Məhkəmə qərarları › İş №1(012)-169/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-169/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-169/2022 03.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Bəhram-zadə Kamran Vaqif oğlunun, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci il tarixdə Tərtər rayonunda anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, subay, işləməyəndir, əvvələr məhkum olunmuş Tərtər rayonu Hacıqərvənt kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X3 ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri köhnə bazar adlanan yerin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs məxsus telefon mağazasının şüşəsini daşla sındırmaqla qanunsuz içəri daxil olaraq kassadan 800 manata pul vəsaitini, 195 manat dəyərində 01 ədəd Samsung J5 Pro markalı mobil telefonu, 265 manat dəyərindən 01 ədəd Mi8 Lihti, 175 manat dəyərində 02 ədəd Samsung J2 Pro 2018 markalı mobil telefon, 175 manat dəyərində 01 ədəd Samsung J3 Pro 2018 markalı mobil telefonu, 240 manat dəyərində 01 ədəd Samsung A 01 markalı mobil telefonu, 105 manat dəyərində 01 ədəd Black Bery 9900 markalı mobil telefonu, 135 manat dəyərində 01 ədəd LG markalı mobil telefonu, 145 manat dəyərində 01 ədəd işlənmiş İphone 5S markalı mobil telefonu, 165 manat dəyərində 01 ədəd işlənmiş İphone 6 markalı mobil telefonu, 95 manat dəyərində 01 ədəd Samsung J2 Prime markalı mobil telefonu, 115 manat dəyərində 01 ədəd Samsung Note 3 markalı mobil telefonu, 200 manat dəyərində 01 ədəd HP markalı noutbuke, 47 manat dəyərində 02 ədəd Fli F196 markalı mobil telefonu, 45 manat dəyərində 02 ədəd KJT markalı mobil telefonu, 35 manat dəyərində 03 ədəd KJTL 105 markalı mobil telefonu. 35 manat dəyərində 04 ədəd KJTL 106 markalı mobil telefonu. 35 manat dəyərində 02 ədəd KJTL 1280 markalı mobil telefonu, 43 manat dəyərində 02 ədəd KJTL X202 markalı mobil telefonu, 55 manat dəyərində 02 ədəd KJTL B360 markalı mobil telefonu, 35 manat dəyərində 01 ədəd KJTL 1200 markalı mobil telefonu, 35 manat dəyərində 01 ədəd KJTL Bİ 10 markalı mobil telefonu, 107 manat dəyərində 02 ədəd Nokia 125 markalı mobil telefonu, 75 manat dəyərində 02 ədəd Nokia 106 markalı mobil telefonu, 65 manat dəyərində 02 ədəd Nokia 105 markalı mobil telefonu, 85 manat dəyərində Samsung V 310 E markalı mobil telefonu, 110 manat dəyərində 01 ədəd Nokia 150 markalı mobil telefon, ümumilikdə 300 manat dəyərində Sim, Nar, Cin konturlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4439 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə gecə saat 01 radələrində dostu Elvin adlı şəxslə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Kristal Abşeron 2 yaşayış kompleksinin həyətində görüşmüş, həmin vaxt Elvin ona onunla bir yerdə oğurluq etməsini təklif etmiş, bundan sonra onlar piyada köhnə bazar adlanan əraziyə getmiş, orada yerləşən obyektlərə baxan zaman Elvin telefon dükanlarının birinin üzərində «Bakcell» sözü yazılmış dükanın plastik qapısının üzərində olan şüşəsini yerdəH daşı götürüb şüşəyə BypMarvıa sındırmışdır. Bundan sonra Elvin dükana daxil olmuş,o da Elvinin arxasınca gedib dükanın qarşısında dayanmış, Elvinin ona verdiyi telefonları mağazanın içərisindən götürüdüyü sellofana qoyub ona vermiş, özüdə dükandan noutbuku, konturları və 280 manat nağd pulu götürüb oradan çıxmışlar. Bundan sonra onlar xəstəxanaya tərəf gedib yoldan 1 manatlıq taksiyə əyləşib elvinin yaşadığlı Kristal Abşeron 2 yaşayış kompleksinin qarşısında düşmüş Evinin yaşadığı evə yəni bina 10 mənzil 39 B-yə qalxmış. Elvin üzərində olan açarla evlərinin giriş qapısını açmış, həmin vaxtı evdə heç kim olmamış, onlar evdə əşyaları açanda orada 25 ədəd mobil telefonlar, həmin telefonlardan 8 ədədi ikinci əl Samsung markalı telefonlar 17 ədədi isə sadə Nokia və digər markalı mobil telefonları olmuş, sadə telefonların 7-sinin batareyası olmuş, digərləri isə maket telefonlar olmuşdur.Elvinlə telefonları və noutbuku Gəncə şəhərində satıb pul elmələri, 50 manatlıq konturları isə evdə saxlamış, ona isə 10 manat pul vermişdir. Elvin telefonları satandan sonra onunla hesablaşacaqdır. O,bundan sonra Bakı şəhəri Nəsimi rayonu 3 mkr ərazisində yerləşən 3 manatlıq evlərə getmiş, 2021-ci ilin may ayına qədər Elvinlə telefonla danışmış, lakin Elvin onu aldadaraq oğurladıqları əşyaları satdıqdan sonra verəcəyini demiş və onadan ayrılım və onunla görüşə bilmədiyindən ona pul verməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki,o, təxminən 2 ilə yaxınıd ki, icarə əsasında Abşeron rayonu. Xırdalan şəhəri, Köhnə bazar adlanan yerdə 032 Telekom telefon dükanını işlədir. İş qrafiki səhər saat 09 radələrindən axşam asaat 20 radələrinə kimidir.0,xx.xx.2021-ci il tarixdə Gəncə şəhərinə şəxsi işləri ilə bağlı getmiş, onun yerinə dükanı qohumu Rəcəb qalmışdır,xx.xx.2021-ci il tarixdə o, Gəncə şəhərində olan vaxt ona zəng vurub telefon dükamndandan oğurluq olmuşdur. xx.xx.2021 -ci il tarixdə işlədiyi dükana gəlmişdir həmin vaxt ona məlum oldu ki, kassadan təxminən 800 manata yaxın nəğd pul vəsaiti, 195 manat dəyərində 01 ədəd Samsung J5 Pro markalı mobil telefonu, 265 manat dəyərindən 01 ədəd Mi 8 Liht, 175 manat dəyərində 02 ədəd Samsung J2 Pro 2018 markalı mobil telefon, 175 manat dəyərində 01 ədəd Samsung J3 Pro 2018 markalı mobil telefon, 240 manat dəyərində 01 ədəd Samsung A 01 markalı mobil telefon, 105 manat dəyərində 01 ədəd Black Bery 9900 markalı mobil telefon, 135 manat dəyərində 01 ədəd LG markalı mobil telefon, 145 manat dəyərində 01 ədəd işlənmiş İ phone 5 s markalı mobil telefon, 165 manat dəyərində 01 ədəd işlənmiş İ phone 6 markalı mobil telefon, 95 manat dəyərində 01 ədəd Samsung J2 Prime markalı mobil telefon, 115 manat dəyərində 01 ədəd Samsung Note 3 markalı mobil telefon, 200 manat dəyərində 01 ədəd HP markalı noutbuke, 47 manat dəyərində 02 ədəd Fli F196 markalı mobil telefon, 45 manat dəyərində 02 ədəd KJT markalı mobil telefon, 35 manat dəyərində 03 ədəd KJTL 105 markalı mobil telefon. 35 manat dəyərində 04 ədəd KJTL 106 markalı mobil telefon. 35 manat dəyərində 02 ədəd KJTL 1280 markalı mobil telefon, 43 manat dəyərində 02 ədəd KJTL X202 markalı mobil telefon, 55 manat dəyərində 02 ədəd KJTL B360 markalı mobil telefon, 35 manat dəyərində 01 ədəd KJTL 1200 markalı mobil telefon, 35 manat dəyərində 01 ədəd KJTL Bİ 10 markalı mobil telefon, 107 manat dəyərində 02 ədəd Nokia 125 markalı mobil telefon, 75 manat dəyərində 02 ədəd Nokia 106 markalı mobil telefonu, 65 manat dəyərində 02 ədəd Nokia 105 markalı mobil telefonu, 85 manat dəyərində Samsung V 310 E markalı mobil telefon, 110 manat dəyərində 01 ədəd Nokia 150 markalı mobil telefonu, ümumilikdə 300 manat dəyərində Sim, Nar, Cin konturlarımın, nisyə dəftərlərim oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 4439 manat maddi ziyan dəymişdir. O, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənildiyini və ondan şikayətçi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, xidmət etdiyi Abşeron rayonu Xırdalan şəhərində yerləşən «Köhnə Bazar» adlanan yerin yaxınlığındakı Zərərçəkmiş şəxs məxsus telefon mağazasının şüşəsini xx.xx.2021 -ci il tarixdə gecə saatlarında naməlum şəxslər daşla sındırmaqla, oraya daxil olaraq mağazadan müxtəlif markalı mobil telefonları kassadan pul 200 manat dəyərində bir manatlıq konturları və noutbuk oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 4439 manat məbləğində maddi ziyan vurması ilə bağlı Abşeron RPİ-si İŞ-də cinayət işi başlanaraq istintaq aparılmışdır, həmin cinayət işi üzrə onun tərəfindən əməliyaat-axtarış işi açılmaqla əməliyyat tədbirliri keçirilmişdir.xx.xx.2021-ci il tarixdə onun tərəfindən keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, qeyd olunan cinayət əməlini Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu X3 adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus telefon mağazasının şüşəsini daşla sındırmaqla,oradan müxtəlif çeşidlərdə mobil telefonları kassadan 500 manat pul vəsaiti 200 manat dəyərində bir paçka bir manatlıq kontur və 1 ədəd noutbuku oğurlamalarını müəyyən etmişdir.Bununla bağlı İŞ-nə rəisimi raprot vermiş və Təqsirləndirilən şəxs istintaqa təqdim edilmişdir.Lakin həmin əşyaların oğurladıqdan sonra kimlərə satmaları barədə hər hansı bir müsbət nəticə əldə olunmamış, bununla bağlı əməliyyat axtarış tədbirlərimiz davam etdirilir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki,o, iş üzrə şahid qsmində dindirilmiş Şahid2 ifadəsinə uyğun məzmunda ifadə verərək eyni ilə təstiq etmişdir. Azərbaycan Respublikası CM-in 177.2.1. və 177.2.3. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ilə X4 cinayət əlaqəsinə girərək, cinayət törətmiş şəxs barədə ********* JNQ-İİ cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3. maddələri ilə xx.xx.2021-ci ildə ********* JN9-li cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 152.1., 177.2.3., 180.2.1., 180.2.2., 180.2.4.,185.2.1.,185.2.2.,66.3 maddələri ilə təqsirli bilinib 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 185.2.2.maddəsi xaric edilib, 04 il 02 ay azadlıqdan məhrum etmə cəzasında saxlanılmış, xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış və hal-hazırda məhkumluğu ödənilməmişdir.. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir və onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə hesab edir ki, cinayətlərin resedivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, məhkəmədən yayındığına görə xx.xx.2022ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq əcridxanasında yerləşdirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai iməhkəmə baxışında 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai iməhkəmə baxışında 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar