Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-169/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə 28.08.1997-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, İmişli şəhəri, Koroğlu küçəsi, ev 07-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 sentyabr 2020-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metro stansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd şəffaf sellofan və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 0,667 qram, 0,218 qram və 0,171 qram, ümumilikdə təmiz çəkisi 1,056 qram kustar üsulla hazırlanmış, psixotrop maddə olan metamfetamini qanunsuz olaraq 80 manata əldə edib üstündə saxlayaraq Xırdalan şəhəri “Kristal Abşeron-1” yaşayış kompleksinə gələrək, həmin psixotrop maddəni üzərində daşımış, həmin gün saat 14 radələrində “Kristal Abşeron-1” yaşayış kompleksində Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib, Polis İdarəsinin inzibati binasında xidməti otaqda üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin kustar üsulla hazırlanmış psixotrop maddə olan 1,056 qram metamfetamin əynindəki qara rəngli idman şalvarının sol yan cibində “Rothmas” markalı siqaret qutusunun içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində kirayədə qalmışdır. Son 3 aydır ki, Xırdalan şəhəri, Kristal-1 yaşayış kompleksində kirayədə qalır. Özü də mebel quraşdırma işi ilə məşğul olur. Psixotrop maddə olan metamfetamindən 3-4 aydır ki, tüstüsünü çəkməklə qəbul edir. Qəbul etdiyi metamfetamini də Yasamal rayonun ərazisində tanımadığı şəxslərdən almışdır. 12 sentyabr 2020-ci il tarixdə, saat təxminən 13 radələrində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında təxminən 30- 35 yaşlı bir kişiyə yaxınlaşaraq narkotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin şəxs demişdir ki, onda metamfetamin vardır. Həmin şəxs ona iki ədəd şəffaf sellofan, bir ədəd isə siqaretin gümüşü kağızına bükülmüş, cəmi üç bükümdə psixotrop maddə olan metamfetamin vermiş və həmin şəxsə 80 manat pul vermişdir. Aldığı psixotrop maddəni əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan “Rothmas” markalı siqaret qutusunun içərisinə qoyub, marşrut avtobusu ilə Xırdalan şəhəri Kristal-1 yaşayış kompleksinə gəlmiş və saat 14 radələri olmışdur. Elə orada olarkən mülki geyimdə olan üç nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək psixotrop maddənin qəbulu ilə məşğul olduğundan şübhələnib, onu Abşeron rayon Pİ-nə dəvət etmişlər. Etiraz etməyib, onların xidməti avtomobilinə əyləşərək, Abşeron RPİ-nə gəlmişlər. Polis İdarəsində gəldikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd “Rothmas” markalı siqaret qutusunun içərisində olan iki ədəd şəffaf sellofan və bir ədəd siqaretin gümüşü kağızı bükümündə psixotrop maddə olan metamfetamini təqdim etmişdir.Həmin bükümlərin içərisindən psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin bükümlər açıldıqdan sonra içərisinə baxış keçirilmiş, həmin psixotrop maddənin haradan və nə vaxt aldığı ondan soruşulmuş, o, həmin psixotrop maddəni 12 sentyabr 2020-ci il tarixdə Yasamal rayonunda İnşaatçılar metrosunun yaxınlığında tanımadığı şəxsdən 80 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş üç ədəd bükümlərin içərisindəki psixotrop maddə zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır.Tərtib olunmuş protokol onlara oxunulmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.Qeyd etmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, psixotrop maddəni əldə etdiyi həmin şəxsin şəxsiyyətini bilmir, həmin şəxs təxminən 30-35 yaşlı, 180 sm boyu, arıq bədənli, əynində qara gödəkçə və qara şalvar olmuş, başqa əlamətlərini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Polis İdarəsinin NMQ-nin baş əməliyyat müvəkkili işləyir. 12 sentyabr 2020-ci il tarixdə məxfi mənbədən ona Xırdalan şəhəri Kristal 1 yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur.Həmin məlumatın yoxlanılması üçün tərəfindən Polis İdarəsinin rəisinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və Polis İdarəsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və birgə Xırdalan şəhəri Kristal 1 yaşayış kompleksinə həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs tərəfindən müəyyən edilərək ona yaxınlaşaraq özlərini təqdim edərək, psixotrop maddə olan metamfetamindən qəbul etməklə məşğul olmasında şübhəli olduğunu bildirib, onu Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da bundan etiraz etməyərək onlarla Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxsla bağlı təhqiqatçı tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibində “Rothmas” markalı siqaret qutusunun içərisindən iki ədəd şəffaf sellofan və bir ədəd siqaretin gümüşü kağızı bükümü təqdim edərək, həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin gün Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Həmin bükümlər açılmış və içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddə olmuşdur. Həmin psixotrop maddə olan bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2020-ci il tarixli, 6/1862 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN zərflər üçün №56” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə...” sözlər, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə üç (03) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,667 qram, 0,218 qram, 0,171 qram, ümumilikdə təmiz çəkisi 1,056 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir (qalıq 0,966 qram - 0,09 qram metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2020-ci il tarixli, 2998 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin 12.09.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 14.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncu əynində olan qara rəngli idman şalvarının sol yan cibində “Rothmas” markalı siqaret qutusunun içərisindən iki ədəd şəffaf sellofan və bir ədəd siqaretin gümüşü kağızı bükümü çıxararaq təqdim etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.09.2020-ci il tarixdən 14.09.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03.05.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,966 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.09.2020-ci tarixdən 14.09.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,966 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-169/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-169/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver