Məhkəmə qərarları › İş №1(012)-173/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-173/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-173/2021 23.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakı ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əzizbəyov Qardaşları küçəsi ev 88, mənzil 7 ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2018-ci il tarixdə Abşeron rayon ərazisində istintaqa məlum olmayan yerdən tapdığı bir ədəd zavod üsulu ilə xarici dövlətdə 1992-ci ildə istehsal olunmuş, 7,62x51 mm kalibrli, NATO dövlətlərinin istifadə etdiyi M-14 və M-1 “Grand” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronu, döyüş sursatı hesab edilən, tamlığı və patronun içərisində olan lazımi komponentlər yerində olduğuna görə atəş üçün yararlı olan patronu əldə edib üzərində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 119 nömrəli avtobus qarajının yaxınlığına daşıyaraq saxlamış, xx xxxxxxxx 2020ci il tarixdə saat 01 radələrində X5 Alayının 12-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 119 nömrəli avtobus qarajının yaxınlığında saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilərək üzərinə keçirilmiş baxış zamanı həmin döyüş sursatı hesab edilən 7,62x51 mm kalibrli bir ədəd patron Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində atası İlqar Nəcəfova məxsus olan “Niva” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində 119 nömrəli avtobus qarajının yaxınlığında dayanmış, bu zaman ətrafda olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona özünü şübhəli apardığını bildirmiş və nəyə görə həmin yerdə dayandığı soruşmuşlar. O, polis əməkdaşlarına bir az əvvəl dayandığı yerdə adam düşürdüyünü demiş, sonra polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmiş, Polis İdarəsində təhqiqatçı hal şahidlərinin iştirakı ilə üzərinə və avtomobilinə baxış keçirmiş, baxiş zamanı avtomobilindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmiş, ancaq bəzək əşyası kimi istifadə etdiyi bir ədəd patronu təqdim etmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin patronu 2 il əvvəl dəqiq xatırlamadığı yerdən tapmış, patronu bəzək əşyası kimi istifadə etmək üçün özündə saxlamışdır. Törətdiyi cinayət əməlindən çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdən DİO-da xidmət edir, 2018-ci il tarixdən tutduğu vəzifədə, yəni DİN-in X5 Alayının 12-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində polis serjantı rütbəsində xidmət edir. Abşeron rayonu, Xırdalan şəhərində hər gün gecə növbəsində polis serjantı Şahid3 ilə birlikdə piyada xidmət aparmış, xx.xx.2020-ci il tarixdə saat 01:45 radələrində Abşeron rayonu, Xırdalan şəhərində Şahid3 ilə xidmətdə olan zaman 119 nömrəli avtobusların qarajı kimi tanınan ərazidə göy rəngli Niva markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandığını görmüş, avtomobilin sürücüsü özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etdikdən sonra həmin şəxsdən üzərində hər hansı sənədinin olub-olmamasını soruşmuş, sonuncu üzərində hər hansı sənədinin olmadığını bildirmiş, həmin şəxs onlarla söhbət edən zaman əlində bir ədəd patron olduğunu görmüş, sonra həmin şəxs avtomobilinə minib qaçmaq istəyən zaman onu saxlamış, bu zaman həmin şəxsi Abşeron rayon Polis İdarəsinə dəvət etmiş, həmin şəxs idarə etdiyi Niva markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə etiraz etmədən onlarla polis idarəsinə gəlmişdir. Sonra həmin şəxsi Abşeron rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təqdim etmiş, Növbətçi Hissədə həmin şəxsin xx.xx.1992-ci il təvəllüdlü, ünvan 3 mənzil 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində bir ədəd patron olduğunu görmüş, falqa bükümü isə boş kağız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X5 Alayının 12-ci Patrul Bölüyünün polis nəfəri Şahid3 ifadəsində polis nəfəri X1 göstərdiyi xüsusatları tam mahiyyəti üzrə təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə baxışı zamanı ifadələri elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 dostu Şahid1 ilə birlikdə Abşeron rayon Polis İdarəsində şikayəti olduğu üçün xx xxxxxxxx 2020-ci il tarixdə səhər saat təxminən 08 radələrində Abşeron rayon Polis İdarəsinə getmiş, Polis idarəsində olan zaman idarənin təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru Mirdamət Qədirli adlı polis əməkdaşı ondan avtomobilə baxış keçirilməsi üçün hal şahidi qismində iştirak etməyini xahiş etmiş, onlar da buna etiraz etməyib sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Niva markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesində iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Niva markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, sonra Abşeron rayon Polis İdarəsinin inzibatı binasında təhqiqatçı Mirdamət Qədirlinin xidməti otağında Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd patrona da baxış keçirilmiş, təhqiqatçı X4 Nəcəfovun təqdim etdiyi bir ədəd patronu onların iştirakı ilə zərfə qoyaraq qablaşdırdı. Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində Şahid2 göstərdiyi xüsusatları tam mahiyyəti üzrə təsdiq edərək istintaqa analoji ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış xx.xx.2020ci il tarixli 20/435R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə xarici dövlətdə 1992-ci ildə istehsal olunmuş 7,62 x 51 mm kalibrli olmaqla, həmin kalibrli NATO dövlətinin istifadə etdiyi M-14 və M-1 «Grand» modeli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronudur və döyüş sursatı hesab edilir. Tamlığı və patronun içərisində olan lazımi komponentlər yerində olduğuna görə həmin patron atəş üçün yararlıdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədibirinin dəyişdirilmədən saxlanması, istintaq zamanı 01 ədəd patron zavod üsulu ilə xarici dövlətdə 1992-ci ildə istehsal olunmuş 7,62 x 51 mm kalibrli olmaqla, həmin kalibrli NATO dövlətinin istifadə etdiyi M-14 və M-1 «Grand» modeli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronu sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmağı, ekspertiza tədqiqatından sonra 01 ədəd 7,62 x 51 mm kalibrli patronunun demontaj olunan komponentləri saxlanması üçün Abşeron RPİ-nin növbətçi hissəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2020-ci il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs tutulmuş və cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Abşero RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd patron zavod üsulu ilə xarici dövlətdə 1992-ci ildə istehsal olunmuş 7,62 x 51 mm kalibrli olmaqla, həmin kalibrli NATO dövlətinin istifadə etdiyi M-14 və M-1 «Grand» modeli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Hökmün icrasını Bakı şəhər, Səbail rayon icra və probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Abşero RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd patron zavod üsulu ilə xarici dövlətdə 1992-ci ildə istehsal olunmuş 7,62 x 51 mm kalibrli olmaqla, həmin kalibrli NATO dövlətinin istifadə etdiyi M-14 və M-1 «Grand» modeli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Hökmün icrasını Bakı şəhər, Səbail rayon icra və probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar