Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-172/2021 05.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi vəkil Müdafiəçi3 iştirakı ilə xx.xx.1977-ci ildə Naxçıvan MR-sı Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti, ev 79, mənzil 33-də qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə küçəsi fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs 29 aprel 2005-ci il tarixdən başlayaraq 29.01.2000-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında alimentin alınmasına dair Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin 29 aprel 2005-ci il tarixli, 2-22/2005 saylı, həmçinin 27 iyul 2015-ci il tarixdən başlayaraq 29.01.2000-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108,00 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli, 2(007)-4133/2015 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Abşeron Rayon Məhkəməsi tərəfindən 20 sentyabr 2017-ci il və 26 aprel 2019-cu il tarixlərdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növü tətbiq edilməsinə və ona icra sənədlərindəki tələbi icra etməsi üçün 11 oktyabr 2017-ci il, 30 yanvar 2019-cu il və 08 may 2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 12 iyul 2019-cu il tarixədək Zərərçəkmiş şəxs hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 18034,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs 29 aprel 2005-ci il tarixdən başlayaraq 29.01.2000-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında alimentin alınmasına dair Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin 29 aprel 2005-ci il tarixli, 2-22/2005 saylı, həmçinin 27 iyul 2015-ci il tarixdən başlayaraq 29.01.2000-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108,00 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı 29 aprel 2005-ci il tarixdən 27 iyul 2015-ci il tarixədək Bakı şəhəri üzrə illik orta əmək haqqı nəzərə alınmaqla aylıq qazancın 4/1 hissəsi 29 aprel 2005-ci il tarixdən 27 iyul 2015-ci il tarixədək ümumilikdə 10.992, 87 manat, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli, 2(007)-4133/2015 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı 27 iyul 2015-ci il tarixdən hər ay üçün 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması nəzərə alınmaqla 04.09.2019-cu il tarixə (sualda göstərilən tarix) 5.324.40 manat puldan yəni hər iki qətnamə üzrə yığılmış 16317,27 manat borcdan cəmi 3217 manat pul ödəmişdir. Hər iki qətnamə üzrə borcun ödənilməsinə dair icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Abşeron Rayon Məhkəməsi tərəfindən 20 sentyabr 2017-ci il və 26 aprel 2019-cu il tarixlərdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növü tətbiq edilməsinə və ona icra sənədlərindəki tələbi icra etməsi üçün 11 oktyabr 2017-ci il, 30 yanvar 2019-cu il və 08 may 2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət işı başlanılan tarixədək, yəni 04 sentyabr 2019-cu il tarixədək Zərərçəkmiş şəxs hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 13154,27 manat məbləğində aliment borcunu ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 1997-ci ildə nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan 29.01.2000-ci il tarixdə Lamiyə adlı uşaqları anadan olmuş, münasibətləri pozulduqdan sonra ayrılaraq, Zərərçəkmiş şəxs uşağın saxlanmasına görə ondan alimentin tələbi ilə bağlı Naxçıvan MR-nın Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd olunan məhkəmənin 29 aprel 2005-ci il tarixli, 2-22/2005 saylı qətnaməsinə əsasən, ondan 29 aprel 2005-ci il tarixdən başlayaraq 29.01.2000-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, həmçinin aliment miqdarının artırılması ilə bağlı Zərərçəkmiş şəxs 2015-ci ildə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2015ci il tarixli, 2(007)-4133/2015 saylı qətnaməsinə əsasən, ondan 27 iyul 2015-ci il tarixdən başlayaraq 29.01.2000-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamələr üzrə verilmiş icra vərəqələri icra olunması üçün ilk öncə Nizami rayon İcra və Probasiya şöbəsinə, daha sonra isə aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, qətnamələr üzrə yığılmılş borcu həmin müddət ərzində ödəməmiş, icra məmuru tərəfindən barəsində dəfələrlə inzibati protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin qərarlarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində müxtəlif tarixlərdə 15 (on beş) gün və 10 (on) gün müdddətində inzibati qaydada həbs seçilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona alimentin ödənilməsi üçün yeni müddət verilməsinə baxmayaraq qətnamələr üzrə yaranmış aliment borcunu tam ödəyə bilməmiş və ona cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmiş və qətnamələr üzrə təxminən 3000,00 manat məbləğində ödənişi təmin etmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni 12.07.2019-cu il tarixədək aliment üzrə ümumilikdə təxminən 18000,00 manat məbləğində borcu göstərilmiş və istintaq dövründə aliment borcundan hissə-hissə əlavə olaraq 250,00 manat məbləğində ödəniş etmişdir. Bunula belə hesab edir ki, 29 aprel 2005-ci il tarixdən 27 iyul 2015-ci il tarixədək borc düzgün hesablanmamışdır. Belə ki orta əmək haqql məbləği hər il üçün dəyişsədə istintaq zamanı bu dəyişiklik nəzərə alınmadan borc məbləği şişirdilmişdir. Bundan əlavə məhkəmə baxışı zamanıda əlavə olaraq 500 manat həmin məbləğdən ödəniş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1997-ci ildə nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan 29.01.2000-ci il tarixdə Lamiyə adlı uşaqları anadan olmuş, Təqsirləndirilən şəxsla münasibəti pozulduqdan sonra ayrılmış, lakin ayrıldıqdan sonra bir ata kimi uşağı ilə maraqlanmamış, bu səbəbdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Naxçıvan MR-nın Babək Rayon Məhkəməsinin 29 aprel 2005-ci il tarixli, 2-22/2005 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 29 aprel 2005ci il tarixdən başlayaraq 29.01.2000-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında aliment tutulub ona ödənilməsi qət edilmiş, həmçinin aliment miqdarının artırılması ilə bağlı 2015ci ildə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli, 2(007)-4133/2015 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 27 iyul 2015-ci il tarixdən başlayaraq 29.01.2000-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəmələri icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamələr üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Abşeron Rayon Məhkəməsinin 20.09.2017-ci il tarixli və 26.04.2019-cu il tarixli qərarlarına əsasən Təqsirləndirilən şəxs təqsirli bilinərək hər iki qərar üzrə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmiş, daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək qətnamələri icra etməkdən qərəzli olaraq yayınmışdır. Təqsirləndirilən şəxs ona hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 18000,00 manat məbləğində aliment borcu qalmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onun cəzalanmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Babək Rayon Məhkəməsinin 2-22/2005 saylı, 29 aprel 2005-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq 29.01.2000-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuş, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4133/2015 saylı, 01 sentyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən 27 iyul 2015-ci il tarixdən başlayaraq aliment miqdarı sabit pul məbləğinə keçərək X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Təqsirləndirilən şəxs hər ay 108 manat alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Nizami rayon İcra və Probasiya şöbəsində Babək Rayon Məhkəməsinin 2-22/2005 saylı, 29 aprel 2005-ci il tarixli icra vərəqəsi üzrə 27.08.2012-ci il tarixli və Nizami Rayon Məhkəməsinin 2(007)- 4133/2015 saylı, 01 sentyabr 2015-ci il tarixli icra vərəqəsi üzrə 09.12.2016-cı il tarixli qərarlarla icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs yaşayış yerini dəyişərək Abşeron rayon ərazisinə köçdüyündən qeyd olunan icra vərəqələri icra edilməsindən ötrü ərazi aidiyyəti üzrə 23.06.2017-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra vərəqələri ümumi icraatda birləşdirilmiş və 12.07.2017-ci il tarixdə icraata başlanılaraq tələbin dərhal icrası barədə borcluya bildiriş göndərilmiş, məhkəmə qərarlarının icrası borclu tərəfindən təmin edilmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində 04.08.2016-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuş, Nizami Rayon Məhkəməsinin 3(007)-473/2016 saylı, 04 avqust 2016-cı il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs inzibati xəta haqqında iş üzrə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs olunmuş, məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Nizami Rayon Məhkəməsinin 8(007)- 1683/2016 saylı, 15.09.2016-cı il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs dəfələrlə icra şöbəsinə dəvət olunmuş və aliment borcunun ödənilməsi tələb olunmuş, icra vərəqələrində göstərilən tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə borclu Təqsirləndirilən şəxs barəsində 20.09.2017-ci il tarixdə AR İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş, həmin məhkəmənin 3(012)- 863/2017 saylı, 20 sentyabr 2017-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs inzibati xəta haqqında iş üzrə bir daha təqsirli bilinərək 10 (on) gün müddətində həbs olunmuşdur. Borclu Təqsirləndirilən şəxs əmək qabiliyyətli olmaqla borclunun məşğulluq xidməti orqanında qeydiyyata götürməsi və müvafiq işlə təmin edilməsi məqsədilə Abşeron rayon Məşğulluq Mərkəzinə müraciət olunmuş, lakin borclu Təqsirləndirilən şəxs Məşğulluq Mərkəzi tərəfindən təklif olunmuş işlərdən əmək haqqının az olduğunu bildirərək imtina etmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 3(012)- 696/2019 saylı qərarı ilə 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq iş üzrə borclu Təqsirləndirilən şəxs icra sənədinin icraatda olduğu müddət ərzində cəmi 2967 manat aliment pulu ödəməklə kifayətlənmiş, borclu Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 2-22/2005 saylı, 29 aprel 2005-ci il tarixli icra sənədi üzrə 17761 manat və Nizami Rayon Məhkəməsinin 2(007)-4133/2015 saylı, 01 sentyabr 2015-ci il tarixli icra sənədi üzrə 273 manat, cəmi 18034 manat aliment borcu yaranmışdır.Bu səbəbdən borclular tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnamələri qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris Birliyinin 20 noyabr 2019-cu il tarixli, 431/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi nəticəsində almış travma ilə əlaqədar 06.07.2019-cu il tarixdə “X8”in cərrahiyyə şöbəsinə gətirilmiş və ona “döş qəfəsi və qarının küt travması; dalağın və nazik bağırsaq müsariqəsinin cırılması; daxili qanaxma; üst dodağın cırılması, yaralanması” diaqnozu ilə əlaqədar “laparotomiya; splenektomiya; nazik bağırsağın rezeksiyası, uc-uca anastomozun qoyulması; yaraların İ-li cərrahi işlənməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Təqsirləndirilən şəxs 29.07.2019-cu il tarixdə yaxşılaşması ilə evə yazılmışdır. Təqsirləndirilən şəxs məhkəmə-tibbi, mütəxəssis və aparılmış instrumental müayinə nəticələrinə əsasən, onda hal-hazırda “keçirilmiş cərrahiyyə əməliyyatından sonrakı vəziyyət, sol dirsək sinirinin travmatik hissəvi zədələnməsi”, “döş qəfəsinin düz, sol dizin, sağ dirsək və sol mil-bilək oynağı”nın iki proyeksiyalı R-qrammalarda görüntü sahələrində olan sümüklərin tamlığının pozulduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Səhiyyə Naziliyinin Abşeron Rayon Mərkəzi Xəstəxanasının 24.04.2020-ci il tarixli, 656 saylı məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza komissiyasına “S36 qarın boşluğu orqanlarının travması, Z90.4 həzm traktının digər şöbələrinin qazanılma olmaması, nazik bağırsağın rezeksiyası, Z09.0 bağırsaq anastomozunun olması, uc-uca anastomozun qoyulması, Z90.8 digər orqanın qazanılma olmaması. Splenektomiya. S42.4 bazu sümüyünün aşağı ucunun sınığı. Sağ bazu sümüyünün lateral kondilusun bitmiş sınığı. M24.5 oynaqların kontrakturası, sağ dirsək oynağının açıcı kontrakturası, H52.1 miopiya, J41.1 selikli-irinli xroniki bronxit” diaqnozları ilə göndəriş verilmiş, lakin 12.03.2020-ci il tarixdə TSEK tərəfindən aparılan müayinələrin nəticələrinin diaqnozda öz əksini tapmadığı üçün əlilliyin təyinindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məşğulluq Mərkəzinin 13.03.2019-ci il tarixli, ********* saylı məktubuna əsasən, məhkəmə aktlarının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılmış (***-***-**-**) və Mərkəzə dəvət edilmiş, lakin sonuncu əmək haqqının az olması ilə əlaqədar təklif olunan işləri qəbul etməmiş və mərkəzə gəlməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Statistika İdarəsinin 25.06.2019-cu il tarixli, 158 saylı məktubundan görünür ki, 2019-cu ilin İ rübü üzrə Azərbaycan Respublikasında orta əmək haqqının məbləği 577,60 manat təşkil edir. İş materiallarına əlavə olunmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbi könüllü icra edilməsinə dair bildirişdən, Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında 20 sentyabr 2017-ci il və 26 aprel 2019-cu il tarixli qərarlarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də, Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin 29 aprel 2005-ci il tarixli, 2-22/2005 saylı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli, 2(007)- 4133/2015 saylı qətnamələrini qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2021-ci il tarixli, 9/3269 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən 29 aprel 2005-ci il tarixdən 27 iyul 2015-ci il tarixədək Bakı şəhəri üzrə illik orta əmək haqqı nəzərə alınmaqla aylıq qazancın 4/1 hissəsi 29 aprel 2005-ci il tarixdən 27 iyul 2015-ci il tarixədək ümumilikdə 10.992, 87 manat məbləğində müəyyən edilir. Bundan başqa 27 iyul 2015-ci il tarixdən hər ay üçün 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması nəzərə alınmaqla 04.09.2019-cu il tarixə (sualda göstərilən tarix) 5.324.40 manat məbləğində və 04.09.2019-cu il tarixdən 28.04.2021-ci il tarixə (qərarından tarixinə) 2.138.40 manat məbləğində olmaqla ümumilikdə 7.462.80 manat müəyyən edilir. Cinayət işinə əlavə edilmiş qəbzlər və arayışla müəyyən edilir ki, Naxçıvan MR-nın Babək Rayon Məhkəmənin 29 aprel 2005-ci il tarixli, 2-22/2005 saylı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli, 2(007)-4133/2015 saylı qətnamələri üzrə cəmi 3217,00 manat məbləğində ödəniş təmin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 16.09.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər nəhkum olunmamışdır. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibidai istintaq zamanı Zərərçəkmiş şəxs hər iki məhkəmə qətnaməsi üzrə ödənilməyən məbləğ düzgün müəyyən edilməmişdir.( hər iki qətnamə üzrə 13154,27 manat əvəzinə 18034,00 manat ödənilməyən məbləğ kimi göstərilmişdir.) Məhkəmə Təqsirləndirilən şəxs borcun qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində əzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05.08.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Bakı şəhəri 19 saylı vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Bakı şəhəri 19 saylı vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Bakı şəhəri 19 saylı vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Bakı şəhəri 19 saylı vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Bakı şəhəri 19 saylı vəkil bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-172/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-172/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver