Məhkəmə qərarları › İş №1(012)-17/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-17/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-17/2024 06.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Xüsusi ittihamçı X22 və onun vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, təqsirləndirilən şəxs X28, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1985-ci ildə Ağsu rayonu, Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli,himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X12 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndiriləməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X40 xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X28 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işi başlanmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılması barədə hökm qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, X28 2020-ci ilin oktyabr ayında «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Kanal13» TV kanalına verdiyi müsahibəsində onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymış, qəsdən yalan olduğunu bil-bilə cinayət qanunvericiliyi ilə nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlər törətdiyi barədə məlumatları yaymışdır. Belə ki, o, həmin müsahibədə «Ağsuda bir neçə dələduz polis tərəfindən bu kənd camaatına Kəndoba, Cəlayir, Abasxanlı camaatına divan tuturlar. Belə desək soyqırım edirlər də konkret. Qanunsuz qaydalar tətbiq edərək pandemiya dövründə camaatı aparıb cərimələyirlər, heç bir çek vermədən qanuni şəkildə maskanın cəriməsi 100 manat olduğu halda kimnən nə qədər, bacardıqları qədər alırlar. 300 manat, 400 manat, 500 manat alırlar və incidirlər. Saatlarnan polis şöbəsində ac susuz saxlayırlar. Mənə kənd camaatının danışdığı, bəzilərinnən olan deyilənlər və məlumata görə Çingiz və qardaşları Cəlayir kəndindən qanunsuz aparıblar bunları polis bölməsinə, və döyülüblər polis bölməsinə gedəndə. 400 manat əlbəəl alıblar 460 manat və 3 nəfəri hərəsinə 100 manatdan cərimə yazıblar. Bu işləri görən polislər konkret olaraq Ağsu rayonunda bir neçə adda. X70, Rəhim Əhmədov, Anar Həmidov, Zöhrab Əliyev və bir ikisi də var ki, onların adlarını qeyd eliyə bilmədim. Bunlar insanlara şər atırlar, böhtan atırlar. Qanunsuz olaraq aparırlar susuz, ac bölmədə saxlayırlar. Mən elə başa düşdüm ki, bunların özbaşınalıqları və bu kəndlərə bu cür hərəkət törətmələri bundan irəli gəlir ki, bunlar bu kənddə olan camaata qazanc mənbəyi kimi baxırlar, yem yeri kimi baxırlar. Və bəzilərini polis bölməsində döyürlər, incidirlər, saatlarnan, günlərnən ac saxlayırlar.Bu nə beynəlxalq hüquqa uyğun gəlir, nə Azərbaycan konstitusiyasına uyğundur. Bu konkret olaraq soyqrımdı. Bu insanlara qarşı törədilən bir cinayətdir. Hətta bu dünyada ən qatı cinayətkara qarşı bu tətbiq edilmir. Ac, susuz saatlarnan, sutkalarnan, günlərnən saxlayıb insanları incidirlər. Eyni zamanda nə bu bizim milli mənəvi dəyərlərimizə uyğun gəlir, nə dinimizə uyğun gəlir. Eyni zamanda bu nə kişiliyə uyğun gəlir. Bunlar bu hərəkətləri eliyirlər. Fakt olaraq Əhmədov Rəhim tərəfindən X36 döyülərək xəsarət alıb, polis bölməsində. Və Bakıda xəstəxanaların birinə yerləşdirilmişdir. Onun atası Daxili İşlər Nazirliyinə müraciət edib. Faktlar var ortalıqda. O insan xəsarət alıb. Bölmədə, şöbədə Əhmədov Rəhim tərəfindən bir neçə polisnən». Bu Zöhrab, Əliyev Zöhrab xüsusən bizim qonşu kənd, Kəndoba ilə münasibətlərimiz yaxşı olduğu halda gedir ora qeyri etik hərəkətlər edir, nə polisə yaraşan, nə kişiliyə yaraşan, nə insanlığa yaraşan hərəkətlər edir. Və o insan. Kəndoba kəndinin camaatı bizimlə həm qohumluğu var, eyni zamanda yaxşı münasibətləri var. Biz olarnan xoş münasibətdəyik. Onlar da dəfələrnən narazılıq eləyiblər ki, bu nədir bu polis gəlir. Bizim kəndimizdə də onların da kəndində də polis işləyən var o bu cür qanunsuzluqlar eləmir. Şəxsən bizim kəndimizə gələndə. Mən adların çəkmirəm. Bizim kəndimizdə başqa bir polis də var. O da Ağsu idarəsində işləyir. O da belə hərəkətlər eləmir. Ümumiyyətlə bu kəndin camaatı Kəndoba, Cəlayır, Abasxanlıdı bütövlükdə polisdən narazılıqları yoxdur, bu 4-5 polisdən narazıdırlar. Bizim ağlı başında, səliqəli işləyən polislərimiz var. Kəndobadan var adın çəkmədim. Bizim öz kəndimizdə var uzun müddət Ağsu rayonunda yaşayıb. Səliqəli bir insandı. Polis kimi özünə hörmət qoyur. Bəzən də bunlar deyir ki, biz yaxşı eliyirik, belə eliyərik. Əlimizin içindən gəlir. Deyərdim ki, insanlar bunlardan, bəzi insanlar bunlardan qorxurlar, çəkinirlər. Bunların bu hərəkətlərinə görə. Elə insanlar. Tutalım o Vilayət ki var, müsahibə, ondan intervü götürəndə o qaçıb. Amma etiraf eliyir ki, mənə zülm eliyiblər. Mənə tezdənnən axşama qədər ac susuz saxlayıblar. Yalnız mən qorxuram. Biz ona sual verəndə sənə kim eliyib. Bəs bu barədə araşdırmalar gedəcək, biz danışacıq. O dedi, siz nəbadə danışasız. Elə təsəvvür elədi ki, Anar Həmidov Azərbaycanın bir rayonunda Polis şöbəsində serjant işləyir. Şəxsən o Azərbaycanın yiyəsidi. Bunlar kənddə özbaşınalıq. Hərc mərclik, kimə çatdı döyürlər, kimə çatdı cumurlar. Belə çıxır ki, bunların hərəkətləri əgər qanun çərçivəsində görülməsə, bəyəm bu Azərbaycan bizim ölkə cəngəllik qanunları ilə idarə olunur? Onda belə çıxır ki Cəlayır kəndində, Kəndoba kəndində, Abbasxanlı kəndində, qolu güclülər bir 30-40 nəfər yığılsın getsin polis idarəsində müharibə elan eləsin. Hərə bir lapatqa, balta, yaba, götürsün müharibə eləsin. Biz harda yaşayırıq? Suriyada yaşayırıq? Hansısa Afrikanın bir ucqar kəndində yaşayırıq. Bu dövlətdi. Burda qanun qayda var. Bu əmələ gəlmir axı bu işlər. Xüsusən X70, baş tədqiqatçı, apardığı bu son cinayət işi ilə bağlı böyük nöqsanlara yol verib. Cinayətkarın cinayətin gizlədərək xüsusən gedib cinayətkarnan X27 Ağsuda 200 qram araq içib və Əhmədov Rəhimin iştirakı ilə gəlib cinayətkarın cinayətini gizlədib. O hadisədə ki, hədd aşma olub, xuliqanlıq olub insanlara qarşı cinayət olunub. Belə nəticəyə gəlirsən ki, bu öz savadınan gedib hüquqşünas olmayıb. Polis olmayıb. Belə nəticəyə gəlmək olur ki, bu dananı, qoyunu satıb gəlib polis olub. Daha sonra, o, müsahibəsində bildirmişdir ki, polis İdarəsi dəqiq bilmirəm, məndə olan məlumata görə, amma İcra Başçısı bu prosesi, olan hadisələri nəzarətə götürüb, eyni zamanda bu barədə X9 dediklərinə görə İcra Başçısı bunu konkret öz nəzarətinə götürüb. Bilir bunların özbaşınalıqların. Bu barədə onda olan məlumata görə iş görür. Heç bir problem yoxdu deyir, İcra Başçısı bu barədə işlər görür. Eyni zamanda məhkəmədən narazılıq yoxdur. Soruşdum. Olar da bunu nəzarətə götürüblər bilirlər bu cinayətkarları ki, özbaşınalıqları və prokuraturadan da müəyyən qədər deyəsən bilirlər... Polis idarəsində deyəsən olan məlumat yoxdur bizdə demək olar ki, onlar indi nə işlər görür nə proseslər görür.Daxili işlər Nazirliyindən kimsə kəndə gəlsin ya Kəndoba kəndinə, ya Ağsu rayonuna, ya Cəlayır kəndinə gəlsin nümayəndə yerində insanları dinləsin. Və insanların problemi nədi və niyə görə bu insanlar soyqrımla üzləşiblər.Kimdi axı bu Anar Hümbətov? Kimdir X71, Rəhim Əhmədov, Vüsal Hüseynov?». Bundan başqa, o, «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Bumeranq» TV kanalında «Sənin səsin» rubrikasında verdiyi müsahibəsində bidirir ki, deməli bizim kəndin və qonşu kəndin, Kəndoba kəndinin Ağsu rayonunun bəzi Polis işçilərindən narazılıqları var. Və o polislərin xüsusən Kəndoba, Cəlayır kəndinin sakinlərinə qeyri-qanuni hərəkətləri var. Bu pandemiya dövründə bəzi beynəlxalq hüquqa, beynəlxalq qaydalara xüsusən Azərbaycan konstitusiyasının qanununa zidd olaraq incidiblər. Xüsusən burda mən adlar qeyd eləmişəm ki, kimlər bunlardan əziyyət çəkiblər. Deməli, bizim Cəlayır kəndindən X16, X41, Çingiz adında Cəlayır kənd sakini öz narazılığını bildirib. Bu pandemiya dövründə bunları qanunsuz incidən polislər kimlərdir. Deməli burda Anar adlı polisdi, bunları şərliyərək Əjdər dediyimiz şəxsi Abbasov Əjdəri şərləyərək, qanunsuz tutaraq polis bölməsinə aparıb və xüsusən o Çingiz, 3 qardaş olar ki, Cəlayır kəndindəndi. Deməli, onlar bostan əkiblər qıraq kənddə bizim ana vətəni sayılır onların. Bu dövrdə gediş-gəliş olmalıdır qanunla kənd təsərrüfatına qadağa olmadığı halda buları yolda şərləyərək, qayda-qanunu, karantin qaydalarını pozmaqla bağlı bunları bölməyə aparıb 400 manat əlbəəl pul alıblar bunlardan.Bunları cərimələyib, bundan da izafə 300 manat bunların hərəsinə 100 manat 100 manat pul yazıblar cərimə. Xüsusən də onun qardaşı təzyiqnən üzləşib, deyib əgər siz bu pulu ödəməsəniz 20 sutka sizə iş veriləcək. Yəni sizi 20 sutka həbs edəcik. Bu Anardı. Onnan sonra gəldik bu Əhmədov Rəhim. Əhmədov Rəhim deməli öz qohumun əqrəbasım qardaşı bələdiyyədi. Cəlayır kəndində qoçuluq, özbaşınalıq, konkret olaraq kənd camaatına zülm eliyiblər, kənd camaatını incidiblər. X63 var. Başsız ailədir. Qardaşını öyrədərək gedib onun çəpərini sökməyi, halbuki qadın onu öz zəhməti ilə, öz əxlaqı ilə, öz mənəviyyatı ilə, öz əlinin zəhməti ilə özünə ev tikib. Həyət düzəldib. O bizim fəxrimizdir. İftixarımızdır. Bu halda olara təzyiq eləyiblər. Və ona deyib ki, sən çəpəri sökməlisən. Sökmədiyin halda biz polisnən gəlib sizi cərimə edəcik. 8000 manat deyib sizə kəsəciy. Onnan sonra dayısı Salaməddin kənddə dəfələrlə qoçuluq edib, və güvəndiyi yerdə bacısı oğlu müstəntiq, Ağsu rayonunu müstəntiqidir, ona güvənib. Və xüsusən də bizim kəntdən bir neçə polis işçisi var ki, bunlar bizi qarşı o birisi kəndlərlə üzbəüz qoyur. X25, gedirlər qonşu kənddə bizim olarnan şirin, qəşəy münasibətimiz var. Qohumluğumuz var. Gedirlər orda polisə yaraşmayan, insanlığa yaraşmayan hərəkətlər edirlər. Olar da bizə narazılığını bildirir ki, sizin kənddən bunlar gəlib niyə belə hərəkətlər eləyir. Dəfələrlə şəhid ailəsini incidib. Şəhid qardaşının incidib, Cəlayırda. X72. Onnan izafə bunlar qonşu kəntdə törətdiyinə görə bizim o kəndlə münasibətlərimiz çox pis vəziyyətə gəlib çıxıb. Mən xahiş edirəm artıq dərəcədə, yəni bizim ümumiyyətlə Ağsu polisinin hamısınan işimiz yoxdur. Burda adı çəkilənlərlə bağlı 4-5 polisdir ki, bunlar barəsində tədbir görülsün. Mən kənd camaatı ilə həmsöhbət olanda belə başa düşdüm ki, bizim dövlətnən, dövlətçiliklə, Daxili İşlər Nazirliyi ilə heç bir problemimiz yoxdur. Xüsusən icra başçısı ilə problemimiz yoxdur, məhkəmə ilə problemimiz yoxdur, prokurotura ilə problemimiz yoxdur, bizim polis idarəsi ilə də problemimiz yoxdur. Burda 4- 5 polisin özbaşınalığı, xahiş eliyirlər əgər mümkündürsə Daxili İşlər Nazirliyi Vilayət Eyvazov təşrif buyura bilərsə gəlsin Kəndoba kəndinə ya Cəlayır kəndinə, camaatı dinləsin. Burda konkret beynəlxalq hüquqa zidd mövzular var. Cinayətlər var. Bir sutka insanı ac susuz saxlamaq.Biz təqribən belə deyə bilərik ki, yəni polis idarəsinin rəisinin əgər xəbəri varsa, indi biz dəqiq bilmirik. Məlumat var yoxdur. Bu mənada mən kənd camaatınan söhbət edəndə mən elə bilirəm ki bu ola bilsin ki, səhlənkarlıqdandı bu hadisələr baş verir. Polis İdarəsi göstəriş verməyəcək ki, siz gedin insanları gətirin ac, susuz tezdənnən axşama kimi. Ümumiyyətlə bu mövzu var ki, insanlar bu həqiqətən öz faktın tapıb. Burda bizim kəntdə Vilayət var, o ümumiyyətlə qorxusunnan danışmadı ki, məni tutarlar apararlar. Onu şəxsən tezdən saat 9-da axşam 10-a qədər ac, nə çörək veriblər nə su veriblər. Və xüsusən bu Əjdər var Abbasov Əjdər ki, Anar əliynən onu şərliyib aparıb salıb içəri ona tezdənnən saat 9-dan axşam 11-ə qədər nə su veriblər, nə çörək veriblər hətta onun qaynı ona çörək gətirib, onu da orda kimsə basıb yeyib,o çörəyi. Yəni, mən belə deyim ki, bu soyqrım deməkdi. Bizim kənd həm də Kəndoba kəndi çox zəhmətkeş, yəni işnən də nardı, heyvançılıqdı, bostandı, bu işlərnən məşğuldur. Öz zəhmətlərinən. O insanları görsən yəni simalarının, üzlərini həqiqətən də ki, görərəsən ki, onlar zəhmətkeş, öz çörəyini qazanan adam. Belə başa düşürəm ki, 3- 4 nəfər polis bura yem yeri kimi baxır. Bu Əjdər var a, tam səmimi görsəz o, 5 dənə təsərrüfat becərir, 20 dənə ailə bunun yəni ki, sahəsində dolanır. Belə deyək də öz ailəsidi, qardaşıdı, atasıdı, anasıdı bunlar bunu sayəsində. O insan deyərdim ki, heç kimə zərər vuran, söz danişanş ümumiyyətlə, o deyir ki, mən nə orda söyüş söymüşəm, nə orda atıq əksiy məni sadəcə götürüblər ki, sən ictimai asayişi pozmusan. O elə bir insan da deyil. Və burdan görsənir ki, buna elədikləri o tezdən axşama kimi çörək verməyiblər bu nə beynəlxalq hüquqa sığır, nə Azərbaycan Konstitusiyasına. Heç bu kişiliklə də uyğun gəlmir, insanlıqla da uyğun gəlmir. Bu soyqrımdı. Bu faciədir. Bunu mən elə başa düşürəm ki, bunu rəis bilsə idi, o idarənin rəisi heç bu şeylərə yol verməzdi. Mən elə başa düşürəm.Sadəcə burda adını çəkdiklərim Anar Hüseynov, xüsusən də burda Vüsal Hüseynov var. Deyim ki, cinayəti ört basdır eliyir və xüsusən də bunun hərəkətləri gedir cinayətkarnan Gözəl Ağsuda yeyib-içir gəlir. X47, Salaməddin Əhmədovun kənddə elədiyi qoçuluğu dəfələrnən elədiyi qoçuluğu öz qohumlarına arxalanaraq oğlu banditizmdə işləyir. Əhmədov Ədil və Xüsusən bacısı oğlu müstəntiqdi Ağsuda. Bunun vasitəsi ilə əlbir olaraq cinayəti, həddi aşmanı gizlədirlər. Mən belə başa düşürəm ki, belə cinayəti onun verdiyi rəy bu qənaətə gətirir ki, bunlar həqiqətən məktəb oxumuyublar. Bunlar dana heyvan satıb bunlar gəlib polis olublar. Belə nəticəyə gəlmək olar. Bu xüsusən də Vüsal Hüseynov ki, bu tədqiqatçı, baş tədqiqatçı. Belə nəticəyə gəlmək olur ki, onun verdiyi rəy bununla nəticələnir.Və xüsusən mən qeyd eləmək istəyirəm ki Abbasxanlı kəndindən X20. Vaqif oğlu. Onu döyüblər Əhmədov Ədil, başından xəsarət. Faktiki olaraq Bakıda balnisada yatır». Bundan başqa, o, «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «AzTimes.az» TV kanalında «Sənin səsin» rubrikasında verdiyi müsahibəsində bidirir ki, «mən X1 Ağsu rayon, Cəlayir kənd sakini. Deməli biz bibim oğlu X16 ilə kanallara İntervü vermişik. Ağsu polisinin dələduzluq və qoçuluğu və qanunsuz hərəkətləri barəsində. Ki, bunlar qoçuluq edirlər, insanları döyürlər və incidirlər. ...Ağsu rayonunun rəisi Fəxrəddin Abbasov. Sən demə bu qanunsuzluğun başında duran elə o özü imiş. Fakt olaraq bu günləri bibim oğlu X4 yaxın yerdə qurma planla oğurlatdırıb... Bunlar qanunsuz olaraq 15 polis tərəfindən qayı maşını ilə saxlanılıb və Mikayılı ordan oğurlayıblar, rəisin göstərişi ilə aparıblar bölməyə. ...Banditizmdə işləyən Ədil Əhmədov və Rəhim Əhmədovun tərəfini saxlayıb üztümüzə gəlib,., siz oların barəsində gedin Cəlayir kəndində məlumat toplayın. Olar insanlığa yaraşmayan hərəkətlər edirlər. Oların ailədaxili problemləri hamıya bəllidir. Nəynən məşğuldurlar. Hansı əxlaqın sahibidirlər. Olar da hamısı məlumdur». X28 onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlərin (CM-nin,soyqırım-103-cü mad.),ədalət mühakiməsi əleyhinə olan cinayətlərin (CM-nin bir neçə maddəsi ilə),korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin (CM-nin 308, 309, 311 -ci mad.) törədilməsi barədə məlumatların yalan olduğunu bilə-bilə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında qəsdən mənim şərəf və ləyaqətimi ləkələyən və nüfuzdan salan ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Həmçinin, X28 yuxarıda qeyd edilən məlumat və çıxışlarında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X40 şikayətini müdafiə edərək, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X22 vəkili Müdafiəçi1 şikayətin məzmununa uyğun izahat verib, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını və cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş təqsirləndirilən şəxs X28 elan olunan xüsusi ittihamda özünü təqsirli bilmədi və bildirdi ki, o, «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Kanal13» TV kanalına, "Az Time az."TV kanalında və «Bumeranq» TV kanalında «Sənin səsin» rubrikasına verdiyi müsahibələrdə X22 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmədiyi üçün şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X6 xüsusi ittihamçı X22 şikayəti ilə əlaqədar hüquqlarını müdafiə etdiyi X12 ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirsizliyi, eləcə də onun əməlində hər hansı bir cinayətin tərkibi olmadığı tam sübuta yetirildiyindən onun barəsində olan cinayət işi üzrə bəraət hökmü çıxarılmasını xahiş etdi. R.Əhmədovun xüsusi ittiham qaydasında şikayəti Abşeron rayon Məhkəməsində qanunverciliyin tələblərinn pozulması yolu ilə icraata götürülmüşdür. Xüsusi ittihamçının şikayəti M.Qənbərova göndərilməmişdir.Eyni zamanda Abşeron RİHB-nın Xırdalan şəhər İƏD-i üzrə nümayəndəliyindən 28 dekabr 2022-ci il tarixli, 469 nömrəli və 26 yanvar 2023-cü il tarixli, 179 nömrəli cavab məktublarından görürür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan M.Qənbərova Abşeron rayon Məhkəməsindən onun barəsində R.Əhmədovun şikayəti ilə əlaqədar məhkəməyə cağrılmasıl ilə bağlı hər hansı bildiriş daxil olmamışdır. Belə olan halda, M.Qənbərov üzürlü səbəblərdən R.Əhmədovun şikayəti ilə bağlı məhkəmənin hazırlıq iclasında iştirak etmək imkanını itirmiş, nəticə də məhkəmənin hazırlıq iclasında barəsində şikayət olunan şəxs kimi CPM-nin tələblərinə uyğun olaraq müdafiə olunmaq imkanını itirməklə, onun müdafiə hüquqlarının kobud surətdə pozulması yolu ilə R.Əhmədovun xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilmiş və M.Qənbərovun müdafiə hüquqlarının kobud surətdə pozulması nəticəsində aparılan məhkəmə araşdırması zamanı CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bundan əlavə, R.Əhmədovun xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsi zamanı CPM-nin 293.3.1-293.1.7-ci maddəsinin tələbləri pozulmuşdur. 1. Xususi ittihamçı R.Əhmədov tərtib etdiyi şikayətində barəsində şikayət olunan M.Qənbərovun məşğuliyyət növü göstərilməmişdır. 2. CPM-nin 293.3.2-ci maddəsinə əsasən şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Lakin xüsusi ittihamçı tərəfindən CPM-nin həmin tələbi yerinə yetirilməmişdir. Şikayətçi R.Əhmədov M.Qənbərovun adı keçən internet kanallarındakı çıxışını demək olar ki, əvvəldən axıra kimi yazarkən ona aid omayan, M.Qənbərovun digər şəxslərin barəsində dediyi cinayət xarakteri olmayan məlumatları yazmaqla şikayətin məzmunun genişləndirib güya xüsusi ittiham qaydasında şikayət yazmaq görüntüsü yaratmışdır. Belə ki, şikayətçi R.Əhmədov M.Qənbərovun "YouTube" sosial şəbəkəsi üzərindən yayımlanan "Kanal 13" TV kanalına verdiyi müsahibəni 2020-ci ilin oktyabr ayında verdiyini göstərsə də (həmin ayda 31 gün var ), məhz onun hansı gün verilməsi və yayımlanmasını, eləcə də onun "YouTube" sosial şəbəkəsi üzərindən yayımlanan "Bumeranq" TV kanalında verdiyi həmin müsahibənin vaxtı və müsahibənin hansı başlıq altında yayımlanması, həmin yayımın vaxtı (günü, ayı) barədə ümumiyyətlə məlumat verməmiş, şikayəti yazarkən baxış sayını qeyd etməmişdir. Bununla da, M.Qənbərova istinad etdiyi cinayət əməlinin vaxtı və digər zəruri materialları göstərməmişdir. Qeyd etmək yerinə düşər ki, hətta M.Qənbərov ümumiyyətlə 2020-ci ilin oktyabr ayında həmin videoçıxışı etməmişdir. Onun videoçıxışı 2020-ci ilin oktyabr ayının 1- dən əvvəlki vaxta düşür. 3. Bundan əlavə, xüsusi ittihamçı R.Əhmədovun tərtib etdiyi şikayətdən də görünür ki, M.Qənbərov həmin videomüsahibələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları Anar Hümbətov, X43, Vüsal Hüseynov, polis rəisi Fəxrəddin Abbasovun barəsində, eləcə də Rəhim Əhmədovun bələdiyyə sədri işləmiş qardaşının, eləcə də onun dayısı Salaməddin Əhmədovun və onun oğlu Ədil Əhmədovun barəsində tənqidi fikirlər səsləndirmişdir. M.Qənbərovun adı keçən şəxslərin barəsində internet kanallarındakı müsahibəsi ilə bağlı şikayəti isə R.Əhmədov deyil, həmin şəxslərin özü və yaxud onların nümayəndələri verə bilərdi. 4. Bundan əlavə, xüsusi ittihamçı R.Əhmədov şikayətində M.Qənbərovun onu CM-nin 103-cü maddəsi 308 (vəzifə slahiyyətlərindən sui istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 311 (Rüşvət alma) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham etdiyini bildirsə də, bütün bunları sübuta yetirən məlumatları şikayətə əlavə etməmiş və M.Qənbərov CM-nin həmin maddələrində nəzərdə tutulan cinayətin əlamətlərinin R.Əhmədovun əməlində mövcud olmasına dair həmin çıxışında hər hansı bir məlumat verməmiş, eləcə də səsləndirdiyi, R. Əhmədova aid olmayan, böhtan cinayətinin tərkibini yaratmayan fikirlərini isə məlum mənbələrin internet kanallarında və digər yerlərdə ifadələrinə istinad etmişdir. Belə ki, Cingiz və qardaşlarının "Cəlayir kəndindən polis bölməsinə qanunsuz aparlması və sair faklarla bağlı "Youtube" də Kanal 13-də "Döyə-döyə bizi basdılar maşına soyurlar, şərləyirlər bu polislər camaatı- Ağsudan şikayət "başlığı altındą 05 sentyabr 2020- ci il tarixdə Ağsu rayonu Cəlayir kənd sakini Çingiz Ağabalazadənin, X44 və X9 cəmi 09 dəqiqə 27 saniyə təşkil edən çıxışları yayımlanmışdır. Çingiz Ağabalazadə polislərin onu və qardaşını zorla maşına basıb aparmalarını, onların ünvanına nalayiq ifadələr işlətmələrini, polislərin onu rəis müavinin qəbuluna aparmalarını, onları tutan polisin rəis müavininə "balam ölsün bunlar mənə müqavimət göstərdilər" deməklə onları şərləməsini, rəis müavinin onlardan karantinlə bağlı kağızlarının olub olmadığını soruşmasını, onların hərəsinin 2 saat polisdə saxlanmasını, onlardan 460 manat əlbəl pul alındığını çek verilmədiyini, hərəsinə 100 manat olmaqla 300 manat cərimə yazıldığını bildirir. Hüquqlarını müdafiə etdiyi M.Qənbərov həmin məlumatları videomüsahibədə adlarını göstərdiyi şəxslərdən almışdır. Bu da xüsusi ittihamçı R.Əhmədovun M.Qənbərovun barəsində etdikləri şikayətin əsassız və qanunsuz olması deməkdir. 5. Bundan əlavə, X41 həmin yayımda çıxış edərək bildirir ki, bir şəxsin sexinin qabağında maşın saxlayarkən bəhanə edib onun qanunsuz olaraq polis tərəfindən şöbəyə aparılmasını, saat 10-dan axşam saat 10-a kimi orada saxlanmasını, ondan müavin Vüsal adlı şəxsin rəhmətə getmiş sahə rəisi Əli adlı şəxsin vasitəsi ilə 1000 manat pul verib çıxmasını bildirmiş, yalvar-yaxar edib 400 manat pul vermiş, pulu Əlinin vasitəsi ilə rəis müavini Vüsala verdiyini, sonradan Əlinin yol qəzasında ölməsini, sonradan da 50 manat ona cərimə yazılmasını bildiyini göstərmiş və polisin özbanaçılığı ilə bağlı prezidentə video ilə müraciət etdiyini bildirir. Sonda həmin kanalda məsələ ilə bağlı qarşı tərəfin mövqeyini İşıqlandırmağa hazır olduğu bildirilir. Bununla bağlı qeyd olunmalıdır ki, keçirilən məhkəmə istitaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi “Youtube" də Kanal 13də "Döyə-döyə bizi basdılar maşına soyurlar, şərləyirlər bu polislər camaatı-Ağsudan şikayət "başlığı altındą 05 sentyabr 2020-ci il tarixdə Ağsu rayonu Cəlayir kənd sakini Ç. Ağabalazadə, R.Abbasov və M.Ziyanalovun cəmi 09 dəqiqə 27 saniyə təşkil edən videoçıxışı təqdiq edilmiş və müdafiə tərəfinin göstərdiyi məlumatlar öz təsdiqni tapmışdır. Bundan əlavə, eyni zamanda qeyd olunan xüsusatla bağlı X16 məhkəmə iclasında şahid qismində ifadə verərkən videoçıxışında yaydığı məlumatları bir daha təqsdiq etmişdir. 6. Bundan əlavə, qeyd olunmalıdır ki, xüsusi ittihamçı R.Əhmədov "YouTube" də əgər doğrudursa polisi birbaşa ittiham edən şəxsləri, yəni Çingiz Ağabalazadə, Əjdər Abbasovun barəsində xüsusi ittiham qaydasında şikayət verməmiş, adları qeyd olunan Səbuhi Nəsibovun və onun atası Vaqif Nəsibovun onların barələrində cinayətin törədilməsi ilə bağlı bilə bilə yalan xəbərçilik etdiklərinə görə prokurorluq orqanlarına nə üçün şikayət verməmişlər? Əgər həmin məlumatlar yalandırsa və bu bilərəkdən verilmişdirsə, onda həmin şəxslərin əməlində böhtan cinayətinin tərkibi yaranacaqdır? Şikayətin verilməməsi həmin şəxslərin R.Əhmədov və qeyriləri barəsində verdikləri məlumatların doğru olmasınının yanakı olaraq təsdiqi deməkdir ki, M.Qənbərov videomüsahibələrində onları ittiham edən qeyri adiliyi onda özünü göstərir. R.Əhmədov onun barəsində həmin məlumatları verən şəxsləri deyil, onların sözlərinə inanaraq məlumat verən M.Qənbərovun barəsində xüsusi ittiham qaydasında şikayət vermişdir. Bu da R.Əhmədovun M.Qənbərova və onun ailə üzvlərinə qarşı olan qərəzli münasibətlərindən irəli gəlir. Qeyd etmək yerinə düşər ki, X17 adına olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış sənədində göstərilmişdir ki, xəstə Bakı şəhərji Travmatologiya xəstəxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş, xx.xx.2020-ci il tarixdə xəstəxanadan çıxmışdır. Xəstəlik tarixində qeyd olunanlara əsasən travmanı döyülmə nəticəsində almış, xəstədə kəskin baş ağrıları, başgicəllənmə ürəkbulanmadan şikayət edir. Qusması olub. Pasiyent xəstəxanaya daxil olarkən ümumi vəziyyəti orta ağır olmuşdur. Diqanoz qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, soltərfli alın, təpə, soltərəfli boyun və sağ tərəfli gicgah nahiyələrinin yumşaq toxumalarının əzilməsi aşkar olunmuşdur. 7. Bundan əlavə, xüsusi ittihamçı R.Əhmədov tərəfindən Ağsu rayonu Abasxanlı kənd sakini X17 Polis Bölməsində döyülərək xəsarət alması faktı ilə bağlı Səbuhi Nəsibovun polisə və prokurorluq orqanlarına rəsmi şikayəti vardır və bununla əlaqədar araşdırma aparılmış, qərarlar qəbul edilmişdir. M.Qənbərov da həmin şəxslərin məlumatlarına istinad etmişdir. Bundan əlavə, adı keçən şəxs X36 müstəntiq R.Əhmədov tərəfindən Ağsu rayon Polis Şöbəsində şahid qismində dindirilərkən zorakılığa məruz qaldığını, onun tərəfindən döyülərək xəsarət aldığını, özünün və atasının bununla əlaqədar olaraq rayon prokurorluğunavə hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər etdiyini bildirmişdir. Göründüyü kimi, M.Qənbərovun xüsusi ittihamçı R.Əhmədovun şikayətidə onun S.Nəsbova qarşı etdiyi zorakılıq həmin şəxsin və onun atasının verdiyi məlumatlara əsaslanmış, M.Qənbərov da həmin məlumatların doğruluğuna inanmışdır. 8. Bundan əlavə, M.Qənbərov həmin videomüsahibəsində bildirir ki, "Vilayət ki, var, müsahibə, ondan intervü götürəndə o qaçıb. Amma etiraf eləyir ki, mənə zülm eləyiblər. Məni tezdənən axşama kimi ac-susuz saxlayıblar. Yalnız mən qorxuram. Biz ona sual verəndə ki,sənə kim eləyib. Bəs bu barədə araşdırmalar gedəcək, biz danışacağıq. O dedi ki, siz nə badə danışasınız. Elə təsəvvür elədi ki, Anar Həmidov Azərbaycanın bir rayonunda polis şöbəsində polis serjantı işləyir. Şəxsən o Azərbaycanın yiyəsidir...." Həmin çıxışın mətnindən görünür ki, M.Qənbərov həmin məlumatı Ağsu rayonu Cəlayir kənd sakini X7 ona dediklərinə əsaslanaraq və inanaraq bildirmişdir. Xüsusi ittihamçıların əlində Vilayət İsmayılovun həmin məlumatı ona verməsini təkzib edən, həmin məlumatı onun özündən uydurduğunu təsdiq edən hər hansı mötəbər məlumat olmamışdır. Digər bir tərəfdən, məlumatdan görünür ki, Vilayət adlı şəxs polis əməkdaşı olan Anar Həmidovun ona qarşı qanunsuz hərəkətlərindən narazılığını ifadə etmiş və qorxusundan rəsmi şikayət etməmişdir. Belə olan halda, bu məsələ ilə bağlı xüsusi ittiham qaydasında şikayəti vermək hüququndan polis əməkdaşı Anar Həmidov istifadə edə bilər. Anar Həmidovun isə belə bir şikayəti olmamışdır. Bundan əlavə, M.Qənbərov şikayətdə qeyd olunan həmin video müsahibəsində Vilayət adlı şəxsin polis işçiləri X49 tərəfindən ac-susuz saxlanmasına dair hər hansı bir ifadə işlətməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, M.Qənbərovun həmin videomüsahibəsi ilə Vilayət İsmayılov razı deyildirsə ondan şikayət edərdi. Həmin videomüsahibədən uzun müddət vaxt keçib, lakin həmin şəxs M.Qənbərovdan şikayət etməmişdir. X50 İsmayılovdan şikayətinin olmaması, bu məslə ilə bağlı onunla razılaşması deməkdir. 9. Bundan əlavə, M.Qənbərov həmin videomüsahibəsində Ağsu rayon Polis Şöbəsinin baş təhqiqatçısı Vüsal Hüseynovun xidməti fəaliyyətindən narazılığını aşağıdakı şəkildə bildirir: "Xüsusən X70, baş təhqiqatçı apardığı bu son cinayət işi ilə bağlı böyük nöqsanlara yol verib. Cinayətkarın cinayətini gizlədərək xüsusən gedib cinayətkarnan Əhmədov Salaməddinlə "Gözəl Ağsu"da 200 qram araq içib və Əhmədov Rəhimin iştiraki ilə gəlib cinayətkarın cinayətini gizlədib. O, hadisədə (söhbət M.Qənbərovun atası Malik Qənbərovun S.Əhmədov tərəfindən döyülməsi ilə bağlı aparılan şikayətlə əlaqədar baş təhqiqatçı V.Hüseynovun apardığı işdən gedir və bu da subyektiv yanaşmadır, başadüşüləndir) hədd aşma olub insanlara qarşı cinayət olunub. Həddi aşma dedikdə M.Qənbərov atası X21 Əhmədov tərəfindən döyülməsini nəzərdə tutur. Hansı ki, Salaməddin Əhmədov da xüsusi ittihamçı R.Əhmədovun dayısıdır. Hamin məlumatın isə ümumiyyətlə R.Əhmədova aidiyyatı yoxdur. Belə ki, S.Əhmədovun M.Qənbərovun atası Malik Qənbərovla su üstündə mübahisəsi olmuş, bununla bağlı araşdırmanı Ağsu RPŞ-nin baş təhqiqatçı Vüsal Hüseynov aparmış və M.Qənbərov baş təhqiqatçının sadə bir epizodda baş verən hadisəni vaxtında, tam, hərtərəfli və obyektiv aparılmasını təmin edə bilməməsi, həmin araşdırmaya bu qədər vaxt sərf etdiyi halda, onun qəbul etdiyi qərarların rayon prokuroru və rayon məhkəməsi tərəfindən qanunsuz hesab olunaraq bir neçə dəfə ləğv olunması, həmin şəxsin hüquqi savadının onun vəzifəsinin tələb etdiyi səviyyədə olmaması qənaətinə gəlmişdir. Buna görə də Azərbaycan dilinin zənginliklərinən istifadə edərək öz düşüncəsinə əsasən təşbeh, bənzətmə kimi sözlərdən istifadə etməklə "Buradan belə nəticəyə gəlmək olar ki, bunlar dananı, qoyunu satıb gəlib polis olub" demişdir. M.Qənbərov bu baş təhqiqatçı V.Hüseynovun hüquqi savadının vəzifəsinin tələb etdiyi səviyyədə olmaması qənaətinə gəldiyinə görə bu, onun öz hüquq düşüncəsinə görə fikirlərinin ifadə formasıdır. M.Qənbərovun dediklərinin əyani təsdiqi onun atasının şikayəti əsasında aparılan araşdırma zamanı M.Qənbərovun qəbul etdiyi qərarların ləğv edilməsi ilə bağlı rayon prokuroru və rayon məhkəməsinin qəbul etdiyi qərarlardır. 10. Bundan əlavə, hüquqlarını müdafiə etdiyi M.Qənbərovun öz videomüsahibələrində xüsusi ittihamçının qardaşı, bələdiyyə sədri işləmiş Ülvi Əhmədovun və dayısı X8 barəsində səsələndirilən ifədlərlə bağlı da R.Əhmədov deyil, həmin şəxsin özünün şikayət vermək hüququ vardır. Hərçənd ki, həmin məlumatlarda da böhtan və təhqir cinayətinin tərkibi yoxdur. 11. Bundan əlavə, xüsusi ittihamçı R.Əhmədovun şikayətində M.Qənbərovun verdiyi həmin videomüsahibəsinə istinad etməklə Vilayət adlı şəxsi səhər saat 09 dan axşam saat 10 kimi, Abbasov Əjdəri isə səhər saat 10-dan axşam saat 10 -a kimi susuz və çörəksiz saxladığını göstərilmişdir. M.Qənbərovun həmin şəxslərin ac-susuz saxlanmasını şəxsləri polis şöbəsinə polis serjantı Anar Hamidovun gətirdiyi öz təbirimcə məcazi manada "soyqrım" kimi qiymətləndirmişdir. Xüsusi ittihamçılar isə Azərbaycan dilinın zənginliklərini nəzərə almadan, şəxsin ac-susuz saxlanması ilə bağlı Azarbaycanda İşlətdiyi ifadələrinə "soyqrım" cinayəti kimi qiymət vermişlər. Maraqlı budur ki, həmin şəxslər onları polis şöbəsinə aparan serjant Anar Həmidovun apardığını bildirdikləri, həmin videomüsahibədə səsləndirilən fikirlər yalan olarsa, Anar Həmidovun mülki qaydada şikayət etmək hüququ olduğu halda, ondan aidiyyatı olmayan xüsusi ittihamçı R.Əhmədov M.Qənbərovdan şikayət etmişlər. 12. Bundan əlavə, xüsusi ittihamçı R.Əhmədovun xüsusi ittihamlı şikayətdə aidiyyatı olmayan, şikayət edən şəxslərlə əlaqəsi olmayan, digər şəxslərin barəsində M.Qənbərovun verdiyi videmüsahibədə səsləndirdiyi fikirlər yer almaqla şikayət cinayət tərkibi yarada biləcək məlumatlar deyil, adi söz yığınını təşkil etmişdir. Şikayətdə qeyd olunur: M.Qənbərov "YouTube" sosial şəbəkəsi üzərindən yayınlanan "Az Time az."TV kanalında "Sənin səsin" rubrikasında verdiyi müsahibəsində bildirir ki, "Ağsu rayonun polis rəisi Fəxrəddin Abbasov. Sən demə bu qanunsuzluğun başında duran o özü imiş. Fakt olaraq bu günlər bibim oğlu X4 yaxın yerdə qurma planla oğurlatdırıb. Bunlar qanunsuz olaraq 15 polis tərəfindən qai maşınla saxlanılıb. Mikayılı oradan oğurlayıb rəisin göstərişi ilə aparıblar bölməyə Banditizimdə işləyən Ədil Əhmədov və Rəhim Əhmədovun tərəfini saxlayıb üstümüzə gəlib". Bu fikirlərə görə xüsusi ittihamçı R.Əhmədov qeyriləri ilə birlikdə verdikləri əvvəlki şikayətlərində M.Qənbərovun onları CMnin 144-cü maddəsi ilə, yəni adam oğurluğunu nəzərdə tutan cinayət əməlini törətməkdə ittiham etsə də, həmin mətni bu şikayətində də saxlasa da M.Qənbərovun onu CM-nin hansı maddələri ilə ittiham etməsi ilə bağlı hissəsində CM-nin 144-cü maddəsini göstərməmişdir. Bu da xüsusi ittihamçının şikayətinin əsaslandırılmadığı, əvvəlki şikayətlərindən fərqli olaraq şikayətdə göstərilənlərin ona aid olub- olmamasından asılı olmayaraq, əvvəlki şikayətinin sonluğunun dəyişdirilib formal şikayət verdiyinə dəlalət edir. Belə ki, yuxarıda qeyd olunanlardan xüsusi İttihamçı R.Əhmədova aid olanı yalnız "rəis Rəhim Əhmədovun tərəfini saxlayıb üstümüzə galib" sözləridir. "Şəxsin tərəfinin saxlanması" sözləri isə nə cinayət, nə inzibati xətanın tərkibini yaratmır. Bundan əlavə, qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan faktları təsdiq edən sənədlər cinayət işinin materiallarına əlavə edilmiş, eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş X16, X29 öz ifadələrində göstərilən xüsusatları təsdiq etmişdir. 13. Bundan əlavə, qeyd etmək yerinə düşər ki, M.Qənbərov həmin videomüsahibəsini də faktlara əsasən səsləndirmişdir. Belə ki, M.Zeynalov xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Malik Qənbərov və qohumu Eldəniz Zeynalovla birlikdə Cəlayir kəndindən Ağsu çəhərinə gedərkən Çaparlı kəndi ərazisində Ağsu RPŞ-nin YPX-nin Orxan adlı və adını bilmədiyi digər əməkdaşları onların gəldiyi avtomobilin qabağını kəsib saxlatmış, orada Zöhrab və digər tanımadığı polislər onu avtomobildən düşürüb qolunu burub polis şöbəsinə aparmışlar. X55 "Mikayılı gətirdilər" dediklərini eşitmiş, rəis müavini İlqar Haqverdiyevin xidməti otağında ona qarşı zorakılıq edilməsi nəticəsində xəsarət alması ilə bağlı M.Zeynalovun rayon prokurorluğuna şikayəti olmuş və bununla əlaqədar prokurorluğun müstəntiqi X45 tərəfindən araşdırma aparılmışdır. Qeyd olunanları qəbul edilən qərarda M.Zeynalovun izahatı kimi yazılmışdır. Bundan əlavə, xüsusi ittihamçı R.Əhmədov M.Qənbərovun onu qeyd olunan videomüsahibələrində CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 311 (rüşvət alma) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham kimi etdiyini göstərsə də, M.Qənbərovun həmin ifadələrində R.Əhmədovun nəinki göstərilən maddələrdə, hətta CMnin xüsusi hissəsində göstərilən hər hansı bir cinayət əməlini törətməsi ilə əlaqdar çıxışı olmamışdır. Qeyd olunnmalıdır ki, xüsusi ittihamçı R.Əhmədov şikayətin təsviri hissəsində Şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixl 7 saylı qərarının 3-cü bəndinə istinad edərək M.Qənbərovun CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olduğunu qeyd etsə də, nəticə hissəsində də, şikayətin nəticə hissəsində M.Qənbərovun CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalanmasını göstərmişdir. Hansı ki, M.Qənbərov həmin videomüsahibələrindəki çıxışlarında R.Əhmədovu tənqid etsə də, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamışdır. Bundan əlavə R.Əhmədov şikayətinin təsviri hissəsində M.Qənbərovu CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham etsə də, təhqir cinayətinin M.Qənbərovun çıxışının hansı sözündə ifadə edildiyini göstərməmişdir. Beləliklə, xüsusi ittihamçı R.Əhmədov şikayətində M.Qənbərovu CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əmələrini törətməsini bildirsə də hüquqlarını müdafiə etdiyi şəxsin əməlində ona istinad edilən həmin cinayət əməlinin əlamətlərini təsdiq edə biləcək hər hansı mötəbər məlumat təqdim olunmamışdır. 14. Bundan əlavə, M.X35 ilə bağlı çıxışında xüsusi ittihamçı R.Əhmədovun qardaşı həmin vaxtlar kənd bələdiyyəsinin sədri işləmiş Ülvi Əhmədovun barəsində səsləndiridiyi fikirlərlə bağlı yanlız sonuncu özü şəxsən şikayət etmək hüququna mailik olduğu halda xüsusi ittihamçı onun qardaşı barəsində səsləndirdiyi fikirləri də bu şikayətdə göstərməsi təmamilə qanunsuzdur və yolverilməz haldır. 15. İş materiallarından görünür ki, məhkəmə istintaqı zamanı iş üzrə məhkəmə lingivistik ekspertizası təyin edilmiş və ekspertizanın 11 aprel 2023-cü il tarixli, 4/458 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: 1.X30 2020-ci ilin oktyabr ayında "YouTube" sosial şəbəkəsi üzərindən yayımlanan "Kanal13" TV kanalına verdiyi müsahibəsində "Ağsuda bir neçə dələduz polis tərəfindən bu kənd camaatına Kəndoba, Cəlayır, Abasxanlı camaatına divan tuturlar. Bele desək konkret soyqırım edirlər də. Qanunsuz qaydalar tətbiq edərək pandemiya dövründə camaatı aparıb cərimələyirlər, heç bir çek vermədən qanuni şəkildə maskanın cəriməsi 100 manat olduğu halda kimdən nə qədər, bacardıqları qədər alırlar. 300 manat, 400 manat, 500 manat alırlar və incidirlər. Saatlarla polis şöbəsində ac susuz saxlayırlar. Mənə kənd camaatının danışdığı, bəzilərindən olan deyilənlər və məlumata görə Çingiz və qardaşları Cəlayır kəndindən qanunsuz aparıblar bunları polis bölməsinə və orada döyülüblər. Polis bölməsinə gedəndə 400 manat pulu əlbəəl alıblar 460 manat və 3 nəfərin hərəsinə 100 manatdan cərimə yazıblar. Bu işləri görən polislər konkret olaraq Ağsu rayonunda bir neçə nəfər X70, Rəhim Əhmədov, Anar Həmidov, Zöhrab Bilyev ve bir ikisi de var ki, onların adlarını qeyd edə bilməmişdir" kimi çıxışında "dələduz" sözü X22 şərəf və ləyaqətini alçaldan, nüfuzdan salan, təhqir mezmunlu söz hesab edilir. Həmin məlum təsdiqini tapmadığı təqdirdə böhtan kimi qiymətləndirilir. Məlumatların həqiqliliyinin müəyyən olması hüquqi araşdırmaya aid məsələdir. 2. YouTube sosial şəbəkəsi üzərindən yayımlanan "Bumeranq" TV kanalında "Sənin sesin" rublikasında verdiyi müsahibəsində "Ondan sonra gəldik bu Əhmədov Rəhim. Əhmədov Rəhim deməli öz qohumun əqrabasını qardaşı bələdiyyədi. Cəlayır kəndində qoçuluq, özbaşınalıq, konkret olaraq kənd camaatına zülm ediblər, kənd camaatını incidiblər. X57 var. Başsız ailədir. Qardaşını öyrədərək gedib onun çəpərini sökməyə, halbuki qadın onu öz zəhməti ilə, öz əxlaqı, öz mənəviyyatı ilə, öz əlinin zəhməti ilə özüne ev tikib. Həyət düzəldib. O bizim fəxrimizdir. İftixarımızdır. Bu halda olara tezyiq ediblər və ona deyiblər ki, sən çəpəri sökməlisən. Sökmədiyin halda biz polisə gəlib size cərimə edecəyik 8000 manat deyib sizə kəsəcəyik" kimi çıxışında irəli sürülən məlumatlar öz təsdiqini tapmadığı təqdirdə X22 şərəf və ləyaqətini alçaldan, nüfuzdan salan, elecə də böhtan xarakterli sözlər və ifadələr hesab olunur. Həmin məlumatların həqiqiliyinin müəyyən olunması hüquqi arşdırmaya aid məsələlərdir. 3. Yuxarıda göstərilən çıxışlarda istifadə edilmiş "dələduz", "soyqırım" sözləri cinayət əməllərinə aid termindir. Müsahibədə yer almış həmin terminlər adı çəkilən şəxsin əməllərinə aid edilmişdir. Qeyd olunmuş sözlərin məzmunu təsdiqini tapmadığı təqdirdə böhtan xarakterli məlumatlar hesab oluna biler. Məlumatların həqiqiliyinin müəyyən olunması ekspert-linqvistin səlahiyyətlərinə aid olmayıb, hüquqi xarakterli məsələlərdir. Belə ki, həmin ekspert rəyinin nəticə hissəsinin 1-ci bəndində göstərilən M.Qənbərovun 2020-ci ilin oktyabr ayında “Kanal13” TV kanalında verdiyi müsahbəsində göründüyü kimi, hüquqlarını müdafiə etdiyi M.Qənbərov həmin müsahbəsində konkret kiminsə adı çəkməmiş, ümumi qaydada, cəm şəkildə bir neçə polis əməkdaşının qanunsuz hərəkətləri ilə bağlı bu ifadəni işlətmişdir. M.Qənbərov dələduz ifadəsini vətəndaşlara maskaya görə qanunsuz olaraq cərimə yazan polis əməkdaşları haqqında işlətmişdir. Eyni zamanda xüsusi ittihamçı R.Əhmədov bu ifadənin məhz sırf ona aid olduğunu sübut edəcək hər hansı sənəd təqdim etməyib. İfadə ümumi mənada söylənilən ifadədir. Belə olduğu halda, R.Əhmədov bu ifadənin özünə aid olduğunu sübut etməli idi və həmçinin ifadənin işlədilməsi ilə nüfuz və ləyaqətinin necə alçaldığı və nəticədə nə baş verdiyini sübut etməli idi. Lakin şikayətdə bu barədə heç bir sübut təqdim edilməyib. Bundan əlavə, linqivistik ekspertiza rəyinin nəticə hissəsinin 2-ci bəndində göstərilən M.Qənbərovun YouTube' sosial şəbəkəsi üzərindən yayımlanan "Bumeranq" TV kanalında "Sənin sesin" rublikasında verdiyi müsahibəsində R.Əhmədov və onun ailə yaxınları barəsində söylədikləri fikirləri, müstəntiq tərəfindən qəbul edilən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda onların əməllərində belə bir halın mövcud olması istisna edilməmişdir. Bu isə o deməkdir ki, belə bir hadisə baş verib, lakin şəxsin əməlində cinayət tərkibi olmayıb. Belə olan halda R.Əhmədovun əməllərində həmin məlumatlar təsdiqini tapdığı üçün böhtan kimi qiymətləndirilə bilməz. Əlavə olaraq bildirim ki, həmin rəydə “dələduz” sözünün cinayət əməlinə aid termin olması göstərilmişdir. Bununla bağlı bildirmək istəyirəm ki, dələduz sözü işlənmə yerindən aslı olaraq bir neçə mənanı özündə əks etdirən sözdür və Azərbaycan dilinin izahlı lüğətində “hiyləgər”, “bic”, “çoxbilmiş” mənasında işlədilir. M.Qənbərovda həmin ifadəni işlədərkən “hiyləgər”, “çoxbilmiş” mənasında işlətmişdir və bunu sübut edəcək kifayət qədər məlumat mövcuddur. Odur ki, xüsusi ittihamçı X22 şikayəti ilə əlaqədar hüquqlarını müdafiə etdiyi X13 təqsirliliyi sübuta yetmədiyindən barəsində olan cinayət işi üzrə ona bəraət verilməlidir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, Ağsu rayonunda atası ilə bazarda olan zaman bir nəfər polis əməkdaşı onlara yaxınlaşıb Ağsu rayon Polis Şöbəsinə dəvət etmişdir. Onlar həmin gün atası ilə şöbəyə getmiş, xidməti otaqda müstəntiq Rəhim Əhmədov onu təhqir edərək, döymüş, ona bildirmişdir ki hansısa xanımdan iş görmək adı ilə pul almışdır. Sonradan iş araşdırıldıqdan sonra onun günahı olmadığı ortaya çıxmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, Ağsu rayon Polis Şöbəsinin müstəntiqi Rəhim Əhmədov onun bacısı oğlunu çağırtdırıb, heç bir günahı olmadan onu xidməti otağında döymüş, təhqir etmişdir. Dəfələrlə ondan aidiyyatı qurumlara şikayət etməyinə baxmayaraq müraciətinə baxılmır, müstəntiqin özbaşınalığı davam edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Ağsu rayon Prokurorluğunda onun bacısı oğlunun öldürülməsi ilə bağlı cinayət işinin istintaqı gedir. Həmin cinayət işində müstəntiq Rəhim Əhmədovun atasının adı keçir. Rəhim Əhmədovun həmin cinayət işinin üstünün ört basdır edilməsinə görə onları dəfələrlə təhqir etmiş, döymüşdür. Ağsu rayon prokuronunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X23 xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X37 və onun anası X14 müraciətində göstərdiyi xüsusatlar təsdiq edilmədiyindən, eləcə də əməlində cinayət tərkibi olmadığından Ağsu rayon polis şöbəsinin İQ-nun müstəntiqi polis baş leytenantı X22 barəsind cinayət işi başlanması rədd edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/458 saylı rəydən görünür ki,

1. X32 2020-ci ilin oktyabr aynda “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Kanal13” TV kanalına verdiyi müsahibəsində “Ağsuda bir neçə dələduz polis tərəfindən bu kənd camaatına Kəndoba, Cəlayır, Abasxanlı camaatına divan tuturlar. Belə desək konkret soyqırım edirlər də. Qanunsuz qaydalar tətbiq edərək pandemiya dövründə camaatı aparıb cərimələyirlər, heç bir çek vermədən qanuni şəkildə maskanın cəriməsi 100 manat olduğu halda kimdən nə qədər, bacardıqları qədər alırlar. 300 manat, 40G manat, 500 manat alırlar və incidirlər. Saatlarla polis şöbəsində ac susuz saxlayırlar. Mənə kənd camaatının danışdığı, bəzilərindən olan deyilənlər və məlumata görə Çingiz və qardaşları Cəlayır kəndindən qanunsuz aparıblar bunları polis bölməsinə və orada döyülüblər. Polis bölməsinə gedəndə 400 manat pulu əlbəəl alıblar 460 manat və 3 nəfərin hərəsinə 100 manatdan cərimə yazıblar. Bu işləri görən polislər konkret olaraq Ağsu rayonunda bir neçə nəfər: X70, Rəhim Əhmədov, Anar Həmidov, Zöhrab Əliyev və bır ikisi də var ki, onların adlarını qeyd edə bilməmişdir” kimi çıxışında “dələduz” sözü X22 şərəf və ləyaqətini alçaldan, nüfuzdan salan, təhqir məzmunlu söz hesab edilir. Həmin məlumatlar təsdiqini tapmadığı təqdirdə böhtan kimi qiymətləndirilir. Məlumatların həqiqiliyinin müəyyən olması hüquqi araşdırmaya aid məsələdir.

2. YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Bumeranq” TV kanalında “Sənin səsin” rubrikasında verdiyi müsahibəsində “Ondan sonra gəldik bu Əhmədov Rəhim. Əhmədov Rəhim deməli öz qohumun əqrəbasını qardaşı bələdiyyədi. Cəlayır kəndində qoçuiuq. özbaşınalıq, konkret olaraq kənd camaatına zülm ediblər, kənd camaatını incidiblər. X57 var. Başsız ailədir. Qardaşını öyrədərək gedib onun çəpərini sökməyə, halbuki qadın onu öz zəhməti ilə, öz əxlaqı, öz mənəviyyatı ilə, öz əlinin zəhməti ilə özünə ev tikib. Həyət düzəldib. O bizim fəxrimizdir. İftixarımızdır. Bu halda olara təzyiq ediblər. Və ona deyib ki, sən çəpəri sökməlisən. Sökmədiyin halda biz polisə gəlib sizi cərimə edəcəyik. 8000 manat deyib sizə kəsəcəyik” kimi çıxışında irəli sürülən məlumatlar öz təsdiqini tapmadığı təqdirdə X22 şərəf və ləyaqətini alçaldan, nüfuzdan salan, eləcə də böhtan xarakterli sözlər və ifadələr hesab olunur. Həmin məlumatların həqiqiliyinin müəyyən olunması hüquqi araşdırmaya aid məsələlərdir. Yuxarıda göstərilən çıxışlarda istifadə edilmiş “dələduz”, “soyqırım” sözləri cinayət əməllərinə aid terminlərdir. Müsahibədə yer almış həmin terminlər adı çəkilən şəxsin əməllərinə aid edilmişdir. Qeyd olunmuş söziərin məzmunu təsdiqini tapmadığı təqdirdə böhtan xarakterli məlumatlar hesab oluna bilər. CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X28 2020-ci ilin oktyabr ayında «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Kanal13» TV kanalına, “Bumeranq” TV kanalında “Sənin səsin” rudrikasında və “AzTimes.az” TV kanalında “Sənin səsin” rubrikasında verdiyi müsahibələrində xüsusi ittihamçının şikayətində qeyd etdikləri öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağsu rayon 13 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, X28 ikinci qrup ümumi səbəbdən əlildir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X12 himayəsində xx.xx.2010-cu il təvəllüdül X33, xx.xx.2011-ci il təvəllüdlü X18 və xx.xx.2019-cu il təvəllüdlü X24 adlı uşaqları vardır. Beləliklə, məhkəmə tərəflərin izahatları və işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən ediliir ki, X12 2020-ci ilin oktyabr aynda “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Kanal13” TV kanalına verdiyi müsahibəsində və “Bumeranq” TV kanalında “Sənin səsin” rubrikasında verdiyi müsahibələrində X22 ünvanına istifadə edilmiş “dələduz”, “soyqırım” sözləri cinayət əməllərinə aid terminlərdir. Müsahibədə yer almış həmin terminlər X22 əməllərinə aid edilmişdir. Qeyd olunmuş terminlər cinayət əməllərinə aid olan terminlər olmaqla, məhkəmə prosesində öz təsdiqini tapmamışdır. Odur ki, həmin məzmunlu sözlər böhtan xarakterli məlumatlar hesab olunur. Lakin, məhkəmə qeyd edir ki,təqsirləndirilən şəxs tərəfindən xüsusi ittihamçı X22 ünvanına istifadə edilmiş “dələduz” və “soyqırım” kimi cinayət əməlinə aid terminlər olsa da, öz həqiqi mənasında yox, mübaliğəyə yol verilməklə işlədilmiş,həqiqətə uyğun olmayan böhtan xarakterli ifadələrdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 103-cü maddəsinə görə soyqırım dedikdə hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə, Azərbaycan Respublikası CM-nin 178.1. maddəsinə görə dələduzluq dedikdə isə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür. Bu halda, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X12 qeyd edilin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin deyil,həmin Məcəllənin 147.1-ci maddəsinin tərkib hissəsinin ələmətləri mövcuddur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən real olaraq baş vermiş əməlin dispozisiya şərtlərini əhatə edən Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı X12 ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, bu, özünü müdafiə kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs Mügbil Qənbərov xüsusi ittihamçı R.Əhmədov təqsirləndirilən şəxs M.Qənbərovun “YouTube" sosial şəbəkəsi üzərindən yayımlanan kanallarda verdiyi müsahibəni 2020-ci ilin oktyabr ayında deyil, daha əvvəl verildiyini bildirsə də, onun videoçıxışının 2020-ci ilin oktyabr ayının 1-dən əvvəlki vaxta düşməsini qeyd etməklə, həmin videoçıxışın dəqiq efir vaxtını özü də göstərməmiş, bununla belə, faktın həmin ərəfədə mövcudluğunu etiraf etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs M.Qənbərov həmin məlumatları videomüsahibədə adlarını göstərdiyi şəxslərdən almasını bildirsə, də bunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir, əksinə onun təqdim etdiyi diskdə videogörüntü dinlənilərkən bu hal öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs M.Qənbərov tərəfindən xüsusi ittihamçı R.Əhmədov tərəfindən X17 döyülməsi faktı da məhkəmə iclasında sübut olunmadı. Ağsu rayon prokuronunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X23 xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X37 və onun anası X14 müraciətində göstərdiyi xüsusatlar təsdiq edilmədiyindən, eləcə də əməlində cinayət tərkibi olmadığından Ağsu rayon polis şöbəsinin İQ-nun müstəntiqi polis baş leytenantı X22 barəsind cinayət işi başlanması rədd edilmişdir. Burada məhkəmə qeyd edir ki, şəxsin təqsiri yalnız qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı ilə müəyyən edildiyindən təqsirləndirilən şəxsin X19 X40 tərəfindən döyülməsi barədə çıxışı da böhtan xarakterli məlumat kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X28 tərəfindən məhkəmə iclasında verilmiş ifadələrə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmədiyindən qəbul edilmir. Bütün bu göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X12 əlində heç bir mötəbər sübutu olmadan X22 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya resurslarında yayaraq sonuncuya qarşı CM-nin 147.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətmişdir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Beləliklə, məhkəmə araşıdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs M.M.Qənbərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Azərbaycan Respublikası CM-nin 15.2. maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1.1. maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi təqsirləndirilən şəxs X12 təqsirli bilindi Azərbaycan Respublikası CMnin 147.1 maddəsində nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Hazırkı cinayət əməli isə 2020-ci ilin oktyabr ayında baş vermiş hesab olunduğundan və hazırda cinayət əməlinin törədildiyi vaxtdan 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 44.2.2-ci maddəsinə əsasən Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs X12 CM-nin 147.1 maddəsində nəzərdə tutulan cinayətdə təqsiri sübuta yetirildiyindən, lakin qanunla müəyyən edilmiş 02 il müddətində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X12 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinməklə, cəza təyin etmədən ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan 02 ədəd CD disk və 01 ədəd flaşkart işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 manat müəyyən edilmişdir. Ekspertiza xərci 150 manat təqsirləndirilən şəxs X11 tutulub dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 44.2.1,321,351,352,353,356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

X12 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən həmin Məcəllənin 147.1-ci maddəsinə tövsif edilsin. X28 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməsin. İş üzrə 150 manat ekspertiza xərci təqsirləndirilən şəxs X11 tutulsun. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD disk və 01 ədəd flaşkart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar