Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-173/2023 04.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Çərçiboğan kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi 20 yanvar küçəsi ev 20-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı X4 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 05 sentyabr 2021-ci il tarxdə saat 04 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Binəqədi rayonu 28 May qəsəbəsi, İzlivniy küçəsi 10 saylı evə gələrək orada fərdi tikilinin hasarından aşıb evin həyətinə,sonra isə təmir olunan evə qanunsuz daxil olaraq əvvəlcədən aralarında olan razılaşmaya əsasən birlikdə evin üçüncü mərtəbəsindən bir ədəd 600 manat dəyərində 1,5x3 metr ölçülü toxunma, saçaqlı xalça, bir ədəd 2008-ci il tarixdə alınaraq istifadə olunmuş Türkiyə istehsalı 200 manat dəyərində xalça, bir ədəd 2016-cı il tarixdə alınaraq istifadə olunmuş 400 manat dəyərində olan 32 diaqonallı «Samsunq» markalı plazma televizoru, bir ədəd 2016-cı il tarixdə alınaraq istifadə olunmuş 150 manat dəyərində «Bosch» markalı 1800 volt həcmində olan tozsoran, 2008-ci il tarixdə alınmış Türkiyə istehsalı olan 400 manat dəyərində olan cehiz dəsti, 2008-ci il tarixdə alınmış Türkiyə istehsalı olan 150 manat dəyərində «Tefal» markalı qazan dəsti, evin ikinci mərtəbəsindən 2020-ci il tarixdə alınaraq istifadə edilməmiş dəyəri 200 manat olan 01 top uzunluğu 100 metr 8x2 mm-lik ağ kabel, 2020-ci il tarixdə alınaraq istifadə edilməmiş dəyəri 50 manat olan 01 top uzunluğu 100 metr 4 mm-lik qırmızı elektrik kabel, həmin evin birinci mərtəbəsindən isə 2019-cu il tarixdə alınaraq istifadə edilmiş 01 ədəd 40 manat dəyərində «Ken» markalı böyük ölçülü və 01 ədəd 100 manat dəyərində laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 2290 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış sahəsində yerləşən təmiri başa çatmamış fərdi yaşayış evin həyətinə qanunsuz daxil olaraq divarlara bərkidilmiş 2600 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs12 2600 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs11 Abşeron rayonu, Novxanı kəndi N.Tusi küçəsində inşa etdirdiyi yarım tikili binaya arxa girişdən qanunsuz daxil olaraq bir ədəd 150 manat dəyərində divar deşən alət, bir ədəd 100 manat dəyərində drel və bir ədəd 100 manat dəyərində santexnik ütü alətini gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 350 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Xəlil Rza küçəsində yerləşən ona məxsus fərdi yaşayış sahəsinin açıq qapısından içəri qanunsuz daxil olaraq, oradan 1 ədəd 650 manat dəyərində “Redmi Not 9S” markalı mobil telefonu, 1 ədəd 50 manat dəyərində sadə mobil telefonu, 270 manat pulu, 1 ədəd Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsini, sonuncunun dostu Ramin İsmayılovun adına mühüm şəxsi sənədi olan “Bank kartını” və 10 manat dəyərində sim kartını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 980 manata məbləğində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 2021-ci ilin noyabr ayının 15-də saat 02 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllədə yerləşən fəhlələrin soyunub-geyinməsi üçün nəzərdə tutulmuş otağa taxta qapısının qıfılını sındırmaqla qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs13 məxsus otağın divarına çəkilmiş 20 metr uzunluğunda 30 manat dəyərində elektrik naqilini, 4 ədəd hər birinin dəyəri 25 manat olan böyük ölçülü bağ qayçısını, 3 ədəd hər birinin dəyəri 10 manat olan kiçik ölçülü bağ qayçısını, 4 ədəd hər birinin dəyəri 6 manat olan kəlbətini, 1 dəst 50 manat dəyərində fəhlə paltarını, 3 ədəd hər birinin dəyəri 5 manat olan dəmir tavaları və 1 ədəd 40 manat dəyərində əl arabasını gizli talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 289 manat ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 16 noyabr 2021-ci il tarixdə saat 10 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən yarımtikili evin həyətinə qanunsuz daxil olaraq oradan 1 ədəd «Bosch» markalı 270 manat dəyərində laqonda, bir ədəd 300 manat dəyərində olan Bosch markalı taxta kəsən aparatı,bir 100 manat qaynaq aparatı,bir ədəd 250 dəyərində olan su samovarı,bir metrinin dəyəri 3 manat təşkil edən 200 metr uzunluğunda elektrik naqili və 2 ədəd hər birinin dəyəri 50 manat olan su krantını gizli yolla talayıb Zərərçəkmiş şəxs8 1620 manat ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Saray qəsəbəsi, M.Abbaszadə küçəsi 25 saylı evinə hasardan keçmə yolu ilə qanunsuz daxil olmaqla oradan bir ədəd 90 manat dəyərində su çəninin mühərrikini və bir ədəd 130 manat dəyərində su qızdırıcısını gizli yolla talayaraq zərəçəkmiş Zərərçəkmiş şəxs9 220 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 2021-ci ilin noyabr ayının 20-də saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin plastik pəncərəsinin şüşəsini daşla vurub sındırmaqla pəncərəni açıb evə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus evin divarına çəkilmiş 6 top hər birinin dəyəri 50 manat olan elektrik naqilini, otaqdan 1 top 50 manat dəyərində elektrik naqilini və 5 ədəd cəmi 50 manat dəyərində elektrik yuvasını gizli talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 400 manat ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs10 Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış sahəsi İlkin Məmmədov küçəsində yerləşən təmiri tam başa çatmamış evin pəncərəsini açmaqla qanunsuz içəriyə daxil olaraq,oradan 400 metr uzunluğunda elektrik naqillərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 700 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 dekabr 2021-ci il tarixdə saat 02 radələrindən sonra Abşeron rayonu Novxanı kəndində yerləşən yarımtikili yaşayış binasının pəncərənin şüşəsini qırmaqla binaya qanunsuz daxil olub otaqdan Zərərçəkmiş şəxs6 məxsus bir ədəd dəyəri 1000 manat olan «Bosch» markalı iri həcmli perferatoru, bir ədəd dəyəri 200 manat olan «Bosch» markalı laqondanı, bir ədəd dəyəri 200 manat olan «Bosch» markalı perferatoru,bir ədəd dəyəri 150 manat olan «Bosch»markalı laqondanı,bir ədəd dəyəri 200 manat olan dreli,bir ədəd dəyəri 80 manat olan «Bosch» markalı dreli,bir ədəd dəyəri 50 manat olan qaz plitəsini,bir ədəd dəyəri 100 manat olan 12 gözlü radiatoru,bir ədəd dəyəri 50 manat olan odun sobasını, dəyəri 110 manat olan plastik boruların başlıqlarını, dəyəri 100 manat olan iki top elektrik naqillərini və 100 manat dəyərində doğranmış armaturları oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 2040 manat ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 yanvar 2022-ci il tarixdə gecə radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi «Qoca Çinar» kafesinin arxa hissəsində yerləşən yeni tikilmiş fərdi yaşayış evinin hasarından qanunsuz daxil olub evin həyətində yerləşən mətbəxdən dəyəri 80 manat olan su qızdırıcı aparatı, 1 metri 3 manata olan 120 manat dəyərində 40 metr elektirik kabeli və 60 manat dəyərində gödəkcəsini gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 260 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin həyətinin hasarından keçərək həyətdə olan yardımçı tikilinin pəncərəsini dəmir alətlə açıb qanunsuz içəri daxil olaraq oradan 250 metr uzunluğunda elektrik naqillərini və həyətdə 6 ədəd uzunluğu 2 metrlik armaturları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 700 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 yanvar 2022-ci il tarixdə axşam saatlarında kirayə yaşadığı Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən 01 ədəd 200 manat dəyərində pereferatoru,01 ədəd 300 manat dəyərində su qızdırıcısını və 01 ədəd 300 manat dəyərində qaz sobasını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaqda çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən 14 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində oğurluq etmək üçün Abşeron rayonu Novxanı kəndində gəzəndə Novxanı kəndi, N.Tusi küçəsində evin birinin işıqlarının yanmadığını görmüş, hasardan qalxıb tullanaraq həyətə tullanmış, qapı və pəncələrinin açıq olubolmadığını yoxlamağa başlamışdır. Bu zaman evin giriş qapısının açıq olmadığını görüb evin arxasına keçmiş,evin zalına açılan balkon qapısının açıq olduğundan istifadə edib qapıdan içəri daxil olduqdan sonra qonaq otağa girmişdir. Ev tam təmir olunmamışdı. Qonaq otağında gəzən zaman adboynik görmüş,onu satmaq üçün özü ilə götürmüşdür. Bundan sonra həmin otaqdan çıxıb digər otağa yəni mətbəxə bənzəyən otağa keçdikdə drel və tikinti alətləri görüb onu da götürmüşdür. Sonra evin digər otaqlarını gəzmiş lakin maraqlı bir əşya tapa bilməyib evə daxil olduğu qapıdan çıxmış və həyətdən bir torba taparaq həmin alətləri onun içinə yığıb qaçıb getmişdir. Bundan sonra avtobusa minib Sumqayıtda yerləşən daş bazarına getmiş və həmin alətləri orada 40 manata tanımadığı şəxsə satmışdır. Həmin alətləri satdığı adamı tanımır. 2021-ci ilin oktyabr ayının əvvəllərində Abşeron rayonu Saray qəsəbəsi Üzümlük yaşayış massivində saat 22 radələrində gəzən vaxtı bir evin yeni tikildiyini və evin pəncərələrinin qoyulmadığını görüb oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə hasardan aşıb həyətə daxil olmuş,evin içinə qabaqda olan açıq pəncərədən daxil olmuşdur.Özü ilə apardığı işıq fənəri olan alışqanla baxarkən divarlara çəkilmiş elektrik naqilləri özü ilə götürdüyü kəlpətinlə sökmüşdür.Bundan sonra naqilləri yığıb oradan çıxıb getmişdir. Kəndin kənarında adam olmayan yerdə naqilləri yandıraraq üz qabığını çıxartmış, içinin metalını əzib kiçik zhəcmə salaraq yaşadığı evin yaxınlığına gətirmişdir. Sabahısı günü kənddə gəzərək metal alan tanımadığı Volqa Qaz 24 markalı maşının sürücüsünə 120 manata satmışdır. 14 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində oğurluq etmək üçün Abşeron rayonu Novxanı kəndində gəzəndə Novxanı kəndi N.Tusi küçəsində evin birinin işıqlarının yanmadığını görmüş, hasardan qalxıb tullanaraq həyətə tullanmış, qapı və pəncələrinin açıq olub-olmadığını yoxlamağa başlamışdır. Bu zaman evin giriş qapısının açıq olmadığını görüb evin arxasına keçmiş, evin zalına açılan balkon qapısının açıq olduğundan istifadə edib qapıdan içəri daxil olduqdan sonra qonaq otağa girmişdir. Ev tam təmir olunmamışdı. Qonaq otağında gəzən zaman adboynik görmüş, onu satmaq üçün özü ilə götürmüşdür. Bundan sonra həmin otaqdan çıxıb digər otağa yəni mətbəxə bənzəyən otağa keçdikdə drel və tikinti alətləri görüb onu da götürmüşdür. Sonra evin digər otaqlarını gəzmiş lakin maraqlı bir əşya tapa bilməyib evə daxil olduğu qapıdan çıxmış və həyətdən bir torba taparaq həmin alətləri onun içinə yığıb qaçıb getmişdir. Bundan sonra avtobusa minib Sumqayıtda yerləşən daş bazarına getmiş və həmin alətləri orada 40 manata tanımadığı şəxsə satmışdır. Həmin alətləri satdığı adamı tanımır. 05 noyabr 2021-ci il tarixdə günorta vaxtı evdə oturub bir qədər spirtli içki qəbul etmişdir. Daha sonra evdən çıxıb Zərərçəkmiş şəxs3 qardaşı Turalın yanına getmək qərarına gəlmiş və həmin şəxsin tikintidə usta işləməsinə görə onun yanında iş olubolmamasını maraqlanmaq istəmişdir. Həmin günü təxminən saat 13 radələrində Camalın evinə getmiş, onun yaşadığı evin qapısı açıq vəziyyətdə olmuşdur. Evin həyətinə daxil olmuş və Turalı səsləməyə başlamışdır. Lakin səsinə heç kim həyətə çıxmamışdır. Bundan sonra evin qapısını açıb evin içərisinə daxil olmuş, həmin vaxt evdə Camalın yataq otağında yatmasını görmüş,lakin qardaşı Tural evdə yox idi. Camalın evdə yatmasını görüb qonaq otağında stolun üzərində 2 ədəd mobil telefon görmüşdür. Həmin stolun üzərində telefonları gördükdən sonra evdən oğurluq etmək qərarına gəlmişdir.Telefonları stoldan götürən zaman stolun üzərində bir qədər sayını bilmədiyi miqdarda pul görmüşdür. Həmin pulu da götürmüş və tez evdən çıxmışdır. Evə gəldikdən sonra həmin telefonlara baxmış və pulu saymağa başlamışdır. Telefonlardan biri Redmi markalı digəri isə sadə istifadə olan telefon olmuşdur. Ümumilikdə isə 270 manat pul götürmüşdür. Mobil telefonun üzlüyünü çıxaran zaman telefonun arxasında bir ədəd şəxsiyyət vəsiqəsi, mobil nömrə üçün olan simkartlar və bank kartı olmuşdur. Həmin əşyaları oğurladığı üçün satıb əlavə pul əldə etmək istəmişdir. Həmin günü Zərərçəkmiş şəxs3 oğurluq barədə Abşeron RPİ-nin Saray PB-nə şikayət ərizəsi ilə müraciət etdiyini eşitmiş ona görə də oğurluq etdiyi üçün qorxub səhəri günü Camalın evinə gələrək ondan oğurladığı əşyaları geri qaytarmışdır. Ona sərxoş olduğuna görə evindən oğurluq etdiyini və etdiyi əməldən peşman olduğunu bildirmişdir. 15 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllədə oğurluq etmək üçün ev axtarırmış. Həmin vaxtı orada boş torpaq sahəsində daşdan tikilmiş taxta qapısı qıfılla bağlanmış tikili görmüş və yerdən götürdüyü dəmir parçası ilə qapının qıfılını qırıb içəri daxil olmuşdur. Həmin vaxtı tikilinin içində olan bir neçə ədəd bağ qayçıları, bir neçə ədəd kəlbətin, fəhlə paltarı, dəmir tavaları divara çəkilmiş elektrik naqilini söküb orada olan əl arabasına yığıb aparmışdır. Fəhlə paltarını Saray qəsəbəsində zibil yeşiyinə atmışdır. Oğurladığı qalan əşyaları xx.xx.2021-ci il tarixdə səhər saatlarında Saray qəsəbəsində səyyar metal alışı ilə məşğul olan tanımadığı şəxsə 50 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 2021-ci ilin noyabr ayının 16-da saat 10 radələrində Novxanı qəsəbəsi ərazisində oğurluq məqsədi ilə tək gəzən vaxtı işığı yanmayan yarıtikili ev görmüş və həmin evə yaxınlaşmış, orada heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin həyətinə oğurluq məqsədi ilə hasardan daxil olmuş, sonra isə həyətdə yardımçı tikili görmüş, ora yaxınlaşıb pəncərədən içəri baxmış,sonra pəncərəni özü ilə götürdüyü vint açanla açıb içəri daxil olmuşdur. İçəridə olan zaman oradan 1 ədəd “ BOSH “ markalı laqonda, 1 ədəd “ BOSH “ markalı taxta kəsən aparatı, 1 ədəd markasını xatırlamadığı qaynaq aparatı, 1 ədəd mis materialdan olan təxminən 6-7 litrlik samovar, təxminən 150-200 metrə yaxın elektrik kabeli və 2 ədəd su krantı oğurlayıb orada həyətdən 2 ədəd torba tapmış, oğurladığı əşyaları onun içərisinə qoyub Saray qəsəbəsində yaşadığı evin həyətinə aparmış və səhəri günü səhər tezdən heç kim yuxudan oyanmamış oğurladığı əşyaları Sumqayıt daş bazarına maşrutla aparıb orada tanımadığı şəxsə ümumilikdə 170 manata satmışdır. Pulları öz ehtiyyaclarına xərcləmişdir. Həmin oğurladığı əşyaları satan zaman özünə məxsus olduğunu bildirmişdir. 17 noyabr 2021-ci il tarixə saat təxminən 15 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Saray qəsəbəsi M.Abbaszadə küçəsindən keçən vaxtı bir mərtəbəli evin hasarından həyətə daxil olmuş, oradan yəni mənzilin qarşısında bir ədəd su çənin mühərrikini və ona yaxın yerdə qurlaşdırılımış bir ədəd su qızdırıcısını yerindən sındıraraq həmin əşyaları özü ilə götürüb aparmış, həmin günün səhərisi oğurladığı bir ədəd su çənin mühərrikini və bir ədəd su qızdırıcısını 35 manata tanımadığı yoldan keçən səyyar metal qəbul edən şəxsə satmışdır. Həmin alətləri satdığı adamı tanımır və satan zaman ona həmin alətlərin özünə məxsus olduğunu bildirmişdir. 20 noyabr 2021-ci il tarixdə saat 01 radələrində tək Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə oğurluq etmək üçün ev axtarırmış, həmin vaxtı orada hasara alınmış, lakin yaşayış olmayan həyətdə iki mərtəbəli fərdi yaşayış evi olduğunu görmüş və hasardan adlayıb həyətə keçmişdir. Evin plastik pəncərəsinin şüşəsini daşla vurub sındırmış və pəncərədən içəri daxil olmuşdur. Evin divarına çəkilmiş elektrik naqillərini sökmüş və həmçinin otaqda olan 1 top naqili və 5 ədəd elektrik yuvasını oğurlayıb özü ilə aparmışdır. Naqillərin rezinini soyub misini və elektrik yuvalarını yaşadığı küçədə gizlətmiş,səhəri gün yəni xx.xx.2021-ci tarixdə səhər saatlarında mis naqilləri və 5 ədəd elektrik yuvasını Saray qəsəbəsində səyyar metal alışı ilə məşğul olan şəxsə 40 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 17 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu Saray qəsəbəsi Üzümlük yaşayış sahəsində piyada gəzərkən yaşayış olmayan təmiri tam başa çatmamış və darvazası olmayan fərdi yaşayış evi görmüş. Heç kəsin olmadığını görüb yerdən götürdüyü dəmir alətlə plastik pəncərəni açmış, evin içinə daxil olmuş və evdə divara quraşdırılmış bütün naqilləri çıxartmış,naqilləri bir torbaya yığıb oradan qaçıb getmişdir. Səhərisi günü həmin naqilləri mis və dəmir yığanlara yadında qalmayan məbləğə satmışdır. 30 dekabr 2021-ci il tarixdə saat 03 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Novxanı kəndində yerləşən evin qarşısına gəlmiş,hasardan aşıb həyətə daxil olmuş,evin pəncərəsini sındıraraq içəri daxil olmuşdur.Otaqlara baxdıqda otaqların birində alətlərin yığıldığını görüb qərara gəlmiş ki,həmin alətləri oğurlasın.Ona görə də otaqdan bir ədəd “Bosch” markalı böyük perfarator, bir ədəd “Bosch” markalı böyük laqonda, bir ədəd “Bosch” markalı kiçik perfarator, bir ədəd “Bosch” markalı kiçik laqonda, bir ədəd böyük drel, bir ədəd “Bosch” markalı balaca drel, bir ədəd qaz piltəsi, 12 gözlü istilik radiatoru, odun sobasını, plastik boruların başlıqlarını, iki top elektrik naqillərini və doğranmış armaturları oğurlamışdır. Oğurladığı əşyaların bir qismini yol avtomobilin sürücüsünə 100 manata satmış, bir top ağ rəngdə elektrik naqilini və bir ədəd “Bosh” markalı elektrodrel özündə qalmış,qalan alətləri isə Xırdalan şəhəri H.Əliyev prospektində dəmir məmulatları yığan sexə 40 manata satmışdır. 15 yanvar 2022ci il tarixdə kirayə ev axtarırmış və Abşeron rayonu Saray qəsəbəsi Azadlıq küçəsində bir nəfər Elçin adlı şəxslə görüşmüşdür. Özünü ona Anar kimi təqdim etmişdir. Ona evi kirayə götürmək istədiyini bildirmış, evin digər tərəfində olan giriş hissəsindən keçib evi ona göstərmişdir. Evi 100 manata kirayə götürməyə razılaşmışdır. Bir neçə gün qalmış, imkanı olmadığı üçün evdən oğurluq etmək qərarına gəlmişdir. 20 yanvar 2022-ci il tarixdə axşam saatlarında evdən bir ədəd hazırda markası yadında qalmayan su qızdırıcı, bir ədəd qaz sobası və bir ədəd perferator oğurlayıb oradan çıxıb getmiş. Bundan sonra həmin evə qayıtmamışdır. Zərərçəkmiş şəxs4 tanıyır, ona məxsus Abşeron rayonu Saray qəsəbəsi «Qoca Çinar» kafesinin arxa hissəsində yerləşən evində əvvəllər kirayə yaşamışdır. Həmin ünvanı tanıdığı üçün 20 yanvar 2022-ci il tarixdə pula ciddi ehtiyacı olduğu üçün həmin ünvandan oğurluq etmək qərarına gəlmişdir. Həmin günü gecə saatlarında həmin ünvana hasardan daxil olmuş, həyət mətbəxində bir ədəd su qızdırıcını yerindən çıxartmışdır. Sonra təxminən 10 metrlik kabeli divardan sökərək kəsib götürmüşdür. Bundan sonra divardan asılmış geyilmiş köhnə gödəkcəni götürüb geyinərək mənzildən uzaqlaşmışdır. Həmin günün səhərisi oğurladığı əşyaları Sumqayıt şəhərinə apararaq Karvan ticarət mərkəzinin qarşısında su qızdırıcını 10 manata tanımadığı şəxsə satmışdır. Elektirik naqilini isə Sumqayıt şəhərində yoldan keçən səyyar dəmir yığan alış-verişlə məşğul olan tanımadığı başqa bir şəxsə 6 manata satmış, əldə etdiyi 16 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan əlavə oğurladığı gödəkçəni də bir neçə gün geyindikdən sonra köhnə olduğundan xatırlamadığı zibil yeşiyinə atmışdır. 22 yanvar 2022-ci il tarixdə Abşeron rayonu,Saray qəsəbəsi Üzümlük yaşayış massivində oğurluq etmək məqsədilə piyada gəzən vaxtı saat 17 radələrində yaşayış olmayan ev görmüşdür. Hasardan həyətə baxanda çoxlu sayda tikinti materiallarının olduğunu görmüş, səs eləmiş bəlkə həyətdə kimsə olar, lakin heç kəs olmadığı üçün hasardan həyətə tullanmışdır. Həyətdə olan bir otaqlı tikilinin yerdə olan dəmir alətlə pəncərəni açıb daxil olmuşdur. Otağın içində istifadə olunmamış təzə bir neçə top elektrik naqili götürüb bayıra çıxanda həyətdə bir neçə ədəd armatur da görmüşdür. Həmin armaturları da hasardan küçəyə atmış, sonra oğurladıqlarını götürüb oradan uzaqlaşmışdır. Həmin armaturları uzaqlaşandan sonra biraz aralıda yol kənarında qoymuşdur. Həmin gün qırmızı rəngli VAZ 21011 markalı maşınla Saray qəsəbəsində mis və dəmir yığanlara satmışdır. Satdığı şəxslərin kim olduqlarını bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi, Üzümlük massivində yerləşən 4 sotun içində torpaq sahəsi almış və hazırda ev tikə bilməsə də bir otaqdan ibarət tikili tikdirmiş və bütün əşyaları həmin yerə qoymuşdur. Torpaq sahəsi daş hasarla hörülmüşdür. Arada bir həmin yerə gedib baxır. Sonuncu dəfə 2022-ci ilin yanvar ayının əvvəlində getmişdir. 23 yanvar 2022-ci ildə saat 13 radələrində torpaq sahəsinə gedən vaxtı tikilinin pəncərəsinin açıldığını görmüş, başa düşdüm ki,oğurluq olub. Tikilinin içinə daxil olanda bir neçə ay əvvəl aldığı 250 metr uzunluğunda elektrik naqilləri və 6 ədəd uzunluğunda 2 metrlik armaturlar oğurlanmışdır. Nəticədə ona 700 manat ziyan vurulmuşdur. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yaşasa da hazırda Abşeron rayonu Saray qəsəbəsi, Üzümlük massivi İlkin Məmmədov küçəsində ev inşa etdirir. Evin inşası tam başa çatsa da təmir işləri yekunlaşmamış və hazırda həmin evdə heç kəs yaşamır. Mütəmadi olaraq həmin evə gedir. Sonuncu dəfə 15 dekabr 2021-ci il tarixdə evə getmişdi. 19 dekabr 2021-ci il tarixdə səhər tezdən yenidən həmin ünvana getdikdə evin pəncərəsinin açıq vəziyyətdə olduğunu, evin içərisinə keçən zaman evin divarları ilə çəkilmiş elektrik naqillərinin kəsilərək oğurlandığını aşkar etmişdir. Həmçinin evin digər otaqlarına baxış keçirən zaman içəriyə qoyduğu təzə elektrik naqillərinin də oğurlandığını aşkar etmişdir. Evindən oğurluq edildiyi üçün DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Bir qədər sonra polislər gəlmiş və evə baxış keçirmişlər. Evdən ümumilikdə 400 metr naqillərin oğurlanması nəticəsində ona 700 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 Abasəli oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndi, Nəsrəddin Tusi küçəsində yaşamaq üçün fərdi yaşayış sahəsi inşa etdirir. Həmin ev tam tikilib qurtarsa da, bəzi təmir işləri qalmışdır. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində işə davam etmək üçün Abşeron rayonu, Novxanı kəndi, N.Tusi küçəsində yerləşən fərdi yaşayış evə gələn zaman evin zalında ona məxsus 150 manat dəyərində adboynikin, evin mətbəxində isə 100 manat dəyərində ütü və 100 manat dəyərində drel aparatlarının yerində olmadığını görmüş. Daha sonra evi gəzən zaman evin arxa qapısının açıq olduğunu görmüş və naməlum şəxsin evə gələrək həmin alətləri taladığını anlamışdır. Bundan sonra dərhal DİN-102 zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində onun 150 manat dəyərində adboyniki, 100 manat dəyərində dreli və 100 manat dəyərində ütü aləti oğurlanaraq ümumilikdə 350 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Yaşadığı evin həyətində digər bir hissəsində girişi ayrı olan tikili olduğu üçün həmin evi kirayə verir. xx.xx.2022-ci il tarixdə həmin fərdi yaşayış evi Təqsirləndirilən şəxs 100 manat müqabilində kirayə vermişdir. 22 yanvar 2022-ci il tarixdə ona məlum olmuş ki,Samral evdən bir ədəd dəyəri 200 manat olan su qızdırıcı,bir ədəd 400 manat olan qaz sobasını və bir ədəd 200 manat dəyərində divarı deşmək üçün dəzgahı oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 800 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 05 noyabr 2021-ci il tarixdə evdə yatmış, həmin vaxt evdə heç kim olmamışdır. Özünə məxsus 1 ədəd 650 manat dəyərində “Redmi Not 9S” markalı mobil telefonu, 1 ədəd 50 manat dəyərində sadə mobil telefonu, 270 manat pul, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, dostu Ramin İsmayılovun adına olan “Bank kartını” və 10 manat dəyərində iki ədəd sim kartını qonaq otağında stolun üzərinə qoymuşdur. Özü isə yataq otağında idi. Bir neçə saat sonra yuxudan oyanan zaman stolun üzərində adlarını sadaladığı əşyaların yerində olmadığını görmüşdür. Bundan sonra evin müşahidə kameralarına baxmış və tanıdığı Samral adlı şəxsin evə daxil olmasını görmüşdür. Həmin şəxs evə daxil olaraq, ona məxsus əşyaları, sənədləri oğurlamışdır. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin günün səhəri yəni, 06 noyabr 2021-ci il tarixdə Samral evə yenidən gələrək oğurladığı əşyaları, pulları və sənədləri geri qaytarmış və oğurluq etdiyi gün sərxoş vəziyyətdə olmasını bildirmişdir. Hazırda həmin şəxsdən şikayəti yoxdur və ona dəymiş ziyanı tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi Üzümçülük massivi Bəşir Səfəroğlu küçəsində yerləşən 4,5 sot torpaq sahəsinin üzərində fərdi ev tikmişdir. Həmin evdə yay ayı ərzində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Abşeron rayon, Saray qəsəbəsi Üzümlük yaşayış massivi yeni məhəllə fərdi tikili evə baş çəkərkən görmüş ki, naməlum şəxs həyətin hasarından evə qanunsuz daxil olmaqla oradan ona məxsus 80 manat dəyərində bir ədəd su qızdırıcı, metrəsi 3 manata olan 40 metrlik kabeli və 60 manat dəyərində gödəkcəni oğurlamaqla ona 260 manat maddi ziyan vurulmuşdur. Bununla bağlı dərhal 102 xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi,Üzümlük yaşayış massivində fərdi yaşayış evi tiktirmişdir. Ara bir evə gedib baş çəkir. Axırıncı dəfə hadisədən bir gün əvvəl yəni 04 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində evə baxmaq üçün getmişdir. Növbəti günü yəni 05 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində həmin evə baş çəkməyə getdikdə görmüş ki, naməlum şəxslər həyətə və daha sonra evə daxl olaraq divarlara bərkidilmiş elektrik naqillərini sökərək oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 2600 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə fərdi ev tikdirmişdir. Həmin evin inşası tam başa çatsa da təmir işləri yekunlaşmadığından orada yaşayış yoxdur. Mütamadi olaraq evə gedib baş çəkir. xx.xx.2021-ci il tarixdə həmin evə gedib baş çəkmiş və həmin vaxtı orada heç bir hadisə olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Saray qəsəbəsində tikdiridiyi evə gedib baş çəkmiş, həmin vaxtı evin plastik pəncərənin açıq olduğunu və şüşənin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Evin içərisinə keçib nəzər salan zaman divarla çəkilmiş elektrik naqillərinin kəsilərək oğurlandığını aşkar etmişdir. Həmçinin evin içərisində olan 1 top naqili və 5 ədəd elektrik yuvası oğurlanmışdır. Oğurluq nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Abşeron rayon İcra hakimiyyəti nəznində tikinti-abadlıq idarəsində bağban işləyir. Xırdalan şəhəri, idman kompleksinin yanında fəhlələrlə birlikdə özü üçün paltar-dəyişmə otağı tikmişlər və tikilinin qıfılla bağlanan taxta qapısı vardır. O özünə məxsus olan tikinti alətlərini və elektrik naqilini həmin tikilinin içərisinə yığır. xx.xx.2021-ci il tarixdə axşam tikilinin qapısını bağlayıb getmişdir. xx.xx.2021-ci il tarixdə işə gələn zaman tikilinin qapısının qıfılının sındırıldığını görmüş və qapıdan içəri daxil olduqda oradan ona məxsus 4 ədəd hər birinin dəyəri 25 manat olan böyük ölçülü bağ qayçısının, 3 ədəd hər birinin dəyəri 10 manat olan kiçik ölçülü qayçının, 4 ədəd hər birinin dəyəri 6 manat olan kəlbətinin, 50 manat dəyərində fəhlə paltarının, 20 metr uzunluğunda metrəsi 1,50 manat olan mis elektrik naqilinin, 3 ədəd hər birinin dəyəri 5 manat olan dəmir tavaların və 1 ədəd 40 manat dəyərində əl arabanın oğurlandığını aşkar etmişdir. Bundan sonra polisə şikayət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 289 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxslər ona məxsus, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən yarımtikili evinə əvvəlc hasardan aşma yolu ilə həyətə daha sonra evin pəncərəsini sındırma yolu ilə içəri daxil olmaqla otaqdan bir ədəd 1000 manat dəyərində “Bosch” markalı iri həcmli perferator, bir ədəd 200 manat dəyərində “Bosch” markalı xırda həcmli perferatoru, bir ədəd 200 manat dəyərində “Bosch” markalı böyük laqondanı, bir ədəd 150 manat dəyərində “Bosch” markalı balaca laqondanı, bir ədəd 200 manat dəyərində “Bosch” markalı böyük dreli, bir ədəd 140 manat dəyərində “Bosch” markalı balaca dreli, bir ədəd 50 manat dəyərində İran istehsalı olan dörd gözlü peçi, bir ədəd 100 manat dəyərində Çin istehsalı olan 12 gözlü qızdırıcı radiatoru, bir ədəd 50 manat dəyərində əldə düzəlmə odun peçini, 110 manat dəyərində plastik boruların başlıqlarını, 100 manat dəyərində iki top elektrik naqillərini, 100 manat dəyərində doğranmış armaturlarları oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsini xx.xx.2022-ci il tarixdə aşkar edərək ilk öncə DİN-in 102 xidmətizəng mərkəzinə, daha sonra Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ona məxsus olan ünvan 3 ünvanda yaşadığı evin yaxınlığında fərdi tikilisi var, lakin tikinti işləri tam şəkildə başa çatmamışdır. Həmin fərdi tikili hər bir tərəfdən hasarlanmış, lakin tikinti prosesi isə başa çatmamış, daha doğrusu yaşayış üçün əlverişli vəziyyətdə olmamışdır. Həmin fərdi tikilidə yaşayış olmadığından orada müxtəlif əşyalar saxlayır. 05 oktyabr 2021-ci il tarixdə səhər saat 10 radələrində ona məxsus olan yaşadığı evin yaxınlığında yerləşən fərdi tikiliyə baş çəkən zaman tikilinin 3-cü mərtəbəsinə qalxdıqda həmin mərtəbədə yerləşən 02 ədəd xalçaların, 01 ədəd istifadə olunmuş 32 diaqonallı “Samsung” markalı televizorun, 01 ədəd istifadə olunmuş “Bosch” markalı 1800 Volt həcmində olan tozsoranın, Türkiyə istehsalı olan cehiz dəsti, “Tefal” markalı qazan dəstinin yerində olmadığını görüb şübhələnməyə başlamış, daha sonra digər mərtəbəyə, yəni ikinci mərtəbəyə enəndə 01 top uzunluğu 100 metr 8x2 mm-lik ağ kabel, 01 top uzunluğu 100 metr 4 mm-lik qırmızı elektrik kabelin yerində olmadığını görmüşdür. Daha sonra birinci mərtəbədə olan zaman 02 ədəd laqondanın yerində olmadığını görüb qeyd olunan əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını anlayıb baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki,xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin Saray PB-nə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən yarı tikili evindən oğurluq olması barədə ərizə ilə müraciət etmişdir ona görə ki, onun Novxanı qəsəbəsində 7 sotun içərisində yarı tikili evi var, həmin evi tikintisini və təmirini tam başa çatdırmadığı üçün orada yaşayış yoxdur. Mütəmadi olaraq nəzarət üçün evə gedib gəlir. Evində isə ustalar işlədiyi üçün özünə məxsus alətləri həmin evin həyətində xırda tikilidə saxlayır. xx.xx.2021-ci il tarixdə həmin evə baş çəkmiş və hər şey qaydasında olmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 10 radələrində yenidən həmin evə gəldikdə yardımçı tikilinin pəncərəsinin açıq olduğunu görmüşdür. İçəri keçən zaman oraya qoyduğu özünə məxsus təmir tikinti alətlərini və məişət əşyalarını yerində görməmişdir. Bundan sonra onların oğurlanmasını fikirləşib PB-nə gedib ərizə ilə müraciət etmişdir. Yardımçı tikillidən 1 ədəd 270 manat dəyərində istifadə olunmuş “ BOSH “ markalı laqonda, dəyəri 300 manat olan 1 ədəd istifadə olunmuş “ BOSH “ markalı taxta kəsən aparat, 1 ədəd 100 manat dəyərində qaynaq aparat, 1 ədəd dəyəri 250 manat təşkil edən 7 litrlik mis materialdan olan su samovar, 1 metri 3 manat təşkil edən 200 metr ümumi dəyəri 600 manat olan təzə vəziyyətdə olan 6-lıq elektrik kabellər və hər birinin dəyəri 50 manat olmaqla 2 ədəd 100 manat dəyərində istifadə olunmuş vəziyyətdə su krantlar oğurlanmışdır. Oğurluq nəticəsində ona 1620 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsi ev 25-də yaşayır. Abşeron rayonu Saray qəsəbəsi M.Abbaszadə ev 25-də tikdiyi bir mərtəbəli 4 otaqdan ibarət mənzili var. xx.xx.2021-ci il tarixdə axşam radədələrində ünvan 4 ünvana gedərkən mənzilin hamamında ona məxsus 90 manat dəyərində su qızdırıcı və 130 manat dəyərində su nasosunun oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 220 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsində fəhlə işləmişdir.Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Xatırlamadığı tarixdə bir nəfər şəxs metal qəbulu məntəqəsinə gəlib ona Bosh markalı drel və elektrik naqillərini satdığını bildirmişdir. Həmin şəxsdən bir top naqil və bir ədəd dreli 40 manata almaşdır. Bundan sonra həmin şəxs çıxıb getmiş və bir daha onu görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o ailəsini dolandırmaq üçün əlvan metal qəbulu və satışı ilə məşğul olur. 2021-ci ilin noyabr ayınının ortalarında Sumqayıt şəhəri daş bazarının yaxınlığında olan vaxtı bir nəfər üzünü xatırlamadığı şəxsdən bir ədəd Bosh markalı laqonda, bir ədəd Bosh markalı taxta kəsən aparat,1 ədəd qaynaq aparatı,1 ədəd su samovarı, 200 metr uzunluğunda elektrik naqilləri və iki ədəd su krantı təcili olaraq pul lazım olduğu üçün satdığını bildirmişdir. Həmin əşyalara baxmış və almışdır. Daha sonra isə tanımadığı şəxsə satmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 9/7245 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 640 manat müəyyən edilir. O cümlədən, 01 ədəd 1,5 x 3 m ölçülü toxunma, saçaqlı xalça – 600 manat, 01 ədəd “Ken” markalı böyük ölçülü laqonda – 40 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 9/5938 saylı rəyində göstərilmişdir ki, bir ədəd istifadə olunmuş Bosch GBN 2-26 DRE Professional markalı drelin dəyəri 80 manat və bir metrəsi 1 manat olan 10 metr Atili markalı iki damarlı mis elektrik naqilin dəyəri 10 manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd toxuma xalça, bir ədəd Ken markalı laqonda, Zərərçəkmiş şəxs6 məxsus bir ədəd Bosch GBN 2-26 DRE Professional markalı drel, Atili kabel markalı iki damarlı mis elektrik naqil maddi sübut kimi tanınmış və saxlanması üçün sahiblərinə təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-118/2022 nömrəli hökmdən görünür ki, X4 CM-nin 177.2.1, 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs10 poçt vasitəsilə məhkəməyə teleqram vuraraq, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs7 poçt vasitəsilə məhkəməyə teleqram vuraraq, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs13 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs8 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs11 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 326.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs8 dəymiş ziyanın aradan qaldırılması nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış X2 götürülmüş Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd toxuma xalça, bir ədəd Ken markalı laqonda, Zərərçəkmiş şəxs6 məxsus bir ədəd Bosch GBN 2-26 DRE Professional markalı drel, Atili kabel markalı iki damarlı mis elektrik naqil maddi sübut kimi tanınmış və saxlanması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış X2 götürülmüş Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd toxuma xalça, bir ədəd Ken markalı laqonda, Zərərçəkmiş şəxs6 məxsus bir ədəd Bosch GBN 2-26 DRE Professional markalı drel, Atili kabel markalı iki damarlı mis elektrik naqilin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-173/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-173/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver