Məhkəmə qərarları › İş №1(012)-170/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-170/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-170/2021 09.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Övladlıq və Qəyyumluq Komissiyasının nümayəndəsi X2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 Rəşad oğlunun və onun müdafiəçisi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu B.Mərcanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Kristal Abşeron 1” yaşayış kompleksinin həyətində yerləşən parkda Zərərçəkmiş şəxs onun həyətdə oynayan qızların topunu götürüb oynamasına irad tutması ilə bağlı aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya sağ əlin 2-ci daraq sümüyünün başının qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağı nahiyyəsinin sıyrığından ibarət zərərçəkmiş şəxsin həyatı üşün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasınə səbəb olmuş qəsdən sağlamlığa Az Ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 Rəşad oğlunun iştirakı ilə verdiyi ifadəsində ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Kristal ünvan 2 ünvanında valideyinləri ilə xxxxdə kirayədə yaşayır. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kəlbəcər rayon 20 saylı tam orta məktəbin 10 B sinfində oxuyur. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayan bir şəxs kimi tanımışdır. Əli ilə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı binanın həyətində yerləşən parkda həyətdə olan uşaqlarla valeybol oynayarkən top oradan keçən qonşuluqda yaşayan Əliyə dəymişdir. O, Əliyə “üzürlü say top sənə dəydi” demişdir. Əli də onun üzərinə gələrək ona etirazını bildirmişdir ki, “nəyə görə topu mənə tərəf atırsan” və etiraz əlaməti olaraq onun sinəsindən itələdikdə o da Əlinin sinəsindən itələmişdir. Həmin vaxt aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Əli onun ünvanına nəlayiq ifadələr işlətdiyi üçün o da Əlinin əlinə və bədənin müxtəlif nahiyyələrinə iki dəfə yumruqla vurmuşdur. Bundan sonra Əli qaçıb çıxıb getmiş, o isə ordan birbaşa yaşadığı evə getmişdir. Əli də onun sol sifət nahiyyəsindən yumruqla vurmuşdur. Ola bilsin ki, Əli onu yumruqla vurarkən əli sınmışdır. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, hadisədən sonra zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 Rəşad oğlunun iştirakı ilə məhkəməyə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın valideynləri tərəfindən ödənildiyini, ona qarşı tələb və şikayətinin olmadığını göstərərək sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, o, ünvan 4 C ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında valideyinləri ilə xxxxdə yaşayır. Bakı Dövlət Universitetinin İqtisadiyyat fakultəsinin 1-ci kurs tələbəsidir. xx.xx.2020-ci il tarixdə təxminən saat 20 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış kompleksi 11-ci binanın qarşısından keçərəkən bu zaman sonradan adının Təqsirləndirilən şəxs kimi bildiyi şəxsin orada olan qızların topunu götürdüyünü və oynadığını görüb tanımadığı Elşada irad bildirmişdir ki, “nəyə görə qızların topunu götürürsünüz”. Bu zaman Elşad ona demişdir ki, “sənin nəyinə lazımdı”. Elə bu anda Elşadla aralarında mübahisə baş vermiş, münahisə zamanı Elşad onun sağ qolundan təpikə və bədəniin müxtəlif yerlərinə vuraraq onu yerə yıxmışdır. Həmin vaxtı Elşadın yanında iki nəfər tanımadığı şəxs olmuşdur. O, yerə yıxılarkən Elşadın yanında olan iki nəfər şəxsdə onun sifət nahiyyəsindən yumruqla vurub çıxıb getmişlər. O da yerdən qalxaraq evə getmiş, evdə bu barədə babası X5 demişdir. Babası da öz növbəsində hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan əlavə, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı tələb və şikayətinin olmadığını göstərərək sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid qanuni nümayəndəsi Qanuni nümayəndə1 Rəşad oğlunun iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Kristal Abşeron-1” yaşayış kompleksi 14-cü bina, 1-ci blok mənzil 39-da valideynləri ilə bir yerdə yaşayır. Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Elşadla münasibəti hər zaman yaxşı olmuşdur. Zərərçəkmiş şəxs onlarla qonşuluqda yaşayan şəxs kimi tanımışdır. Əli ilə aralarında heç bir düşəmçilik və ədavət olmamışdır. xx.xx.2020-ci il tarixdə qardaşı Elşad yaşadığı binaının həyətində yerləşən parkda həyətdə olan uşaqlarla valeybol oynamışdır. Bu zaman top oradan keçən qonşuluqda yaşayan Əliyə dəymiş, qardaşı Elşad Əliyə demişdir ki, “üzürlü say top sənə dəydi”. Əli də qardaşı Elşadın üzərinə gələrək Elşada etirazını bildirmişdir ki, “nəyə görə topu mənə tərəf atırsan” və etiraz əlaməti olaraq əli ilə qardaşı Elşadın sinəsindən itələyəndə Elşad da Əlinin sinəsindən itələmişdir. Həmin vaxtı Elşadla Əlinin arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Əli Elşadın üvanına nəlayiq ifadələr işlətdiyinə görə Elşad da Əlinin əlinə və bədənin müxtəlif nahiyyələrinə iki dəfə yumruqla vurmuş, sonra Əli qaçıb çıxb getmişdir. Elşad da yaşadığı evə getmişdir. Qeyd etmişdir ki, hadisə baş verən zaman o, orada olmamışdır. Hadisənin necə baş verməsini isə qardaşı Elşad ona dedikdən sonra bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx” MTK ev 309-da ailə üzvləri ilə xxxxdə yaşayır. Zərərçəkmiş şəxs qızı Qanuni nümayəndə2 oğludur. Nəvəsi Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 20 radələrində evə gələndə üstbaşının bulaşıq olduğunu görüb Əlidən nə baş verdiyini soruşduqda Əli ona demişdir ki, “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Kristal Abşeron 1” yaşayış kompleksinin həyətində yerləşən parkda olan zaman Elşad adlı şəxs qardaşı Rəşadla onu döymüşdür”. O, Əlidən bu xəbəri eşidib DİN-nin “102” xidmətinə zəng edərək nəvəsinin döyülməsi barədə məlumat vermişdir. Sonra nəvəsini həkimə aparmışlar. Orada bilmişdir ki, nəvəsi Əlinin sağ əli sınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin 1883 saylı, xx.xx.2020-ci il tarixli rəyində göstərilmişdir ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ əlin İİ daraq sümüyünün başının qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağı nahiyyəsinin sıyrığı bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspertiza rəyi həmçinin digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, xx.xx.2020-ci il tarixdə tutulmuş və barəsində həmin tarixdə “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abaszadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar