Məhkəmə qərarları › İş №1(012)-17/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-17/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-17/2021 02.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ailəsi ilə ünvan 2, mənzil 15 ünvanında yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində şifahi razılıq əsasında kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən ev 4 mənzil 1-dən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 500 manat dəyərində «Samsung» markalı plazma televizoru, 01 ədəd sintetik materialdan hazırlanmış, üzəri ağ-qırmızı rənglərlə, naxışlarla bəzədilmiş 3x4 metr ölçüdə 250 manat dəyərində xalçanı və 01 ədəd 25 manat dəyərində qaz balonunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 775 (yeddi yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, rəsmi olaraq bir yerdə yaşadğı Şahid1 ilə 2018-ci ilin sentyabr ayından Bakı şəhəri, Biləcəri qəsəbəsində yaşamış, 2019-cu ilin mart ayının əvvələrində o, Sədaqət və anası Həqiqət Baxışova ilə birlikdə ünvan 3 mənzil 1 ünvanında adı yadında qalmayan maklerdən 200 manata 02 otaqlı, orta təmirli kirayə ev götürmüşlər. Evin otaqlarında demək olar ki, bütün avadanlıqlar - zalda yerdə xalça, stol-stul, 01 ədəd divan, 01 ədəd markası yadında qalmayan ağ rəngli plazma televizor, yataq otağında 01 ədəd iki nəfərlik çarpayı olmuşdur. Təxminən 01 həftə orada yaşadıqdan sonra oraya bacısı Badam Baxışova və sonuncunun əri Zaur iki azyaşlı uşaqları ilə birlikdə gəlib onlarla təxminən iki həftəyə yaxın orada qalmış, ev tapdıqdan sonra onlar çıxıb getmişlər. Evdə yaşadıqları vaxt bir nəfər adını bilmədiyi orta yaşlı kişi evə gələrək özünü evin sahibi kimi təqdim etmiş və evin pulunu makler Mirəzizağaya verməklərini bildirmişdir. Yaşadıqları müddət ərzində arvadı Sədaqətin ehtiyatsızlığı ucbatından əli televizora dəymiş və televizor yerə düşərək ekranı çatlamışdır. O, evə gəldikdən sonra arvadı Sədaqət ona televizoru sındırdığını bildirmiş və o, televizoru düzəltdirmək üçün ustaya aparmışdır. Bundan sonra anası ilə birlikdə evin sahibinə zəng vuraraq televizoru sındırdıqlarını və televizoru ustaya düzəltdirmək üçün verdiklərini demiş, ev sahibi isə problem yaratmayaraq onlara televizoru düzəltdirib yerinə qoymaqlarını tapşırmış, onun anası evin sahibinə əgər düzəltdirə bilməsələr yenisini alıb yerinə qoyacaqlarını söyləmişdir. 2019-cu ilin aprel ayının əvvəlləri evin kirayə pulunu 2-3 gün gecikdirdikləri üçün anası Həqiqət Baxışova evin sahibinə zəng vuraraq əlavə vaxt istəmiş, lakin evin sahibi onun anasına kobud cavab verərək evdən çıxmaqlarını tələb etmiş, bundan sonra makler Mirəzizağada evdən çıxmaqlarını demiş, həmin gün onlar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində kirayə ev tapmış və bütün əşyalarını kirayə qaldıqları evdən götürüb oraya köçmüşlər. Arvadı Sədaqət evin açarlarını Mirəzizağaya vermişdir. Sonda o, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2013-cü ildə ünvan 4 mənzil 1 ünvanında özünə ev almış, bir müddət həmin evdə uşaqları yaşamış, lakin 2019-cu ilin fevral ayında o, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində mənzil istismar sahəsinin müdiri işləyən Mirəzizağaya həmin evi kirayə vermək üçün açarları vermiş, 2019cu ilin fevral ayının əvvələrində Mirəzizağa ona zəng vuraraq evi 200 manata kirayə verdiyini, evdə çatışmayan əşyaları yəni xalçanı, qaz balonunu və stol gətirməyi ona bildirmişdir. Təxminən xx xxxxxx 2019-cu il tarixdə qardaşı ilə birlikdə ev üçün 01 ədəd xalça, 01 ədəd qaz balonu, jurnal stolu və karniz gətirmiş, o, evə getdikdə qapını 25-30 yaş arasında cavan qız açmış, o, həmin qıza evin sahibi olduğunu bildirmiş, həmin vaxt evdə özünü Vüqar kimi təqdim edən şəxs də olmuş, sonuncu ona evdə ailə üzvləri ilə birlikdə kirayə yaşadıqlarını bildirmiş, o, kirayə qalan şəxslərə rayondan gətirdiyi 01 ədəd xalçanı, 01 ədəd qaz balonunu, jurnal stolunu və pərdə karnizini vermişdir. Rayondan gətirdiyi əşyalardan başqa onun evində 01 ədəd Samsung markalı plazma televizor, 02 ədəd divan, 05 ədəd stollar və digər əşyalar olmuşdur. Söhbət əsnasında özünü Vüqar kimi təqdim edən şəxs ona hər ayın sonunda onun kirayə pulunu verəcəyini demiş, təxminən xx xxxx 2019-cu il tarixdə Mirəzizağa ona zəng vuraraq ondan evində kirayə qalan şəxslərin kirayə pulunu verib vermədiklərini soruşmuş, o, da kirayə qalan şəxslərin ona pul vermədiklərini və göndərmədiklərini bildirmiş, bundan sonra o, istifadəsində olan mobil telefon vasitəsilə Vüqar adlı şəxsin istifadəsində olan mobil telefona zəng vurmuş, telefona bir qadın cavab vermiş o, həmin qadına kirayə pulunu nə səbəbə görə vermədiklərini bildirmiş, həmin qadın da ona verməli olduqları kirayə puluna onlar ev üçün dolab düzəltdirəcəklərini söyləmiş, o, telefonda həmin qadınla razılaşmamış və sonuncudan kirayə pulunu vermələrini tələb etdikdə ondan 3-4 gün vaxt istəmiş, o, da buna razılıq verməmişdir. Təxminən xx xxxx 2019-cu il tarixdə Mirəzizağa onun istifadəsində olan mobil telefona zəng vuraraq evində kirayə yaşayan şəxslərin evdən çıxdığını və evin açarlarını isə heç kimə vermədiklərini bildirmişdir. Bundan sonra o, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə getmiş və Mirəzizağaya onunla birgə evə baxmağa getmək üçün zəng vurmuş, bir neçə dəqiqə keçdikdən sonra o, və Mirəzizağa evə getmişlər, o, evin qapısını özündə olan açarla açmış və evində 01 ədəd 500 manat dəyərində plazma markalı televizorun, 01 ədəd 150 manat dəyərində xalçanın və 01 ədəd 25 manat dəyərində qaz balonunun olmadığını görmüşdür. O, Vüqara zəng vurub əşyalarının harada olduğunu soruşmuşdur. Vüqar da ona televizorun xarab olaraq ustada olduğunu, qalan əşyaları isə səhvən özləri ilə apardıqlarını bildirmiş və həmin əşyaları sabah saat 15 radələrində gətirib verəcəklərini bildirmiş, səhərisi gün Vüqar adlı şəxs əşyaları gətirib çıxartmamış, buna görə də o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq evində kirayə yaşayan Vüqar adlı şəxs tərəfindən əşyalarının oğurlandığını bildirmişdir. xx.xx.2019-cu il tarixdə axşam saat 18 radələrində onun istifadəsində olan mobil telefona özünü Təqsirləndirilən şəxs anası kimi təqdim edən Həqiqət adlı qadın zəng vuraraq ona məxsus evdə kirayə yaşamış oğlu Saqi Baxışov tərəfindən götürülən 01 ədəd xalçanı axşam saatlarında gətirib ona təhvil verəcəklərini, 01 ədəd plazma televizorun isə ustada olduğunu və həmin televizoru da yaxın günlərdə ustadan götürüb qaytaracaqlarını bildirmişdir. xx.xx.2019-cu il tarixdə axşam saat 21 radələrində onun istifadəsində olan mobil telefona Həqiqət adlı qadın zəng vurub xalçanı bir nəfərlə göndərdiyin demiş, danışdıqdan təxminən 30 dəqiqə sonra bir nəfər adını bilmədiyi əvvəllər görmədiyi cavan oğlan ona məxsus xalçanı yaşadığı evə gətirib verərək həmin xalçanı Həqiqətin göndərdiyini və televizoru da sabah göndərəcəyini söyləmiş, daha sonra o, xalçaya baxdıqda həqiqətən də həmin xalçanın ona məxsus olduğunu görmüş, o, xalçanı götürüb yaşadığı evə qoymuş, hazırda həmin xalça onun evindədir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Museyib oğlunun notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Baxçalı MTK-da komendant işləməklə yanaşı, həmçinin həmin ərazidə maklerlik edir. 2019-cu ilin fevral ayında “xxxx” müdiri işləyən Mirəzizağa ona Baxçalı MTK-da yaşayan Zərərçəkmiş şəxs evini kirayə vermək lazım olduğunu və evin açarlarını ona verdiyini bildirmişdir. Təxminən 2019-cu ilin mart ayının əvvəllərində işlədiyi ofisə əvvəllər tanımadığı iki qadın gəlmiş onlardan birinin 50-55, digərinin isə 30-35 yaşlı olmuşdur, sonuncular ona kirayə ev lazım olduğunu bildirdikdə o, Zərərçəkmiş şəxs məxsus evi onlara göstərmiş, sonuncuların ev xoşlarına gəlmiş və evi 200 manata götürməyə razılaşmışlar, evə görə 50 manat beh almış və evin açarlarını qadınlara vermiş, sonuncular evə sabah köçəcəklərini və pulun qalanını da sabah verəcəklərini bildirmişlər. Səhərisi gün adı yadında qalmayan qadın ona qalan pulu, yəni 150 manatı vermişdir. Evi kirayə verdikdən sonra o, 200 manat kirayə pulunu Mirəzizağaya vermişdir. Kirayədə qalanlar bir müddət orada qaldıqdan sonra Mirəzizağa ona Zərərçəkmiş şəxs məxsus evdə kirayə qalan adamların evin əşyalarını yəni 01 ədəd xalçanı, 01 ədəd televizoru və 01 ədəd qaz balonunu oğurlayıb getdiklərini bildirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, əri Təqsirləndirilən şəxs ilə və qaynanası Həqiqət Baxışova ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda kirayə yaşayırlar. 2018-ci ilin sentyabr ayından o, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq birlikdə yaşayır. 2019-cu ilin mart ayının əvvələrində o, əri Təqsirləndirilən şəxs və qaynanası X1 rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 4 mənzil 1 ünvanında 200 manata iki otaqlı, orta təmirli evi kirayə götürmüşlər. Evin otaqlarında demək olar ki, bütün avadanlıqlar olmuş, belə ki, zalda yerdə xalça, stol, stul, 01 ədəd divan, 01 ədəd markası yadında qalmayan ağ rəngli plazma televizor, yataq otağında 01 ədəd iki nəfərlik çarpayı olmuşdur. Təxminən bir həftə orada yaşadıqdan sonra əri Təqsirləndirilən şəxs bacısı Badam Baxışova və sonuncunun əri Zaur iki azyaşlı uşaqları ilə birlikdə oraya gəlib onlarla təxminən iki həftəyə yaxın qalmış, ev tapdıqdan sonra onlar çıxıb getmişlər. Evdə yaşadığı vaxt bir nəfər adını bilmədiyi orta yaşlı kişi evə gələrək özünü evin sahibi kimi təqdim etmiş və evin pulunu makler Mirəzizağaya verməklərini bildirmişdir. Həmin evdə kirayə yaşadıqları müddət ərzində o, evi təmizləyərkən ehtiyatsızlıqdan əli televizora dəymiş və televizor yerə düşərək ekranı çatlamış, bundan sonra televizor göstərməmiş, əri Təqsirləndirilən şəxs evə gəldikdən sonra isə o, ərinə televizoru sındırdığını bildirmiş və əri televizoru düzəltdirmək üçün ustaya aparmışdır. Bundan sonra qaynanası və əri evin sahibinə zəng vurub televizoru sındırdqlarını və televizorun ustaya düzəltdirməyə verdiklərini demiş, ev sahibidə düzəltdirib yerinə qoymağı söyləmiş, qaynanası da əlavə olaraq əgər düzəlməsə yenisini alıb yerinə qoyacaqlarını bildirmişdir. 2019-cu ilin aprel ayının əvvəlləri evin kirayə pulunu 2-3 gün gecikdirdikləri üçün qaynanası Həqiqət Baxışova evin sahibi Zərərçəkmiş şəxs zəng vurub əlavə vaxt istəmiş, lakin evin sahibi qaynanasına kobud cavab verərək, evdən çıxmaqlarını tələb etmişdir. Təxminən 2019-cu ilin aprel ayının 10-da o, evdə olan vaxt evin qapısını Mirəzizağa döymüş və o, sonuncuya evdə heç kimin olmadığını bildirmiş, Mirəzizağa da ona evdən çıxmalı olduqlarını deyib getmişdir. Qaynanası Həqiqət evə gəldikdən sonra o, sonuncuya evdən çıxmalı olduqlarını bildirmişdir. Həmin gün onlar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində kirayə ev tapmışlar və bütün əşyalarını götürüb oraya köçmüşlər. Evin açarlarını isə makler Mirzəzizağaya şəxsən özü vermiş, lakin evin televizorunu bü günə kimi sahibinə qaytarmadıqlarını, ustada olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Mirbaba oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs təxminən 3 ilə yaxındır ki, tanıyır. O, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Baxçalı MTK-nın sədridir və Zərərçəkmiş şəxs da həmin MTK-da mənzili olduğu üçün tanıyır, onların münasibətləri normaldır. Təxminən 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxs onun işlədiyi ofisə gələrək özünə məxsus ünvan 5 mənzil 1 ünvanında yerləşən evini kirayə vermək istədiyini və ona köməklik edib həmin evi kirayə verməyi ondan xahiş edərək evin açarlarını ona vermişdir. O, evin açarını ev-alqı satqısı ilə məşğul olan Şahid3 verib əgər evi kirayə istəyən olsa verməyi tapşırmış, bir müddət keçdikdən sonra Şahid3 ona Zərərçəkmiş şəxs məxsus evi kirayə götürmək istəyənlərin olduğunu bildirmişdir. Bundan sonra o, istifadəsində olan mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng vuraraq evi kirayə istəyənlər olduğunu bildimiş və bir neçə gün sonra Zərərçəkmiş şəxs özü evinin yerləşdiyi yerə gələrək kirayə qalmaq istəyən şəxslərlə görüşüb söhbət edərək evin pulunu da almışdır. Təxminən 1 ay keçdikdən sonra Zərərçəkmiş şəxs ona zəng vuraraq evində kirayə qalanların kirayə pulunu vermədikləri demiş, o, da sonuncuya bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs onun iş yerinə gələrək evindən 01 ədəd xalçasının, 01 ədəd plazma televizorunun və 01 ədəd qaz balonunun kirayə qalan şəxslər tərəfindən oğurlandığını ona bildirmişdir. X6 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X6 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19821 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd sintetik materialdan hazırlanmış, üzəri ağqırmızı rənglərlə, naxışlarla bəzədilmiş 3x4 metr ölçüdə xalçanın istifadə olunduğunu nəzərə alaraq 2019-cu ilin mart ayına olan orta bazar qiyməti təxminən 250 manat olduğu göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarında olan xx.xx.2019-cu il tarixli mütəxəssi rəyindən görünür ki, 2019-cu ilin mart ayı üçün Zərərçəkmiş şəxs evindən oğurlanmış 01 ədəd Samsung markalı televizorun və 01 ədəd qaz balonunun orta bazar qiyməti: -01 ədəd Samsung markalı televizorun qiyməti-500 manat -01 ədəd qaz balonunun qiyməti-25 manat kimi müəyyən edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində şifahi razılıq əsasında kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən ev 4 mənzil 1-dən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 500 manat dəyərində «Samsung» markalı plazma televizoru, 01 ədəd sintetik materialdan hazırlanmış, üzəri ağqırmızı rənglərlə, naxışlarla bəzədilmiş 3x4 metr ölçüdə 250 manat dəyərində xalçanı və 01 ədəd 25 manat dəyərində qaz balonunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 775 (yeddi yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin halları ilə təkzib olunduğundan onun özünümüdafiə xarakter daşıyan qeyri-səmimi ifadəsi kimi qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2019-cu il tarixli məhkumluq barədə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu ibtidai araşdırma zamanı istintaqdan gizləndiyi üçün xx.xx.2019-cu il tarixdə barəsində axtarış elan olunaraq iş üzrə icraat dayandırılmış və o, xx.xx.2019-cu il tarixdə tutulmuş, xx.xx.2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra o, məhkəmədən gizləndiyi üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən axtarış elan olunaraq icraat dayandırılmış və xx.xx.2020-ci il tarixdə tutulduğu üçün iş üzrə icraat həmin tarixdə təzələnmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Şəmkir rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs oğlunun yaşadığı yer üzrə, yəni Şəmkir rayon İcra və Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda, yəni Şəmkir rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd ağ-sarı qırmızı rəngli, naxışlarla bəzədilmiş 3x4 ölçüdə xalça saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Şəmkir rayonu ərazisini və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Şəmkir rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam öz qüvvəsində saxlanılsın. iş üzrə maddi sübut 01 ədəd ağ-sarı qırmızı rəngli, naxışlarla bəzədilmiş 3x4 ölçüdə xalça saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar