Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-171/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Şəmkir şəhəri, M.F.Axundov küçəsi ev 21-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti dalan 1 ev 25-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 08 radələrində idarə etdiyi “DAEWOO” markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtobusla Abşeron rayonu Quşçuluq massivində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq edərək və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs avtobusun arxa qapısından pilləkəni qalxan vaxt həmin nəqliyyat vasitəsini harəkətə gətirərək sonuncunu yıxılmasına səbəb olmuş, sol ayağının hərəkətdə olan avtobusun arxa təkərinin altnda qalması səbəbilə onun sol aşıq-baldır oynağı nahiyəsinin geniş həcmli skalp olunmuş, əzilmiş-didilmiş yarası ilə müşayiət olunan sol incik sümüyünün qapalı sınığı, sol ayağın 1-ci barmağının açıcı vətərinin travmatik zədələnməsi ilə nəticələnən sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2021 -ci il tarixdə saat 07:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində 119 saylı yol vərəqəsi əsasında idarə etdiyi “Daevo” markalı ** TG *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu dayanacaqda saxlayıb sərnişinlərin avtobusdan minib enməsini gözləyirdi. Bundan sonra sərnişinlərin avtobusa tam mindiyinə əmin olduqdan sonra idarə etdiyi “Daevo” markalı ** TG *** dövlət nişanlı avtobusu hərəkətə gətirdikdə avtobusda sərnişinlərin qışqırmağını eşidib avtobusu saxlamışdır. Bundan sonra ona məlum oldu ki,bir nəfər qadın sonradan adını bildiyi Zərərçəkmiş şəxs qaçarak tələsik vəziyyətdə avtobusa minmək istəyən zaman, həmin qadın avtobusun pilləkənindən mühazirətin itirərək yerə yıxılmış və o, idarə etdiyi avtobusun arxa təkəri ilə onun ayağının üstündən keçmişdir. O, dərhal avtobusdan yerə düşüb yerdə oturmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs tanışı Elçinin avtomobili ilə X1 Yardım xəstəxanasına aparmışdır. Sonda o, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ona heç qarşı heç bir şikayətinin olmadığını, gələcəkdə də onun müalicəsində dəstək olacağını bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 31 mart 2021-ci il tarixdə saat 07-08 radələrində yaşadığı ünvan 1 ünvandan çıxmış, piyada Quşçuluq massivində olan yol kənarındakı dayanacağa yaxınlaşmışdır. Dayanacaqda ondan başqa da bir neçə adam olmuşdur. Bir qədər sonra dayanacağa avtobus yaxınlaşdı. O, avtobusun arxa qapısına yaxınlaşıb və minmək üçün birinci pilləkənə ayağını atandan sonra avtobus hərəkətə başlamış, həmin vaxtı qapı açıq vəziyyətdə olduğu üçün o, avtobusdan yerə yıxılmış, yerə yıxılan kimi avtobusun arxa təkəri onun ayağının üstündən keçmiş, bu zaman avtobusda olan sərnişinlər qışqırmağa başlamışdır. Avtobus saxladı və sürücü maşından düşüb ona yardım edib onu xəstəxanaya apardı. Xəstəxanada ona sürücü Təqsirləndirilən şəxs bildirdi ki, xəstəxanada və səhhətində yaranmış problemlərin xərcini ödəyəcək. Bundan sonra ondan izahat almanda Elçinə inanıb avtobusdan özü yıxıldığı barədə təhqiqatçıya məlumat vermişdir. Lakin Elçin onun xəstəxanada xərclərini ödəmədiyi üçün o, müalicəsilə bağlı valediyinlərinin yaşadığı Rusiya federasiyasına getmiş və qayıdandan sonra Elçinlə əlaqə saxlayıb aldığı xəsarətlə bağlı çəkdiyi xərcləri ödəməsini xahiş etmişdir. Lakin Elçin imtina etmiş ona görə də o, müvafiq instansiyalara müraciət edərək hadisənin necə olduğunu yazmışdır. Sonda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona maddi və mənəvi dəstək olduğunu və ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN- nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 20 iyul 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertin 20 iyul 2022-ci il tarixli 1720 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxsnm almış olduğu xəsarətlər - sol aşıq-baldır oynağı nahiyəsinin geniş həcmli skalp olunmuş, əzilmiş-didilmiş yarası ilə müşayiət olunan sol incik sümüyünün qapalı sınığı, sol ayağın 1-ci barmağının açıcı vətərinin travmatik zədələnməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, zərərçəkənin göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 02 sentyabr 2022ci il tarixdə yol-nəqliyyat hadisələrinin ekspertizası təyin edilmiş və ekspertin 19 sentyabr 2022-ci il tarixli 8/2438 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Daewoo BS090 markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol həəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs az ağır bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 08 radələrində idarə etdiyi “DAEWOO” markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtobusla Abşeron rayonu Quşçuluq massivində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq edərək və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs avtobusun arxa qapısından pilləkəni qalxan vaxt həmin nəqliyyat vasitəsini harəkətə gətirərək sonuncunu yıxılmasına səbəb olmuş, sol ayağının hərəkətdə olan avtobusun arxa təkərinin altnda qalması səbəbilə onun sol aşıq-baldır oynağı nahiyəsinin geniş həcmli skalp olunmuş, əzilmiş-didilmiş yarası ilə müşayiət olunan sol incik sümüyünün qapalı sınığı, sol ayağın 1-ci barmağının açıcı vətərinin travmatik zədələnməsi ilə nəticələnən sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ona heç qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İbtidai məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Onun barəsində inzibati məsuliyyət tədbir görülməsi üçün qərarın surəti Abşeron rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs İbtidai məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-171/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-171/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver