Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-170/2022 15.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Sumqayıt şəhəri, Corat qəsəbəsi fərdi evdə yaşamış, Sumqayıt şəhər Məhkəməsinin 02.02.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.2ci maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş, 14.09.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 30.08.2021-ci il tarixdə saat 16 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Abşeron rayonu Saray qəsəbəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus fərdi həyət evinə pəncərəni sıxıb açma yolu ilə qanunusuz daxil olaraq mənzildən 01 ədəd 900 manat dəyərində markası məlum olmayan kombi aparatını, 01 ədəd 400 manat dəyərində markası məlum olmayan qaz sobasını,03 ədəd hər birinin dəyəri 50 manat olan ümumilikdə 150 manat dəyərində su krantlarını, 01 ədəd 55 manat dəyərində çay dəstini, 01 ədəd 40 manat dəyərində qazan dəstini gizli olaraq talayaraq vətəndaş Zərərçəkmiş şəxs 1545 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün 30.08.2021ci il tarixdə saat 16 radələrində Abşeron rayonu Saray qəsəbəsində olan zaman oğurluq etmək üçün fərdi evlərə baxmışdır. Bu zaman bir evin qapısının bağlı olduğunu və evdə yaşayış olmadığını aşkar etmişdir. Həmin evin qarşısında dayanıb bir müddət evə və yoldan insanların keçib keçmədiyinə baxmışdır. Evdə heç kimin olmadığından tam əmin olduqdan sonra hasardan aşaraq həyətə daxil olmuşdur. Əvvəlcədən evdən özü ilə gətirdiyi vintaçan ilə evin plastik pəncərəsini sıxıb açmışdır. Evə daxil olduqdan sonra evdən yataq otağında olan çarpayıdan prostin götürmüş və mətbəx otağına keçmişdir. Mənzildən bir ədəd markasını xatırlamadığı kombi aparatını bir ədəd stolüstü qaz sobasını,üç ədəd su krantlarını, bir ədəd çay dəstini və bir ədəd qazan dəstini götürüb prostinin içərisinə yığmışdır. Gəldiyi yolla mənzildən çıxmış və bundan sonra götürdüyü əşyaları hasardan aşaraq çıxarmaq istəyəndə prostin cırılmış və əşyalar yerə tökülərək yararsız hala düşmüşdür.O isə səs küydən qorxub qaçıb kənarda bir müddət kiminsə gəlib gəlmədiyini gözləmişdir. Səsə heç kimin çıxmadığını gördükdən sonra yenidən gedib əşyaları götürüb onları satmaq üçün yola çıxaraq Sumqayıt şəhərinə getmək üçün taksi tutmaq qərarına gəlmişdir.Bu zaman taksinin yük yerinə əşyaları yığan zaman taksi sürücüsü əşyaları haradan əldə etdiyini soruşmuşdur. O isə evdə olan lazımsız əşyalar olduğunu satmaq üçün apardığını bildirmişdir. Bu zaman taksi sürücüsü həmin əşyaları neçəyə satdığını soruşmuşdur. Həmin şəxslər qiymətdə razılaşdıqdan sonra o, qazan və çay dəstini ikisi birlikdə 50 manata həmin şəxsə satmışdır. Kombi aparatı və qaz sobası isə zərbənin təsirindən yararsız hala düşdüyü üçün sata bilməmişdir. Həmin əşyaları isə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində metal qəbulu ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli ‘'Qaz 24” markalı avtomobilin tanımadığı sürücüsünə 100 manata satmış əldə etdiyi gəlirləri isə şəxsi ehtiyyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi həyət evi ona məxsusdur.Həmin evin təmiri başa çatsada həmin evdə yaşayış olmamışdır. 22.08.2021-ci il tarixdən 02.09.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər həmin fərdi həyət evinə plastik pəncərəni sıxıb açma yolu ilə daxil olaraq mənzildən 01 ədəd 900 manat dəyərində kombi aparatını,01 ədəd 400 manat dəyərində qaz sobasını,03 ədəd hər birinin dəyəri 50 manat olan ümumilikdə 150 manat dəyərində su krantlarını,01 ədəd 55 manat dəyərində çay dəstini,01 ədəd 40 manat dəyərində qazan dəstini oğurlayaraq ona ümumilikdə 1545 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəməyə 16.03.2022-ci il tarixdə Zərərçəkmiş şəxs daxil olmuş teleqramdan görünür ki, dəymiş ziyan ödənilməyib, şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respubliksı Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-daktiloskopik ekspertizasının 21.12.2021-ci il tarixli 21/718 R saylı rəyindən görünür ki , 30.08.2021-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi İlyas Əfəndiyev küçəsində yerləşən Vət.X1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd yapışqan lent kəsiklərinin üzərində olan 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır və şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1996-cı ildə Suqmayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən etmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir ədəd zərfin içərisində 07 ədəd əl-barmaq izi maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20.08.2020-ci il tarixdə cəzasının sonu ilə əlaqdər azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 02.02.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 02.02.2022-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 14.09.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayətləri yenidən törətməsinin qarşısını almaq məqsədilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzasının məqsədlərini təmin edə bilər. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 02.02.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin 02.02.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14.09.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd zərfdə 07 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin 02.02.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd zərfdə 07 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-170/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-170/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver