Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-168/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1994-cü ildə Cəlilabad rayonu, Buravar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olan, Cəlilabad rayonu, Buravar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədilə 18 iyun 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 Əlipaşa qızma məxsus ünvan 1 ünvanında yerləşən fərdi evinin həyətinə hasardan keçməklə qanunsuz olaraq daxil olub oradan bir ədəd 330 manat dəyərində velosipedi gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 Əlipaşa qızma 330 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi evinin həyətinə hasardan keçməklə qanunsuz olaraq daxil olub oradan 150 manat dəyərində 1 ədəd 28-lik ölçüdə, narıncı rəngdə və 150 manat dəyərində 1 ədəd 26-lıq ölçüdə, boz rəngli velosipedi gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayır. Evlidir, himayəsində bir azyaşlı oğlu vardır. Ailəsini dolandırmaq üçün fəhləliklə məşğul olmuş və təxminən 5 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi ilə piyada hərəkət edən zaman yaşayış evinin qapısının qarşısında bir ədəd velosiped görmüş, bir gün sonra axşam vaxtlarında həmin evin yanından keçəndə hasardan həyətə boylanıb baxanda həmin velosipedi həyətdə görmüş, gecə saatları və həyətdə kimsənin olmadığından istifadə edib həyətə tullanmış, həmin velosipedi hasardan aşırıb oğurlamışdır. İki gün sonra həmin velosipedi Sumqayıt şəhərində nömrəsini bilmədiyi avtomobillə əlvan metal və dəmir qəbul edən qara rəngli “Qaz 24” markalı avtomobilin sürücüsünə 30 manata satmış, həmin oğurluğu edən zaman tək olmuşdur. Velosipedi satan zaman özünə məxsus olmasını demişdir. Təxminən 15 gün əvvəl yenə də Abşeron rayonu, Üzümlük massivində günorta saatlarında gəzərkən bbir nəfər orta yaşlı kişinin və yanında uşağının velosiped sürdüklərini və həyətə girdiklərini görmüş, ona görə də 13 oktyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətinə hasardan tullanmış, həmin vaxt evin işıqları yanmamış, həyətdə də heç kim olmamışdır. İki ədəd velosiped də ağacın yanında olmuşdur. Həmin vaxt hər iki velosipedi daş hasarın bir tərəfinə daşımış, böyük velosipedə oturmuş, balacasını da oturacağı yanında əli ilə saxlaya-saxlaya oradan uzaqlaşmış, həmin velosipedləri də yaşadığı evin həyətində gizlətmiş, sabahısı günü də avtomobillə yaşadığı ərazidə əlvan metal və dəmir qəbul edən ağ rəngli nömrəsini bilmədiyi “Qaz 24” markalı avtomobilin sürücüsünə 30 manata satmışdır. Həmin velosipedlərin hər biri köhnə velosipedlər olmuşdur. Sonda o, törətdiyi əməldən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərəçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Əlipaşa qızının məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 18 iyun 2022-ci il tarixdə, saat 12:30 radələrində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsindəki evinin həyətində saxladığı 330 manat dəyərində olan velosipedinin oğurlandığını aşkar etmiş, oğurluq barədə həmin vaxt DİN- nin “102” xidmətinə zəng edib, məlumat vermişdir. Bundan sonra isə Abşeron rayon Polis İdarəsinin X5rluq barədə ərizə ilə müraciət etmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanı tələb etmədiyini və ondan şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərəçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. O, övladları üçün sürməyə 1 ədəd 150 manat dəyərində 1 ədəd 28-lik ölçüdə, narıncı rəngdə və 150 manat dəyərində 1 ədəd 26-lıq ölçüdə, boz rəngli velosiped almışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında o, həyətə çıxdıqda velosipedlərin həyətdə olduğunu görmüş, həmin gün səhər saatlarında həyətə çıxdıqda velosipedlərin həyətdə olmadığını görüb oğurlanmasını aşkar etdiyi üçün DİN-nin “102” xidmətinə zəng edərək evinin həyətindən iki ədəd velosipedinin oğurlanması barədə məlumat vermişdir. Hadisə nəticəsində onun həyətindən iki ədəd velosipeddən başqa heç bir əşya oğurlanmamış, oğurluq nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tələb etdiyini və ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində götərdi ki, o, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. ünvan 3 ünvanında yaşayan adının Zərərçəkmiş şəxs1 Əlipaşa qızı olduğunu bildiyi şəxs Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gəlib ərizə ilə müraciət edərək 18 iyun 2022-ci il tarixdə, saat 12:30 radələrində onun yaşadığı evinin həyətində saxladığı 330 manat dəyərində olan velosipedinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmiş, bununla bağlı bölmə rəisi həmin oğurluq cinayətini törədən şəxsin və ya şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini göstəriş vermişdir. Belə ki, Zərərçəkmiş şəxs1 Əlipaşa qızının müraciəti əsasında Abşeron rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq Zərərçəkmiş şəxs1 Əlipaşa qızı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmışdır. xx.xx.2022-ci il tarixdə onun tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 18 iyun 2022-ci il tarixdə, saat 12:30 radələrində Zərərçəkmiş şəxs1 Əlipaşa qızının yaşadığı evinin həyətində saxladığı 330 manat dəyərində olan velosipedini gizli talayaraq oğurlayan şəxsin xx.xx.1994-cü ildə Cəlilabad rayonu Buravar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu Buravar kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, idarədə Təqsirləndirilən şəxs Qatil oğlu 18 iyun 2022-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindən bir ədəd velosipedi oğurlayaraq tanımadığı şəxsə 30 manata satdığını, eyni zamanda 13 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən fərdi evinin həyətindən bir ədəd narıncı rəngli və bir ədəd boz rəngli velosipedi oğurlayaraq tanımadığı şəxsə 30 manata satdığını da etiraf etmişdir. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin şöbəsinə təhvil verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxslərin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddələri ilə təqsirlili bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)-72/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin olunmuş 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın 04 (dörd) ay 03 (üç) gününü çəkmiş, hazırda çəkilməmiş cəzası 01 (bir) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 83.3.2 maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Ona görədə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası CM-nin 18.4.4-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar resediv yaratmır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamalarını nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi ilə qəti cəza təyin edilmiş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla 10 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs həbs edilməsinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi ilə qəti cəza təyin edilmiş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla 10 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəzaya qismən birləşdirilsin və ona qəti 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edillsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada müraciət etmək hüququ izah olunsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-168/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-168/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver