür ki, həqiqətəndə İlqardan aldığı evin yerləşdiyi torpağın sənədləri Bakirin adınadır. Bakir ondan tələb etmişdir ki, ona məxsus evdən çıxsın və o Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng vuraraq İlqardan şikayət etmişdir. Bundan sonra İlqarla görüşmüş, ondan nə baş verdiyini soruşmuş, İlqarda demişdir, pulunu qaytaracaqdır. xx.xx.2023-cü il tarixdə ailəmlə birlikdə İlqarın ona satdığı Bakirə məxsus olan evdən çıxmış, İlqardan pulunu tələb etsədə sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək hər gün onu aldatmışdır. Ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında özümə məxsus Abşeron rayonu Masazır qəsəbəsi Qəsr yaşayış kompleksində özünə məxsus mənzili satıb həyət evi almaq qərarına gəlmişdir. Bunun üçün Tik-Tok saytında elanlara baxmış, elanların birində Abşeron rayonu, Xırdalan şəhərində ev elanı xoşuna gəlmiş və elanda yerləşdirilmiş ***- ***-**-** saylı mobil telefona zəng vurmuş, həmin şəxs özünü Fuad kimi təqdim edib demişdir ki, evi tikən şəxslərlə onu görüşdürə bilər. Onlar razılaşmışlar ki, səhəri gün yəni xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi Yoncalıq yaşayış massivində görüşsünlər. O, görüşə gedəndə orada Fuad, İlqar və Elçin adlı şəxslər onu qarşılamış, onu alacağı evə aparmış, evin ətrafı mişar daşlarla hörülmüş, evin giriş hissəsində darvaza qoyulmuş, içəriyə daxil olduqda iki mərtəbəli fərdi yaşayış evi tikilmiş olduğunu görmüşdür. Evin birinci mərtəbəsində qaraj, 2-ci mərtəbəsində isə yaşayış sahəsi olmuş, ev tam təmirli olmamış, divar kağızının vurulması işləri qalmışdır. Elçin demişdir ki, bu ev ona məxsusdur ev tam təmir olunmadığı üçün evin çıxarışını ala bilmirlər. Elçin və İlqar demişlər ki, onlar ev tikib satırlar. O, baxdığı evi 58000 manata satdıqlarını bildirilmiş, ondan ilkin ödəniş kimi nə qədər pul verə biləcəyi soruşulmuşdur. O da 12000 manat ilkin ödəniş verə biləcəyini demiş, ona ilkin ödəniş 20000 manat lazım olduğu bildirilmiş, o da satdığı evin pulunu tam ala bilmədiyini, aldıqdan sonra verəcəyini demişdir. İlkin ödəniş 12000 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən kafelərin birində Elçinlə İlqara vermiş, həmin vaxt makler Fuad da yanında olmuşdur. Onların arasında beh müqaviləsi imzalanmışdır. Təxminən 4-5 gün sonra İlqar və Fuadla Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Papaq kafesində görüşmüş, orada İlqara 8500 manat pul vermişdir. İlqar ona söz vermişdir ki, 2023-cü ilin yanvar ayının sonlarında evin çıxarışını alacaqlar, o da həmin vaxt sonuncuların qalan pulunu verəcəkdir. Həmin vaxt tamam olanda o, İlqar və Elçinlə əlaqə saxlamış, sonuncular isə müxtəlif bəhanələr gətirib çıxarışı ala bilmədiklərini demişlər. Bir neçə gün sonra isə ona demişlər ki, ev ümumiyyətlə onlara məxsus deyil, ev başqa şəxsə məxsusdur. Bundan sonra o İlqar və Elçindən pulunu tələb etmiş, sonuncular da ona hissə-hissə 7500 manat pul qaytarmışlar. Hazırda İlqar və Elçinin ona 13000 manat borcu qalmışdır. Ziyanın ödənilməsini xahiş edir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Affan ləqəbli X7 təxminən 10 ilə yaxındır ki, tanıyır, belə ki, sonuncu bacanağı Arazla qonşuluqda yaşayır. Rəfaillə yaxşı münasibətdə olmuş, əvəllər düşmənçiliyi və ya ədavəti omamışdır. Təxminən 2023-cü ilin yanvar ayında Abşeron rayonu, Masazır qəsəbəsi Yonçalıq yaşayış massivində yerləşən çayxanada çay içərkən oraya Rəfail gəlmiş və söhbət əsnasında demişdir ki, əlimyandıda Abşeron rayonu, Masazır qəsəbəsində Yoncalıq yaşayış massivində 3 sotun içərisində 20000 manata 1 mərtəbəli fərdi yaşayış evini satır təcili pul lazımdır. O da demişdir ki, evdə heç bir problem yoxdursa alar, lakin əlində 20000 manat pulu yoxdur, pulun yarısının əvəzinə özünə məxsus Mercedes markalı avtomobili, qalan 10000 manat pulu da borc alıb verəcəyini bildirmişdir. Rəfail onunla razılaşmış və onlar evin yerləşdiyi yerə getmişlər. Rəfail ona evi göstərmiş, ev 1 mərtəbəli, 4 otaqdan ibarət dam örtüyü vurulmuş, qapı pəncərəsi qoyulmamış təmirsiz, ətrafı hasarlanmamış ev olmuşdur. O, Rəfaildən evin sənədlərini istəmiş, sonuncu da demişdir ki, evin bələdiyyə sənədi var, həmin sənədin əsasında çıxarış çıxardıb verəcəkdir. O da uzun ilərdir ki, Rəfaili tanıdığı üçün inanmış və evin yerləşdiyi yerdə Rəfail ondan 300 manat beh almışdır. Bundan sonra Rəfaillə razılaşmış ki, sabah Abşeron rayonu, Masazır bələdiyyəsinə getsinlər. Razılaşdığı kimi Rəfaillə görüşüb Masazır bələdiyyəsinə getmiş, orada onları İlham adlı şəxs qarşılamışdır. Həmin şəxs özünü Rəfailin tanışı kimi təqdim etmişdir. Sonuncu ona bildirmişdir ki, torpağa dair bələdiyyə sənədi düzəldəcək, bundan sonra həmin sənədləri verəcək ki, gedib çıxarış alsınlar. Rəfail ona demişdir ki, İlhama 1500 manat pul vermək lazımdır o da 1500 manat pulu Rəfailə vermiş, sonuncu da həmin pulu onun yanında İlhama vermişdir. Səhərisi gün Rəfaillə birlikdə İlhamın işlədiyi bələdiyyə getmiş, orada İlham adına bələdiyyə sənədi vermişdir. Həmin sənəddə onun ad və soyadı qeyd olunmuş, evin kadastrı çəkilmişdir. O, sənədi götürəndən sonra yaşadığı evin qarşısında Rəfailə 6800 manat pul vermişdir. Səhərisi gün 10000 manat pul əvəzinə özünə məxsus Mercedes markalı S modelli avtomobili Rəfailin adına keçirtmişdir. Səhərisi gün Rəfaillə ondan aldığı evin yerləşdiyi yerdə görüşmüş və sonuncuya 1400 manat pul vermişdir. Təxminən 1 həftə sonra Rəfail onu Masazır bələdiyyəsinə çağırmış və onlar İlhamla görüşmüş və İlham ondan verdiyi sənədləri istəmiş və demişdir ki, həmin sənədləri Əmlak komitəsinə göndərəcək çıxarış alınması üçün. Bir müddət sonra İlhamın yanına getmiş və ondan sənədləri istədikdə sonuncu demişdir ki, torpaq kötüydə başqa adamın adına çıxıb, o, İlhamdan sənədi istəmiş, lakin sonuncu sənədi ona verməmişdir. Bundan sonra o, Rəfaildən pulunu tələb etmiş, sonuncu isə torpağın sənədini düzəldəcəyini bildirmişdir. Bir neçə gündən sonra evə baxmağa gedəndə evi Rəfailin başqa adama satdığının şahidi olmuşdur. Rəfaildən pulunru tələb edəndə sonuncu müxtəlif bəhanələr gətirib pulunu qaytaracağına dair söz versə də qaytarmamış,o, polisə şikayət edəcəyini dedikdə 20000 puldan 4000 manatını ona qaytarılmış, 16.000 manat pul isə qalmışdır. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, şahid anasıdır, belə rəhmətlik oğlu X8 44 günlük Qarabağ müharibəsində könüllü iştirak edib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şahid olub. 2 il bundan əvvəl oğlu Şahid1 evlənib arvadı Şahid2 qızı ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu 20-ci sahə adlanan ərazidə yerləşən evinə köçüb orada yaşamağa başlamışlar. Həmin evin şəraiti narahat olduğuna görə evi 2023-cü ilin əvvəllərində 40000 manata satmış və Abşeron rayonun ərazisində bu qiymətə daha geniş və şəraitli ev almaq qərarına gəlmişlər. Bunun üçün əvvəlcə Abşeron rayonun ərazisində satılan evlərin elanlarına baxmış, sonra oraya oğlu gəlini ilə birlikdə gedib ev alqı-satqısı ilə məşğul olan maklerlə əlaqə saxlayarkən Abşeron rayonu, Masazır qəsəbəsi Cantəpa adlanan ərazidə, Çıraq kafesinin yaxınlığında ofisi olan Natiq Qurbanovla görüşmüşlər. Natiq oğluna Masazır qəsəbəsinin ərazisində 40000 manat müqabilində 1,5 sot ölçüdə torpaq sahəsinin içində 5 daş kürsülü, 3 otaqlı, tam istifadəyə yararlı, lakin divar kağızları vurulmamaq şərti ilə evi inşa edib verəcəyini təklif etmişdir. Bu məbləğə torpaq sahəsinin qiyməti də daxil olmuşdur. Oğlu bir neçə gün bu təklif barədə düşünüb onunla məsləhət etmiş və razılığını verdikdən sonra oğlu Natiqlə Masazır qəsəbəsində qaynı oğlu Zahidlə birlikdə görüşmüşdür. Natiq də demişdir ki, vəd etdiyi torpağın sahibi X41 adlı şəxsdir, onlar şərikinə ev tikib satırlar. İlqar və Afan yəni Rəfail torpaq sahəsində evi tikib onlara təhvil verəcəklər, Natiq özü isə bu məsələdə yalnz makler və ya vasitəçi rolunu oynayıb və İlqara zəng edib oraya çağırıb. Bir neçə dəqiqə sonra oraya İlqar və Rəfail gəlmiş və orada sonuncular ona bildirmişlər ki, İlqarla Rəfail şərik işləyirlər, vəd etmişlər ki, 40000 manat pulun müqabilində Abşeron rayonu, Masazır qəsəbəsində Yoncalıq adlanan ərazidə özlərinə məxsus 1,5 sot torpağın içərisində onlar üçün 5 daş kürsü üzərində 3 otaqlı evi divar kağızlarından başqa tam təmirli vəziyyətdə inşa edib təhvil verəcəklər. Oğlu bir neçə gün sonra qohumu Cəmil Şirinovla birlikdə Masazıra gedib, İlqar, Rəfail və Natiqlə görüşüb, onlar bizim üçün ev tikiləcəyi torpaq sahəsinin üstünə aparıblar, orada evin lahiyəsini müzakirə ediblər, İlqarla Rəfail oğluma demişlər ki, əvvəlcə ilkin olaraq 25000 manat ödəməlidir. Oğlu razılaşmış ki, həmin gün Natiqin ofisinə gedib orada İlqar və Rəfailə 1000 manat pul versin. Oğlum arvadı Şahid2 qızı ilə birlikdə Natiqin işlədiyi ev-alqı satqısı ofisinə gedib və İlqar, Rəfail və Natiqlə görüşüb, Rəfail gəlininin istəyi ilə gələcəkdə tikiləcək evin proyektini kağızda çəkib göstərib. İlqar və Rəfail oğluna və gəlininə demişlər ki, 3 otaqdan ibarət, 5 daş kürsüdə yarı təmirli ev tikib təhvil verəcəklər. Rəfail hətta demiş ki, onun tikinti mallarının satışı mağazası var o, oradan lazım olan miqdarda tikinti materialları götürüb evi qısa müddət ərzində tikib təhvil verəcəkdir. Oğlu və gəlini smonuncuların sözünə inanmışlar. Ertəsi gün yəni xx.xx.2023-cü il tarixdə növbəti dəfə Xırdalan şəhərində İlqar və Rəfaillə oğlu görüşüb, həmin vaxt Novruz oraya arvadı Nərgizlə birlikdə getmişdir. 2 saylı notariat kontorunda İlqarla oğlunun arasında 24.000 manat dair borc müqaviləsi bağlanılmış və orada oğlu 24000 manat pulu İlaraq vermiş, həmin pullar ona məxsudur, səhhəti ilə əlaqədar olaraq pulun verilməsində iştirak etməmişdir. Oğlu İlqara pulu verəndə onun yanında Natiq, Cəmil Rəfail olmuşdur. İlqar və Rəfail oğluna söz veriblər ki, evi 3 ay ərzində tam hazır şəkildə təhvil verəcəklər, qalan 15000 manatı bundan sonra ödəyəcəklər. Lakin aprel ayını əvvəllərində İlqar oğluna zəng edib, ondan əlavə olaraq 1500 manat ödəməyini tələb etmiş, oğlu etiraz edəndən bir qədər sonra Rəfail İlqarın istifadəsində olan mobil telefondan oğluna zəng edərək 1500 manatı verməli olduğunu və həmin pulun evin sənədlərinin düzəlməsi üçün ödəniləcəyini demiş və ümumi puldan çıxılacağını bildirmişdir. Oğlu isə pulunun olmadığını demişdir. Bir neçə dəqiqə sonra ona Natiq də zəng edib Rəfailin dediyi sözləri demişdir. Oğlu onlara bildirmiş ki, hazırda rayondadır bir neçə gündən sonra Xırdalana gələndə pulu veərcəkdir. İlqar dediyi vaxt evi tikib təhvil vermədiyi üçün İlqar və Rəfail gəlib onlarla görüşmüş və bildirmişlər ki, ev təmir olunub təhvil verilənədək onlar üçün Abşeron rayonu Masazır qəsəbəsində öz vəsaitləri hesabına kirayə ev tutacaqlar. İlqar və Rəfail onlar üçün 2 otaqlı ev tutmuş və təxminən 2 aya yaxın ev pulunu İlqarla və Rəfail özləri ödəmişlər. Hətta İlqar və Rəfail onlara vəd etmişlər ki, kirayə pulların axıra kimi ev düzələ qədər onlar ödəyəcəklər. Oğlu İlqar və Rəfailə onların istədiyi 1500 manat pul verib, Rəfail oğluna deyib ki, onlar İlqarla şərik işləyirlər heç bir narahatçılığa ehtiyyac yoxdur. Rəfail oğluna deyib ki, onun tikinti malları satışı mağazası var, əgər nəsə problem yaransa o, pulunu qaytaracaqdır. Təxminən 5-6 gün sonra İlqar oğlundan 2000 manat pul istəmiş və sənədlərin alınması üçün lazım olduğunu demiş və bildirmişdir ki, sənəd artıq hazırdır, amma pulunu ödəyə bilmədiyinə görə qeydiyyatdan keçirilmir və bu səbəbdən evin tikintisinə başlaya bilmir. Sona İlqar oğluna torpağa dair «kadastr», «çıxarış» sənədlərinin fotoşəkillərini göndərmişdir. Bunlar onlarda inam yaratdığına görə həmin gün Natiqin ofisində oğlu İlqar və Rəfaillə görüşüb və 2000 manat pulu Rəfailə verib o, da pulu sayıb İlqara vermişdir. Ertəsi gün oğlundan eşitmişdir ki, torpaq sahəsində bünövrə qazılıb, betonlama işləri aparılır. Bir-iki gündən sonra İlqar və Rəfail yenə də oğlundan 1500 manat istəmişlər, onlar narazılıq etmiş, İlqar isə guya işləri surətlədirmək üçüıı verdikləri 25000 manat pul azlıq edir, torpağın sənədlərinə xərcləri çox çıxıb, odur ki, pula ehtiyacları var, əks halda evin tikintisi ləngiyəcəkdir bu sözləri İlqar və Rəfail deyib. Oğlunu Rəfail, İlqar, Natiq və Ceyhun adlı şəxslər aldadıb, o, oğlunun sözlərinə inanmış və onun ev almağına razı olmuşdur. İlqar, Rəfail, Natiq və Ceyhun adlı şəxslər onun 34400 manat pulumu dələduzluq yolu ilə ələ keçirmişlər. Hazırda onun qaldığı şərait çox acınacaqlıdır. Sonuncu dəfə İlqar, Rəfail və Ceyhun kirayə yaşadığı evə gəlmiş, onlara 5500 manat pul vermişlər. 2-3 gün ərzində tökülən beton quruyandan sonra oğlu oraya gedib görmüş ki, torpağın üstündə başqa adamlar var və onlar demişlər ki, İlqar onları aldadıb, bu torpaq onlara məxsus olan 8 sot torpağa aiddir və orada tikinti aparılmasına imkan verməyəcəklər. Oğlu Natiqə və İlqara zəng edib bu məsələni aydınlaşdırmağa çağırıb, İlqar isə oraya Müqağil adlı şəxslə birlikdə gəlib həmin adamlarla mübahisə ediblər. Bir müddət sonra oğlundan eşitmişdir ki, Rəfail İlqarı aldadıb, onun işlərini Müqabil adlı şəxs yoluna qoyacaqdır. Buna baxmayaraq İlqar, Rəfail, Ceyhun və Müqabil pulunu ələ keçirib dələduzluq edərək qaytarmamışlar. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi Mədən 2 ünvanında yerləşən «Mir» İnşaat obyektinin sahibkarıdır. O, özünə məxsus tikinti satışı obyektinin bütün işlərinin aparılmasını yaxın qohumu Şahid6 Həsəalı oğluna həvalə etmiş, bütün işlərini görür. Onlar həm nağd və nisyə malların satışı ilə məşğul olurlar. Şahid6 ona demişdir ki, X11 2022-ci ilin oktyabr ayında işlədiyi mağazaya gələrək tikinti işləri ilə məşğul olduğunu və həmin işlərinin həyata keçirilməsi üçün nisyə olaraq tikinti materialları almaq istədiyini, pulunu isə sonradan ödəməyi ona təklif etmişdir. İlham onunla olan tanışlığına əsasən dediyi qaydada bir neçə dəfə ona pulunu sonradan ödəmək şərti ilə tikinti materialları satıb sonradan pulunu normal qaydada almışdır. Buna baxmayaraq Rəfail Sadıqov 2023-cü ilin fevral ayının sonlarında işlədiyi mağazaya tanımadığı, lakin sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə birlikdə gəlmişdir. X48 Mamedovla birlikdə tikinti işləri ilə məşğul olduğunu, konkret olaraq müxtəlif evləri tikib satmaqla dolandıqlarını demiş ki, mağazadan həmin evlərin tikintisi üçün müxtəlif növ tikinti materialları götürüb, pulunu müvafiq evlər satıldıqdan sonra ödəmək barədə təklif etmişdir. İlham Təqsirləndirilən şəxs tanımasa da, Rəfail Sadıqovu tanıması səbəbi ilə onunla razılaşmış və mağazada olan işçilərə, yəni Qoçəli Alıyev və X12 Sadıqov mağazadan mal götürmək istədiyi vaxt verməyi İlham tapşırmışdır. Bundan bir müddət sonra Rəfail Sadıqov mağazadan bir neçə dəfə tikinti materialları götürmüş, təxminən 1 ay sonra X38 Mamedovla birlikdə mağazadan götürdüyü tikinti materialları ümumilikdə 28.000 manat məbləğə çatmışdır. Bundan sonra X32 aldığı məhsulların dəyərini ödəməyini tələb etmiş, Rəfail isə Təqsirləndirilən şəxsla birlikdə İlhamın yanına gəlmiş və bildirmişlər ki, yaxın günlərdə pulun hamısını tam formada ödəyəcəklər və əlavə tikinti materialları götürmək lazım gələcəkdir. İlham isə onlara izah etmiş ki, 28.000 manat pulu tam ödəməsələr, yenidən mal götürə bilməyəcəklər. Rıfail sonuncu dəfə İlhamı inandırmaq üçün götürdüyü malın yəni 7000 manatlıq tikinti materilarının pulunu tam ödədiyi üçün onda etibar qazanmış və Rəfail İlhamdan xahiş etmişdir ki, İlqarla birlikdə 5 fərdi yaşayış evlərinin tikintisinə başlayırlar, həmin evləri tikmək üçün Rəfailə əlavə nisyə tikinti materialları lazımdır. İlhamda işçilərimə deyib ki, Rəfailə nisyə mal versinlər. Onlar da Rəfailə 28000 manatlıq nisyə mal vermişlər. İlham malın pulunu Rəfaildən bir müddət keçəndən sonra istəyəndə Rəfail və İlqar mağazaya gəlib söz veriblər ki, 2023-cü ilin fevral ayının sonuna qədər pulu qaytaracaqlar. İlham ona demişdir ki, İlqarla Rəfail adlı şəxslər şərik işləyirlər. O, işdə olmayan müddət ərzində İlham ona demişdir ki, işdə olmayıb onunla bir yerdə işləyən işçilərin yəni X26 Bəndalıyevin yanına Rəfaillə İlqar gələrək deyiblər ki, güya İlhama bilir 28000 manat pul verilib və əlavə olaraq 11860 manatlıq tikinti materialları götürmüşdür. Rəfail və İlqar İlhama verdikləri vədləri vaxtında yerinə yetirmədikləri üçün İlham Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Amat qızı ifadəsində göstərmişdir ki, oğlu X30 ilə birlikdə kirayəşin kimi yaşayır. Özü əvvəllər aşbaz olaraq işləsə də, uzun müddətdir ki, işsizdir. 2023-cü ilin may ayınadək bacısı X9 yaşadığı ünvan 4 ünvanında yaşamışdır. Özünə məxsus evi olmadığından 25 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində həyət evi almaq məqsədi ilə oğlum Afət Nəbiyevlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən ev alğı-satqı ofislərindən birinə getmişdir. Həmin ofisdə işləyən X21 onun istəyinə uyğun olaraq bir neçə satışda olan evi təklif etmişdir. O, bəyənmədikdən sonra ona bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində 300 kv.m torpaq sahəsində 13x13 kv.m ölçülü bir mərtəbəli təmirsiz ev satışa qoyulmuşdur. O, evlə maraqlanmaq istədiyini demiş və birlikdə həmin evə baxmışlar. Ev və torpaq sahəsi ürəyincə olduğu üçün evin sahibi ilə görüşmək istəmiş və Natiq Qubanov həmin yerə ev sahibini, yəni sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsi çağırmışdır. Həmin şəxslə söhbət zamanı ona ev və torpaq sahəsinin özünə məxsus olduğunu, sənədləri qaydasında olmasa da, tez vaxtda rəsmiləşdirməklə verə biləcəyini və təmirsiz olan evi tam təmir etdirəcəyini izah etmişdir. Bütün sadalanan işlər də daxil olmaqla həmin evi 40.000 manat qarşılığında sata biləcəyini demişdir. O, sonuncu ilə oğlu Afət Nəbiyev və ofisdə işləyən Natiq Qurbanovun yanında razılaşmış, həmçinin Təqsirləndirilən şəxs ev üçün veriləcək pulun 20.000 manat hissəsini əvvəlcədən notarial qaydada verməyi istəmişdir. O, isə sonuncu inandığı üçün buna razı olmuşdur. 30 yanvar 2023-cü il tarixdə isə günorta saatlarında razılaşdığı ev alğı-satqı ofisinə gedib orada Təqsirləndirilən şəxsla görüşmüş, həmin vaxt sonuncunun yanında sonradan adının X11 olduğunu öyrəndiyi şəxs də olmuşdur. Hansı ki, Təqsirləndirilən şəxs həmin şəxsi ona birlikdə tikinti işləri gördüyü dayısı kimi təqdim etmişdir. Beləliklə o Təqsirləndirilən şəxs, Rəfail Sadıqov və Natiq Qurbanovla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisinə getmişlər. Həmin notariat ofisində saat 17 radələrində kredit müqaviləsi formasında 20.000 manat məbləğdə pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra orada Təqsirləndirilən şəxs və Rəfail Sadıqov onu bir daha əmin etmişlər ki, evi təmir etdirib sənədlərini qaydasına qoyacaqlar. X33 da onların dediklərini təsdiq etməklə onu inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və Rəfail Sadıqov ona satılacağını bildirdikləri evdə təmir-tikinti işləri aparmağa başlamışlar və o bir neçə dəfə həmin evə gedərək bunun şahidi olmuşdur. Evə ilkin baxış zamanı evin damı vurulmuş, qapıa pəncərəsi qoyulmamış, polu və tavanı hazır olmamış, suvağı vurulmamış, həyətin ətrafı hasarlanmamışdır. 22 fevral 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs ona zəng edərək torpağa dair sənədlərin hazır olduğunu demiş və onu 5.000 manat pul gətirməklə əvvəl söhbət etdiyi Natiq Qurbanovun ofisinə dəvət etmişdir. O, həmin gün təqribən 19 radələrində qeyd olunan ofisə getmişdir. Həmin ofisdə yenə hər üçü orada onu qarşılamış, Rəfail Sadıqov torpağa dair sənədin hazır olduğunu deyib ona təqdim etmiş və 5.000 manat pul verməyi ondan istəmişdir. O, həmin sənədi götürüb öz adının yazıldığını görmüş və onlara inanaraq ev üçün verəcəyi puldan 5.000 manat hissəsini Təqsirləndirilən şəxs vermişdir. Sonuncu pulu saymış və qalan pulu da hissə-hissə çatdırmağı istəmiş və bildirmişdir ki, evdə təmir işləri davam edir, evə aid sənədlər də tez vaxtda hazırlanacaqdır. Evin təmir işləri üçün tikinti materiallarının alınmalı olduğunu vurğulamaqla ödəniş etməyi tezləşdirməyi tələb etmişdir. O, verdikləri sənədlərə baxarkən Natiq Qurbanov da onların dediklərini təsdiqləyib sənədlərin həqiqi olduğunu demişdir. Beləliklə həmin sənədlərlə yaşadığı evə qayıtmış, bir neçə gün sonra Təqsirləndirilən şəxs onun həmin vaxt yaşadığı bacısı ünvan 5 ünvanına gəlib tikinti işləri üçün 3.000 manat pul lazım olduğunu demişdir. O, həmin pulu verib yola salmış, bir müddət sonra yenidən Təqsirləndirilən şəxs həmin yerə gəlmiş və Rəfail Sadıqovla birlikdə yenidən ondan 3.000 manat pul istəmişdir. Həmin pulu da o vermiş, daha sonra Rəfail Sadıqovla yenidən yaşadığı yerə gələn Təqsirləndirilən şəxs ondan 2.000 manat pul almışdır. Sonrakı günlərdə də eyni bəhanlərlə ondan pul istəyən Təqsirləndirilən şəxs həmin evdə 4.300 manat pul vermişdir. Nəhayət 06 aprel 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs sonuncu olaraq 4.000 manat pulu eyni ünvanda, yəni bacısı ünvan 6 ünvanında ondan istəmişdir. Həmin məbləği də ona verdikdən sonra ümumilikdə 40.300 manat pulu Təqsirləndirilən şəxs vermiş olmuşdur. İlqar evin təmirinə təxminən 7000 manata yaxın pul xərcləmiş, sonradan evə Rafiq adlı şəxs gəlib demişdir ki, ev ona məxsusdur. İlqar ona pulu artıqlaması ilə verməsinə baxmayaraq, sonuncu nə evi təmir etdirib ona təhvil vermiş, nə də evə dair sənədləri hazırladıb təqdim etməmişdir. Hətta bir müddət sonra öyrənmiş ki, torpğa dair Rəfail Sadıqovla birlikdə verdiyi çıxarışlar da həqiqi deyildir. Bundan sonra aldadılaraq Rəfail Sadıqov və Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 40.300 manat pulunun alındığını anlamışdır. Bu barədə polisə müraciət etmiş və Təqsirləndirilən şəxs ondan pulunu qaytarmaq və ya evi sənədlərlə vermək üçün vaxt istəmişdir. Lakin hər hansı bir iş görməmiş, həmçinin Təqsirləndirilən şəxs sonradan özü də ona etiraf etmişdir ki, onu X11 ilə birlikdə aldatmaqla pullarını ələ keçirmiş və ondan aldğı bütün pulları yarıbayarı olmaqla məhz onunla bölüşdürmüşdür. Bir müddət sonra polisə şikayət etdikdən sonra İlqar həbs olunmuş, bundan sonra Rafiq adlı şəxs orada tikinti və təmir işlərini görməyə başlamışdır. O, dəfələrlə ona bildirmişdir ki, İlqardan evi alanda ev təmirsiz olmuş, İlqar onun pulu ilə evin təmirinə 7000 manat pul xərcləmişdir. Rafiq heç kimə məhəl qoymadan evin ətrafını hörüb və evdə sənədi olmadan təmir işləri aparmışdır. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayında Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evi almaq məqsədi ilə ev alqı-satqısı ilə məşğul olan şəxslərlə görüşüb maraqlanmışdır. Həmin vaxt Natiq adlı maklerlə tanış olmuş və sonuncuya 800 manat pul vermiş ki, onun mənzil məsələsini həll etsin. Belə ki, onun pulu az olmuş və o ipoteka ilə ev almaq iştəmişdir. Natiq ona ipoteka ilə yox, əvvəlcədən ilkin ödəniş etməklə qalan pulu ayda 500 manat olmaqla ödəmə yolu ilə ev tapa biləcəyini demiş və o, sonuncu ilə razılaşaraq bunun müqabilində Natiqə 800 manat pul vermişdir. Natiq onu ev tikib güzəştli şərtlərlə satan Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Təqsirləndirilən şəxs ona Abşeron rayonu, Masazır qəsəbəsində bir torpaq sahəsi göstərərək bildirmişdir ki, 0.02 ha torpaq sahəsində 2 mərtəbəli ev tikərək ona dəyəri 80000 manata satacaqdır. O, razılaşmış və onlar İlqarla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontoruna gəlmişlər. Onlar müqavilə bağlamış və o, 18000 manat pulu Təqsirləndirilən şəxs pul ödəmişdir. Həmin yerdən çıxandan sonra 2000 manat nağd şəkildə İlqara pul vermişdir. Daha sonra müqavilənin şərtlərinə uyğun olaraq 2 ay, hər ayı 500 manat olmaqla 1000 manat da əlavə vermiş, bu minvalla Təqsirləndirilən şəxs ona ümumilikdə 21800 manat maddi ziyan vurmuş və ona ev tikməmiş, eyni zamanda pulunu da qaytarmayıb ələ keçirmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, oğlu X3 Homedə fəhlə işləyir, təxminən 2023-cü ilin yay aylarında ev almaq qərarına gəlmiş və oğlundan xahiş etmiş ki, evlərlə maraqlansın. Təxminən 2023-cü ilin iyul ayında oğlu ona zəng vuraraq demiş ki, iş yoldaşı İsa ona deyib ki, dostu Səmadərin tanışı olan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində ev-alqı satqısı ilə məşğul olur. Bundan sonra o, Bakı şəhərinə gəlmiş və 3-4 gün sonra oğlu ilə birlikdə Təqsirləndirilən şəxsla Abşeron rayonu Masazır qəsəbəsi H.Aslanov küçəsində yerləşən yarım tikili evdə görüşmüş İlqar həmin evin ona məxsus olduğunu təcili pul lazım olduğu üçün ucuz qiymətə yəni 20000 manata satdığını bildirmiş və o onunla razılaşmışdır. İlqar o razılaşan zaman orada oğlu Fikrət, İsa Kərbalızadə, Səmadar və İlqarın tanışı Vaqifdə olmuşdur. Razılaşmaya görə o İlqarın istəyi ilə Vaqifin bank kartına 700 manat, İlqarın özünə 300 manat olmaqla ilkin ödəniş kimi 1000 manat, 2-3 gün sonra isə əlavə olaraq İlqara evin yerləşdiyi yerdə oğlu Fikrət vermişdir. Ev həmin vaxt tam hazır olmadığı üçün İlqarla onun arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notarit ofisində podrat müqaviləsi bağlanılmış və o Təqsirləndirilən şəxs 16800 manat pul vermiş, qalan 1200 manat pul isə evi təhvil alanda verməli olmuşdur. İlqar ona söz vermiş ki, iyul ayının sonuna kimi evi tikib təhvil verəcəkdir. Lakin vaxt tama olanda o, İlqarla əlaqə saxlamış İlqar ondan əlavə olaraq 10 gün vaxt istəmişdir. Qeyd oluna vaxt tamam olna da İlqar verdiyi vədinə əməl etməmiş və onun 18800 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, avtomobil ustasıdır, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən Masazır Servis 1-də avtoelektrik işləyir. Təxminən 2023-cü ilin may ayında iş yoldaşı Vaqif ona demişdir ki, işlədiyi sexə əvəllər müştəri kimi onun yanına gələn Təqsirləndirilən şəxs və Müqabil Baxışov ona deyiblər ki, Abşeron rayonu Masazır qəsəbəsində Mətanət A şirkətinin yaxınlığında 1,5 sotun içərisində 90 kv metrlik evi 25000 manata satırlar. Həmin ərəfədə qayınanası Nəzakət ev almaq istəmiş, o da fikirləşmişdir ki, sonunculara desə, bəlkə evi almaq istəyər. O da qaynanasıa zəng vurub Vüqarın ona verdiyi məlumatı demiş, qaynanası da demişdir ki, həmin məbləğə ev almaq istəmir. O da Vaqifə demişdir ki, qaynanası həmin qiymətə ev almaq istəmir. Vaqif də demişdir ki, əgər evi almaq istəyirsə İlqargilnən danışa bilər ki, evi 20000 manata satsınlar. O da demişdir ki, həmin məbləğdə pulu yoxdur, 15000 manat verə bilərlər. Bundan sonra Vaqif ona demişdir ki, İlqar və Müqabilə deyəcək ki, onlar evi 15000 manata satsınlar. Bİr müddət sonra Vaqif ona zəng vuraraq demişdir ki, İlqar və Müqabil yarı tikilini 1,5 sotun içərisində 15000 manata satmağa razılaşıblar. O, Vaqifdən torpağın sənədini istəmiş, sonuncu da ona torpağın çıxarışının şəkilini göndərmiş, o şəkilə baxdıqda görmüşdür ki, torpaq Qaçay adlı şəxsə məxsusdur. Bundan sonra əmlak komitəsindən GPS yoxlayacını torpağın yerləşdiyi yerə aparmış, torpağı yoxladıqda məlum olmuşdur ki, torpaq həqiqətəndə Qaçaya məxsusdur və torpağın sənədi düzdür. O, Vaqifə demişdir ki, torpağı almaq istəyirlər, bundan sonra Vaqif ona İlqarın telefon nömrəsini göndərmiş, sonra o da İlqarla danışıb Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontorunda görüşmüş, İlqardan torpaq sahibinin onun adına etibarnamə verib-vermədiyini soruşmuş, o, da demişdir ki, Qaçay onun adına etibarnamə verib sistemdə vardır. İlqar demişdir ki, onun dostu İcra Hakimiyyətində işləyir, torpaq bölgüyə gedəcəkdir. Bunun üçün İlqarla onların arasında alqı-satqı müqaviləsi olmalıdır. Alqı-satqı olandan sonra 1,5 sat yarıma dair evlə birlikdə çıxarış veriləcəkdir. İlqarla qaynanası Nəzakət arasında notariat kontorunda 15000 manata dair alqı-satqı müqaviləsi imzalanması təqdirdə podrat müqaviləsi imzalanmışdır. O, podrat müqaviləsinin imzalanmasını yaşadığı evdə başa düşmüşdür. O da müqaviləni oxuduqdan sonra İlqara zəng vurmuş, görüşmək üçün, lakin telefona cavab verməmiş, bundan sonra İlqar və Müqabili Xırdalan şəhərində İcra hakimiyyətinin yanında görüb onlarda pulu tələb etmiş, lakin Müqabil ona söz verdi ki, sabah pulu qaytaracaqdır, ya da ki torpağın sənədini düzəldəcəkdir. O, Müqabilə demişdir ki, bəs nəyə görə onları aldadıblar, torpağın sənədi yoxdursa niyə yalan danışıblar, İlqar və Müqabil demişlər ki, sənədləri əmlak komitəsinə veriblər, sənədlər düzələcəkdir. Lakin qeyd etdikləri vaxtda nə sənəd nədə ki, pulu geri qaytarmamışlar. Təxminən 2-3 gün sonra İlqarla Abşeron rayonu İcra hakimiyyətinin qarşısında görüşmüş, İlqar, Müqabil və özünü İcra Hakimiyyətinin işçisi kimi təqdim edən ağ rəngli Mercedes G klas avtomobili idarə edən şəxs ona demişdir ki, o, icra hakimiyyətində işləyir və qısa müddətdə ona torpağın sənədini düzəldəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X5 təxminən 10 ilə yaxındır ki, tanıyır, onunla yaxşı münasibəti vardır, əvəllər ədavəti və ya düşmənçiliyi olmamışdır. Təxminən xx.xx.2023-cü il tarixdə İldıərım ona telefonla zəng vuraraq demişdir ki, ev tikmək üçün Abşeron rayonunda kreditə ev almaq istəyir. Bundan sonra o və İldırım bir neçə yerdə evlərə baxmışlar. Onlar baxdıqları evlərin heç biri İldırımın xoşuna gəlməmişdir. O, İldırma təklif etmişdir ki, onun evini tikən Natiq adlı şəxsdən maraqlansın və əlində ev olub olmadığını öyrənsin. Bundan sonra Natiqlə telefon əlaqəsi saxlamış və sonuncu bildirmişdir ki, onda bir ev var və onlar İldırımla oraya gedib baxmışlar. Həmin evdə İldırımın xoşuna gəlməmişdir. Onlar evə baxıb avtomobilə əyləşib geri qaylıtmaq istəyərkən iki nəfər əvəllər tanımadığı kişi cinsli şəxslər yaxınlaşmışlar. Həmnin vaxt sonuncular onlara demişlər ki, əgər onlara maraqlıdırsa onların əlində torpaqlar var, sifarişlə kredit şərtləri ilə ev tikib təhvil verirlər. O öz evini sifarişlə tikdiyi üçün və tikilən vaxt problemlər yartandığını həmin şəxslərə bildirib onların təklif etdiyi şərtlərlə ev almaq istəmədiyini bildirmişdir. Həmin şəxslər onları əmin etmişlər ki, onlar düz adamdırlar. O, sonradan adlarının Təqsirləndirilən şəxs Hikmət oğlu və Müqabil adlı bildiyi şəxslər Natiqə demişlər ki, onlara torpağı göstərsinlər. Bundan sonra o, Natiq və İldırım Abşeron rayonu Masazır qəsəbəsi Qaçaq Nəbi küçəsində yerləşən torpaq sahəsinə getmiş, Natiq onlara 3,5 sot torpaq sahəsini göstərib demişdir ki, həmin torpaq İlqara məxsusdur. Torpaq sahəsi İldırımın xoşuna gəlmiş, o da Müqabilə zəng vurub demişdir ki, onlar qarant üçün torpaq sahəsini keçirtsinlər İldırımın adına onlar da sonra pul versinlər. Mnüqabil ona demişdir ki, onlar torpağı yaxın günlərdə İldırımın adına keçirəcəklər. Təxminən xx.xx.2023-cü il tarixdə İlqar İldırıma zəng vuraraq demişdir ki, gedib torpağı onun adına keçirtsin. Onlar İlqara 20000 manat pul verməli olmuşlar, onlar razılaşmışlar ki, torpağı İlqar Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontoprunda İldırımın adına keçirtsin. Onun və İldırımın sənədlərdən o, qədərdə anlayışları olmadığı üçün Zahir adlı şəxsə zəng vurub demiş ki, gəlib sənədlərə baxsın. Bundan sonra Zahir qeyd oluna yerə gəlmiş və İlqar ona hansısa sənədləri göstərmiş və Zahir onlara demişdir ki, hər şey qaydasındadır və İldırım, İlqar, Natiq, Müqabil, o və Zahir notariusa getmişlər. X43 adına 20000 manat notariusa depozit qoymuş və onların arasında müqavilə bağlanılmışdır. Həmin vaxt bilmirmişlər ki, İlqarla İldırımın arasında podrat müqaviləsi imzalanıb, onlar elə bilmişlər ki, İlqar torpağı İldırımın adına keçirtmişdir. Bir neçə gün sonra İlqar İldırımdan əlavə 1200 manat pul almışdır. Bir müddət sonra İldırımla torpaq sahəsinin olduğu yerə getmiş, məlum olmuşdur ki, İlqarın özünə məxsus olduğunu qeyd etdiyi torpaq sahəsi ona məxsus deyil və sonuncu dələduzluq edərək İldırımın pulunu ələ keçirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Türkmənistan Resubliksında doğulmuş, atası anası azərbaycanlıdır və doğulduqdan bir il sonra aliəsi ilə birlikdə Azərbaycana gəlib burada yaşayırlar. İbtidai və orta təhslini Azərbaycan dilində almışdır. O, 2 il bundan əvvəl evlənib arvadı Şahid2 ilə birlikdə Bakı şəhəri Səbail rayonu 20-ci sahə adlanan ərazidə yerləşən anası Zərərçəkmiş şəxs12 Mixayılovnaya məxsus fərdi evdə yaşamışlar. Həmin evin şəraiti narahat olduğuna görə bu evi 2023-cü ilin əvvəllərində 40000 manata satmış və Abşeron rayonun ərazisində bu qiymətə daha geniş və şəraitli ev almaq qərarına gəlmişlər. Bunun üçün əvvəlcə Abşeron rayonun ərazisində satılan evlərin elanlarına baxmış, sonra oraya gedib ev alqı-satqısı ilə məşğul olan maklerlə əlaqə saxlayarkən Abşeron rayonu, Masazır qəsəbəsi Cantəpa adlanan ərazidə, Çıraq kafesinin yaxınlığında ofisi olan Natiq Qurbanovla görüşmüşdür. Sonuncu ona Masazır qəsəbəsinin ərazisində 40000 manat müqabilində 1,5 sot ölçüdə torpaq sahəsinin içində 5 daş kürsülü, 3 otaqlı, tam istifadəyə yararlı, lakin divar kağızları vurulmamaq şərti ilə evi inşa edib verəcəyini təklif etmişdir. Bu məbləğə torpaq sahəsinin qiyməti də daxil olmuşdur. O, bir neçə gün bu təklif barədə düşünüb anası ilə məsləhət etmiş və onunla razılaşdıqdan sonra bir daha Natiqlə Masazır qəsəbəsində əmisi oğlu Zahidlə birlikdə görüşmüşlər. Natiq demişdir ki, vəd etdiyi torpağın sahibi X41 adlı şəxsdir, onlar şərikinə ev tikib satırlar. İlqar və Afan yəni Rəfail torpaq sahəsində evi tikib ona təhvil verəcəklər, Natiq özü isə bu məsələdə yalnz makler və ya vasitəçi rolunu oynayır və İlqara zəng edib yanlarına çağırmışdır. Bir neçə dəqiqə sonra oraya İlqar və Rəfail gəlmiş və orada ona bildirmişlər ki, İlqarla Rəfail şərik işləyirlər vəd etmişlər ki, 40000 manat pulun müqabilində Abşeron rayonu, Masazır qəsəbəsində Yoncalıq adlanan ərazidə özlərinə məxsus 1,5 sot torpağın içərisində onun üçün 5 daş kürsü üzərində 3 otaqlı evi divar kağızlarından başqa tam təmirli vəziyyətdə inşa edib təhvil verəcəklər. Onlar növbəti dəfə görüşmək şərti ilə ayrılmış, bir neçə gündən sonra yeznəsi Cəmil Şirinovla birlikdə Masazıra gəlib, İlqar, Rəfail və Natiqlə görüşmüş, sonuncular onları ev tikiləcəyi torpaq sahəsinin üstünə aparmış, orada evin lahiyəsini müzakirə etmiş, İlqarla Rəfail ona demişlər ki, əvvəlcə ilkin olaraq 25000 manat ödəməlidir. Onlar razılaşmış ki, həmin gün Natiqin ofisinə gəlib, orada İlqar və Rəfailə 1000 manat pul vermişdir. O, arvadı Şahid2 qızı ilə birlikdə Natiqin işlədiyi ev-alqı satqısı ofisinə getmiş və İlqar, Rəfail və Natiqlə görüşmüşlər. Rəfail yoldaşını istəyi ilə gələcəkdə tikiləcək evin proyektini kağızda çəkib onlara göstərmiş, İlqar və Rəfail onlara demişlər ki, 3 otaqdan ibarət, 5 daş kürsüdə yarı təmirli ev tikib onlara təhvil verəcəklər. Rəfail hətta onlara demişdir ki, onun tikinti mallarının satışı mağazası var o, orada lazım olan miqdarda tikinti materialları götürüb evi qısa müddət ərzində tikib təhvil verəcəkdir. O və arvadı sonuncuların sözünə inanmışlar. Ertəsi gün yəni xx.xx.2023-cü il tarixdə növbəti dəfə Xırdalan şəhərində İlqar və Rəfaillə görüşmüş, həmin vaxt oraya arvadı Nərgizlə birlikdə getmişdir. 2 saylı notariat kontorunda İlqarla onun arasında 24.000 manat dair borc müqaviləsi bağlanılmış və orada 24000 manat pulu İlqara vermiş, həmin pullar anasına məxsusdur. Həmin vaxt onların yanında Natiq, Cəmil və İlqar və Rəfail olmuşdur. Orada İlqar və Rəfail ona bir daha vəd etmişlər ki, evi 3 ay ərzində tam hazır şəkildə təhvil verəcəklər, qalan 15000 manatı bundan sonra ödəyəcəyəkdir. Lakin aprel ayının əvvəllərində İlqar ona zəng edib, ona əlavə olaraq 1500 manat ödəməyi istəmiş, o etiraz etmiş, bir qədər sonra Rəfail İlqarın istifadəsində olan mobil telefondan ona zəng edərək 1500 manatı verməli olduğunu və həmin pulun evin sənədlərinin düzəlməsi üçün ödəniləcəyini demiş və ümumi puldan çıxılacağını bildirmiş, o, isə pulunun olmadığını demişdir. Bir neçə dəqiqə sonra ona Natiq də zəng edib bu Rəfailin dediyi sözləri demişdir. O, sonunculara bildirmişdir ki, hazırda rayondadır, bir neçə gündən sonra Xırdalana gələndə pulu verə bilər. Bir neçə gündən sonra Masazıra qayıtmışdır. Həmin ərəfədə artıq Masazır qəsəbəsində yerləşən hazırda yaşaşdığı evdə kirayə yaşamağa başlamışdır. Hətta İlqar və Rəfail ona vəd etmişlər ki, kirayə pulların da onlar ödəyəcəklər. O qayıdandan sonra Natiqin ofisinə gedib orada İlqara Rəfailin yanında 1500 manat pul vermiş, Rəfail ona demişdir ki, onlar şərik işləyirlər heç bir narahatçılığa ehtiyac yoxdur. Rəfail ona demişdir ki, onun tikinti malları satışı mağazası var, əgər nəsə problem yaransa o, anasının pulunu qaytaracaqdır. Təxminən 5-6 gün sonra İlqar ondan yenə də 2000 manat pul istəmiş və sənədlərin alınması üçün lazım olduğunu demiş və bildirmişdir ki, sənəd artıq hazırdır, amma pulunu ödəyə bilmədiyinə görə qeydiyyatdan keçirilmir və bu səbəbdən evin tikintisinə başlaya bilmir. Sona İlqar onun telefonuna torpağa dair «kadastr», «çıxarış» sənədlərinin fotoşəkillərini göndərmişdir. Bunlar onda inam yaratdığına görə həmin gün Natiqin ofisində İlqar və Rəfaillə görüşmüş və 2000 manat Rəfailə vermiş o, da pulu sayıb İlqara vermişdir. Ertəsi gün görmüşdür ki, torpaq sahəsində bünövrə qazılıb, betonlama işləri aparılır. Bir-iki gündən sonra İlqar və Rəfail yenə də ondan 1500 manat istəmiş, o narazılıq etmiş, sonuncu isə demişdir ki, guya işləri surətləndirmək üçüıı verdiyi 25000 manat azdır, torpağın sənədlərinə xərcləri çox çıxıb, odur ki, pula ehtiyacları var, əks halda evin tikintisi ləngiyəcəkdir. Həmin vaxt İlqarın yanında olan şəriki kimi təqdim etdiyi Rəfail və tikintiyə rəhbərlik edən Ceyhun adlı şəxs olmuşdur. Onlar da İlqarın sözlərini təsdiq etmişlər. Həmin gün yaşadığı evə İlqar və Ceyhun adlı şəxslər gəlmiş və İlqara 5500 manat pul vermişdir. 2-3 gün ərzində tökülən beton quruyandan sonra oraya getmiş və görmüşdür ki, torpağın üstündə başqa adamlar var və ona demişlər ki, İlqar onu aldadıb, bu torpaq onlara məxsus olan 8 sot torpağa aiddir və burada tikinti aparılmasına imkan verməyəcəklər. O, Natiqə və İlqara zəng edib bu məsələni aydınlaşdırmağa çağırmışdır. Az sonra İlqar Müqağil adlı şəxslə birlikdə oraya gəlmiş və onlar həmin adamlarla mübahisə etmişİər. Daha sonra İlqarın ona bələdiyyənin işçiləri kimi təqdim etdiyi bir neçə şəxs gəlib, torpağla bağlı müzakirələr aparmışlar. Sonra Müqabil ona və həmin vaxt yanına gəlmiş pulların sahibi anasına demişdir ki, bu məsələnin üstünə özü düşmüş, torpaq onlara qalacaq və İlqar orada onlar üçün ev tikəcəkdir. Lakin sonrakı bir ay ərzində yenə də iş getməmişdir. Hər dəfə or bunun səbəbini soruşarkən İlqar, Müqabil və Natiq demişlər ki, torpağın sənədləri ilə bağlı problemi həll etməmişlər, ancaq yaxın günlərdə həllini tapacaqdır. Sonradan isə onların yalan danışdıqlarını başa düşüb İlqardan verdiyi pulları tələb etməyə başlamışdır. Sonuncu tezliklə pulunu qaytaracağını bildirmiş, həmçinin Müqabil də ona demişdir ki, İlqarın mal heyvanı var, onları satıb pulunu verəcəkdir, əgər verməsə özü ödəyəcəkdir. Bu münvalla bir neçə müddət keçmiş, Müqabil, İlqar və Natiq ona Cantəpə adlanan ərazidəki torpaq sahəsində yerləşən 3 sot torpağın 1,5 sotunda ev tikməyi təklif etmişlər. O, razılaşmış, ertəsi gün orda bünövrə qazılmış, beton tökülmüş və 5 daş hörgü işləri aparılmışdır. O, özü də bu işlərə nəzarət etmiş, hətta usatlar pullarını verilməməsindən şikayətlənmişlər, o İlqara zəng edib tapşırmış ki, onların pulun ödəsin. Həmin gün İlqar ustalara pul vermişdir. Bu ərəfədə torpağın sahibi Hatəmlə də görüşmüş, sonuncu ona demişdir ki, İlqarla 3 sot torpağın qiymətini 45000 manata razılaşıblar, əvvəlcədən 15000 vermiş, qalan 30000 manatı ödəməyib, əgər İlqar onun pulun tam verməsə torpağı ümumilikdə başqa adama satacaqdır. O, İlqara bu barədə bildirmiş ki, o, gəlib Hatəmlə öz aralarında danışdılar və ona demişdir ki, məsələ həll olunub. Lakin ertəsi gün görmüşdür ki, 5 daş hündüriilüyündəki hörgü sökülmüş və torpaq başqa adama satılmışdır. Bundan sonra İlqar, Müqabil və Natiqdən pullarını istəməyə başlamış, İlqar ona demişdir ki, torpağı satıb pulunu verəcəkdir. Bir müddət sonra isə Hatəm ona demişdir ki, İlqar 3 sot torpağı başqa adama satıb, onun 30000 manatını ödəmiş, hal hazıradək isə onun puluneu qaytarmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs11 doğma qızıdır, sonuncu Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. Təxminən 2023-cü ilin aprel ayında qızı ona zəng vuraraq demişdir ki, onların yerlisi ev alqı satqısı ilə məşğul olan onlara ev satan X21 demişdir ki, Abşeron rayonu Masazır qəsəbəsində ucuz qiymətə torpaq sahəsi var, qızı da həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. O, Vüsaləyə demiş ki, «tələsmə mən gəlim birlikdə gedək bir yerdə baxaq». Bundan sonra Abşeron rayonu Masazır qəsəbəsində yerləşən qızının evinə qonaq gəlmiş, o və qızı X34 evlqı-satqısı ofisinə getmişlər. Həmin vaxt Natiqlə görüşmüş, Natiq qızına ev satdığı üçün və həmin evdə heç bir problem olmadığından ona etibar etmişdir. Natiq ona və qızına demişdir ki, onun İlqar adında şəriki var onlar bir yerdə tikinti işləri ilə məşğul olurlar. Onlara Abşeron rayonu Masazır qəsəbəsi Qənirə Paşayeva adlanan küçədə 1 sot torpaq sahəsinin içərisində 35000 manat pulun müqabilində 2 mərtəbəli tikili 1-ci mərtəbəsində salon ikinci mərtəbəsində yaşayış yeri tikiləcəyinə dair yalandan vəd vermiş, hətta onlara tikiləcək yerin proyektini çəkmişdir. Həmin vaxt Natiq İlqara zəng vurarq onu ofisə çağırmış, bir neçə dəqiqə sonra İlqar adlı şəxs bahalı avtomobillə oraya gəlmişdir. Bundan sonra onlar İlqara məxsus avtomobilə əyləşmiş və o, qızı Vüsalə, İlqar və Natiq Abşeron rayonu Masazır qəsəbəsində yerləşən torpaq sahəsinə gedib baxmış, həmin vaxt İlqar demişdir ki, Natiqin şərikidir, əgər onlar Natiqin xalası qızıdırlarsa onlara güzəşt edəcək. İlqar ona demişdir ki, «ilkin olaraq 10000 manat pul göndər, bizdə evin təməlini qoyaq». O da demişdir ki, 10000 manata gücü çatmır, 5000 manatını indi versin, qalan pulu da sonra göndərər. O, İlqarla razılaşıb çıxıb getmiş, bir müddət sonra qızı Vüsalə ona zəng vuraraq demişdir ki, ona pul göndərsin ki, o, İlqara pul versin. O da özünə məxsus qızıl zinət əşyalarını lombarda qoyaraq kredit götürmüş və 5000 manat pulu qızına göndərmişdir. Qızı da həmin pulu İlqara Natiqin yanında verdiyini bildirmişdir. Bir müddət sonra qızı ona demişdir ki, əlavə İlqar və Natiq ondan 4000 manat pul istəyirlər, o da həmin pulu qızına göndərmək üçün qızıllarını lombarda qoyub göndərmişdir. Vüsalə ona zəng vuraraq demişdir ki, İlqarla onun arasında 9000 manata dair podrat müqaviləsi bağlanmışdır. Natiq və İlqar Vüsaləyə söz veriblər ki, qısa müddət ərzində, yəni sonu 2023-cü ilin avqust ayına kimi obyekti tikib təhvil verəcəkdir. Qeyd olunan vaxt İlqar və Natiq obyekti tikib təhvil vermədilər, yalandan qızına demişlər ki, güya İcra Hakimiyyətindən icazə ala bilmirlər. İcazə alandan sonra obyekti tikib təhvil verəcəklərinə dair qızına söz veriblər. X57 və Natiqə ümumilidə 9000 manat pul vermiş, lombarda qoyduğu qızllara görə də 2023-cü ilin aprel ayında hər ay olmaqla 500 manat pul ödəyir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərkən ilkin ifadəsində qeyd etmişdir ki, 2013-cü ildən bəri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Mir İnşaat” adlı tikinti materialları mağazasında işləyir. X7 təxminən yeddi ildir ki, qonşuluqdan tanıyır və sonuncunun çox vaxt “Afan” ləqəbi ilə çağrıldığını bilir. 2022-ci ilin oktyabr ayından Rəfail Sadıqov onun işlədiyi mağazaya gələrək tikinti işləri ilə məşğul olduğunu və həmin işlərinin həyata keçirilməsi üçün ondan nisyə olaraq tikinti materialları almaq istədiyini, pulunu isə sonradan ödəməyi ona təklif etmişdir. O sonuncu ilə olan tanışlığına əsasən dediyi qaydada bir neçə dəfə ona pulunu sonradan ödəmək şərti ilə tikinti materialları satıb sonradan pulunu normal qaydada almışdır. Buna baxmayaraq Rəfail Sadıqov 2023-cü ilin fevral ayının sonlarında işlədiyi mağazaya tanımadığı, lakin sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə birlikdə gəlmişdir. Sonuncu ona Təqsirləndirilən şəxsla birlikdə tikinti işləri ilə məşğul olduğunu, konkret olaraq müxtəlif həyət evlərini tikib satmaqla dolandıqlarını dedmiş və ondan həmin evlərin tikintisi üçün müxtəlif növ tikinti materialları götürüb, pulunu müvafiq evlər satıldıqdan sonra ödəmək barədə təklif etmişdir. O, Təqsirləndirilən şəxs tanımasa da, Rəfail Sadıqovu tanımağı səbəbi ilə onunla razılaşmış və mağazada olan işçilərə, yəni Qoçəli Alıyev və X12 Sadıqov mağzadan mal götürmək istədiyi vaxt verməyi tapşırmışdır. Bundan sonra bir müddət Rəfail Sadıqov mağazadan bir neçə dəfə tikinti materialları götürmüşdür. Təxminən 1 ay sonra X38 Mamedovla birlikdə mağazadan götürdüyü tikinti materialları ümumilikdə 28.000 manat məbləğə çatmışdır. Bundan sonra Rəfail Sadıqovdan aldığı məhsulların dəyərini ödəməyini istəmişdir. Sonuncu isə Təqsirləndirilən şəxsla birlikdə yanına gəlmiş və bildirmişlər ki, yaxın günlərdə pulun hamısını tam formada ödəyəcəklər və əlavə tikinti materialları götrümək lazım gələcəkdir. O, isə sonunculara izah etmişdir ki, 28.000 manat pulu tam ödəməsələr, yenidən mal götürə bilməyəcəklər. Təxminən bir saat onlarla söhbət etdikdən sonra səmimi formada mağazadan getmişlər. Lakin bir neçə gün sonra Bakı şəhərini tərk etməli olmuş və geri qayıtdıqdan sonra mağazanın işçiləri olan Qoçəli Alıyev və Səməndər Bəndalıyev bildirmişlər ki, Rəfail Sadıqovun ona ödədiyi 28.000 manat pulu yeni tikinti materialları almaq üçün vermək lazımdır. O isə sonuncuların bu sözünə təəccüblənmiş və Rəfail Sadıqovun ona hər hansı pul vermədiyini bildirmişdir. Bu vaxt X1 izah etmişlər ki, mağazada Rəfail Sadıqov və Təqsirləndirilən şəxsla söhbət etdiyi gündən iki gün sonra Rəfaillə İlqar yenidən mağazaya gəlmiş və onlara bildirmişlər ki, əvvəlki ödənişi, yəni 28.000 manat pulu tam ödəyiblər, həmçinin yeni tikini materialları götürmək üçün ondan icazə alıblar. Buna inanan Qoçəli Alıyev və Səməndər Bəndalıyev əvvəlki günlər Rəfailgillə baş tutmuş səmimi söhbətə və ondan xəbərsiz onlara yaxınlaşmalarına aldanaraq Rəfail Sadıqov və Təqsirləndirilən şəxs istədikləri tikinti materiallarını, daha dəqiq sement və taxta vermişlər. Həmin malların isə ümumi dəyəri 11.860 manat etmiş, sonuncular həmin məbləği sonradan ödəməyi vəd etmişlər. O, bunu öyrəndikdən sonra Rəfaillə əlaqə saxlamış, sonuncu isə İlqarla bilrikdə torpaq satdıqlarını, pulunu aldıqdan dərhal sonra ona ödəniş edəcəklərini bildirmişdir. O, sonuncuya yenidən inamı gözləmiş, ancaq bundan xeyli müddət keçsə də, dediyi baş tutmamış və sonuncu onun zənglərinə cavab verməyərək yayınmağa başlamışdır. O, isə pulunu geri tələb etmək üçün onun yaxınları ilə əlaqə saxlamaq istəmişdir. Bu məqsədlə sonuncunun oğlu Yüksəl adlı şəxslə dəfələrlə əlaqə saxlamışdır. Sonuncular da ona X38 Mamedovla bilrikdə onu aldatmış olduğunu bildirmişlər və onun etibarından sui-istifadə edərək aldıqları pulu geri qaytaracaqlarını deyib ondan şikayət etməməyi üçün vaxt istəmişlər. Hətta oğlu Yüksəl özlərinə məxsus Novxanı yolunda yerləşən 500 kv/m həcmində torpaq sahəsini adına keçirməyi təklif etmişdir. O, isə torpağın problemli ola biləcəyini fikirləşərək sonuncunun təklifi ilə razılaşmamışdır. Ancaq oğlu pulu qaytarmağa söz vermiş və o da sözünə əməl etməmiş, və məcbur qalaraq hadisə barədə polisə şikayət etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, 2015-ci ildə qızı X44 Abbasovla evləndirmiş və hazırda onların birgə nigahlarından 3 uşaqları vardır. Bir neçə müddətdir ki, qızı Vəfa öz ailəsi ilə birlikdə onunla qonşuluqda kirayədə yaşayırlar. Sonuncuların özlərinə məxsus fərdi yaşayış evlərinin olmasını o çox arzuladığı üçün onlara təklif etmişdir ki, ipoteka şərti ilə satılan ev tapsınlar, həmin evinə ödənilməli ilkin ödəniş pulunu onlara hədiyyə olaraq verəcəkdir. 2023-cü ilin may ayının əvvəllərində kürəkəni Zərərçəkmiş şəxs3 onun evinə gələrək bildirmişdir ki, Natiq adlı makler ona məlumat vermişdir ki, tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi evlər inşa edərək ipoteka yolu ilə satır. Bu təklif onu maraqlandırdığı üçün kürəkəni Zərərçəkmiş şəxs3 Natiq adlı maklerin ofisinin yerini soruşaraq onun yanına getmişdir. O Natiqlə söhbət edərkən ona bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs adlı şəxsin Masazır qəsəbəsi ərazisində torpaq sahələri vardır, Təqsirləndirilən şəxs həmin torpaq sahələrini 0,40 ha sahələrə bölməklə orada fərdi evlər inşa edir və ipoteka yolu ilə satır. O, Natiqlə bir qədər söhbət etmiş və Natiq onu aparıb 0,10 ha torpaq sahəsi göstərmiş, bildirmişdir ki, həmin torpaq sahəsi Təqsirləndirilən şəxs olmaqla çox hissəsi satılmış, torpaq sahəsi məhdud sayda qalmışdır. O, həmin torpaq sahələrinə baxdıqdan sonra bir qədər düşünüb ona məlumat verəcəyini demiş, lakin Natiq bir neçə gün içərisində ona çox saylı zənglər edərək torpaq sahəsinin əldən çıxacağını və 500 manat beh aparıb verməyi tələb etmişdir. Bu səbəbdən o, borca 500 manat pul taparaq aparıb Natiqə vermişdir. Bundan sonra Natiq onu Təqsirləndirilən şəxsla görüşdürmüş, ona vermiş olduğu 500 manat pulu zəhmət haqqı kimi özünün götürəcəyini demişdir. Təqsirləndirilən şəxs görüşü zamanı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 0,4 ha torpaq sahəsində bir mərtəbəli, kürsülü, 90 KV metr sahədə 3 otaqlı fərdi ev inşa edərək tam təmirli təhvil verəcək və bunun üçündə ona 55.000 manat pul ödəyəcəklər. Həmin pulun 10.000 manatını notariat kontorunda müqavilə bağlanan zaman ödəyəcəklər, qalan pulu isə aylıq 500 manat ödəyəcəklər. Həmin təklif onu qane etdiyi üçün onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontorunda kürəkəni Zərərçəkmiş şəxs3la onun arasında müqavilə bağlamış və orada qızı ilə kürəkəninə hədiyyə etmək məqsədi ilə həmin pulu notariat kontorunun hesabına köçürmüş, Təqsirləndirilən şəxs həmin pulu oradan götürmüşdür. Müqavilədə göstərilən şərtlərə görə evi onlara xx.xx.2023-cü il tarixdə təhvil verməli olmuşdur. Qeyd etdiyi müqavilə bağlandıqdan təxminən bir ay sonra kürəkəni Zərərçəkmiş şəxs3 ona məlumat vermişdir ki, Təqsirləndirilən şəxs eyni üsulla çox sayda insanları aldatmış və vədinə əməl etməmişdir. Onlar bunu öyrəndikdən dərhal sonra Təqsirləndirilən şəxs onlar üçün inşa etdiyi evi göstərməsini tələb etdikdə Təqsirləndirilən şəxs onu aldatmağa başlamış və araşdırma apardıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs eyni üsulla çox sayda adamları aldatmış və vədinə əməl etməmişdir. Bu səbəbdən makler Natiqdən Təqsirləndirilən şəxs onlara təqdim etdiyini və bu səbəbdən pulu ondan alacağını demiş, lakin Natiq bundan boyun qaçırmışdır. Daha sonra Təqsirləndirilən şəxs israrla pulunu tələb etməyə başlamış, lakin sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs başqa insanlara qarşı elədiyi dələduzluq əməllərinə görə Abşeron RPİ-də həbs edilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Təxminən 1 ilə yaxındır ki, qardaşı maklerlik etmiş, bahalı avtomobillər sürmüş, ailəsinə yaxşı baxmış, maddi cəhətdən tam təmin etmişdir. Təxminən 6 ay bundan öncə eşitmişdir ki, İlqardan çoxlu sayda adamlar şikayət etmişdir, İlqar çoxlu sayda adamlara söz vermişdir ki, güna onlara ev tikib satacaqdır. Onun İlqarla yaxşı münasibəti omlamış, belə ki, İlqarla mübahisəsi ata evini satdığı üçün olmuşdur. İlqar ata evini satdıqdan sonra Masazırda ev almış, sonradan həmin evi satıb Müşviq qəsəbəsində torpaq alıb ev tikməyə başlamış, bir müddət sonra eşitmişdir ki, İlqar həmin evi Affan ləqəbli Rəfailla birlikdə 2 nəfərə satıblar. Bir müddət sonra eşitmişdir ki, qardaşı Abşeron rayon Polis İdarəsi tərəfindən həbs ediblər. Qardaşı həbs olunduqdan sonra onunla Kürdəxanıda yerləşən İstintaq Təcridxanasında görüşmüş, görüş zamanı İlqardan soruşmuşdur ki, adamların pulunu kimlərlə yeyib. İlqarda demişdir ki, hamının adını yazmışdır. İlqar ona demişdir ki, anasına məxsus evi Affan ləqəbli Rafayel adlı şəxslə birlikdə iki adama satıblar, pulu da Affanla birlikdə yemişlər. İlqar arxasında duran adamın Müqabil olduğunu demiş, ona məxsus olan Müqabilin adına olan torpağının olduğunu demiş, Mercedes markalı Galenvaqen modelli markalı abtomobilinidə başqa adamın adına keçirtdiyini demişdir. Ona təklif etmişdir ki, gedib Müqabilin evinə bütün işlərdən Müqabilin xəbəri var. Müqabil ona Kürdəxanaya dəfələrlə pul və siqaret göndərib və bildirib ki, İlqarın arxasındadır, onu çıxaracaqdır. İbtidai istintaqda şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, təxminən 20 ilə yaxındır ki, usta işləyir, belə ki, evin təməlindən damının vurulub içərisinin təmir olunmasına kimi işlər görür. Təxminən 1 il bundan öncə Bakı şəhəri, Binəqədi rayonu ərazisində Qartal kafesində usta iş yoldaşları ilə çay içib söhbət edərkən İlqar adlı şəxs ona yaxınlaşıb demişdir ki, ona usta lazımdır, o, hardansa öyrənmişdir ki, o, usta işləyir, oturduğu kafeyə tez-tez gedib gəldiyi üçün orada işləyən işçi personalı onu yaxşı tanımışdır. Bundan sonra o və İlqar Abşeron rayonu Masazır qəsəbəsində yerləşən yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə gedib baxmışlar. Evin dam örtüyü vurulsada qapı pəncərə qoyulmamış, təmir işləri aparılmamışdır. İlqar ona demişdir ki, həmin evin tavan örtüyünə taxta, yer örtüyünə taxta, divarlara ağ dağ vurmaq lazımdır, bunun üçün o, İlqardan 3500 manat pul istəmiş, sonuncu da onunla razılaşmışdır. Bundan sonra o öz iş yoldaşları Azər və Pənah adlı şəxslərlə işləməyə başladmışdır. Onlar işə başladığı günün səhərisi oraya Birgül adlı qadın gələrək həmin evi İlqardan aldığını və ev sahibi olduğunu bildirmişdir. İlrqa tikinti materiallarını alıb gətirmiş, təxminən 3 gün orada işlədikdən sonra özünü ev sahibi kimi təqdim edən şəxslər gəlib Birgül və İlqarla mübahisə edib onların işləməsinə imkan verməmişdir. Təxminən 2-3 ay keçəndən sonra İlqar ona zəng vuraraq demişdir ki, evin sənədlərini düzəldəib onlar da gedib işlrinə davam etsinlər. Bundan sonra başqa ustalar, yəni Murad və Maqsud adlı şəxslərlə qeyd olunan ünvana getmişlər ki, ağdağ suvuğı vursunlar. Təxminən 2 gün işlədikdən sonra evə təkrarən oraya ilk dəfə gələn şəxslər gəlib evin onlara məxsus olmasını bildirmiş və evin içərisinə benzin töküb yandırmış və evin alışmamasının qarşısını almaq üçün yanğını söndürsüş, qadınlar arasında isə mübahisə baş vermiş və sonra polislər gəlib onlara müdaxilə etmişlər. İş dayanandan sonra onlar oraya getməmiş, işlədiyi müddət ərzində İlqar onların gördükləri işə görə pullarını tam ödəmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Fikrət adlı şəxsi təxminən 1 ilə yaxındır ki, tanıyır, əvvəllər onunla «Kontak Home» mağazalar şəbəkəsində işləmişdir. O, həmin şirkətdə sürücü işləmiş, Firkət onun yanında fəhlə işləmişdir. Təxminən 2023-cü il tarixdə yay aylarında Fikrətlə Abşeron rayonu, Novxanı kəndinə sifariş aparmışlar. Həmin vaxt istifadəsində olan mobil telefona tanışı Səmadər ona zəng vurmuş o avtomobil idarə etdiyi üçün telefonu selektra qoymuş, Səmadərlə bir az söhbət etdikdən sonra demişdir ki, bir nəfər şəxs Abşeron rayonu, Masazır qəsəbəsində torpaq sahəsi satır almaq istəyirmi. O sonuncu a demişdir ki, torpaq almaq istəmir, həmin vaxt Fikrət yanında olmuş və bütün danışıqları eşitmiş və Səmadərə özünü təqdim edib torpaq sahəsi alamq istədiyini demiş və Səmadərdən torpaq sahəsi satan şəxsin telefon nömrəsini almışdır. Bundan sonra Fikrətin işlərindən məlumatı olmamış, sonradan Fikrətdən eşitmişdir ki, Səmadər deyən adamla danışıb və ondan torpaq almaq üçün pul verib, lakin həmin şəxs onu aldadaraq dələduzluq etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuş, birgə nigahdan 2012-ci ildə X17 dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs əvvəllər fəhlə işləmiş, son zamanlar oteldə elektrik işləmişdir. Təxminən 1 ilə yaxındır ki, əri Təqsirləndirilən şəxs onun bildiyinə görə maklerlik etmiş, sonuncu ona öz işləri barədə heç vaxt danışmayıb. İlk vaxtlarda maklerlik edən zamandan İlqar bahalı avtomobillər idarə etməyə başlamışdır. Həmin vaxtlar əri Hyundai markalı Azera modelli avtomobil, Mercedes markalı Galenwaqen modelli avtomobil, Range Rover markalı abtomobil, Niva markalı avtomobil, qara rəngli BMW markalı avtomobil idarə etmişdir. O ərindən həmin avtomobilləri hansı yolla əldə etdiyini soruşduqda sonuncu orna heç bir söz deməmiş, İlqar qeyd etdiyi avtomobilləri müxtəlif vaxtlarda ayrı-ayrılıqda sürmüşdür. İlqar ilk dəfə işə başlayanda Afan adlı şəxslə bir yerdə iş görmüş, onlar maklerlik edib ev satmış, bildiyimə görə şərik işləmişlər. Təxminən 4-5 ay yaxın İlqar Affanla birlikdə iş görmüş, İlqar ailələrinə çox laqeyd yanaşmış, buna görə də onunla dəfələrlə mübahisəsi baş vermişdir. Bir müddət sonra İlqar Müqabil adlı şəxslə işləməyə başlamış, Affanla araları dəymişdir. Müqabillə İlqar işləyən vaxt ailələrində problemlər yaranmağa başlamış, buna baxmayaraq İlqar bir gün evdə, o, biri gün də anasıgildə qalmışdır. İlqar mütamadi kimlərləsə telefonla pulla bağlı danışırdı. İlqar Müqabillə iş görən vaxt hiss etmişdir ki, adamları aldadır. İlqardan kimlərsə pul istəyəndə Müqabilə zəng vurub deyirdi ki, pul istəyirlər, adamların pulunu qaytarmaq lazımdır. Müqabildə güya deyirdi ki, o, həmin adamlarla danışıb yoluna qoyacaqdır. İlqar ona demişdir ki, işin başında Müqabil dayanmışdır. Müqabil İlqarı sonradan Namiq adlı şəxslə tanış etmiş, bildiyinə görə onlar 3 bir yerdə iş görmüşlər. İlqardan tez-tez polisə şikayət edilmiş, Müqabildə gedib sonuncunu çıxarmışdır. İlqarla Müqabil bir yerdə işləyəndə Müqabil İlqara demişdir ki, güya o, Müqabildən başqa yerlərə şikayət etmişdir, lakin sonradan məlum olmuşdur ki, İlqar ondan şikayət etməyiblər. Sonuncu dəfə İlqar tutulanda sonra Müqabillə əlaqə saxlamış sonuncu da söz vermişdir ki, İlqarı çıxartdıracaqdır. Lakin sonradan eşitmişdir ki, İlqarı həbs edib Kürdəxanıya göndəriblər. İlqar tutulandan sonra borc yeyələri onun evinə gəlib hay-küy salmağa başlamış, Müqabil dəfələrlə evinə borc yeyələrini gətirib, Müqabilə deyəndə ki, nə səbəbə görə belə edirsən, sonuncu ona susmağı bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsii özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin və şahidləri ifadələri, işdə olan üzləşmə istintaq protokolları, eləcə də işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini,o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət işi üzrə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, barəsində Abşeron rayon Məhkəməsinin 16 sentyabr 2023-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və bu qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanmışdır. Məhkəmə prosesində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olması müəyyən edilmişdir. Məhkəmə prosesində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı, və ağırlaşdıran halların olmamasını,vurulmuş ziyanın ödədnilməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və ev dustaqlığında olduğu müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmədə zərərçəkmiş şəxs-iddiaçı Zərərçəkmiş şəxs2 Cəmaləddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyana görə 4900 manat və ödənmiş dövlət rüsumuna görə 69 manat, cəmi 4969 manat məbləğində pulun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Məhkəmə iddia ərizəsini əsaslı hesab edir və hesab edir ki, iddia ərizəsi təmin edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Cəmaləddin qızına vurulan maddi ziyana görə 4900 manat və ödənmiş dövlət rüsumuna görə 69 manat, cəmi 4969 (dörd min doqquz yüz altmış doqquz) manat məbləğində pul, onun xeyrinə tutulmalıdır. Məhkəmədə Zərərçəkmiş şəxs4 tərəfindən də təqsirləndirilən şəxsə qarşı ziyan tələbi ilə bağlı iddia qaldırılmışdır. Lakin iddia qaldırılması üçün dövlət rüsumu ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, onun iddia ərizəsi baxılmamış saxlanmalı və ona və digər zərərçəkənlərə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, müsadirə olunması təklif edilən alət və ya vasitə yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsii alanadək qüvvədə qalsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Cəmaləddin qızına vurulan maddi ziyana görə 4900 manat və ödənmiş dövlət rüsumuna görə 69 manat, cəmi 4969 (dörd min doqquz yüz altmış doqquz) manat məbləğində pul onun xeyrinə tutulsun. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar