Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-171/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan şəxsdən 15 manat pul müqabilində satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı İ) əsasən xeyli miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 1,105 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və saxlamış, 25 yanvar 2024-cü il tarixdə saat 16:00 radələrində X1 əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində “Duz Gölü”nün yaxınlığında şübhəli şəxs qismində saxlanılmaqla Abşeron rayon polis idarəsinin X1 inzibati binasına gətirilərək orada həmin gün saat 17:20-dan 17:27-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 1,105 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayır. Şübhəli şəxs qismində tutulanadək ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3da yaşamışdır. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Təxminən 8-9 ay müddət olar ki, əsasən də narkotik vasitə olan heroindən istifadə edirmiş. Narkotik vasitə heroini əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə edir. 25 yanvar 2024-cü il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, adlanan ərazinin yaxınlığında olmuşdur. Bu zaman bir nəfər şəxslə söhbət etməyə başlamışdır. Həmin şəxs söhbət zamanı narkotik vasitə istifadəçisi olduğunu ona demişdir. O, həmin şəxsə təxminən 8-9 ay müddət olar ki, narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona 15 manat müqabilində narkotik vasitə heroin verə biləcəyini demişdir və o, razılaşmışdır. Həmin şəxs onun yanından ayrılmış və təxminən 20 dəqiqə sonra geri qayıtmışdır. Ona heroin gətirdiyini bildirmişdir və o, həmin şəxsin gətirdiyi şəffaf rəngli olan bükülüyə baxıb içərisində həqiqətən də narkotik vasitə heroin olduğunu görmüşdür. Daha sonra isə həmin tanımadığı şəxsə 15 manat pul vermişdir. Həmin şəxsin verdiyi şəffaf rəngli sellofana bükülmüş heroini isə əynində olan tund göy rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bir neçə saat Sumqayıt şəhəri, Corat qəsəbəsində gəzib özünə iş axtardıqdan sonra yaşadığı ünvana qayıtmaq üçün yola çıxmışdır. xx.xx.2024-cü il tarixdə axşam saat 16:00 radələrinə Abşeron rayonu, Saray qəsəbəsi "Duz Gölü" nün yanı ilə yaşadığı Saray qəsəbəsinə piyada şəkildə gedərkən həmin vaxt cibində təxminən bir iki saat əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsi adlanan ərazidə aldığı narkotik vasitə olan heroin olmuşdur. Bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər ona orada nə gəzdiyini soruşmuşdurlar. O, üzərində narkotik vasitə olduğundan qorxub uzaqlaşmaq istəmişdir. Həmin şəxslər ona çatıb nə üçün onlardan uzaqlaşdığını soruşmuşdur. O, isə üzərində narkotik vasitə heroin olduğunu və ona görə də onları görən zaman qorxduqundan uzaqlaşdığını bildirmişdir. Daha sonra həmin şəxslər xidməti vəsiqələrini çıxardaraq polis əməkdaşı olduqlarını bildirmişdirlər. Daha sonra polis əməkdaşları onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişdirlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə X2 getmişdir. Polis Bölməsinə aoarıldıqdan sonra ona hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. O, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis bölməsində onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat verilmişdir. Daha sonra X1 inzibati binasında xidməti otaqlardan birində video çəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini çıxardıb təqdim etmişdir. Təqdim etdiyi şəffaf rəngli sellofan bükümə orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu soruşulduqda o, həmin bükülüdə narkotik vasitə heroin olduğunu demişdir. Həmin narkotik vasitəni hardan və nə vaxt aldığı soruşulmuş o, isə həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçisi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir, həmin protokol ucadan oxunmuş və imzalarla təsiq edilmişdir. Bütün ifadəsində qeyd etdiyi proses videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin X1 polis nəfəri polis serjantı CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində bildirdi ki, 2021-ci ildən Daxili İşlər orqanlarında, 2023-cü ildən də tutduğu vəzifədə xidmət edir. X1 sahə polis nəfəri vəzifəsində işləyir. Polis serjantı xüsusi rütbəsindədir. xx.xx.2024-cü il tarixdə Abşeron Rayonu, Saray qəsəbəsində inzibati ərazisində iş yoldaşı X1 CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə rayon ərazisində baş vermiş oğurluq hadisələrinin qarşısının alınması məqsədi ilə xidmət aparmışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində iş yoldaşı Şahid2lə birlikdə Abşeron Rayonu, Saray qəsəbəsində Duz Gölünün yaxınlığında piyada şəkildə hərəkət edərkən bir nəfər şəxsin duz gölünün yanı ilə piyada şəkildə hərəkət etdiyini və şübhəli hərəkətlər etdiyini görmüşdürlər. Onlar həmin şəxsə yaxınlaşmaq istədikdə həmin şəxs onları görən zaman qaçıb gizlənmək və uzaqlaşmaq istəmişdir. Həmin şəxsə çataraq onu saxlamışdırlar. Onlar həmin şəxsə çatıb orada nə gəzdiyini, nə üçün onları görən zaman uzaqlaşmaq istədiyini həmin şəxsdən soruşduqda. Həmin şəxs onları görən kimi özünü itirmiş və suallara qeyri adekvat cavablar verməyə başlamışdır. Həmin şəxsdən bu ərazidə baş vermiş oğurluq hadisələrində xəbəri olub olmadığını soruşmuşdurlar. Həmin şəxs isə onlara oğurluq etmədiyini demişdir. Onlar həmin şəxsdən adını soruşan zaman həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs nə üçün onları görən zaman qaçıb gizləndiyini soruşduqda Təqsirləndirilən şəxs onlara 8-9 ay müddət olar ki, narkotik vasitə heroindən istifadə etdiyini və üzərində qanunsuz olaraq narkotik vasitə heroin olduğundan onları görən zaman qaçıb gizlənmək istədyini demişdir. Onlar Təqsirləndirilən şəxs X2 dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə X2 getmişdir. Saray polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngliu sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər maddə çıxardıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi ilə bağlı məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdü. Daha sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan, "kokos" adlanan heroindir və həmin narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi adlanan ərazidə tanımadığı şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2015-ci ildən Daxili İşlər orqanlarında, 2023-cü ildən də tutduğu vəzifədə xidmət edir. X1 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı xüsusi rütbəsindədir. xx.xx.2024-cü il tarixdə Abşeron Rayonu, Saray qəsəbəsində inzibati ərazisində iş yoldaşı sahənin polis nəfəri Şahid1 ilə birlikdə rayon ərazisində baş vermiş oğurluq hadisələrinin qarşısının alınması məqsədi ilə xidmət aparmışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində iş yoldaşı Şahid1 ilə birlikdə Abşeron Rayonu, Saray qəsəbəsində Duz Gölünün yaxınlığında piyada şəkildə hərəkət edərkən bir nəfər şəxsin duz gölünün yanı ilə piyada şəkildə hərəkət etdiyini və şübhəli hərəkətlər etdiyini görmüşdürlər. Onlar həmin şəxsə yaxınlaşmaq istədikdə həmin şəxs onları görən zaman qaçıb gizlənmək və uzaqlaşmaq istəmişdir. Həmin şəxsə çataraq onu saxlamışdırlar. Onlar həmin şəxsə çatıb orada nə gəzdiyini, nə üçün onları görən zaman uzaqlaşmaq istədiyini həmin şəxsdən soruşduqda. Həmin şəxs onları görən kimi özünü itirmiş və suallara qeyri adekvat cavablar verməyə başlamışdır. Həmin şəxsdən bu ərazidə baş vermiş oğurluq hadisələrində xəbəri olub olmadığını soruşmuşdurlar. Həmin şəxs isə onlara oğurluq etmədiyini demişdir. Onlar həmin şəxsdən adını soruşan zaman həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs nə üçün onları görən zaman qaçıb gizləndiyini soruşduqda Təqsirləndirilən şəxs onlara 8-9 ay müddət olar ki, narkotik vasitə heroindən istifadə etdiyini və üzərində qanunsuz olaraq narkotik vasitə heroin olduğundan onları görən zaman qaçıb gizlənmək istədyini demişdir. Onlar Təqsirləndirilən şəxs X2 dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə X2 getmişdir. Saray polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngliu sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər maddə çıxardıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi ilə bağlı məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdü. Daha sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan, "kokos" adlanan heroindir və həmin narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi adlanan ərazidə tanımadığı şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəfaf rəngli sellafona bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü götürülmüşdür. Məhkəmə tərəfindən DVD formatlı kompak diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində duz gölünün yaxınlığında Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-nin Saray PB-nin inzibati binasına gətirilərək, həmin gün saat 17:20-dən 17:27-dək üzərinə keçirilən şəxsi axtarışı zamanı əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 1,105 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 26 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/662 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata obyekti üzərində AR DİN "Zərflər üçün № 246" möhür əksi, "Təqsirləndirilən şəxs..." və s. soyadlar, imzalar olan 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 1,105 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan 1,105 qram narkotik vasitə heroin və bir ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,005 qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji 05 mart 2024-cü il tarixli, 1476 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiycı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı və cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1,005 qram qalmış narkotik vaistə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat hüquqi yardım göstərmiş Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 1,005 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-171/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-171/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver