Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-171/2022 24.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəlli 11.08.2021-ci il tarixdən hesablanmaqla həbs qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə 06.08.2021-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, H.B.Zərdabi küçəsində park edilmiş Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E240” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsinin açıq olmasından istifadə edib, qapısını açaraq avbtomobilin salonunda ön oturacaqların arasında saxlanc yeri kimi istifadə olunan qutunun içərisindən 6200 (altı min iki yüz) manat məbləğində nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan bükümdə xalis çəkisi 0,403 qram ağ rəngli, kristallşəkilli maddədən kustar üsulla hazırlanmış 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini əldə edib, qara rəngli idman şalvarının sağ yan cibində daşıyaraq saxlamış, Abşeron RPİ-nin X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11.08.2021-ci il tarixdə saat 17 radəlrində Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən «Bakı Praqa» restoranının yaxınlığında saxlanılaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron RPİ-yə gətirilib xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə xalis çəkisi 0,403 qram ağ rəngli, kristallşəkilli maddədən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 06.08.2021-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən H.B.Zərdabi küçəsi ilə piyada hərəkətdə olarkən, orada yerləşən fərdi həyət evlərinin birinin qarşısında dayanmış tünd göy rəngli «Mercedes» markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxtı maddi vəziyyəti yaxşı olmadığı üçün, həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün avtomobilin şüşəsinin açıq olmasından istifadə edərək, avtomobilin arxa sağ qapısını açmış və avtomobilin arxa oturacağının üzərində pulun olduğunu görmüşdür. Həmin vaxtı pulun hansı miqdarda olmasını bilməmiş və dərhal pulu götürərək, oradan uzaqlaşmışdır. Avtomobilin yerləşdiyi ərazidən kifayət qədər uzaqlaşdıqdan sonra, oğurladığı pulu saydığı zaman, həmin pulun 1440 manat məbləğində olduğunu olduğunu müəyyən etmişdir. Avtomobildən oğurladığı 1440 manat məbəlğində pulu şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan sonra 11.08.2021-ci il tarixdə saat 16:15 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən yaşadığı evdən çıxaraq, qəsəbəsinin içində “Bakı-Praqa” restoranın yaxınlığında piyada hərəkət edirmiş. Əvvəllər narkotik maddələrdən istifadə etsə də, son 24 gün ərzində narkotik istifadə etməmiş və bu məqsədlə əvvəllər tanımadığı şəxsdən aldığı psixotrop maddə olan metamfetamini, üzərində gəzdirərək, ərazidə yerləşən çöllük olan yerə atmaq istəyirmiş. Həmin ünvanda yol kənarında dayanıb siqaret çəkdiyi zaman, biri mülki geyimdə, digəri isə polis geyimi formasında olan iki nəfər əvvəllər tanımadığı şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib, anket məlumatlarını soruşmuşlar. Polis əməkdaşlarına lazımi məlumatları verdikdən sonra, polis əməkdaşdarı ona narkotik vasitələrin istifadəçisi olmasından şübhələndiklərini bildirib, birlikdə Abşeron RPİ-nə getməli olduğunu söyləmişlər. Etiraz etmədən polis əmkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra polislər xidməti otaqların birində üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat verib, video çəkiliş vasitsəi ilə və müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələrini izah edib, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddənin olub-olmaması soruşmuşlar və belə bir əşyanın olduğu halda könüllü olaraq təqdim etməsini təklif etmişlər. Təklifdən sonra əynindəki idman şalvarımın cibində, el arasında “şüşə” adlandırılan bir büküm metamfetamin olduğunu söyləmişdir. Bundan sonra polis əməkdaşları video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirmişlər. Həmin vaxtı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki bir ədəd, içərisində psixotrop maddə metamfetamin olan şəffaf sollafan bükümünü çıxarıb oradakı masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra içərisinə baxış keçirilmişdir. Polis əməkdaşları ondan həmin kütləni haradan və nə vaxt əldə etdiyni soruşmuş və o, həmin metamfetamini təxminən bir ay əvvəl Bakı şəhərində tanımadığım şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində aldığını, lakin hal-hazırda həmin maddələrdən istifadə etmədiyini və həmin maddəni atmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bir büküm metamfetamin zərfə qoyularaq qablaşdırılmışdır. Özü, polis əməkdaşları, həmçinin dövlət hesabına ona ayrılmış müdafiəçi həmin zərfi imzaladıqdan sonra bu barədə protoikol tərtib olunmuşdur. Özü və orada olan digər iştirakçılar həmin protokolu imzalamışdır. Sonradan Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəyərək onunla barışmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06.08.2021-ci il tarixdə təxminən saat 20 radələrində qaynına məxsus sürmək üçün etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 240” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Ceyranbatan qəsəsəbəsi, H.B.Zərdabi küçəsində yerləşən fərdi evdə yaşayan qaynı Elmir Abışlıya məxsus evə qonaq getmişdir. İdarə etdiyi avtomobili evin çöl hissəsində küçədə hasarın qarşısında saxlamışdır. Avtomobili park etməmişdən öncə avtomobilin ön oturacaqlarının arasında olan yerə dağılmaması üçün rezin iplə bağladığı 6200 manat pulu və içərisində 1000 manat məbləğində pul olan pul kisəsini də qoymuşdur. Həmin günü gecə qaynı Elmir Abışlıya məxsus evdə gecələmişdir. 06.08.2021-ci il tarixdə səhər saat 09 radələrində tikdirdiyi fərdi ev üçün material almaq məqsədi ilə evdən gecələdiyi evdən çıxan zaman, avtomobilin ön oturacaqlarının arasında yertləşən qutunun qapağının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin qutuya baxdığı zaman, oraya qoyduğu 6200 manat pulun yerində olmadığını, lakin içərisində 1000 manat məbləğində pul olan pul kisəsinin isə həmin qutuda olduğunu və içərisində olan 1000 manat məbləğində pula toxunulmadığını aşkar etmişdir. Həmin zaman avtomobilin arxa sağ pəncərəsinin də yarımçıq formada açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq, oğurluq barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 6200 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 11.08.2021-ci il tarixdə xidmətdə olduğu zaman, xx.xx.1986-cı il təvəllüdlü ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə qərarla müraciət edib tədbirlərin keçirilməsinə icazə alaraq, Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş mötəbər məlumat əsasında 11.08.2021-ci il tarixdə saat 17 radələrində Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən «Bakı-Praqa» restoranının yaxınlığına getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq, özlərini təqdim edib, onun narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə Abşeron RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmyəib onlarla birlikdə Abşeron RPİ-nə getmiş və Təqsirləndirilən şəxs yol boyu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. İdarədə bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Həsənliyə həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Nicat Həsənlinin üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, üzərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanda olan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümə onların iştirakıı ilə və video çəkilişlə baxış keçirilərkən, bükümün içərsində ağ rəngli kristall formalı kütlənin olduğu aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirilməsi barədə sual verilərkən, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin madəni bir ay öncə Bakı şəhəri ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, lakin hazırda həmin maddədən istifadə etmədiyini və həmin maddəni atmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə qablaşdırılaraq, müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin bu barədə təhqiqatçı tərəfindən protokollar tərtib edilərək, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 12.08.2021-ci il tarixli, 6/3454 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 59» dairəvi möhür əksi olan, «İştirakçılar 1) imza Məhədzadə Qablaşdırma imza N.Həsənli » yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,403 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,353 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyhısına (Siyhaı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 20.12.2021-ci il tarixli, 5193 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 16.11.2021-ci il tarixli, 21/651R nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki:
1. 06.08.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, H.B.Zərdabi küçəsində vətəndaş Zərərçəkmiş şəxs məxsus «Mersedes» markalı, **-CC-*** dövlət nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar, avtomobilin müayinəsi zamanı 07 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş əl izlərindən 02 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirməsi üçün yararlıdır.
2. Şəxsiyyətin eyniləşdirməs üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1986-cı ildə Abşeron rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağın əksi ilə eynilik müəyyən edilmişdir.
3. Digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik aşkar edilmədi. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Aslanov X4 Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 10.02.2022-ci il tarixli 7(012)-100/2022 saylı qərarından görünür ki, Aslanov X4 Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 01 il 11 ay 11 gün hissəsi 01 il azaldılmışdır. Şübhəli şəxsin tutulması haqqında 11.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.08.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11.08.2021-ci il tarixdən hesablanmaqla həbs qətmkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş SD disk, 07 ədəd yapışqan lent kəsikləri vasitəsi və əl-barmaq izləri maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən Abşeron RPİ-nə təqdim edilmiş 15.09.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş 6200 manat məbləğində maddi ziyan istintaq dövründə təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir büküm psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.4, 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 11 ay 11 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.08.2021-ci il tarixdən 24.02.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 06 ay 13 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,353 qram metamfetamin məhv edilməlidir. İş üzrə 88 manat 70 qəpik məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk, 07 ədəd yapışqan lent kəsikləri vasitəsi və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu, vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul, məhkəmə baxışı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 11 ay 11 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə birləşdirmək yolu ilə qəti olaraq üzərində 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.08.2021-ci il tarixdən 24.02.2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 13 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,353 qram metamfetamin məhv edilsin. İş üzrə 88 manat 70 qəpik məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk, 07 ədəd yapışqan lent kəsikləri vasitəsi və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu, vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul, məhkəmə baxışı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov