Məhkəmə qərarları › İş №1(012)-169/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-169/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-169/2023 05.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Masazır kəndi, Nizami küçəsində yerləşən Şahid5 icarə müqaviləsi əsasında işlətdiyi avtomobillərin təmiri sexinin qarşısında təmir edilmək üçün saxlanılmış, Zərərçəkmiş şəxs məxsus “Chevrolet Cruze” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək həvəsinə gəldiyindən sexdən avtomobilin açarını gizli götürüb Zərərçəkmiş şəxs icazəsi olmadan həmin avtomobilin sükanı arxasına əyləşib mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan ələ keçirmişdir. Məhkəmə baxışında qanuni nümayəndə X5 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Nihad onu sexə çağırmış, o gəldikdən sonra Nihat evə getmiş, o, Maliklə birlikdə gecə saat 3-ə kimi oyaq qalmış, Malik yatdıqdan sonra Nihad gəlib ona **-LF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobili sürməyi təklif etmiş, Nihat həmin avtomobilin açarlarını götürüb sükan arxasına keçmiş, o da Nihatın yanında əyləşmişdir. Nihat mühərriki işə saldıqdan sonra Masazır kəndi ərazisində həmin avtomobili idarə etməyə başlamış, qəflətən idarəetməni itirdiyindən avtomobili Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yolun kənarında dayanmış digər bir avtomobilə çırpmışdır.Daha sonra o, qorxusundan Nihatın etdiyi əməli öz boynuna almışdır. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsindən isə görünür ki, o, xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Nizami küçəsində yerləşən avtomobillərin təmiri sexinə getmişdir. Tanışı Malik adlı şəxs orada iş öyrənmək məqsədi ilə ustaların yanında olur, həm də orada gecələyirmiş. O da bir neçə dəfə Maliklə birlikdə həmin sexdə gecələmişdir. Həmin gün orada **-LF-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobilin təmir üçün sexə gətirildiyini öyrənmiş və gecə Malik yatdıqdan sonra həmin avtomobili idarə etmək fikrinə düşmüşdür. Buna görə Malikə birlikdə gecə sexdə qalmaq barədə təklif etmişdir. Malik ona etiraz etmədikdə Malikin yatmağını gözləmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 03 radələrində Malik yatdıqdan sonra o, sexdən avtomobilin açarını götürərək sexin qarşısında saxlanılmış avtomobilə əyləşmiş, mühərriki işə saldıqdan sonra Masazır kəndi ərazisində həmin avtomobili idarə etməyə başlamışdır. Təxminən 15-20 dəqiqə idarə etdikdən sonra avtomobilin sürətini tədricən artmağa başlamış və qəflətən idarəetməni itirdiyindən idarə etdiyi avtomobil Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yolun kənarında dayanmış digər bir avtomobilə çırpmışdır. Avtomobilin qabaq hissəsindən tüstü çıxdığını gördükdə qorxmuş və açarı çıxarıb qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra avtomobilə məxsus açarı yaşadığı evə apararaq gizlətmişdir. O, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir, törətdiyi əmələ görə peşmandır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə ona məxsus olan **-LF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin mühərrikində problem yarandığı üçün təmirə aparmaq qərarına gəlmiş, həmin vaxt qonşuluqda yaşayan Elnur adlı şəxs ona Masazır qəsəbəsində yerləşən avtomobil təmiri sexində işləyən Cavid adlı ustanı məsləhət görmüş, həmin gün, saat 15 radələrində Elnurla birlikdə ona məxsus avtomobili Cavid adlı ustaya təhvil vermiş, Cavid adlı usta ilə avtomobilin mühərrikinin təmiri ilə əlaqədar şifahi olaraq razılaşsalar da bu barədə heç bir yazılı sənəd tərtib edilməmiş, Cavid həmin vaxt ona növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə avtomobili götürə biləcəyini demiş, növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, avtomobili təhvil almaq üçün sexə getdikdə ona məxsus olan **-LF-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobilin orada olmadığını görmüş, həmin vaxt Cavid adlı usta özü orada olmasa da, orada olan Malik adlı şəxs avtomobilin harada olduğunu bilmədiyini demiş, buna görə də o qayıdıb yaşadığı evə getmiş, təxminən iki saat sonra qonşusu Elnur onu evdən çağıraraq ona avtomobilinin qaçırıldığını xəbər vermiş, buna görə də o, baş vermiş hadisə barədə Abşeron rayon polis idarəsinə məlumat vermişdir. Ona vurulmuş ziyan ödənilməmiş, ona görə də şikayətçidir. Məhkəmə iclasında şahid və mülki iddiaçı qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində yaşadığı evdə eşitdiyi güclü səsə yuxudan oyanmış, çölə çıxdıqda **-LF-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobilin yaşadığı evin qarşısında saxladığı ona məxsus olan **-CE-*** dövlət qeydiyyat nişanlı “Mercedes e230” markalı avtomobilə çırpıldığını görmüş, həmin vaxt Chevroletin qapıları bağlı vəziyyətdə olsa da, içərisində heç kim olmamış, buna görə də o, Daxili İşlər Nazirliyinin 102 Xidməti zəng mərkəzinə və Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermiş, baş vermiş hadisə nəticəsində ona 2100 manat maddi ziyan dəymişdir. O, istintaq dövründə mülki iddiaçı qismində tanınması barədə ərizə vermiş və o, xx.xx.2022-ci il tarixli qərarı ilə mülki iddiaçı qismində tanınması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında qanuni nümayəndə X6 iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin may ayından tanıyır. Belə ki, Ümid onun əvvəllər yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Nazim Əsədov küçəsində qonşusu olmuşdur. 2022-ci ilin avqust ayında asudə vaxtlarını yaşadığı evin yaxınlığında yerləşən avtomobil təmiri sexində iş öyrənmək məqsədilə keçirmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Ümid həmin sexə gəlmiş, təxminən gecə yarısı Ümid orada olan digər tanışı Maliklə birlikdə ona bazarlıq etməyə gedəcəklərini, bunun üçün onun pul verməli olduğunu bildirdikdə onun üzərində olan 10 manat pulu evə aparacağını dedikdə onlarla arasında mübahisə yaranmış, ona görə saat 23 radələrində yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə sexə Chevrolet Cruze markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir məqsədilə gətirildiyi barədə məlumatı olmamışdır. O evə gedərkən Malik və Ümid ona sonradan təmir üçün gətirildiyini bildiyi Chevrolet Cruze markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək mağazaya gedəcəklərini söyləmiş, lakin o, evə gedərkən avtomobilin işə salındığını görməmişdir. Növbəti gün, o, gecə yatan zaman anası onu oyadıb bir şəxsin onu soruşduğunu demiş, o, yataqdan durub çölə çıxanda həmin şəxsin Ümid olduğunu görmüş, Ümid ona Chevrolet Cruze markalı avtomobili vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayından Abşeron rayonu, Masazır qəsəbəsində, Masazır şosesində yerləşən avtomobil təmir sexini icarə əsasında işlədir. 2022-ci ilin sentyabr ayında dostu Nemət adlı şəxs oğlu Maliki iş öyrənmək məqsədi ilə onun yanına aparmışdır. O da etiraz etmədən Malikin yanında iş öyrənməsini qəbul etmişdir. Malik ondan evlərinin uzaqda olmasına görə arabir sexdə gecələmək üçün icazə istəmiş o da Malikin bəzi vaxtlar sexdə gecələməsinə icazə vermişdir. xx.xx.2022-ci il tarixdə bir nəfər şəxs özünə məxsus **-LF-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobili mühərrikində yaranmış nasazlığı aradan qaldırmaq üçün onun işlətdiyi sexə gətirmiş, o həmin gün vaxtı olmadığını və avtomobilə növbəti gün baxacağını demişdir. Həmin şəxs avtomobili sexin qarşısında saxlayıb açarını ona verib getmişdir. O isə açarı sexə qoymuşdur. Bir neçə saat sonra sexin qapılarını bağlayıb istirahət etmək məqsədi ilə yaşadığı evə getmişdir. O evə gedərkən Malik gecə sexdə qalacağını bildirmişdir. Həmin vaxt Malikin yanında Nihad adlı dostu da olmuşdur. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə saat 10 radələrində o, təkrar sexə gələrkən **-LF-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobilin yerində olmadığını görmüş Malikdən həmin avtomobilin harada olduğunu soruşduqda Malik Ümid adlı şəxsin avtomobili qaçırdığını bildirdikdə o, baş vermiş hadisə barədə DİN-nin 102 xidməti zəng mərkəzinə və Abşeron rayon polis İdarəsinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, təxminən 2022-ci ilin may ayında atasının dostu Cavid adlı ustadan iş öyrənmək məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən avtomobil təmir sexinə gedib-gəlmişdir. O, həmin sexdə hər hansı bir formada avtomobil təmir etməmiş, sadəcə ustanın əlinə baxaraq avtomobillər və onların detalları barədə öyrənmişdir. Həmin vaxtlar ailəsi Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadığından və yol uzaq olduğu üçün bəzi vaxtlar həmin sexdə gecələmişdir. Həmin ərəfələrdə sexin yaxınlığında yaşayan Nihad və Ümid adlı şəxslərlə də tanış olmuşdur. Ümid bir neçə dəfə onunla birlikdə sexdə gecələmişdir. xx.xx.2022-ci il tarixdə adını bilmədiyi lakin müştəri kimi tanıdığı şəxs özünə məxsus Chevrolet Cruze markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində nasazlıq olduğu üçün təmir etdirmək məqsədilə Cavid ustanın işlədiyi sexə gətirmişdir. Cavid usta həmin gün vaxtının olmadığını bildirərək avtomobilə növbəti gün baxış keçirəcəyini söz vermişdir. Axşam saat 21 radələrində Cavid usta işini yekunlaşdırıb gedərkən o, Caviddən gecə sexdə qalmaq üçün icazə istəmişdir. Cavid usta etiraz etməyərək ona icazə vermişdir. Həmin vaxt onun yanında Nihad və Ümid olmuşdur. Saat təxminən 23 radələrində o zarafat etmək məqsədi ilə Chevrolet Cruze markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını sexdən götürüb sükana əyləşmişdir. Həmin vaxt Ümid onun açarı haradan götürdüyünü görmüşdür. Ümid də yanında oturduqdan sonra onlar Nihada avtomobili sürəcəklərini demiş, lakin Nihad oradan uzaqlaşdıqdan sonra avtomobildən düşüb sexə qayıtmış və açarı yerinə qoymuşdur. Bir qədər sonra yatmağa gedərkən Ümid onunla birlikdə sexdə qalmaq üçün icazə istəmişdir. O Ümidə etiraz etməyərək ona icazə vermiş və birlikdə sexin istirahət üçün ayrılmış hissəsinə gedib yatmışlar. Növbəti gün, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində yuxudan durduqda Ümidin orada olmadığını görmüşdür. Ümidin daha erkən yuxudan durub getdiyini fikirləşib əhəmiyyət verməmişdir. Çölə çıxdıqda Chevrolet Cruze markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerdə olmadığını görmüş, daha sonra açarı qoyduğu yerə baxdıqda açarın da yerində olmadığını görmüşdür. O, Nihadgilə gedərək Ümidin müştərinin avtomobilini qaçırdığını demiş, Nihad da Ümiddin saat 6 radələrində onun evinə gəldiyini və avtomobili vurmasını bildirdiyini demişdir. Daha sonra Cavid usta sexə gəlmiş və avtomobilin harada olduğunu soruşduqda Ümidin qaçırdığını demiş və hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ İŞ-nin müstəntiqi X4 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayında **-LF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuş, ilkin istintaq hərəkətləri həyata keçirilmiş, daha sonra həmin avtomobilin Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığı müəyyən olunmuş, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, daha sonra o tutulmuş, ilkin ifadəsində təqsirini etira etdərək qaçırdığı avtomobilin açarlarını evdə saxladığını bildirmiş, daha sonra hadisə yerinə Təqsirləndirilən şəxs, qanuni nümayəndə və müdafiəçinin iştirakı ilə keçirilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Taləddin oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, **-LF-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobili 2017-ci ildə əldə etmiş, 19 mart 2018-ci ildən həmin avtomobili Zərərçəkmiş şəxs idarə edir. Belə ki, onlar alqı-satqı etsələr də, avtomobili Zərərçəkmiş şəxs adına keçirməmiş, ona görə də hal-hazırda **-LF-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobilin faktiki sahibi Zərərçəkmiş şəxsdur və mülkiyyəti ona məxsusdur. Ona görə də baş vermiş hadisəsi ilə əlaqədar olaraq zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs tanımasını xahiş etmişdir. İş üzrə şahid qismində tanınmış Şahid2 Taləddin oğlu ərizə verərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, **-LF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı 2420 (iki min dörd yüz iyirmi) manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiyməyləndirmə aktından görünür ki, **-CE-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E230” minik markalı avtomobilə dəymiş ziyan 2100 (iki min yüz) manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə iş üzrə digər materiallarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki,Təqsirləndirilən şəxs talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindəı verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Şirinov X7 rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməməsini və məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş və müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törədən zaman yetkinlik yaşına çatmayan şəxs olduğunu onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırılan hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini onların törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni və əsaslı olmaqla cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan olunmuş və o, xx.xx.2022-cil tarixdə tutulmuş, həmin tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, cəmi 02 (iki) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və yaşayış yeri üzrə saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Məhkəmə mülki iddiaçı Şahid1 tərəfindən istintaq dövründə verilmiş ərizəsini nəzərdən keçirərkən onun ərizə ilə müstəntiqə müraciət edərək mülk iddiaçı qismində tanınmasını xahiş etdiyini, müstəntiqin xx.xx.2022-ci il tarixli qərar ilə Şahid1 mülki iddiaçı qismində tanınması barədə qərar qəbul etdiyini, lakin mülki iddiaçı qismində tanınan şəxsin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə uyğun olaraq istintaq və məhkəmə zamanı ona hüquqları izah edilməsinə baxmayaraq mülki iddia ərizəsi tərtib edərək təqdim etmədiyi müəyyən etmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, onun şifahi mülki iddiasını qəbul etməkdən imtina edilməli, mülki iddiaçıya ümumi mülki icraat qaydasında məhkəməyə müraciət etməsi izah edilməldir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 240 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə onun üzərinə Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və yaşayış yeri üzrə saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Mülki iddiaçı Şahid1 şifahi mülki iddiası qəbul edilməkdən imtina edilsin və mülki iddiaçı Şahid1 vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 240 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar