Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-171/2020 29.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X2, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X1 iştirakı ilə xx xxxxxx 1974-cü ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Daşkəsən rayonunun Qaraqollar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 34.850 (otuz dörd min səkkiz yüz əlli) manat məbləğində pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu alınaraq, Zərərçəkmiş şəxs verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)- 4690/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Məmmədov X3 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(030)-174/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında inzibati cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs hərəkətlərindən nəticə çıxarmamış, şəxsi maraqları naminə məhkəmə aktında nəzərdə tutulmuş tələbi qərəzli olaraq icra etməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq sürücü kimi fəaliyyət göstərərək aylıq gəliri orta hesabla 300 (üç yüz) – 500 (beş yüz) manat müqa- bilində təşkil edir. Zərərçəkmiş şəxs 2012-ci il tarixdən etibarən tanıyır və həmin ərəfədə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşən mal bazarında qoyunquzu satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs isə həmin bazarda faizə pul vermişdir. 2014cü ilin iyun ayında borcu olduğundan Zərərçəkmiş şəxs 50.000 (əlli min) manat faizlə borca pul istəmiş, lakin Zərərçəkmiş şəxs ona bir il müddətinə 35.000 (otuz beş min) manat məbləğində pulu faizlə ona borca verə biləcəyini bildirmişdir. Həmin pula görə hər ay 1.750 (min yüddi yüz əlli) manat faiz borcu verməli olmuşdur. Zərərçəkmiş şəxs həmin məbləği götürən zaman əvəzində borc götürməyi barədə əlyazma vermişdir. Müəyyən müddət keçəndən sonra Zərərçəkmiş şəxs qeyd olunan məbləğdən müəyyən vaxtlarda on bir ay ər- zində 19.250 (on doqquz min iki yüz əlli) manat məbləğində pulu və qardaşının yas mərasimində 4.000 (dörd min) manat dəyərində 500 (beş yüz) kiloqram ət vermişdir. Bundan sonra 2016-cı il tarixdə, Zərərçəkmiş şəxs 1.800 (bir min səkkiz yüz) manat dəyərində ət ona vermişdir ki, ona olan borcundan silsin. Sonradan biznes fəaliyyətində iflasa uğradığına görə ona olan faiz borcunu ödəyə bilmədiyi üçün Zərərçəkmiş şəxs 2017-ci ilin yay aylarında onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan rayon məhkəməsi tərəfindən 34.850 (otuz dörd min səkkiz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair xx xxxx 2017-ci il tarixli, 2(005)-4690/2017 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi aidiyyəti üzrə ilk öncə Daşkəsən Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və orada icra məmurları tərəfindən icra işi başlanaraq ona məhkəmə qətnaməsinin icra olunması üçün könüllü müddət verilmişdir. Bundan əlavə Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən onun barəsində inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət olunmuş və qeyd olunan rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Sonradan icra işi yaşadığı yer üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləğdən bu günkü günə qədər cəmisi Abşeron Rayon İcra və Probasiya şöbəsinə 350 (üç yüz əlli) manat məbləğində ödəniş etmiş və bütün bunlara baxmayaraq dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanaşır, borclu qaldığı məbləği yaxın müddət ərzində tam olaraq hissə-hissə Zərərçəkmiş şəxs ödəyəcəyinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşən mal bazarında qoyun-quzu satışı ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs 2014-cü ilin iyun ayında ona müraciət edərək kimlərəsə borcu olduğundan ondan 50.000 (əlli min) manat məblə- ğində borca pul istəmiş, lakin ona bir il müddətinə 35.000 (otuz beş min) manat verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin pulu ondan götürərək əvəzində borcun götürməsi barədə əlyazma vermişdir. Müəyyən müddətdən sonra həmin məbləğdən müəyyən pulu qaytarsa da, əvəzində qısa müddət ərzində əlavə olaraq ondan ümumilikdə 10.000 (on min) manat pul almışdır. Lakin 2016-cı ildə borca verdiyi pulu Təqsirləndirilən şəxs geri tələb etdikdə, həmin pulu qaytarmaq əvəzinə müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınmış, sonradan isə ümumiyyətlə borcu qaytarmayacağını bildirmişdir. Bu səbəbdən borc pulun geri tələb olunması ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 34. 850 (otuz dörd min səkkiz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun alınaraq ona ödənilməsinə dair xx xxxx 2017-ci il tarixli, 2 (005)-4690/2017 saylı qətnamə çıxarılmışdır. Daha sonra qətnamə üzrə verilmiş icra vərəqəsi ilk öncə aidiyyəti üzrə Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyini yerinə yetirməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Qətnamə üzrə qət edilmiş pulun Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş və Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qə- rarına əsasən Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Lakin daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirərək qətnamə üzrə borclu olduğu məbləği qaytarmamış, qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. Həmin ərəfədə borclu Təqsirləndirilən şəxs yaşayış ünvanını dəyişərək Abşeron rayonu, Mehdiabad qəsəbəsinə köçmüş, bu səbəbdən onun barəsində olan icra işi davam etdirilməsi üçün aidiyyəti üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, burada barəsində müvafiq icra tədbirlərinin görülməsinə baxmayarq borclu Təqsirləndirilən şəxs qərəzli olaraq qətnamənin icrasından yayınmış və icra zamanı yalnız 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. Təqsirləndirilən şəxs borclu olduğu məbləği qaytarmağa maddi cəhətdən imkanı olduğunu bildirərək sonuncunun borclu qaldığı məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. hazırda şikayəçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. Təqsirləndirilən şəxs təxminən 2013-cü ildən tanıyır və sonuncu əvvəllər qaynatası Zərərçəkmiş şəxsla bir yerdə iri buynuzlu mal-qaranın və qoyun-quzunun satışı ilə məşğul olublar. Təqsirləndirilən şəxs 2014-cü ilin iyun ayında Zərərçəkmiş şəxs müraciət edərək, kimlərəsə borclu olduğunu bildirərək 50.000 (əlli min) manat məbləğində borca pul istəmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs ona bir hissəsini özündən, qalan hissəsini isə digər tanışından götürərək Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsinə gedən yolda yerləşən Saday adlı şəxsin istifadəsində olan kafeyə gəlməsini bildirmişdir. Oraya gəldikdə həmin kafedə Saday adlı şəxsin iştirakı ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 35.000 (otuz beş min) manat məbləğində pulu borc vermiş, əvəzində sonuncu qeyd olunan məbləğin qəbul etməsinə dair əl yazmasını Zərərçəkmiş şəxs təqdim etmişdir. Müəyyən müddətdən sonra Zərərçəkmiş şəxs borca verdiyi məbləği geri tələb etdikdə, Təqsirləndirilən şəxs maddi durumu ilə əlaqədar çətinliyə düşdüyünü və tam məbləği qaytara bilməyəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs həmin ərəfədə cuzi miqdarda pul qaytarsa da, sonradan ümumiyyətlə borcu qaytar- maqdan imtina etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən 34.850 (otuz dörd min səkkiz yüz əlli) manat məbləğin- də pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Taryel Məmmədovdan alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair xx xxxx 2017-ci il tarixli, 2(005)- 4690/2017 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi ilk öncə aidiyyəti üzrə Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs icra olunması üçün müddət veril- mişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən öhdəliyini yerinə yetirməməsi səbəbindən Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Həmin ərəfədə Təqsirləndirilən şəxs yaşayış ünvanını dəyişərək Abşeron rayonu, Mehdiabad qəsəbəsinə köçmüş, bu səbəbdən onun barəsində olan icra işi davam etdirilməsi üçün aidiyyəti üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və barəsində müvafiq icra tədbirləri görülmüşdür. Təqsirləndirilən şəxs maddi imkanın olduğunu və məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayındığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2008-ci il tarixdən, Təqsirləndirilən şəxs isə təxminən 2012-ci il tarixdən tanıyır. 2012-ci il tarixdən 2016-cı il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən mal-qara bazarının yaxınlığında yerləşən “Lerik” kafesini işlədirmiş. Həmin vaxtlarda Məm- mədov Taryel Həmid oğlu ilə tanış olmuşdur. 2014-cü ilin payız aylarında Tar- yel Məmmədov və Zərərçəkmiş şəxs onun işlətdiyi kafedə yemək yeyən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müraciət edərək kimlərəsə borclu olduğunu bildirərək ondan 50.000 (əlli min) manat məbləğində borca pul istədiyini eşitmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs bildirmişdirki, onda istədiyi qədər məbləğ yoxdur və imkanı daxilində 35.000 (otuz beş min) manat məblə- ğində pulu ona borca verə bilər. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs 35.000 (otuz beş min) manatı borca verəndən sonra bankdan 15.000 (on beş min) kreditə götürüb ona verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla razılaşaraq bankdan kreditə pul götürərək ona borca verəcəyini bildirdi. Həmin gündən bir neçə gün keçəndən sonra Zərərçəkmiş şəxs onun iştirakı ilə 35.000 (otuz beş min) manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Müəyyən müddətdən sonra Zərərçəkmiş şəxs onun işlətdiyi kafedə pulu Təqsirləndirilən şəxs geri tələb etdikdə, sonuncu isə müxtəlif bəhanələr gətirərək borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Onun eşitdiyinə görə Təqsirləndirilən şəxs sonradan cuzi miqdarda Zərərçəkmiş şəxs pul qaytarsa da, yerdə qalan məbləği qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs aidiyyəti üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Təqsirləndirilən şəxs 34.850 (otuz dörd min səkkiz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair xx xxxx 2017-ci il tarixli, 2(005)-4690/2017 saylı qətnamə çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-4690/2017 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 34.850 (otuz dörd min səkkiz yüz əlli) manat məbləğində pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu Zərərçəkmiş şəxs ödəməlidir. Borcluya məhkəmə qətnaməsinə dair icra tələbini könüllü olaraq qanunla müəyyən olunmuş müddət ərzində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin heç bir üzrlü səbəb olmadan icra tələbi icra etməmiş və bunun üçün heç bir səy də, göstərməmişdir. İcra sənədini icra etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir. Bundan əlavə görülmüş tədbirlər nəticə vermədiyindən borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(030)-174/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilmişdir. Borclu məhkəmə qərarı ilə həbs olunduqdan sonra qanuna müvafiq olaraq ona icra sənədinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir. Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanışahid qismində dindirilmiş icra məmuru Şahid4 Şahid3 ifadəsinəoxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)- 4690/2017 saylı qətnamənin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 34.850 (otuz dörd min səkkiz yüz əlli) manat məbləğində pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(030)-174/2018 saylı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı onun əvvəllər məhkum olunmamasını, əməlindən peşmançılıq çəkməsini və tələbkara olan borcunu qisa müddətdə ödəyəcəyini öhdəsinə götürməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunu, Mehdiabad qəsəbəsində olan yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, eləcə də Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-171/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-171/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver