Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-17/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx xxxxxx 1994-cü il tarixdə Qobustan rayonu, Nabur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, EM Oil yanacaqdoldurma məntəqəsində operator işləyən, məhkumluğu olmayan, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan yaşamış, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 245, 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2 və 69.3-cü maddəsinə əsasən 03 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdən cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin fevral ayında idarə etmək üçün xx.xx.2019-cu il tarixli etibarnamə ilə ona verilmiş Zərərçəkmiş şəxs məxsus “Geely” markalı MK modelli **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 1ndə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində söküb hissələrə ayırıb gizli sataraq, zərər çəkmiş Zərərçəkmiş şəxs 8500 (səkkiz min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Şahid2 təxminən 2019-cu ilin axırlarından tanıyır. Şahinlə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Həmin ərəfələrdə o, özünə avtomobil axtardığından Şahinə ona avtomobil tapmasını bildirmişdir. Bundan sonra Şahin Geely modelli MK markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən kafenin yanına gətirmişdir. Həmin vaxt Şahin ona avtomobili 3600 manata satdığını demişdir. O, Şahindən avtomobilin niyə belə ucuz olduğunu soruşduqda sonuncu ona avtomobilin üzərində dondurulmuş bank olduğunu və ürəyi istəyən vaxt ödəyə biləcəyini bildirmişdir. O da razılaşmışdır. Ona qarşı irəli sürülmüş ittihamla razı deyildir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid2 təxminən 2019-cu ilin axırlarından tanıyır. Şahinlə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Həmin ərəfələrdə o, özünə avtomobil axtardığından Şahinə ona avtomobil tapmasını bildirmişdir. Bundan sonra Şahin Geely modelli MK markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən kafenin yanına gətirmişdir. Həmin vaxt Şahin ona avtomobili 3600 manata satdığını demişdir. O, Şahindən avtomobilin niyə belə ucuz olduğunu soruşduqda sonuncu ona avtomobilin üzərində dondurulmuş bank olduğunu və ürəyi istəyən vaxt ödəyə biləcəyini bildirmişdir. O da razılaşmışdır. 22 sentyabr 2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən adını xatırlamadığı kafenin yanında o, Şahinə beh olaraq 100 manat pul vermişdir. Həmin günün sabahı, yəni 22 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yerləşən “Qızıl Taç” şadlıq sarayının qarşısında o, Şahid2 3500 manat pul vermiş və orada yaxınlıqda yerləşən adını xatırlamadığı notariusda Şahin ona 10 illik avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bundan sonra o, avtomobili Şahindən almış və özü idarə etməyə başlamışdır. Həmin vaxt o, Şahindən avtomobilin kimin adına olduğunu soruşduqda sonuncu ona avtomobilin bir nəfər tanımadığı qadının adına olduğunu və özü də avtomobili bu formada aldığını bildirmişdir. Təxminən 2020-ci ilin avqust ayına kimi o, avtomobili idarə etmişdir. Həmin ərəfədə ona verilən etibarnaməni yoxladıb müəyyən etmişdir ki, Şahinə verilən etibarnamə ləğv olunub, bu səbəbdən də Şahinin ona verdiyi etibarnamə avtomatik olaraq ləğv olunmuşdur. O da məcbur olub həmin avtomobili idarə etməmişdir. Ona görə də avtomobili həyətində saxlamışdır. 2021-ci ilin fevral ayına kimi o, avtomobili idarə etməyərək həyətində saxlamış və Şahini axtarmağa başlamış, lakin tapa bilməmişdir. Bundan sonra o, avtomobilin problemli avtomobil olduğunu başa düşmüş və buna görə Şahid2 barəsində polisə müraciət etməkdən çəkinmişdir. Çünki başa düşmüşdür ki, belə bir avtomobil əldə etdiyinə görə onun üçün də problem yarana bilər. Bu səbəbdən o, qərara gəlmişdir ki, avtomobili hissələrə ayıraraq satsın və qazanc əldə etsin. Elə bu məqsədlə o, 2021-ci ilin fevral ayında o, həmin Geely modelli MK markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində sökərək hissələrə ayırmağa başlamışdır. Avtomobili hissələrə ayırandan sonra o, avtomobilin sağ ön qapısını 110 manata, qabaq kapotunu isə 90 manata “Tap.az” saytında hal-hazırda asını və əlaqə nömrəsini xatırlamadığı şəxslərə satmışdır. Təxminən 2021-ci ilin mart ayında bir nəfər adının sonradan Şahid1 olduğunu bildiyi şəxs evinə gələrək sökmüş olduğu Geely modelli MK markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olduğunu bildirmişdir. Lakin həmin vaxt o, artıq avtomobili tam olaraq hissələrə ayırmışdır. Mərdan isə avtomobilinin sökülmüş vəziyyətdə olduğunu görüb ondan avtomobilin pulunu tələb etmişdir. Onun da maddi imkanı olmadığı üçün tələb etdiyi pulu verə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Geely modelli MK markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili 2013-cü ildə əri Şahid1 onun adına almışdır. Onlar həmin avtomobil üçün 13.000 manat pulu nağd şəkildə ödəmişlər. Daha sonra o, avtomobili idarə etməsi üçün əri Şahid1 etibarnamə vermişdir. Təxminən 2018-ci may ayında isə onlar həmin avtomobili Azərbaycan Beynəlxalq bankına girov qoyaraq bankdan 10.000 manat pul götürmüşlər və faizi ilə birlikdə banka 12.000 manat pul ödəməli imişlər. Təxminən bir il ərzində onlar banka 4000 manat pul ödəmişlər. Banka aylıq ödənişin 290 manat imiş. Həmin ödənişi də ödəmək üçün maddi imkanları yox imiş. Ona görə də banka gedib kredit müddətin uzadılması və aylıq ödənişin azaldılması barədə müraciət etmişlər. Həmin ərəfələrdə əri Mərdan avtomobili Şahid2 satmışdır. Mərdan Şahinə avtomobili satandan sonra Bank ödəniş ayını 60 aya qaldırması və aylıq ödənişi 150 manat salması barədə razılıq vermişdir. Bankın bir şərti var imiş ki, avtomobil yenidən banka gəlib yenidən girova qoyulsun. Lakin həmin ərəfələr avtomobil Şahində olduğu üçün Mərdan avtomobili banka apara bilməmiş və yeni müqavilə bağlaya bilməmişdir. Ona görə də hazırda onlarda nə köhnə nə də yeni müqavilə yoxdur. Avtomobil Şahidnə olan ərəfələrdə də banka girov qoyulması üçün Mərdan Şahidnən avtomobili istəmiş, lakin Şahin avtomobili gətimitmiş. Sonradan isə xəbər tutmuş ki, Şahid2 həmin avtomobili Təqsirləndirilən şəxs satmışdır. Xəyal isə həmin avtomobili hissələrə ayıraraq avtomobili tam yarasız vəziyyətə gətirmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Geely modelli MK markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili 2013-cü ildə 13.000 manata nağd şəkildə almışdır. O həmin vaxt avtomobilini arvadının adına alsa da, maşının ödənişini o, etmiş və alındığı gündən onun istifadəsində olmuşdur. Təxminən 2018-ci may ayında o həmin avtomobilini Azərbaycan Beynəlxalq bankına girov qoyaraq müəyyən qədər pul götürmüşdür. O, bankdan 10.000 manat pul götürsə də, faizi ilə birlikdə banka 12.000 manat pul ödəməli imiş. Təxminən bir il ərzində o, banka 4000 manat pul ödəmişdir. Həmin ərəfələrdə onun aylıq pulu ödəməyə imkanı çatmadığından qərara gəlmişdir ki, avtomobilini sonda qarşı tərəfdə qalmaq şərti ilə arendaya versin. O bu barədə ətrafındakılara dedikdə bir nəfər uzaq qohumunun qonşusu, Şahid2 onunla əlaqə saxlayaraq həmin avtomobili almaq istədiyini bildirmişdir. 2019-cu ilin may ayı ərəfələrində o, Şahinlə görüşüb maşınla bağlı söhbət etmişdir. Həmin vaxt onunla Şahinin arasında olan razılığa görə Şahin həmin avtomobil üçün ilk olaraq ona 2000 manat, 5 il isə ayda 150 manat olmaqla pul verməli olmuşdur. Şahin pulu ödədikdən sonra isə avtomobil özünə qalacaqmış. Danışığa əsasən Şahin aylıq 150 manatı banka yox ona verməli, o da həmin pulu banka ödəməli imiş. Onlar razılaşmışlar. 2019-cu ilin may ayının 17-də Şahin ona zəng edərək ilkin ödənişi ödəyib avtomobili götürmək istədiyini bildirmişdir. O da Şahinə evdə olduğunu və avtomobilini yuduzdurduğunu, bu səbəbdən evinin qarşısına gəlməsini demişdir. Şahin xx.xx.2019-cu il tarixdə, saat 14 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov döngə 4-ün yaxınlığında yerləşən avtoyuma məntəqəsinin yanına gəlmiş və o, Şahindən 1950 manat ilkin ödəniş alaraq avtomobili vermişdir. Şahin həmin vaxt 50 manatı cibində pul qalmaması səbəbindən özündə saxlamış və aylıq ödənişləri edən zaman verəcəyini bildirmişdir. O da buna etiraz etməmiş və Şahin avtomobili sürərək oradan uzaqlaşıb getmişdir. Elə həmin gün o, Bakı şəhəri 50 saylı notariusda Şahinə baş etibarnamə vermişdir. Bundan bir ay sonra, iyun ayında anasının qəfil dünyasını dəyişməsi səbəbindən avtomobil məsələsi yadından çıxmışdır. İyun ayında Şahin pulu ödəmədiyindən o, Şahinlə əlaqə saxladıqda sonuncu ona başının qarışıq olduğunu və hal-hazırda pulu ödəyə bilməcəyini, lakin gələn ay hər iki ayı ödəcəyini bildirmişdir. O da məcbur olub Şahinin yerinə pulu öz cibindən ödəmişdir. Şahin 2019-cu ilin avqust ayına kimi pulu ödəmədiyindən o, bir yol tapıb Şahinlə əlaqə saxlamışdır. Şahində ona avtomobili xalası oğlu Təqsirləndirilən şəxs verdiyini demişdir. Bundan sonra o, nəyə görə avtomobili Xəyala verməsini soruşduqda sonuncu ona aylıq haqqı ödəməyə imkanının olmaması səbəbindən avtomobili Xəyala verdiyini demişdir. O, Şahindən Xəyalın əlaqə nömrəsini istəsə də, sonuncu ona 2000 manat ödəyəcəyi təqdirdə Xəyalın yerini deyəcəyini demişdir. Bundan sonrakı günlərdə də Şahin onun zənglərini götürməməyə başlamışdır. Həmin vaxt onun başı yas mərasiminə qarışdığından o, Şahinin arxasıyca düşə bilməmiş və pulu öz cibindən ödəmişdir. Hətta bundan sonrakı müddətlərdə Şahinin telefon nömrəsini zəng çatmadığından əlaqələri tamamilə itmişdir. Bundan sonrakı müddətdə o, Şahinin aylıq pulu ödəmədiyini görüb 2020-ci ilin avqust ayında vermiş olduğu etibarnaməni ləğv etmişdir. O, artıq avtomobilin Xəyalda olduğunu bildiyindən tanışlarının vasitəsilə 2021-ci ilin mart ayının əvvəllərində Xəyalın Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evini tapmış və oraya getmişdir. Həmin vaxt o, qapını döymüş və Xəyalla atası çölə çıxmışdır. O, həyətdə olan zaman avtomobilini tamamilə sökülmüş və hissələrə ayrılmış vəziyyətdə olduğunu görmüşdür. O, Xəyala avtomobilin ona məxsus olduğunu və nəyə görə avtomobili sökdüyünü dedikdə Xəyal ona avtomobili xalası oğlu Şahindən aldığını və ayda guya Şahinə 150 manat verməli olduğunu demişdir. Lakin məlum olmuşdur ki, Xəyalda heç Şahinə 150 manat pul ödəməmiş, 2019-cu ilin sentyabr ayına kimi avtomobili idarə etmiş və 2019-cu ilin sentyabr ayında onun etibarnaməni ləğv etdiyindən xəbər tutduğundan avtomobili sökərək hissələrə ayırıb qazanc əldə etmək istəmişdir. Bundan sonrakı günlərdə Xəyalın anası ondan vaxt istəmişdir ki, onun avtomobilinin pulunu geri ödəyəcək, lakin bunun üzərindən bir neçə ay keçməsinə baxmayaraq ona heç bir məbləğdə pul ödənilməmişdir. O da məcbur olub polis idarəsinə müraciət etmişdir. Şahin və Xəyal onun 9000 manat dəyərində avtomobilini ələ keçirmişlər. Şahin həmin məbləğin 1950 manatını ilkin ödəniş adı ilə ona versə də, qalan 7050 manat pulu ödəməyərək ona ziyan vurmuş və avtomobilidə geri qaytarmayaraq etibarından sui-istifadə edərək Geely modelli MK markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirmişdir. Hazırda həmin avtomobilinin Şahin və yaxud da Xəyal tərəfindən ələ keçirildiyini bilsə də, məsələ odur ki, o, avtomobilini Şahinə etibar etmiş və avtomobili Xəyalın evindən sökülmüş vəziyyətdə çıxmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid1 təxminən 2019-cu ildən tanımışdır. Belə ki, 2019-cu ilin may ayında onlayn satış saytlarının birində satdıq Geely MK markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin şəxslə əlaqə saxlayıb avtomobil barədə məlumat öyrənmişdir. Avtomobili satan şəxs Şahid1 olmuşdur. Mərdan ona demişdir ki, ilkin ödəniş 2650 manat pul verməlidir. Bundan başqa Mərdan Azərbaycan Beynəlxalq Bankına 3600 manat borcu olduğunu və həmin borca yeni qrafik salınacağını və yeni qrafiklə aylıq 95 manat kredit ödəyəcəyini demişdir. Həmin 95 manatı da o, banka verməli imiş. O da Mərdanın şərtləri ilə razılaşmışdır. Bundan sonra 2019-cu ilin may ayı ərəfələrində o, Mərdanla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində görüşüb sonuncuya 2640 manat pul verib avtomobili almışdır. Mərdan da ona həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. O, avtomobili Mərdandan alandan təxminən 4 ay müddətinə Mərdanın ona yeni kredit qrafiki verməsini gözləsə də, Mərdan ona qrafik verməmişdir. 4 ay müddətində avtomobil onda olan müddət ərzində avtomobil nasaz olduğu üçün təmirinə təxminən 1300 manat civarında xərc də qoymuşdur. 4 ay keçməsinə baxmayaraq Mərdan ona yeni kredit qrafiki vermədiyi üçün o, avtomobili satmaq qərarına gəlmişdir. O hətta avtomobili satmaq istədiyini Mərdana da demişdir. Mərdan da heç bir etirazının olmadığını demişdir. Buna görə də o, avtomobili satmaq istədiyini tanışlarına demişdir. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs onu tapıb satmaq istədiyi Geely MK markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini bildirmişdir. Onlar danışıb həmin avtomobili Xəyala 3500 manata satmağa razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən Mərdan ona yeni qrafik verəndə həmin qrafiki Xəyala verəcəkmiş və həmin aylıq 95 manat krediti Xəyal banka ödəməli imiş. Xəyal da bu şərtlərlə razılaşmışdır. 22 sentyabr 2019-cu il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yerləşən “Qızıl Taç” şadlıq sarayının qarşısında Xəyaldan 3500 manat pul alıb orada yaxınlıqda yerləşən adını xatırlamadığı notariusda Xəyala 10 illik avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bundan sonra o, avtomobili Xəyala vermişdir. Həmin vaxtda təxminən 01 il sonra Mərdan onunla əlaqə saxlayıb avtomobilin kreditinin nəyə görə ödəmədiyini soruşmuşdur. O da Mərdana demişdir ki, artıq avtomobili satmışdır qrafiki də vermədiyi üçün ödəniş olunmamışdır. O, Mərdana avtomobili satdığı Xəyalın yaşadığı yeri deyib əlaqə saxlamağını bildirmişdir. Bundan sonra olanlardan isə xəbəri olmamışdır. O, heç kimin avtomobilini ələ keçirməmişdir. Pul ilə aldığı avtomobili də pul ilə satmışdır. Satanda da satdığı şəxsə avtomobilin aylıq kredit ödənişi olduğunu demişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa gəlməkdən qəsdən boyun qaçırdığından barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa gəlməkdən qəsdən boyun qaçırdığından barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 mart 2023-cü il tarixli, 9/1741 nömrəli rəyindən görünür ki, Respublikada şəhərində yerləşən avtobazarlarda, internet saytlarda mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda göstərilən 2013-cü il buraxılışlı, 1500 sm3 həcmli mühərrikli “Geely MK” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 8500 manat müəyyən olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökmlə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 19 gün hissəsi 08 ay 24 gün a.m.e cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb və cəzası çəkmiş hesab olunaraq azad edilmişdir. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 7(002)- 170/2022 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və Təqsirləndirilən şəxs cəza çəkmə müdətinin əvvəlinin 08 oktyabr 2021-ci il tarixdən hesablanması nəzərə alınaraq o, cəza çəkməkdən azad edilmişdir Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 245, 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM 69.3-cü maddəsinə əsasən 03 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydasında təsdiqlənmiş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsindən fərqli olaraq, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində törədilmiş cinayət əməlindən məlimatı olmadığını göstərmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatla bağlı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman qeyd edilən oğurluq əməlini törətməsini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 09.012024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 04 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ümumilikdə 06 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 09.012024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalı və hazırkı iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 550 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il müddət azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 04 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 04 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ümumilikdə 06 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 il 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 09.012024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın və hazırkı iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 450 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-17/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-17/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver